Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1909/2021 16.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – 52871 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.07.2014-cü il tarixində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin nəzdində yerləşən tikililərdən birini ərzaq mallarının pərakəndə satışı ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. Həmin vaxt Neftçala şəhər sakini Cavabdeh şifahi razılaşma əsasında işə götürmüşdür. Qeyd edilən vaxt İlhamədən mühasibat işini bilib-bilmədiyini soruşduqda ona əvvəllər bir neçə təşkilatda mühasib işlədiyini bildirmişdir. 30.07.2014-cü il tarixindən sonuncunu işə həmin marketdə satıcı kimi işə götürmüşdür. 2014-cü ilin sentyabr ayında market vergi ödəyicisi kimi qeydiyyatdan rəsmi olaraq keçmiş, VÖEN isə marketin satıcısı Cavabdeh adına rəsmiləşdirilmişdir. VÖEN-in Cavabdeh adına rəsmiləşdirilməsi aralarında olan qarşılıqlı razılaşma əsasında olmuşdur. Vergi ödənişi isə sadələşdirilmiş qaydada həyata keçirilmiş və həmin məbləği də özü şəxsən ödəmişdir. Vergilər poçt və bank vasitəsilə ödənilmişdir. Hətta Cavabdeh marketdə şifahi razılaşmaya əsasən satıcı kimi əmək haqqısı aylıq 150 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh gündəlik iş qrafıki isə saat 08:00-dan saat 17:00-dək olmuşdur. 01.08.2014-cü il tarixində yeni marketin ilk işlədiyi gün ona marketin gəliri kimi 210 manat ödəmişdir. Daha sonra isə 10.08.2014-cü il tarixində 550 manat marketin gəliri kimi ona ödənilmişdir. 14.08.2014-cü il tarixində 300 manat, 18.08.2014-cü il tarixində 400 manat, 22.08.2014-cü il tarixində 441 manat, 26.08.2014-cü il tarixində 300 manat, 31.08.2014-cü il tarixində 500 manat məbləğində ona pul vermişdir. Göstərilən rəqəmlər marketin həmin vaxt 01 aylıq gəliridir. 2014-ci ilin avqust ayında 3522 manat, sentyabr ayında 3537,74 manat, oktyabr ayında 6858,64 manat, noyabr ayında 5512,2 manat, dekabr ayında isə 1068,49 manatlıq ərzaq məhsullarını Cavabdeh təhvil vermişdir. Həmçinin Cavabdeh marketdə işlədiyi ilk vaxtda ona 5220,64 manatlıq mal təhvil vermişdir. Bunun müqabilində həmin aylar ərzində 2927,70 manat, 3087,9 manat, 4927 manat, 3773.1 manat, 6719,70 manat məbləğində malların satışından əldə olunan gəlir olaraq həmin vəsaiti ona təqdim etmişdir. 2014-cü ilin sonunda kassa vəsaiti ilə birlikdə mağazada 13284.7 manatlıq ərzaq malları qalmalı idi. Kassa vəsaitindən əlavə, yəni Cavabdeh qaimə əsasında təhvil verdiyi malların dəyərindən isə 8064,06 manatlıq mal qalmalı idi. 2015-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayının 25-dək olan müddət ərzində aylar üzrə ardıcılıqla 4256,64 manat, 5274,6 manat, 6922,55 manat, 5540.55 manat, 8990,45 manat, 6026,35 manat ərzaq mallarını Cavabdeh təhvil vermişdir. Bunun müqabilində 2015-ci ilin ilk 6 ayı ərzində Cavabdeh ona ümumilikdə 35989.2 manat pul ödəmişdir. Aylar üzrə ardıcılıqla isə 5347 manat, 5431.9 manat, 6589,6 manat, 5749.4 manat, 6932,9 manat, 5938.4 manat pul ödəmişdir. 25.06.2015-ci il tarixdə mağazada yoxlama aparılmış və 2.670 manatlıq ərzaq mahsulunun olmadığı müəyyən edilmişdir. Həmin vaxtı İlhaməyə niyə pulun əksik gəldiyini soruşduqda ona çatışmayan malların dəyərinin 1000 manatlığını əhaliyə borc verdiyini, digər qalan vəsaiti isə ehtiyacı olduğu ücün xərclədiyini bildirmişdir. Həmin borc isə qalıq kimi Cavabdeh üzərində qalmış və ödənilməsi tələb olunmuşdur. Bundan sonra isə mağazanın fəaliyyəti təkrarən 27.06.2015ci tarixində bərpa olunmuşdur. 27.06.2015-30.06.2015-ci ilədək mağazaya 521,9 manat ərzaq məhsulları verilmişdir. Yəni, Cavabdeh göstərilən məbləğdə ərzaq məhsulunu qaimə əsasında təhvil almışdır. 01.07.2015-31.07.2015-ci ilədək Cavabdeh 8370,79 manatlıq ərzaq məhsulu təhvil verilmişdir. 02.08.2015-31.08.2015-ci ilədək 8788,68 manatlıq mal Cavabdeh təhvil verilmişdir. 01.09.2015-30.09.2015-ci ilədək 7301,49 manatlıq ərzaq malları Cavabdeh təhvil verilmişdir. 01.10.2015-30.10.2015-ci ilədək 7331,28 manatlıq ərzaq malları Cavabdeh təhvil verilmişdir. 01.11.2015-30.11.2015-ci ilədək 7318,70 manatlıq ərzaq malları Cavabdeh təhvil verilmişdir. 01.12.2015-31.12.2015-ci ilədək 6868,94 manatlıq ərzaq malları Cavabdeh təhvil verilmişdir. Malların satışı nəticəsində isə Cavabdeh ona müvafiq olaraq aşağıdakı məbləğlərdə vəsait vermişdir: 01.07.2015- 31.07.2015-ci ilədək 7716,6 manat, 01.08.2015-31.08.2015-ci ilədək 7372,24 manat, 01.09.2015-30.09.2015-ci ilədək 5196,3 manat, 01.10.2015-31.10.2015-ci ilədək 5379,3 manat, 01.11.2015-30.11.2015-ci ilədək 6542 manat, 01.12.2015-31.12.2015-ci ilədək 6240,6 manat. 2016-cı ilin əvvəllərində o, mağazada hər hansı yoxlama hərəkətləri aparmamış, 10.04.2016-cı ildə yenidən mağazanın gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Cavabdeh ilə birlikdə uçot aparmışdır. 10.04.2016-ci ilədək aşağıdakı məbləğdə ərzaq mallarını Cavabdeh təhvil vermişdir: 01.01.2016-31.01.2016-cı ilədək 6284,63 manat, 02.02.2016-29.02.2016-cı ilədək 8518,99 manat, 01.03.2016-31.03.2016cı ilədək 10398,66 manat, 01.04.2016-10.04.2016-cı ilədək 2949,92 manat. 01.01.2016-cı ildən 10.04.2016-cı ilədək malların satışı nəticəsində isə Cavabdeh ona müvafiq olaraq aşağıdakı məbləğlərdə vəsait vermişdir: 01.01.2016-31.01.2016-cı ilədək 3786,20 manat, 01.02.2016-29.02.2016-cı ilədək 5274 manat, 01.03.2016-31.03.2016-cı ilədək 9172,20 manat, 01.04.2016-10.04.2016-cı ilədək 2040.45 manat. 10.04.2016-ci ildə Cavabdeh ilə mağazanın gəlir və xərclərinin uçotunu aparmış, uçot zamanı ümumi qaimə-faktura ilə Cavabdeh təhvil verilən ərzaq mallarının dəyəri 74653,98 manat olmuşdur. Mağazada isə kassa ilə birlikdə hesab üzrə 6299,56 manat satılmayan ərzaq malları, borc müqabilində verilən ərzaq məhsullarının dəyəri isə 7384,4 manat olmaqla ümumilikdə 13683,96 manatlıq kassa hesabı olmuşdur. Birinci yoxlamadan sonra isə Cavabdeh 14106 manatlıq (2670 manat borcu ilə birlikdə) ərzaq malı təhvil verilmişdir. 2015-ci ilin ikinci yarım ilini və 2016-cı ilin birinci rübünü əhatə edən yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin dövr ərzində 74653,98 manatlıq (2670 manatlıq borcu ilə birlikdə) qalıq mal olmuşdur. Yəni ümumilikdə 13683,96 manatlıq kassa hesabı olmuşdur. Bununla da Cavabdehva qaimə ilə verilən mallardan 16356,13 manat məbləğində vəsaiti mənimsəmişdir. Yaranan borcun səbəbini soruşduqda isə İlhamə ona 5000 manat vəsaiti Tural adlı şəxsə borc müqabilində verildiyini bildirmişdir. 2016-2017-ci illərdə 5.000 manat, 2.000 manat, 2.000 manat pul vermişdir. 2018-ci ilin əvvələrində isə həmin borcdan 1000 manat, 1000 manat, 500 manat mənə pul verilmişdir. Ümumilikdə isə 12.750 manat pul vermişdir. 750 manat pul vəsaiti isə Cavabdeh əmək haqqısından tutulmuşdur. 10.04.2016-ci il tarixindəki yoxlamadan sonra mağazadan 16356,13 manat pul mənimsənilməsinə baxmayaraq Cavabdeh işdən azad etməmişdir. Onun mənimsədiyi pulları qaytarmasını tələb etmiş, 10.04.2016-ci il tarixindən etibarən aşağıdakı məbləğdə ərzaq mallarını qaimə əsasında Cavabdeh təhvil vermişdir: 11.04.2016-30.04.2016-cı ilədək 5520,20 manat, 01.05.2016-31.06.2016-cı ilədək 8384,14 manat. Yəni 08.07.2018ci ilədək Cavabdeh dükandan mütəmadi olaraq hər ay mal götürmüşdür. 2017-ci ildə bacısı Səkinə xəstələnmiş və 2018-ci ilin iyul ayında vəfat etmişdir. Bacısının xəstəliyi ilə əlaqədar olaraq diqqəti mağazanın üzərindən yayınmışdır. Lakin 2017-ci ilin noyabr dekabr aylarından başlayaraq ona mal təhvil verən firmalar zəng edərək borcların olduğunu və həmin borcu qaytarmağı tələb etməyə başlamışlar. 2018-ci ilin yanvar ayından özü nəzarət etməyə başlamışdır. 2018-ci ilin fevral ayından isə İlhamənin satıcı işlədiyi mağazanı yoxlamağa başlamışdır. 08.02.2018-ci ilin tarixindən İlhaməyə təhvil verilən mallardan 43285,54 manat malın çatışmazlığı aşkar edilmişdir. Bundan sonra hər ay İlhamənin kassa hesabını yoxlamış və aprel ayında 3646,6 manatlıq əskiklik, may ayında 122,88 manat pul artıq gəlmişdir. 2018-ci ilin iyun ayında isə 1088,5 manat əskiklik olması aşkar olunmuşdur. 08.07.2018-ci il tarixndə keçirilən yoxlama zamanı isə 1233,98 manat pul əksik gəlmişdir. Göstərdiyi məbləğlərin hər biri müvafiq aylar zamanı yaranan əskikliklər olmuşdur. 2014-2018-ci illər ərzində mağazanın fəaliyətini yoxlamaq məqsədilə sərbəst auditor dəvət etmişdir. Auditor 08.10.2018-ci il tarixində keçirdiyi yoxlamanın nəticəsi olaraq Cavabdeh ona 52.871 manat borclu olmasını müəyyən etmişdir. Cavabdeh ilə onu işə qəbul edərkən heç bir müqavilə imzalanmamış, Cavabdeh verdiyi bütün malları qaimə ilə vermiş, qaimələr iki nüsxədə tərtib edilmiş, biri onda, digəri isə Cavabdeh saxlanılmışdır. Cavabdeh mağazanın gəlirlərindən mənimsədiyini etiraf edərək mənimsənilmiş həmin məbləğləri qaytaracağına söz verərək bir daha bu cür halların baş verməyəcəyinə söz vermiş və mənimsədiyi məbləğləri geri qaytaracağını bildirmişdir. Həmin vaxt Cavabdeh 1000, 2000 manat olmaqla hissə-hissə borclarını qaytarmağa başlamışdır. 2017-ci ildə bacısının onkoloji xəstəliyi ilə əlaqədar bir müddət işdən uzaqlaşmışdır. Həmin vaxt ərzaq və sair məhsulların Cavabdeh təhvil verilməsi ilə oğlu Əlipaşa Allahverdiyev məşğul olmuşdur. Cavabdeh isə həmin müddət ərzində hissə-hissə borclarını qaytarmasını müsbət hal hesab edərək onu işdən azad etməmişdir. Sonradan heç bir pul məbləği qaytarılmadığı üçün Cavabdeh telefon zənglərinə cavab vermədiyi və qaçıb gizləndiyinə görə şikayət ərizəsi ilə Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində şikayəti araşdırılmış, Cavabdeh 52.871 manat məbləğində pul məbləğini mənimsəməsi faktı təqdiqini tapsa da, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından 30.07.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququmun olması göstərilmişdir. Buna görə də, o, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh 52.871 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 190 manat, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ödənilmiş 16 manat, iddianın təmini tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 25 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 53133 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etdikdən sonra məhkəmədə Cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi üçün hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə 24.08.2021-ci il tarixdə bağlanmış 1812 saylı müqaviləyə əsasən 190 manat pul ödənişi etmişdir. Bundan əlavə, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir mülkiyyətin qeydə alınıb-alınmaması barədə sorğu verilmiş və alınmış sorğunun cavabına görə 16 manat, iddianın təmini tədbiri barədə ərizənin verilməsinə görə isə 25 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin pul məbləğləridə cavabdeh X1 tutularaq ona ödənilməlidir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 15.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh 15.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, iddiaçı ilə əmək müqaviləsi bağlamadan işə qəbul olunmuş, aylıq əmək haqqısı 150 manat olmuşdur. Lakin adına VÖEN olduğundan bütün sənədləşmələr onun adından aparılmışdır. İşlədiyi dövr ərzində satdığı malların pullarını iddiaçıya təqdim etmişdir. Hal-hazırda iddiaçıya borcu yoxdur. Təhvil aldığı malların pullarını ödəmişdir. İşdən çıxandan sonra iddiaçının xahişi ilə, 1 həftə mağaza yerinə qoyulmuş satıcıya qiymətləri göstərmiş, 01.07.2018-ci ildən 08.07.2018-ci il tarixə kimi mağazada olmuş, satıcıya qiymətləri göstərmişdir. İşdən çıxan zaman iddiaçı ilə aralarında təhvil-təslim olmuşdur. O, nisyə dəftərini iddiaçıya təqdim etmiş, nisyədə 6336,80 manat dəyərində malların olmasını bildirmişdir. Malları nisyə götürən şəxslərin siyahısını iddiaçıya təhvil vermişdir. Sonradan nisyə götürən şəxsləri gördükcə onlardan mağazaya borclu olduqları pulları iddiaçıya vermələrini bildirmiş, onun deməsi əsasında nisyədə olan malların dəyərinin bir qismini həmin şəxslər özləri iddiaçıya qaytarmış, bir qismini isə o özü 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə, yəni dekabr ayına kimi qeyd edilən şəxslərdən alaraq iddiaçıya vermişdir. Bundan sonra qalıq borc olaraq cəmi 5051,30 manat dəyərində mallar nisyədə qalmışdır. Sonrakı vaxtlarda borclu olan şəxslərdən qalan pulları ödəyibödəməmələrini soruşmuş, lakin onlar iddiaçı ilə razılığa gəldiklərini bildirmişlər. Malları nisyə götürən şəxslərin adlarını göstərilən “siyahı”da adların üzərindən xəttin çəkilməsi həmin şəxslərə münasibətdə borcun qaytarılmasını, “6336,80” yazısının onun işdən çıxdığı zaman nisyədə mövcud olmuş 6336,80 manat borcu, “Qalan borc 5051,30” yazısının isə 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə borclu olan şəxslərdən alınaraq iddiaçıya verilmiş pullar çıxıldıqdan sonra yerdə qalan qalıq borcun 5051,30 manat olmasını göstərir. Müstəqil Auditor rəyi ilə də razı deyildir, çünki, audit yoxlaması aparılarkən onun iştirakı təmin edilməmişdir. Belə ki, hal-hazırda iddiaçıya borcu yoxdur. Bu səbəbdən də, iddianın rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 15.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddiq müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsinə haqqında 30.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala şəhər sakini İddiaçı müraciəti ilə əlaqədar toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh ərzaq və qeyri-ərzaq məhsullarının alqı-satqısı nəticəsində Neftçala şəhər sakini İddiaçı olan borcunun tələb edilməsi məqsədilə sonuncuya məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin aydın olur ki, materialın araşdırılması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, ailə üzvlərilə birlikdə Neftçala şəhərində yaşayır. İddiaçı təxminən 4 ildir ki, tanıyır. O, Neftçala şəhəri Heydər Əliyev prospektində yerləşən İddiaçı icarəyə götürdüyü marketdə 01.08.2014-cü il tarixdən satıcı işləmiş və aylıq 150 AZN əmək haqqı almışdır. Hər gün saat 08-dən axşam saat 19-dək işdə olmuşdur. İşlədiyi müddət ərzində, yəni 4 il ərzində həmin marketdə satıcı işləməyilə bərabər Rəsul onun adına VÖEN açdırmış, hər ay 61 manatdan olmaqla vergi pulu və digər rüsumları onun adına ödəmişdir. Rəsul işlədiyi mağazaya malları öz dükanından göndərmiş, yəni o, firmadan Neftçala şəhəri köhnə bazar adlanan bazardan öz mağazası üçün malları almış və onun işlədiyi mağazaya öz mağazasında mallara qiymət vurmaqla ona qaimə ilə göndərmişdir. O da həmin qaimə ilə malları təhvil alıb satmışdır. Satdığı malların pulunu bəzən gündəlik, bəzən də 3-4 gündən bir Rəsula hər ikisi dəftərdə qeydiyyat aparmaqla təhvil vermişdir. İddiaçı götürdüyü malları da qaimə ilə təhvil almışdır. Rəsul ilə əvvəllər arasında heç bir narazılıq olmasa da, Rəsul 25.06.2015-ci il tarixdə ilk dəfə 10.08.2014-cü il tarixdən 25.06.2015-ci il tarixədək dövrün hesabatını yoxlayarkən mağazada 2669,30 AZN çatışmazlıq aşkar etmişdir, bunun səbəbini Rəsul ondan soruşduqda o, həmin pulun malları nisyə verdiyini və ona nisyə satdığı malın pulunu yığıb tezliklə qaytaracağını bildirmiş, Rəsul onunla razılaşmışdır. O, qeyd edilən məbləğdə olan pulu nisyə mal alan alıcılardan yığıb tam olaraq Rəsula qaytarmışdır. 10.04.2016-cı il tarixdə Rəsul növbəti dəfə hesabat apararkən mağazada 16356,13 AZN çatışmazlıq aşkar etmişdir. Qeyd edilən puldan 5000 AZN o, mağaza ilə qonşuluqda çörək sexində işləyən Turala nisyə mal satmış, həmin pulu Turaldan götürüb Rəsula vermişdir. Qalan puldan təxminən yarısı nisyədə olmuş, qalan çatışmazlığın isə nədən yarandığını bilə bilməmişdir. O, nisyə verdiyi pulları yığıb Rəsula vermişdir. Ümumilikdə 12000 AZN pulu o, Rəsula hissə-hissə 08.02.2018-ci il tarixədək qaytarmışdır, 4000 AZN borcu ödəməyi üçün pulsuz işləmişdir. Bununla da 16000 AZN pul ödəmişdir. Rəsul 08.02.2018-ci il tarixdə əvvəlki hesabat dövrünədək apardığı hesabat zamanı 30219 manat çatışmazlıq aşkar etmişdir. Həmin çatışmazlığın nədən yarandığını o başa düşə bilməmişdir. Bununla bağlı onunla Rəsul arasında narazılıq yaranmışdır. Sonradan Rəsulun hissə-hissə hər ay apardığı yoxlama nəticəsində əlavə olaraq 03.04.2018-ci il tarixdə 2980 AZN əskik olsa da, 04.05.2018-ci il tarixdə 122,88 AZN artıq pul çıxmışdır. Rəsul 19.06.2018-ci il tarixdə 1088,50 AZN çatışmazlıq aşkar etmişdir. 2018-ci ilin may ayından mədəsində ağrılar olduğundan bir müddət xəstə vəziyyətdə mağazada işləmişdir. Son bir ayda ağrıları şiddətləndiyindən Rəsula işləyə bilmədiyini və mağazanı təhvil vermək istədiyini bildirmişdir. Ona görə də Rəsula mağazada 08.07.2018-ci il tarixdə 14949,45 AZN-lik mal təhvil verməli olmuşdur. Lakin 6290 AZN-lik mal vermiş, 8659,28 AZN-lik mal isə olmamış və 6336,80 AZN-lik malı nisyə verdiyi üçün ona borclu olduğunu bildirmişdir. 2322,48 AZN-lik malın pulunun olmadığını, yəni nədən əskik gəldiyini bilməmişdir. 23.06.2018-ci il tarixdən 08.07.2018-ci il tarixədək mağazanı Rəsulun qohumu Mənsur işlətmişdir. O, həmin dövrdə səhər saat 08-dən saat 14-dək işləmişdir, kassadan pulu isə Mənsur özü aparıb Rəsula vermişdir. 6336,80 AZN-dən 1000 AZN yığıb Rəsula vermişdir. Rəsulun 08.02.2018-ci il tarixdən etibarən aşkar etdiyi çatışmazlıqların hansı səbəbdən yarandığını bilmir. Borc dəftərində olan borcdan əlavə Rəsulun aşkar etdiyi çatışmazlığı qəbul etmir. O, hər hansı bir məbləğdə mənimsəmədiyini qeyd edir. Rəsul qeyd edilən dövrlərdə apardığı hesabat zamanı o da özü üçün hesabat aparmış və bəzi qaimələr onda olmadığından Rəsulun gəldiyi nəticə ilə eyni nəticəyə gəlməmişdir. İş materiallarında olan S/A389 nömrəli, 25.01.2018-ci il tarixli müstəqil auditorun rəyindən görünür ki, araşdırma nəticəsində 08.10.2018-ci il tarixə fiziki şəxs Cavabdeh fiziki şəxs İddiaçı 52871 manat borclu olması müəyyən edilmişdir. İşdən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona 06.10.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyat nömrəsi (VÖEN) ********** olan “Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona 11.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyat nömrəsi (VÖEN) ********** olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilən 90-4 nömrəli, 27.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, AR ƏMDK hesabına 16 manat məbləğində pul vəsaiti X2 tərəfindən ödənilmişdir. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış nəzarətkassa aparatının (NKA-nın) qeydiyyatdan çıxarılması barədə məktubun surətindən görünür ki, 10.07.2018-ci il tarixli ərizəsinə əsasən Cavabdeh məxsus olan **********- 65001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri-112F markalı 00506513 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizəsinin məzmunundan aydın olur ki, iddia müddəti keçmişdir. İddia onun tərəfindən qəti qəbul edilmir və rədd edilməlidir. Göründüyü kimi tələb 2014-2018-ci ilin iyun ayı ərzində olan dövrləri əhatə edir. Neftçala Rayon Prokurorluğunun araşdırması zamanı iki sahibkar arasında yaranmış mübahisə alqı-satqı müqaviləsindən yaranan mübahisədir deyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə öhdəliyi tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərin nəzərə alınması və İddiaçı ona qarşı 52871 manat pul tələbinə dair iddia ərizəsinin işin kommersiya mübahisəsi olduğu üçün müddət keçməsi ilə əlaqədar rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşə əlavə edilmiş iddiaçının cavabdehin iddiaya etirazı ilə bağlı müraciətindən görünür ki, mübahisəyə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. O, verilmiş ərizə ilə razı deyil və hesab edir ki, iddia müddəti onun tərəfindən ötürülməmişdir. Belə ki, onun hüquqlarının pozulduğunu 08.10.2018-ci il tarixində, yəni müstəqil auditor rəyi alındıqdan sonra bilmişdir. Bundan sonra Neftçala rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis şöbəsində şikayəti araşdırılmış, Cavabdeh 52.871 manat məbləğində pul məbləğini mənimsəməsi faktı təqdiyini tapsada, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından 30.07.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və miilki qaydada məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Məhkəmədə iddia qaldırmaq hüququ 30.07.2019-cu il tarixdən başlanmışdır. Bundan əlavə, tərəf onunla danışıqlar zamanı öz borcunu etiraf etmiş və qaytaracağını bildirmişdir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiqinə dair verilmiş ərizənin əsassız olmasının nəzərə alınmaması və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş malları nisyə götürən şəxslərin adlarını göstərilən “siyahı”dan siyahıda adların bir qisminin üzərindən xəttin çəkilməsi, “6336,80” yazısının və “Qalan borc 5051,30” yazısının olması görünür. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-MTT(121)- 3/2021 saylı, 10.11.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı - işin məhkəmə baxışı zamanı sübutların obyektiv və maneəsiz araşdırılması məqsədilə təqdim etdiyi iddiaya baxılıb qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilənədək Neftçala rayonu, Neftçala şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmaqla onun özgəninkiləşdirilməsinin qadağan edilməsi ərizəsi rədd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-MTT(121)-3/2021 saylı, 15.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, ərizəçi İddiaçı Şirvan Kommersiya Məhkəməsinin e-MTT(121)-3/2021 saylı, 10.11.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, işin həqiqi halları ilə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla və işin materialları ilə müəyyən olunmuşdur ki, cavabdehin 01.08.2014-cü il tarixdən 08.07.2018ci il tarixədək “satıcı” kimi işə cəlb edilməsi bildirilsə də, onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunaraq, onun bir nüsxəsi işçidə saxlanılmalıdır. Lakin, cavabdeh tərəfindən iddiaçı ilə hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. Bununla da, tərəflər arasında yaranmış münasibətlər “İşəgötürən” və “işçi” münasibətləri hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona 11.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyat nömrəsi (VÖEN) ********** olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmiş və o, fərdi sahibkar kimi mağaza fəaliyyət göstərmişdir. Cavabdehin 10.07.2018-ci il tarixli ərizəsinə əsasən təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən, vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən mağazada fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə, iddiaçı ilə aralarında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mal(lar) nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya tam şəkildə ödənilməmişdir. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatından da aydın olmuşdur ki, cavabdeh nisyə dəftərini iddiaçıya təqdim etmiş, nisyə götürən şəxslərin siyahısında nisyədə 6336,80 manat dəyərində malların olması müəyyən olunmuşdur. Sonradan cavabdeh nisyə götürən şəxsləri gördükcə onlardan mağazaya borclu olduqları pulları iddiaçıya vermələrini bildirmiş, cavabdehin deməsi əsasında nisyədə olan malların dəyərinin bir qismini həmin şəxslər özləri iddiaçıya qaytarmış, bir qismini isə cavabdeh özü 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə, yəni dekabr ayına kimi qeyd edilən şəxslərdən alaraq iddiaçıya vermişdir. Bundan sonra qalıq borc olaraq cəmi 5051,30 manat dəyərində mallar nisyədə qalmışdır. Malları nisyə götürən şəxslərin adlarını göstərilən “siyahı”da adların üzərindən xəttin çəkilməsi həmin şəxslərə münasibətdə borcun qaytarılmasını, “6336,80” yazısının onun işdən çıxdığı zaman nisyədə mövcud olmuş 6336,80 manat borcu, “Qalan borc 5051,30” yazısının isə 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə borclu olan şəxslərdən alınaraq iddiaçıya verilmiş pullar çıxıldıqdan sonra yerdə qalan qalıq borcun 5051,30 manat olmasını göstərir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün isə ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iddiaçı müstəqil auditor rəyini əsas götüməklə cavabdehdən 52871 manat məbləğində borcun tutulmasını tələb edir. Halbuki, müstəqil auditor audit yoxlaması apararkən cavabdehin iştirakını təmin etməmiş, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında hesablama aparılmış, borcu iddiaçının verdiyi məlumatlar əsasında bir tərəfli qaydada hesablamışdır. Çünki, həmin məlumatlar iddiaçı tərəfindən müstəqil auditora ötürülmüşdür ki, bu məlumatlar da öz növbəsinə cavabdehə 52871 manat borc kimi hesablanmışdır. Başqa sözlə, iddiaçı tərəfindən verilmiş hesablama əsasında, müəyyən olunmuş auditor rəyi cavabdehin qeyd olunan həcmdə borcunun olmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 64-cü maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər. Qeyd edilən Məcəllənin 199-cu maddəsinə əsasən, bu Məcəllənin 83, 85-ci maddələri, 167.1.11-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib edilmiş yazılı sübutlar və ya onların müayinə protokolları məhkəmə iclasında elan edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlərə, mütəxəssislərə və şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər. Göstərilən Məcəllənin 207.1 və 207.2-ci maddələrinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, auditor yoxlaması zamanı cavabdehin iştirakı təmin edilmədiyindən, cavabdehin borcu yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında müəyyən olunduğundan, müstəqil auditor rəyi sübut növü kimi qəbul edilə bilməz və məhkəmə onunla razılaşmır. Lakin, məhkəmə cavabdeh tərəfindən nisyə götürən şəxslərin siyahısında nisyədə 6336,80 manat dəyərində malların olmasını, sonradan cavabdeh nisyə götürən şəxsləri gördükcə onlardan mağazaya borclu olduqları pulları iddiaçıya vermələrini bildirməsini, onun deməsi əsasında nisyədə olan malların dəyərinin bir qisminin həmin şəxslərin özlərinin iddiaçıya qaytarmasını, bir qisminin isə onun özünün 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə, yəni dekabr ayına kimi qeyd edilən şəxslərdən alaraq iddiaçıya verməsini, bundan sonra qalıq borc olaraq cəmi 5051,30 manat dəyərində malların nisyədə qalmasını qeyd edilməsini nəzərə alaraq, iddiaçının xeyrinə tutulmasını istədiyi 52871 manat borcdan 5051,30 manat hissəsinin cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, yuxarıda qeyd edildiyi kimi, bu xüsusatlar həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Belə olan halda, cavabdeh qalıq borc olaraq cəmi 5051,30 manat dəyərində malların nisyədə qalmasını etiraf etdiyindən iddiaçı iddia tələbinin 5051,30 manat hissəsini sübut etmək yükündən azad olmuş, həmin məbləği qaytarmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə tələbin iddiaçıya ödənilməmiş qalan borcun 47819,70 manat (52871-5051,30=47819,70 manat) hissəsinin iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, iddiaçı tərəfindən cavabdehə etiraf edilmiş məbləğdən savayı qalan 47819,70 manat malın iddiaçıya verilməsini (və borcun ödənilməməsini) təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 52871 manat malın etiraf edilməyən 47819,70 manat hissəsini cavabdehə verdiyini, cavabdeh isə nisyədə olan malın dəyəri olan 5051,30 manat hissəsini iddiaçıya qaytardığını sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan nisyə mal (malın dəyəri olan qalıq borc 5051,30 manat məbləğində) almış və qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıya nisyə götürdüyü malın dəyərindən qalıq qalmış 5051,30 manatı qaytarmamışdır. Belə olan halda iddiaçı qeyd edilən məbləğin cavabdehdən öz xeyirlərinə tutulmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Buna görə də, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti “5051,30 manat pulun tutulması” hissəsində tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə həmin hissədə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyd edilən müqavilə borcla bağlı müqavilə olduğundan, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Lakin, cavabdeh nisyə dəftərini iddiaçıya təqdim edərək, nisyə götürən şəxslərin siyahısında nisyədə 6336,80 manat dəyərində malların olmasını qəbul etmiş, sonradan nisyə götürən şəxsləri gördükcə onlardan mağazaya borclu olduqları pulları iddiaçıya vermələrini bildirmiş, onun deməsi əsasında nisyədə olan malların dəyərinin bir qismini həmin şəxslər özləri iddiaçıya qaytarmış, bir qismini isə cavabdeh özü 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə, yəni dekabr ayına kimi qeyd edilən şəxslərdən alaraq iddiaçıya vermişdir. Cavabdeh dekabr ayına kimi nisyədə olan malların dəyərindən ödənişlərin iddiaçıya ödənilməsini təmin etdiyindən, bununla da, 5051,30 manat borcunun olmasını etirafı ilə əlaqədar hərəkətlər etdiyindən, iddia müddətinin axımı “5051,30 manat pulun tutulması” hissəsində kəsilmişdir. Belə ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı qeyd edilən tarixlərdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən iddianın “5051,30 manat pulun tutulması” hissəsində ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri qismən əsaslıdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tam şəkildə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tam olaraq tətbiq edilərək, iddiadan tam şəkildə imtina edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 190 manat pulun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 50 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ödənilmiş 16 manat və iddianın təmini tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 25 manat pulun cavabdehdən tutulması”na dair hissələrini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissələrdə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ödənilmiş 16 manat məbləğində pul vəsaitinin məhz iddiaçı tərəfindən ödənilməsi iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilmədiyindən, o cümlədən, müvəqqəti təminat tədbirinin tətbiqi barədə hazırki iş üzrə iddiaçının ərizəsi məhkəmə qərardadı əsasında təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissələrdə təmin edilə bilməz. Buna görə də, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, iddiaçının “iddianın təmini tədbiri barədə” ərizəsi mövcud olmamışdır. Çünki, Şirvan Kommersiya Məhkəməsinin icraatında hazırki iş üzrə iddiaçının “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi olmuş, həmin ərizə də məhkəmə qərardadı ilə rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 363-VİQD saylı, 09.07.2021-ci il tarixli Azərbaycan Respublikası Qanunla 13-cü fəslin adı dəyişdirilərək, “Müvəqqəti təminat tədbirləri” adlandırılmışdır. Yəni, Azərbaycan Resublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qeyd edilən Məcəllənin 157.3-cü maddəsinə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Göstərilən Məcəllənin 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: (157.5.1.) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; (157.5.2.) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Yenə həmin Məcəllənin 159.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə eyni zamanda iddianın 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 10 manatı cavabdehə, 21 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 5051,30 manat əsas borc, 50 manat hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkilmiş xərc, 10 manat dövlət rüsumu, cəmi 5111,30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1909/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1909/2021
16.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver