Məhkəmə qərarları › İş №2-2(121)-560/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-560/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-560/2022 30.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlizadə Aynur Zaur qızının katibliyi İddiaçılar “Ədalət-83 X5” MMC-nin və “X3” MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar “Ədalət-83 X5” MMC və “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “Ədalət 83” və "xxxx" X5 MMC-yə ayrılmış 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və Cavabdeh1 həmin 60 ha. torpaq sahəsindən çıxarılması və onun qanunsuz sahibliyindən alınması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Nümayəndə1 və Nümayəndə2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli, 170 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “Ədalət 83” və "xxxx" kəndli fermer təsərrüfatlarına verilmiş 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Füzuli Rayon Məhkəməsinin 2(064)-1865/2020 saylı, 09.11.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçılara qaytarılması qərara alnmışdır. İddiaçılar Nümayəndə1 və Nümayəndə2 Füzuli Rayon Məhkəməsinin 2(064)- 1865/2020 saylı, 09.11.2020-ci il tarixli qərardadından şikayət vermişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1865/2020 saylı, 07.12.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin olunması, Füzuli Rayon Məhkəməsinin 2(064)-1865/2020 saylı, 09.11.2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-229/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı ilə iddiaçılar Nümayəndə1 və Nümayəndə2 cavabdehlər Cavabdeh1 və DƏDRX-nın Beyləqan 6 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-229/2021 saylı, 11.06.2021-ci il tarixli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-229/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-229/2021 saylı, 02.07.2021-ci il tarixli protokol qərardadı ilə iddiaçılar Nümayəndə1 və Nümayəndə2 əsl iddiaçılar “Ədalət-83 X5” MMCnin və “X3” MMC ilə əvəz edilmişdir. İddiaçılar “Ədalət-83 X5” MMC və “X3” MMC 06.07.2021-ci il tarixində iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “Ədalət 83” və "xxxx" X5 MMC-yə ayrılmış 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və Cavabdeh1 həmin 60 ha. torpaq sahəsindən çıxarılması və onun qanunsuz sahibliyindən alınmasını xahiş etmişlər. Füzuli Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(064)-229/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Füzuli rayonu ərazisində yerləşən 170 ha torpaq sahəsinin Cavabdeh1 99 il müddətinə icarəyə verilməsinə dair DƏDRX-in 07.11.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən, yəni "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarına ayrılmış müvafiq olaraq 20 ha va 40 ha torpaq sahələri hissələrində ləğv olunması və Cavabdeh1 həmin torpaq sahələrindən çıxarılmaqla onun qanunsuz sahibliyindən alınması qət edilmişdir. Cavabdeh1 qeyd olunan qətnamədən 27.09.2021-ci il tarixində apellyasiya şikayəti verib, onun ləğv edilməsini,iddianın rədd olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-249/2022 nömrəli 21.01.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar "xxxx" və "xxxx" X5 MMC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş 24.02.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə1 Füzuli rayon İcra Başçısının 05.11.2001-ci il tarixli 65 saylı Sərəncamına əsasən X9 Füzuli rayonuna aid olan hissəsində "xxxx" X5 MMC yaratmışdır. İstifadəsinə 15 il müddətinə 40 ha torpaq sahəsi verilmişdir. Torpağın təyinatı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2004-cü il tarixdə dəyişdirilmişdir. Torpaq sahəsindən uzun müddət istifadə etmişdir. Torpaq sahəsindən səmərəli istifadə edərək istifadəsində olan 40 ha torpaq sahəsini ona bitişik olan Nümayəndə2 istifadəsində olan "xxxx" X5na məxsus Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 17.03.1998-ci il tarixli, 11 saylı Sərəncamı ilə verilmiş və həmin torpaq sahəsinin 20 hektarının 2004-cü il tarixdə təyinatı dəyişdirilmiş və digər iddiaçı olan X1 torpaq sahəsi ilə birləşdirilərək 90 ha torpaq sahəsində hər il müxtəlif növ kənd təsərrüfatı məhsulları əkmişlər. Vaxtı ilə təsərrüfatlarında 500-ə qədər xırda buynuzlu heyvan saxlamış və buna görə hər il Statistika idarəsinə statistik məlumatlar vermişlər. Dövlət tərəfindən təsərrüfatın inkişafı üçün hər il verilən subsidiyaları da 2016-cı il tarixədək almışlar. Lakin 2006-cı il tarixdə onlara məlum olmuşdur ki, torpaq sahələri "Dəyanat” (20 ha) və “Ədalət-83" təsərrüfatlarının istifadəsində olduğu halda va sabiq icra başçısı Nəbi Muxtarovun torpağın onlara verilməsinə dair sərəncamı qüvvədə ola-ola qanunsuz olaraq Cavabdeh1 adına istifadədə olan torpaq sahəsinin 40 hektarı "xxxx" X5 MMC-nin torpağından ve 20 hektarı isə "xxxx" X5nın MMC-nin torpağından olmaqla cəmi 60 hektar torpaq sahəsi qanunsuz olaraq yeni sərəncamla cavabdehin adına sənədləşdirilmişdir. 2016-cı il tarixədək istifadədə olan torpaq sahəsindən özləri istifadə etmişlər, torpaq sahəsini heç kimə verməmişlər və qanuna uyğun olaraq da yuxarıda qeyd etdiyi kimi təsərrüfatın inkişafı üçün hər il verilen subsidiyaları da almışlar. 2011-ci il tarixdə İcra Hakimiyyətinin sabiq başçısı N.Muxtarov vəzifəsindən azad edilərək yerinə hazırki İcra Başçısı Alı Alıyev təyin edildikdən sonra ona şikayət etmişlər və bildirmişlər ki, hazırda da həmin 60 hektar torpaq sahəsindən özləri istifadə edirlər. Bundan sonra, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı A.Alıyev ikinci dəfə sərəncam verərək 27.05.2011-ci il tarixli 36 saylı sərəncamla 99 il müddətinə həmin 40 ha və 20 ha torpaq sahəsini iddiaçılara qaytarmışdır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı A.Alıyevin 27.05.2011-ci il tarixli 36 saylı sərəncamından çıxarışdan da göründüyü kimi cavabdeh olan Cavabdeh1 icarəyə verilmiş torpaq sahəsinin yer quruluşu sənədlərində düzəliş edilməsi barədə Sərəncamın Qərara alıram hissəsinin birinci bəndində "xxxx" və “Ədalət-83" kəndli fermer təsərrüfatlarının 04.05.2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin 25.05.2011-ci il tarixli birgə təklifi nəzərə alınmışdır. Həmin sərəncamın ikinci bəndində qeyd edilmişdir ki, Cavabdeh1 yerquruluşu sənədlərində düzəliş edilərək, "Dəyanət” və "Ədalət- 83” kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq "Dəyanət” və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20 ha va 40 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşdirməni təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılsın. Cavabdeh sahibkar Cavabdeh1 rayonun ərazisindən üzüm plantasiyalarının salınması məqsədi ilə ümumilikdə 170 ha torpaq sahəsinin 99 il müddətinə ayrılması barədə 05.07.2005-ci il tarixli, 46 A saylı Sərəncamı ilə verilmiş olsa da, iddiada qeyd edildiyi kimi həmin torpaq sahəsinin 40 va 20 hektarının yenidən yəni, 27.05.2011-ci il tarixli 35 saylı Sərəncamla istifadədə saxlanıldığı halda cavabdeh qanunsuz olaraq istifadədə olan torpaq sahəsini də 07.11.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nın 6 saylı Beyləqan Ərazi İdarəsində özəlləşdirirərək Çıxarış almışdır. Bundan sonra onlar bu barədə xəbər tutaraq "xxxx" (20 ha) və "Ədalət-83” (40 ha) kəndli fermer təsərrüfatlarının istifadəsində olan torpaq sahələrinə dair çıxarış almaq üçün AR ƏMDK yanında DƏDRX-nın 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsələr də, onlara bildirmişlər ki, mübahisələndirdikləri torpaq sahəsi cavabdehin çıxarışı almış olduğu 170 ha torpaq sahəsinin 60 ha ilə üst-üstə düşür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Ədalət-83 X5” MMC-nin və “X3” MMC-nin nümayəndəsi və vəkili X8 izahat verərək, iddiaya mahiyyəti üzrə baxılmasını edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin “DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “Ədalət 83” və "xxxx" X5 MMC-yə ayrılmış 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi” hissəsinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün xitam verilməlidir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 17 mart 1998-ci il tarixli sərəncamından görünür ki, 50.0 hektar torpaq sahəsi "xxxx" X5nın istifadəsinə verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 05 noyabr 2001-ci il tarixli sərəncamından görünür ki, 40.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün "xxxx" X5na verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamından görünür ki, üzüm plantasiyalarının salınması məqsədilə uzunmüddətə - 99 il müddətinə istifadə etmək üçün 170 hektar torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 8893 KOD 60600001 nömrəli şəhadətnamədən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05.07.2005-ci il tarixli, 46 saylı sərəncamı və 15.12.2005-ci il tarixli, 18 saylı icarə müqaviləsi əsasında 170.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün Cavabdeh1 verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Fizuli rayon şöbəsinin və Aparatın hüquq şöbəsinin Füzuli rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 25 may 2011-ci tarixli birgə təklif məktubunda qeyd edilir: “Dəyanət və Ədalət kəndli (fermer) təsərrüfatları rayon İcra Hakimiyyətinə müraciət edərək, onların icarəsində olan torpaq sahələrinin bir hissəsinin-yəni "xxxx" kəndli (fermer) təsərrüfatından 40.0 ha, "xxxx" kəndli (fermer) təsərrüfatından 20,0 ha torpaq sahəsinin götürülüb Cavabdeh1 icarəyə verildiyini bildirmiş, həmin torpaqların özlərinə qaytarılmasını xahiş etmişlər. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47S nömrəli sərəncamı ilə Füzuli rayonu ərazisində üzümçülüyü inkişaf etdirmək məqsədilə dövlət qış otlaq fondunun 10 h nömrəli hissəsindən 300.0 ha torpaq sahəsinin kateqoriyası dəyişdirilərək rayon İcra Hakimiyyətinə verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə həmin 300.0 ha torpaq sahəsinin 170.0 hektarı üzüm əkini üçün Cavabdeh1 uzunmüddətli icarəyə verilmişdir. Cavabdeh1 icarəyə verilmiş 170.0 ha torpaq sahəsinin 20.0 hektarı "xxxx" kəndli (fermer) təsərrüfatının icarəsində olan və 40.0 hektarı isə "xxxx" kəndli (fermer) təsərrüfatının icarəsində olan torpaq sahələridir. Cavabdeh1 icarəsində olan 170.0 ha torpaq sahəsində bu günə qədər üzüm əkməmiş, torpağın əvvəlki istifadəçiləri - yəni "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatları tərəfindən həmin torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkiİibbecərilmişdir. “Dəyanət və "xxxx" kəndli (fermer) təsərrüfatları müvafiq olaraq 40.0 ha və 20.0 ha torpaq sahələrində özləri üzüm əkməsi üçün yerquruluşu sənədlərində müvafiq düzəlişlər aparılmasını xahiş edirlər. Cavabdeh1 icarəyə götürdüyü 170.0 ha torpaq sahəsinə indiyə kimi heç bir vəsait xərcləməmişdir. Həmin torpaq sahəsinin əvvəlki istifadəçilərinə - yəni 20.0 ha torpaq sahəsinin "xxxx" kəndli (fermer) təsərrüfatına, 40.0 ha torpaq sahəsinin isə "xxxx" kəndli (fermer) təsərrüfatına üzüm əkini üçün verilməsini, bunun müqabilində Cavabdeh1 icarəsində olan torpaq sahəsinin yaxınlığındakı ərazidən 60.0 ha torpaq sahəsi verilməklə sənədlərində düzəliş aparılmasına sərəncam verməyinizi təklif edirik”. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamında qeyd edilir: "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatları 04 may 2011-ci il tarixli ərizələrlə rayon İcra Hakimiyyətinə müraciət edərək onların icarəsində olan torpaq sahələrinin bir hissəsinin-yəni "xxxx" kəndli (fermer) təsərrüfatından 40,0 ha, "xxxx" kəndli (fermer) təsərrüfatından 20,0 ha torpaq sahəsinin Cavabdeh1 icarəyə verildiyini bildirmiş, həmin torpaqların özlərinə qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47S nömrəli sərəncamı ilə Füzuli rayonu ərazisində üzümçülüyü inkişaf etdirmək məqsədilə dövlət qış otlaq fondunun 10 h nömrəli hissəsindən 300,0 ha torpaq sahəsinin qateqoriyası dəyişdirilərək rayon İcra Hakimiyyətinə verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə həmin 300,0 ha torpaq sahəsinin 170,0 hektarı üzüm əkini üçün Cavabdeh1 uzunmüddətli icarəyə verilmişdir. Cavabdeh1 icarəyə verilmiş 170,0 ha torpaq sahəsinin 20,0 hektarı "xxxx" kəndli (fermer) təsərrüfatının icarəsində olan və 40,0 hektarı isə "xxxx" kəndli (femer) təsərrüfatının icarəsində olan torpaq sahələridir. Cavabdeh1 icarəsində olan 170,0 ha torpaq sahəsində bu günə qədər üzüm əkməmiş, torpağın əvvəlki istifadəçiləri - yəni "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatları tərəfindən həmin torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkilibbeçərilmişdir. "xxxx" və “Ədalət83” kəndli (fermer) təsərrüfatları müvafiq olaraq 40.0 ha və 20,0 ha torpaq sahələrində özləri üzüm əkməsi üçün yerquruluşu sənədlərində müvafiq düzəlişlər aparılmasını xahiş edirlər. Cavabdeh1 icarəyə götürdüyü 170,0 ha torpaq sahəsinə indiyə kimi heç bir vəsait xərcləməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi və Aparatın hüquq şöbəsi 25 may 2011-ci il tarixli birgə təklif verərək, həmin 60.0 ha torpaq sahəsinin əvvəlki istifadəçilərində - yəni 20,0 ha torpaq sahəsinin "xxxx" kəndli (fermer) təsərrüfatında, 40,0 ha torpaq sahəsinin isə “Ədalət- 83” kəndli (fermer) təsərrüfatında saxlanılmasını təklif etmişlər. Göstərilənləri nəzərə alaraq, təqdim olunmuş materiallara əsaslanaraq qərara alıram: 1 "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının 04 may 2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin 25 may 2011-ci il tarixli birgə təklifi nəzərə alınsın. 2 Cavabdeh1 yerquruluşu sənədlərində düzəliş edilərək, "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılsın və nəzərə alınsın ki, həmin sahədən təyinatına uyğun üzüm əkini üçün istifadə ediləcəkdir. 3 "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılsın”. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Füzuli rayon “Ədalət83” X5na ayrılmış 400000.59 kv.m torpaq sahəsinin sxemi tərtib edilmişdir və torpaq sahəsinin əldə edilmə əsası Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli sərəncamı və 12.01.2001-ci il tarixli, 06 saylı icarə müqaviləsidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Füzuli rayon İcra Hakimiyyətinin 17 mart 1998-ci il tarixli sərəncamı ilə "xxxx" X5nın istifadəsinə 50.0 hektar, 05 noyabr 2001-ci il tarixli sərəncamı ilə "xxxx" X5na 40.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Həmin torpaq sahəsinin müəyyən hissəsi yəni "xxxx" X5na məxsus torpaq sahəsindən 20 ha, "xxxx" X5na məxsus torpaq sahəsindən isə 40 ha hissəsi Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmişdir. Lakin sonradan yəni 27.05.2011-ci il tarixdə Füzuli rayon İcra Hakimiyyəti başçısı 36 nömrəli sərəncam qəbul edərək Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəsinə verilmiş 170 ha torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilərək, əvvəllər "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılmışdır. Yəni, Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamı ilə əvvəllər "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və sonradan Cavabdeh1 icarəsinə verilmiş ümumi həcmi 60 ha olan (müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri) torpaq sahəsi Cavabdeh1 alınaraq əvvəlki istifadəçilərinə geri qaytarmışdır. İddiaçılar Füzuli Rayon İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “05.07.2005-ci il tarixli, 46 saylı sərəncamın etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-782/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçılar torpaq sahələrinin onlardan alınmasına əsas olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamını mübahisləndirirlər. Hansı ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı əsasında iddiaçılardan alınmış ümumi sahəsi 60 hektar olan torpaq sahəsi Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamı ilə iddiaçılara geri qaytarılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə iddiaçıların hüquqları pozulmur. Başqa sözlə iddiaçıların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçılar Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamını deyil, sözügedən torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin müdafiəsi və yaxud sözügedən 60 hektar torpaq sahəsi üzərində digər şəxsin (Cavabdeh1) adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı müvafiq səlahiyyətli məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək, hesab edir ki, hazırki halda mübahisəli çıxarışın mülki məhkəmə icraatı qaydasında ləğv edilməsi mümkün deyil. İşin hallarından da müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi publik hüquq sferasında ona verilmiş səlahiyyətlərin icrası çərçivəsində hərəkət etməklə digər cavabdehin adına hüquqları qeydiyyata almaqla çıxarış vermiş və hazırda iddiaçıların hüquqlarının pozulmasını ehtimal etməyə əsas verən hal da qeyd olunan inzibati orqanın hərəkəti nəticəsində yaranmışdır. Mübahisəli çıxarış Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamına əsasən verilmişdir. Halbuki Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamı ilə əvvəllər "xxxx" və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və sonradan Cavabdeh1 icarəsinə verilmiş ümumi həcmi 60 ha olan (müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri) torpaq sahəsi Cavabdeh1 alınaraq əvvəlki istifadəçilərinə geri qaytarmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır”. Məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, onlar mübahisəli çıxarışın (aparılmış qeydiyyatın) ləğv olunması üçün ilk növbədə inzibati orqana, hazırki halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etməli, onların müraciətinin təmin olunmasından imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə öhdəliyin icrasına dair iddia ilə müraciət etməlidirlər. Bu zaman nəzərə almaq lazımdır ki, əgər çıxarışın verilməsinə əsas sərəncam deyil, hər hansı akt, şəhadətnamə olmuşdursa, həmin sənədlərin ləğvi tələb olunmalı, ümumiyyətlə qeyd olunan sənədlər olmadığı halda, qeydiyyat icarə müqaviləsi əsasında aparıldığı halda həmin müqavilə mübahisələndirilməli, buna uyğun olaraq da müvafuq cavabdehə qarşı uyğun iddia qaldırılmalıdır. Hər bir halda məhkəmə qeyd edir ki, dövlətə məxsus olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə hüququn qeydə alınması üçün əsas deyil, yanlız tərəflər arasında hüquq və vəzifələri müəyyən edən razılaşmadır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-nin 170.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar “Ədalət-83 X5” MMC və “X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “Ədalət 83” və "xxxx" X5 MMC-yə ayrılmış 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, onlar hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilərlər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar