Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-2597/2025 22.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı – pul tələbi barədə iddiasına dair iş materiallarını Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – 30.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 180 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məkəməsinin 2(020)-1028/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması müəyyən edilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Beyləqan Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan aydın olur ki, iddiaçı və cavabdehlər vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı anbar tikmək üçün torpaq sahəsi axtaran zaman cavabdehlərlə tanış olmuş, cavabdehlərdən alacağı torpağın sənədləşdirilməsi üçün onlara pul vermiş, lakin cavabdehlər nə torpağın sənədlərini düzəltmişlər, nə də onun verdiyi pulu qaytarmışlar. Göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, torpaq sahəsinin alqı-satqısı ilə bağlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması əsası ilə işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisə olduğundan, işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iş Beyləqan Rayon Məhkəməsinin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edildiyindən, Cavabdeh1 Beyləqan şəhəri, 23-cü məhəllə ünvanında qeydiyyatda olduğundan, məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7 və 263- 264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – pul tələbi barədə iddiası əsasında işin icraata qəbul edilməsindən imtina edilsin. İşin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-2597/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2597/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver