Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-57/2024 18.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı - (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla) “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – "Köhnə Bazar" adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binasına hüquq müəyyənedici sənədlərin tərtibi ilə əlaqədar həmin binanın faktiki və quruluşu əsasında ölçü işləri aparılmasına, həmin ölçü işlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyətləri nümayəndələri tərəfindən aparılmasına cavabdeh X5 tərəfindən yaradılan maneələrin, əngəllərin, qanunsuz hərəkətlərin aradan qaldırılması və cavabdeh tərəfindən yaradılmış, edilmiş qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə “Köhnə Bazar" adlı yerdə, hazırki Masallı şəhəri, 20 Yanvar küçəsində 0.38 kv.m qeyri-yaşayış yeri, yəni mağaza yerini almışdır və mağaza tikdirmişdir. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2002-ci il tarixdə 324 invertar nömrə ilə texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi hazırlanmışdır. Mağazanı istifadə etmədiyi üçün qardaşı X3 vermişdir ki, istifadə edib ona da, pul versin. Uzun müddətdir ki, qardaşı İqbal mağazanı işlətməklə gəlir əldə edir. Qardaşı İqbala həmin mağazanı boşaldaraq ona təhvil verməsini və qeyri-yaşayış sahəsinə çıxarış hazırlatmaq istədiyini bildirmişdir. O qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları qeyriyaşayış sahəsinin ölçü işlərini aparmaq istəyərkən cavabdeh X5 mançilik törətmiş və maraqlı şəxsin əməkdaşlarının qeyri-yaşayış sahəsinin plan və ölçüləri qanuna müvafiq qaydada aparılsın. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi mənim ərizəmə cavab olaraq 04 may 2023-cü il tarixli məktub ünvanlayaraq qeyriyaşayış binasının müayinəsi şərait yaraddıqdan sonra müraciətimə qanuna müvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Hazırda cavabdeh X3 “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binasın hüquq müəyyənedici sənədlərin tərtibi ilə əlaqədar həmin binanın faktiki və quruluşu əsasında ölçü işləri aparılmasına mane olmamasına, imkan və şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasını tələb edir. Onuda qeyd edir ki, ilkin olaraq hesab etmişdir ki, iddiası kommersiya mübahisələrində yaranan iddiadır, lakin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərardadı ilə iddiası geri qaytarılmışdır. Bu səbəbdən də, iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı rayon Məhkəməsinin 2(050)-2311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin qoyulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)591/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh X3 qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002ci il tarixli, 153 nömrəli sərəncamından görünür ki, Masallı rayonu X2 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərari ilə təsisçisi olduğu “Savalan” Gənclik Mərkəzinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsində İddiaçı 36 kv.m sahəsi olan mağaza tikməyə icazə verilmişdir. İş materiallarında olan Masallı rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 156- 6392-1220 saylı arayışından görünür ki, Masallı şəhərində yerləşən ticarət obyektinin 1996-cı ildə ticarət mağazasına verilmiş “Qeydiyyat vəsiqəsi №106, İnv. №324” sənədini Masallı rayon ərazisində naməlum şəraitdə itirilməsi ilə əlaqədar Masallı RPŞ-yə ərizə ilə müraciət olunmuşdur. Axtarış zamanı müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan invertar nömrəsi 324 olan texniki pasportun surətindən görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 153 nömrəli sərəncamına əsasən İddiaçı Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən 1 mərtəbəli tikinti altı sahəsi 44.2 kv.m olan qeyri-yaşayış sahəsinə texniki pasport verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, M-06_2018 nömrəli Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 3a Hakimiyyəti başçısının 13 sentyabr 2002-cı il tarixli 153 nömrəli Sərəncamı ilə 36.0 kvadrat metr mağaza binasının tikintisinə icazə verilməsi və sizə məxsus (əsas: Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət tikinti inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 324 inventar nömrəli qeyri yaşayış obyektinin Texniki Pasportu) sözügedən obyektin tikilməsinə icazə verilməsi Sərəncamın ləğv edilməsi barədə Rayon İcra Hakimiyyətində heç bir rəsmi məlumat mövcud deyildir. Rayon İcra Hakiniyyətinin 2008-ci ildə ərazidə apardığı abadlıq işləri zamanı sözügedən 36.0 kvadrat metr mağazada heç bir söküntü işləri aparılmamışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1182 saylı arayışından görünür ki, 2007-ci ildə Masallı şəhəri, 20 Yanvar küçəsində aparılan abadlıq-quruculuq işləri zamanı sahibkarlara məxsus primitiv ticarət obyektləri dövlət tərəfindən sökülmüş və sahibkarlar tərəfindən həmin küçədə yeni üslubda ticarət obyektləri tikilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “X4 Şəbəkəsi” MMC tərəfindən verilmiş 06224 nömrəli texniki şərtin surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan X3 məxsus şəhərin 20 Yanvar küçəsində yerləşən və gücü 5.0 kvt İİİ kateqoriyalı istehlakçı olan mağazanın 110/35/10 kv Masallı y/st-dan çıxan 10 kv 4 saylı h/x-dən el.enerjisi ilə təchiz olunması üçün texniki şərtlərin yerinə yetirilməsinə etiraz olunmamışdır. İş materiallarında olan “enerjitəchizatı müəssisəsi ilə abonent aşağıdakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə)” xx.xx.2012-ci il tarixli aktın surətindən görünür ki, X3 məxsus mağazanın elektrik enerjisi ilə təchizatı 110/35/10 kv-luq “Masallı” y-st-dan çıxan 10 kv-luq 4 saylı 10/0,4 kv-luq 400 kva T/Y-dan çıxan SİP kabel xəttinin 18 saylı dayağında mağazaya çəkilmiş kabelin uclarına dövrəyə birləşdirildikdən sonra elektrik təsərrüfatı sahibkar X1 öz balansındadır, istismarı və xidmət sərhəddi birləşmə nöqtəsindən təyin edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı cavabdehin ona məxsus əmlakları ilə birlikdə xx.xx.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində 0,38 kv.m. qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə iddiası rədd edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(106)- 67/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e2- 2(121)-122/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)591/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)- 67/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 01 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən icarəyə verən bu müqavilə üzrə mülkiyyət sənədinə əsasən obyektin ümumi sahəsi 86 kv.m-dən, icarəyə verilmiş obyektin sahəsi 86 kv.m olan, o cümlədən əsas sahəsi 86 kv.m olan və yardımçı sahəsi 0 kv.m olan obyekti icarə haqqı müqabilində icarəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 153 nömrəli sərəncamı ilə İddiaçı Masallı şəhəri, 20 yanvar küçəsində 36 kv.m sahəsi olan mağaza tikməyə icazə verilmişdir. Həmin torpaq sahəsi Masallı rayonu X2 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərari ilə “Savalan” Gənlik Mərkəzinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmışdır. Ayrılmış ərazidə iddiaçı mağaza inşa etdirmişdir. Qeyd edilən sərəncama əsasən iddiaçıya invertar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı göstərilən qeydiyyat vəsiqəsini itirmiş, buna görə də, qeydiyyat vəsiqəsinin Masallı rayon ərazisində naməlum şəraitdə itirilməsi ilə əlaqədar Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin, axtarış zamanı müsbət nəticə əldə olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon İcra Hakiniyyətinin 2008-ci ildə ərazidə apardığı abadlıq işləri zamanı sözügedən 36.0 kvadrat metr mağazada heç bir söküntü işləri aparılmasa da İddiaçı adına verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə və 324 inventar nömrəli texniki pasportuna əsasən Masallı şəhəri, 20 Yanvar küçəsində olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007-ci ildə artıq dövlət tərəfindən tamamilə sökülmüşdur. Bir müddət sonra həmin yerdə Cavabdeh tərəfindən yeni, lakin 78 kv.m sahəsi olan qeyri-yaşayış binası inşa edilmişdir. Göründüyü kimi, İddiaçı adına verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Masallı şəhəri, 20 Yanvar küçəsində olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007ci ildə dövlət tərəfindən tamamilə sökülmüşdur. Belə olan halda iddiaçının “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, 36 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 2007-ci ildə tamamilə söküldüyündən, yəni həmin əmlak tamamilə məhv olduğundan, iddiaçı sözügedən əmlaka mülkiyyət hüququnu itirmişdir. Odur ki, iddiaçının qeyd edilən sənədə əsaslanaraq mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdeh tərəfindən bu pozuntunun edilib-edilməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırki iş üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı cavabdehin ona məxsus əmlakları ilə birlikdə xx.xx.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində 0,38 kv.m. qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə iddiası rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(106)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e2-2(121)- 122/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)591/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)-67/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı cavabdehin ona məxsus əmlakları ilə birlikdə xx.xx.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində 0,38 kv.m. qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə tələbi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hallar məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmaqla) “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-57/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-57/2024
18.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver