Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-360/2021 06.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Cavabdeh 14.556,72 manat əsas borc, 132,14 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 14.718,86 manat tutularaq iddiaçı “X3mayan Kredit Təşkilatı” QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X3mayan Kredit Təşkilatı” QSC ilə Cavabdeh arasında bağlanmış “Ətlik-südlük istiqamətli müasir ailə-kəndli və fermer təsərrüfatlarının yaradılması lahiyəsi”nin icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə 5 mərhələdə İmişli/08 saylı kredit müqaviləsinə 30.09.2015 tarixli, 1 saylı əlavəyə əsasən 47 aya 4.800 manat, 13.10.2015-ci il tarixli, 2 saylı əlavəyə əsasən 46 aya 2.900 manat, 23.10.2015-ci il tarixli, 3 saylı əlavəyə əsasən 46 aya 7.600 manat, 04.12.2015-ci il tarixli, 4 saylı əlavəyə əsasən 44 aya 2.800 manat, 07.12.2016-cı il tarixli, 5 saylı əlavəyə əsasən 32 aya 660 manat olmaqla, cəmi 18.760 manat məbləğində kredit verilmişdir. Həm kredit müqaviləsinin, həm də ona edilmiş əlavələrin 2.5-ci bəndinin tələblərinə əsasən, kredit üzrə faizlərin hesablanması kreditlərin verildiyi gündən sonrakı gündən hər ay “kreditin ödəniş qrafiki” əsasında aylıq 0.833% hesabı ilə kreditin ilkin məbləğindən faiz hesablanır. Müqavilə və ona edilmiş əlavələrə əsasən Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Müqaviləyə əsasən, Borcalan tərəfindən kredit üzrə Borcverənə ödənilməli olan faizlər hər ayın sonuncu iş gününədək ödənilmədikdə, həmin faizlər gecikdirilmiş faizlər hesab olunur. Borcalan Borcverəndən bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini Müqaviləyə edilmiş əlavələrin ödəniş qrafikində göstərilmiş qaydada aylıq ödəməlidir. Müqaviləyə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borcalan Borcverənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə hər gün üçün 0,2%-lə hesablanan cərimə faizləri ödəməlidir. Cavabdehin 01.11.2019-cu il tarixə iddiaçı “X3mayan Kredit Təşkilatı” QSC-yə 14.556,72 manat əsas borc, 132.14 manat faiz borcu olmaqla, cəmi 14.688,86 manat borcu vardır. Bu barədə cavabdehə 18.10.2019-cu il tarixdə xəbərdarlıq göndərilmiş və 31.10.2019-cu il tarixədək borcun ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, əsas və faiz borclarını qəbul etdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddiaçının nümayəndəsinin iştirakı olmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qətnamə qəbul olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.09.2015-ci il tarixli, İM-8/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 47 ay müddətinə, tövlənin tikintisi üçün 4.800 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 30.09.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 4.800 manat kredit verilmişdir. İş materiallarında olan iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.10.2015-ci il tarixli, İM-8/2 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 46 ay müddətinə, yem tədarükü üçün 2.900 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 13.10.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2.900 manat kredit verilmişdir. İş materiallarında olan iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli, İM-8/3 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 46 ay müddətinə, payız əkini və heyvanların alınması üçün 7.600 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 23.10.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 7.600 manat kredit verilmişdir. İş materiallarında olan iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.12.2015-ci il tarixli, İM-8/4 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 44 ay müddətinə, portativ sağım aparatı və yem doğrayan və quraşdıran aparat üçün 2.800 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 04.12.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2.800 manat kredit verilmişdir. İş materiallarında olan iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.12.2016-cı il tarixli, İM-8/5 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, 32 ay müddətinə, heyvanların sığortalanması üçün 660 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 07.12.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 660 manat kredit verilmişdir. İş materiallarında olan 01.11.2019-cu il tarixli, 051 saylı maliyyə arayışından görünür ki, Cavabdeh “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə 5 müqavilə üzrə 14.556,72 manat əsas, 132,14 manat faiz, cəmi 14.688,86 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 18.10.2019-cu il tarixli, xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış beş müqavilə üzrə Cavabdeh 14.557 manat əsas, 232 manat faiz cəmi 14.789 manat məbləğində borcunun olduğu cavabdehə bildirilmiş, həmin borcun 31.10.2019-cu il tarixədək ödənilməsi ondan tələb olunmuş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin hesabına müxtəlif vaxtlarda olmaqla, müxtəlif məbləğlərdə olmaqla, cəmi 9.002 manat ödəniş etmişdir. İş materiallarında olan 12.03.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə cəmi 9.454,5 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə 14.556,72 manat əsas və 132,14 manat faiz borcunu qəbul və etriaf etdiyini bildirmişdir. Məhkəmə müəyyən etdi ki, “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.09.2015-ci il tarixli, İM-8/1 saylı, 13.10.2015-ci il tarixli, İM-8/2 saylı, 23.10.2015-ci il tarixli, İM-8/3 saylı, 04.12.2015-ci il tarixli, İM-8/4 saylı və 07.12.2016-cı il tarixli, İM-8/5 saylı kredit müqavilələrinə əsasən, Cavabdeh illik 10 faiz dərəcəsi ilə, cəmi 18.760 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh qeyd olunan müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 30.09.2015-ci il tarixli, İM-8/1 saylı, 13.10.2015-ci il tarixli, İM-8/2 saylı, 23.10.2015-ci il tarixli, İM-8/3 saylı, 04.12.2015-ci il tarixli, İM-8/4 saylı və 07.12.2016-cı il tarixli, İM-8/5 saylı kredit müqavilələri üzrə Cavabdeh iddiaçıya 14.556,72 manat əsas və 132,14 manat faiz borcunun qalması iş materialları ilə sübut olunduğundan, həmin borcun ödənilməsinə dair məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, həmçinin Cavabdeh əsas və faiz borclarını qəbul etdiyindən, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X5 və X2 müştərək qaydada tutularaq “xxxx” Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.556,72 manat əsas borc, 132,14 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.718,86 manat məbləğində pul tutularaq iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14.556,72 manat əsas borc, 132,14 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.718,86 (on dörd min yeddi yüz on səkkiz manat, səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X3mayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-360/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-360/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver