Məhkəmə qərarları › İş №2-2(121)-415/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-415/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-415/2022 31.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh heyvanlarının vurduğu 37.440 manat zərərin və ödənilmiş 30 manat dövlət rusumunun alınması tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 05.06.2018-ci il tarixində iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məmmədsafa oğlundan heyvanlarının vurduğu 37.440 manat maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Astara Rayon Ərçivan Bələdiyyəsinin mülkiyyətində olan 4.0 və 12.0 hektar torpaq sahələrini ayrı-ayrılıqda 30 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürmüşdür. İcarəsində olan 16 ha torpaq sahəsində aqrotexniki və normativ qaydalara əsasən feyxoa ağacları əkdiyini, həmin ağaclara aqrotexniki qaydalara uyğun qulluq etdiyini, lakin tərəfindən görülən bu işlərə baxmayaraq Cavabdeh Məmmədsafa oğlunun çoxlu sayda iri və xırda buynuzlu mal-qarasının əkmiş olduğu feyxoa bağına girməsini, 60 faiz feyxoa ağaclarını sıradan çıxarmasını və ona külli miqdarda maddi ziyanın vurulmasını, bununla bağlı akt tərtib edilməsini, cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq sonuncunun heyvanlarının nəzarət altında saxlanması üçün heç bir tədbir görmədiyini qeyd edərək, Cavabdeh heyvanlarının vurduğu 37.440 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsi 2(018)-741/2018 nömrəli 09.08.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə" dair iddiasının təmin edilməsi, 37.440 manat məbləğində dəymiş maddi ziyan və 30 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Məmmədov X4 Rayon Məhkəməsinin 2(018)-741/2018 saylı 09.08.2018ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Astara Rayon Məhkəməsinin 2(018)-741/2018 saylı 18.09.2018-ci il tarixli qərardadına əsasən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-253/2019 saylı 19.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-741/2018 saylı 09 avqust 2018-ci il tarixli qətnaməsinin Cavabdeh nümayəndəsi və vəkili Yusif İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, İddiaçı Cavabdeh Məmmədsafa oğluna qarşı "vurulmuş maddi ziyan tələbinə dair" iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Məmmədsafa oğlundan vurulmuş maddi ziyana görə 14.016 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.046 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcini təşkil edən 170 manat kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci və 230 manat məhkəmə xətşünaslıq ekspertizasının xərci olmaqla, cəmi 400 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təşkilatının kodu: 142319; X3 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Şirvan Apellyasiya Məhkəməsinin 19.11.2019-cu il tarixli 2(106)-253/2019 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1715/20 saylı 17.03.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayətləri təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 noyabr 2019-cu il tarixli, 2(106)- 253/19 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-111/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(018)-741/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 14.016 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatına görə 650 manatın Cavabdeh Məmmədsafa oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh Məmmədov X5 Apellyasiya Məhkəməsinin 2(106)-111/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olarkən İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 111/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermiş və həmin şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4930/2021 nömrəli 28.09.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)- 111/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13.12.2021-ci il tarixli 2(106)-3602/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Astara Rayon Məhkəməsinin 2(018)-741/2018 nömrəli 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Məmmədsafa oğlu məhkəmə iclasında iştirak edərək, iddiaçının torpaq sahəsində çəpər olmadığını, özünə məxsus olan mal-qaranın tələf olduğunu, aktda imza etsə də, onun məzmunundan xəbəri olmadığını bildirib iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın dövlət reyestrindən 01.04.2017ci il qeydiyyat tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Astara rayon Ərçivan bələdiyyəsinın mülkiyyətində olan və Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 12 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsini 30 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürmüşdür. İş materiallarında olan AR ƏMDK DƏDRX-in 10 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01.04.2017-ci il qeydiyyat tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Astara rayon Ərçivan bələdiyyəsinin mülkiyyətində olan və Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 30 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürmüşdür. İş materiallarında olan Astara rayon Ərçivan bələdiyyasinin işçisinin, Astara RİHBnin Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsinin, Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmiş 25.12.2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı əkin sahəsinə 25.12.2017-ci il tarixində baxış keçirilmişdir. Baxış zamanı sahibkar İddiaçı məxsus əkin sahəsi ilə qonşuluqda fəaliyyət göstərən başqa bir sahibkar Cavabdeh çoxlu sayda iri və xırda buynuzlu mal-qarasının əkilmiş feyxoa sahələrinə girməsi və ziyan vurması aşkar edilmişdir. Hər iki sahibkara məxsus sahələr arasında qoruyucu çəpərin olmaması və nəticədə mal-qaranın əkin sahəsinə sərbəst girməsi müəyyan edilmişdir. İş materiallarında olan aqrokimyaçı-torpaqşünas X6 25 may 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı maddi ziyan vurulanadək bir ədəd feyxoa ağacının maya dəyəri 6 manat olmuşdur. İddiaçı icarəya götürdüyü 16 ha torpaq sahəsinin hər hektarında aqrotexniki normaya əsasən 650 ədəd feyxoa tingi olmaqla cəmi 10.400 feyxoa tingi əkmişdir. Cavabdeh çoxlu sayda iri və xırda buynuzlu mal-qarası İddiaçı əkmiş olduğu feyxoa bağına girmiş və 60 faiz feyxoa ağaclarını (6.240 ədəd) sıradan çıxarmışdır. Bir ədəd feyxoa ağacının maya dəyəri 6 manat olduğu üçun İddiaçı 37.440 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin 26 iyul 2018-ci il tarixli sorguya cavab məktubundan görünür ki, feyxoa tinginin bazar qiyməti mövsümdən və boydan asılı olaraq dəyişdiyinə görə bu barədə dəqiq məlumat almaq üçün ting satışı ilə məşğul olan şirkətlərə müraciət olunması tövsiyə olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında, Astara rayon Ərçivan bələdiyyəsinin mülkiyyətində olan və 30 oktyabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 4 və 12 hektar torpaq sahələrində məhv edilməsi iddia edilən nə qədər sayda ağacın mövcüd olması, həmin ağaclar məhv edilmişsə, məhv edilmiş ağacların hansı növə aid olması, ağacların yaşı və bazar dəyərinin nə qədər təşkil etməsi, ağacların məhv edilməsi, ağaclar mal-qara tərəfindən sıradan çıxarıldığı halda bərpasının mümkün olub-olmaması ilə bağlı məhkəmə kollegiyası 13 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq ekspert rəyi alınaraq iş materiallarına əlavə edilmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2019-cu il tarixli 9562/9957 saylı rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin Astara DAİM-in Baş məsləhətçi-aqranomu Ramazan Səfərov 06 mart 2019-cu il tarixdə sahəyə baxış keçirmiş və 16 hektar sahədə əkin sxeminə uyğun olaraq hər hektara 625 ədəd olmaqla 10 min ədəd feyxoa tingi əkilmişdir. Həmin ağaclara iri və xırda buynuzlu ev heyvanları tərəfindən yeyilərək ziyan dəymiş, 8832 ədəd feyxoa ağacları tapdalanmış budaqları sındırılmış bəziləri yerindən çıxarılmış, yararsız hala düşərək tamamilə məhv edilmişdir. 2016-ci il tarixdə əkilmiş feyxoa sahəsində mövcud olan 1.168 ədəd feyxoa ağacları zədələnmiş və inkişafdan geri qalmış vəziyyətdə olub, həmin tinglərdən istifadə etmək məqsədə uyğun deyildir. Təqdim edilmiş rəydə məhv edilmiş ağacların yaşı haqqında dəqiq məlumat olmadığından qərardadda qoyulan "məhv edilmiş ağacların yaşı” sualı üzrə tədqiqat işləri aparılmamışdır. Aparılmış müqayisəli tədqiqat nəticəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin Astara DAİM-in Baş məsləhətçi-aqranomu Ramazan Səfərov tərəfindən tərtib edilmiş NK-2No-li 11.03.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən 2016-ci ildə Feyxoa ağacı sahəsində mövcud olan 18-25 mm diametrli 1.168 ədəd Feyxoa ağaclarının bərpasına çəkiləcək xərc təxminən 14.016 manat müəyyən edilir. O cümlədən, 1.168 ədəd Feyxoa ağacı x 10 manat = 11.680 manat, həmin ağacların əkilməsi və lazımi aqrotexniki qulluq işlərinin görülməsi üçün 1.168 x 2 manat = 2.336 manat məbləğində hesablanır. Həmçinin apellyasiya məhkəməsinin iclasında Cavabdeh 25 dekabr 2017-ci il tarixdə tərtib edilmiş aktın sonundakı 3-cu sıradakı imzanı icra etmədiyini göstərdiyinə görə həmin imzanın Cavabdeh tərəfindən icra edilib edilməməsinin müəyyan edilməsi məqsədi ilə məhkəmə kollegiyası 09 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünasliq ekspertizası təyin etmiş və müvafiq ekspert rəyi alınaraq iş materiallarına əlavə edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 24619 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində olan 25 dekabr 2017-ci il tarixli aktın sonundakı "3" sıra nömrəsi qarşısında "Cavabdeh” yazısından əvvəl yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşə əlavə olunmuş 15.05.2020-ci il tarixli Cavabdeh vəsatət verərək pul tələbinin tam, hərtərəfli və obyektiv araşdırarmaq üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. 22.06.2020-ci il tarixli 2(106)1613/2020 saylı Şirvan Apellyasiya Məhkəməsinin qərardadına əsasən iş üzrə təkrar kompleks nəhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə müvafiq mütəxəssis arayışları nəzərə alınmaqla ekspertlər qarşısında suallar qoyulmuş: 1.İddiaçı icarəsində olan cəmi 16 ha torpaq sahəsində əkilmiş feyxoa ağaclarının (tinglərinin) mal-qara tərəfindən məhv olması nəticəsində vurulmuş ziyanın miqdarını müəyyən etmək; 2. iş materialları əsasında o cümlədən, aşağıdakı sualların aydınlaşdırılması: -sözügedən sahədə əkilmiş feyxoa ağaclarının mümkün sayı, zədələnmiş və məhv olmuş ağacların miqdarı; -feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq, ağacların nəzəri cəhətdən məhsuldarlığı; -feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq onların 1 ədədinin qiyməti və onun (1 ədədinin) əkilməsinə və qulluğuna sərf edilən məbləğ, zəruri halda işin düzgün həlli məqsədi ilə əlavə sual ortaya çıxarsa, cavab verilməsi ekspertə həvalə edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və rəy verilmək üçün mülki iş və müvafiq zəruri materiallar Ekpsertiza Mərkəzinə təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Agentliyinə 22.06.2020-ci il tarixdə məktub ünvanlayaraq ərazi üzrə müvafiq normativlər nəzərə alınmaqla sözügedən sahədə əkilmiş feyxoa ağaclarının mümkün sayı, feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq, onların 2017-ci ilin sonuna təqribi ölçüləri (diametri və s.), sözügedən ağacların nəzəri cəhətdən məhsuldarlığı, feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq onların 1 ədədinin qiyməti və onun əkilməsinə və qulluğuna sərf edilən məbləği müvafiq mütəxəssis arayışı tərtib edib göndərməsini xahiş etmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Kənd X2 X15 Mərkəzinə məktub ünvanlayaraq mülki işə baxılması ilə əlaqədar zərurət yarandığından sözügedən əraziyə tərəflərin iştirakı ilə baxış keçirilməklə, zədələnmiş və məhv olmuş ağacların miqdarı barədə təkrar arayış təqdim edilməsini xahiş etmişdir. Məktublara cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X11 Agentliyi 29.06.2020-ci il tarixli 22/1473 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin 2020-ci il 11 mart tarixli NK-2 nömrəli məktubuna istinadən bildiririk ki, əkin sxemi 4x4 ölçüdə olan 1 ha sahədə maksimum 1056 ədəd ting əkilməsi mümkündür, feyxoa cinsli tinglərin diametrinə nisbətən çətir hissəsinin daha sürətlə böyüməsini nəzərə alaraq bildiririk ki, 2016 və 2017-ci illərdə əkilmiş tinglərin diametrinin əkilən zaman onların parametrləri nəzərə alınmaqla, torpaqiqlim şeraitindən və aparılmış agrotexniki tədbirlərdən asılı olaraq təxminən 10-25 sm aralığında olması (hər il üçün 3-5 sm artım olması) qəbul edilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların bərpası Qaydasına əsasən meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqlardan 1 ədəd əkin materialının yetişdirilməsi üçün tələb olunan məbləğ - yaşıllığın salınmasının smeta dəyəri (SD) 8-10 manat, 1 il müddətində yetişdirmə prosesində yaşıllığa qulluq üzrə smeta məsrəfləri (SM) isə 3 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Kənd X2 X15 Mərkəzi 29.06.2020-ci il tarixli arayışında bildirmişdir ki, 25.06.2020-ci il tarixdə sorğunuz əsasında İddiaçı istifadəsinə verilmiş 16 ha feyxoa əkini sahəsinə tərəflərin iştirakı ilə yəni, İddiaçı qanuni nümayəndəsi Nümayəndə və cavabdeh tərəf Cavabdeh iştirakı ilə yeniden baxış keçirildi. Baxış zamanı məlum oldu ki, 06 mart 2019-cu il tarixdən 25 iyun 2020-ci il tarixədək (yəni 16 ay müddətində) sözügedən ərazidə heç bir aqrotexniki tədbirlər (yəni suvarma, gübrələmə, şumlama, dib yumşaltma, alaqlarla mübarizə və.s.) aparılmamışdır və nəticəde sözügedən ərazidə 06 mart 2019-cu il tarixdə baxış zamanı mövcud olmuş 1168 ədəd zədələnmiş feyxoa ağaclarının ümumi vəziyyəti 25.06.2020-ci il tarixdə yenidən baxış keçirilərkən qeyri qənaətbəxş olması müəyyən olundu, səbəb yuxarıda qeyd olunduğu kimi həmin ağaclara baxımsızlıq və heç bir aqrotexniki qulluq işləri aparılmadığından 40%-i məhv olmuş, qalan ağaclar iri alaq otları və kol-kos içərisində qalmaqla böyümə və inkişafdan geri qalmışdır. İş materiallarına əlavə olunmuş sahənin şəkillərindən də aydın görünür ki, ağaclara baxımsızlıq və heç bir aqrotexniki qulluq işləri aparılmadığından 40%-i məhv olmuş, qalan ağaclar iri alaq otları və kol-kos içərisində qalmaqla böyümə və inkişafdan geri qalmışdır. İş materiallarına əlavə olunmuş 21.08.2020-ci il tarixli 7/443-9/2553 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində bildirilir ki, tədqiqata təqdim olunmuş aqronomun rəyinə əsasən 16 hektar sahədə əkin sxeminə uyğun olaraq hər hektara 625 ədəd olmaqla 10 min ədəd feyxoa tingi əkilmişdir. Həmin ağaclara iri və xırda buynuzlu ev heyvanları tərəfindən yeyilərək ziyan dəymiş 8832 ədəd feyxoa ağacları tapdalanmış, budaqları sındırılmış bəziləri yerindən çıxarılmış, yararsız hala düşərək tamamilə məhv edilmişdir. 2016-ci ildə əkilmiş feyxoa sahəsində mövcud olan 1168 ədəd feyxoa ağacları zədələnmiş və inkişafdan geri qalmış vəziyyətdə olub, həmin tinglərdən istifadə etmək məqsədə uyğun deyil. Cavan (bar verməyən) feyxoa sahələrində tinglərə zərər vurulma dövrünə qədər tinglərin böyümə və inkişafı üçün müəyyən qulluq işləri aparılsa da, tinglərə zərər vurulma dövründən, yəni 2017-ci ilin dekabrından baxış keçirilən günədək (14 ay müddətində) 06 mart 2019-cu il tarixədək həmin ağaclara aqrotexniki (aqrotexniki tədbirlər-suvarma, gübrələmə, şumlama, dib yumşaltma, alaqlarla mübarizə) tədbirlər aparılmamışdır. 06 mart 2019-cu il tarixdə baxış zamanı mövcud olmuş 1168 ədəd zədələnmiş feyxoa ağaclarının ümumi vəziyyəti 25.06.2020-ci il tarixdə yenidən baxış keçirilərkən həmin ağaclara baxımsızlıq və heç bir aqrotexniki qulluq işləri aparılmadığından ağacların 40 %-i məhv olmuş, qalan ağaclar iri alaq otları və kol-kos içərisində qalmaqla böyümə və inkişafdan geri qalmışdır. Ağacların illik məhsuldarlığı onlara edilən aqrotexniki qulluglardan çox asılıdır. Həmin ağaclara baxımsız qalmış və heç bir aqrotexniki qulluq (aqrotexniki qulluqlar-suvarma, gübrələmə, şumlama, dib yumşaltma, alaqlarla mübarizə) işləri aparılmadığından ağacların 40%-i məhv olmuş, qalan ağaclar iri alaq otları və kolkos içərisində qalmaqla böyümə və inkişafdan geri qaldığından nəzəri cəhətdən məhsuldarliq (illik məhsuldarlıq) müəyyən edilmədi. Bar(məhsul) vermə yaşını əsas götürərək və ağacların 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alsaq, həmin illərdə feyxoa ağacları bar verə bilməzdi; Aparılmış müqayisəli tədqiqat nəticəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin Astara DAİM-in Baş məsləhətçi-aqronomu Ramazan Səfərov tərəfindən tərtib edilmiş NK-2 nömrəli 11.03.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən 2016-cı və 2017-ci illərdə əkilmiş 2017-ci ilin dekabr ayında yararsız hala salınmış 1168 ədəd Feyxoa ağacının hadisə baş verən tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8176,00 (1168 x 7) manat müəyyən edilir. O cümlədən, iş materiallarında olan mütəxəssis rəyinə əsasən 1168 ədəd Feyxoa ağacının aqrotexniki tədbirlərin aparılmadığı qeyd edilir. İş materiallarına əlavə olunmuş 10.10.2020-ci il tarixli Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək pul tələbinin tam, hərtərəfli və obyektiv araşdırarmaq üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İddiaçı və nümayəndəsi Nümayəndə 05.11.2020-ci il tarixli açıq məktubda bildirmişlər ki, ekspert rəyinə əsasən yalnız 1168 ədəd feyxoa ağaclarına dəymiş ziyan hesablanmış, amma 8832 ədəd feyxoa ağaclarına dəymiş ziyan hesablanmamışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi 08.12.2020-ci il tarixli 2(106)1613/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mütəxəssis arayışı nəzərə alınmaqla ekspert qarşısında aşağıdakı suallar qoyulmuş: 1.İddiaçı icarəsinde olan cəmi 16 ha torpaq sahəsində əkilmiş feyxoa ağaclarının (tinglərinin) mal-qara tərəfindən məhv olması nəticəsində vurulmuş ziyanın miqdarını müəyyən etmək; 2.iş materialları əsasında o cümlədən, -feyxoa ağaclarının 2016 və 2017ci illərdə əkildiyini nəzərə alaraq, ağacların nəzəri cəhətdən məhsuldarlığı; -feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq onların 1 ədədinin qiyməti və onun (1 ədədinin) əkilməsinə və qulluğuna sərf edilən məbləği müəyyən etmək, zəruri halda işin düzgün həlli məqsədilə əlavə sual ortaya çıxarsa, cavab verilməsi ekspertə həvalə edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinə həvalə edilmiş və rəy verilmək üçün mülki iş və müvafiq zəruri materiallar Ekpsertiza Mərkəzinə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 04.02.2021-ci il tarixli 7/44; 9/6075 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin Astara DAİM-in Baş məsləhətçi-aqronomu Ramazan Səfərov tərəfindən 06 mart 2019-cu il tarixli rəyə əsasən həmin ağaclar iri və xırda buynuzlu ev heyvanları tərəfindən yeyilərək ziyan dəymiş, 8832 ədəd feyxoa ağacları tapdalanmış, budaqları sındırılmış, bəziləri yerindən çıxarılmış yararsız hala düşərək tamamilə məhv edilmişdir. 2016-cı ildə əkilmiş feyxoa sahəsində mövcud olan 1168 ədəd feyxoa ağacları zədələnmiş və inkişafdan geri qalmış vəziyyətdə olub, həmın tinglərdən istifadə etmək məqsədə uyğun deyil. Həmin rəydə 2016 və 2017-ci illerdə feyxoa ağaclarının məhsuldarlığı barəsində məlumat olmadığı üçün qərardadda göstərilən “feyxoa ağaclarının 2016 və 2017-ci illərdə əkildiyini nəzərə alaraq, ağacların nəzəri cəhətdən məhsuldarlığı müəyyən etmək” sualına cavab vermək mümkün olmadı. Aparılmış müqayisəli tədqiqat nəticəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara X15 Mərkəzinin Astara DAİM-in Baş məsləhətçi-aqronomu Ramazan Səfərov tərəfindən tərtib edilmiş NK-2 nömrəli 11.03.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən 2016-cı ildə əkilmiş Feyxoa ağacı sahəsində mövcud olan 18-25 mm diametrli 1ədəd Feyxoa ağacının bərpasına çəkiləcək xərc təxminən 7,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikti) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən bələdiyyədən icarəyə götürülən torpaq sahəsində feyxoa tingləri əkilmiş, lakin cavabdehə məxsus olan heyvanların həmin sahəyə girməsi nəticəsində iddiaçı tərəfindən əkilmiş ağaclar iri və xırda buynuzlu ev heyvanları tərəfindən yeyilərək ziyan dəymiş, 8832 ədəd feyxoa ağacı tapdalanmış, budaqları sındırılmış, bəziləri yerindən çıxarılmış, yararsız hala düşərək tamamilə məhv edilmişdir. Cavabdeh tərəfindən həmin heyvanların ona məxsus olmaması, özünə məxsus olan malqaranın tələf olması barədə dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə əvvəllər olan məhkəmə iclaslarında cavabdeh tərəfindən aktda olan imzanın ona məxsus olmamasını bildirməsi, ekspert rəyi ilə imzanın ona məxsus olduğu müəyyən edildikdən sonra aktın məzmunundan xəbərdar olmaması barədə irəli sürdüyü ziddiyyətli dəlilləri iş materiallarında olan digər sübutlarla məcmu halında qiymətləndirən məhkəmə hesab edir ki, həqiqətən də iddiaçıya zərər cavabdehin təqsirindən dəymişdir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan ekspert və mütəxəssis rəyləri ilə iddiaçıya dəyən zərərin miqdarı tələb olunan məbləğdən çoxdur. (rəyə əsasən Feyxoa ağacının hadisə baş verən tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 61824 (8832 x 7) manat müəyyən edilir.) Lakin məhkəmə qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işdə qanunda göstərilən müstəsna hallar mövcud deyil. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 650 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 650 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğu üçün tam təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh heyvanlarının vurduğu 37.440 manat zərərin və ödənilmiş 30 manat dövlət rusumunun alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 650 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X3, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar