Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-657/2025 22.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9000 manat borc pulu, həmçinin gecikdirilmiş pul vəsaitinə hesablanmış faiz 3639,12 manat, ödənilmiş 128 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Qəzli kəndində yaşayan Cavabdeh2 2 il öncə İddiaçı 9.000 manat pul istəyərək iddiaçı ilə şərikli heyvan saxlayacağını bildirmişdir. İddiaçı da bu ünvanla Cavabdeh2 ilə razılaşıb 22360 manatlıq 180 baş qoyun alıb Ağamoğlanın Qəzli kəndində yerləşən fermer təsərrüfatına aparmışdır. Cavabdeh2 özü təsərrüfat işləri ilə məşqul olurdu, iddiaçı isə maliyyə hissəsini təmin edirdi. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 təsərrüfatdan əldə olunan gəliri tək götürüb xərcləyirmiş. Bu ünvanla heyvanların sayı azalmağa başlamışdır. 2022-ci ilin may ayında iddiaçı fermada saxlanılan heyvanları Cavabdeh2 şəxsi işləri üçün satıb xərclədiyindən xəbər tutmuşdur və bu səbəblərə görə iddiaçı Cavabdeh2 ayrılmaq qərarına gəlmişdir. İddiaçı cavabdehlərlə birlikdə onlarda olan hesab kitablarını üzləşdirilmiş və nəticədə məlum olmuşdur ki, cavabdehlərin iddiaçıya 13000 manat qalıq borcu var. Bundan sonra 2023-cü ilin avqust ayınadək ümumilkdə cavabdehlərdən biri Cavabdeh1 iddiaçıya 13000 manat borcdan 4000 manat pul qaytarılmış, nəticədə cavabdehlər iddiaçıya 9000 manat məbləğində borclu qalmışdırlar. Cavabdehlər iddiaçı qarşısında öhdəliklər götürərək qısa müddətdə qalıq tərəflər arasında yaranmış pul mübahisəsinə görə iddaçı DİN-nin “102” qaynar xətt xidmətinə şikayət etmiş, həmin şikayət üzrə Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yuxarıda qeyd edilən faktlar öz təsdiqini taparaq müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya 9000 manat pul borcu var. Lakin həmin faktları inkar etmədən cavabdehlər müxtəlif bəhanələr edərək qəsdən qalıq 9000 manat borcu ödəməkdən yayınmışdırlar.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf olaraq cavabdeh tərəfindən 4000 manat ödənildiyini qəbul edirlər. Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan da göründüyü kimi cavabdehlər borcunu etiraf etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 bildirdi ki, hazırki iş üzrə iddianı qəbul etmirlər. ilkin olaraq iddiaçı ilə Cavabdeh2 atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişlər. Mirzə Nuriyevin vəfatından sonra iddiaçı ilə Cavabdeh2 aralarında razılaşmışlar ki, heyvanların alınıb saxlanmasının maliyyə xərcini iddiaçı çəksin, cavabdeh isə heyvanlara qulluq göstərməklə saxlanmasını təmin etsin. İddiaçı ilə Cavabdeh2 heyvanların birgə saxlanmasına son qoyduqdan sonra Cavabdeh2 fermada qalan heyvanlara görə iddiaçıya olan borcunun 12000 manat olması barədə şifahi razılaşmışlar. Həmin borcun 4000 manatını Cavabdeh2 qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödəmiş, 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxmışdır. Hal-hazırda Cavabdeh2 iddiaçıya olan borcu 700 manat təşkil edir. O, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədi və bildirdi ki, onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçının ona borcu vardır. İddiaçı ilə ayrılanda onun iddiaçıya 5350 manat borcu olmuş, 4000 manat qardaşı Fərid vasitəsilə iddiaçıya vermiş, qalıq borcu 1350 manat təşkil etmişdir. İddiaçı tərəfindən “çoban pulu” kimi ona aylıq 400 manat pul ödənilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda onun ifadəsi düzgün qeyd edilməyib, həmin vaxt o, bildirmişdir ki, onun iddiaçıya deyil, əksinə iddiaçının ona borcu vardır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmədi və bildirdi ki, onun qardaşı Cavabdeh2 ilə iddiaçının arasında olanlarla əlaqəsi olmamış, sonradan məlumatı olmuş, o, qardaşının verdiyi 4000 manat pulu iddiaçıya vermişdir. O, qardaşı Ağamoğlanın iddiaçıya 12335 manat borcunun olması ilə əvvəllər razılaşmış, lakin sonradan bilmişdir ki, qardaşının iddiaçıya borcu yoxdur, əksinə iddiaçının qardaşına borcu vardır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
10. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
11. Cavabdeh2 iddiaya dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qardaşı Cavabdeh1 qarşı “pul tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 12:05-ə təxirə salınmışdır. Belə ki, Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatları var. Həmin ferma atası Mirzə Nuriyevə məxsus olmuşdur. İddiaçıla 2021-ci ildə mərhum atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişlər. Ümumilikdə İddiaçı fermaya ilk dəfə 100 baş qoyun alıb gətirmişdir. O, həmin sürüyə çobanlıq etmişdir. 2022-ci ilin mart ayında atası dünyasını dəyişdiyindən Fuadla o yenidən qalan qoyunlarını hesab edib birlikdə işləməyə başlamışlar. 12 iyul 2022-ci il tarixdə fermada 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu qalmışdır. Həmin 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu onun çəkdiyi xərclər üçün fermada qalmışdır. Qardaşı Cavabdeh1 onun xəbəri olmadan, qoyunları Fuad özünün olmuşu kim qeyd edərək, qardaşı Fəriddən həmin qoyunların pulunu istəmişdir. Qardaşı Fərid isə bu qoyunları onun çəkdiyi xərclərin və zəhmətin qarşılığında qalmasını bilməmişdir. Qardaşına yaxınlaşaraq hədə qorxu gələrək və ona qarşı ölümlə hədələyib başına oyun açacağını bildirmişdir. Əlavə olaraq qardaşına bildirib ki, 15000 min pul verib başına oyun gətirər. Fuad atamla həmin ərazini 5000 manat müqavilində heyvanlarını saxlamaq üçün götürmüşdür. Həmin puldan 2500 manatını vermiş, qalıq qalan 2500 manatını isə qaytarmamışdır. Belə ki, Fuada heyvanların saxlaması üçün yeri pulu olaraq 1 il müddətinə 3000 manata razılaşmışlar. Bundan sonra 180 dənə qoyuna baxmağı üçün Fuad ona cəmi 4800 manat verəcəyini boyun almışdır. Əlavə olaraq 223 dənə qoyun gətirmiş və bunun da 2 ay saxlanması üçün ayı 600 manat olmaqla cəmi 1200 manata razılaşmışlar. Heyvanların qorunması üçün orada çobanlıq etdiyi dövrdə öz itlərinin qidalanması üçün fermaya 700 manat xərc çəkmişdir. Bundan başqa xırda para xərclə olmuşdur ki, taksi ilə fermaya gəlib getməsi ora müxtəlif yemlər alınması üçün çəkyidi xərclə 1100 manat olmuş, əlavə çəkdiyi xərc 1370 manat olmuşdur. Çünki o olmadığı müddətdə yerinə adam çıxmış və həmin pulu ona xərc çəkmişdir. Ondan 350 manat bir qoç almışdır. Ondan 300 manat ödəmiş və 50 manat qalıq qalmışdır. Cəmi hesablamala görə İddiaçı ona 14720 manat borcu qalmaqdadır. Onun oraya gəlib-getməyini, heyvanlara yaxşı baxmağını və oradan gələn gəlirdən onun xeyrinə qalmamağını hətta itlərin qidalanması üçün onun öz vəsati hesabına pul xərcləməyini məhkəməyə dəvət edəcək şahidləri təsdiq edə bilərlər. İddiaçı isə ona qarşı qərəzli iddia qaldırmaq niyyəti odur ki, onu özünə borclu saxlasın və o ona qul kimi fermada işləyib. Fuadın iddiası ilə əsassızdır. Onun fermada olan qoyunlardan doğulmuş quzuları sataraq əsassız olaraq varlanmış və onun guya ona şərik olmasını əsas gətirərkən belə bu halları onun iştirakı olmadan etmiş və onu bu barədə xəbərdar etməmişdir. Halbuki işləri qurarkən onu özünə guya şərik kimi göstərmişdir. Verdiyi vədlərə əməl etməmişdir. Göründüyü kimi, aralarında hər hansı bir alqı-satqı və ya borc müqaviləsi bağlanmamışdır. Onun isə ondan götürdüyü heyvanları şərik olaraq saxlamaq məqsədi ilə götürmüşdür. Ona görə də hazırki qətnamə hüququnun pozulmasına gətirib çıxaracaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunmasına dair qərarda olan izahatda Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən izahatı alınarkən bəzi müdəallar qeyd edilməmişdir. Atasına Fuadın borcu olması və onun Fuadla arasında hər hansı bir icarə müqaviləsi və ya borc müqaviləsi olması öz təsdiqini tapmamışdır. İddiaçı pulun verilməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə iddiaçının təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. AR MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. İddiaçının əvvəlki iddiası birinci instansiya məhkəməsi olan Sabirabad Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9000 manat borc hesabına pulun, həmçinin gecikdirilmiş pul vəsaitinə görə hesablanmış faiz borcu hesabına 3693,12 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəvzində 128 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkməməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9000 (doqquz min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat pul olmaqla, cəmi 9080 (doqquz min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Halbuki, qardaşının ünvanına heç bir bildiriş və məlumat verilməmiş, qardaşının iştirakı olmadan məhkəmə qətnamə qət etmişdir. O isə həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1578/2024 saylı qərardadına əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsi ləğv olunmuş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki iddiaçı əsassız olaraq iddia tələbinin həcmini artıraraq 9000 manat və 3639,12 manat faiz məbləği, ödənilmiş 128 manat dövlət rüsumunu ondan tələb edir. Halbuki İddiaçı bank deyil ki, ondan əlavə faiz tutsun, qaldı ki, əsassız borcun tələbin qoysun. Ona görə də İddiaçı ona və qardaşına qarşı qaldırdığı iddia əsassızdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “ M. Bağırovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin xx.xx.2007ci tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasna dair 30 iyul 2007-ci il tarixli qərarında qeyd edilir ki, "mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahari azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə anlayışın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir Belə ki subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar başqa borclu ) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqasından tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların bu tələblə iddia qaldırmaq məqsədi isə ona qərəzli olaraq intiqam almaq fikrindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını , eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun məzmunundan görünür ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını , eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün məhkəməyə müraciət etdikdə məhkəmədə iş başlanılır. Bu halda iddiaçının özünün hər hansı bir hüququ pozulmamışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168-ci maddəsinə əsasən 168.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir. Hakim izah edir ki, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 168.2-ci maddəsinə əsasən mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabirabad Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, poils kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nə müraciət edərək Qəzli kənd sakini Cavabdeh2 2 il öncdən 9 min manat pul alaraq şərikli heyvan saxlayacağını bildirmiş, lakin sonrada Ağamoğlan onu aldatmış vədinə əməl etməyərək onun oulunu ələ keçirməsini bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
14. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan həmçinin görünür ki, Cavabdeh2 izahatında 2022-ci ilin mart ayında atası dünyasını dəyişdiyindən Fuadla o yenidən qalan qoyunlarını hesab edib birlikdə işləməyə başladıqlarını, 12 iyul 2022-ci il tarixdə fermada 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu qaldığını, fermada qalan heyvanlara görə Fuad ilə aralarında olan razılaşmaya əsasən Fuada 1 il ərzində 12000 manat ödəmək barədə öhdəlik götürdüyünü, qoyunları saxladığı zaman 37 ədədinin tələf olduğunu, qardaşı Fərid vasitəsi ilə Fuada 4000 manat ödədiyini, çobanlıq etməsini də nəzərə alıb Fuada 1600 manat borcunun qaldığını hesab etdiyini bildirmişdir.
15. Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan həmçinin görünür ki, Cavabdeh1 izahatında İddiaçıla qardaşı Ağamoğlan atasına məxsus fermer ərazisində şərikli formada qoyun saxlamağa başladıqlarını, həmin qoyunlaraın pulunu ilkin olaraq İddiaçı verdiyini, xx.xx.2022-ci il tarixdə fermada Fuadla Ağamoğlan öz əlllərində olan dəftərlərə əsasən hesab edib ayrılmaq qərarına gəldiklərini, İddiaçı fermaya xərclədiyi pullardan satdığı qoyunların pulunu çıxdıqda qardaşının Fuada 12535 manat borcu olduğu bildirmişdir.
16. Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat pul olmaqla, cəmi 9080 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2(106)-1578/2024 saylı qərardadı ilə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)- 413/2024 saylı qətnaməsi ləğv olunmuş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
18. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırki iş üzrə iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh2 aralarında olan razılaşmaya əsasən İddiaçı 12000 manat borcu olmuş, həmin borcdan 4000 manat qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödəmiş, 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxmışdır. Hal-hazırda Cavabdeh2 iddiaçıya olan 700 manat borcu qalmışdır. İş üzrə Cavabdeh1 cavabdeh ola bilməz və iddia tələbi üzrə cavabdehlik daşıyan şəxs deyildir.
19. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 128 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. -599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində “heyvanların alqı-satqısı müqaviləsi”ndən irəli gələn münasibətlər mövcuddur. Ona görə də, hazırki mübahisə, AR Mülki Məcəlləsinin 29-cu fəsilinin “Heyvanların, quşların və balıqların alğı-satqısı”nı nəzərdə tutuan 2-ci paraqrafın müddəaları nəzərə alınmaqla, əyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilməklə həll edilməlidir.
26. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında ilkin olaraq sahibkarlıq məqsədilə iddiaçının hesabına əldə edilmiş heyvanların Cavabdeh2 tərəfindən sonuncuya müəyyən haqq ödənilməsi müqabilində saxlanması və qulluq göstərilməsi barədə şifahi formada bağlanmış tapşırıq müqaviləsi olmuş, sonradan isə iddiaçının hesabına alınmış heyvanların Cavabdeh2 mülkiyyətinə verilməsi və Cavabdeh2 tərəfindən razılaşdırılmış pul məbləğinin iddiaçıya ödənilməsi barədə şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırki mübahisə məhz şifahi formada bağlanmış “heyvanların alqı-satqı müqaviləsi”ndən irəli gəlir.
27. Hazırki iş üzrə işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf iddia edir ki, cavabdehlər verilən heyvanlara görə iddiaçı qarşısında ödəməyi öhdəsinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmədiyindən, cavabdehlərin iddiaçıya 9000 manat borcu vardır. Cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etməmiş və bildirmişdir ki, onun qardaşı Cavabdeh2 ilə iddiaçının arasında olanlarla onun əlaqəsi olmamışdır. Digər Cavabdeh2 nümayəndəsi isə məhkəməyə təqqdim etdiyi ərizədə Cavabdeh2 aralarında olan razılaşmaya əsasən İddiaçı 12000 manat borcunun olduğunu, həmin borcdan 4000 manatı qardaşı Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödədiyini, 2500 manat cavabdehin icarə haqqına, 4800 manat isə 1 illik əmək haqqı ödənilmədiyindən ona hesablayıb çıxdığını və hazırda Cavabdeh2 iddiaçıya 700 manat borcunun qaldığını göstərmişdir.
28. Məhkəmə yuxarıda göstərilənlərlə əlaqədar qeyd edir ki, hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehlərin iddiaçıya 13000 manat qalıq borcunun olması qeyd olunsa da, bu, iş materialları ilə yalnız Cavabdeh2 münasibətdə və 12000 manat hissədə sübut olunur. Nəzərə alınmalıdır ki, cavabdehlər iddiaçıya olan 12000 manat məbləğində borcdan 4000 manatın Cavabdeh2 tərəfindən qardaşı olan digər Cavabdeh1 vasitəsi ilə iddiaçıya ödənildiyini bildirirlər və iddiaçı tərəf isə öz növbəsində həmin məbləğin ödənildiyini qəbul edir.
29. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçıya ödənilmiş və iddiaçı tərəfin qəbul etdiyi 4000 manatdan başqa, 2500 manatın cavabdehin icarə haqqına, 4800 manatın isə 1 illik əmək haqqı ödənilmədiyindən həmin məbləğə hesablayıb çıxdığını göstərsə də, iddiaçının cavabdehə 2500 manat icarə haqqı borcunun və 4800 əmək haqqı borcunun olması ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdirlər.
30. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə tələb edilən əsas borc üzrə 8000 manat hissədə əsaslıdır.
31. Məhkəmə 9000 manatın Cavabdeh1 da tutulmasına aid hissədə iddianı əsaslı hesab etmir. Ona görə ki, iddiaçı, Cavabdeh1 ilə aralarında hər hansı bir formada müqavilə bağlanmasını və Cavabdeh1 öz üzərinə iddiaçıya hər hansı bir məbləğdə pul ödəmək öhdəliyinin götürməsini təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz.
32. Məhkəmə, iddianın “gecikdirilmiş pul vəsaitinə görə hesablanmış faiz 3639,12 manat məbləğin cavabdedən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassızdır.
33. Belə ki, Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.
Məhkəmə xərcləri:
34. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 28 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh2 8000 (səkkiz min) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 28 (iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev