Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-840/2020 03.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 2.500,50 manat icra edilməmiş əsas borcun, müddət sonuna hesablanan 45,42 manat faizin, 365,25 manat cərimənin və Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 376,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-1525/2019 saylı qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(086)- 591/2019 saylı qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(106)-78/2019 saylı qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(036)-47/2020 saylı qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qırara alınmışdır. Həm hazırki işin məhkəmə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)- 1525/2019 saylı qərardadında, həm də Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(036)-47/2020 saylı qərardadında məhkəmə tamamilə eyni əsaslara istinad etmişdir – Cavabdeh1 fərdi sahibkardır, kreditin əsas məqsədi sahibkarlığın (maldarlığın) inkişafıdır və mübahisənin xarakteri iqtisadi mübahisədir. Halbuki, ilk dəfə İmişli Rayon Məhkəməsi tərəfindən işin qeyd olunan əsaslarla Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alındıqdan sonra, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları Şirvan Apelyasiya Məhkəməsinə göndərilmiş və Şirvan Apelyasiya Məhkəməsi tərəfindən mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, İmişli Rayon Məhkəməsi tərəfindən mübahisənin xarakterinin iqtisadi mübahisə olması ilə bağlı mövqeyinə yuxarı instansiya məhkəməsi tərəfindən artıq münasibət bildirildiyi halda, həmin iş eyni əsaslarla Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Başqa sözlə, yuxarı instansiya məhkəməsi kimi Şirvan Apelyasiya Məhkəməsi tərəfindən hazırki işin İmişli Rayon Məhkəməsi tərəfindən baxılmalı olması barədə qərardadı qüvvədə olduğu halda, həmin işin Şirvan Kommersiya Məhkəməsində baxılması mülki prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə biləcəyi üçün və məhz bu baxımdan hazırki işin kommersiya mübahisəsi kimi Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmasına dair İmişli Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından, o cümlədən hazırki işin İmişli Rayon Məhkəməsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olduğunu nəqəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.i tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-840/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-840/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver