Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-637/2021 24.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2nə və Cavabdeh3 qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2 MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 firması arasında bağlanmış 105484-1-2617/1 saylı 31.05.2012-ci il tarixli “Kommersiya krediti müqaviləsi”ndən irəli gələn və Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)-944/2013 nömrəli qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 firması ilə İddiaçı ASC arasında bağlanmış 105484- 1-2617 saylı 31.05.2012-ci il tarixli “Baş kredit razılaşması”na əsasən həmin razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün “Bank” “Kredit alan”a 31.05.2012-ci il tarixdən 31.05.2022-ci il tarixədək 2.500.000 (iki milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Qeyd edilən Razılaşmaya əsasən kreditlərin bu Razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən “Bərpa olun(may)an kredit xətti müqavilə”ləri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, Cavabdeh1 firması ilə İddiaçı ASC arasında bağlanmış 105484-1-2617/1 saylı 31.05.2012-ci il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 firmasına investisiya məqsədi üçün (kreditin təyinatı: tibbi avadanlıq alınması və obyekt tikintisi) 39 (otuz doqquz) ay müddətinə illik 15,5 (on beş tam onda beş) faiz hesablanmaqla 1.145.000 (bir milyon yüz qırx beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 1.26532 ha torpaq sahəsində yerləşən 2871,6 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə və 1.26532 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Bundan başqa, Cavabdeh3 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.0138 ha torpaq sahəsində yerləşən 86,5 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli qeyriyaşayış binası və 0.0138 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Bundan əlavə, Cavabdeh3 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsində yerləşən 195,8 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyriyaşayış binası və 0.1709 ha torpaq sahəsi İpoteka qoyulmuşdur. Həmçinin, Cavabdeh3 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.30 ha torpaq sahəsində yerləşən 183,3 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası və 0.30 ha ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Həmin əmlakların ipoteka qoyulması barədə 31.05.2012-ci il tarixdə 105478-NEDVİJ- 242 saylı, 31,05.2012-ci il tarixdə 105478- NEDVİJ-241 saylı, 31.05.2012-oi il tarixdə 105478-NEDVİJ-240 saylı və 31.05.2012-ci il tarixdə 105478-NEDVİJ-239 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsləri bağlanmış və qeyd edilən əmlaklar Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, Cavabdeh1 firmasına verilmiş kreditin təminatı kimi 31.05.2012-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 arasında 105478-7-1911 saylı, iddiaçı “İddiaçı ASC” ilə Cavabdeh4 arasında 31.05.2012-ci il tarixdə 105480-7-1912 saylı və 29,06.2012-ci il tarixdə isə İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 105482-G_RAN-26 saylı “Zaminlik müqavilə”ləri bağlanmışdır. Cavabdeh1 firması müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, laldn cavabdehlər öhdəliklərini icra etməmişlər. Bu səbəbdən tərəfimizdən cavabdehlərə qarşı kommersiya krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə baxılması ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdehlər Cavabdeh1 firmasının və “Cavabdeh1- Rus” MMC-nin nümayəndəsi iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)-944/2013 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 firmasından, Cavabdeh2 MMCdən, Cavabdeh3 və Cavabdeh4 1,067.740,62 (bir milyon altmış yeddi min yeddi yüz qırx dollar 62 sent) ABŞ dolları məbləğində əsas, 92.496,12 (doxsan iki min dörd yüz doxsan altı dollar 12 sent) ABŞ dolları məbləğində faiz borcu, 116.252,50 (bir yüz on altı min iki yüz əlli iki dollar 50 sent) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 1.276.489,24 (bir milyon iki yüz yetmiş altı min dörd yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 161 (bir yüz altmış bir) manat və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi; Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cəmi 1.276.489,24 (bir milyon iki yüz yetmiş altı min dörd yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları məbləğində borc, həmçinin 161 (bir yüz altmış bir) manat və 30 (otuz) manat dövlət rüsumu üzrə tutmanın İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı 0378641, MA seriyalı 03778640, MA seriyalı ******* və MA seriyalı ******* nömrəli Çıxarışlara əsasən ipoteka qoyan Cavabdeh3 Lənkaran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 126532 ha torpaq sahəsi ilə birlikdə 2871.6 kv.m. ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəsinə, Lənkaran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 0.0138 ha torpaq sahəsi ilə birlikdə 86.5 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və Lənkaran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 0.1709 ha torpaq sahəsi ilə birlikdə 195.8 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq birgə apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən cavabdehlər Cavabdeh1 firmasının və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək, iddaçı İddiaçı ASC-yə borclu olduqlarını etiraf etmiş, məhkəmə qətnaməsinin düzgün olduğunu bildirmiş, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək onlara müəyyən qədər vaxtın lazım olduğunu, apellyasiya şikayətinin də elə bu məqsədlə verdiklərini bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vüsal Cəbrayılov - sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev və Tofiq Heydərov) 14 noyabr 2013-cü il tarixli 2(106)-870/2013 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)-944/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İslam Əliyev) 29 aprel 2014-cü il tarixli 2(102)-1671/2014 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassiya şikayətinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-870/2013 nömrəli iş üzrə 14 noyabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. fS Bununla da Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün Lənkəran Rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) icra sənədində göstərilmiş tələbləri könüllü icra etməmişlər. Bu səbəbdən Lənkəran Rayon İcra şöbəsinin icra məmuru Kamran Əmənov tərəfindən icra vərəqəsinin İcra edilməsi məqsədi ilə ipoteka predmetlərinin açıq hərracdan satılması üçün müvafiq sifariş verilmiş və həmin sifarişə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac təşkil edilərək keçirilmişdir. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli 76/02, 76/03, 76/04 və 76/05 nömrəli protokollarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)-944/2013 nömrəli qətnaməsi ilə açıq hərracdan satılması qət edilmiş əmlaklar ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. 22 may 2020-ci il tarixli çari hesabdan çıxarışdan görünü ki, Cavabdeh1 Firmasının 31.05.2012-ci il tarixli 105484-1-2617/1 nömrəli kredit müqaviləsi üzrə girov qoyulmuş əmlak kompleksinin, daşınmaz əmlakların ödənilməmiş borclar müqabilindən Bankm balansında götürülməsi ilə əlaqədar 1.277.242,78 ABŞ dolları məbləğində pul cavabdehin Banka olan borcunun ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)- 944/2013 nömrəli qətnaməsinin qəbul edildiyi tarixdən icra edilənədək 1 (bir) il 2 (iki) aya yaxın müddət keçmişdir. Sözügedən qətnamənin uzun müddət sonra icra edilməsinə səbəb isə cavabdehlər tərəfindən əsassız apellvasiya və kassasiya şikayətlərinin verilməsidir. Birinci instansiya məhkəməsində işirak edən Cavabdeh1 firmasının və Cavabdeh2 MMC-nin nümayəndəsi iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini, apellyasiya instansiyası məhkəməsində isə iddaçı İddiaçı ASC-yə borclu olduqlarını etiraf edərək məhkəmə qətnaməsinin düzgün olduğunu, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək onlara müəyyən qədər vaxtın lazım olduğunu, apellyasiya şikayətinin də elə bu məqsədlə verdiklərini bildirməsi və sonradan kassasiya şikayətinin verilməsi onu göstərir ki, cavabdehlərin məqsədi qanuni və əsaslı məhkəmə qətnaməsinin icrasını gecikdirmək olmuşdur. Beləliklə, məhz cavabdehlərin məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsində kredit müqaviləsinin şərtlərinə əsasən faizlər yığılmışdır. Belə ki, tərəflər arasında bağlanmış 105484-1-2617/1 saylı 31.05.2012-ci il tarixli “Kommersiya krediti müqaviləsi”nin: 2.1-ci bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Bank”a illik 15.5 (on beş tam onda beş) faiz ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən kredit 39 (otuz doqquz) ay müddətinə verilmişdir. 7.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “Kredit alan” tərəfindən kredit, faizlər «və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olunduğu andan qüvvədən düşür. Yuxarıda qeyd olunanları və müqavilə şərtlərini nəzərə alaraq hesab edirik ki, kredit müqaviləsindən irəli gələn və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(049)-263/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Firması, “Cavabdeh1 Rus” MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi” tələbinə dair 2(049)-263/2021 saylı mülki işin materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli, e-2-2(121)-637/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X4 iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 firmasının və Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən, işə İddiaçı ASC-nin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 firmasının və Cavabdeh2 MMC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh3 nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 1.067.740.62 (bir milyon altmış yeddi min yeddi yüz qırx dollar 62 sent) ABŞ dolları məbləğində əsas, 92496,12 (doxsan iki min dörd yüz doxsan altı dollar 12 sent) Abş dolları məbləğində faiz borcu, 116.252.50 (bir yüz on altı min iki yüz əlli iki dollar 50 sent) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 1.276.489.24 (bir milyon iki yüz yetmiş altı min dörd yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 161 (bir yüz altmış bir) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməsi, Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 xxxx ASC-nin xeyrinə tutulmalı olan cəmi 1.276.489.24 (bir milyon iki yüz yetmiş altı min dörd yüz səksən doqquz dollar 24 sent) ABŞ dolları məbləğində borc, həmçinin 161 (bir yüz altmış bir) manat və 30 (iyirmi) manat dövlət rüsumu üzrə tutma İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı 0378641, MA seriyalı 03778640, MA seriyalı ******* və MA seriyalı ******* nömrəli çıxarışlara əsasən ipoteka qoyan Cavabdeh3 Lənkəran rayonunun Sütəmurdov kəndində mülkiyyətində olan 0,30 ha torpaq sahəsi ilə birlikdə 183,3 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, Lənkəran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 126532 ha torpaq sahəsi ilə birlikdə 2871,6 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə, Lənkəran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 0,0138 ha torpaq sahəsi ilə birlikdə 86,5 kv.m üumi shədən ibarət olan qeyri-yaşayış binası və Lənkəran rayonu Sütəmurdov kəndində mülkiyyətində olan 0,1709 ha torpaq sahəsi ilə birlikdə 195,8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2013-cü il tarixli, 2(106)870/2013 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 oğu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin 22 iyul 2013-cü il tarixli 2(049)944/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2014-cü il tarixli, 2(102)-1671/14 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-870/2013 nömrəli iş üzrə 14 noyabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/02 nömrəli protokolundan görünür ki, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,30 ha torpaq sahəsi ilə birlikdə 183,3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası tələbkar “xxxx” ASC tərəfindən 100.100 (yüz min yüz) manata əldə edilmişdir. İş materiallarında olan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/03 nömrəli protokolundan görünür ki, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,1709 ha torpaq sahəsi ilə birlikdə 195,8 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası tələbkar “xxxx” ASC tərəfinən 205.100 (iki yüz beş min yüz) manata əldə edilmişdir. İş materiallarında olan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/04 nömrəli protokolundan görünür ki, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,0138 ha torpaq sahəsi ilə birlikdə 86,5 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası tələbkar “xxxx” ASC tərəfinən 25.100 (iyirmi beş yüz) manata əldə edilmişdir. İş materiallarında olan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/05 nömrəli protokolundan görünür ki, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsi ilə birlikdə 2871,6 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə tələbkar “xxxx” ASC tərəfinən 690.100(altı yüz doxsan min yüz) manata əldə edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh1 firması İddiaçı ASC-yə 105484-1-2617/1 saylı, 31.05.2012-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 19.05.2020-ci il tarixinə olan borcu 212.657,25 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, 12.12.2019-cu il tarixli, 1444p saylı pretenziya məktubları İddiaçı ASC tərəfindən Cavabdeh1 firmasına, Cavabdeh4, Cavabdeh2 MMC-yə və Cavabdeh3 göndərilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 16 dekabr 2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan iddia müddətinin tətbiqinə dair ərizələrdən görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 və Cavabdeh3 nümayəndəsi və vəkili X4 məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi tələbinə dair iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı “kommersiya kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetlərinə yönəldilməsi” barədə iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, sözügedən iddia tələbinə dair iş Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyalarında baxılaraq Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/02, 76/03, 76/04, 76/05 saylı protokollardan, Cavabdeh1 firmasının cari hesab çıxarışından, həmçinin İddiaçı ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 tərəfindən tam icra olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2014-cü il tarixli, 2(102)-1671/14 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-870/2013 saylı iş üzrə 14.11.2013cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-944/2013 saylı, 22.07.2013-cü il tarixli icra vərəqəsinə, Lənkəran rayon icra şöbəsinin 1341/04 saylı, 04.08.2014-cü il tarixli sifariş məktubuna və İddiaçı ASC-nin müvafiq məktubu əsasında Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,30 ha torpaq sahəsi ilə birlikdə 183,3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,1709 ha torpaq sahəsi ilə birlikdə 195,8 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası, Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,0138 ha torpaq sahəsi ilə birlikdə 86,5 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası və Cavabdeh3 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsi ilə birlikdə 2871,6 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə satılması üçün açıq hərraca çıxarılmış və hərracın yekunları barədə 08 sentyabr 2014-cü il tarixli, 76/02, 76/03, 76/04, 76/05 saylı protokollara əsasən qeyd olunan daşınmaz əmlaklar İddiaçı ASC tərəfindən əldə olunmuşdur. Göründüyü kimi cavabdehlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2014-cü il tarixli, 2(102)-1671/14 saylı qərarının icrası qaydasında əmlakların açıq hərracdan satışına və onun tələbkara verilməsinə hər hansı maneə törətməmiş, nəticədə İddiaçı ASC ona təklif olunan əmlakları təhvil götürməklə müvafiq icra proseduru başa çatdırılmış və qətnamə tam icra olunmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə almaqla hesab edir ki, ipoteka predmetlərinin satışı hesabına borcun ödənilməsinə şərait yaradan cavabdehlər, sonradan qətnamənin onların təqsiri olmadan gec icra edilməsinə istinadən Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı tələbi Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya və kassasiya şikayətlərinə baxıldığı dövr üçün hesabladığı faizlərlə bağlıdır. Hansı ki, cavabdehlərin birinci instansiya məhkəməsinin qərarlarından yuxarı və kassasiya instansiyası məhkəmələrinə şikayət vermək onların konstitusion hüququdur və heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bu isə o deməkdir ki, cavabdehlər Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan mülki-hüquqi məsuliyyət tədbirinə məruz qala bilməzlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı madəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 402.-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 4-cü maddəsinin birinci hissəsinə görə məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Bu qanunla belə qaydanın müəyyənləşdirilməsi ədalət mühakiməsində iştirak edən şəxslərin birinci instansiya məhkəmələrinin aktlarından şikayət vermək hüququnu təmin etməklə yanaşı, onların qanuniliyi və əsaslığının apelyasiya və kassasiya instansiyaları vasitəsilə yoxlanılmasına yönəlmişdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və toplama kimi bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24.12.2014-cü il tarixli qərarında göstərilir ki, Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbi bu əsasla da rədd edilməlidir. İşə əlavə edilən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh3 və Cavabdeh3 nümayəndəsi və vəkili X1 məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, iddia müddətini tətbiq etməklə iddiadan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbi Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsinin icrasından yaranan tələblə bağlıdır və bu tələb kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranan mübahisələrə tətbiq edilməli olan iddia müddətindən fərqləndirilməlidir. Belə ki, hazırki tələb üzrə öhdəlik kredit müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyindən bu cür iddialara Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən 3 illik iddia müddəti yox, həmin Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, 10 illik iddia müddəti uyğun tələb üçün xüsusi müddət təyin edilmədiyi hallarda tətbiq edilir. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi 10.09.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı “kommersiya kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetlərinə yönəldilməsi” barədə iddia tələbi üzrə Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli, 2(049)-944/2013 saylı qətnaməsi tam icra olunduğundan, cavabdehlərin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması, o cümlədən iddiaçının vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğu iş materialları ilə sübuta yetirilmədiyindən iddiaçının pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən hesablanmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlər Cavabdeh1 firması, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 firmasına, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-637/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-637/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver