Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-539/2022 27.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 21.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasında 27 iyul 2022-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin, İddiaçı və Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli ərizələr ilə müraciət edərək, iş üzrə aralarında razılığa gələrək barışıq sazişi imzaladıqlarını, həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tərəflər arasında imzalanmış 27 iyul 2022-ci il tarixli barışıq sazişini və ərizələri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında 27 iyul 2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış pula dair mübahisə ilə bağlı Şirvan Kommersiya Məhkəməsində qaldırılan iddiadan imtina edir və aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.
2. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 3-cü maddəsində digər tərəfin götürdüyü öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Şirvan Kommersiya Məhkəməsində Cavabdeh qarşı qaldırdığı pul tələbi haqqında iddiadan imtina etməyi və hazırkı mübahisə ilə bağlı gələcəkdə ona qarşı heç bir iddia qaldırmamaq. 2.2. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək.
3. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 2-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. İddiaçı hər ay 500 (beş yüz) manat olmaqla cəmi 19.500 (on doqquz min beş) manat pul ödəmək. 3.2. Ödənişi hər ayın sonuncu həftəsinin axrıncı iş gününədək ödəmək. 3.3. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək.
4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.
5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf 10 təqvim günündən sonra hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququna malikdir.
6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.
7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.
8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.
9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Şirvan Kommersiya Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.
İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Elşən Abdullayev