Məhkəmə qərarları › İş №2-2(121)-42/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-42/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-42/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, 138520-1-13169/1/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə iddiaçıya borclu olduğu 1.720.654,20 manat əsas borcu, 194.902,81 manat faiz borcu və 105.068,08 manat cərimə borcu, ümumilikdə isə 2.020.625,09 manat məbləğində pulun və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutulmalı olan məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 138520-3- 186 saylı, xx.xx.2014-cü il tarixli “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilməsinə, malların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138520-1-13169 saylı “Baş kredit razılaşması”na əsasən, bank Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək razılaşdırma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün 10.000.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalentli məbləğində kredit xətti açmışdır. İddiaçı” ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 138520-1-13169 saylı ilə “Kommersiya krediti müqaviləsi” bağlanaraq Cavabdeh cari fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 36 ay müddətinə, illik 12 faizlə, 1.910.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalenti məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə Şəmkir yolunun sağ tərəfində yerləşən anbarda Cavabdeh birbaşa sahibliyində saxlanılan dövriyyədə olan mallar (1 saylı Əlavədə göstərilən) müəyyən edilmiş və bu barədə **********6 saylı, xx.xx.2014-cü il tarixli “Dövriyyədəki malların müqaviləsi”xxxx“İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169/1 saylı ilə “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılara A.R Mərkəzi Bankının xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konventasiya edilərək, 1.865.785 manat məbləğində müəyyən edilmiş və 36 ay müddəti ərzində istifadə etməyi, xx.xx.2017-ci il tarixinədək qaytarmağı və kreditin istifadəsinə görə “Banka” illik 17% ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticədə xx.xx.2019-cu il tarixinə Cavabdeh banka 1.720.654,20 manat əsas borcu, 194.902,81 manat faiz borcu, 105.068,08 manat cərimə borcu, ümumilikdə 2.020.625,09 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda bank ilə Cavabdeh arasında bağlanmış 138520-3-186 saylı, xx.xx.2014-cü il tarixli “Dövriyyədəki malların girov müqaviləsi” nin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın girov predmetinə tutma yönəltmək hüququ vardır. Göründüyü kimi iddiaçı öz tələbi üzrə tutmanın onun qarşısında girov ilə yüklü edilmiş əmlaka yönəldilməsində haqlıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə Cavabdeh və üçüncü şəxs X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169 saylı baş kredit razılaşmasından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520- 1-13169 saylı baş kredit razılaşmasına əsasən bank Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək razılaşdırma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 10.000.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalentli məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 12 faizlə 1.910.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalenti məbləğində kredit verilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girov müqaviləsindən görünür ki, girovqoyanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bu müqavilədə göstərilən əmlakın bankın xeyrinə girov qoyulmasını və girovla təmin edilmiş pul öhdəlik(ləri) girov qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın girov qoyana qarşı olan pul tələblərinin üstün qaydada girov predmeti hesabına ödənilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girovuna dair 1 saylı əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girovuna dair 1 saylı əlavə imzalanmışdır. Həmin əlavəyə tərəflər tərəfindən təsdiqlənərək, əlavəyə 26 vərəqdən ibarət malların siyahısı əlavə olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə 1 saylı razılaşma qeyd olunur ki, kredit alanın banka xx xxxxxxxx 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxxx 2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 1.865.785 manat məbləğdə müəyyən edilir. Hazırkı razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və xx xxxxxx 2017-ci il tarixinədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 17 % ödəməyi öhdəsinə götürür. Kredit alanın xx xxxxxxxx 2015-ci il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 10.674,08 məbləğində cərimə borcu vardır. Bu razılaşmanın tərkib hissəsi sayılan əlavə (ödəniş qrafiki) imzalandığı tarixdən, xx.xx.2014cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya krediti müqaviləsi üzə imzalanmış əlavə 1 qüvvədən düşmüş hesab edilsin və həmin kommersiya kredit müqaviləsinin mətni üzrə əlavə 1 əlavə ilə əvəz olunsun. xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinin 2.1 və 2.3-cü bəndlər qüvvədən düşmüş hesab edilsin, müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 138520-1-13169-1-1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu üzrə tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1.720.654,20 manat əsas borcu, 194.902,81 manat faiz borcu, 105.068,08 manat cərimə borcu, ümumilikdə 2.020.625,09 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli, 11583/p saylı pretenziyanın surətindən görünür ki, aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas və faiz borcunun 5 gün müddətində banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169 saylı baş kredit razılaşmasına əsasən bank Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək razılaşdırma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 10.000.000 ABŞ dolları və ya AZN/RUB/EUR olan ekvivalentli məbləğində kredit xətti açmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 12 faizlə 1.910.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən girovqoyanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bu müqavilədə göstərilən əmlakın bankın xeyrinə girov qoyulmasını və girovla təmin edilmiş pul öhdəlik(ləri) girov qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın girov qoyana qarşı olan pul tələblərinin üstün qaydada girov predmeti hesabına ödənilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən etmişdir. xx xxxxxx 2014-cü il tarixli, 138520-3- 186 saylı dövriyyədəki malların girovuna dair 1 saylı əlavəyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girovuna dair 1 saylı əlavə imzalanmışdır. Həmin əlavəyə tərəflər tərəfindən təsdiqlənərək, əlavəyə 26 vərəqdən ibarət malların siyahısı əlavə olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə 1 saylı razılaşmaya əsasən, kredit alanın banka xx xxxxxxxx 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxxx 2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 1.865.785 manat məbləğdə müəyyən edilmişdir. Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və xx xxxxxx 2017-ci il tarixinədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 17 % ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə və xx xxxxxxxx 2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 138520-1-13169/1 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi” barədə 1 saylı razılaşmaya əsasən, 1.720.654,20 manat əsas və 194.902,81 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı cavabdehdən 105.068,08 manat dəbbə pulunun (cərimənin) tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi cərimə borcu hissəsində qismən təmin edilərək, cavabdehdən 5.000 manat dəbbə pulu tutulmalıdır. İddianın tutulmalı olan məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 138520- 3-186 saylı, xx.xx.2014-cü il tarixli “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilməsi, malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1.-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri baxımından, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 138520-3-186 saylı dövriyyədəki malların girov müqaviləsinə əsasən, Cavabdeh məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə Şəmkir yolunun sağ tərəfində yerləşən anbarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddia tələbi də əsaslıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, 138520-1-13169/1/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 1.720.654,20 manat əsas borc, 194.902,81 manat faiz borcu, 5.000 manat cərimə borcu olmaqla, cəmi 1.920.557,01 (bir milyon doqquz yüz iyirmi min beş yüz əlli yeddi manat, bir qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli,tələb iddiaçı “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138520-3-186 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilərək, mallar açıq hərracda satılmalı, əmlakların satışından əldə edilmiş vəsaitdən 1.920.557,10 (bir milyon doqquz yüz iyirmi min beş yüz əlli yeddi manat, bir qəpik) manat pul İddiaçı ASC-yə ödənilməli, girov qoyulmuş əmlakların satışından əldə edilmiş vəsaitin (pulun) qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, 138520-1-13169/1/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış 1.720.654,20 manat əsas borc, 194.902,81 manat faiz borcu, 5.000 manat cərimə borcu olmaqla, cəmi 1.920.557,01 (bir milyon doqquz yüz iyirmi min beş yüz əlli yeddi manat, bir qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb iddiaçı “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138520- 3-186 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında yüklü edilmiş, dövriyyədə olan mallara yönəldilsin, mallar açıq hərracda satılsın. Əmlakların satışından əldə edilmiş vəsaitdən 1.920.557,10 (bir milyon doqquz yüz iyirmi min beş yüz əlli yeddi manat, bir qəpik) manat pul İddiaçı ASC-yə ödənilsin. Girov qoyulmuş əmlakların satışından əldə edilmiş vəsaitin (pulun) qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar