Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1526/2025 11.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 10000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 10000 ABŞ dolları məbləğində pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rüsumuna görə ödənilmiş 141 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1885/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. 2024-cü ilin fevral ayında Cavabdeh Qazaxstan Respublikasından ona zəng edərək Ağcabədi şəhərində işlətdiyi tikinti-malları obyekti üçün ondan 10.000 ABŞ dolları məbləğində borc olaraq pul istəmişdir. Həmin pulu 10 gün müddətinə qaytaracağına söz vermişdir. O da, 10.000 ABŞ dollar məbləğində pulu Cavabdeh məxsus obyektdə İlkin adlı şəxsə vermişdir. Elşən Qazaxstan Respublikasından gəldikdən sonra borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş, Ağcabədi rayon Polis Şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki xarakterli mübahisə olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Elşənin borcunun olması həmin qərarda olan Elşənin öz izahatı, İlkin adlı şəxsin izahatında və işə əlavə edilmiş video görüntüdə öz əksini tapmışdır. Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və verilmiş suallara cavabında məhkəməyə təqdim etdiyi görüntülərdə olan şəxs Cavabdeh deyil, cavabdehin tanışı İlkin adlı şəxs idi. İlkin pulu Cavabdeh göndərmək üçün ondan almışdır. O, Cavabdeh dediyinə görə pulu İlkinə vermiş, pulu verdiyi anda da Cavabdeh ilə telefonla danışaraq pulu verdiyini demişdir. Ağcabədi rayon polis şöbəsində olarkən X3 ondan 10000 ABŞ dolları aldığını etiraf etmişdir. O, qeyd etdiklərini nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə qarşı etirazda qeyd olunanlara uyğun izahat verdi və məhkəmənin suallarına cavabında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən verilən pullar şərik iş görmək məqsədilə verilmişdir və çəkilən xərclərə sərf olunmuşdur. Qeyd etdiklərini nəzərə alaraq o, iddianın rədd olunması barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etdi.
Şahid ifadələri:
7. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində Elşən ilə şərik olduğunu və Sadiqi Elşən sayəsində tanıdığını, Qazaxıstan Respublikasından mal-qara alaraq Azərbaycan respublikasına gətirərək burada satıb gəlir əldə etmək barədə razılaşdıqlarını, razılaşmalarına əsasən, Sadiqin 50 min manat məbləğində qoymalı olduğunu və qazancın 50/50 bölünməli olduğunu, Sadiqin Elşənə 10000 ABŞ dolları göndərdiyini, sonradan Elşənin ona Sadiqin şərik işdən imtina etdiyini, Sadiqin verdiyi pulun xərclərə rərf olunduğunu, Qazaxıstana o, Elşən və Azərin getdiyini, 6 ay müddətində qaldıqlarını, lakin sənədləşmə işini başa çatdıra bilmədiklləri üçün onların mal-qara gətirməsinin mümkün olmadığını və çəkilən xərcin 50000 ABŞ dolları məbləğində olduğunu bildirdi.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2024 tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nümayəndəsi olduğu Cavabdeh ondan borc olaraq on min ABŞ dolları aldığını, həmin pulu sonradan qaytarmadığını və borc verdiyi pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, bu iddianı əsassız hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında heç bir borc münasibəti mövcud olmamışdır. Tərəflər və həmçinin şərikləri X8 birlikdə alver edib pul qazanmaq üçün şifahi razılığa gəlmiş, onlar Qazağıstan respublikasından mal-qara alaraq Azərbaycan respublikasına gətirərək burada satıb əldə etdikləri gəliri üç yerə bölməyi planlamışlar. Bu məqsədlə Şükür Əliyev və Cavabdeh xərc çəkərək Qazağıstan Respublikasına getmişlər. Orada qeyd olunan işi qurmaq üçün hazırılıq işini görüb tamamlamışlar. Bu məqsədlə ilkin olaraq üçünə aid olan puldan ümumilikdə əlli min ABŞ dollarına yaxın pul xərcləmişlər. Ancaq İddiaçı işin birinci mərhələsi hazır olduqdan sonra söz verdiyi maliyyə dəstəyini göstərməkdən imtina etdiyi üçün hazır olan mal-qaranı alıb gətirə bilməmişlər. Nəticədə onların xərclədikləri pullar boşa çıxmışdır. Dəfələrlə Sadiqdən xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Sadiqlə əvvəlcədən razılaşmışlar ki, gəlirlə bərabər xərclərdə ortaq olacaqdır. Xərclənən puldan 17000 (on yeddi min) ABŞ dolları cavadehin şəxsi vəsaiti olmuşdur. İddiaçı alver üçün verdiyi pulların, cavadehin və digər şərik Şükür Əliyevin işin təşkilinə xərclədiyi pulların Qazağıstan Respublikasına göndərilməsi barədə bank sənədləri və qəbzlər vardır. Həmin sənədlərin surətini etiraz ərizəsinə əlavə edir. Bundan əlavə İddiaçı cavabdehin barəsində Ağcabədi RPŞ-nə verdiyi ərizə əsasında qəbul edilmiş qərarda da iddiaçı ilə cavabdehin və Şükür Əliyevin şərkili alver etmək üçün Qazağıstan Respublikasında iş qurmaqları və həmin işin təşkili üçün pul xərclədikləri öz təsdiqini tapmışdır. Buda bir daha onu təsdiq edir ki, qeyd olunan pul cavabdeh tərəfindən borc olaraq iddiaçıdan alınmamışdır. Ancaq sonradan iddiaçı işin ikinci və sonuncu mərhələsi üçün söz verdiyi pulu şəriklərinə göndərmədiyi üçün Azərbaycan respublikasına mal-qara alıb gətirə bilməmişlər və nəticədə əlli min ABŞ dolları ziyanlıq etmişlər. İddiaçının qeyd etdiyi pullar cavabdehin sərəncamında qalmamış və həmçinin cavabdehin iddiaçı qarşısında heç bir borc öhdəliyi olmamışdır. Azərbaycan Respublikası MM-nin 324-cü maddəsində əqd anlayışı və onun növləri aşağıdakı kimi verilmişdir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin məcəllənin 329-cu maddəsində Əqdlərin formaları aşağıdakı kimi göstərilmişdir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin məcəllənin 331.1-ci maddəsində göstərilmişdir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Həmin məcəllənin 337.1-ci maddəsində göstərilmişdir ki, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi borc münasibətinin mövcud olması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan iradə ifadəsini təsdiq edən halların heç biri mövcud deyildir. Həmçinin tərəflər birgə həyata keçirəcəkləri sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlirləri böldüyü kimi bu işin (fəaliyyətin) qurulması üçün çəkdikləri xərcləri də ortaq olaraq bölməlidirlər. Odur ki, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd olunmasını sizdən xahiş edirəm.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İşdə olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və VÖEN: ********** verilmişdir.
10. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, onun Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2009-cu il tarixdə VÖEN: ********** verilmişdir.
11. Ağcabədi rayon polis şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin fevral ayında Zərdan rayon, Qoruqbağı kənd sakini İddiaçı ilə Ağcabədi şəhəri, Qarabağ küçəsində yaşayan Cavabdeh qarşılıqlı razılaşma əsasında alver etmək, yəni Qazağıstan Respublikasından iri buynuzlu heyvan alıb respublikaya gətirmək qərarına gəlmiş, buna İddiaçı 10000 ABŞ dolların Elşənə göndərmək üçün Elşənə məxsus obyektdə işləyən X2 vermiş, Elşənin sifarişinə əsasən İlkin həmin pulu Ağcabədi şəhərində tanımadığı şəxsə vermiş, həmin şəxs İlkinin yanında Elşənlə telefonda danışmış, bu ərəfədə Elşən Qazağıstan Respublikasında olmuşdur. Hazırda da həmin pulla bağlı aralarında mülki narazılıq yaranmışdır.
12. Ağcabədi rayon polis şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarında olan Cavabdeh izahatından görünür ki, o, İddiaçı tanıyır, aralarında yaxşı münasibət vardır. 2024-cu ilin fevral ayında İddiaçı onun dostları Azər və Rəfail adlı şəxslərlə kafedə yemək yeyən zaman onunlaa danışıb razılaşmışlar ki, birlikdə respublikaya iri buynuzlu mal-qara gətirsinlər, pulun da şərikli qoysunlar. 09 fevral 2024-cu il tarixdə o, Azər və dostu ƏliyevŞükür Tofiq oğlu Qazağıstan Respublikasına getmiş, orada sənədlərin hazırlanmasına təxminən 20 gun vaxt sərf olunmuş, sənədləri hazırlasa da, həmin ərəfədə ölkədən iri buynuzlu mal-qaranın çıxarılması, müvəqqəti dayandırılmışdır. Sadiq həmin ərəfədə ona pul göndərməli idi ki, mal-qara alsınlar, Lakın, Sadiq pulu ləngitmişdir. Təxminən fevral ayının 14-15 olardı Sadiqlə telefonda danışarkən ona 10000 ABŞ dolları göndərə biləcəyini demiş, o da pulu bankla deyil, ona məxsus obyektə verməsini oradan pulu ona göndərəcəklərini bildirmişdir. Sadıq həmin pulu İlkin adlı oğlana vermiş, bundan sonra pul ona göndərilmişdir. Bundan sonra özündən də 17000 ABŞ dolları özündən də sənədlərin hazırlanmasına, heyvanların alınmasına və başqa heyvanların alınmasına görə beh də vermişdir. Həmçinin digər şəriklər X4 areoportda saxlamışlarvə buna gorə də dörd ay olar ki, Tofiq və ailəsinin bütün xərclənn özu qarşılayır. Sadiq də həmin xərclərə kömək etmək istəməmişdir O. Sadiqi hədələmədiyini bildirmişdir.
13. Qəbzlərdən görünür ki, X1 tərəfindən 10000 ABŞ dolları və 1883 ABŞ dolları, X7 tərəfindən 297 ABŞ dolları, Cavabdeh tərəfindən 495 ABŞ dolları məbləğində pul X5 göndərilmişdir.
14. İş materallarına əlavə olunmuş “CD disk”də olan görüntülərdən İddiaçı İlkin adlı şəxs ABŞ dolları şəklində pul verdiyi görünür.
15. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 142 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin: -739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -17.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
20. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırkı kommersiya mübahisəsi, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə şifahi formada bağladıqları müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərindən yaranmışdır.
21. Məhkəmə ilkin olaraq hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Bunun üçün isə, əvvəla tərəflər arasındaki mübahisəyə tətbiq edilməli olan maddi hüquq norması düzgün müəyyən edilməlidir. AR MPM-nin tələbinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin yaranması, 24 fevral 2023-cü il tarixli, 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiya verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin qüvvəyə minməsindən sonrakı dövrə (Həmin qanunun 2-ci maddəsinə görə, bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.) düşdüyündən, hazırki mübahisəyə qeyd olunan qanunla edilmiş dəyişikliklə yeni redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin 739-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
22. Tərəflər arasında bağlanmış əqdin etibarlı olub olmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflər 10000 ABŞ dolları məbləğində pulun borc verilməsi barədə əqdi şifahi formada bağlamaqla, əqdin formasına dair Mülki Məcəllədə müəyyənləşdirilmiş məcburi şərti pozmuşlar. Belə ki, iş materiallarından göründüyü kimi müqavilə iştirakçılarının hər ikisi fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, aralarındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manatdan çox olduğundan, onlar bu müqaviləni yazılı formada bağlamalı olduqları halda, şifahi formada bağlamışlar. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında forma şərti pozulmaqla bağlanmış əqd etibarsız olduğundan, hazırki mübahisə AR Mülki Məcəlləsinin 52-ci fəslində nəzərdə tutulan əsassız varlanmaya dair müddəaları nəzərə alınmaqla həll edilməlidir.
23. Məhkəmə qeyd edir ki, iddianın faktiki hüquqi əsasını iddiaçının Cavabdeh, sonuncunun Ağcabədi şəhərində işlətdiyi tikinti-malları obyekti üçün 10 gün müddətinə qaytarmaq şərti ilə tanışı vasitəsilə borc olaraq verdiyi 10.000 ABŞ dolları məbləğində pulun bu günədək qaytarılmaması təşkil edir.
24. Cavabdehin tərəfin etirazından isə görünür ki, İddiaçı ilə Cavabdeh arasında heç bir borc münasibəti mövcud olmamışdır. Tərəflər və həmçinin şərikləri X8 birlikdə alver edib pul qazanmaq üçün şifahi razılığa gəlmiş, onlar Qazağıstan respublikasından malqara alaraq Azərbaycan respublikasına gətirərək burada satıb əldə etdikləri gəliri üç yerə bölməyi planlamışlar. Bu məqsədlə Şükür Əliyev və Cavabdeh xərc çəkərək Qazağıstan Respublikasına getmişlər. Orada qeyd olunan işi qurmaq üçün hazırılıq işini görüb tamamlamışlar. Bu məqsədlə ilkin olaraq üçünə aid olan puldan ümumilikdə əlli min ABŞ dollarına yaxın pul xərcləmişlər. Ancaq İddiaçı işin birinci mərhələsi hazır olduqdan sonra söz verdiyi maliyyə dəstəyini göstərməkdən imtina etdiyi üçün hazır olan mal-qaranı alıb gətirə bilməmişlər. Nəticədə onların xərclədikləri pullar boşa çıxmışdır. Dəfələrlə Sadiqdən xahiş etsələrdə heç bir nəticəsi olmamışdır. Sadiqlə əvvəlcədən razılaşmışlar ki, gəlirlə bərabər xərclərdə ortaq olacaqdır. Xərclənən puldan 17000 (on yeddi min) ABŞ dolları cavadehin şəxsi vəsaiti olmuşdur.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dolları məbləğində pul vəsaiti sonuncunun tanışı vasitəsilə verilmişdir. Qeyd olunan xüsusat iddia ərizəsinə qarşı verilmiş etirazda inkar olunmur, əksinə şahid ifadəsi və cavabdehin özünün iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan ifadəsi ilə təsdiq olunur. Lakin, cavabdeh tərəf iddiaçının həmin pulları cavabdehə borc olaraq deyil, şərik iş görmə məqsədilə verdiyini bildirir. Belə ki, tərəflər arasındaki razılaşmaya görə Qazaxıstan Respublikasından malların alınıb Azərbaycana gətirilib satılacaqdı və əldə edilmiş gəlir şəriklər arasında bölünəcəkdi.
26. Qeyd olunanları və AR MPM-nin 77.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə 10000 ABŞ dolları məbləğində pul verməsi sübut olunduğundan, cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf iddiaçının həmin pulu məhz şərikli iş görmək məqsədilə verildiyini, tərəflərin əldə ediləcək gəlirlə bərabər xərclərə də ortaq olması barədə razılaşdıqlarını bildirsə də, bunu təsdiq edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehə verdiyi 10000 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 141 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Nəticə
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev