Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-549/2020 15.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 24.755 manat məbləğində pulun, 2.578,64 məbləğində faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “Beloçka” günəbaxan tumları, “Qızıl Quyu”, “Lion”, “Çeşmə” adları altında spirtsiz içki və suların istehsalı və satışı ilə məşğul olur. Cavabdeh X2 ilə İddiaçıMMC arasında 20 saylı xx xxxxx 2015-ci il tarixli “alqısatqı müqaviləsi” bağlanmışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə öz üzərinə götürdüyü ödəliklərini yerinə yetirməmişdir. Belə ki, qeyd olunan müqavilənin 5.1- ci maddəsinə əsasən “alıcı” aldığı malın dəyərini 30 gün müddətində “Satıcı”ya tam ödəməli olduğu halda cavabdeh bunu etməmiş, dəfələrlə ödənişləri gecikdirmiş sonda da 24.755 manat məbləğində İddiaçı MMC-yə borcu qalmış və həmin məbləğdə borcunu halhazıradək ödəməmişdir. Cavabdeh qeyd olunan müqavilə üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək cəmiyyətdən satış fakturaları əsasında 82.572,48 manat məbləğində mal almış, 57.539,48 manat məbləğində ödəniş etmiş, 278 manat dəyrində malı satışdan geri qaytarılaraq onun hesabından silinmiş, satışdan əldə olunmuş 24.755 manat məbləğində pulu cəmiyyətin kassasına ödəməyərək özünə götürmüş və cəmiyyətə həmin məbləğdə maddi ziyan vurmuşdur. Cavabdehin 24.755 manat məbləğində borcunun qalmasını cavabdehin maliyyə təsərrüfat fəaliyyətinin yoxlamasına dair xx xxxx 2017-ci il tarixli müstəqil auditor hesabatıda və cəmiyyətin baş mühasibinin, daxili auditorun, kassirin və anbardan tərəfindən tərtib edilmiş mədaxil və məxaric hesabatında öz təsdiqini tapmışdır. Cavabdehə qeyd olunan borcunun ödənilməsi ilə əlaqədar müraciət olunanda özünün borclu qaldığı məbləğini xx.xx.2016-cı il tarixədək tam ödəyəcəyini bildirmiş lakin, vədinə əməl etməmişdir. Bundan sonra cavabdehə qeyd olunan borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da o, hər dəfə borcunun olduğunu etiraf edib ödəyəcəyini bildirsə də, bu günə kimi ödəməmiş və ödəməkdən yayınır. Beləliklə, cavabdeh X2 özünün cəmiyyətə olan 24.755 manat məbləğində bocunu ödəməyərək İddiaçı MMC-yə maddi ziyan vurmuşdur.Eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh İddiaçı MMC-yə borclu olan 24.755 manat məbləğində pul vəsaitini ödəməyib özündə saxladığı iki il bir ay müddət üçün 2.578 manat 64 qəpik məbləğində faizləri də ödəməlidir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı MMC ilə onun arasında xx xxxxx 2015-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq satdıqdan sonra pulu ödəməli idi. O İddiaçı MMC-dən müxtəlif çeşidli mallar götürərək mağazalara paylamışdır və sonra həmin mağazalardan satılan malları qəbul edərək İddiaçı MMC-nin kassasına ödəmişdir. Lakin sonradan maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq həmin mağazalardan topladığı pulları öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Onun xx xxxx 2016-cı il tarixə İddiaçı MMC-yə 25.033 manat borcu olmuşdur. Bundan sonra o istifadəsində olan 2 ədəd “Ford” avtomaşınlarını borcunun əvəzinə İddiaçı MMC-yə vermişdir. Onlar həmin avtomaşınları satsalar da, onun borcundan silməmişdirlər. O, İddiaçı MMC-yə borc əvəzinə ödənişlər etmişdir, lakin ödədiyi məbləğlər borcundan silinməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehi dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında İddiaçı MMC-nin istehsalı olan məhsulların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya İddiaçı MMC-nin istehsalı olan məhsulları satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli müstəqil auditorun rəyindən görünür ki, İddiaçı MMC-nin Masallı, Cəlilabad rayonları üzrə nümayəndəsi Cavabdeh cəmiyyətin anbarından satılmaq üçün verilmiş qida mallarının dəyərinin, cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirilməklə tam ödəməməsi nəticəsində onun öhdəsində 24.755 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər İddiaçı MMC-yə ziyan vurulmuşdur. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh Baloğaln oğlu arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən ümumilikdə dəyəri 82.572,48 manat olan müxtəlif çeşidli məhsullar satılması üçün Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 57.539,48 manat ödəniş edilmişdir. Cavabdeh İddiaçı MMC-yə 25.033 manat borcu qalmışdır. Cavabdeh 278 manat dəyərində malı İddiaçı MMC-yə geri qaytarmışdır və hazırda onun borcunun miqdarı 24.755 manat təşkil edir. İş materiallarında olan qaimə-fakturaların təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında xx xxx 2015-ci il tarixdən xx xxxxxxx 2015-ci il tarixədək müxtəlif çeşidli mallar təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxx 2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh Baloğan oğlu İddiaçı MMC-nin xəzinəsinə çatası 25.033 manat pulun mənimsəyərək şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmiş, İddiaçı MMC-yə 25.033 manat borcunun olduğunu etiraf etmiş, həmin borcun xx xxxxxx 2016-cı il tarixədək ödənilməsini öhdəsinə götürmüş, bunun üçün şərait yaradılmasını İddiaçı MMC-dən xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli qaimə-fakturanın surətindən görünür ki, 278 manat dəyərində olan mallar Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılmışdır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh məktub (teleqram) ünvanlayaraq, təcili olaraq müəssəyə gəlib borcun ödənilməsini tələb etmiş, əks halda bu işlə hüquq mühafizə orqanın məşğul olacağı barədə Cavabdeh məlumatlandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən, mal alıcıya təhvil verildikdən sonra alıcı 30 iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud MMC ilə Cavabdeh oğllu arasında xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya İddiaçı MMC-nin istehsalı olan məhsulları satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. İddiaçı MMC tərəfindən ümumilikdə dəyəri 82.572,48 manat olan müxtəlif çeşidli məhsullar satılması üçün Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 57.539,48 manat ödəniş edilmişdir. Cavabdeh İddiaçı MMC-yə 25.033 manat borcu qalmış, cavabdeh iddiaçıya xx.xx.2016-cı il tarixli ərizə ilə müraciət edərək qeyd olunan borc məbləğini etiraf etmiş və xx.xx.2016-cı il tarixədək ödəyəcəyini bildirmiş, bundan sonra cavabdeh tərəfindən 278 manat dəyərində mal xx.xx.2016-cı il tarixdə İddiaçı MMC-yə geri qaytarılmışdır və onun 24.755 manat borcu qalmışdır. İddiaçı xx xxxx 2016-cı il tarixli məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsindənirəli gəlir. İddiaçı MMC Cavabdeh 24.755 manat borcunun qaldığını, cavabdeh isə özünə məxsus 2 avtomobili iddiaçıya təhvil verdiyini, beləliklə iddiaçıya borcunun qalmadığını bildirir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında Cavabdeh həqiqətən də ümumi dəyəri 8.000 manat təşkil edən 2 avtomobil aldıqlarını və həmin avtomobillərin dəyərini təşkil edən 8.000 manatın cavabdehin borcundan silindiyini bildirmişdir. Qeyd olunan dəlillərə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, Cavabdeh Baloğaln oğlu tərəfindən İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixdə 5.000 manat, xx.xx.2016-cı il tarixdə isə 3.000 manat ödənilmişdir. İddiaçı məhz bu məbləğlərin cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərin dəyəri kimi (cəmi 8.000 manat) ödənildiyini bildirir. Cavabdeh isə avtomobillərinin dəyərinin 25.033 manat borc hesablanarkən nəzərə alınmadığını, nəzərə alınacağı təqdirdə onun iddiaçıya borcun qalmayacağını bildirir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, qeyd olunduğu kimi, həmin ödənişlər (avtomobillərin dəyəri kimi cəmi 8.000 manat) xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə aparılmışdır və yalnız bundan sonra, yəni xx xxxx 2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya ərizə ilə müraciət edilərək, İddiaçı MMC-nin xəzinəsinə çatası 25.033 manat pulun mənimsəyərək şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmiş, İddiaçı MMCyə 25.033 manat borcunun olduğunu etiraf etmiş, həmin borcun xx xxxxxx 2016-cı il tarixədək ödənilməsini öhdəsinə götürmüş, bunun üçün şərait yaradılmasını İddiaçı MMCdən xahiş etmiş, daha sonra isə xx xxxx 2016-cı il tarixdə 278 manat dəyərində olan malları İddiaçı MMC-yə geri qaytarmışdır. Göründüyü kimi, cavabdeh 25.033 manat borcunun olduğunu etiraf edərkən, avtomobillərin cəmi 8.000 manata qiymətləndirilərək, borcundan çıxılması barədə onun məlumatlı olmuşdur. Bunun əksini sübut edəcək hər-hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən ümumiyyətlə avtomobillərlə bağlı (avtomobillərin markası, dövlət qeydiyyat nişanı, buraxılış ili, həmin avtomobillərin ona məxsus olması, onların dəyəri, iddiaçıya təhvil verilməsi, təhvil verilmə tarixi və iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək digər mümkün sənədlər) hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçıya təqdim etdiyi avtomobillərin dəyərindən aşağı qiymətləndirildiyini bildirsə də (avtomobillərin 2015-2016-cı illərdə iddiaçıya təhvil verdiyini bildirir), bununla bağlı heç bir orqana (o cümlədən iddiaçının özünə, hüquq-mühafizə orqanlarına, məhkəməyə və s.) rəsmi müraciət etmədiyini bildirmişdir. Məhkəmə həmçinin cavabdehin kuponlarla bağlı, yəni iddiaçı tərəfindən onun təqdim etdiyi kuponları qəbul etməməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə kuponlarla bağlı hər-hansı müddəa (şərt) nəzərdə tutulmamış, iddiaçının kuponları təhvil alma, onun əvəzində pul vermə və s. bu kimi öhdəliklərinin mövcud olması müəyyən olunmamışdır. Beləliklə, cavabdehin xx xxxxx 2015-ci il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçıya 24.755 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddianın öhdəliyinin icra edilməməsi (24.755 manat borcun ödənilməməsi) nəticəsində yaranmış 5 faiz hesabı ilə 2 il 1 ay üçün həmin məbləğə hesablanmış 2.578,64 manat faiz borcunun tutulmasına münasibət bildirərək məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə mallar xx xxxxxxx 2015-ci il tarixdə verilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə, sonuncu malların təhvil verilməsindən 3 ildən artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə 2 il 1 ay üçün faizlərin hesablanıb ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 24.755 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 2.578,64 manat (5 faiz hesabı ilə 2 il 1 ay üçün) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh24.755 manat borc, illik 5 faiz olmaqla 25 ay üçün hesablanmış 2.578,64 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 27.363,64 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-549/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-549/2020
15.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver