Məhkəmə qərarları › İş №2-2(121)-152/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-152/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-152/2021 10.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 Vahib oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 Vahib oğluna və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 cavabdehlər Cavabdeh1 Vahib oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 2.011,73 manat əsas borc, 244 manat faiz borcu, cəmi 2.255,73 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMM QBKT ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 32% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3.500 manat məbləğində kredit erilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 101 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 Vahib oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2014cü il tarixli, **********7132 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********0175 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2.511 manat müəyyən edilmişdir. Eyni tarixli **********9611-926602 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx xxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli **********0175 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2.011,73 manat əsas, faiz borcu üzrə 244 manat, cəmi 2.255,73 manat təşkil edir. Cavabdeh1 Vahib oğlu ilə öhdəliyin icra edilməsi barədə kreditor tərəfindən danışıqlar aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdir və kreditor "xxxx” MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-2(121)-152/2021 saylı qərardadı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 Vahib oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə icraata hissəvi, yəni Cavabdeh3 münasibətdə xitam verilmişdir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Vahib oğlu və Cavabdeh2 izahat verərək əsas və faiz borcunu qəbul etdiklərini bildirdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 Vahib oğluna illik 32 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 3.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Vahib oğluna 3.500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 2.564 manat, faiz dərəcəsi 17,5% və müddət 33 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********2637-926602 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********2637 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********2637 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 2.511 manat, faiz dərəcəsi 18% və müddət 32 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********0175-926602 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********0175 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **********0175 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 2.511 manat, faiz dərəcəsi 10% və müddət 55 ay müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********9611-926602 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan problemli müştəri məlumatından görünür ki, Cavabdeh1 Vahib oğlunun 2.011,73 manat əsas və 244 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Vahib oğlunun İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 2.011,73 manat əsas, 244 manat faiz, cəmi 2.255,73 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh1 Vahib oğlu və Cavabdeh2 ərizələrlə məhkəməyə müraciət edərək, hazırki iş üzrə 2.011,73 manat əsas və 244 manat faiz borcunu qəbul etdiklərini bildirmişlər. Məhkəmə müəyyən etdi ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 Vahib oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 Vahib oğluna illik 32 faiz dərəcəsi ilə, 24 ay müddətinə, biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün 3.500 manat məbləğində kredit verilmişdir. Bundan sonra bir neçə dəfə qeyd olunan kredit müqaviləsinin restrukturizasiyasına dair tərəflər arasında saziş bağlanılmışdır. Həmçinin İddiaçı Qeyri- Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 Vahib oğlu həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7132 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair sazişlərlə Cavabdeh1 Vahib oğlunun iddiaçıya 2.011,73 manat əsas və 244 manat faiz borcunun qalması iş materialları ilə sübut olunduğundan, həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, həmçinin cavabdehlər Cavabdeh1 Vahib oğlu və Cavabdeh2 əsas və faiz borclarını etdiklərindən, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Vahib oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Vahib oğlundan və Cavabdeh2 2.011,73 manat əsas borc, 244 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.285,73 (iki min iki yüz səksən beş manat, yetmiş üç qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Vahib oğlundan və Cavabdeh2 2.011,73 manat əsas borc, 244 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.285,73 (iki min iki yüz səksən beş manat, yetmiş üç qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar