Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-14/2023 15.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə İddiaçı vəkili Nümayəndə2, İlk və qarşılıqlı iddia üzrə cavabdeh Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 Şıxsafa oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin 6,0 hektar torpaq sahəsindən çıxarılması və "xxxx" MMC-nin torpaqdan istifadəyə dair yaratdığı maneələrin aradan qaldırılması, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Biləsuvar rayon Səmədabad bələdiyyəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək onunla Biləsuvar rayon Səmədabad bələdiyyəsi arasında 33 illik müddətə xx.xx.2014-cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, Səmədabad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X10 xx.xx.2014-cü il tarixli, 1249 nömrə ilə uçota alınan A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün bəroa edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə xx.xx.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin sədri Cavabdeh2 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui-istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə xx.xx.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamənin və Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixə 1243 nömrə ilə uçota alınmış A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Biləsuvar rayonu Səmədabad kəndi ərazisində yerləşən 72.73 hektar torpaq sahəsinin icarə hüququnun qismən – 6,0 hektar hissədə "xxxx" MMC-nə satılması hissəsində "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin icarə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən – 6,0 hektar hissədə ləğv edilmiş, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin İddiaçı və Biləsuvar rayonu Səmədabad bələdiyyəsi arasında 33 illik müddətə bağlanan 15 sentyabr 2014-cü il tarixli 2 saylı Bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan 6,0 ha torpaq sahəsində çıxarılmış, ilkin iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiası rədd olunmuş, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğdə pul vəsaiti cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Biləsuvar rayonu Səmədabad Bələdiyyəsindən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulması, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(106)-363/2022 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Biləsuvar rayon Səmədabad bələdiyyəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək onunla Biləsuvar rayon Səmədabad bələdiyyəsi arasında 33 illik müddətə xx.xx.2014-cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, Səmədabad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X10 xx.xx.2014-cü il tarixli, 1249 nömrə ilə uçota alınan A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə xx.xx.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin sədri Cavabdeh2 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui-istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə xx.xx.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamənin və Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixə 1243 nömrə ilə uçota alınmış A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2311/2022 saylı qərarına əsasən, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı, qismən – İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Biləsuvar rayon Səmədabad bələdiyyəsinə və "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və Aərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə xx.xx.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixdə 1243 nömrə ilə uçota alınmış A 498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi, qərardadın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan ilk iddia üzrə İddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 6,0 hektar torpaq sahəsindən çıxarılması və "xxxx" MMC-nin topraqdan istifadəyə dair yaratdığı manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili ilk iddiaya dair etiraz təqdim edərək İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 384s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə mübahisəsi gedən 6 ha. torpaq sahəsinin sahəsi daxil olmaqla Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan 1186,8 ha örüş torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunmuşdur. Həmçinin, iddia tərəfindən məhkəməyə Səmədabad Bələdiyyəsi ilə iddiaçı – İddiaçı arasında xx.xx.2014cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin kserosurəti təqdim edilmişdir. Həmin müqavilə tam şəkildə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanılmışdır. Belə ki, bu müqavilə qanunvericiliyin tələblərinə müvafiq olaraq qeydiyyatdan keçməmişdir. Həmçinin, müqavilə 33 il müddətinə bağlandığı qeyd olunmuşdur. (O da qeyd olunur ki, müsabiqənin keçirilməsi haqqında xx.xx.2014-cü il tarixli hərrac şəhadətnaməsində icarə müqaviləsinin 15 il müddətinə bağlanması nəzərdə tutulmuşdur). Bu hal torpaq qanunvericiliyinin tələblərinə tam ziddir, çünki Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin 1-ci abzasında göstərilir ki, bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri on-on beş il müddətinə icarəyə verilə bilər. Mübahisə edilən torpaq sahəsinin təyinatı “örüş sahəsi” olmuşdur. Onun təyinatı ancaq xx.xx.2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə əkin sahəsinə dəyişdirilmişdir. Bundan əlavə, qeyd olunur ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı bütün hüquqların müvafiq icra orqanında qanuna müvafiq qaydada qeydiyyata alınmasının vacibliyini göstərən yuxarıda sadalanan bütün qanunvericilik aktlarının tələblərinin mövcud olmasına və həmin tələblərin yerinə yetirilməsinin mütləq olmasına baxmayarq, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları qanuna müvafiq qaydada qeydiyyata alınmamışdır. Bu onu göstərir ki, həmin sənədlər qanunsuz və əsassızdır. Həmçinin o da göstərilir ki, əgər onların təqdim etdiyi sənədlər qanuna müvafiq olsaydı həmin torpağın icarəyə verilməsi barədə ikinci dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə yenidən müsabiqə keçirilməzdi. Bildirilir ki, həmin auksion mərkəzi tərəfindən keçirilən müsabiqə qanunvericiliyin tələblərinə əməl olunmaqla keçirilmiş və qanuna müvafiq 12733898 saylı, xx.xx.2018-ci il tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsi hazırda da "xxxx" MMC tərəfindən təyinatına uyğun istifadə edilir. Bu səbəbdən də həmin çıxarışın ləğvi barədə iddiaçının tələbi təmin oluna bilməz. Həmçinin, o da qeyd olunur ki, torpağın icarəsi ilə bağlı "xxxx" MMC-nin adına verilmiş çıxarış inzibati orqanın qərarı hesab edilir. Həmin qərarın mövcudluğu barədə iddiaçının elə qərar verildiyi vaxtdan məlumatı olmuşdur. İPM-nin tələblərinə əsasən inzibati orqanın qərarında bir ay müddətinə şikayət verilə bilər. İddiaçı tərəfindən isə həmin müddət dəfələrlə üzürsüz səbəbdən buraxılmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsində qeyd olunan iddia tələbini müdafiə etdi və ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili Nümayəndə2 ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 Şıxsafa oğlu qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin nümayəndəsi X5 məhkəmədə izahat verərək mübahisə olunan torpaq sahəsinin onun işlədiyi dövrdə icarəyə verilmədiyini, hal-hazırda sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə bağlanmış 15 sentyabr 2014-cü il tarixli 2 saylı Bələdiyyə torpaqlarının icarə müqaviləsinin qüvvədə olduğunu bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddianın dəyişdirilməsi barədə ərizəni, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilk iddia təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 23 dekabr 1997-ci il tarixli, 007747 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 1883 saylı sərəncamından görünür ki, X11 dövlət ehtiyyat fondundan 4 hektar torpaq sahəsinin icarəyə verilməsi üçün yer seçilməsi barədə yerquruluşu layihə sənədinin hazırlanması göstərilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi A.Kazımov ilə X12 arasında bağlanmış torpaq icarə müqaviləsindən görünür ki, X11 dövlət ehtiyyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4 hektar torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə X12 arasında bağlanmış 17 yanvar 2003-cü il tarixli, 54 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X11 heyvandarlığın inkişafı üçün 6 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə X12 arasında bağlanmış 01 may 2007-ci il tarixli, 44 saylı bələdiyyə torpaqlarının icarəsi haqqında müqavilədən görünür ki, X3 təsərrüfatı məhsullarının istehsalı üçün 6 hektar torpaq sahəsi 01 may 2018-ci il tarixinə kimi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 24 fevral 2014-cü il tarixli, 715 saylı rəydən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən otlaq məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulan 6 hektar torpaq sahəsinin müsabiqəyə çıxarılmasına etiraz edilməmiş və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılması məqsədəuyğun hesab edilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətinə **********98 reyestr nömrəsi ilə 03 iyul 2014-cü il tarixdə kənd təsərrüfatı təyinatlı torpaqlardan örüş məqsədi üçün 6 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin yığıncağına dair 05 iyul 2014-cü il tarixli, 08 saylı protokoldan görünür ki, Səmədabad Bələdiyyəsinin icarə predmeti olan 6 hektar kənd təsərrüfatı təyinatlı torpaqlardan örüş üçün icarəyə verilməsi məqsədilə açıq hərrac və müsabiqə keçirilməsi üçün Səmədabad Bələdiyyəsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyası arasında müqavilə bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 05 sentyabr 2014-cü il tarixli, 128 saylı protokolundan görünür ki, Komissiya tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətinə aid olan 6 hektar torpaq sahəsinin icarəyə verilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 3 nəfər şəxsin – İddiaçı, X7 və X1 iştirakları ilə keçirilən müsabiqədə İddiaçı keçirilmiş müsabiqənin qalibi hesab olunmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnamədən görünür ki, İddiaçı Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətində olan 6 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və torpaq sahəsi müsabiqədə 65 manata 15 il müddətinə icarəyə verilmişdir. Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsindən görünür ki, İddiaçı 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 sentyabr 2047-ci il tarixə kimi icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 24 aprel 2014-cü il tarixdə 1249 nömrə ilə qeydə alınmış A N 498674 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Səmədabad bələdiyyəsinin 25 fevral 2014-cü il tarixli, 02 saylı qərarı ilə heyvandarlıq məqsədilə 6 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, 10 may 2018-ci il tarixdə "xxxx" MMC-nin xeyrinə Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 05 aprel 2067-ci il tarixə kimi 72.73 hektar torpaq sahəsi yüklü edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli, 181 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının və emalına dair X14” nə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac potensialının artırılması məqsədi ilə mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməklə, pambıqçılıq, taxılçılıq və digər bitkiçilik sahələrinin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən, Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından 582 hektar sahənin (örüş) əkin dövriyyəsinə cəlb edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi barədə həmin bələdiyyənin vəsaiti və Biləsuvar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsaslandırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Biləsuvar rayon İcra Hakimiyyətinə və Səmədabad Bələdiyyəsinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. İşdə olan Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi tərəfindən verilmiş 24 iyun 2020ci il tarixli, 59 saylı arayışdan görünür ki, Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı icarə müqaviləsi halhazırda qüvvədədir. Həmin müqaviləyə əsasən İddiaçı verilmiş 6 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarə haqqını İddiaçı hər il mütəmadi olaraq bələdiyyənin hesabına ödəmişdir. Səmədabad bələdiyyəsi həmin torpaq sahəsinin müharibə veteranı olan İddiaçı istifadəsində qalmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/227 saylı rəyindən görünür ki, mülki işdə olan 15 sentyabr 2014-cü il tarixli, 02 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 hektar örüş təyinatlı bələdiyyə torpaq sahəsi "xxxx" MMC-yə **********09 reyestr nömrəli Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə verilmiş 72,73 ha əkin təyinatlı bələdiyyə torpaq sahəsinin hüdudları daxilində yerləşir. İcarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 ha örüş təyinatlı bələdiyyə torpaq sahəsi ilə "xxxx" MMC-nin icarəsində olan **********09 reyestr nömrəli torpaq sahəsi cənub-şərq istiqamətində üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, ünvan 2orpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/7934 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə, Torpaq sahəsinin planı və ölçüsünün baza məlumatına əsasən Səmədabad bələdiyyəsinin adına qeydiyyat tarixi xx.xx.2014-cü il olan **********98 reyestr nömrəli Çıxarışla rəsmiləşdirilmiş 6,0 ha örüş təyinatlı torpaq sahəsinin sənəd üzrə və İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6,46 hektaradək (çəpər daxilində) torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 15,09.2014-cü il tarixli icarə müqaviləsi ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıldığı zaman kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı-örüş, hüquqi rejimi-heyvandarlığın inkişaf etdirilməsi, hüquqi statusu-bələdiyyə mülkiyyəti olduğu, həmin 6,0 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə hazırkı kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı - əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsu larinin istehsalı, hüquqi statusu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6,46 hektaradək torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üstüstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olmuş kimi iddia olunan 6,0 hektar örüş təyinatlı torpaq sahəsi Biləsuvar rayon Səmədabad bələdiyyəsinin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı kənd təsərrüfatı torpaq sahəsi olduğu və hal-hazırda **********09 reyestr nömrəli Çıxarışa görə “Astaraçay" MMC-nin icarəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publfk hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən. Səmədabad kəndi ərazisində **********09 reyestr nömrəli Çıxarışla icarə əsasında “Astaraçay" MMCnin faktiki istifadəsinə verilmiş kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyihatı-əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsullarının istehsalı, hüquqi statusu isə bələdiyyə mülkiyyətinə aid olan 72,73 ha torpaq sahəsinin sənəd üzrə və naturada faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, Naturada faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin **********09 reyestr nömrəli Çıxarışla "xxxx" MMC-nin icarəsinə verilmiş 72,73 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə **********09 reyestr nömrəli Çıxarışla "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 72,73 ha torpaq sahəsi Biləsuvar rayon Səmədabad bələdiyyəsinin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı 'kənd təsərrüfatı torpaq sahəsidir. Hal-hazırda **********09 reyestr nömrəli Çıxarışa görə “Astaraçay" MMC-nin icarə əsasında faktiki istifadəsində olduğu müəyyən edildi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının 8 ildən artıq bir müddətdə onun istifadəsində olması işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətinə **********98 reyestr nömrəsi ilə 03 iyul 2014-cü il tarixdə kənd təsərrüfatı təyinatlı torpaqlardan örüş məqsədi üçün 6 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnaməyə əsasən İddiaçı Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətində olan 6 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və torpaq sahəsi müsabiqədə 65 manata 15 il müddətinə icarəyə verilmişdir. Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinə əsasən İddiaçı 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 sentyabr 2047-ci il tarixə kimi icarəyə verilmişdir. Daha sonra, yəni 10 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən "xxxx" MMC-nin xeyrinə Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 72.73 hektar torpaq sahəsi 05 aprel 2067-ci il tarixə kimi yüklü edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli, 181 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının və emalına dair X14” nə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac potensialının artırılması məqsədi ilə mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməklə, pambıqçılıq, taxılçılıq və digər bitkiçilik sahələrinin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən, Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından 582 hektar sahənin (örüş) əkin dövriyyəsinə cəlb edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi barədə həmin bələdiyyənin vəsaiti və Biləsuvar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsaslandırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Biləsuvar rayon İcra Hakimiyyətinə və Səmədabad Bələdiyyəsinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilən digər hallardan biri də 15 sentyabr 2014-cü il tarixli, 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin hal-hazırda qüvvədə olması ilə bağlıdır. Bu hal iş materiallarında olan Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli, 59 saylı arayışla da təsdiqini tapır. Həmin arayışa əsasən Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı icarə müqaviləsi hal-hazırda qüvvədədir. Həmin müqaviləyə əsasən İddiaçı verilmiş 6 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarə haqqını İddiaçı hər il mütəmadi olaraq bələdiyyənin hesabına ödəmişdir. Səmədabad bələdiyyəsi həmin torpaq sahəsinin müharibə veteranı olan İddiaçı istifadəsində qalmasına etiraz etmir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə daxil olmasına və onun həmin torpaqdan istifadə etməsinə maneəçilik törədir. Bununla yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/227 saylı rəyi ilə də 15 sentyabr 2014cü il tarixli, 02 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verildiyi, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 hektar örüş təyinatlı bələdiyyə torpaq sahəsi "xxxx" MMC-yə **********09 reyestr nömrəli Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə verilmiş 72,73 ha əkin təyinatlı bələdiyyə torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 ha örüş təyinatlı bələdiyyə torpaq sahəsi ilə "xxxx" MMC-nin icarəsində olan **********09 reyestr nömrəli torpaq sahəsi cənub-şərq istiqamətində üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/227 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC öz qanunsuz hərəkətləri ilə iddiaçının icarə (istifadə) hüquqlarına qəsd etmiş və iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının tələbi əsaslıdır. Buna görə də ilk iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətşi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətşi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Qeyd olunan Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması yollarından biri də bələdiyyələrlə onlar arasında bağlanan müqavilədir. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Qeyd olunan Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə hər hansı hüquqi əsas müəyyən edilmədiyindən rədd olunmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi icarə müqaviləsi əsasında ilk öncə ilk iddia üzrə iddiaçının istifadəsinə verilmişdir. Daha sonra, yəni 10 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən "xxxx" MMC-nin xeyrinə Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 05 aprel 2067-ci il tarixə kimi 72.73 hektar torpaq sahəsi yüklü edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi icarə müqaviləsi əsasında ilk öncə ilk iddia üzrə iddiaçının istifadəsinə verildiyindən hazırda həmin müqavilənin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Sadalan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdeh "xxxx" MMC İddiaçı və Biləsuvar rayonu Səmədabad bələdiyyəsi arasında bağlanılmış 15 sentyabr 2014-cü il tarixli 02 saylı icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsindən çıxarılmalı və "xxxx" MMC-nin İddiaçı istifadəsində olan 6,0 ha torpaqdan istifadəyə dair yaratdığı maneələr aradan qaldırılmalı, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə İddiaçı, 50 (əlli) manatı isə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh "xxxx" MMC İddiaçı və Biləsuvar rayonu Səmədabad bələdiyyəsi arasında bağlanılmış 15 sentyabr 2014-cü il tarixli 02 saylı icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsindən çıxarılsın və "xxxx" MMC-nin İddiaçı istifadəsində olan 6,0 ha torpaqdan istifadəyə dair yaratdığı maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə İddiaçı, 50 (əlli) manatı isə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-14/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-14/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver