Məhkəmə qərarları › İş №2-2(121)-6/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-6/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-6/2020 11.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X9rşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 40.500 manat pulun, mənəvi ziyana görə 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(018)-955/2018 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdehlər X20 və “xxxx” ASC-dən İddiaçı vurulmuş maddi ziyana görə 40.500 manat, mənəvi ziyana görə 7.000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun müştərək qaydada alınaraq, İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)-416/2019 saylı qərardadı ilə, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(018)-955/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, bankdan 300.000 manat məbləğində kredit alaraq soyutma-saxlanılma kompleksi inşa edərək, lisenziya əsasında ovlanan kilkə balıqlarının dondurulma prosesini həyata keçirdikdən sonra, həmin balıqların satışı ilə məşğul olur. Müəssisənin 2016-cı ilin aprel ayına kimi X17 borcu olmamışdır. Lakin xx.xx.2016-cı il tarixdən “X8” Qaydalarının kobud surətdə pozulması əsası ilə “Soyutma-saxlama” kompleksinə qanunsuz olaraq elektrik enerjisinin verilməsi dayandırılmışdır. xx xxxxx 2016-cı il tarixdə müəssisədə 40.500 kiloqram kilkə balığı olmuşdur. Elektrik enerjisinin kəsilməsi səbəbindən soyuducunun kameralarında olan balıqların donu açılmış və nəticədə balıqlar keyfiyyətlərini itirərək xarab olmuşdurlar. X3suz əməlləri nəticəsində müəssisəyə 40.500 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X11 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdeh X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil izahatını müdafiə etdiyini və onun izahatına əlavələrinin olmadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X23 iddia ərizəsinə etirazın və ona əlavənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində Astara rayonu, Şahağacı kəndində yerləşən və sahəsi 381,3 kv.m. olan qeyri-yaşayış binası vardır. İş materiallarında olan xx xxxxx 2016-cı il tarixli, 004336 saylı enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X8 Qaydaları”nı rəhbər tuturlar. Enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “X21 Təchizat” MMC tərəfindən tərtib olunmuş X8 qaydalarının pozulması haqqında xx xxxx 2008-ci il tarixli, 003866 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus fermada sayğacsız X8 olunur. Obyektin şəbəkəyə qoşulması üçün heç bir texniki sənəd yoxdur. Həmin aktla 462,67 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “X21 Təchizat” MMC-nin X8 qaydalarının pozulması haqqında xx xxxxxx 2009-cu il tarixli, 000620 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus fermada sayğacsız X8 olunur. Həmin aktla 1.164,24 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxx 2016-cı il tarixli, NDQ 001254 saylı aktının təsdiq edilmiş surətində qeyd olunur ki, EEİQ-na uyğun yoxlama zamanı məlum oldu ki, elektrik sayğacı və cərəyan transfarmatoru qutuda quraşdırılıb. Qutuya 730887 saylı möhür vurulub. Lakin qutuya vurulmuş möhürün siminin qırıq olmağı yoxlama zamanı məlum oldu. SQ və UN şöbəsinin əməkdaşları və abonentin nümayəndəsinin iştirakı ilə qutunun qapağı açıldı. Məlum oldu ki, “A”, “B”, “C” fazasının gərginlik naqillərinin vintləri açılıb. Ölçmə zamanı sayğac sxemindən ölçülən parametrlər İA=44A, İn=36A, İı=30A, Pfakt=19 kvt, Psay=10 kvt təşkil edir. Həmin akta əsasən 475,20 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixə qalıq borcu 2.455,54 manat təşkil etməsi barədə İddiaçı xəbərdar edilmişdir. Borcun ödənilməsi İddiaçı tələb olunmuşdur. Əks halda Azərbaycan Republikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X8 Qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılacaqdır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli, NDQ 001254 saylı aktı əsasında “xxxx” ASC tərəfindən xx xxxx 2016-cı il tarixli icra vərəqəsi verilmişdir. İcra vərəqəsinə əsasən, (19 kvt-10 kvt) x 10 saat x 88 gün = 7.920 kvts hesablanmış və sxemin bərpa olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X24 Təchizatı və Satışı” İdarəsi X20 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2016-cı il tarixli, 01/18032016 saylı bildiriş-xəbərdarlıqda qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin X30 tərəfindən obyektinizə məxsus sayğac-uçot komplektində qutuya vurulmuş möhürün siminin qırılması aşkar olunaraq, A, B, C fazalarının gərginlik naqillərinin vintləri açılması aşkar edilmişdir. Eyni zamanda qeyd olunur ki, obyektinizin X17 2.414,14 manat debitor borcu yaranmışdır. Sizdən tələb olunur ki, uçot komplektinizin X8 qaydalarına müvafiq bərpa edilməsini və yaranmış debitor borcunuzun şəbəkəyə ödənilməsini təmin edəsiniz. Əks halda obyektinizə elektrik enerjisi verilişi xəbərdarlıq edilmədən dayandırılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X24 Təchizatı və Satışı” İdarəsi X20 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 01/102 saylı və xx xxxxx 2016-cı il tarixli, 02 saylı bildiriş-xəbərdarlıqlarda qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamenti tərəfindən obyektinizdə X8nin vəziyyəti araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sayğac-uçot komplektində A, B, C fazalarının gərginlik naqillərinin vintləri açılmışdır. Bu barədə 001254 saylı akt tərtib olunmuş, ümumi məbləği 475,20 manat olan elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Sizdən tələb olunur ki, ümumi məbləği 2.741,74 manat olan debitor borcunuzu 3 gün müddətində şəbəkənin hesabına ödəyəsiniz. Əks təqdirdə xəbərdarlıq edilmədən obyektin elektrik verilişi xətti şəbəkədən açılacaqdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli aktın surətində qeyd olunur ki, həqiqətən biz xx xxxxx 2016-cı il tarixdə saat 11:30 radələrində Astara rayonu, Şahağacı kəndində İddiaçı məxsus balıq qurutma və soyuducu anbarında olduq. Obyektin debitor borcuna görə ödəniş etmədiyi halda xx.xx.2016-cı il tarixdə açılacağı barədə obyektin işçisi Şahid5 məlumat verildi. O da öz növbəsində bu barədə obyektin sahibi İddiaçı mobil telefonla məlumat verdi. Akt tərəflərin imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan X8 qaydalarını pozan istehlakçıların enerji təchizatının dayandırılması haqqında xx xxxxx 2016-cı il tarixli, 11 saylı aktın təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu, Şahağacı kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 3.175,54 manat məbləğində debitor borcu olduğundan həmin qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsi dayandırılmışdır və bu barədə xx xxxxx 2016-cı il tarixli, 11 saylı akt tərtib edilmişdir. Akt tərəflərin imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, AZ0700/**********3 saylı teleqramın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə teleqram ünvanlayaraq işığın bərpasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxx 2016-cı il tarixli, 01 saylı, xx xxxxx 2016-cı il tarixli, 02, 03 və 04 saylı, xx xxxxx 2016-cı il tarixli, 05, 06 və 07 saylı, xx xxxxx 2016-cı il tarixli, 08, 09 və 10 saylı qaimə fakturalarından görünür ki, iddiaçı tərəfindən 21.850 manat dəyərində kilkə balıq məhsulu alınmışdır. İş materiallarında olan xx xxxxx 2016-cı il tarixli aktda qeyd olunur ki, X11 rəisi A.Qəmbərlinin qanunsuz göstərişinə əsasən çalışdıqları “Soyutma-saxlama Kompleksi”nə gələn yüksək cərəyanlı elektrik xətti xx xxxxx 2016-cı il tarixdə, saat 18:30-da heç bir xəbərdarlıq edilmədən kəsilərək yerə atılmışdır. Bunun nəticəsində “Soyutma-saxlama Kompleksi”ndə olan 40.500 kiloqram kilkə balıq məhsulunun donu açılaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Akt tərəflərin imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X24 Təchizatı və Satışı” İdarəsi X20 tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Lənkəran Regional Bölməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd olunur ki, Astara Şahağac magistral yolu kənarında yerləşən İddiaçı məxsus balıq qurutma və soyuducu anbarında istehlak enerjisinə görə 2016-cı ilin aprel ayına yaranmış borcu 3.175 manat 54 qəpik təşkil edir. Eyni zamanda xx xxxx 2016-cı il tarixdə “xxxx” ASC-nin X7 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektdə uçot komplektinə baxış zamanı ciddi qüsur aşkarlanmış (cərəyan transformatorlarının gərginlik uclarının açılması səbəbindən sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi) və müvafiq olaraq NDQ 001254 saylı akt tərtib edilərək itirilmiş enerji bərpa edilmişdir. Dəfələrlə obyekt sahibindən və nümayəndəsindən yaranmış borcun ödənilməsi tələb olunsa da abonent ödəniş etməmişdir. Ona görə də EEİQ-nin müvafiq bəndləri rəhbər tutularaq obyektin elektrik enerjisi təchizatı xx.xx.2016-cı il tarixdə dayandırılmışdır. Abonentə istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi bildirilən zaman İddiaçı işçilərə hədə qorxu gələrək təhqir etmişdir. Obyektin xətti şəbəkədən açıldıqdan sonra xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə isə 217 manat ödəmişdir. Halhazırda borc 2.758 manat, 54 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, ASİMDX-06/02-7/2744 saylı məktubda qeyd olunur ki, sizə məxsus soyuducu elektrik enerjisi təchizatının dayandırılması barədə İqtisadiyyat Nazirliyinə ünvanladığınız xx.xx.2016-cı il tarixlil müraciətinizə Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətində aidiyyəti üzrə baxılır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti X26 Laboratoriyasının xx xxxxx 2016-cı il tarixli, 25-09, 232 saylı heyvan mənşəli xammal və məhsulların baytarlıq sanitariya ekspertizasının təsdiq edilmiş rəyində qeyd olunur ki, daxil olmuş beş kilkə balığı nümunəsində baktereoloji çirklənmə aşkar olundu. PM-7.0, pereksiolaza reaksiyası mənfi, göydaş reaksiyasında mənfi aşkar olunduğu üçün məhsul insan yeməyinə yararsızdır. İş materiallarında olan xx xxx 2016-cı il tarixli aktda qeyd olunur ki, “Soyutmasaxlama Kompleksi”nin sahibkarı İddiaçı müraciət edərək, tədarük etdiyi kilkə balıq məhsulunun anbarda xarab olub, istifadəyə yararsız hala düşdüyünü bildirmişdir. O müraciətində səbəb kimi sahibkar olduğu müəssisəyə xəbəri olmadan elektrik cərəyanının kəsilməsini (dayandırılması) göstərmişdir. Yoxlama zamanı müəyyən edildi ki, İddiaçı müraciəti əsasın “Soyutma-saxlama Kompleksi”ndə saxlanılmış balıq məhsulundan xx.xx.2016-cı il tarixdə rayon Baytarlıq idarəsi tərəfindən nümunələr götürülərək, müayinədən ötrü X26 İdarəsinə göndərilmişdir. Aparılmış müayinə zamanı balıq (kilkə) məhsulunun istifadəyə yararsız olması faktı müəyyən olunmuşdur. Komissiyanın iştirakı ilə “Soyutma-saxlama Kompleksi”ndə 11-12 may tarixlərində olarkən kilkə balıqının bir qismi çürümüş və qurd salmış halda olduğundan həcmini müəyyən etmək mümkün olmamışdır. Yalnız həmin məhsulun 31.575 kiloqramını çəkmək mümkün olmuşdur. Komissiyanın iştirakı ilə istifadəyə yararsız kilkə balıq məhsulları “Soyutma-saxlama Kompleksi”nə məxsus müəssisənin ərazisində basdırılaraq zərərsizləşdirildi. Akt tərəflərin imzaları ilə təsdiqlənmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 13991 saylı ekspert rəyində qeyd olunur ki, tədqiqat təqdim edilmiş mülki işin 1-ci cildinin 169-cu vərəqəsində olan xx xxxxx 2016-cı il tarixli X8 qaydalarını pozan istehlakçıların enerji təchizatının dayandırılması haqqında 11 saylı aktın kserosurətinin “xx xxxxx 2016-cı il” tarix göstəricisindəki “26” rəqəmlərindən “6” rəqəmində düzəlişlər müəyyən edildi. Təqdim edilmiş xx xxxxx 2016-cı il tarixli X8 qaydalarını pozan istehlakçıların enerji təchizatının dayandırılması haqqında 11 saylı akt kserosurət olduğu üçün, həmin aktın tarix göstəricisindəki düzəlişlərin hansı üsulla aparıldığını və ilkin yazıları müəyyən etmək mümkün olmadı. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 13840 saylı ekspert rəyində qeyd olunur ki, 1) İddiaçı məxsus “Soyutma-saxlanılma Kompleksi”nin texnoloji avadanlığının (balıqların saxlanılması kameralarının soyuducu avadanlığının) elektrik enerjisi ilə təchizatı “X8 qaydaları”nın 2.2.7, 9.3.2 və 9.11 bəndlərinin tələblərinə cavab verməyən halda quraşdırılmışdır. Belə ki, “Soyutma-saxlanılma Kompleksi”ndə quraşduraşdırılmış texnoloji avadanlığın (balıqların saxlanılması kameralarının soyuducu avadanlığının) elektrik enerjisi ilə təchizatına xüsusi tələblər və ehtiyat xarici təchizat elektrik xətlərinə (elektrik enerji mənbələrinə) qoşmaqla texnoloji və qəza bronlarının tələbatı təmin edilməli olduğu halda, onun tərəfindən elektrik təchizatı sxemləri əvvəlcədən texnoloji şərtlərdə göstərilməklə və kompleksin enerjitəchizatı etibarlığının kateqoriyası müəyyən edilməklə, həmin avadanlığın ehtiyat qidanlandırma mənbələri (elektrik-dizel generatorla və s.) təmin edilməmişdir. 2) Hər hansı bir mübahisəni şərtləndirən halların araşdırılması, həmçinin iddiaçıya dəymiş ziyanın elektrik xəttinin açılması səbəbindən baş verib-verməməsinin müəyyən edilməsi hüquqi xarakter daşımaqla məhkəmə mühəndis-texniki ekspertizasının predmetinə aid olmadığından, məhkəmə tərəfindən müəyyən edilə bilər. Bununla yanaşı ekspertizaya təqdim olunmuş iş materiallarında göstərildiyi kimi, xx.xx.2016-cı il tarixdə “xxxx ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus “Soyutma-saxlanılma Kompleksi”ndə yoxlama aparılarkən, həmin kompleksin ərazisində quraşdırılmış elektrik sayğacının və cərəyan transformatorlarının quraşdırıldığı qutunun möhürünün siminin qırıq olması, qutunun içərisində isə A, B və C fazanın gərginlik naqillərinin boltlarının açıq olması müəyyən edildiyini nəzərə aldıqda, “X8 qaydaları”nın 8.17 bəndinin tələblərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçını elektrik şəbəkəsindən aça bilər. Debitor borcun ödənilmədiyi, yəni enerjitəchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı təqdim etdikdən (göndərdikdən) sonra 1 ay müddətində tam məbləğdə ödəniş edilmədiyi halda isə, “X8 qaydaları”nın 9.10 və 9.13 bəndlərinin tələblərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. İş materiallarında olan abunə haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “xxxx” ASC-yə istifadə etdiyi elektrik enerjisinə görə 1.446,71 manat, aktlar üzrə xx.xx.2017-ci il tarixə 2.852,99 manat məbləğində borcu olmuşdur. Həmçinin, İddiaçı xx.xx.2015-ci il tarixli akt əsasında 2.301,56 manat və xx xxxx 2016-cı il tarixdə akt əsasında 475,20 manat məbləğində borc yazılmışdır. İddiaçı tərəfindən “xxxx” ASC-yə xx.xx.2017-ci il tarixədək hissə-hissə olmaqla, cəmi 4.795,50 manat məbləğində ödəniş edilmişdir. İddiaçı artıq ödəniş etdiyindən “xxxx” ASC-nin ona 495,80 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 035 saylı razılaşma protokolundan görünür ki, “xxxx” ASC-nin Cənub RETSİ-nin X20 ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə 035 saylı protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola əsasən istehlakçı (İddiaçı) xx.xx.2016-cı il tarixə X17 2.571,56 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir və ödəniş tarixli xx.xx.2016-cı il tarixə 428,50 manat, xx.xx.2016-cı il tarixə 428,50 manat, xx.xx.2016-cı il tarixə 428,50 manat, xx.xx.2016-cı il tarixə 428,50 manat, xx.xx.2017-ci il tarixə 428,50 manat, xx.xx.2017-ci il tarixə 428,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd olunur ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu hallar tam əsassızdır və heç bir maddi hüquqi əsası yoxdur. İddiaçılara məxsus Balıq Soyutma-Saxlama Kompleksi “xxxx” ASC-nin struktur vahidi olan X20 tərəfindən elektrik enerjisi ilə təchiz edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X8 Qaydaları”na əsasən həmin kompleksin elektrik təsərrüfatına xx.xx.2016-ci il tarixdə baxış keçirilmiş və bu zaman elektrik sayğacı və cərəyan transformatorunun qutusuna vurulmuş möhürlərin siminin qırıq və A, B və C fazasının gərginlik naqilləri vintlərinin açıq olduğu aşkar olunmuşdur. Bundan sonra xx.xx.2016-cı il tarixli, 001254 saylı akta əsasən 475,20 manat məbləğində itiilmiş elektrik enerjisi dəyəri hesablanmışdır.Həmin obyektin sahibi ilə fərdi söhbətlər aparılmasına, həmin obyektdə qeyri qanuni X8yə görə aktlar yazılmasına, elektrik enerjisinin sərfinə görə debitor borcun olmasına, buna əsasən də obyektin enerji verilişinin dayandırılacağı barədə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonent tərəfindən buna heç bir reaksiya verilməmiş və elektrik enerjisindən davamlı istidə etmişdir. Enerjitəchizatı müəssisəsi elektrik enerjisini xx.xx.2016-cı il tarixdə dayandırmışdırsa da, EEİQ-nın və digər normativ aktların tələblərinə riayət edərək dayandırmışdır. İddiaçı məxsus soyutma sexinə “X8 Qaydaları”nın pozulması barədə tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 001254 saylı aktı İddiaçı abonent olaraq heç bir halda mübahisələndirməmişdir. Əvvəlki dövrlərə də nəzər yetirdikdə də müəyyən olunur ki, İddiaçı məxsus həmin kompleks EEİQ-nın tələblərini mütamadi pozaraq elektrik enerjisindən düzgün istifadə etməmişlər. EEİQ-nın tələbləri nəzərə alınaraq, akt üzrə hesablanmış 475,20 manat dəyərində itirilmiş elektrik enerjisi haqqı və ümumilikdə həmin dövrdə ödənilməmiş 2.741,74 manat borc məbləği İddiaçı tərəfindən ödənilməmiş, buna əsasən elektrik enerjisi verilişi dayandırılmışdır. “X8 Qaydaları”nın 8.17-ci bəndinə görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji-təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərin qoşulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşmaq hüququ vermir. EEİQ-nın 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.Bundan əlavə də EEİQ-nın 9.13.2-ci bəndində göstərilir ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırıla bilər. EEİQ-nın 10.2.3-cü bəndinə əsasən, bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar enerjitəchizatı müəssisəsi dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Aylar öncə şifahi, yazılı və bildirişli xəbərdarlıq edilmiş abonent İddiaçı Astara EŞ-nin xx.xx.2016-cı il tarixli, 02 saylı, daha sonra xx.xx.2016-cı il tarixli, 01/02 saylı məktublarına əsasən İddiaçı abonent olaraq elektrik enerjisinin dayandırılması barədə xəbərdar edilmişdir. Bundan sonra isə xx.xx.2016-cı il tarixdə Astara EŞ-nin məsul işçiləri sözü gedən kompleksə gələrək, xx.xx.2016-cı il tarixdə onlara məxsus obyektin elektrik enerjisi verilişinin dayandırılacağı barədə kompleksin Şahid5 adlı işçisinə məlumat verilmişdir. Daha sonra isə xx.xx.2016-cı il tarixdə kompleksə elektrik enerjisinin verilişi dayandırılmış və buna dair xx.xx.2016-cı il tarixli akt tərtib olunmuşdur.Bu hüquq normasının tələbinə və mənasına görə “xxxx” ASC-nin X11 Balıq Soyutma-Saxlama Kompleksindən akt üzrə və istifadə olunmuş elektrik enerjisi üzrə hesablanmış pul məbləğini tələb etmək hüququ var və bu tələbə görə haqlıdır.EEİQ-nın 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X8 Qaydaları”nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin kompleks elektrik enerjisinin dəyərini vaxtında ödəmədiyinə görə "xxxx" ASC-nin maliyyə durumunu pisləşdirməklə bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində ümumilikdə onlara 60.500 manat məbləğində dəymiş ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsinə gəldikdə isə bildirilir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hesab edirik ki, bu əsaslar müəyyən olunmadan cavabdeh və yaxud cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Buna görə də mübahisə üzrə cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi ziyanın vurulması ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin əgər obyektə hər hansı bir ziyan dəymişdirsə onun ümumən müəyyən olunması, ziyanın müəyyən edən şəxs tərəfindən nə X17, nə də ki, “xxxx” ASC-nə heç bir rəsmi məlumat verilməmişdir, nədə ki, həmin prossesdə enerjitəchizatı müəssisəsinin heç bir nümayəndənin iştirakı təmin olunmamışdır. İş üzrə təqdim olunmuş sübutlardan X27 labaratoriyasının xx.xx.2016-cı il tarixli rəyində göstərilir ki, labarataoriyaya nümunə daxil olmuş 5 nümunəyə əsasən bakterialoji çirklənmə aşkar olunmuş və məhsulun insan yeməyinə yararsızdır. Həmin məhsulun haradan, kimlərin iştirakı ilə götürülməsi barədə heç bir məlumat yoxdur. Bundan əlavə iddiaçı güya 40.500 manat gəlirin əldən çıxdığını göstərmişdir ki, bu da heç bir vergi uçotu və yaxud gəlirin hardan necə olmasını sübut edə bilmir. Daha sonra da 20.000 manat dəymiş ziyanla bağlı tələbidir ki, bunu da səhhəti ilə bağlı olan problemlərə xərclədiyi puldur ki, bu barədə enerji təchizatı müəssisəsinə heç bir məlumat verilməmişdir. Bütün bunlar yalnız iddiaçıya sərf edən rəqəmdir ki, iddiaçı bu üsulla “xxxx” ASC-dən müəyyən məbləğdə pulun alınmasını tələb edir. Necə olur ki, xx.xx.2018-ci il tarixdə saat 18.30-da obyektə aylar, həftələt öncə və sonda bir gün öncə rəsmi xəbərdarlıq edilməklə elektrik enerjisi verilişi dayandırılmış, xx.xx.2016-cı il tarixdə (bir neçə saat sonra) orada məhsul xarab olmuş, nümunələr baytarlıq idarəsinə göndərilmiş, məhsulun xarab olması müəyyən olunmuş və 2 il sonra dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət olunmuşdur? Ümumiyyətlə dəymiş ziyanla bağlı heç bir mütəxəssis rəyi alınmamş, alınmışsa belə həmin məhsula aid olması sübut olunmamış, buna dair heç bir foto və videoçəkiliş aparılmamış və bu barədə iddia ərizəsinə heç bir sübut əlavə olunmamışdır. Əgər iddiaçı bundan sonra hər hansı foto və videoçəkiliş təqdim edərsə deməli həmin çəkilişlər məsələyə aid olmayan sübut olaraq qəbul olunmalıdır. Həmçinin həmin obyektin rəhbəri olaraq İddiaçı iddia ərizəsində və məhkəmə prosseslərində etiraf edərək bildirirlər ki, onlar həqiqətən elektrik enerjisinin dayandırılmasından məlumatları olmuşdur. Buradan belə bir sual yaranır ki, niyə İddiaçı və onun digər işçiləri kəsilmiş elektrik enerjisinin təkrar qoşulması üçün müvafiq tədbirlər görməmişlər? Belə nəticiəyə gəlinir ki, həmin obyektdə balıq var idisə, həmin məhsulunun xarab olmasını gözləmiş və elektrik enerjisi borcunu ödəməmiş, alternativ enerji mənbəyi yaratmamışdır (generator və.s). Beləliklə sübut olunur ki, İddiaçı məxsus obyektin elektrik enerjisi şəxsi maraqlar əsasında dayandırılmamış və qanunvericiliyə əsasən həmin obyektə tərtib olunmuş akt məbləğinin və debitor borc məbləğinin ödənişinin təmin olunması məqsədi ilə dayandırılmışdır. Bildiririk ki, Astara rayon ərazisində İddiaçı məxsus “Soyutma və saxlama kompleksi” olaraq fəaliyyət göstərən müəssisədə hər an elektrik, qaz, su və digər komutasiya xətlərində qəza, fors-major hadisələri və digər halların baş verəcəyini nəzərə almalıdır və bu barədə özü alternativ mənbə yaratmalıdır. Əlavə olaraq, bu hallardan hər hansı birinin baş verdiyi təqdirdə obyektə olan qida və digər məhsulların qorunması üçün şəxsən özləri tərəfindən tədbirlər görməlidirlər. (malların başqa yerə daşınması, həmin malı vermiş şirkətə qaytarılması və s. hərəkətlər). Bütün bu göstərilənlərə əsasən hesab edirik ki, “xxxx” ASC-nin Astara EŞ-si elektrik enerjisi verilişini tam və əsaslı dayandırmış, bu zaman bütün normativ hüquqi aktlara riayət olunmuş və buna səbəb də istifadə olumuş elektrik enerjisi pulunun vaxtında ödənilməsi tələbidir. Bu tələb də qanunverciliyə əsasən tam əsaslıdır. Dəymiş ziyana gəldikdə isə bildiririk ki, ziyan dəymişsə belə bu barədə enerjitəchizatı olaraq heç bir məlumatımız olmamış, bu ziyan həqiqətən olubsa belə, bu birbaşa həmin kompleksə nəzarət edən şəxslərin məsuliyyətsizliyi səbəbindən olmuşdur. Buna görə də, enerjitəchizatı müəssisəsi heç bir cavabdehlik daşımır. İş materiallarında olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunan etiraza əlavədə qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə prossesində şahid olaraq dindirilmiş X29 balıq növündən olan kilkəni heç bir rəsmi sənəd yəni, malın alqısatqısına dair müqavilə, təhvil təslim sənədləri, qiymətləndirmə vərəqəsi, vergi uçot fakturası tərtib etmədən alışını (priçaldan, adi balıqçı qayığından) etdiyini bildirmiş və qustar üsulla daşıyaraq öz anbarlarına yerləşdirdiyini bildirmişdir. Lakin, işə əlavə edilmiş sənədlərdən görünür ki, əvvəlki illərdə balıq güya Caspian Fish şirkətindən alınmışdır. Daha sonra o, həmin dövrdə kilkə balığını 40-50 qəpiyə aldığını bildirmişdir ki, həmin qiymət də tamamən iddiada göstərilən məbləğə heç uyğun deyildir. Çünki onlar keçirilən məhkəmə proseslərində kilkə balığının qiymətini 1,20 manat olmasını göstərmişlər və hakim də buna uyğun hesabat aparmış və qətnamə qəbul etmişdir. Daha sonra digər şahidlər elektrik enerjisinin şəbəkədən açılmasını ilkin olaraq xx.xx.2016-cı ildə olduğunu bildirmiş lakin, xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında həmin şahidlər xəttin xx.xx.2016-cı ildə açıldığını bildirmişdir. Daha sonra şahidlər həmin vaxtdan kompleksin işinin dayandırılmasını bildirsə də, abonent saldosundan və İddiaçı oğlu H.Quliyevlə Astara EŞ arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 36 saylı protokoldan görünür ki, həmin obyekt işləmiş və yaranmış borcun ödənilməsi öhdəliyini öz üzərlərinə götürmüş və həmin borcu protokola əsasən ödəmişlər. Tərəfimizdən aparılmış araşdırma zamanı protokol bağlanan dövrdə və ondan öncəki, sorakı illərdə İddiaçı bu ziyanın dəyməsi barədə X17 nə rəsmi, nədəki şifahi məlumat verilməmişdir. Bundan əlavə İddiaçı, şahidlərə və onların nümayəndələrinə ziyan müəyyən eilərkən “xxxx” ASC-yə və Astara EŞ-ni dəvət etmələrini soruşduqda, onlar bunu etmədiklərini bildirmişlər. Hesab edirik ki, bütün bu göstərilənlərə dair sonradan təqdim olunmuş sübutlar qəbulolunmazdır, heç bir hüquqi əsası yoxdur və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bir daha nəzərinizə çatdırırıq ki, İddiaçı məxsus obyektə “X8 Qaydaları”nın pozulması barədə tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 001254 saylı akt qanunvericiliyə əsasən tərtib olunmuş, bu zaman heç bir qayda pozuntusuna yol verilməmiş, həmin akt İddiaçı tərəfindən mübahisələndirilməmiş, onun dəyəri ödənilmişdir. Buradan belə nəticəyə gəlinir ki, aktın məbləği və bununla yanaşı yaranmış borc düzgün tələb olunmuşdur.Çünki “X8 Qaydaları”nın 8.17-ci bəndinə görə, yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşmaq hüququ vermir. EEİQ-nın 10.2.3. bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar enerjitəchizatı müəssisəsi dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır.Həmçinin “X8 Qaydaları”nın 8.14-cü bəndində göstərilir ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bütün bunlar onu göstərir ki, iddia tələbi tam əsassızdır və iddia ərizəsində və verilmiş ifadələrdə tam uyğunsuzluqlar mövcuddur. Bu da iddia ərizəsinin tamamən yalnış olduğunu ifadə edir. Çünki guya həmin obyekdə işləyənlər, şahidlər, iş üzrə iddiaçı etiraf edərək bildirirlər ki, onlar həqiqətən elektrik enerjisinin dayanmasından məlumatları olmuşdur və qoşulması müçün Astara EŞ-nin rəhbərliyinə müraciətlər etmişdir və EŞ-nin rəhbərliyi onlara akt üzrə və istifadə olunmuş elektrik enerjisi üzrə borcu ödəməyi bildirmişdir. Bundan sonra B.Qulyev həmin borcdan xx.xx.2017-ci il tarixdən başlayaraq ödənişlər etmişdir. Həmin pulun ödənilməsinin gecikdirilməsini də özləri bilərəkdən etmişlər. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə prosesində balıq saxlama soyutma kompleksinin işçiləri adı ilə bir neçə vətəndaşın dindirilməsinə baxmayaraq tərəf onların əmək müqaviləsini və yaxud da orada həqiqətən işləmələri barədə müvafiq dövlət orqanı tərəfindən verilən sənədi məhkəməyə təqdim etməmişdir. Onların şahid olaraq dinirilməsi zamanı verdikləri ifadələrin eyni və səhv olması və bu məhkəməyə şahid olaraq düzgün ifadə verməməsi olaraq qiymətləndirilir. Bütün bunlar onu göstərir ki, iddia tam əsassızdır və iddiaçılar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmirlər. Həmin iddia fərziyə əsasında irəli sürülmüşdür. İddiaçılar tərəfində bu barədə də məhkəməyə heç bir sübut təqdim etmir və istinad etdiyi halları sübut etmirlər. Bütün bu qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının istinad etdiyi hallar sübuta yetirilmir və həqiqəti əks etdirmir. İşin hallarından və təqdim edilmiş sübutlardan görünür ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 13989 saylı ekspert rəyində qeyd olunur ki, 1) rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş X8 qaydalarının pozulması haqqında xx xxxx 2016-cı il tarixli, 001254 saylı akta əsasən elektrik sayğacı və cərəyan transformatorunun qutusuna vurulmuş möhürlərinin siminin qırıq və A, B və C fazasının gərginlik naqilləri vintlərinin açıq olduğunun aşkar edilməsi nəticəsində müəyyən edilmiş borc məbləğinin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir. Eyni zamanda elektrik xəttinin açılması anına İddiaçı X8yə görə borcunun olub-olmaması mövcud sənədlər əsasında müəyyən etmək mümkün deyildir. 2) İş materiallarında olan fiziki şəxs İddiaçı məxsus Astara rayonu Şahağacı kəndində yerləşən “Soyutma-saxlama kompleksi” tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tariixli akta əsasən 1 kiloqram kilkə balıq məhsulunun hadisə baş verən tarixə orta bazar qiyməti dəyəri təxminən 1 manat olmaqla 40.500 kiloqramın ümumi dəyəri 40.500 manat müəyyən olunur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, İddiaçı 2016-cı ilin may və iyun aylarında müayinə olunmuş və müalicə almışdır. İş üzrə xx xxxxxxxx 2018-ci il tarixdə Astara Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında: Şahid qismində dindirilmiş Şahid1 və X2 eyni məzmunlu ifadə verərək bildirmişdirlər ki, İddiaçı rəhbərlik etdiyi, ona məxsus olan “Soyutma və saxlama kompleksi”ndə işləmişlər. İddiaçı X12 Nazirliyi vasitəsilə 300.000 manat kredit götürmüşdür. Həmin vəsait müəssisənin tikilməsinə, avadanlıqların və digər vəsaitlərin alınmasına sərf edilmişdir. Orada məhsulun dondurulması, emalı və qablaşdırılma işləri aparılırdı. Son nəticədə isə satışı həyata keçirib müəssisənin xərclərini ödəyiblər. Qazancı heç vaxt öz mənafeləri üçün xərcləməyərək, yalnız kreditin ödənilməsinə yönəldiblər. Buna görə də kredit borcundan 185.000 manat borcu vaxtında qaytarıblar. Kilkə balığını alıb, qablaşdıraraq, hər kiloqramını 1 manat 20 qəpiyə və ya 1 manat 30 qəpiyə alıcıya satıblar. Kompleksdə mütəmadi olaraq 60-70 nəfər çalışmışdır. İşıq təchizatı dayandırılan ərəfələrdə, təxminə həftənin şənbə günü idi. Müəssisənin binaya yaxın yerindən yüksək gərginlik elektrik xətti keçirdi. Həmin xəttdə kiminsə işlədiyini görmüşlər. Həmin adamın elektrik xəttlərini ayırmaq üçün dirəyə çıxması ağıllarına gəlməmişdir. Sonra məlum olmuşdur ki, həmin şəxs X11 elektriki olmaqla, X22 tərəfindən müəssisənin elektrik xəttini ayırmaq üçün göndərilmişdir. Buna görə də həmin günü işıq olmamışdır. İşıq idarəsi işləmədiyindən növbəti həftənin bazar ertəsini gözləmək məcburiyyətində qalmışdırlar. Həmin vaxtı, yəni xx xxxxx 2016-cı il tarixə “Soyutma və saxlama kompleksi”nin elektrik enerjisinə görə heç bir borcu da olmamışdır. İddiaçı X11 rəisi Şahid4 yalvarmışdır ki, elektrik enerjisinin verilişini bərpa etsin. Lakin X11 rəisi ona məhəl qoymamışdır. Beləliklə də “Soyutma və saxlama kompleksi”nin soyutma kameralarında olan 40.500 kiloqram kilkə balığı olan məhsul xarab olmuşdur. Bir neçə gün sonra laboratoriyadan mütəxəssislər gətirmişlər və həmin mütəxəssislər məhsulunun yararsız olduğunu bildirmişdirlər. Bu haqsızlıqlıa bağlı o, Prezidentə müraciət etmişdir. Həmin ərəfədə İddiaçı keçirdiyi mənəvi sarsıntılardan xəstələnmiş, tibbi əməliyyat keçirmişdir. İddiaçı yaşadığı evləri həmin kreditlər bağlı bankda girovda olduğundan hamısı onun əlindən alınmışdır. Baxmayaraq ki, işıqla bağlı bütün təchizat-xətt, kabel, transformator və s. iddiaçı tərəfindən təchizatı həyata keçirilmişdir ki, X11 görəcəyi iş bircə işığı buraxmaq idi. Onlar bunu etməmişdirlər. İndi isə bütün təchizatə öz balanslarına aid edirlər. Həmin hadisədən sonra müəssisə tamamilə öz fəaliyyətini dayandırmışdır. Hamısı işsiz qalmışdırlar. Şahid qismində dindirilmiş X6, X10, Şahid2 Nayib qızı, X16, Əskərova Könül Qərib qızı, Şahid8 və X19 eyni məzmunlu ifadə verərək bildirmişdirlər ki, İddiaçı məxsus “Soyutma və saxlama kompleksi”ndə fəhlə işləyib. Orada balıq məhsulunun qablaşdırılması, emalı və s. işlər görmüşdürlər. xx xxxxx 2016-cı il tarixdə qəflətən elektrik enerjisinin verilməsi dayandırılmışdır. Həmin vaxt çölə çıxmışdırlar və görmüşdürlər ki, 2 nəfər kişi elektrik xəttinin açılıb yerə qoyulması ilə məşğuldurlar. Həmin vaxt soyuducular tamamilə balıq məhsulları ilə dolu idi və nəticədə bütün məhsul xarab olmuşdur. Həmin hadisədən sonra müəssisə tamamilə öz fəaliyyətini dayandırmışdır. Hamısı işsiz qalmışdırlar. İş üzrə xx xxx 2019-cu il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsində keçirilmiş məhkəmə iclasında: Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2011-ci ildən İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində baş mühasib işləyir. 2011-ci ildə 300.000 manat kredit götürərək həmin kompleksi tikmişdirlər. Kompleksdə kilkə balıqlarını qablaşdırıb bazara və toyuq fermalarına satmışdırlar. Kilkə balıqlarını vətəgələrdən alıb, qablaşdıraraq 50-60 qəpiyə satmışdırlar. Balıqları aldıqdan sonra kisələrə yığılıb dondurulması üçün mənfi 30-50 dərəcə temperatur olan soyuducu kamerada dondurulduqdan sonra mənfi 23-24 dərəcə temperaturu olan zallara köçürülürdülər. Balıqları nağd qaydada satırdılar. Alqı-satqı fakturalarla aparılmırdı, kitaba qeyd olunurdu. 2016-cı ilin aprel ayında şənbə günü onlar işdən çıxıb getdikdən sonra X11 işçiləri onlardan xəbərsiz işığı kəsmişdirlər. Sonra onlar işıq idarəsinə gedərək işıqlarının niyə kəsildiyi soruşduqdan onlara borclarının olduğu üçün işıqlarının kəsildiyini bildirmişdirlər. İşıq söndükdən 2-3 gün ərzində balığın donu açılır. İşıq şənbə günü onlar işdən çıxdıqdan sonra kəsilib. Onlar bazar ertəsi işə gələndə artıq işıq kəsilmişdir və balıqlar xarab olmuşdu. Onların generatorları yoxdur. Həmin vaxt kompleksdə 40 tondan artıq balıq olub, balığın anbara mədaxil olması kitaba qeyd olunub. Borclarının olması barədə onlara heç bir xəbərdarlıq olunmayıb, onlara akt təqdim olunmayıb. Şahid qismində dindirilmiş Şahid2 Nayib qızı ifadəsində bildirmişdir ki, o, İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində manqa başçısı işləyir. Fəhlələrə nəzarət edir. xx.xx.2016-cı il tarixdə, 40 tondan artıq kilkə balıqlarını soyuducuya yükləmişlər. Axşam işdən çıxıb evə getmişdirlər. Bazar ertəsi işə gələndə işığın kəsildiyini və bütün balıqların xarab olduğunu görmüşdürlər. Müəssisədə 100 tondan artıq balıq olur. Balıqları dənizdəki vətəgələrdən alırdılar. Astara Rayon Məhkəməsində ifadə verərkən o işığın kəsilmə tarixini xx.xx.2016-cı il deyib, lakin orada səhvən xx.xx.2016-cı il kimi yazılıb. İşıq kəsiləndə o orada olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X13 elektrik montyoru işləyir. Elektrik Şəbəkəsi tərəfindən ona İddiaçı borcu olduğu üçün işığının kəsilməsi barədə göstəriş verilmişdir. xx.xx.2016-cı il tarixdə Murad, Zaur və o obyektik işçisi Şahid5 aktı təqdim edərək bildirmişdirlər ki, sabah işıqları kəsiləcək. Aktı kimi yazdığını bilmir, onların idarəsindən təqdim olunub. İşığı xx.xx.2016-cı il tarixdə kəsmişdirlər. Rəis göstəriş verdiyi üçün işığı kəsiblər. Aktı Elvinə təqdim ediblər, lakin Elvin aktı imzalamayıb. Həmin vaxt Şahid5 İddiaçılə mobil telefonla əlaqə saxlayaraq ona işığın kəsiləcəyi barədə məlumat vermişdir. İşığı xx.xx.2016-cı il tarixdə saat 10-11 radələrində açmışdırlar. İşığın açılacağı barədə xx.xx.2016-cı il tarixli akta və X8 qaydalarını pozan istehlakçının enerji təchizatının dayandırılması haqqında xx.xx.2016-cı il tarixli, 11 saylı akta o özü imza edib. İş üzrə xx xxx 2019-cu il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsində keçirilmiş məhkəmə iclasında: Şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, xx xxxxxxx 2015-ci il tarixdə X17 rəis vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin fevral ayında oradan işdən çıxmışdır. İddiaçı tanıyır. 2015-ci ilin oktyabr ayında İddiaçı onun yanına gəlmişdir. İddiaçı məxsus kompleksin yarımstansiyasında tez-tez qəzalar baş verdiyi üçün o orada olmuşdur. Yarımstansiya çox bərbad vəziyyətdə olmuşdur. Həmin vaxt kompleks fəaliyyət göstərmirdi, həyətində ev quşları saxlayırdılar. O dövrdə kompleksdə bir nəfər gözətçi olurdu, başqa işçilər yox idi. Kompleksin işıq puluna görə borcu olduğu üçün İddiaçı X17 gələrək borcun hissə-hissə ödənilməsi üçün vaxt istəmişdir. 3 ay ayda 200 manat ödənişlər etmişdir. Sonradan ödənişləri dayandırmışdır. xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin X32 tərəfindən istehlakçıların uçotunu yoxlayan zaman qeyd olunan kompleksin sayğacına müdaxilə olunması aşkar olunmuşdur və akt tərtib olunaraq 475 manat cərimə yazılmışdır. Həmin borcun ödənilməsi üçün İddiaçı dəfələrlə rəsmi və qeyri-rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq, o, borcu ödəməkdən yayınmışdır. Sonra İddiaçı onun kabinetinə gələrək onunla mübahisə edərək, ona təzyiqlər etməyə çalışmışdır və o bununla bağlı Astara rayon icra hakimiyyətinin başçısına məlumat vermişdir. Elektrik enerjisinin dayandırılmasını X20 özbaşına aparmamışdır. “xxxx” ASC-nin borcu olan fiziki və hüquqi şəxslər barədə şəbəkəyə göndərdiyi rəsmi siyahı əsasında Elektrik şəbəkəsi elektrik enerjisinin verilişini dayandırır. İddiaçı ilə 2 dəfə razılaşma protokolu bağlanmışdır. Birinci dəfə 2015-ci ildə onun özü ilə, ikinci dəfə 2016-cı ildə özü xəstə olduğu üçün oğlu ilə razılaşma protokolu bağlanmşdır. 2016-cı ildə işıqları kəsildikdən sonra borclarını mütəmadi olaraq ödəmişdirlər. 2016-cı ilin aprel ayında kompleksin işığı dayandırılıb, dəqiq tarix yadında deyil. İlk öncə onlar borcun olması barədə abonentə bildiriş göndərmişdirlər, abonent borcu ödəmədiyi üçün elektrik enerjisinin verilişi 3 gün sonra dayandırılmışdır. Qeyd olunan borc debitor borc deyil, akt əsasında yazılan cərimə olduğu üçün 3 gün sonra işıq kəsilmişdir. Həmin vaxt ərazidə olduğu üçün müavininə səlahiyyət vermişdir, müavini bildirişlərə imza etmişdir, hesab edir ki, bu qanunsuz deyil. Həmin vaxt kompleksdə bir gözətçi olub, o da bildirişin alınmasına dair qəbzə imza etməkdən imtina etmişdir. Həmçinin borcun olmasından İddiaçı şəxsən xəbəri olub və özü onun yanına gələrək ona hədə-qorxu gəlmişdir. Sayğaca müdaxilə olunduğu üçün abonent cərimə olunub. xx.xx.2016-cı il tarixli aktın əsli idarədə var və lazım olduğu təqdirdə idarədən götürülə bilər. Həmin vaxt İddiaçı və onun müsahibi kompleksdə olmayıb. Akt Şahid5 təqdim olunub və o da İddiaçı bu barədə telefonla məlumat vermişdir. X8 Qaydalarına əsasən akt tərtib olunur, dərhal elektrik enerjisinin verilişi dayandırılır və borc ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunur. xx.xx.2016-cı il tarixdə də elektrik enerjisinin verilişi dayandırılıb, sonra borc ödənildiyi üçün bərpa olunmuşdur. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, iki il İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində elektrik montyoru işləmişdir. Kilkə balıqlarını vətəgələrdən alıb qablaşdıraraq soyuducularda dondururdular. 2016-cı ilin aprel ayında, yəni elektrik xətti açılan vaxt anbarda 100 tondan artıq kilkə olub. Hadisə baş verən zaman o kompleksdə olmamışdır. İşığı şənbə günü axşam kəsmişdirlər. Ona işığı kəsməmişdən əvvəl heç bir xəbərdarlıq olunmayıb. Əvvəllər ona borcla bağlı bildirişləri verəndə onları İddiaçı vermişdir. Şənbə günü o işdən gedənə qədər işıqlar yanmışdır. O bazar günü və bazar ertəsi nahara qədər Bakı şəhərində olmuşdur. İşə gələndə görmüşdur ki, işıqları kəsiblər. xx.xx.2016-cı il tarixli akt tərtib olunan zaman orada iştirak edib, lakin aktı imzalamamışdır. xx.xx.2016-cı il tarixdə işığın sabah kəsiləcəyi barədə ona akt təqdim olunmamışdır. İşıq kəsilən vaxt o işdə olmamışdır. Dondurulmuş balıqların donunun neçə vaxta açılması barədə dəqiq məlumat verə bilir. Müəssisədə generator olmuşdur, lakin o generatorun işıqlar söndükdən sonra avtomatik qoşulmasını söndürmüşdür. Çox vaxt soyuducuların boş olması və işıq söndükdən sonra soyuducuların generator vasitəsilə boş-boşuna işləməsi səbəbindən generatorun işıqlar söndükdən sonra avtomatik qoşulmasını söndürmüşdür. Nə qədər balığın xarab olmasını deyə bilmir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində fəhlə işləmişdir. Həm də özünün evim olmadığı üçün kompleksin həyətindəki evdə qalırdı. Şənbə günü saat 18 radələrində o kompleksin həyətində ot yığarkən bir nəfərin elektrik dirəyinə çıxaraq işığı kəsdiyini görmüşdür. Mənim mobil telefonu olmadığı üçün İddiaçı zəng edə bilməmişdir. İşıq həftənin şənbə günü kəsilmişdir, lakin ayın tarixini dəqiq bilmir. Şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində fəhlə işləmişdir. Hazırda işsizdir. Onlar həmin vaxt işdə olmuşdurlar. Birdən işıqların kəsildiyini görmüşdürlə. Həmin vaxt kompleksdə 25 nəfər işçi olmuşdur. Onlar çölə çıxanda elektrik naqillərinin kəsilərək yerə atıldığını görmüşdürlər. Həmin vaxt kompleksdə onun fikrincə 2-3 ton balıq olmuşdur. İşıq 2016-cı ilin aprel ayında kəsilmişdir, lakin işığın kəsilmə tarixini dəqiq deyə bilmir. Həmin vaxt İddiaçı kompleksdə olmamışdır. Onun İddiaçı kiminsə zəng vuraraq xəbər verməsi barədə məlumatı yoxdur. İşıq kəsilən zaman həftənin neçənci günü olmasını dəqiq bilmir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində fəhlə işləmişdir. Hazırda işsizdir. 2016-cı ilin aprel ayında həftənin şənbə günü onlar saat 18:00-da işdən çıxıb getmişdirlər. Həftənin bazar ertəsi günü işə gələndə işıqların kəsildiyini, soyuducuda olan balıqlar hamısının xarab olduğunu görmüşdürlər. İşıq kəsiləndə o orada olmamışdır. İşıq 2016-cı ilin aprel ayında kəsilmişdir, lakin işığın kəsilmə tarixini dəqiq deyə bilmir. İşıq kəsilən zaman həftənin neçənci günü olmasını dəqiq bilmir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı tərəfin təqdim etdiyi diskə baxış keçirilmişdir. Diskdə olan videogürüntülərdən görünür ki, bir neçə şəxs xarab olmuş balıqları tərəzidə çəkir, məhsullar traktorun qoşqusuna doldurularaq, torpağın qazılmış hissəsinə boşaldılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə - kilkə balıqlarının dondurulma prosesini həyata keçirdikdən sonra, həmin balıqların satışı ilə məşğul olmuş, onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Soyutma-saxlama” Kompleksinə işığın verilməsi dayandırılmışdır. İddiaçı hesab edir ki, bunun nəticəsində ona 40.500 manat maddi ziyanın, 20.000 manat mənəvi ziyanın dəymişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, maddi ziyan o halda ödənilə bilər ki, ziyan mövcud olsun, ziyan cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulmuş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə vurulmuş ziyan arasında səbəbli əlaqə olsun və zərərvuran şəxslərin təqsiri müəyyən edilmiş olsun. Yalnız bu hallar mövcud olduğu təqdirdə, vurulmuş ziyanın məbləği müəyyənləşdirilə və ödənilə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus “Soyutma-saxlama” Kompleksinə işığın verilməsi dayandırılmış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Lakin, vurulmuş ziyan cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulması və ziyanın vurulmasında cavabdehlərin təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, sonuncusu xx.xx.2016-cı il tarixdə 475,20 manat olmaqla, dəfələrlə, müxtəlif əsaslarla İddiaçı barəsində aktlar tərtib olunaraq, borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında məlumatda da qeyd olunur ki, İddiaçı “xxxx” ASC-yə istifadə etdiyi elektrik enerjisinə görə 1.446,71 manat, aktlar üzrə xx.xx.2017-ci il tarixə 2.852,99 manat məbləğində borcu olmuşdur. Həmçinin, İddiaçı xx.xx.2015-ci il tarixdə akt əsasında 2.301,56 manat və xx xxxx 2016-cı il tarixdə akt əsasında 475,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı iddia ərizəsində elektrik enerjisinə görə borcunun olmadığını bildirsə də, onun həm cari borcu həm də aktlar üzrə borcu olmuşdur. İş materiallarından həmçinin görünür ki, hesablanmış həm cari borcun, həm də akt üzrə borcunun ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya həm elektron qaydada, həmdə məktub formasında dəfələrlə xəbərdarlıqlar ünvanlanmış, o cümlədən şifahi qaydada məlumat verilmiş, həmçinin sonuncu dəfə iddiaçı barəsində akt tərtib edilərkən, aktda adı qeyd olunan şəxs - Şahid5 iştirak etmiş, lakin aktı imzalamamışdır. Şahid5 həmçinin ifadəsində bildirmişdir ki, əvvəllər ona borcla bağlı bildirişləri verəndə onları İddiaçı vermişdir. Göründüyü kimi, İddiaçı məxsus balıq soyutma-saxlama kompleksində elektrik montyoru işləmiş Şahid5 öz ifadəsində əvvəllər ona borcla bağlı bildirişlər verildiyini, o isə həmin bildirişləri İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı tərəf onlara hər-hansı bildiriş verilmədiyini qeyd etsələr də, sözügedən şahidin ifadəsi iddiaçının dəlillərini təkzib edir. Digər tərəfdən, iddiaçı ona məxsus balıq soyutma-saxlama kompleksində generatorun olmadığı bildirmiş, xx xxxxxx 2019-cu il tarixli, 13840 saylı ekspert rəyində də “Soyutma-saxlanılma Kompleksi”ndə quraşduraşdırılmış texnoloji avadanlığın (balıqların saxlanılması kameralarının soyuducu avadanlığının) elektrik enerjisi ilə təchizatına xüsusi tələblər və ehtiyat xarici təchizat elektrik xətlərinə (elektrik enerji mənbələrinə) qoşmaqla texnoloji və qəza bronlarının tələbatı təmin edilməli olduğu halda, onun tərəfindən elektrik təchizatı sxemləri əvvəlcədən texnoloji şərtlərdə göstərilməklə və kompleksin enerjitəchizatı etibarlığının kateqoriyası müəyyən edilməklə, həmin avadanlığın ehtiyat qidanlandırma mənbələri (elektrik-dizel generatorla və s.) təmin edilmədiyi qeyd edilmişdir. Lakin şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, müəssisədə generator olmuşdur, lakin o generatorun işıqlar söndükdən sonra avtomatik qoşulmasını söndürmüşdür. Çox vaxt soyuducuların boş olması və işıq söndükdən sonra soyuducuların generator vasitəsilə boş-boşuna işləməsi səbəbindən generatorun işıqlar söndükdən sonra avtomatik qoşulmasını söndürmüşdür. Məhkəmə hesab edir ki, “Soyutma-saxlama” Kompleksinə işığın verilməsinin dayandırılması 2016-cı ilin aprel ayında baş verməsi, ekspert rəyinin isə bundan 3 ildən artıq müddət keçdikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə verilməsi, hadisənin baş verdiyi anda kompleksdə generatorun olmaması anlamına gəlmir. Bununla bağlı məhkəmə şahid qismində dindirilmiş Şahid5 ifadəsini ağlabatan və inandırıcı hesab edir. Belə ki, həmin şahid məhz iddiaçının işçisi olmuş, ona məxsus kompleksdə elektrik montyoru işləmiş və o, məhz iddiaçı tərəfindən şahid qismində məhkəmə iclasına dəvət edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus “Soyutma-saxlama” Kompleksində generatorun olmasına baxmayaraq, elektrik enerjisinin verilməsinin dayandırılmasından sonra generatoru işə salmamış, hərəkətsizlik edərək, məhsulun xarab olmasına, ona zərər dəyməsinə şərait yaratmışdır. xx xxxxxx 2019-cu il tarixli, 13840 saylı ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə “xxxx ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus “Soyutmasaxlanılma Kompleksi”ndə yoxlama aparılarkən, həmin kompleksin ərazisində quraşdırılmış elektrik sayğacının və cərəyan transformatorlarının quraşdırıldığı qutunun möhürünün siminin qırıq olması, qutunun içərisində isə A, B və C fazanın gərginlik naqillərinin boltlarının açıq olması müəyyən edildiyini nəzərə aldıqda, “X8 qaydaları”nın 8.17 bəndinin tələblərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçını elektrik şəbəkəsindən aça bilər. Debitor borcun ödənilmədiyi, yəni enerjitəchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı təqdim etdikdən (göndərdikdən) sonra 1 ay müddətində tam məbləğdə ödəniş edilmədiyi halda isə, “X8 qaydaları”nın 9.10 və 9.13 bəndlərinin tələblərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. “X8 Qaydaları”nın 8.17-ci maddəsinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. “X8 Qaydaları”nın 9.13.2-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər. İş materiallarından görünür ki, sonuncusu xx.xx.2016-cı il tarixdə 475,20 manat olmaqla, dəfələrlə, müxtəlif əsaslarla İddiaçı barəsində aktlar tərtib olunaraq, borc hesablanmışdır. Belə olan halda isə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından, o cümlədən, xx xxxxxx 2019-cu il tarixli, 13840 saylı ekspert rəyindən göründüyü kimi, enerjitəchizatı müəssisəsinin istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmaq hüququ olmuşdur. Qeyd olunan aktlar mübahisələndirilməmiş, əksinə, istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 035 saylı razılaşma protokoluna əsasən, istehlakçı (İddiaçı) xx.xx.2016-cı il tarixə X17 2.571,56 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul etmiş, həmin borcun hissəhissə öhdəsinə götürmüş, göstərilən borcla bağlı İddiaçı tərəfindən “xxxx” ASC-yə xx.xx.2017-ci il tarixədək hissə-hissə olmaqla, cəmi 4.795,50 manat məbləğində ödəniş edilmiş, hətta 495,80 manat artıq ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı nəinki ona aktlar əsasında hesablanmış borcu mübaisələndirmiş, hətta həmin borcları qəbul edərək, ödəmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, elektrik enerjisinin kəsilmə tarixi (23 və xx xxxxx 2016-cı il) və saatı (əmək müqaviləsinə əsasən 17:00-a qədər iş vaxtı müəyyənləşdirilən şəxslərin 18:00-18:30-da iş vaxtı işığın kəsilməsi), kəsilən zaman soyuducularda saxlanılan balıqların həcmi (çəkisi), elektrik enerjisinin kəsilməsində iştirak edən şəxslərin sayı, balığın 1 kiloqramının satış qiyməti, eyni şahidlərin Astara Rayon Məhkəməsində və Şirvan İnzibati-İqtisadi Məhkəməsində fərqli ifadələr verməsi və digər iş hallara dair ziddiyyətli ifadələr verməsi baxımından, məhkəmə həmin şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Digər tərəfdən xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən 2016-cı ilin mart ayında təxminən 70 ton balıq aldığı bildirilsə də, iş materiallarında olan xx xxxxx 2016-cı il tarixli qaimə 01 saylıdır. Bunun özü də ziddiyyətlidir. Belə ki, iddiaçı əgər 2016-cı ilin mart ayında təqribən 70 ton balıq almışdırsa, onda 01 saylı qaimə aprel ayına deyil mart ayına aid olmalı idi. Ümumiyyətlə iddiaçı tərəfindən təqdim olunmuş qaimələr ciddi hesabat sənədi olmamaqla, möhürsüz tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X33 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X33 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və X33 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin hallarına və yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya zərər vurulmuş olsa da, bu zərər cavabdehlərin məhz qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməmiş, dəymiş ziyanda cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Məhz bu səbəbdən də, məhkəmə dəymiş ziyanın həcminin müəyyən edilməsini zəruri hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq, tikinti-texniki və sənədlərin kriminalistik-texniki ekspertizalarının dəyəri olan cəmi 331,52 manat İddiaçı tutulmalıdır. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X9rşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq, tikinti-texniki və sənədlərin kriminalistik-texniki ekspertizalarının dəyəri olan cəmi 331,52 manat (üç yüz otuz bir manat, əlli iki qəpik) İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar