Məhkəmə qərarları › İş №2-2(121)-2591/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2591/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-2591/2022 13.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsi üzrə 42826,30 manat əsas, 79678,39 manat hesablanmış faiz, 180532,33 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 303037,02 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin xx.xx.2011-ci il tarixli əlavə dəyişiklik müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 65.6 kv.m yaşayış, 43.8 kv.m yardımçı sahə olmaqla 109.4 kv.m ümumi sahədən ibarət 47 saylı fərdi yaşayış evi ilə köməkçi sahələrinə və xx.xx.2022-ci il tarixli, 683 saylı ipoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində mülkiyyətdə olan 0.0152 ha torpaq sahəsində yerləşən 133.3 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsini, qeyri yaşayış sahəsinin dəyərinin 60.000, fərdi yaşayının evinin dəyərinin isə 30.000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsini, fərdi yaşayış evində yaşayanların evdən çıxarılması, mənzilin məcburi boşaldılmasına dair qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 638 nömrəli kredi müqaviləsi üzrə yaranmış 42789,69 manat məbləğində əsas, 5666,07 manat məbləğində hesablanmış faiz, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 49455,76 manat, həmçinin 5 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutma Ağcabədi şəhəri N.Nərimanov küçəsi ev 47-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 109,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 37000 manat, Ağcabədi şəhəri N.Nərimanov küçəsində mülkiyyətdə olan 0,0152 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə, həmin əmlaklara yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan cavabeh Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 638 nömrəli kredit müqaviləsi üzrə 42789,69 manat məbləğində əsas, 5666,07 manat məbləğində hesablanmış faiz, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 49455,76 manat, həmçinin 5 manat dövlət rüsumunun əvəzi İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar – Cavabdeh1 və Cavabdeh3 verilməsi, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldılaraq təhvil vermədikdə) Cavabdeh3 mənzildən çıxarılması və mənzil boşaldılaraq alıcıya təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh1 200 manat ekspertiza xərci alınaraq X1, kodu 21005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CYREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1642/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(017)-25/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiyməti müəyyən edilərək əmlakların açıq hərracdan satılması, fərdi yaşayış evində çıxarılma və evin məcburi boşaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər 13 dekabr 2022-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmənin hazırlıq iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/8419 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Beləliklə, iddia baxılmamış saxlanıldığından, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh1, 100 (bir yüz) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh1, 100 (bir yüz) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar