Məhkəmə qərarları › İş №2-2(121)-1987/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1987/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1987/2024 09.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X8 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon X7 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli 3M-69 nömrəli icarə müqaviləsinin ləğvi və 2000 manat icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Dördlər kənd sakini Cavabdeh İddiaçı mülkiyyətində olan əkin təyinatlı 4.0 hektar torpaq sahəsini keçirilən hərrac və müsabiqənin qalibi olmaqla bunun əsasında Torpaq və Müsabiqə komissiyasının AM 012222 nömrəli şəhadətnaməsini almışdır. Bələdiyyə ilə icarə müqaviləsi bağlanması nəzərdə tutulmuş 20 gün müddəti ötürdüyü üçün ötürülmüş müddətin bərpasına dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmışdır. Neftçala Rayon Məhkəməsi xx.xx.2021ci il tarixdə işə baxaraq ötürülmüş müddətin bərpasına dair qətnamə çıxarmışdır. Həmin qətnaməyə əsasən 10 noyabr 2022-ci tarixdə Neftçala rayon Notariat ofisində bələdiyyə ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2057-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 5-ci bəndində “İcarəyə götürən” Cavabdeh “İcarəyə verǝn” İddiaçınə illik hər ilin noyabr ayının 18-nə kimi 2000 (iki min) manat icarə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İcarə müqaviləsindən göründüyü kimi müqvilədə göstərilən müddət 18 noyabr 2023-cü il tarixdə başa çatmış, lakin Cavabdeh 2000 (iki min) manat icarə haqqını ödəməməklə icarə müqaviləsinin şərtini pozmuşdur. Neftçala rayon X7 20 noyabr 2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Neftçala rayon Notariat ofisində bələdiyyənin 4.0 hektar ǝkin təyinatlı torpaq sahəsi üzrə bələdiyyə ilə bağlanılmış 3M-69 nömrəli icarə müqaviləsinin 5-ci bəndinə əsasən 2000 manat illik icarə haqqı noyabr ayının 18-nə kimi ödənilməlidir. Lakin illik icarə haqqı ödənilməmişdir. Bu da həmin icarə müqaviləsinin şərtlərinin pozulduğunu göstərir. Tələb olunur ki, ümümilikdə illik 2000 manat icarə haqqı 30 noyabr 2023-cü il tarixinədək ödənilsin. Əks halda bələdiyyə ilə bağlanılmış 3M-69 nömrəli icarə müqaviləsinin 12 və 13 bəndlərinə əsasən icarə müqaviləsinin və qalıq icarə haqqının məcburi qaydada ödənilməsi barədə bələdiyyə tərəfindən məhkəməyə müraciət ediləcəkdir. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazında və məhkəmə iclasında verdiyi şifahi izahatında iddia tələbini əsassız hesab etdiyini, iddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən İddiaçı sədri vəzifəsində işləyən X4 ona və digər icarəçilərə qarşı qərəzli davrandığını, torpaq sahəsinin icarə haqqını əsassız olaraq yüksək məbləğdə hesabladığını, öz yaxın adamlarından isə icarə haqqını dəfələrlə aşağı qiymətə aldığını, bundan başqa ona icarəsində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə süni maneələr yaratdığını, icarə haqqından əlavə ondan 4000 manat məbləğində pul tələb etdiyini, hazırda X8 barəsində cinayət işi üzrə qüvvəyə minmiş məhkəmə hökmünün olduğunu, əlavə olaraq onun vəzifəsindən kənarlaşdırılması barədə hal-hazırda inzibati icraat qaydasında məhkəmədə iddia qaldırıldığını, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq oçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış və Neftçala rayon notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-69 reyestr nömrəli “İcarə müqaviləsi”nin: 1-ci və 2-ci bəndlərinə əsasən, İcarəyə verən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 19,86 ha olan torpaq sahəsinin 4 ha hissəsini xx.xx.2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş və xx.xx.2021-ci il tarixli Neftçala rayon məhkəməsinin qətnaməsi nəzərə alınaraq Cavabdeh icarəyə verilir. 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2057-ci ilədən müəyyənləşdirilir. 5-ci bəndinə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə, İcarəçi Cəfərov X2 verən İddiaçınə illik hər ilin noyabr ayının 18-nə kimi 2000 (iki min) manat icarə haqqı ödəyir. 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-69 reyestr nömrəli “İcarə müqaviləsi” üzrə illik 2000 manat icarə haqqı borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə icarə müqaviləsinin ləğv edilməsi və qalıq icarə haqqının məcburi qaydada ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli 28 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh ilə bələdiyyə arasında bağlanmış 3M-69 nömrəli icarə müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulduğu üçün icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsinə əsasən 2000 manaq qalıq icarə haqqı borcunun məcburi ödənilməsi barədə bələdiyyə tərəfindən məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-69 reyestr nömrəli “İcarə müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə müqavilənin qüvvədə olduğu dövrdə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını ödəmədiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı qərəzli davrandığını, torpaq sahəsinin icarə haqqını əsassız olaraq yüksək məbləğdə hesabladığını, ona icarəsində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə süni maneələr yaradıldığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən illik hər ilin noyabr ayının 18-nə kimi 2000 (iki min) manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı icarə müqaviləsi üzrə şərtləşdirilmiş icarə haqqının cavabdeh tərəfindən ödənilmədiyini, buna görə də icarə müqaviləsinin şərtlərinin icarəçi tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə icarə haqqının əsassız olaraq yüksək məbləğdə hesablandığını, əlavə olaraq icarəsinə verilmiş torpaq sahəsindən istifadəyə iddiaçı tərəfindən maneələr yaradıldığını bildirir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı tərəflərin gətirdikləri dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilmişdir, cavabdeh isə etirazının əsasını təşkil edən halları sübut edə bilməmişdir. Belə ki, icarə müqaviləsi üzrə şərtləşdirilmiş icarə haqqının cavabdeh tərəfindən ödənilmədiyi iş materialları ilə təsdiq edildiyi kimi, cavabdehin özü də həmin faktı etiraf etmişdir. İcarə haqqının ödənilməsinin icarə müqaviləsi üzrə icarəçinin əsas öhdəliyi hesab olunduğuna görə, bu öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi icarəyə verənə həmin müqavilədən birtərəfli qaydada imtina etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, icarə haqqının əsassız olaraq yüksək məbləğdə müəyyən edilməsinə dair cavabdehin etirazına münasibətdə qeyd edir ki, icarə haqqı məbləği tərəflər arasında bağlanmış icarə müqaviləsində razılaşdırılmışdır. Digər ifadə ilə cavabdeh icarə müqaviləsini imzalamaqla ona təklif olunmuş icarə haqqı məbləği ilə razılaşdığına dair iradə ifadəsini bəyan etmişdir. Belə olan halda cavabdehin icarə müqaviləsində nəzərdə tutulan icarə haqqının yüksək olmasına istinad edərək icarə haqqını ödəməkdən imtina etməsi əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.9-cu maddəsinə görə, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Qanunun 19.5-ci maddəsinə görə, torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 96.1-ci maddəsində göstərilir ki, torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Məhkəmə, həmçinin işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, Cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və torpaq icarə haqqını müəyyən olunmuş müddət ərzində ödəməmişdir. Buna görə də, iddiaçi Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3 M-69 nömrəli icarə müqaviləsinin ləğv edilməsinə dair iddiaçının tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İcarə haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla hazırki iddia ərizəsinin verilməsinə görə 40 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3 M-69 nömrəli icarə müqaviləsi ləğv edilsin və 2000 manat məbləğində icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş 40 manat dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar