Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-860/2020 16.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı – borcun ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı – 9831 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 9861 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixində, Lənkəran rayonu 1 saylı notariat kontorunda 3M-378 nömrə ilə diler müqaviləsi, 3M-379 nömrə ilə nisyə alqı-satqı müqaviləsi və həmin müqaviləsi tərkib hissəsi olan qiymət razılaşma protokolu, 3M-380 nömrə ilə ipoteka mqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 75068 manat olan, qiymət razılaşma protokolunda siyahısı qeyd olunan müxtəlif çeşiddə məişət texnikasını götürmüşdür. Cavabdeh müqavilənin şərtlərinə əsasən qəbul etdiyi malın dəyərini fakturada göstərilən vədə tarixində (müqavilənin bağlanma tarixi), lakin 90 təqvim günündən gec olmayaraq Satıcıya ödənilməsini təmin etməlidir. Cavabdeh 44470 manat ödədikdən sonra xx.xx.2018-ci il tarixinədək qalıq məbləğdən heç bir ödəniş etməmişdir. xx.xx.2018-ci il tarixində tərəflər arasında bağlanmış ipoteka müqaviləsi predmeti üzərindəki yüklülük ləğv olunmuş, tərəflər arasında tərtib olunmuş aktda siyahısı qeyd edilən, ümumi dəyəri 20767 manat olan mallar iddiaçıya qaytarılmışdır. Hal hazırda cavabdehin iddiaçı qarşısında 9831 manat qalıq borcu qalmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək qeyd olunan pul məbləğini bu günədək iddiaçıya ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən diler müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında idarəetmə modelinə aid məmulatların alınmasına dair xx.xx.2018-ci il tarixdə diler müqaviləsi bağlanmışdır. Həmin müqavilə qeyd edilən tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 3M- 378 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. İşə əlavə olunan malların nisyə alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə malların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilə göstərilən tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 3M-379 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Bu müqavilə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış diler müqaviləsinə əsasən tərtib edilmişdir. Müqaviləyə əsasən iddiaçı malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilə ilə müəyyən eidlən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, cavabdehin iddiaçıya 30598 manat borcu vardır. Borcun əvəzinə aktda göstərilən malları qeyd olunan qiymətlərlə geri qaytarır. Qalıq məbləği xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürür. Həmin aktda qalıq borcun 9831 manat məbləğində olması göstərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğ(lər)in qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 9831 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 9861 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-860/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-860/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver