Məhkəmə qərarları › İş №2-2(121)-430/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-430/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-430/2020 04.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndələri X6 və X1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC-nin hüquqi varisi) cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 iddiaçının xeyrinə 12.834,08 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan zaman iş üzrə cavabdeh X8 əsl cavabdeh “xxxx” MMC ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X10” MMC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli,04 saylı müqaviləyə əsasən cavabdeh 50 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 23.329,70 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitinin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 25 hektar sahədə 287,50 manat dəyərində mala, 50 hektar sahədə 600 manat dəyərində əkin, 7 hektar sahədə 84 manat dəyərində təkrar əkin, 700 kiloqram 3.682 manat dəyərində çiyid, 118 hektar sahədə 1.416 manat dəyərində kultivasiya, 10.500 manat məbləğində suvarma, alaq və seyrəltmə üçün nağd qaydada verilən kredit, 11 ton 1.760 manat məbləğində azot kübrəsi güzəştlə 45 hektar sahədə 450 manat məbləğində zəhər çiləmə, 60 litr 700,20 manat məbləğində zəhər qarant, 10 ton 40 manat məbləğində su daşıma, 3.250 manat məbləğində əl ilə pambıq yığımı üçün nağd qaydada verilən kredit, cəmi 23.329,70 manat məbləğində vəsait xərclənmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsada 10.495,62 manat məbləğində 20.960 kiloqram xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 12.834,08 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxaric orderləri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndələri X11 və X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndələrini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X10” MMC ilə“xxxx” MMC (istehsalçı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X10” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər, qaiməfakturalar, kassa mədaxil orderləri) görünür ki, “xxxx” MMC (“X10” MMC) tərəfindən “xxxx” MMC-yə işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan nizamnamənin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC “X10” MMC-nin hüquqi varisidir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli aktdan görünür ki, “X10” MMC ilə “xxxx” MMC və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda qeyd olunur ki, “X10” MMC xx xxxx 2017-ci il tarixdə 04 saylı müqaviləyə əsasən pambıq əkilmiş 50 hektar sahədə aktda qeyd olunan işlər görülmüşdür. Pambıq yığımı mövsümündə 50 hektar sahədən 20.960 kiloqram pambıq yığılmış, yığılan pambığın dəyəri 10.495,62 manat olmuşdur. Yığılan pambığın dəyərindən 10.495,62 manatını məhsul istehsalına çəkilən xərc ilə əvəzləşdirdikdən sonra pambıq istehsalçısı X4 (“xxxx” MMC) “X10 MMCyə 12.834,08 manat borcu qalmışdır. İş materialında olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC və“xxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 04 saylı alqı-satqısı müqaviləsinə əsasən “xxxx” MMC verilmiş 23.329,70 manat avans məbləğindən ödənilməmiş 12.834,08 manat borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli etibarnamədən görünür ki, “xxxx” MMC-nin fəaliyyəti ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyində, onun bütün regional idarələrində, həmçinin “X10” MMC-də təmsil etməyi, “xxxx” MMC-nin uzunmüddətli icarə müqaviləsinə əsasən istifadə etdiyi 50 hektarlıq torpaq sahəsində pambıq bitkisinin əkilməsi, becərilməsi, məhsulun yığılması, saxlanılması və satılması işlərini aparmağı, bununla bağlı aktlar, müqavilələr imzalamağı, nəğd şəkildə ödənişlər etməyi, əldə etdiyinə dair imza etməyi, bütün sənədləşmə işlərini aparmağı, sənədləri, arayışları toplamağı, təhvil verməyi, götürməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi və digər aidiyyəti olan orqanlarda “xxxx” MMC-nin nümayəndəsi olmadığı X9 etibar edilmiş, etibarnamə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********49 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, “X10” MMC ilə“xxxx” MMC (istehsalçı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Neftçala şəhəri yaxınlığında yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X10” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəmə öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh “xxxx” MMC işlərin görülməsi üçün 23.329,70 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 12.834,08 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanınverilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 23.329,70 manat məbləğində avans müqabilində “xxxx” MMCyə 10.495,62 manat məbləğində pambıq verilmişdir. Beləliklə cavabdehin iddiaçıya verilmiş avans üzrə 12.834,08 manat borcu qalmışdır. Belə olan haldaməhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 12.834,08 manat borcun“xxxx” MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.834,08 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 12.864,08 (on iki min səkkiz yüz altmış dörd manat, səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar