Məhkəmə qərarları › İş №2-2(121)-540/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-540/2022

06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-540/2022 06.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı Cavabdeh İddiaçı MTK-nin və üçüncü şəxs X1 iştirakı ilə imzalanmış 16.11.2020-ci il tarixli aktda qeyd edilənlərə uyğun olaraq 105 ton armatur məhsulunun və yaxud həmin məhsulun dəyərinin əvəzi olaraq 99.750 manat pul vəsaitinin Cavabdeh İddiaçı MTK-nin xeyrinə tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı Cavabdeh İddiaçı MTK-nin və üçüncü şəxs X1 iştirakı ilə imzalanmış 16.11.2020-ci il tarixli aktda qeyd edilənlərə uyğun olaraq 105 ton armatur məhsulunun və yaxud həmin məhsulun dəyərinin əvəzi olaraq 99.750 manat pul vəsaitinin Cavabdeh İddiaçı MTK-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmənin hazırlıq iclası 15 mart 2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Tərəflər məhkəmənin hazırlıq iclası barədə məlumatlandırılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclası ilə bağlı tərtib olunmuş 17.02.2022-ci il tarixli işin icraata götürülməsinə dair qərardadı və eyni tarixli məhkəmə bildirişi İddiaçı Mənzil Tikinti Kooperativinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Məhkəmənin 15 mart 2022-ci il tarixində saat 10:30-da iş üzrə keçirilmiş hazırlıq iclasında tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək, iş üzrə məhkəmənin baxış iclası 06 aprel 2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmənin 06 aprel 2022-ci il tarixə, saat 10:30-a məhkəmənin baxış iclası barədə tərəflər məlumatlandırılmışdır. Belə ki, məhkəmənin işin məhkəmə baxış təyin edilməsinə dair 15.03.2022-ci il tarixli qərardadı və eyni tarixli məhkəmə bildirişi İddiaçı Mənzil Tikinti Kooperativinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Həmçinin iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan ***-***-**-** əlaqə nömrəsinə “AZEMİS” vasitəsilə ilə sms xəbərdarlıq göndərilmiş və göndərilmiş sms xəbərdarlıq ***-***-**-** əlaqə nömrəsinə çatdırılmışdır. Tərəflər 06.04.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı Cavabdeh İddiaçı MTK-nin və üçüncü şəxs X1 iştirakı ilə imzalanmış 16.11.2020-ci il tarixli aktda qeyd edilənlərə uyğun olaraq 105 ton armatur məhsulunun və yaxud həmin məhsulun dəyərinin əvəzi olaraq 99.750 manat pul vəsaitinin Cavabdeh İddiaçı MTK-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar