Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-415/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – kredit müqaviləsi üzrə ödənilməmiş qalan 28.600 manat əsas borc, əsas borcun gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 2.042 manat pulun və dövlət rüsümuna görə ödənilmiş 182 manat məbləğində pulun, cəmi 30.824 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində “kredit müqaviləsi” bağlanmış və təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana, yəni cavabdehə 31.000 manat məbləğində pulu borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan aldığı borcu xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə ilə bağlı mübahisə yarandığı üçün tərəflər arasında məhkəmə çəkişməsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 7560/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin müqavilə və ondan irəli gələn mübahisə ilə bağlı bütün hallara hüquqi qiymət verilmişdir. Adı çəkilən qətnamədə qeyd edilir ki, müqavilənin 1-ci bəndində iddiaçının cavabdehə 9 il müddətinə 31.000 manat pul verdiyi qeyd olunsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasına, tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri ilə bağlı işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə həmin müqavilə mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilə olmuşdur. Belə ki, tərəflər özləri də aralarında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barteri barədə münasibətlərin mövcud olduğunu, həmin münasibət üzrə cavabdehin iddiaçıya borcunun yarandığını, borcun ödənilməsi niyyəti ilə müqavilə bağlandıqdan sonra iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödənildiyini mübahisəsiz qəbul etmişlər. Müqavilənin bağlanmasına səbəb kimi cavabdehin borcu dərhal qaytarmaq iqtidarında olmaması çıxış etmişdir. Həmçinin işin mübahisəsiz hallarından göründüyü kimi, müqavilə bağlanan zaman cavabdeh iddiaçıya 1000 manat, 4 ay ərzində isə 1400 manat ödəmişdir. Lakin cavabdeh tərəfindən ödənişlər dayandırıldıqdan sonra iddiaçı hazırda istinad etdiyi əsaslarla əvvəlcə hüquq mühafizə orqanlarına, sonra isə məhkəməyə müraciət etmişdir. Əqdi təsdiqləmiş notarius da məhkəməyə ünvanladığı məktubda iddiaçı və cavabdehin kredit müqaviləsinin bağlanması üçün kontora müraciət etdiklərini, onları dinlədikdən sonra öz istəklərinə uyğun olaraq müqavilənin rəsmiləşdirildiyini bildirmişdir. Qətnamədə qeyd edilənlərdən də göründüyü kimi, borcun mövcudluğu, həmin borcdan cəmi 2400 manatının ödənilməsi, daha sonra ödənişlər edilmədiyindən öhdəlikdən irəli gələn mübahisənin məhkəmə müstəvisinə çıxması mübahisə doğurmur. Eyni zamanda, qeyd edilən müqavilənin “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə” qarışıq müqavilə olması da mübahisə doğurmur. Cavabdeh qeyd edilən müqavilə bağlandıqdan sonra ümumi borcdan iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödəsə də, qalan borcu, yəni 28600 manat borcu iddiaçının müqavilədə göstərilən vaxtda tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh 28600 manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla bu günə kimi uzun illərdir həmin məbləğdən faydalanmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən pul öhdəliyinin icra edilməməsi məsuliyyəti üçün Azərbaycan Respublikasının Mərkəzi X1 2024-cü ilin aprel ayına olan məlumatına və Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş bu günə olan “Faiz Dəhlizi” haqqında məlumatına əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən 2024-cü il may ayının sonuna kimi olan müddət tərəfimdən hesablanmış və 2042 manat məbləğində faiz borcu müəyyən olunmuşdur. Beləliklə, gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı, yəni 2042 manat pul əsas borc məbləği olan 28600 manatın üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-1227/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd edilən iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə 9 il müddətinə (xx.xx.2023-cü il müddətinə qədər) təyin edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-7560/2015 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7780/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı Bakı şəhər 27 saylı Notariat kontorunda xx.xx.2014-cü ildə təsdiqlənmiş kredit müqaviləsinin qanunsuz olduğu üçün etibarsız hesab olunması, bağlanmış müqavilə üzrə ondan alınmış dərman məmulatlarının pulu olaraq 34.000 manatın və real olaraq 12.500 manat məbləğində zərərin, cəmi 46.500 manatın cavabdehlərdən bərabər qaydada tutulub ona ödənilməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamənin “əsaslandırıcı” hissəsindən görünür ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə “kredit müqaviləsi” adlanır. Müqavilənin 1-ci bəndində İddiaçı Cavabdeh 9 il müddətinə 31000 manat pul verdiyi qeyd olunsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasına, tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri ilə bağlı işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə həmin müqavilə mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilə olmuşdur. Belə ki, tərəflər özləri də aralarında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barteri barədə münasibətlərin mövcud olduğunu, həmin münasibət üzrə Cavabdeh İddiaçı borcunun yarandığını, borcun ödənilməsi niyyətilə müqavilə bağlandıqdan sonra iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödənildiyini mübahisəsiz qəbul etmişlər. Mülki qanunvericilik mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilənin bağlanmasını qadağan etmir. Ona görə də tərəflər arasında bağlanmış müqavilənin adı, ayrı-ayrı söz və ifadələrinin hərfi mənası həmin müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Müqavilə ilə etiraf olunan borcun məbləğinə və pulun qaytarılması müddətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə yazılı tərtib edildiyindən və tərəflərin imzaları notariat qaydada təsdiq olunduğundan hər hansı digər mötəbər sübutlar olmadan həmin şərtlərin şübhə altına alınması üçün əsas yoxdur. İddiaçı müqavilənin aldatma yolu bağlandığını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Əksinə tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri pulun qaytarılması müddəti ilə bağlı müqavilədə nəzərdə tutulmuş şərtin real olduğuna dəlalət edir. Belə ki, müqavilənin bağlanmasınadək tərəflər arasında öhdəlik münasibətlərinin yarandığını sübut edən hər hansı yazılı razılaşma olmamışdır. Müqavilənin bağlanmasına səbəb kimi məhz Cavabdeh borcu dərhal qaytarmaq iqtidarında olmaması çıxış etmişdir. Belə bir vəziyyətdə borcun təminatı üçün yazılı etirafın edilməsi və buna qarşılıq olaraq onun qaytarılması üçün daha uzun müddətin müəyyən edilməsi işin hallarına uyğundur. Həmçinin, işin mübahisəsiz hallarından göründüyü kimi müqavilə bağlanan zaman Cavabdeh iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə ay 300 və ya 400 manat ödəmiş, iddiaçı öhdəliyin bu şəkildə icrasını qəbul etmişdir. Yalnız Cavabdeh tərəfindən ödənişlər dayandırıldıqdan sonra hazırda istinad etdiyi əsaslarla əvvəlcə hüquq mühafizə orqanlarına, sonra məhkəməyə müraciət etmişdir. Əqdi təsdiqləmiş notarius da məhkəmə kollegiyasına ünvanlandığı məktubda İddiaçı və Cavabdeh kredit müqaviləsinin bağlanması üçün kontora müraciət etdiklərini, onları dinlədikdən sonra öz istəklərinə uyğun olaraq müqavilənin rəsmiləşdirildiyini bildirmişdir. İş üzrə əqdin etibarsız hesab olunmasına əsas verən hər hansı digər hüquqi əsaslar mövcud deyildir. Tərəflər arasında bağlanmış mövcud borcun etirafı və etiraf edilən pulun 9 il müddətinə ödənilməsi barədə müqavilə etibarlı hesab edildiyindən, başqa sözlə müqavilə qüvvədə olduğundan iddiaçının həmin müqavilənin ləğvini tələb etmədən bütün pulun dərhal qaytarılmasını, habelə həmin pulun əsassız saxlanmasından irəli gələn zərəri tələb etmək hüququ yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh onun qarşısında müqavilədə nəzərdə tutulan 31000 manatdan artıq pul öhdəliyinin olması barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktına əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə “kredit müqaviləsi” adlanır. Müqavilənin 1-ci bəndində İddiaçı Cavabdeh 9 il müddətinə 31000 manat pul verdiyi qeyd olunsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasına, tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri ilə bağlı işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə həmin müqavilə mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilə olmuşdur. Belə ki, tərəflər özləri də aralarında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barteri barədə münasibətlərin mövcud olduğunu, həmin münasibət üzrə Cavabdeh İddiaçı borcunun yarandığını, borcun ödənilməsi niyyətilə müqavilə bağlandıqdan sonra iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödənildiyini mübahisəsiz qəbul etmişlər. Mülki qanunvericilik mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilənin bağlanmasını qadağan etmir. Müqavilənin bağlanmasınadək tərəflər arasında öhdəlik münasibətlərinin yarandığını sübut edən hər hansı yazılı razılaşma olmamışdır. Müqavilənin bağlanmasına səbəb kimi məhz Cavabdeh borcu dərhal qaytarmaq iqtidarında olmaması çıxış etmişdir. Belə bir vəziyyətdə borcun təminatı üçün yazılı etirafın edilməsi və buna qarşılıq olaraq onun qaytarılması üçün daha uzun müddətin müəyyən edilməsi işin hallarına uyğundur. Həmçinin, işin mübahisəsiz hallarından göründüyü kimi müqavilə bağlanan zaman Cavabdeh iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə ay 300 və ya 400 manat ödəmiş, iddiaçı öhdəliyin bu şəkildə icrasını qəbul etmişdir. Yalnız Cavabdeh tərəfindən ödənişlər dayandırıldıqdan sonra hazırda istinad etdiyi əsaslarla əvvəlcə hüquq mühafizə orqanlarına, sonra məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən fakt hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Yenə həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh göstərilən müqavilə əsasında qeyd edilən məbləği iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh həmin müqavilə əsasında pul məbləğini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iddianın “bank uçotu dərəcəsinə görə hesablanmış 2.042 manat faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 182 manat məbləğində dövlət rüsumunun 175,8 manatı (yəni, 28.600 manat münasibətdə) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28.600 manat məbləğində əsas borc və 175,80 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-415/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-415/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver