Məhkəmə qərarları › İş №2-2(121)-76/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-76/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-76/2020 11.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, iddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 46.329,6 manat məbləğində borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 1 il üçün həmin məbləğin 2.316,48 manat məbləğində faizin, dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində xərcin, ümumilikdə 48.677,08 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.443,51 manat məbləğində borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 1 il üçün həmin məbləğin 1.422,17 manat məbləğində faizin, dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində xərcin, ümumilikdə 29.896,68 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən hər iki iddia üzrə işlərin birləşdirilərək, bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçılar İddiaçı MMC və “xxxx” MMC məhkəməyə ərizə göndərərək qeyd etmişdirlər ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyində Cavabdeh şirkətləri tərəfindən təhvil verilmiş malların təhvil alınmasına dair yol-nəqliyyat qaimələrində “təhvil aldım” qrafalarındakı imzaların müxtəlif olması və çox hissəsinin Cavabdeh məxsus olmaması ilə bağlı müvafiq qaydada sənədlərin saxtalaşdırılması və dələduzluq əməllərinin tərkibi olması səbəbindən aidiyyəti üzrə Bakı şəhər Prokurorluğuna cinayət işinin başlanmasına dair şikayət ərizəsi ilə müraciət edilmişdir. Ona görə də, iddia ərizələrinin geri qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyindən və bu əsasla iddia ərizəsi baxılmamış saxlanıldığından, iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və xidmət haqları iddiaçılara aid edilməli, həmçinin məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 251 (127+124) manat iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 251 (iki yüz əlli bir) manat iddiaçılar “xxxx” MMCdən və İddiaçı MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar