Məhkəmə qərarları › İş №2-2(121)-432/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-432/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-432/2022 09.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 21.163,43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı müqaviləyə əsasən cavabdeh 50.0 hektar sahədə yüksək keyfiyyətli pambıq əkməyi və yetişdirdiyi məhsulu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” iddiaçı”dan 40751,02 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 17977,55 manat məbləğində xam-pambıq təhvil vermiş, bununla da “iddiaçı”ya 21163,43 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması aidiyyatı aktlar, məxaric orderləri, qaimə-fakturalar və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə “cavabdehə” dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(071)-27/2021 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-3367/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(071)-27/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair işin mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verərək iddianın təmin edilməsini və müqaviləni və aktları imzalamış şəxslər barədə qanuna müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan 01 mart 2017-ci il tarixli, 2 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC (X4) ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “MMC”yə təhvil verməyi, “MMC” isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “X7” MMC-nin hüquqi varisidir. İş materiallarında olan 2017-ci il tarixində tərtib edilmiş aktlarda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh müraciəti əsasında 50 ha sahədə aqro-texniki işlər aparılmışdır. Həmin aktların Cavabdeh tərəfindən imzalanması göstərilmişdir. İş materiallarında olan kassa məxaric orderlərində qeyd edilmişdir ki, ümumilikdə 9.976 manat məbləğində avans X6 təhvil verilmişdir. Həmin kassa məxaric orderlərin X8 tərəfindən imzalanması göstərilmişdir. İş materiallarında olan qaimə-fakturalarda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 15.640,86 manat məbləğində azot gübrəsi və digər aqro-texniki vasitələr verilmişdir. Həmin qaimə-fakturaların X8 tərəfindən imzalanması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2020-ci il tarixli, 4/531 nömrəli ekpsert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 mart 2017-ci il tarixli, 2 saylı alqı-satqı müqaviləsinin sonuncu vərəqəsində olan “Satıcının adından” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, 01 mart 2017-ci il tarixli, 02 saylı müqavilədə olan imza Cavabdeh məxsus deyildir. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkızi tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli, 4/531 nömrəli ekspert rəyində də öz təsdiqini tapır. Bundan əlavə, iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sübutların, Cavabdeh sərbəst imza nümunələrinin tədqiqi zamanı iş materiallarında olan aktların, qaimələrin və kassa məxaric orderlərinin də Cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilir. Bununla yanaşı, müqavilənin Cavabdeh tərəfindən imzalanmadığı vəziyyətdə iddiaçı tərəfindən göstərilmiş hər hansı xidmət və ya avansın cavabdeh tərəfindən qəbul edilmədiyi də ortaya çıxır. Ən azından iddiaçı akt, qaimə və kassa məxaric orderlərindəki imzaların Cavabdeh məxsus olmadığının müəyyən edildiyi vəziyyətdə bunu sübut edə bilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar