Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-175/2020 08.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X6 və X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.411,83 manat borcun, 6.957,70 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17.399,53 manat pulun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Beyləqan” filialı vəcavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17 ******* saylı müqaviləyə əsəsən cavabdeh 130 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 260 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 106.140,36 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığm qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 93.927,03 manat məbləğində 190.422,67 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh, təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 1.801,50 manat məbləğində vəsaiti cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 10.411,83 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığ tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən Cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 6.957,70 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 260 ton; verilib: 190.422,67 kq,verilməmişdir: (260t – 190.423t) x 500manat =34.788,5 manat x 20% = 6.957,7 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Beləliklə, cavabdeh 10.411,83 manat əsas borcdan əlavə 6.957,7 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 17.369,53 manat təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X8 və X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, onunla zavod arasında müqavilə 100 ha torpaq sahəsinə görə bağlanılmış və onlar tərəfdən 100 ha torpaq sahəsində xidməti işlər görülmüşdür. Həmçinin onun adına 5.571,35 kq amafos yazılsa da, bu məhsul ona təhvil verilməmişdir. Yekunda müqaviləyə 30 ha torpaq sahəsi əlavə olunsa da burada xidməti işlər görülməmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikasınının Prezidentinin fərmanı ilə 70 faiz həcmində fermerlərə güzəştli gübrə verilir. Lakin bu güzəşt ona tətbiq olunmamışdır. Həmçinin ona verilən qaimələrdə uyğunsuzluq var. Belə ki, ona 32.500 kq azot və 5.571,35 kq amafos verildiyi qeyd edilir. Halbuki ona amafos verilməyib. Daha sonra, ikinci yığımın qiyməti 60 manat olduğu halda, ondan 100 manat alınıb. Aralarında bağlanmış müqavilədən başqa müqaviləyə qiymətlərin razılaşdırılması barədə protokol tərtib olmalı idi. Lakin aralarında qiymətlərin razılaşdırılması barədə protokol tərtib olunmamışdır. Görülmüş işlərin qiymətləri ilə razılaşmır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC, “MKT Beyləqan” filialı vəCavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2017-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən, Cavabdeh əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir, 130 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx xxxxxx 2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən, Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qaimələr, qəbzlər, kassa mədaxil orderləri) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün 106.140,36 manat məbləğində avans ayrılmışdır (şum və traktor işləri görülmüş, arat aparılmış və s.). Həmin məbləğdən İddiaçı MMC-yə 93.927,03 manat məbləğində pambıq verilmiş, 1.801,50 manat pul isə nağd qaydada geri qaytarılmışdır (cəmi 95.728,53 manat). İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli,164 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı vəCavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh verilmiş 106.140,36 manat avans məbləğindən ödənilməmiş 10.411,83 manat borcun və 6.957,7 manat cərimənin 10 gün müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, REF/0882/20 saylı maliyyə arayışında qeyd olunur ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı vəCavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən, xam-pambığın əkilib-becərilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə 50.000,68 manat dəyərində nağd vəsait, 23.152,01 manat dəyərində aqrotexniki xidmətlər göstərilmiş, 10.652,79 manat dəyərində qurutma, təmizləmə, maşınla pambıq yığımına görə tutulmalar hesablanmışdır ki, ümumilikdə bütün bu xidmətlərin cəmi dəyəri 105.247,48 manat təşkil edir. Bundan başqa cavabdehin 2001-ci il mövsümü üzrə yaranmış 892,88 manat qalıq borcu 2017-ci il mövsümü üzrə onun şəxsi avans hesabatında debet hissəyə, yəni cavabdehə avans şəklində verilmiş ümumi vəsaitləri əks etdirən hissəyə köçürülmüşdür. Beləliklə cavabdehin şəxsi avans hesabatı vərəqəsi üzrə debet hissəsinin cəmi məbləği 106.140,36 manat təşkil etmişdir. Cavabdeh 93.927,03 manat dəyərində xam-pambıq təhvil vermiş, 1.801,50 manat dəyərində avans vəsaitləri isə cəmiyyətə geri ödəmişdir. Beləliklə son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərinin dəyərinə görə iddiaçıya 10.411,83 manat dəyərində əsas borcu, müqavilə şərtlərinə əsasən hesablanmış 6.957,70 manat dəyərində cərimə borcu və 30 manat dövlət rüsumu borcu olmaqla, cəmi 17.399,53 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, iddia ilə bağlı qeyd edir ki, 100 hektar torpaq sahəsində pambıq əkilməsi üçün MKT X4 Məhsuliyyətli Cəmiyyətini ilə ********* saylı müqavilə bağlamışdır.İlkin müqavilənin şərtlərinə əsasən MKT X4 Məhsuliyyətli Cəmiyyəti pambıq əkini üçün toxum,dərman,mineral gübrələri və aqrotexniki qulluq üçün texnikalar ilə təchizatı öz üzərinə götürmüşdür.Lakin müqavilədə toxum,dərman,mineral gübrələrinin hansı qiymətə veriləcəyi barədə və aqrotexniki qulluq üçün texnikalarin xidmətindən asılı olaraq qiymət cədvəli müqaviləyə əlavə olaraq razılaşdırılmalı olduğu halda MKT X4 Məhsuliyyətli Cəmiyyəti tərəfindən bu işlər aparılmamışdır.Buna görə tərəfindən alınmış toxum,dərman və mineral gübrələrin qiyməti MKT X4 Məhsuliyyətli Cəmiyyətinin maraqları əsasında icra olunmuşdur. Nəticəsində MKT X4 Məhsuliyyətli Cəmiyyəti daxilində nəzərdə tutulan qiymətlərlə hesablama işləri aparmışdır.Bunun nəticəsində müqavilənin 2.2.2-ci maddəsinin tələbləri kobud şəkildə alıcı tərəfindən pozulmuşdur. MKT X4 Məhsuliyyətli Cəmiyyətindən tərəfindən 10.848,01 manatlıq dərman götürülmüş olduğu halda dövlətin fermerlərə tətbiq etdiyi 70% güzəşt tətbiq olunmamış və bunun hesabına ona MKT X4 Məhsuliyyətli Cəmiyyəti 7.593.61 manat vəsait qaytarmalı olduğu halda heç bir vəsait qaytarmamışdır. MKT X4 Məhsuliyyətli Cəmiyyəti 100 hektarəkilmiş pambıq sahəsinə xidmət etdiyi halda ona qarşı 130 hektar xidmət etdiyini göstərməklə məhsuldarlığa görə 6.957,70 manat iddiasını əsassız olmasını nəzərə alasınız.Belə ki, MKT X4 Məhsuliyyətli Cəmiyyəti 100 hektar pambıq sahəsinə əkin,mala,səpin və çiyid toxumu ilə təchiz etmişdir və 100 hektar pambıq sahəsində texnika ilə 1-ci yığım pambıq istehsalını həyata keçirmişdir və müqavilədə nəzərdə tutulmamış qiymətlə 100 manat səviyyəsində ondan tutmuşlar.2-ci yığım işləri digər fermerlərdə 60 manat səviyyəsində aparıdığı halda onda 60 ha 2-ci yığım 100 manat olmaqla aparılmışdır. Belə olan halda ondan artıq olaraq 2.400 manat vəsait tutmuşlar. MKT X4 Məhsuliyyətli Cəmiyyətinin iddiasına əsasən 10.441,83 manat borc tələbinə cavab olaraq bildirir ki,sahibkar olaraq ona 10.393,61 manat artıq vəsait hesablanmışdır.Həqiqətdə isə onun digər məktubda göstərmiş olduğu müqavilə şərtlərinin pozulması hallarından dəyən ziyanı nəzərə almadan MKT X4 Məhsuliyyətli Cəmiyyətinə 48.22 manat borc məbləğinin olması zərurəti yaranır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul olunması məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC, “MKT Beyləqan” filialı vəCavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini 2017-ci il mövsümü üzrə xam-pambığın istehsalı və alqı satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrin tənzimlənməsindən ibarətdir. Müqaviləyə əsasən Cavabdeh əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi təqdim edir, 130 hektar sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx xxxxxx 2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükü Təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi, təsərrüfat tədarükçü vasitəsi ilə alıcıdan alınan avansı tədarük mövsümü vaxtı alıcıya xam-pambıq verməklə ödəməyi, təsərrüfat torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında olunması öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh işlərin görülməsi üçün 106.140,36 manat məbləğində avans ayrılmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya 93.927,03 manat məbləğində 190.422,67 kq xampambıq təhvil vermiş, həmçinin cavabdeh təhvil götürdüyü avans vəsaitlərinin dəyərinə görə yaranmış ümumi borcundan 1.801,50 manat məbləğində vəsaiti İddiaçı MMC-yə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitinə görə iddiaçıya 10.411,83 manat borcu qalmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, 164 saylı pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilətəşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 106.140,36 manat məbləğində avans müqabilində İddiaçı MMC-yə 93.927,03 manat məbləğində pambıq verilmiş, 1.801,50 manat pul isə nağd qaydada geri qaytarılmışdır (cəmi 95.728,53 manat). Beləliklə cavabdehin iddiaçıya verilmiş avans üzrə 10.411,83 manat borcu qalmışdır. Belə olan haldaməhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 10.411,83 manat borcunİddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, 6.957,70 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 50 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, həmçinin onun tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunanlara münasibətdə məhkəmə hesab edir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən qeyd olunan dəlilləri təsdiq edəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, görülmüş işlərin həcmi və dəyəri iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapmış, Cavabdeh həmin sənədlərlə razılaşaraq onları imzalamışdır. 5.571,35 manat dəyərində amafosun ona təhvil verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli, 054581 saylı qaimə-fakturadan, o cümlədən həmin tarixli, 012799 saylı kasa mədaxil orderindən görünür ki, 32.500 kq çəkidə, 18.571,15 manat dəyərində ammonim şorası Cavabdeh təhvil verilmiş, 70% güzəşt tətbiq edildikdən sonra, onun dəyəri 5.571,35 manat müəyyən edilmiş, həmin sənədlər cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.411,83 manat əsas borc, 50 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 10.481,83 (on min dörd yüz səksən bir min manat, səksən üç qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-175/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-175/2020
08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver