Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-811/2020 21.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, iddiaçı Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Biləsuvar rayonu Səmədabad Bələdiyyəsinin Cavabdeh qarşı icarə hüququna xitam verilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xx xxxxxx 2000-ci il tarixli, 04 saylı qərarı ilə davar saxlamaq üçün bələdiyyə fond torpaqlarından icarəyə verilmiş 175 hektar otlaq sahəsi üzərində icarə hüququna xitam verilməsi və xx xxxxxx 2000-ci il tarixli, 12 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Biləsuvar rayonu, Səmədabad Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh pretenziya məktubunun ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə dair qanunvericiliklə müəyyən olunmuş tələblər yerinə yetirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh pretenziya qaydasında (müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin təklif edilməsi ilə bağlı) müraciətin edildiyinə dair iş materiallarında hər-hansı sübut mövcud deyildir. Digər tərəfdən, iddiaçının nümayəndəsi məhkəmə iclasında bələdiyyənin əvvəlki sədri tərəfindən xx xxxxxx 2000-ci il tarixli, 12 saylı icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh məlumatlandırılmasına dair xəbərdarlıq məktubunun göndərilibgöndərilməməsi barədə məlumatının olmadığını, həmçinin o sədr olduqdan sonra bələdiyyə tərəfindən Cavabdeh icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub göndərilmədiyini bildirmiş, o cümlədən Cavabdeh da izahatında bələdiyyə tərəfindən ona pretenziya məktubu göndərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260-cı, 264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı icarə hüququna xitam verilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-811/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-811/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver