Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-1995/2022 03.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Əhmədov (Əhmədoğlu) Elburus Semur oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı – xx.xx.2014-cü il tarixli, 567 saylı kredit müqaviləsinə əsasən 53052,46 manat əsas borc, 23477,68 manat hesablanmış faiz borcu, 159509,80 manat hesablanmış dəbbə pulu, cəmi 236039,94 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, xx.xx.2014-cü il tarixli, 567 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 məxsus olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5,290716 ha torpaq sahəsinə, 5,518 ha torpaq sahəsinə, 3,872 ha torpaq sahəsinə, 4,636576 ha torpaq sahəsinə, 4,6311 ha torpaq sahəsinə və 4,733383 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində 0,12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 100,4 kv.m yaşayış, 222,2 kv.m köməkçi sahədən, ümumilikdə 322,6 kv.m sahədən ibarət fərdi yaşayış evinə və X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində istifadədə olan 0,3037 ha torpaq sahəsində yerləşən 1 nömrəli 9 mərtəbəli binada 65,34 kv.m ümumi, 46,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 146 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan torpaq sahələrinin ümumilikdə 63000 manat, X2 məxsus olan əmlakın 56000 manat, Cavabdeh1 məxsus olan əmlakın qiymətinin isə 35000 manat olmaqla qiymətləndirilməsi və hərracda satılmaqla borcun əvəzinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli, 567 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə, 7 faizlə 110000 manat məbləğində kredit verilmişdir. 567 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi 567 B saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 məxsus olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5,290716 ha torpaq sahəsi, 5,518 ha torpaq sahəsi, 3,872 ha torpaq sahəsi, 4,636576 ha torpaq sahəsi, 4,6311 ha torpaq sahəsi və 4,733383 ha torpaq sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmçinin bu borcun təminatı kimi Cavabdeh2 məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 100,4 kv.m yaşayış, 222,2 kv.m köməkçi sahədən, ümumilikdə 322,6 kv.m sahədən ibarət fərdi yaşayış evi 567 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Eyni zamanda, X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində istifadədə olan 0,3037 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binada 65.34 kv.m ümumi, 46,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 146 nömrəli mənzil 567 B saylı, xx.xx.2014cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ümumilikdə 567 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi 3 ipoteka müqaviləsi bağlanmış və cavabdehlər özlərinə məxsus olan əmlakları ipoteka ilə yüklü etmişlər. İpoteka (girov) müqavilələri və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 567 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 53052,46 manat əsas borc, 23477,68 manat hesablanmış faiz borcu, 159509,80 manat hesablanmış dəbbə pulu, cəmi 236039.94 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsi üzrə yaranmış 25889,09 manat məbləğində əsas borc, 236,6 manat məbləğində hesablanmış faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 26625,69 manat, həmçinin 3 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın Ağcabədi şəhəri, Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 145000 manat; Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən torpaq sahələrinin ilkin satış qiymətinin: 5,290716 ha torpaq sahəsi 37000 manat, 5,518 ha torpaq sahəsi 38630 manat, 3,872 ha torpaq sahəsi 27100 manat, 4,636576 ha torpaq sahəsi 32460 manat, 4,6311 ha torpaq sahəsi 3243 manat və 4,733383 ha torpaq sahəsi 33140 manat; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi bina 1 -də yerləşən 146 nömrəli mənzilin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə, həmin əmlaklara yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsi üzrə 25889,09 manat məbləğində əsas borcu, 236,6 manat məbləğində hesablanmış faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 26625,69 manat, həmçinin 3 manat dövlət rüsumunun əvəzinin İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 150 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə köçürülməsi, Cavabdeh1 aparılmış torpaq sahələrinin və evlərin (mənzilin) qiymətləndirilməsinin (tədqiqatının) dəyərini təşkil edən 800 manat məbləğində mütəxəssis (ekspertiza) xərci alınaraq, "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiyməti müəyyən edilərək əmlakların açıq hərracdan satılması tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 567 saylı kredit müqaviləsinə əsasən 53052,46 manat əsas borc, 23477,68 manat hesablanmış faiz borcu, 159509,80 manat hesablanmış dəbbə pulu, cəmi 236039,94 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, xx.xx.2014-cü il tarixli, 567 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 məxsus olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5,290716 ha torpaq sahəsinə, 5,518 ha torpaq sahəsinə, 3,872 ha torpaq sahəsinə, 4,636576 ha torpaq sahəsinə, 4,6311 ha torpaq sahəsinə və 4,733383 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində 0,12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 100,4 kv.m yaşayış, 222,2 kv.m köməkçi sahədən, ümumilikdə 322,6 kv.m sahədən ibarət fərdi yaşayış evinə və X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində istifadədə olan 0,3037 ha torpaq sahəsində yerləşən 1 nömrəli 9 mərtəbəli binada 65,34 kv.m ümumi, 46,84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 146 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus olan torpaq sahələrinin ümumilikdə 63000 manat, X2 məxsus olan əmlakın 56000 manat, Cavabdeh1 məxsus olan əmlakın qiymətinin isə 35000 manat olmaqla qiymətləndirilməsi və hərracda satılmaqla borcun əvəzinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Əhmədov (Əhmədoğlu) Elburus Semur oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş materiallarında olan 567 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (İddiaçı BOKT ASC) tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı üçün 60 ay müddətinə, illik 7 faizlə 110000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 567 nömrəli kredit müqaviləsinə xx.xx.2014-cü il tarixdə 01 nömrəli əlavə və dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 567A nömrəli ipoteka (girov) müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Ağcabədi şəhəri Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Ağcabədi şəhəri Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsiüzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evi, 012 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdı ipoteka ilə yüklü edilmişdir. İşdə olan 567 nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka (girov) müqaviləsindən görünür ki, 567 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha, 5,518 ha, 3,872 ha, 4,636576 ha, 4,6311 ha və 4,733383 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, 0001824, 0001846, 0001853, 0001823, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha, 5,518 ha, 3,872 ha, 4,636576 ha, 4,6311 ha və 4,733383 ha torpaq sahələri mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 0361214, 0361215, 0361201, 0361202, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 məxsus Ağcabədi rayonu. Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha, 5,518 ha, 3,872 ha, 4,636576 ha, 4,6311 ha və 4,733383 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 567B nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka (girov) müqaviləsindən görünür ki, 567 nömrəli, xx.xx.2014-cü il tarixli, kredit müqaviləsinin təminatı olaraq X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi bina 1-də yerləşən 146 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi bina 1-də yerləşən 146 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi bina 1-də yerləşən 146 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə göndərdiyi bildirişlərdən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlər xəbərdar olunmuşlar. İşin materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Beyləqan və Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizələrdən görünür ki, ‘İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlərin qeydə alınması xahiş olunmuş və həmin ərizələr müvafiq Ərazi İdarələrində qeydiyyatdan keçmişdir. İşə əlavə olunan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsi üzrə 53052,46 manat məbləğində əsas borc, 23477,68 manat məbləğində hesablanmış faiz borcu, 159509,80 manat məbləğində dəbbə pulu, cəmi 236039,94 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/3833 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixə əsas borcu 25889,09 manat, faiz borcu 236,6 manat təşkil edir. İşə əlavə edilən 9/3833 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 2(106)- 294/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/2215 nömrəli, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş əlavənin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borcu 25889,09 manat, faiz borcu 236,60 manat təşkil edir. İşin materiallarına əlavə olunan 9/2215 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri 150 manat təşkil edir. İşə əlavə olan xx.xx.2022-ci il tarixli, 0526/21/PBOKT nömrəli torpaq sahələrinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha torpaq sahəsinin bazar qiməyi 37000 manat, likvid dəyəri 31450 manat, 5,518 ha torpaq sahəsinin bazar qiyməyi 38630 manat, likvid dəyəri 32840 manat, 3,872 ha torpaq sahəsinin bazar qiyməti 27100 manat, likvid dəyəri 23000 manat, 4,636576 ha torpaq sahəsinin bazar qiyməti 32460 manat, likvid dəyəri 27600 manat, 4,6311 ha torpaq sahəsinin bazar qiyməti 3243 manat, livid dəyəri 27560 manat və 4,733383 ha torpaq sahəsinin bazar qiyməti 33140 manat, livid dəyəri 28170 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli, 0527/21/PBOKT nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, xüsusi mülkiyyətdə olan Ağcabədi şəhəri, Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) bazar qiyməti 145000 manat, likvid dəyəri isə 125000 manat təşkil edir. İşin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 0528/21/PBOKT nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi bina 1-də yerləşən 146 nömrəli mənzilin bazar qiyməti 110000 manat, likvid dəyəri 100000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 770 nömrəli hesab fakturadan görünür ki, aparılmış torpaq sahələrinin və evlərin (mənzilin) qiymətləndirilməsi üzrə xidmətin (tədqiqatın) dəyəri 800 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3618/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, məcburi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla X5 Təşkilatına çevrilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən əsas borc üzrə borcu 25889,09 manat, müqavilə müddətinin bitmə tarixinə faiz borcu üzrə 236,6 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 25889,09 manat məbləğində əsas borc və 236,6 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2019cu il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2019-cu il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə zərərin ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixinə kimi əsas borca hesablanmış 236,60 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə dəbbə pulunun 159509,8 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia əmlaka dair hissədə qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 800 manat məbləğində pul vəsaitindən 200 manatı Cavabdeh1, 200 manatı Cavabdeh2, 200 manatı Əhmədov (Əhmədoğlu) Elburus Seymur oğlundan, 200 manatı isə İddiaçı BOKT ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 30 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı BOKT ASC-dən, 250 manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 567 nömrəli kredit müqaviləsi üzrə 25889,09 manat məbləğində əsas borc, 236,60 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 26625,69 manat məbləğində kredit borcu və 3 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri, Qarabağ küçəsi, ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evinə; Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha torpaq sahəsinə, 5,518 ha torpaq sahəsinə, 3,872 ha torpaq sahəsinə, 4,636576 ha torpaq sahəsinə, 4,6311 ha torpaq sahəsinə və 4,733383 ha torpaq sahəsinə; Əhmədov (Əhmədoğlu) Elburus Seymur oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1-də yerləşən 146 nömrəli mənzilə yönəldilsin. Cavabdeh1 mülkiyyətində olan Ağcabədi şəhəri Qarabağ küçəsi ev 221-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 322,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 125000 manat, Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,290716 ha torpaq sahəsinin ilkin satış qiyməti 31450 manat, 5,518 ha torpaq sahəsinin ilkin satış qiyməti 32840 manat, 3,872 ha torpaq sahəsinin ilkin satış qiyməti 23000 manat, 4,636576 ha torpaq sahəsinin ilkin satış qiyməti 27600 manat, 4,6311 ha torpaq sahəsinin ilkin satış qiyməti 27560 manat və 4,733383 ha torpaq sahəsinin ilkin satış qiyməti 28170 manat, Əhmədov (Əhmədoğlu) Elburus Seymur oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1-də yerləşən 146 nömrəli mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 26625,69 manat manat məbləğində kredit borcu və 3 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı BOKT ASC-dən, 250 manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatlarının dəyəri olan 800 manat məbləğində pul vəsaitinin 200 manatı Cavabdeh1, 200 manatı Cavabdeh2, 200 manatı Əhmədov (Əhmədoğlu) Elburus Seymur oğlundan, 200 manatı isə İddiaçı BOKT ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-1995/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1995/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver