Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-564/2024 10.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cəmi 43597.48 manat pulun, bundan 15008.35 manat əsas, 21842 manat faiz, 3914.17 manat cərimə və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 2832.96 manat faiz borcu, 221 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzilinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış 551 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq digər Cavabdeh1 ilə bank arasında 23 sentyabr 2015-ci il tarixdə bağlanmış 749/15/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 2 otaqlı 15 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə kreditin və faizlərin ödənilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(057)-125/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1905/2023 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(057)-125/2023 saylı qətnaməsi ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 749/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi sonraki ipoteka qoyan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər ərazi dairəsi tərəfindən verilmiş (Reyestr **********31-05101- 093003, Qeydiyyat nömrəsi **********, Seriya MA № 0347544) xx.xx.2012-ci il tarixli çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 38.4 kv.m ümumi, 24.6 kv.m yaşayış, 13.8 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. 19 may 2014-cü il tarixli 134/14 saylı kredit müqaviləsinin təminatı olaraq fiziki şəxs Cavabdeh1 ilə bağlanmış 19 may 2014-cü il tarixli 134/14/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipotekaya qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Sonrakı ipoteka predmetləri tərəflərin razılığı ilə 21000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 sentyabr 2015-ci il tarixli, SAL**********7160001 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 15008,35 manat əsas, 21842 manat faiz, 3914,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,96 manat faiz borcu olmaqla, cəmi 43597,48 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 14, mənzil 15 yerləşən mənzil xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 36 müddətinə İddiaçı ASC-yə ipoteka yüklü edilmişdir. İş materiallarında olan Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 15-də yaşayan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, onlarla İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixində 3 il müddətə ödəmək şərti ilə kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.2018-ci il tarixində icra olunmalı idi. Odur ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına iddia müddətinin ötürülməsini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan borclu Cavabdeh2 tərəfindən banka verilmiş borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı müavilə üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 15009 manat məbləğində borcunun 60 ay müddətinə restrutrizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini xahiş etmişdir.Ərizə xx.xx.2019-cu ildə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda rəsmi qaydada qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/9292 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsinə əsasən 7 fevral 2022-ci il tarixli LM022200064 nömrəli restrukturizasiya müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka xx.xx.2015-ci il tarixli 749/15 saylı kredit müqaviləsinin bitmə müddətinədək, yəni xx.xx.2018-ci il tarixinə 15437,30 əsas, 11584,91 faiz, 7 fevral 2022-ci il tarixli LM022200064 nömrəli restrukturizasiya müqaviləsi müddətinədək illik 5%, yəni 15008,35 əsas, 14136,70 manat faiz, maliyyə arayışı müddətinədək illik 1% yəni xx.xx.2022-ci ilədək 15008,35 əsas, 14190,48 faiz borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 10/2868 saylı rəyindən görünür ki, Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 15 nömrəli mənzilinin likvid dəyəri təqribən 17000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İşdən görünür ki, Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərinizə çatdırıram ki, həmin iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə məhkəməyə təqdim edilmişdir. Belə ki, iddia ərizəsinin özündən də, kredit müqaviləsindən də görünür ki, bizimlə İddiaçı ASC arasında 23.09.201-ci il tarixində 3 il müddətin ödəmək şərti ilə kredit müaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.2018ci il tarixində icra olunmalı idi. Bildiyiniz kimi AR MM-nin 372-ci maddəsinə görə başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməyi çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. AR MM-nin 372.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. AR MM-nin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, bütün yuxarıda göstərilənləri və AR MM-nin 372-375-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmədən Xahiş edirəm ki: İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mənə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına iddia müddətinin ötürülməsini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh2 borc məbləğinin güzəşt olunması məqsədi ilə xx.xx.2019-cu il tarixdə verdiyi ərizəyə əsasən iddia müddətinin axımı kəsilmişdir. Həmin tarixdən sonra hesablanan iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir. Tərəflərindən borcun tutulması üçün iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, iddia müddəti bitməmişdən əvvəl müraciət edilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh2 ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 10/3832-9/4088 saylı rəyindən görünür ki, Salyan şəhəri, Y.Zeynalov küçəsində yerləşən 14 saylı evin 15 nömrəli mənzilinin bazar dəyəri 19.000 manat, likvid dəyəri təqribən 18.000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh2 oğlunun 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 551 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik 28 faiz dərəcəsi ilə, 36 ay müddətinə 16.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər ərazi dairəsi tərəfindən verilmiş (Reyestr **********31-05101-093003, Qeydiyyat nömrəsi **********, Seriya MA № 0347544) xx.xx.2012-ci il tarixli çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 38.4 kv.m ümumi, 24.6 kv.m yaşayış, 13.8 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 551 saylı kredit müqaviləsi üzrə 15.008,35 manat əsas borcunun olması iş materialları ilə tam sübut olunduğundan, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini alsa da, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin yəni, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 38.4 kv.m ümumi, 24.6 kv.m yaşayış, 13.8 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilin likvid qiyməti Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 10/3832-9/4088 saylı rəyinə əsasən 18.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borcu ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 10/3832-9/4088 saylı rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara, işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, 18 iyul 2024-cü il tarixli, 10/3832-9/4088 saylı ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə, o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mənzil satıldıqdan sonra, həmin mənzilin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının mənzilin ona və ya başqa şəxsə təhvil verilməsini tələb etməsi əsassızdır. İddia əsaslı olduğundan məhkəmə, Cavabdeh2 “iddia müddətinin tətbiqinə dair” ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yuxarıda qeyd olunan normadan göründüyü kimi iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1). müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2). borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının kəsilməsi dedikdə müddətin kəsilməsinə səbəb olmuş hallar baş verənədək ötmüş zaman kəsiyi hesaba alınmır və müddət yenidən axmağa başlayır. İddia müddətinin axımının kəsilməsi iddiaçının və ya cavabdehin iradəvi xarakterli hərəkətləri ilə (iddia irəli sürülməsi, borclunun borcu etiraf etməsi) bağlı olur. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 374.2-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımının kəsilməsi əsasları imperativ xarakter daşıyır və genişləndirici qaydada təfsir edilə bilməz. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona xx.xx.2018-ci il tarixədək qaytarılması şərtilə, illik 28 faiz hesablanmaqla 16.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 borc məbləğinin güzəşt olunması məqsədi ilə xx.xx.2019-cu il tarixdə ərizə vermişdir. Məhkəmə, Cavabdeh2 borc məbləğinin güzəşt olunması məqsədi ilə verdiyi xx.xx.2019-cu il tarixli ərizəsini borcun etirafı kimi qiymətləndirir. Belə olan halda, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixli ərizəyə əsasən kəsilmişdir. Həmin tarixdən sonra hesablanan iddia müddəti xx.xx.2022-ci il tarixdə bitir. Tərəflərindən borcun tutulması üçün iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti bitməmişdən əvvəl müraciət edilmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə Cavabdeh2 ərizəsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 221 manat dövlət rüsumunun 76 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh1, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 15.008,35 manat məbləğində əsas borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 76 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 15.114,35 (on beş min yüz on dörd manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin. Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 18.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. ünvan 2 ünvanında yerləşən mənzil açıq hərracdan satıldıqdan sonra həmin mənzil 1 ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-564/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-564/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver