Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-359/2021 04.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.577 manat əsas borcun, 107 manat faiz borcunun, cəmi 2.684 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon sakini Cavabdeh ilə “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı arasında pambıq istehsalı üçün 11 ay müddətinə illik 10 faizlə 7.835 manat məbləğində kredit verilməsinə dair 02 fevral 2018-cı il tarixli 271/18-pk saylı kredit müqaviləsi bağlanmış, lakin aparılmış monitorinqin nəticəsinə görə Cavabdeh 2.896 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən Borcalan “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam pambığı yalnız Tədarükçüyə təhvil vermək, məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək, xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq, borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək, bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal Borcverənə məlumat vermək kimi öhdəliklər daşıyır. Cavabdeh ilə Kredit Təşkilatının Bərdə filialı arasında bağlanmış 02 fevral 2018-cı il tarixli 271/18-pk saylı kredit müqaviləsinə əsasən borcalan pambıq istehsalı üçün borcverəndən götürülmüş krediti vaxtında ödəməlidir. Lakin cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 2.896 manat kredit borcundan 319 manat və hesablanmış faiz borcundan 333 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İdris oğlunun iddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2.577 manat, faiz borcu 107 manat, cəmi borcu 2.684 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 fevral 2018-ci il tarixli, 271/18-pk saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Səhmdar Kredit Təşkilatı (borcverən) ilə Cavabdeh (borcalan), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X3 və Emalı Zavodu (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün 31 dekabr 2018-ci il tarixədək, illik 10 faizlə, 7.835 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalan Ağcabədi rayonu, Rəncbərlər kəndində 10,93 ha. torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 06.02.2018-ci il tarixdə 2.896 manat kredit “xxxx” Səhmdar Kredit Təşkilatı tərəfindən Cavabdeh ödənilmişdir. İş materiallarında olan Cavabdeh “xxxx” Səhmdar Kredit Təşkilatına 09.09.2019-cu il tarixə və 28.04.2021-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatlardan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 2.896 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 319 manat əsas borcu, 333 manat faiz borcunu ödəsə də, 2.577 manat əsas borcu, 107 manat faiz borcu olmaqla, cəmi 2.684 manat məbləğində borcu qalmışdır. İş materialında olan 20 fevral 2019-cu il tarixli, 170 saylı bildirişdən görünür ki, “xxxx” Səhmdar Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında bağlanılmış 02 fevral 2018-ci il tarixli, 271/18-pk saylı kredit müqaviləsi əsasında aldığı 2.896 manat kreditə görə, əsas borcdan 171 manat, faiz borcundan isə 282 manat məbləğində ödəniş etmiş, 18.02.2019-cu il tarixə Cavabdeh 2.725 manat əsas borcunun, 15 manat faiz borcunun, cəmi 2.740 manat məbləğində kredit borcunun olması barədə Cavabdeh oğu xəbərdar edilmiş və həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb olunmuş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “xxxx” Səhmdar Kredit Təşkilatının Bərdə filialına 26.11.2018-ci il tarixdə 400 manat, 28.11.2018ci il tarixdə 400 manat, 28.12.2018-ci il tarixdə 772 manat, 25.01.2019-cu il tarixdə 200 manat və 03.04.2019-cu il tarixdə 200 manat ödəniş edilmişdir. Məhkəmə müəyyən etdi ki, “xxxx” Səhmdar Kredit Təşkilatının Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, 271/18-pk saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 11 ay müddətinə, pambıq istehsalı məqsədilə 7.835 manat kreditin verilməsi barədə tərəflər razılığa gəlmiş, lakin Cavabdeh həmin müqavilə üzrə 2.896 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, 271/18-pk saylı kredit müqaviləsi üzrə cavabdehin 2.576,52 manat əsas və 106,98 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan və iddiaçının nümayəndəsinin izahatından görünür ki, “xxxx” Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh 2 müqavilə - 271/18pk saylı və 04-434/18 pk saylı müqavilələr bağlanılmışdır. 04-434/18 pk saylı müqavilə üzrə borc hazırki iddianın predmeti deyildir. 271/18-pk saylı müqavilə üzrə 7.835 manat kreditin verilməsi barədə tərəflər razılığa gəlsələr də, həmin müqavilə üzrə cavabdehə 2.896 manat məbləğində kredit verilmişdir. Qeyd olunan 271/18-pk saylı müqavilə üzrə Cavabdeh tərəfindən “xxxx” Səhmdar Kredit Təşkilatına cəmi 319,48 manat əsas borcdan, 333,02 manat isə faiz borcundan ödənişlər edilmişdir. Hesabdan çıxarışda qeyd olunan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdə əksini tapmış digər ödənişlər Cavabdeh ilə bağlanılmış 04-434/18 pk saylı müqavilə üzrə aparılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09.09.2019-cu il tarixə və 28.04.2021-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatlarda cavabdeh tərəfindən əsas borcdan 319 manat, faiz borcundan isə 333 manat ödəniş aparıldığı əks olunsa da, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, əsas borcdan 319,48 manat, faiz borcundan isə 333,02 manat ödənilmişdir. Ona görə də, cavabdehin ödənilməmiş 2.576,52 (2.896 – 319,48) manat əsas borcu, 106,98 (440- 333,02) manat isə faiz borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2.576,52 manat əsas borc, 106,98 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.713,5 (iki min yeddi yüz on üç manat, əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.576,52 manat əsas borc, 106,98 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.713,5 (iki min yeddi yüz on üç manat, əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-359/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-359/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver