Məhkəmə qərarları › İş №2-2(121)-123/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-123/2022

16.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-123/2022 16.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə (Bakı "xxxx"), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərəfindən 11.04.2014-cü il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan alqısatqı müqaviləsinin etibarsız hesab olunması, 410 kv.m torpaq sahəsindən çıxarılma tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC (Bakı "xxxx" MMC)-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Masallı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət; Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərəfindən 11.04.2014cü il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı-haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan sənədlər alğı-satqı müqaviləsinin və texniki pasportun etibarsız hesab olunması va Cavabdeh ünvan 1 ünvanında olan "Bakı Kamaz Avtomərkəz”in Masallı dayaq məntəqəsinin istifadəsində olmuş qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 2001-ci ilin dekabr ayında Bakı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qərarı ilə cəmiyyətin balansında olan ünvan 1-də yerləşən Bakı "Kamaz avtomərkazi"nin Masallı dayaq məntəqəsi ona satılmış və bununla bağlı Bakı şəhərində iclas keçirilərək qərar qabul olunmuşdur. O, da həmin qərar əsasında 4.500.000 (2001-ci ildə) manat pulu cəmiyyətə köçürmüş və Masallı dayaq məntəqəsini almışdır. Həmin köçürməni təsdiq edən qəbzi də vardır. Həmin vaxtdan hazırki vaxta kimi məntəqə onun mülkiyyətindədir. 2001-ci ildən hazırki vaxta kimi məntəqə (obyekt) va torpaq sahəsi onun istifadəsindədir. 12 il sonra gizlində istifadəsində va mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyd edilən qeyri-yaşayış binası (ümumi sahasi 92,5 kv.m olan hissəsi) və torpaq sahəsi (5426 kv.m olan hissəsi) Cavabdeh adına müvafiq sənədləşmələr yazılmaqla təkrar Q. Zeynalova satılmışdır. Yəni 2001-ci ildə iddiaçıya 4.500.000 manata satılmaqla istifadəsində olan qeyri-yaşayış binasını və həmin binanın istifadəsinə verilmiş torpaq sahəsini 20.11.2013-cü il tarixli 5934 nömrəli icarə müqaviləsi, 3903 saylı, 26.11.2013-cü il tarixli çıxarış (AR ƏMDX tərəfindən təqdim olunmamışdır) və 29.11.2013-cü il tarixli, 871 inventar nömrəli texniki pasportla ilk əvvəl Cavabdeh adına formal olaraq icarəyə verilmiş, daha sonra isə 11.04.2014-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh adına formal olaraq mülkiyyətinə yazılmışdır. Cavabdeh da təxminən son bir ildə ünvan 4 ünvanında yerləşən Bakı "xxxx"in Masallı dayaq məntəqəsinin istifadəsində olmuş və 2001-ci ildə ona satılmış torpaq sahəsindən 5426 kv.m sahəni çəpərə salmışdır. Bundan sonra o, vəziyyəti öyrənib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat vermişdir. Onlar bu sənədləşməni Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsində aparıldığını bildirmişlər. Sənədlərə baxarkən müəyyən olunmuşdur ki, Cavabdeh aidiyyatı vəzifəli şəxsləri aldadaraq formal sənədləşmə aparmış və dediyinə görə həmin sənədləri Banka qoyaraq böyük məbləğdə pul götürmüşdür. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyatı vəzifəli şəxsləri baş vermiş bu kobud qanun pozuntusunun bərpa etməkdə maraqlıdırlar. Qeyd edilən qeyri-yaşayış binası (obyekt) və torpaq sahəsi 2001-ci il tarixdən hazırki vaxta kimi onun istifadəsində olmaqla, eyni zamanda mülkiyyətindədir. Pul verib 2001-ci ildən aldığı qeyri-yaşayış binasına (obyekt) və torpaq sahəsinə 2013-cü ildə Cavabdeh adına 871 ‘ inventar nömrəli texniki pasportun yazılması və Azərbaycan Respublikası Əmlakf; Məsələləri , Dövlat Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 11.04.2014-cü rtl tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması qanunsuzdur və heç bir hüquqi npticə yarada bilməz. Çünki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin məsul işçiləri aldadılaraq hüquqi və mülkiyyət sənədlər əldə olunmuşdur. Bu 11.04.2014cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətini 04 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rafiq Cəlilovun **********61 nömrəli maktubu ilə almışlar. Bu vaxta qadər belə bir Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın olmasından xəbəri olmamışdır. Belə olan halda həmin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 sayı Ərazi İdarəsinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və həmin çıxarışın verilməsi üçün əsas olan bütün sənədlər tərtib olunduğu andan etibarsız hesab edilməlidir. Çünki həmin qeyri yaşayış binası (obyekt) va torpaq sahəsini Cavabdeh öz adına keçirməsinə hüquqi asası olmadığı halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 sayı Ərazi İdarəsinin işçilərini aldadaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün əsas olan alğı-satqı müqaviləsi və digər sənədlər dəfələrlə sorğu verilməsinə baxmayaraq, heç bir əsas olmadan qeyd olunan təşkilat, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin, onun yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Xidmətin 8 sayı Ərazi İdarəsi tərəfindən təqdim olunmur. Göstərilən əsaslara görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə işi Masallı Rayon Məhkəməsinin icraatında olarkən İddiaçı iddia tələbində dəyişiklik etmiş, qeyri-yaşayış sahəsindən çıxarılma hissədə tələbin həcmini azaldaraq, digər tələblərlə yanaşı, Cavabdeh ünvan 1 ünvanında olan "Bakı Kamaz Avtomərkəz”in Masallı dayaq məntəqəsinin istifadəsində olmuş qeyri-yaşayış binasının 1584 kv.m torpaq sahəsinin 410 kv.m hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(050)-877/2020 nömrəli qərardadı ilə iddia tələbləri üzrə Cavabdeh adına tərtib olunmuş **********03-06101 saylı, inventar nömrəsi 871 olan texniki pasportun etibarsız hesab olunması hissəsində icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(106)-1805/2021 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(050)-877/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(050)-877/2020 saylı qətnaməsi ilə iddianın rədd olunması, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC (Bakı "xxxx" MMC)-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərəfindən 11.04.2014-cü il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, RX seriyaiı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh 410 kv.m torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(106)-2718/2021 saylı qərardadı ilə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Masallı rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(050)-877/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC (Bakı "xxxx" MMC)-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərəfindən 11.04.2014-cü il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, RX seriyaiı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh 410 kv.m torpaq sahəsindən çıxarılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, 2001ci ildə 4.500.000 manat pulu "xxxx" MMC (Bakı "xxxx" MMC)-yə köçürərkən qeyri-yaşayış binası ilə yanaşı 410 kv.m torpaq sahəsinin də ona satıldığını zənn etmiş, lakin sonradan ona yalnız qeyri-yaşayış binasının satıldığını öyrənmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, əgər həqiqətən mübahisəli torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmişdirsə, onun Cavabdeh münasibətdə torpaq sahəsini almaqda üstünlük hüququ vardır. Hesab edir ki, hazırkı mübahisənin Əmlak Məsələləri Dövlət Xidmətinə aidiyyəti yoxdur, ona görə də həmin orqana münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı "xxxx" MMC-nin adına verilmiş 30 noyabr 2001-ci il tarixli arayışın kserosurətində Bakı "xxxx" Avtomərkəzinə məxsus Masallı şəhəri, Mircavadbəy Talışxanov küçəsində yerləşən dayaq məntəqəsinin anbar və anbar ətrafı 30 noyabr 2001ci il tarixdən uzun müddətə İddiaçı icarəyə verilməsi göstərilmişdir. - Bakı "xxxx" Avtomərkəzi MMC-nin 2001-ci il dekabr tarixli iclas qərarının surətindən görünür ki, Bakı "xxxx" Avtomərkəzi MMC-nin balansında olan Masallı dayaq məntəqəsinin İddiaçı satılması qərara alınmışdır. - 2002-ci il yanvar ayında Masallı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş baş planın surətinə əsasən Bakı "xxxx" MMC-nin Masallı Dayaq məntəqəsinin mağaza və anbarının istifadəsində olan torpaq sahəsi 1584,8 kv.m olmuşdur. - ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatına alınmasına dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Masallı şəhəri, Talışxanov 1C ünvanında 0.0279 ha torpaq sahəsində yerləşən 259.80 kv.m qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mülkiyyət hüququ 29 noyabr 2019-cu ildə qeydiyyata alınmış, 0,0279 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla o sahə daxilində sahiblik və istifadəsindədir. - 18 mart 2019-cu il tarixli, AN-l-078171 nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı "xxxx" MMC Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən 259.80 kv.m qeyri yaşayış binasını İddiaçı 7.000 manata satmışdır. - **********04-06101 saylı, invertar nömrəsi 873 olan texniki passportun surətindən məlum olur ki, 04 dekabr 2013-cü il tarixə olan vəziyyətə əsasən Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən ümumi sahəsi 259.80 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi ümumi toraq sahəsi 1177 kv.m olmuş (İddiaçı mübahisələndiridiyi ərazi və ona satılmış bina üzrə), balans saxlayan kimi Bakı "xxxx" MMC qeyd olunmuşdur. - 20 noyabr 2013-cü il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən ümumi sahəsi 92.5 kv.m olan qeyri yaşayış binasını Cavabdeh icarəyə verilmişdir. - 15 noyabr 2013-cü il tarixli aktdan görünür ki, Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən ümumi sahəsi 92.5 kv.m olan qeyri yaşayış binası boş və istifadəsiz olmuşdur. - **********03-06101 saylı, invertar nömrəsi 871 olan texniki passportun surətindən məlum olur ki, 09 aprel 2014-cü il tarixə olan vəziyyətə görə Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən ümumi sahəsi 92.5 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi ümumi torpaq sahəsi 5426 kv.m olmuş, hüquq sahibi Cavabdeh göstərilmişdir. - 06 dekabr 2013-cü il tarixli, 5179 nömrəli icrəyə verilmiş əmlakın alğı-satqı müqaviləsi və 07 fevral 2014-cü il tarixli, 4822 nömrəli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin surətlərindən məlum olur ki, Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən ümumi sahəsi 92.5 kv.m olan qeyriyaşayış binası və yerləşdiyi 5426 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi təərəfindən Cavabdeh 2767 manata satılmışdır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Masallı şəhəri, Talışxanov 1C ünvanında yerləşən 0,5426 ha torpaq sahəsi və 92.5 kv.m qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Həmin hüquq ********** qeydiyyat nömrəsi ilə 11 aprel 2014-cü ildə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinin 06 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı satılmış qeyri-yaşayış binasının torpaq sahəsi icarə hüququ üzrə onun adına qeydiyyata alınmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdeh tərəfindən bu pozuntunun edilib-edilməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh müvafiq olaraq Bakı "xxxx" MMC-dən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsindən qeyri-yaşayış binası və torpaq sahəsini satın almışlar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərə əsasən ümumi sahəsi 259,8 kv.m olan qeyri-yayayış binası İddiaçı satılmış, tikinti altı 0,0279 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Bununla yanaşı, ümumi sahəsi 92,5 kv.m olan digər qeyri-yaşayış binası isə yerləşdiyi 0,5426 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh satılmışdır. İddiaçı 2002-ci il yanvar ayında Masallı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş baş plan sənədinə əsasən Bakı "xxxx" MMCnin Masallı Dayaq məntəqəsinin mağaza və anbarının istifadəsində olan torpaq sahəsinin 1584,8 kv.m olmasına istinad etməklə Cavabdeh adına hüquq verən sənədlərin etibarsızlığını tələb edir və əsas göstərir ki, 2001-ci ildə 1584,8 kv.m torpaq sahəsi və üzərində yerləşən 259,8 kv.m sahəsi olan qeyri-yaşayış binası (hazırda mülkiyyətində olan bina) ilə birlikdə onun icarəsində olmuşdur. O, 2013-cü ildə yeni texniki sənədləşmə aparılarkən ona satılan binanın yerləşdiyi torpaq sahəsinin 1.177 kv.m göstərilməsini qanunsuz hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, İddiaçı hazırkı tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki tələb etdiyi torpaq sahəsinin onun mülkiyyətində və ya icarə müqaviləsi üzrə qanuni istifadəsində olması sübut olunmur. Onun iddia ərizəsinin əsası kimi istinad etdiyi hallar işin halları və tədqiq olunan mötəbər sübutlarla təkzib olunur. Belə ki, iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədlərdən və onunla bağlanmış alğı-satqı müqaviləsindən göründüyü kimi, onun torpaq sahəsinə hüquqları tikintialtı torpaq sahəsi olan 0,0279 ha hüdudları daxilindədir. İddiaçının tələb etdiyi, hətta 0,0279 ha sahədən əlavə faktiki istifadəsində olan torpaq sahəsi də dövlət mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinin 06 oktyabr 2020-ci il tarixli məktubuna əsasən həmin sahənin ona icarəyə verilməsi öz təsdiqini tapmır. İddiaçı özü mötəbər icarə müqaviləsi və onun qeydiyyata alınması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda Torpaq Məcəlləsinin 66-68-ci maddələrinin tələbləri ona əsas verir ki, onun torpaq sahəsinə hər hansı hüququ yaranmamışdır. Belə ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, əgər dövlət mülkiyyətində olan torpaq sahəsinin sənədləşməsində hər hansı qanunsusuzluğa yol verilmişdirsə, bununla bağlı idda qaldırmaq hüququ dövlət müəssisəsi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə aiddir. Məhkəmə qeyd edir ki, Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən Cavabdeh torpaq sahəsi və bina satılarkən Bakı "xxxx" MMC özəlləşməmiş, həmin vaxt müəssisənin ümumiyyətlə sərəncam vermək hüququ olmamışdır. Ona görə də Cavabdeh torpaq sahəsinin satılmasına görə Bakı "xxxx" MMC-nin heç bir məsuliyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin və qeyri-yaşayış binasının Cavabdeh satılması və mülkiyyət hüququ üzrə onun adına qeydə alınması iddiaçının hüquq və mənafelərini-subyektiv hüquqlarını pozmur. Beləliklə, iddianın əsasları üzrə etibarsızlığı tələb olunan alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, hüquqmüəyyənedici sənəd qanunun tələbinə uyğun verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlarla əsaslanaraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC-yə (Bakı "xxxx"), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərəfindən 11.04.2014-cü il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan alqısatqı müqaviləsinin etibarsız hesab olunması, 410 kv.m torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar