Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-882/2020 02.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-nin X1 Təhcizatı və Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nin X1 Təhcizatı və Satışı İdarəsinə (Cavabdeh ASC-nin İmişli RETŞİ-yə) qarşı – cavabdehin 001165 nömrəli, xx.xx.2016-cı il tarixli, ******* nömrəli, xx.xx.2016-cı il tarixli, 086895 nömrəli, xx.xx.2017-ci il tarixli, 111264 nömrəli, xx.xx.2018ci il tarixli, 013089 nömrəli, xx.xx.2018-ci il tarixli, 013318 nömrəli, xx.xx.2018-ci il tarixli, 013746 nömrəli xx.xx.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-472/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin X1 Təhcizatı və Satışı İdarəsinin 001165 nömrəli, xx.xx.2016-cı il tarixli, ******* nömrəli, xx.xx.2016-cı il tarixli, 086895 nömrəli, xx.xx.2017-ci il tarixli, 111264 nömrəli, xx.xx.2018-ci il tarixli, 013089 nömrəli, xx.xx.2018-ci il tarixli, 013318 nömrəli, xx.xx.2018-ci il tarixli, 013746 nömrəli xx.xx.2018-ci il tarixli aktlarının ləğv edilməsi və İddiaçı abonent hesabına əlavə edilmiş borcun silinməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-1136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 2(020)-472/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, aidiyyəti üzrə baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmaqla geri qaytarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmədə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh(lər)in nümayəndəsi isə məhkəmə iclasında iştirak edərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiy(klər)indən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-nin X1 Təhcizatı və Satışı İdarəsinə qarşı – cavabdehin 001165 nömrəli, xx.xx.2016-cı il tarixli, ******* nömrəli, xx.xx.2016-cı il tarixli, 086895 nömrəli, xx.xx.2017-ci il tarixli, 111264 nömrəli, xx.xx.2018-ci il tarixli, 013089 nömrəli, xx.xx.2018-ci il tarixli, 013318 nömrəli, xx.xx.2018-ci il tarixli, 013746 nömrəli xx.xx.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-882/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-882/2020
02.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver