Məhkəmə qərarları › İş №2-2(121)-41/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-41/2020

19.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-41/2020 19.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.436,82 manat əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1.436,82 manat penyanın, cəmi 2.903,64 manat məbləğində borcun ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 76/14 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdehə, malların dəyərini 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullar verilmişdir. Belə ki, cavabdehlə xx.xx.2018 və xx.xx.2018-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı”ları tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda öz üzərinə götürsə də, aldığı malların dəyərinin bir hissəsini ödəmiş, lakin uzun zaman keçməsinə baxmaraq 1.436,82 manat borc qalığını indiyədək ödəməmişdir. Cavabdeh bugünədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,2 faiz həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, 76/14 saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında məhsulların satışı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli, 10897 saylı xx.xx.2014-cü il tarixli, 76/14 saylı müqaviləyə əsasən maye inşaat qarışıqları üzrə öhdəliklərin qarşılıqlı tanınması aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxx 2018-ci il tarixə İddiaçınə 807,11 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş, imzalanmış və möhürlənmişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli, 5904 saylı xx.xx.2014-cü il tarixli, 76/14 saylı müqaviləyə əsasən xırdavat məhsulları üzrə öhdəliklərin qarşılıqlı tanınması aktının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixə İddiaçınə 824,20 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş, imzalanmış və möhürlənmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, MA-02/247 saylı maliyyə arayışında qeyd olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçınə 1.434,31 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, MA-02/444 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh aralarında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 76/14 saylı alqı-satqı müqaviləsi əsasında aldığı mallara görə 1.436,82 manat ödənişi gecikdirilmiş borc olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan 1.436,82 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında məhsulların satışı barədə xx xxxxx 2014-cü il tarixli, 76/14 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, MA-02/444 saylı pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxxx 2014-cü il tarixli, 76/14 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. İddiaçı iddia ərizəsində əsas borc kimi 1.436,82 manat pulun tutulmasını xahiş edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli, MA-02/444 saylı pretenziya məktubunda da, Cavabdeh bağlanmış müqavilə üzrə 1.436,82 manat gecikdirilmiş borcun ödənilməsi tələb olunur. Lakin iş materiallarında olan xx xxx 2019-cu il tarixli, MA-02/247 saylı maliyyə arayışında Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçınə 1.434,31 manat borcunun olduğu qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, əsas borc qismində cavabdehdən məhz maliyyə arayışında qeyd olunan 1.434,31 manat məbləğində pul tutulmalıdır. Yəni, iddia əsas borcun tutulmasına münasibətdə qismən təmin edilməlidir. İddianın 1.436,82 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 76/14 saylı saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2%-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və peniyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İddiaçı 1.436,82 manat dəbbə pulunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1.434,31 manat əsas borc, 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 1.499,31 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar