Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1400/2023 27.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 63000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci ildə 14 ha torpaq sahəsi və xırdabuynuzlu heyvanı 63000 manata satın almışdır. xx.xx.2017-ci ildə tərəflər arasında Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair notarial qaydada “İcarə hüququnun alqı-satqı müqaviləsi” bağlanmışdır. İcarə hüququnun müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2010-cu ilə qədər müddətə bağlanmışdır. Mübahisəli torpaq sahəsi Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 107 saylı sərəncamı ilə X3 17 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin 14 hektarının icarə hüquqları Yaqut Həsənova tərəfindən Cavabdeh, Cavabdeh isə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona satmışdır. Onun qeyd edilən torpaq sahəsi üzərində olan icarə hüquqları dövlət qeydiyyatına alınmış və ona bu barədə müvafiq çıxarış verilmişdir. Lakin bütün bunlara baxmayaraq o, mübahisəli torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, “Laçın” fermer kəndi təsərrüfatının nümayəndəsi Nümayəndə sözügedən torpaq sahəsinin onlara məxsus olmasını əsas gətirərək onun həmin torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Belə ki, xx.xx.2021-ci il, 2-1(102)-1038/2021 saylı mülki iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-05/2021 saylı qərarı qüvvədə saxlanılaraq, İddiaçı Cavabdeh icarə hüququnu alqı-satqı yolu ilə əldə etdiyi 14 ha torpaq sahəsinin 9 ha torpaq sahəsi “Laçın” X11na verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh 29000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi; qalan hissədə iddianın təmin edilməməsi; məhkəmə xərclərinin 46 faizinin cavabdehə aid edilməsi; Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 128,80 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1237/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdehə 63000 manat ümumilikdə pul vermişdir. Həmin məbləğin də 20540 manatı heyvanların pulu olmuşdur. Torpaq sahəsi ilə birlikdə tikililər və fermanın dəyəri 40000 manat qiymətləndirilmişdir. 4000 manat dəyərində olan arpa da həmin məbləğin, yəni 40000 manatın içindədir, yəni 4000 manat arpanın dəyəri, 36000 manat isə torpaq sahəsi ilə birlikdə tikililər və fermanın dəyəri olmuşdur. Torpaq sahəsinin qiyməti müqavilədə 5000 manat məbləğində göstərilsə də, torpaq sahəsi ilə birlikdə hamısının 63000 manat məbləğində alqı-satqısına razılaşmışlar və o, həmin məbləği cavabdehə vermişdir. Cavabdeh də ona bu barədə xx.xx.2017-ci il tarixli qəbz vermişdir. 14 ha torpaq sahəsində onun icarə hüquqlarının dövlət qeydiyyatı məhkəmə qərarına əsasən 9 ha hissəsində ləğv olunmuş, 5 ha torpaq səhəsindən istifadə etməsinə isə üçüncü şəxslər imkan vermirlər. Qeyd edilən heyvanları satmış, arpanı isə heyvanlar üçün istifadə etmişdir. Cavabdehin ona hazırda 43000 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, cavabdeh xx.xx.2017-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində olan icarə hüquqlarını iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir. Qeyd edilən torpaq sahəsi üzrərində icarə hüquqlarını cavabdeh alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Cavabdehin torpaq sahəsinin mübahisəli olduğundan xəbəri olmamışdır. Sonradan məlum olmuşdur ki, torpaq sahəsi Yaqut Həsənovaya, sonra Vaqifə, sonra isə Rasimə verilmişdir. Rasim isə İddiaçı satmışdır. Alqısatqı müqaviləsi üzrə öhdəlik yerinə yetirilmişdir. Hazırda iddiaçıya heç bir məbləğ verilməsi mümkün deyildir. Bundan başqa, Cavabdeh Şirvan Şəhər Məhkəməsində məhkəmə iclasında şəxsən iştirak edərək, iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, icarə hüquqlarını satan zaman özünə məxsus olan 30000 manat məbləğində olan 500 baş qoyunu (quzularla birlikdə), 4000 manat məbləğində 9 ton arpanı, 4000 manat məbləğində su mühərriki xətlə birlikdə, 3000 manat məbləğində işıq xətti, 1000 manat məbləğində köşk usta pulu ilə bərabər, 1500 manat məbləğində çardağı, 2000 manat məbləğində işıq xəttinin qoşulması aralarında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “Laçın” X11 və Hacıqabul rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 107 nömrəli sərəncamının surətindən görünür ki, Zəmi kənd təsərrüfatı Kooperativinin direktoru X3 əkinçilik məqsədi üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki – Hacıqabul şəhər ətrafı X10 17 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 17 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti (icarəyə verən) xx.xx.2011-ci il tarixli, 107 saylı sərəncam əsasında 17 hektar torpaq sahəsini 99 il müddətinə Zəmi kənd təsərrüfatı Kooperativinə (icarəçiyə) icarəyə vermişdir. İş materiallarında olan “Torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqı-satqısına dair” xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, X7 (satıcı), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsinin verdiyi reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MA seriyalı ******* nömrəli çıxarışa əsasən 99 illik icarə hüququ (xx.xx.2011-ci ildən xx.xx.2110-cu ilədək) üzrə ona məxsus Hacıqabul şəhəri, Hacıqabul şəhərətrafı DTF-də yerləşən, sahəsi 17,00 ha olan torpaq sahəsində 3,00 ha-dan ibarət hissəni X2 (alıcının), 14 ha-dan ibarət hissəni isə Cavabdeh (alıcının) istifadəsinə vermişdir. Satıcı alıcılardan 10.000 manat məbləğində pul almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Hacıqabul rayon İcra Hakimiyyətinə məxsus Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi Cavabdeh xeyrinə icarə hüquqi ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh icarəyə verilən Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı məqsədli istifadə növü əkin olan torpaq sahəsinin üzərində icarə hüquqları ƏMDK DƏDRX Şirvan ərazi idarəsinin xx.xx.2013-cü il tarixli **********53 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsinin üzərindəki icarə hüquqları İddiaçı icarəsinə vermiş, icarə hüququnu 5000 manata satmışdır. Qeyd edilən müqavilə notariat qaydasında təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 14 ha torpaq və heyvanını İddiaçı 63000 manata satması və İddiaçı 63000 manat pul almasına dair qəbzi imzalamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, Hacıqabul şəhər ətrafı DTF torpağı 14,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 177 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamın surətindən görünür ki, “Zami” kənd təsərrüfatı kooperativinin direktoru X3 17 hektar torpaq sahəsinin ayrılmasına dair Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 107 saylı sərəncamı “Laçın” X11na ayrılmış 38 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Cavabdeh icarəsində olan 14 hektar torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır. İşdə olan 18 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla icarə hüququ rəsmiləşdirilmiş, Hacıqabul şəhəri, şəhərətrafı X14 torpaqlardan sahəsi 14 ha olan torpaq sahəsini əkin məqsədilə icarəyə vermiş, İddiaçı isə qəbul etmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-62/2016 saylı, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, iddianın qismən təmin edilməsi, “Zəmi” kənd təsərrüfatı Kooperativinin direktoru X3 17 hektar torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 107 nömrəli sərəncamı “Laçın” X11na ayrılmış 38 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü 14 hektar torpaq sahəsi hissəsində ləğv edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində ekspertiza xərci cavabdeh Hacıqabul rayon icra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖİN **********, X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülMƏSİ, hazırlanmış mütəxəssis rəyinin 60 manat məbləğində dəyəri cavabdeh Hacıqabul rayon İcra Hakmiyyətindən tutularaq "xxxx" MMC-nin AZ23AİİB********************, VÖEN ********** hesabına köçürülməsi, işə baxılması ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-297/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı icarəsinə verilmiş 14 ha torpaq sahəsinin Nümayəndə qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 298/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-05/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı “Laçın” X8 apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-251/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçı “Laçın” X8 iddia tələbinin qismən təmin edilməsi, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 107 nömrəli sərəncamının qismən, yəni “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 9 hektar torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi, iddiaçı “Laçın” X8 iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının keçirilməsinə görə 300 manat ekspertiza tədqiqatının dəyərinin 150 manatı iddiaçı “Laçın” X6, 150 manatı isə cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab №: AZ41NABZ**********000000, SWİFT BİC: CTREAZ22, Hesab AZ43CTRE**********2088501) köçürülməsi, həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına air mütəxəssis xərclərinə görə 364,72 manatın 182,36 manatı iddiaçı “Laçın” X6, 182,36 manat isə cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətindən tutularaq Azərbayan Respublikasının Əmlək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC-nin Xətai filialı, kod: 200071, VÖEN (bank) **********, müxbir hesab № AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, "xxxx" MMC, VÖEN: **********, Hesab №: AZ23AİİB********************) köçürülməsi, həmçinin iş üzrə mütəxəssis xərcinə görə 300 manatın 150 manatı iddiaçı “Laçın” X6, 150 manatı isə cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, M/H: AZ03NABZ0135001**********2944, Kodu: 805539, SWİFT: BİC İBAZAZ2X, H/h: AZ52İNAZ********************) köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1038/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı və X7nın kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-05/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunan Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli sərəncamının surətindən görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 117 saylı sərəncamı ləğv edilmiş, “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 17 hektar torpaq sahəsinin ayrılmasına dair rayon icra hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 107 saylı sərəncamı “Laçın” kənd fermer təsərrüfatına ayrılmış 38 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Cavabdeh icarəsində olan 09 hektar torpaq sahəsi hissəsində ləğv edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu ərazisində yerləşən 14 ha torpaq sahəsinə dair İddiaçı icarə hüquqlarının dövlət qeydiyyatı Şirvan Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(106)-05/2021 saylı qərarına əsasən 9 ha hissəsində ləğv olunmuşdur. Yerdə qalan 5 ha torpaq sahəsinə dair icarə hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı 13 saylı Şirvan Ərazi İdarəsinə və ya onun Hacıqabul rayon şöbəsinə müraciəti aşkar olunmamışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə hüququnun alqısatqı müqaviləsinə əsasən, cavabdeh Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı məqsədli istifadə növü əkin olan torpaq sahəsinin üzərində olan icarə hüquqlarını iddiaçının icarəsinə verməli olmuşdur. Lakin, cavabdeh qeyd edilən müqavilədə nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni, yəni 5 ha torpaq sahəsini iddiaçıya vermişdir. Belə ki, iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatı Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-05/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 9 ha hissəsində ləğv olunmuşdur. 5 ha torpaq səhəsindən istifadə etməsinə isə üçüncü şəxslər tərəfindən imkan verilmir. Bundan başqa, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh qeyd edilən müqaviləyə əsasən icarə hüququnu 5000 manata satmış olsa da, həmin 14 ha torpaq sahəsi və heyvanının iddiaçıya 63000 manata satması və iddiaçıdan 63000 manat pul almasına dair xx.xx.2017-ci il tarixdə qəbz imzalamışdır. Bundan əlavə, Cavabdeh Şirvan Kommersiya Məhkəməsində işə baxılarkən məhkəmə iclasında nümayəndəsi və vəkili vasitəsi ilə təmsil olunsa da, Şirvan Şəhər Məhkəməsində məhkəmə iclasında şəxsən iştirak edərək, iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində olan icarə hüquqlarını iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir. Qeyd edilən torpaq sahəsi üzrərində icarə hüquqlarını o, alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. İcarə hüquqlarını satan zaman özünə məxsus olan 30000 manat məbləğində olan 500 baş qoyunu (quzularla birlikdə), 4000 manat məbləğində 9 ton arpanı, 4000 manat məbləğində 1 ədəd vaqonu, 10000 manat məbləğində tikili olan ferma, 1500 manat məbləğində su mühərriki xətlə birlikdə, 3000 manat məbləğində işıq xətti, 1000 manat məbləğində köşk usta pulu ilə bərabər, 1500 manat məbləğində çardağı, 2000 manat məbləğində işıq xəttinin qoşulması aralarında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Onun torpaq sahəsinin mübahisəli olduğundan xəbəri olmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh qeyd edilən 14,0 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni iddiaçıya vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı icarə hüququnun alınması üçün ödədiyi 5000 manat pul məbləğinin qaytarılmasını tələb etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 652-ci maddəsinə əsasən, hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir. Qeyd edilən Məcəllənin 649-cu maddəsinə əsasən, satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Məhkəmə hesab edir ki, iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatı məhkəmə qərarına əsasən 9 ha hissəsində ləğv olunduğundan, bununla da, cavabdeh qeyd edilən müqavilədə nəzərdə tutulmuş torpaq sahəsindən az sahəni, yəni 5 ha torpaq sahəsini iddiaçıya verdiyindən, iddiaçı ödədiyi 5000 manat pul məbləğinin qaytarılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 573.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 573.2-ci maddəsinə əsasən, alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Qeyd edilən Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Bundan əlavə, cavabdeh qeyd edilən müqaviləyə əsasən icarə hüququnu 5000 manata satmış olsa da, 14 ha torpaq sahəsi və heyvanının iddiaçıya satılması üçün iddiaçıdan 63000 manat pul almasına dair qəbz imzalamışdır. Lakin, məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən heyvanları sonradan satmış, arpanı isə heyvanlar üçün istifadə etmişdir. Belə olan halda, iddiaçı qeyd edilən heyvanlara və arpaya görə ödədiyi pulu deyil, torpaq sahəsində mövcud olmuş tikililərə, fermaya və s. görə ödədiyi pul məbləğinin ona qaytarılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh 1 ədəd vaqona görə 4000 manat məbləğində, tikili olan fermaya görə 10000 manat məbləğində, xətlə birlikdə su mühərriki üçün 1500 manat məbləğində, işıq xətti üçün 3000 manat məbləğində, usta pulu ilə bərabər köşkə görə 1000 manat məbləğində, çardağ üçün 1500 manat məbləğində, işıq xəttinin qoşulması üçün 2000 manat məbləğində, cəmi 23000 manat məbləğində pul vəsaitini iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, göstərilən məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1400/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1400/2023
27.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver