Məhkəmə qərarları › İş №2-2(123)-2/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-2/2020

30.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-2/2020 30.06.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğluSalmanovun sədrliyi, Şirəliyeva Nərmin Zöhrab qızının məhkəmə iclas katibliyi, iddiaçı X10, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi X9 iştirakları ilə İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları olmaqla ümumilikdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəm olaraq 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları ödənilməsi barədə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 16avqust 2017-ci il tarixli iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək ona məxsus olan əmlakların saz vəziyyətdə qaytarılması və ya dəyərinin (250 000 ABŞ dolları məbləğində pulun) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı X21 məhkəməyə ərizə təqdim edərək götürülən mallarına görə 91.600 ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə etdildiyindən qazancının itməsinə görə 200.000 ABŞ dolları, böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 ABŞ dolları maddi və mənəvi təzminat olmaqla ümumilikdə isə tərəflərdən cəmi 391.600 ABŞ dolları tələb etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 verdiyi şifahi vəsatət əsasında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(123)-02/2020 saylı qərardadı ilə iddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları, böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları mənəvi təzminat olmaqla ümumilikdə isə tərəflərdən cəmi 391.600 (üç yüz doxsan bir min altı yüz) ABŞ dolları ödənilməsi barədə iddia tələbi Cavabdeh3 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları hissəsində xitam verilmiş və qanuni qüvvəsin almışdır. Məhkəmə yuxarıda qeyd edilən qərardadı əsas götürərək bundan sonra iddia tələbinə iddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları olmaqla ümumilikdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəm olaraq 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları ödənilməsi barədə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbi həcmində baxlacağını tərəflərin diqqətinə çatdırmışdır. İddiaçı iddia ərizəsində 2006-cı ildə Naxçıvan şəhərində Oba Qroup MMC şirkəti yaradıb rəsmi icarə ilə plastik tullantıların yenidən emalı və su şlanqı istehsalı ilə məşğul olmağa başladığını, 2014-cü ildə istehsal fabrikini Babək rayonunun Qoşadizə kəndində yerləşən xxxx MMC-nin bir böyük anbarını kirayəyə götürüb fabrikin bütün avadanlıqlarını və istehsal edilmiş bütün məhsulları həmin anbara yerləşdirib kirayə üçün hər ay 350 manat pulu həmin anbarın sahibləri Cavabdeh2 və Cavabdeh3 ödəməyə başladığını, həmin istehsalla məşğul olmadığını, yalnız anbar kimi istifadə etdiyini, 2015-ci ildə isə həmin anbarı sex kimi işə salıb lazımi məhsullar istehsal etmək üçün Cavabdeh2 müvafiq dövlət orqanları ilə razılaşdığını, Cavabdeh2 razılıq alaraq orada məhsullar, yəni şlanq və plastik xammal istehsal etməyə başladığını, onun avadanlıqları və anbarda saxladığı hazır məhsullar üçün ona 250000 ABŞ dolları ödəyəcəkləri barədə razılaşdıqlarını, bununla əlaqədar Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə müraciət edib razılıq aldıqlarını, İqtisadi İnkişaf Nazirliyi Cavabdeh2 və Cavabdeh3 pulu verdikdə onun avadanlıqlarının və xammalının ümumi dəyərini, yəni 250000 ABŞ dollarını ona ödəmələri barədə Cavabdeh2la və Cavabdeh3lə razılaşdığını, ona məlum olmayan səbəblərdən İqtisadi İnkişaf Nazirliyi Cavabdeh2 və Cavabdeh3 pul ödəmədiyini, həmin dövrdə onun ailə problemləri ilə bağlı Türkiyə Respublikasına getdiyini, altı ay orda qalmalı olduğunu və Naxçıvana gələ bilmədiyini, altı aydan sonra Naxçıvan şəhərinə gəldiyini və gedib avadanlıqlarına baş çəkmək istədiyini, anbara getdikdə isə əmlakını yığdığı anbarın qapısının sındırılıdığını və tanımadığı şəxslərin oraya yerləşdirdiyi avadanlıqlarını işə salıb istehsalla məşğul olduqlarını gördüyünü, anbara yığdığı 130000 ABŞ dolları dəyərində olan hazır məhsulların da anbarda olmadığını, orada Yusif və Əli ilə görüşdüyünü, Yusif və Əlinin ona həmin ərazini, firmanı və çörək zavodunu Hacı Şəhriyar adlı şəxsə satmağa dövlətin məcbur etdiyini, onun mallarını satmadıqlarını, gedib mallarını anbardan götürə biləcəyini bildirdiklərini, Şəhriyar adlı şəxsin telefon nömrəsini də ona verdiklərini, anbardan mallarını aparmaq istədiyini Şəhriyara telefonla bildirdiyini, Şəhriyarın da ona “Orada olan hər bir şey mənimdir, onların hamısının pulunu ödəmişəm sənə oradan heç bir şey çatmır və istədiyin yerə şikayət edə bilərsən ” dediyini, bununla əlaqədar o yenə də Cavabdeh2la və Cavabdeh3lə görüşdüyünü, onların da “Şəhriyar düz demir. Biz yalnız öz əmlakımızı satmışıq, sənin əmlakını satmamışıq” dediklərini , orada olan mallarının hamısını 170000 manata satdıqlarının ona məlum olduğunu, bununla əlaqədar olaraq Türkiyə Respublikasının konsulluğuna müraciət etdiyini, ona ilk dəfə Naxçıvanda məhkəmə orqanlarına müraciət etməyini, lazımi nəticə əldə edə bilməsə onlara və ya digər orqanlara müraciət edə biləcəyini dediklərini, buna görə də əmlakının və ya onun dəyərini məhkəmə vasitəsilə almaq qərarına gəldiyini qeyd edərək ona məxsus olan əmlakların saz vəziyyətdə qaytarılması və ya dəyərinin (250 000 ABŞ dolları məbləğində pulun) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Oba X4 Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi iddia ərizəsinə əlavəsində ona aidəmlakın saz vəziyyətdə qaytarılması ya da dəyərinin yəni 250.000 ABŞ dollarının qaytarılması barədə müraciəti olmasına baxmayaraq şikayətinin avadanlıq hissəsi qaytarıldığını, ancaq 91.600 dollar dəyərindəki şlanqlar və 12180 kq mallar onun icazəsi olmadan oğurluq edilərək başqalarına satıldığını, 2016-cı ildən 2018-ci ilin 10-cu ayına kimi fabrikinin başqaları tərəfindən istifadə edildiyini, bu hadisələr baş verərkən şikayət etməsin deyə ona Naxçıvan rəhbərliyinin tövsiyəsidir deyərək hədə qorxu ilə oğurladıqlarını və əməllərinə yalanlar uydurduqlarını, məsələnin Ali Məcilisə çatdırılandan sonra İqtisadiyyat Məhkəməsindəki yoxlamalardan sonra iddiasının doğru olduğunun sübut olunduğunu, tələbinin ondan oğurlanan malların və ya dəyəri 91.600 dolların geri qaytarılması, ondan icazəsiz 3 il istifadə edilən fabrik və malları üçün 200.000 dollar qazancının itməsinə səbəb olduqları üçün ona qaytarılması, hüquqları tapdalandığı üçün bu günə qədər çox böyük sıxıntılar çəkidiyini maddi və mənəvi travmalar aldığını, sağlamlığına ziyanın vurulması, ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 dollar maddi və mənəvi təzminat olmaq üzrə tərəflərdən toplam 391.600 dollar tələb etdiyini, şlanq sexində baş usta vəzifəsində işləyən Mirzəyev Yaqubun həmin fabrikin bütün işlərinə başçılıq etdiyini, sexin açarının Yaqub Mirzəyevdə olduğunu, 2015-ci ilin sonlarında sexin fəaliyyətinin dayandırıldığını, tətil olduğunu, daha sonra Şəhriyarın adamlarinın sexin gapılarının kilitlərini sındırıb və Yaqub Mirzəyevi çağıraraq sexi aldığını və sexdəki avadanlıqlar və anbardakı malların sayılaraq Yaqub Mirzəyevdən ona ait olan malları bir-bir sayılaraq Cavabdeh1 ve muhasibi Muzəffər kisinin yanında ayri adamla təhvil aldıqlarını, onun malları Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 yəni bu 3 nəfərin arasında yoxa çıxdığını, bu səbəbdən 3 nəfərin bir araya gətirilərək ondan oğurlanan malları və verdikləri ziyanları bəpa etmələrini və onun haqqını hüquqi yolla həll olunmasını, ona vurulmuş olan toplam 391600 dolları ödənilməsi haqqında qərar verilməsini Naxçıvan MR. Kommersiya Məhkəməsindən xahiş etmişdir. İlk iddia ərizəsinə qarşı Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdə etiraz ərizəsi daxil olmuşdur. Əli Əsgərov etiraz ərizəsində iddiaçı X10 2014-cü il tarixdə Babək Rayonu Qoşadizə kəndində yerləşən onun təsisçisi olduğu xxxx MMC-nin ofsinə gəldiyini və görüşdükləri zaman X21 ilə 250000 ABŞ dolları dəyərində əmlakının xxxx MMC-nin anbarında saxlanılması barədə bir razılaşma imzaladığını, bunun müqabilində iddiaçı hər ay olmaqla ayda 350 manat kirayə haqqı ödəməsini öhdəlik götürdüyünü, onun da həmin razılaşmada İqtisadi İnkişaf Nazirliyindən kredit götürən kimi iddiaçının avadanlıqlarının və xammalının ümumi dəyəri, yəni ******* ABŞ dollarını tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü, iddiaçı X22 ilə razılaşdığı kimi X19 Nazirliyindən kredit götürülməsi barədə tam razılıq əldə edilən vaxtda onun barəsində vergi cinayəti ilə bağlı cinayət işi qaldırıldığından İqtisadi İnkişaf Nazirliyi tərəfindən ona kredit verilmədiyini, bundan sonra onu Naxçıvan şəhər İcra hakimiyyətindən çağıraraq həmin təsisçisi olduğu xxxx MMC-nin və onun yerləşdiyi torpaq sahəsi ilə bilikdə bütün əmlakının ondan alınmasına dair 3 saylı notariusda mahiyyətini bilmədiyi bir sənədə imza atdırdıqlarını, bundan sonra onu həmin əraziyə buraxmadıqlarını, onlara anbarda yerləşən bütün avadanlıqlar və xammallar Türkiyə vətəndaşı X14 məxsus olduğunu və ona heç bir aiddiyyatı olmadığını bildirdiyini, həmin vaxtlar iddiaçı Türkiyə Respublikasında olduğundan onunla əlaqə saxlaya bilmədiyini, bir müddətdən sonra iddiaçı Yusif ilə onun yanına gələrək əmlakını tələb etdikdə ona həqiqəti bildirərək yuxarıda qeyd olunan qaydada vəziyyəti izah etdiyini və əmlakının yerini ona bildirərək həmin əmlakı özündə saxlayan Şəhliyar Səfərovun əlaqə telefonunu ona verdiyini, iddiaçı X10 xxxx MMC-nin anbarına yığdığı 250000 ABŞ dolları dəyərində olan bütün avadanlıqları hazırda da digər Cavabdeh1 rəhbəriyi altında həmin anbarda yerləşdiyini, iddiaçı X10 iddia tələbində göstərdiyi ona məxsus əmlakları 170000 manata satmağa dair dəlilərə etiraz etdiyini, iddiaçıya məxsus heç bir əmlakın onun tərəfindən satılmadığını və heç kəsə hədiyyə verilmədiyini, habelə əvəzində pul alınmadığını, həmin əmlaklar, avadanlıqlar və xammallar hal-hazırda da Cavabdeh1 rəhbərliyi altında iddiaçının özü tərəfindən yerləşdirdiyi həmin anbarda saxlanıldığını, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh2 Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə ünvanladığı xx xxx 2020-ci il tarixli ərizədə iddiaçı X10 ona və digər cavabdehlərə qarşı iddia tələbi ilə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona məxsus əmlakın saz vəziyyətdə qaytarılması və ya dəyərinin, yəni 250000 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini, sonradan iddiaçı X10 ona və digər cavabdehlərə qarşı iddia ərizəsinə əlavə edərək yaşadıqları üçün 100.000 dollar maddi və mənəvi təzminat olmaq üzrə tərəflərdən toplam 391.600 dollar iddia tələbi irəli sürdüyünü, həmin iddia ərizəsinə əlavənin ona göndərildiyini və ərizə ilə tanış olduğunu, iddiaçı X21 iddia ərizəsinin əsaslandırıcı hissəsində qeyd etdiyi kimi 2014-cü il tarixdə Babək rayonu Qoşadizə kəndində yerləşən onun təsisçisi olduğu xxxx MMC-nin ofsinə gəlmiş və onların görüşüzamanı onunla iddiaçı X21 arasında onun 250.000 ABŞ dolları dəyərində əmlakının xxxx MMC-nin anbarında saxlanılması barədə bir razılaşma imzaladığını, bunun müqabilində iddiaçı hər ay olmaqla ayda 350 manat kirayə haqqı ödəməsini öhdəlik götürdüyünü, onun da həmin razılaşmada İqtisadi İnkişaf Nazirliyindən kredit götürən kimi iddiaçının avadanlıqlarının və xammalının ümumi dəyəri, yəni ******* ABŞ dollarını tam şəkildə ödəcəyi barədə öhdəlik götürdüyünü, o iddiaçı X21 ilə razılaşdığı kimi X19 Nazirliyindən kredit götürülməsi barədə tam razılıq əldə edilən vaxtda onun barəsində vergi cinayəti ilə bağlı cinayət işi qaldırıldığından İqtisadi İnkişaf Nazirliyi tərəfindən ona kredit verilmədiyini, bundan sonra onu Naxçıvan şəhər İcra hakimiyyətindən çağıraraq həmin təsisçisi olduğu xxxx MMC-nin və onun yerləşdiyi torpaq sahəsi ilə bilikdə bütün əmlakının ondan alınmasına dair 3 saylı notariusda mahiyyətini bilmədiyi bir sənədə imza atdırdıqlarını, həmin vaxtdan onu həmin əraziyə buraxmadıqlarını, onlara anbarda yerləşən bütün avadanlıqların və xammalların Türkiyə vətəndaşı X14 məxsus olduğunu və ona heç bir aiddiyyatı olmadığını bildirdiyini, həmin vaxtları iddiaçı Türkiyə Respublikasında olduğundan onunla əlaqə saxlaya bilmədiyini, bir müddətdən sonra iddiaçı Yusiflə onun yanına gələrək əmlakını tələb etdikdə ona həqiqəti bildirdiyini və vəziyyəti izah etdiyini, əmlakının yerini ona bildirərək həmin əmlakı özündə saxlayan Cavabdeh1 əlaqə telefonunu ona verdiyini, iddiaçı X10 xxxx MMC-nin anbarına yığdığı 250000 ABŞ dolları dəyərində olan bütün avadanlıqları hazırda da digər Cavabdeh1 rəhbəriyi altında həmin anbarda yerləşdiyini, əvvəlki məhkəmə baxışında qeyd etdiyini, əvvəlki məhkəmə baxışlarında nümayəndəsi vasitəsi ilə izahatında gösdərdiklərini təsdiq etdiyini, hazırda Bakı şəhərində yaşadığını,məlum Pandemiya (COVİD-19) infeksiyasının yayılması təhlükəsilə bağlı karantin rejimi tətbiq olduğundan üzürlü səbəbdən məhkəmə baxışında iştirakının mümkün olmadığını, ona görədə ərizəsinin nəzərə almaqla məhkəmə baxışlarını onun iştirakı olmadan keçirib müvafiq qətnamə qəbul edilməsini xahiş etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin cavabdehlərdən Cavabdeh2 məhkəməyə xx xxx 2020-ci il tarixli ərizə ünvanlayaraq məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.ci maddəsinə əsasən məhkəmə baxışı iclası cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları olmadan keçirilmişdir. İddiaçı xx xxxxxxxx 2017-ci il və xx xxxxxxxx 2017-ci il tarixlərdə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasları zaman verdiyi izahatlarında dövlətdən istehsalçı şirkəti üçün icazə aldığını, həmin şirkətin, yəni “xxxx” MMC-nin ona məxsus olduğunu, “xxxx” MMC-nin 2006-cı il tarixdən fəaliyyət göstərdiyini, plastik tullantıları yenidən emal və şlanq istehsal etdiklərini, 2014-cü ilə kimi başqa yerdə fəaliyyət göstərdiyini, daha sonra Cavabdeh2 və Cavabdeh3 məxsus olan, Babək rayonu ərazisində yerləşən “xxxx” MMC-nin anbarını kirayəyə götürdüyünü, anbara görə hər ay 350 manat kirayə haqqı ödədiyini, Kirayə haqqını “xxxx” MMC-nin mühasibi Müzəffər dayıya verdiyini, çox vaxt Əli və Yusif müəllimin “xxxx” MMC-də olmadıqlarını, “xxxx” MMC-ni Müzəffər dayının idarə etdiyini, istehsalı dayandırdığı üçün Əli və Yusif müəllimin ona dəzgahları işə salmasını, onların da icazə almaq üçün İqtisadi İnkişaf nazirliyinə və Standartlaşdırma-Metrologiya və Patent üzrə Dövlət Xidmətinə müraciət edəcəylərini bildirdiklərini, dəzgahları işə saldığını, Əli və Yusif müəllim ilə bir qiymət danışdıqlarını, İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma-Metrologiya və Patent üzrə Dövlət komitəsi gəlib dəzgahlara baxandan sonra, razı qalsaydılar Əli və Yusif müəllimin kredit götürürək dəzgahları ondan alacaqlarını, sonra işləri ilə əlaqədar olaraq 2015-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getdiyini və bir müddət gəlmədiyini, Naxçıvan şəhərinə qayıdandan sonra Əli və Yusif müəllimin işləri dayandığını və “xxxx” MMC-ni Cavabdeh1 satdıqlarını gördüyünü, onun dəzgahlarını başqa adamların işlətdiyini, Hacı Şəhriyara bu dəzgahların onun olduğunu izah etdiyini, lakin Hacı Şəhriyarın bu dəzgahları rəhbərliyin əli ilə aldığını və bir də ora getsə onu tutduracağını bildirdiyini, dövlət rəhbərliyinin adı çəkildiyinə görə dəzgahları tələb etməkdən imtina etdiyini, xarici vətəndaş olduğunu, əgər səs-küy salsa ölkədən xaric ediləcəyini fikirləşdiyini, bir müddət keçəndən sonra dolayısı yolla rəhbərliyə müraciət etdiyini və onlardan dəzgahlarının hansı səbəbdən Cavabdeh1 satıldığını soruşduğunu, rəhbərliyin ona heç nədən xəbərləri olmadıqlarını və əmlaklarını məhkəmə yolu ilə Cavabdeh1 tələb etməyi bildirdiyini, onun da məcbur qalıb, məhkəməyə müraciət etdiyini, məhkəmə işi icraata qəbul etməsəydi özünü yandıracağını, əmlaklarını heç kimə satmadığını, əmlaklarına Cavabdeh1 yiyələndiyini, rəhbərliyin adı çəkildiyinə görə əmlaklarını Cavabdeh1 tələb edə bilmədiyini, dəzgahlarının qiymətinin 120000 ABŞ dolları olduğunu, dəzgahların pasportları və qiymətləri barədə onda sənədlər olduğunu, ona məxsus olan dəzgahların bugünkü gündə 2 ton xammal istehsal etmək gücü olduğunu, bu dəzgahların da 2 ilə yaxındır ki, Cavabdeh1 tərəfindən işlədildiyini, bunun da 700 ton etdiyini, təqribən hər tonda 1000 manat gəlir olduğunu, dəzgahlar 2 il müddətində Cavabdeh1 700000 manat qazanc verdiyini, dəzgahların işləməsi ilə bağlı şahidləri olduğunu, həmin şəxslərin əvvəllər onun yanında işlədiklərini, indi isə onların Hacı Şəhriyarın yanında işlədiklərini, həmin şəxslərin adlarının X28, Şahid2 və Şahid1 Muxtar oğlu olduğunu, Müzəffər dayıya əvvəllər 350 manat kirayə haqqı verdiyini, bu gün də Müzəffər dayının orada işlədiyini, “xxxx” MMC-də istehsalla məşğul olan dövrdə sexin işıq və qaz pulunu ödədiyini qeyd etmişdir. İddiaçı nümayəndəsi X16 xx xxxxxxxx 2017-ci tarixdə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Ali Obanın nümayəndəsi olduğunu, Ali Obanın maddi imkanı olmadığına görə vəkil kimi müqavilə bağlamadıqlarını, Ali Oba evlənməmişdən əvvəl subay olandan onu tanıdığını, Ali Obanın atasını da, anasını da tanıdığını, hətta Ali Oba evlənəndə onu elçiliyə apardıqlarını, Ali Oba düzgün adam olduğunu, iddia ərizəsini özü yazdığını, Ali obanın imzaladığını, Ali Obanın əmlaklarının cavabdehlər tərəfindən qaytarılmalı olduğunu və əldən çıxmış qazancın da ödənilməli olduğunu, iddia tələbini müdafiə etdiyini, iddianın təmin edilməsini xahiş etdiyini qeyd etmişdir. İddiaçı Oba X4 Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında əvvəlki məhkəmə baxışlarında Cavabdeh2da, Cavabdeh3də, Cavabdeh1da da onun iddiasını qəbul etdiklərini, sadəcə mallarının harda olduğu məlum olmadığı üçün belə bir müraciət etdiyini, amma Yaqub Mirzəyevin izahatının çox şeyi dəyişdiyini, xx xxxxxx 2017-ci il tarixli İnzibati- İqtisadi məhkəmənin qərarında həm makinlarının, həm də mallarının olduğunu tərəflərin də qəbul etdiyinin qeyd edildiyini, iddiasının doğruluğunu sübut etdiyini, sadəcə ortada itən malının olduğunu, malların Şəhriyara təhvil verildiyini, Şəhriyarın dediyi hər şeyin yalan çıxdığını, rəsmi müsadirə olmadığını, Ekologiya Nazirliyi malı götürmədiyini, artıq burda işin Şəhriyarın üzərinə düşdüyünü, ona rəhbərliyin adını verdiklərindən susduğunu, o vaxt işləmək üçün icaze verilməsinə görə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdiyini, çünki Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikat verməsə işləyə bilməyəcəyini, Cavabdeh1 orda işləmək üçün icazə alsa da onun orada işləyə bilmədiyini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçilərinin gəlib sexi möhürlədiyini, buna görə məcbur qalıb gecə saat 3 də işlədiyini, ancaq onda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçilərinin gəlib işləməyə qoymadıqlarını, gecə orda işlədiklərini, Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin işçilərinə Cavabdeh1 dediyini, O avadanlıqları sertifikat ala bilsəydi avadanlıqları satmayacağını, ona sertifat verilmədiyindən satdığını, hazır fabrikinin olduğunu və işlədiyini, bu işlər belə olmasaydı işlədəcəyini, ona verilmədiyi halda Yusif Babyevə sertifikat verildiyini, sertifikat verilmədiyindən məcbur qalıb avadanlıqları satdığını, Cavabdeh2 verdiyi izahatında makinaları 250.000 dollara almağı qəbul etdiyini, bütün sistemi öz büdcəsinə görə hazırladığını, birdən-birə mallarının itdiyindən, makinaları aldıqdan sonra onları işlətmək üçün sərmayə lazım olduğundan və sərmayənin də orda qaldığından maddi və mənəvi sıxıntılar çəkdiyini, maddi sıxıntıları görə yoldaşının onu boşadığını, burda bir adamın fabriki əldən alınması onun hörmətinin itdiyinin demək olduğunu, heç kimin fabrikini burdan çıxmaya icazə vermədiklərini ancaq burdakı sexini rəhbərliyin icazəsi ilə Bakı şəhərinə aparan yeganə insan olduğunu, indi anbara qoyduğu avadanlıqları işlətməyə sərmaye lazım olduğunu, əgər bu hadisə olmasaydı makinalarını Bakı şəhərinə aparıb orada makinalarını işlədərək pul qazanacağını və xammalı öz dəyərinə satacağını, bu çətinlikləri də yaşamayacağını, sexin bağlı olduğunu bildiyini, yoldan keçəndə sexin qapısının açıq olduğunu və sexin işlədiyini gördüyünü, sexi Yusif və Yaqubun işlətdiyini gördüyünü, onlara hirslənib getdiyini, sonra Şəhriyar zəng vurub ona “sən kimsən mənim torpağıma girirsən sən kimsən mənim işçilərimi narahat edirsən, sən birdə ora gəlsən deyəcəm səni rəhbərliyə şikayət etsinlər.” dediyini, sonradan rəhbərliyin xəbəri olmadığını bildiyini, həmçinin o vaxtları uşaqlarının ona görə sıxıntı yaşamasını istəmədiyini, çünki o zaman Əli Ələgərovun ətrafındakıların hamısının burdan qovalandıqlarını, itmiş malları barəsində ona zərər dəydiyini, bu hadisələrə görə öz hörmətini itirdiyini, bu hadisələrdən sonra yaranan maddi sıxıntılara görə boşandığını, arvadının onu məhkəməyə verib boşadığını, əsas olaraqda maddi sıxıntıları və o sıxıntılara görə evdəki narahatçlıqları qoyduğunu, mənəvi təzminata dair sübut olaraq boşanma sənədlərini gətirə biləcəyini, ona oranı verəndə kira almayacaqlarını onun sadəcə vergi ödəyəcəyini bildirdiklərini, bu səbəbdən də Gəmiqayanin yataxanasının yanındaki sexdən çıxdığını amma 5 ildən sonra gələrək oranın kirasının aylıq on beş min ABŞ dolları olduğunu və səkkiz yüz min ABŞ dolları pul verəcəyini bildirdiklərini, onun da hər şeyini sataraq beş yüz min ABŞ dolları pul verdiyini, 15 gün keçdikdən sonra da Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bir milyon ABŞ dolları da onlara verəcəyini bildirdiklərini, Antalyada olan evini satdığını, makinalarını gətirib onların oraya yığdığını, sonra hər şeyi hazırlayıb icazə almaq üçün Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə getdiyini amma ona sertifikat icazəsinin olmadığının deyildiyini, onun da avadanlıqları məcbur qalıb Əli Ələgərovgilə satdığını, sexi işlətdiyi müddətdə qaz, su, elektrik enerjisi və vergi ödədiyinə aid qəbzlərinin olmadığını, şlanqların barəsində araşdırma apardığını, geridə qalan şlanqları satmaq istəyəndə tikinti materialları satanların hamısıyla danışdığını onların “Cavabdeh3lə, Cavabdeh1 bizə gəliblər və o şlanqların bir qismini almışıq” dediklərini, Çalxanqalda tikinti materialları satanlardan şlanq ehtiyac olduğunu soruşanda “Biz topdan və ucuz şlanq almışıq” dediklərini, mallar Şəhriyar təvil aldığını və qorxutmaq üçün Dövlət Təhlükəsizlik Nazliyinin müsadirə etdiyini dediyini, Dövlət Təhlükəsizlik naziri ilə görüşdüyünü və ona onların müsadirələrinin rəsmi qaydada olduğunu, bu barədə heç belə bir yazışmalarının olmadığının deyildiyini, həmin vaxt Faiq Heydərova telefon etdiklərini ancaq Faiq Heydərovun telefonu açmadığını, ona Faiq Heydərovun onlara sorğu göndərməsini dediklərini, onun da bunu Faiq Heydərova dediyini, Ekologiya Nazirliyinə də sorğu verildiyini, Ekologiya Nazirliyi müsadirə olmadığını dediklərini qeyd etmişdir. İddiaçı Oba X4 Muxtar Respublikasının Kommersiya Məhkəməsində 16 iyun 2020ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında hər hansı bir iş yerinin rəhbəri dəyişirsə həmin iş yerini kim alırsa oraya öz inandıqları adamlarını yerləşdirir,ancaq bu sexin rəhbərinin dəyişməsinə baxmayaraq eyni kadrların çörək sexində də, şlanq sexində də işlədiyini, Cavabdeh3 və Cavabdeh1 şərik olduğunu, məhkəmə prosesində mallarının itdiyinin sübut edə bildiyini amma bu işi Cavabdeh3 elədiyini sübut edə bilmədiyini, Şahid2 onlarla işlədiyinə görə onların tərəfini tutduğunu, sexə zəng vurub maraqlandığını ona “Müzəffər xəstələndiyindən orda işləmir ancaq Bəxtiyar orda işləyir” dediklərini, Şahid2 da malın satılıb pulunun isə mühasibə verildiyini təsdiq etdiyini, mühasibədə tapşırığı verən Cavabdeh1 olduğunu, Cavabdeh3 etdiyini sübut edə bilmədikdən sonra onun bu üç nəfərin bir araya gətirilməsi üçün Ali Məhkəməyə müraciət etdiyini, Cavabdeh2 və Cavabdeh3 malı Cavabdeh1 verdiklərini dediklərini, Cavabdeh1 isə ora gələndə malın olduğunu amma daha sonra müsadirə olduğunu və Ekologiya Nazirliyinin malı apardığını dediyini, belə olduğu zaman Ekologiya Nazirliyinə müraciət etdiklərini, Ekologiya Nazirliyinində malı aparmadığını bildirdiyini, Cavabdeh1 yalan dediyinin sübut olunduğunu, əvvəlki məhkəmə proseslərində də Yaqub Mizəyevin malları oraya buraxıb getdiklərini və işə başlayanda həmin malın, həmin avadanlıqların və həmin şlanqların öz yerində dururduqlarını dediyini, malları satanın Cavabdeh1 və Cavabdeh3 olduğunu, orda 1000 topdan cox şlanqının olduğunu ancaq ordan 300 top şlanq götürdüyünü, qalan 700 topdan cox şlanqı götürmədiyini və götürmədikləri şlanqlarını istədiyini qeyd etmişdir. İddiaçı Oba X4 Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx xxxx 2020ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Məhkəmənin suallarına cavabında onun Cavabdeh2la və ya Cavabdeh3lə aralarında heç bir icarə müqaviləsi bağlamadıqlarını, 91.600 ABŞ dolları dəyərində mallarının oğurlanmasına dair əlavə sübutlarının olmadığını, 100.000 ABŞ dolları maddi və mənəvi təzminata dair tətəbi ilə bağlı sübutunu yəni boşanmasına dair qətnaməni məhkəməyə təqdim etdiyini, bundan başqa əlavə sübutunun olmadığını, 200.000 ABŞ dollara dair tələbinə aid sübutları da əvvəlki məhkəmə proseslərində təqdim etdiyini və əlavə sübutunun olmadığını, xammalın (stadionun oturacaqları) 8 ton deyil, 12 t, 120 kq olduğunu, orada 12 t 120 kq xammal olmasına dair əvvəlki sübutlar və şahid ifadələrindən başqa əlavə sübutunun olmadığını, 6000 manat deyil 6500 manat borcunun Cavabdeh3 aid olmadığını, Oba Qrub MMC-nin xxxx MMC-yə 6500 manat borcu olduğunu, 2016-ci ildən sonra istehsal üçün icazə almadığını amma “xxxx MMC”-nin istehsal üçün icazə aldığını, evinin ehtiyaclarını qarşılıya bilməyi üçün maddi və mənəvi problemlər yarandığını buna görə də boşandığını, indi üç uşağını da görə bilmədiyini, stres keçirdiyini, bunun da ailəsinə təsir etdiyini, ailəsinin onun üçün dəyərli olduğunu və ailəsini itirdiyini, sağlamlığı ilə bağlı həkim sənədini də təqdim edə biləcəyini, ürəyinin damarının partladığını, Cavabdeh2la onun xx xxxxxx 2018-ci il tarixli sənədlə öhdəlik götürdüklərini, həmin sənədin notariusda təsdiq olunmadığını, aralarında razılaşdıqlarını, qaralama düşən tarixin isə 2014-cü il olduğunu, sənədin verildiyi vaxt tarixin səhv yazıldığını, onun da həmin tarixi düzəltmələrini istədiyini, bu səbəbdən də qaralama düşdüyünü, plastik fabrikinin avadanlıqlarının Cavabdeh2 satılması üçün həmin tarixdə razılıq əldə olduğundan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı məktubda da plastik fabrikini 2013-cü ildə satmasını qeyd etdiyini, bir il sonra o Türkiyə Respublikasına gedəndə ona bu razılaşmaya dair sənəd yazılıb verilməsini tələb etdiyini, bu sənədi də kimə versə razılaşdıqları pulun həmin şəxsə veriləcəyini, 6-7 nəfərin şahidliyi ilə şlanqların sayılması və götürülməsi barədə akt tərtib edildiyini, hər topda 100 metr şlanq olduğunu, 2007-ci ildə Gəmiqayanın fəhlə yataqxanasının arxasında obyekti qurduğunu, bu zaman obyekti 250.000 ABŞ dollar olaraq qiymətləndirdiyini, 2013-cü və 2018-ci illərdə də obyekti eyni xərclərlə qiymətləndirdiyini, heç kimsəyə amortaziya xərcləri hesablanması üçün müraciət etmədiyini, sadəcə moderinləşdirmə aparıldığını, makinaların daha da moderinləşdirildiyini, sistemlərin daha da dijital olduğunu, daha az enerji istifadə edilən sistemlər olduğunu, 2007-ci ildən qabaq obyektin Bakıda heç işləmədiyni, obyektin orda qurulduğunu, hər şeyin hazır olduğunu, açılış ediləcəyini, ancaq orda fabrik açacağı barədə rəhbərliyin xəbər aldığını, ona gəl obyekti Naxçıvanda aç dediklərini, onun da obyekti Naxçıvana gətirdiyini, 91.600 ABŞ dollarını xammal və şlanqlar üçün istədiyini, təqribi 700 top şlanqının olmadığını, fəaliyyətini bir neçə dəfə dayandırsa da Gəmiqayanın fəhlə yataqxanasının yanındaki obyektdən çıxanda ordan beş tır mal çıxartdığını, makinalarının istehsal səviyyəsinin yüksək olduğunu, istehsal edilən şlanqlar satılmayanda isə anbara yığdıqlarını qeyd etmişdir. Cavabdeh3 xx xxxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Əli Oba ilə 10 ildən artıq yoldaşlıq münasibətlərinin olduğunu, sonra bu münasibətlərin dostluq əlaqələri ilə əvəz olunduğunu, 2013-2014-cü illərdə Əli Oba avadanlıqlarını qoymaq üçün ona müraciət etdiyini, ona böyürdə bağlı bir yer verdiyini, Əli Obanın avadanlıqlarını oraya yerləşdirdiyini, həmin yerdə Əli Obanın hansı avadanlıqlarının olduğunu və qiymətlərinin neçə olduğunu Əli Obanın özünün bildiyini, bu barədə heç nə bilmədiyini, “xxxx” MMC-nin direktoru olduğunu, lakin Cavabdeh2 ilə yarı-yarıya işlədiklərini, Əlli-əlliyə paylarının olduğunu, 20 ay bundan əvvəl öz payını notarius vasitəsi ilə Cavabdeh1 bağışladığını, Bakı şəhərinə getdiyini, Bakı şəhərinə gedəndə Əli Obanın yerinin bağlı olduğunu, onun sadəcə olaraq Əli Obaya yer verdiyini, verdiyi 350 manat kirayə haqqını da gah verib, gah da vermədiyini, bu barədə qəbzin də olmadığını, Əli Oba ilə arasında imzalı heç bir sənəd olmadığını, işini qurub və işləməsi üçün Əli Obaya dost kimi köməklik etdiyini, öz payını Hacı Şəhriyara bağışlayıb, Bakı şəhərinə getdikdən sonra nələr baş verdiyindən xəbəri olmadığını, öz payını Cavabdeh1 2016-cı ilin yanvar ayı bağışladığını, Cavabdeh2 da öz payını Hacı Şəhriyara bağışladığını, Hacı Şəhriyarın həmin avadanlıqların Əli Obaya aid olduğunu əvvəldən bildiyini, Əli Obanın avadanlıqları yerləşən anbarın onların bağışladıqları payın içərisində olduğunu, anbarın çörək sexinin yanında yerləşdiyini, Onların Bakı şəhərində olanda avadanlıqların Əli Obaya aid olduqlarını Hacı Şəhriyara bildirdiklərini, lakin Hacı Şəhriyar onlara “Mənə deyiblər ki, mülk avadanlıqlar ilə birlikdə sənindir” dediklərini qeyd etmişdir. Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Bakı şəhərində yaşadığını, sözügedən müssisədən əlavə digər müəssisələrinin də olduğunu, uzun müddət Cavabdeh2, Cavabdeh3 və Ali Oba ilə çörək kəsdiyini,“xxxx”MMC bağlanandan ay yarım sonra rayon rəhbərliyi tərəfindən ona zəng edilərək ona, belə bir obyekt olduğunu və həmin obyekti neçə il işlədiklərini, dövlətin vergisini, işıq və qaz pulunu ödəmədiklərini, borclarının ödənilməsi üçün satışa çıxarıldığını, onun da Cavabdeh3 zəng etdiyini və belə bir məsələ olduğunu bildirdiyini, ona belə bir təklif edildiyini, əgər razlıqları varsa, halallıq verirlərsə obyektlərini almaq istədiyini bildirdiyini, Cavabdeh3 dediklərinin Cavabdeh2 da çatdırmasını bildirdiyini,Cavabdeh3 1 saatdan sonra ona zəng edərək “böyük məmnuniyyətlə razıyıq, başqasına verincə sən götür” dediyini, birinci gün birinci reys ilə Bakı şəhərindən Naxçıvan şəhərinə gəldiyini və rayon rəhbərliyi iə görüşdüyünü rəhbərliyin ona “xxxx” MMC veriləcəyini onun həmin yeri işlədəcəyini dediklərini “xxxx” MMC-nin ona verilməsində iştirak etmədiyini, necə verildiyini Əli və Yusif müəllim bildiyini, onun həmin vaxt Babək Rayon İcra başçısının müavini X3 “Sabah bir nəfər gəlsə ki, mənim burda dəzgahlarım var, onda mən nə edim? sualını verdiyini, Əbdülhüseyn müəllimin ona “xxxx” MMC-də olan hər bir şey sənə verilir, gələcəkdə səndən heç kim, heç nə iddia və tələb edə bilməz dediyini, Əbdülhüseyn müəllim hal-hazırda sağ olduğunu, yaşadığını, ondan soruşa bilinəcəyini, “xxxx” MMC ona veriləndə icra hakimiyyəti başçısının müavini Əbdülhüseyn müəllim və icra nümayəndəsinin də iştirak etdiklərini, onun notariat kontoruna getdiyini və qol çəkdiyini, sonra sənədlər hazırlanaraq ona çıxarış verildiyini, notariat əməliyyatlarını Naxçıvan Şəhər 3 saylı Dövlət Notariat Kontorunda apardıqlarını, notariat kontorundan onlara heç bir müqavilə verilmədiyini, ona yalnız çıxarış və texniki pasport verildiyini, “xxxx” MMC ona veriləndə orada yerləşən dəzgahların Ali Obaya aid olduğunu bildiyini, “xxxx” MMC dövlət mülkiyyətində olmadığını, özəl mülkiyyət olduğunu,“xxxx” MMC-ni 100000 manata aldığını, Bakı şəhərində olanda ona zəng edərək MTN-nin əməkdaşlarının obyektdə yoxlama apardıqlarını bildirdiklərini, həmin gün gecə Naxçıvana gəldiyini, Cavabdeh2 həmin vaxt tutduqlarını, Cavabdeh2 qardaşı Vəli müəllimin nazir işlədiyi dövrdə MTN-nin əmlaklarını obyektə yerləşən anbarlara yığdığını, həmin anbarlarda ətirdən tutmuş, dilə gətirilməyən əşyalar olduğunu, MTN-nin əməkdaşları 3 sutka oradan hər bir şeyi daşıyıb apardıqlarını, onların heç nəyə qarışacaqlarının olmadığını, avadanlıqları qaytarmağa etirazı olmadığını, dəzgahları işlətdiyi 2 ay müddətində pul qazanmadığını, şlanq satılmadığını hamının bildiyini, çünki “Cahan Holdinqinin şlanq istehsal edən zavodu olduğunu və Muxtar Respublikaya şlanqı onların satdıqlarını qeyd etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 xx xxxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında həqiqətən də İddiaçı 2014-cü ildə “xxxx” MMC-nin ofisinə gəldiyini və Cavabdeh2 ilə dəyəri 250000 ABŞ dolları olan əmlakının “xxxx” MMC-nin anbarında saxlanılması üçün razılaşma imzaladıqlarını, bunun qarşılığında Əli Oba hər ay 350 manat kirayə haqqı ödəməsini öhdəsinə götürdüyünü, Cavabdeh2 isə İqtisadi İnkişaf Nazirliyindən kredit götürən kimi Əli Obadan həmin avadanlıqları 250000 ABŞ dollarına alacağını öhdəsinə götürdüyünü, İqtisadi İnkişaf Nazirliyindən kredit götürülən ərəfədə Əli Əsgərova vergi cinayəti qaldırıldığını ona görə də İqdisadi İnkişaf Nazirliyindən ona kredit verilmədiyini, Əli Obanın “xxxx” MMC-nin anbarına yığdığı 250000 ABŞ dolları dəyərində olan bütün avadanlıqların hal-hazırda Cavabdeh1 rəhbərliyi altında olan həmin anbarda yerləşdiyini, Əli Obanın 170000 ABŞ dollarına əmlaklarını Ələsgərova satmağı barədə iddia ərizəsində göstərdiyi dəlillərə etiraz etdiyini, Əli Obaya məxsus olan heç bir əmlakın Cavabdeh2 tərəfindən satılmadığını və heç kimə hədiyyə verilmədiyini, habelə əvəzində pul alınmadığını, həmin əmlakların Cavabdeh1 rəhbərliyi altında olan “xxxx” MMC-nin anbarında saxlanıldığını, iddia tələbinin Cavabdeh2 olan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini qeyd etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, 2013-cü ildən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 şərik olduğu “xxxx” MMC-nin anbarında avadanlıqlarını yerləşdirdiyini, sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “İqtisadiyyat Nazirliyinin tullantılardan yenidən istehsalat layihəsi”nə qoşulmaq üçün həmin avadanlıqları ondan iki yüz əlli min dollara satın almağa razılaşdıqlarını və dövlətdən də beş yüz min dollar kredit borcu götürmək üçün müraciət etdiklərini, Dövlət orqanlarından nümunə üçün edilən istehsalatın standartlara uyğun olarsa, dövlətin beş yüz min dollar kredit borcu verəcəyinə dair cavab gəldiyini, dövlətin beş yüz min dollar kredit borcu verdikdən sonra, onların da ona iki yüz əlli min dollar verəcəkləri barəsində aralarında razılaşdıqlarını, sistemi qurduğunu, nümunələr hazırladığını, həmin nümunələr standartlara uyğun olduğu üçün “xxxx” MMC adına sertifikatlar alındığını, İqtisadi İnkişaf Nazirliyi tərəfindən beş yüz min dollar kredit borcu hazırlandığını amma Cavabdeh3 və Cavabdeh2 başqa problemləri olduğu üçün həmin krediti ala bilmədiklərini və onu pulunu da vermədiklərini, 2017-ci ildə səhhətindəki problemlərlə əlaqədar Türkiyə Respublikasında olduğunu, oradan gələndən sonra onun avadanlıqlarının başqalarının işlətdiyini, həmçinin ona məxsus xammalın da yerində olmadığını gördüyünü, həmin vaxt Cavabdeh2 həbsdə olduğu üçün Cavabdeh3 “Mənim mallarım haradadır” deyə soruşduğunu, Cavabdeh3 də ona “Yanlış anlaşılma var, sakit ol, sənin mallarını verəcəyik” dediyini, həmin söhbətin üstündən 6-7 ay müddət keçdiyini, hələ də onun mallarından bir xəbər çıxmadığını, Naxçıvan Muxtar Respublikasının İnzibati-iqtisadi Məhkəməsinə müraciət etdiyini, məhkəmə baxışında hər kəs malların ona məxsus olduğunu və iddiasının doğru olduğunu qəbul etdiyini, məhkəmədə barışıq sazişi təklif olunduğunu, onun da iddiası təmin olunmasını, mallarının qaytarılmasını, onda barışacağını dediyini, onların barışıq sazişi imzaladığını və həmin saziş üçün yazdığı ərizədə əmlaklarının qaytarılmasını bildirdiyini, sonra şlanqların olduğu anbara getdiyini, qapısının açıq olduğunu, həmin şlanqları saydığını və dörd yüz otuz top şlanq olduğunu amma iddiasına görə orada min topdan çox şlanq olduğunu, həmin vaxt Cavabdeh3 malları Ekologiya Nazirliyi tərəfindən müsadirə edildiyini dediyini, Ekologiya Nazirliyinə sorğu verildiyini və Ekologiya Nazirliyi onun mallarını müsadirə etmədiyinə dair cavab verildiyini, Cavabdeh3 ona yalan dediyini bildiyini, sonra o Cavabdeh3 qarşı iddia qaldırmaq üçün Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini və ona “Cavabdeh3 artıq vergi ödəyicisi deyil, ona görə də siz Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməlisiniz” deyildiyini, Naxçıvan Şəhər Məhkəməsində də ona, bu işə Naxçıvan Muxtar Respublikasının İnzibati-iqtisadi Məhkəməsində baxılmalı olduğunun bildirildiyini, iki məhkəmə arasında mübahisə yarandığı üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət etdiyini və Cavabdeh3 qarşı qaldırdığı iddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılması üçün qərar çıxarıldığını, mallarının itdiyini sübut edə bilmədiyini, əmlakının üç nəfərin yəni, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında itdiyini qeyd edərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçı X42 vətəndaşı olduğu üçün onun adına sertifikat verilmədiyini, sertifikatın Cavabdeh3 adına verildiyini, Cavabdeh3 adına verilən həmin sertifikatın bir ay sonra qüvvəsini itirdiyini,Cavabdeh3 malları yox, təkcə özünə məxsus olan obyekti satdığını, iddianı qəbul etmədiyini verdiyi vəsatətlərdə fikirlərini bildirdiyini, həmin məsələlərlə bağlı yekun qərarda bir nəticə bildirilməsini, müvəkkilinə münasibətdə eyni predmet barəsində, eyni əsasla işə baxıldığını, kifayət qədər sübutların araşdırıldığını, şahidlərin dindirildiyini və nəticə verildiyini, həmin işin nəticəsində qəbul edilən qətnamələrdə yazılanlardan başqa əlavə fikrinin olmadığını qeyd edib iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçının əmlaklarının yerləşdiyini iddia etdiyi müəssisənin həmin dövrdə Cavabdeh2 dövlətə vergi borcu olduğu üçün onunla bağlı cinayət işi qaldırıldığını, bunun hamıya məlum olan fakt olduğunu, bundan başqa həmin müəssisədə yoxlamalar aparılan zaman qazın, işığın və suyun sayğacdan kənar istifadəsi nəticəsində dövlətə ziyan vurulduğunun aşkar edildiyini, bundan sonra həmin müəssisə Hacı Şəhriyarın mülkiyyətinə verildiyini, həmin müəssisə Hacı Şəhriyara satılarkən ona müəssisədə başqa şəxsə məxsus əmlakların olduğunun deyilmədiyini, Hacı Şəhriyarla bağlanılan müqavilədə əmlaklarla bağlı heç bir şərt qoyulmadığını, lakin Hacı Şəhriyar həmin müəssisə üzərində öz mülkiyyət hüququnu əldə etdikdən sonra təbii olaraq içindəki əmlaklardan da öz mülkiyyəti kimi istifadə etdiyini, iddiaçı Ali Oba həmin müəssisədə avadanlıqlarının, əmlaklarının olması, onların geri qaytarılması barədə iddia qaldırdığını, həmin məhkəmə iclaslarında müvəkkili Şəhriyarın humanistlik etdiyini və onlar arasında saziş imzalandığını, həmin sazişə görə Ali Obaya məxsus avadanlıqların ona geri qaytarıldığını, X30 həmin müəssisəni bir il müddətinə kirayə haqqı almadan Ali Obanın istifadəsinə verdiyini, lakin buna baxmayaraq, Ali Oba iddia etdiyi əmlakları Şəhriyardan da tələb etdiyini, amma həmin əmlakların Şəhriyarda olmadığını, X46 gedərkən əmlakları anbardarı Yaqub Mirzəyevə təhvil verdiyini, X30 həmin müəssisəni mülkiyyətinə keçirdikdən sonra da Yaqub Mirzəyevin orada işləməyə davam etdiyini, Ali Obanın iki yüz əlli min dollar məbləğində iddia qaldırdığını amma onun Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddiada müvəkkili Cavabdeh1 yüz iyirmi beş min dollar dəyərində olan avadanlıqlarını geri qaytardığını qeyd edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilən X28 xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibatiiqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Cavabdeh1 məxsus olan və dəzgahların yerləşdiyi obyektdə usta işlədiyini, 10 ildən artıq həmin yerdə usta işlədiyini, ilk əvvəl İddiaçı yanında işlədiyini, bu ilin mart ayından isə Xəyal adlı şəxs ilə işlədiyini, Xəyaldan sonra isə Hacı Şəhriyar ilə işlədiyini,“xxxxMMC”-nin Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh1 bağışlanmasından məlumatı olmadığını, plastik boru istehsal edən dəzgahları su donduğuna görə qış aylarında dayandırdıqlarını, X53 Respublikasına gedəndən sonra Xəyal ona zəng edərək plastik boru istehsal edən sexi Hacı Şəhriyardan kirayəyə götürdüyünü, sexi işlədəcəyini bildirdiyini, Xəyalın ona sexi kirayəyə götürdüyünü dediyini, ondan qazanc əldə edə biləcəyini soruşduğunu, onun isə satış olacaqsa işlədə biləcəyini və əgər satışı olayacaqsa bu işə girmə dediyini, Xəyalla üç ay işlədiyini, satış olmadığından sexi bağladıqlarını, Ali Obanın kirayə üçün 300 manat pul ödədiyini, Xəyalın Naxçıvan şəhərində yaşadığını, Xəyalın sexi 2 ay işlətdiyini, 3-cü ay işlədə bilmədiyini, xeyir etmir dediyini, İddiaçı ilə işləyəndə dəzgahlarda nasazlıqlar olduğunu, dəzgahların soyutma sisteminin tamamilə çürüdüyünü, sonradan sistemi və bəzi çarxları yenisi ilə əvəz etdiklərini, hal-hazırda dəzgahların əvvəlkindən saz vəziyyətdə olduğunu, Xəyala sexi qeyri-rəsmi olaraq kirayəyə verdiyini, kirayə müqaviləsinin qeyrirəsmi olduğunu qeyd etmişdir. Şahid qismində dindirilən Şahid2 xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibati-iqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində “xxxx” MMC-də 2011-ci ildən fəhlə işlədiyini, əvvəllər İddiaçı yanında işlədiyini, Ali Oba ilə 2015-ci ilədək işlədiyini, Ali Oba gedəndən sonra isə Cavabdeh1 yanında işlədiyini, İddiaçı hansı səbəbdən Türkiyə Respublikasına getdiyindən məlumatı olmadığını, haliyədə dəzgahların əvvəlkindən saz vəziyyətdə olduğunu, Ali Obanın vaxtında dəzgahlarda nasazlıqların olduğunu, dəzgahlar saatda 40-50 kq xammal istehsal etdiyini qeyd etmişdir. Şahid qismində dindirilən Şahid1 xx xxxxxxx 2017-ci il tarixdə Naxçıvan MR İnzibati-iqtisadi Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində 2009-cu ildən MMC-də mühasib vəzifəsində işlədiyini, haliyədə də həmin müəssisədə işlədiyini, Ali Obanın indiyə kimi 1 manat da olsun kirayə haqqı ödəmədiyini, mühasibatlığa hərdən bir 300 manat verildiyini, Ali Oba kirayə haqqı, işıq və qaz pulu üçün ümumi olaraq ayda 300 manat ödədiyini, onu da işıq və qaz pulu üçün ödədiklərini, Ali Obanın vaxtında dəzgahlarda nasazlıqlar olduğunu, Ali Oba gedəndən sonra xərc çəkib dəzgahları təmir etdirdiklərini, sexdə olan avadanlıqların Ali Obanın olduğunu, Hacı Şəhriyarın sexi Xəyala kirayəyə verdiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş X28 xx xxxx 2020-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində əvvəllər “Gəmiqaya” Holdinqin yataqxanasının yanındakı anbarda Ali Obanın qurduğu avadanlıqlar ilə işlədiyini, orada şlanq istehsal etdiklərini, həmin yerdə təqribən üç-dörd il işlədiyini, sonra Ali Obanın avadanlıqlarının həmin anbardan çıxarıldığını və Yusif müəllimlə Əli müəllimin obyektinə gətirildiyini, o vaxtdan etibarən həmin obyektdə Ali Obanın qurduğu avadanlıqlar ilə şlanq istehsalında işlədiyini, həmin obyektdə təqribən beş-altı il işlədiyini, şlanq istehsalında işlədiyi müddətdə həmişə havalar soyuyanda qış aylarında soyutma sistemi işləmədiyi üçün işlərin dayandığını, havalar isinəndə yenidən işin başladığını, axırıncı dəfə yenə payızın sonu olduğundan, havalar soyuduğundan, həm də şlanq istehsalı üçün mallar qurtardığından havalar isinənə qədər müəssisəni bağladıqlarını, müəssisənin qapısının açarının onda qaldığını, həmin vaxtı X7, ona zəng edərək işləri qurtarıb, müəssisəni bağladığını bildirdiyini, bundan təqribən 4-5 ay sonra, mart ayında Hacı Şəhriyarın çörək sexindən onun telefonuna zəng edib, “Sən şlanq istehsal edilən obyektdə işlətdiyin avadanlıqların adını bilirsən, gəl bunların adını de, biz də yazaq” dediyini, onun həmin işlədikləri obyektə gəldiyini və orada Müzəffər əmini, bir də tanımadığı başqa bir adamı gördüyünü, bir-bir bütün makinaların adlarını, şlanqların miqdarını dediyini, onların da yazdıqlarını, sonra oradan getdiyini, 2016-cı ilin sentyabr ayında Xəyalın onu çağırdığını, Xəyalın həmin vaxt o müəssisəni kirayəyə götürdüyünü, ondan buranı işlədə bilibbilməyəcəyini soruşduğunu, Onun da Xəyala satış olsa işlədə biləcəyini bildirdiyini, Xəyalda satış probleminin olmadığını bildirdiyini, orada 3 ay işlədiyini, amma sonradan Xəyalın malları sata bilmədiyini və işi dayandırdığını, Xəyal həmin müəssisəni kirayəyə götürən zaman onun Ali Obaya xəbər vermədiyini, Ali Oba sonradan bu barədə xəbər tutduğunu və ona zəng edərək Xəyal oranı niyə işlətdiyini, onun orada niyə işlədiyini soruşduğunu, onun da pula ehtiyacı olduğunu, ona görə işlədiyini dediyini, həmin telefon danışığından sonra, 2017-ci ilin mart ayına qədər orada işləmədiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş X1 Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində dükanında olanda Bəxtiyar adlı şəxsin ona satmaq üçün şlanq gətirdiyini, onun da şlanqa ehtiyacı olduğundan aldığını, Bəxtiyardan təxmini 3 və ya 4 dəfə şlanq aldığını, Bəxtiyarın satıcı olduğunu, tükanları dolaşıb su şlanqı satıdığını, bir dəfə yenə Bəxtiyara zəng vurub ona şlanq lazım olduğunu dediyini, Bəxtiyarında ona ordan çıxdığını dediyini, onun da necə edəcəyini soruşduğunu, Bəxtiyarında ona Ali Obanın nömrəsini verdiyini, bundan sonrada şlanqı iki dəfə də Ali Obadan aldığını, şlanqı Ali Obadan birinci dəfə 2018-ci ilin may ayında aldığını, 2018-ci ilin may ayında Naxçıvanda Bakıya getdiyini, ordanda həmin gün Qazaxıstana gedəcəyini, hava limanında Ali Oba ilə əlaqə saxlayaraq ona şlanq göndərməyini istədiyini, Ali Obanın da nisiyə vermədiyini bildirdiyini, Ali Obaya ondan bir neçə dəfə də mal götürdüyünü dediyini, Əli Obanında razılaşdığını, Qazaxıstana getdikdən sonra evi ilə əlaqə saxladığını, evdən ona bir qazel şlang gəldiyini dediklərini, bir qazeldə təxmini 33 top şlanq götürdüyünü, Qazaxıstandan qayıtdıqdan sonra Ali Obaya pulunu “Park AVM”-də verdiyini, 2018-ci ilin may ayından əvvəl 3 və ya 4 dəfə Bəxtiyardan şlanq aldığını, Bəxtiyarın şlanqları gətirdiyi qazelin narıncı rəngdə olduğunu, Bəxtiyarla şlanq alış-verişlərinin təxmini bir il və ya bir ilə yaxın müddət davam etdiyini, Bəxtiyarın ona şlanqları hardan gətirdiyini demədiyini, Bəxtiyar şlanqları satdığını kiməsə deməməyini ondan tələb etmədiyini, Bəxtiyarın şlanqları Ali Obadan gizli gətiribgətirmədiyini bilmədiyini, Ali Obanın şlanqları Bəxtiyardan beş qəpik ucuz verdiyini, Ali Oba öz nömrəsini və şlanqlarıı kimdən aldığını soruşmadığını qeyd etdərək ifadəsini bitirmişdir. Şahid qismində dindirilmiş İmanov X8 Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində X43 Şəhriyarı heç görmədiyini, görsə belə tanıyıb-tanımadığını bilmədiyini, sexdə 5 il işlədiyini, işlədiyi müddət ərzində Cavabdeh3 bir dəfə də gəlib içəri girib nə istehsal etdiklərini soruşmadığını, amma Cavabdeh2 hər şeylə maraqlandığını, sexi Ali Oba və Cavabdeh2 şərik işlətdiyini, istehsal etdikləri şlanqları Ali Obanın satdığını, Ali Obanın aqresiv adam olduğunu, sexdə olanda daim nalayiq ifadələr işlətdiyini, iş qəzası olduğunu, onun əlini aparatın kəsdiyini, Ali Obadan da onu hava limanı yolunda buraxmasını istədiyini, əlini kürəkənin tikəcəyini dediyini, Ali Obanın isə onu Şəfa xəstəxanasına aparacağını dediyini, onu Şəfa xəstəxanasına apardığını və 20 manat da pul verdiyini, Ali Obanın onunla xəstəxanaya gəlmədiyini, ona “Məni görməsinlər” dediyini, Xəstəxanada əlinə nə olduğunu soruşanda evdə bıçaq kəsdiyini bildirdiyini, bunun səbəbində qanunsuz işləməsi və əmək müqavilələrinin olmaması olduğunu, əlinin kəsildiyi vaxt Ali Obanın maşının arxasında tibbi ləvazimatların olduğunu gördüyünü, onun fikrinin əlinin kəsiyində olduğu üçün Ali Obaya tibbi ləvazimətlər barədə heç nə soruşmadığını, Cavabdeh2 və Ali Obanın MTN-nin durbinlərini sexə gətirdiklərini, durbinləri sexin qabağına qoyduqlarını, onun teleskop və ya durbin olduğunu dəqiq bilmədiyini, 2018-ci ilin axırlarında, ilin qutarmağına təxmini 4 və 5 ay qala mal alaraq aparatlardan istifadə edib şlanq istehsal edib satdıqlarını, Ali Obanın sexdə bir müddət də İran vətəndaşını işlətdiyini, İran vətəndaşının adının Nadir olduğunu, Nadir orda işləyəndə onun da çörək sexində işlədiyini, Ali Obanın sexinində çörək sexi ilə yanbayan olduğundan arada Nadir ilə söhbət etdiklərini, Nadirin qolunun 3 və ya 4 ayın sonunda stonoka düşdüyünü və İrana getdiyini, X44 də əmək haqqını vermədiyini, Ali Obanın onun da iki aylıq əmək haqqını ödəmədiyini, ona 800 manat borcu olduğunu, X47 da dükanı olduğunu, o İrana gedəndə Ali Obanı həmin dükanın satıcısından soruşduğunu satıcı Ali Obanın orda olmadığını dediyini, orda otel olduğunu, sonra X45 gəldiyini və ona yüz min tümen verdiyini, onun da bu pulu əlli manat kimi hesabladığını, indi Ali Obanın ona 750 manat borcu qaldığını, Ali Obanın başqa şəxslərə də borcu olduğunu, X20 da 1100 manat borcu olduğunu, Qoşadizə kəndindən olan sexdə onlarla bərabər işləyən bir nəfərə də borcu olduğunu amma onu verdiyini, Zahar Abdullayevi tanıdığını, Zahara şlanq satdığını amma Ali Obanın şlanqlarını deyil özlərinin istehsal etdiyi şlanqları satdıqlarını, onun satdığı şlanqların Ali Obanın sexdə qalan şlanqları olmadığını, özünün istehsal etdiyi şlanqları satdığını, Ali Obanın şlanqlarının olduğu yerin bağlı olduğunu və ora heç kimin girə bilməyəcəyini, Şəhriyarın onlara arxada şlanqların olduğu yerə orda özgənin malı olduğu üçün getməməyi tapşırdığını, onların da heç arxaya belə keçmədiklərini, bir müddət sexin altı və ya yeddi ay boş qaldığını, ondan sonra Müzəffər dayı onlara zəng vurub Bəxtiyar əgər işlədə bilərsizsə gəlin Yaqubgillə sexi işlədin dediyini, onların gəlib aparatları işə saldıqlarını, malı da özlərinin aldıqlarını, şlanq istehsal etdiklərini, təxmini iki ay və ya iki ay yarım işlədiklərini, Kəngərli rayonunun Çalxanqala kəndinə üç dəfə şlanq apararaq tükana verdiyini, Dükanı işlədənində onun dostu olduğunu, həmin şlanqlara görə də təxmini 4100 manat və ya 5100 manat aldığını, Çalxanqala kəndində dükanı işlədənə Ali Obanın nömrəsini verərək bu şlanqların yaxşı olduğunu bildirdiyini, satdığı şlanqların pulunu gətirib Müzəffər dayıya verdiyini, Müzəffər dayının o pulu özünə götürmədiyini, işçilərə maaş verdiyini, 2011-2016-ci illər orda işlədiyini, 2015-ci ilin qışında sexin soyuq və don olduğundan bağlandığını, sex bağlanana yaxın Ali Obanın o sexə bir dəfə də gəlmədiyini, sexi bağlayıb getdiklərini, havalar isinən zaman gələndə orda Ali Obanın səkkiz ton xammalının (stadionun oturacaqları), şlanqlarının və aparatlarının yerində olduğunu, sonradan Ali Obanın özünün gəlib onları apardığını, niyə ona malları kimin apardığı sualını verdiyini, Ali Obanın səkkiz ton xammalının (stadionun oturacaqları) X48 6000 manat borcu olduğundan Xəyal tərəfindən satılıb pulunun mühasibatlığa Müzəffər dayıya ödədiyini, X54 Yusifə 1500 manat borcu qaldığını, Müzəffər dayının Cavabdeh3 və Cavabdeh2 vaxtında da sexdə işlədiyini, Ali Oba əmək haqqlarını ödəyəndə gəlirinin nə qədər olduğuna dair sənəd təqdim edərək buna görə onlara həmin məbləğdə əmək haqqı ödədiyini demədiyini, Ali Obanın ətir də satdığını, balıqlarını da özünün satdığını, balıq gölündədə işlədiyini, Ali Obanın onu harda gəldi işlətdiyini, balıq gölündən balıq da tutduğunu, ordan tutduğu balıqları Ali Obanın özünün Bakıda satdırdığını, balıq gölündə bir dəfə batdığında onu iplə dartıb çıxardıqlarını bildirərək ifadəsini bitirmişdir. Azərbaycan Respublikası MPM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir). Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası MM-in 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1 -ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İ cild 9-cu vərəqədə xx xxxxxx 2006-cı il tarixli, İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş təsisin qurulması maliyyəti cədvəlinin surətindən görünür ki, alınan aparatların dəyəri 121.100 ABŞ dolları, gömrük vergisi olaraq 9200 ABŞ dolları, şirkətin qurulması və dövlət icazələri 6500 ABŞ dolları, fabrikin işıqlandırılması, işçilərə otaq hazırlığı 6400 ABŞ dolları olmaqla cəm olaraq 143.200 ABŞ dolları xərc çəkildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş İ cild 10-cu vərəqədə xx xxxxxx 2017-ci il tarixli, İddiaçı tərəfindən imzalanməş və möhürlənmiş cədvəlin surətindən görünür ki, fabirikin qurulmasına 143.200 ABŞ dolları, 54400 ABŞ dolları dəyərində hazır malın olduğu, anbardakı şlankların 53205 ABŞ dolları dəyərində olduğu göstərilərək cəm məbləğin 250.805 ABŞ dolları dəyərində olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş İ cild 113-cü vərəqədə olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 hüquqi ünvanı Naxçıvan MR ünvan 3 X11 şirkətinə məxsus olan **********13-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 1411.9 m2 sahəsi olan əmlak kompleksini Cavabdeh1 hədiyyə etdikləri görünməkdədir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********337100 saylı məlumatın təqdim edilməsi barədə arayışdan görünür ki, “xxxx” MMC (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə Bakı Şəhər Vergilər Departamentinin 3 saylı filialında vergi qeydiyyatına alıdığı, xx.xx.2006-cı il tarixdə öz hüquqi ünvanını Naxçıvan şəhərinə dəyişdiyi üçün vergi uçotu Naxçıvan şəhər Vergilər İdarəsinə dəyişdirildiyi, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyətinin bağlı olduğu və hazırda fəaliyyəti aktiv olduğu göstərilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Cavabdeh2 X50 verdiyi öhdəlikdə 1-ci nin İqtisadi İnkişaf Nazirliyindən kredit aldıqdan sonra satın almağı öhdəsinə götürdüyü göstərilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş üzərində SONY CD-R BABEK HORTUM yazıları olan X10 xx.xx.2017 -ci il tarixli və xx.xx.2017-ci il tarixli video görüntülərində su borularının olduğu üç tərəfi təqribən 2 metr hündürlüyündə dəmir barmaqlıqlarla əhatəli və üst hissəsi isə göy rəngli örtüklə örtülmüş, qalan yuxarı hissəsi isə örtülü olmayan bir anbarda çəkiliş apardığı görünməkdədir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-851/2019 saylı qətnaməsi ilə iddiaçı X40 ilə cavabdeh İddiaçı arasında olan nikahın pozulduğu və üç övladlarının iddiaçının yanında saxlanılması qeyd edilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş xx.xx.2020-ci il tarixli X2 adlı şəxsdən 4500 mant dəyərində 20 mm və 25 mm su boruları aldığı qeyd edilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasında Sahibkarlıq adlı jurnalın iki vərəqindən ikincisində “xxxx” Sənaye-X26 Müəssisəsinin fəaliyyət göstərdiyi qeyd edilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş xx.xx.2018-ci il tarixli su borularının topdan satış cədvəlində- 14 mm-0.30 manat, 18 mm-0.45 manat, 25 mm-0.75 manat, 32 mm-0.85 manat, 40 mm-1.25 manat olduğu qeyd edilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2017-ci il tarixli, 190 saylı məktubundan, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(087)-30/2017 saylı qərardadından görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı şlankların cavabdehdən alınaraq özünə qaytarılması tələbinə dair iş üzrə İddiaçı iddiadan imtina edilməsi və işin icraatına xitam verilməsi barədə ərizəsi nəzərə alınaraq işin icraatına xitam verildiyi görünməkdədir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş dörd vərəqədən ibarət ingilis dilində olan və aydın olmayan müqavilə sübut növü kimi təqdim edilmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş dörd vərəqədən ibarət istifadə olunmuş plastik tullantıların yenidən emalı müəssisəsinin biznes planı İddiaçı tərəfindən imzalanmış və “xxxx” MMC-nin möhrü ilə möhürlənmişdir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 14 saylı “xxxx” MMC-nin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlandığı müraciətdə xxxx” MMC-nin 2007-ci ildən Naxçıvan MR-da plastik tullantıların yenidən emalı və plastik şlank istehsalı etməkdə olduqlarını, 2013-cü ildə plastik fabriklərini başqa bir şirkətə satdıqlarını ancaq pullarını ala bilmədikləri üçün 2017-ci ilin oktyabr ayında məhkəmə qərarı ilə geri aldıqlarını, bu günlərdə fabriklərini Naxçıvanda işlətməyə imkan olmadığı üçün Bakı şəhərinə götürmək məcburiyyətində olduğunu, fabrikə aid avadanlıqları və istehsal etdiyi anbardakı malları Bakı şəhərinə göndərilməsinə icazə veriməsi xahiş edilməsi görünməkdədir. İş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş vurulmuş ziyanın qaytarılması barədə aktdan aydın olur ki, xx.xx.2017-ci il tarixdə 3 nəfər fəhlə ilə ona aid 322 ədəd, 32 mm ölçüdə olan şlankları 11:20-dən 14-30-dək öz anbarına aparmış və bu iş üzrə fəhlələrə 60 manat əmək haqqı ödəmişdir. Məhkəmə yuxarıda göstərilənləri qiymətləndirərək iş materiallarına əlavə edilmiş İ cild 9-cu vərəqədə xx xxxxxx 2006-cı il tarixli, İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş təsisin qurulması maliyyəti cədvəlinin surətindən alınan aparatların dəyəri 121.100 ABŞ dolları, Gömrük vergisi olaraq 9200 ABŞ dolları, şirkətin qurulması və dövlət icazələri 6500 ABŞ dolları, fabrikin işıqlandırılması, işçilərə otaq hazırlığı 6400 ABŞ dolları olmaqla cəm olaraq 143.200 ABŞ dolları xərc çəkildiyini, iş materiallarına əlavə edilmiş İ cild 10-cu vərəqədə xx xxxxxx 2017-ci il tarixli, İddiaçı tərəfindən imzalanməş və möhürlənmiş cədvəlin surətindən görünür ki, fabirikin qurulmasına 143.200 ABŞ dolları, 54400 ABŞ dolları dəyərində hazır malın olduğu, 53205 ABŞ dolları dəyərində anabardakı şlankların olduğu göstərilərək cəm məbləğin 250.805 ABŞ dolları dəyərində olduğu göstərilmişdir. Məhkəmə yuxarıda göstərilən bu, iki işə əlavə edilmiş sənədə qiymət verərkən sənədlərin əslinin və təsdiq edilmiş surətinin olmaması və iddiaçının həmin sənədlərin şəxsi tərəfindən imzalaması və möhürləməsini səbəbindən qiymətləndirməyə dair mütəxəssis rəyi olmadığından və başqa sübutlarla təsdiqini tapmadığından sübut növü kimi qiymətləndirməyərək heç bir sübut əhəmiyyəti olmadığı qənaətinə gəlir. Həmçinin xx.xx.2006-cı il tarixli sənədlə xx.xx.2017-ci il tarixli sənəddə aparatların dəyərləri eynilə göstərilmiş və aşınma dəyəri nəzərə alınmadığı görünməkdədir. İddiaçı isə avadanlıqlarda yenilənmə aparıldığı üçün dəyərlərində enmə olmadığını bildirsədə bu barədə sübut təqdim etməmiş bu da Məhkəməni iddiaçının sənədi məhkəməyə təqdim etməyə hazırlayarkən etinasız şəkildə əhəmiyyət verməyərək, prosessual hüquqlarından vicdanla istifadə etmədən hazırlaması qənaətinə vardırır. Məhkəmə iş materiallarına əlavə edilmiş İ cild 11-21-ci vərəqələrində olan avadanlıqların foto şəkillərinə münasibət bildirərkən avadanlıqların iddiaçıya qaytarılmasını və iddia tələbinin dəyişdirilməsini əsas götürərək həmin avadanlıqların foto şəkillərinə qiymət verməməkdədir. Məhkəmə iş materiallarına əlavə edilmiş İ cild 113-cü vərəqədə olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 hüquqi ünvanı Naxçıvan MR ünvan 3 X11 şirkətinə məxsus olan **********13- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 1411.9 m2 sahəsi olan əmlak kompleksini Cavabdeh1 hədiyyə etdikləri göstərildiyinə dair sənədi qiymətləndirərkən və həmin sənədin təsdiq olunmuş surətinə diqqət yetirərkən qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağşlanmanın aparıldığının olduğunu qeyd edir. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********337100 saylı məlumatın təqdim edilməsi barədə arayışda “xxxx” MMC (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə Bakı Şəhər Vergilər Departamentinin 3 saylı filialında vergi qeydiyyatına alıdığı, xx.xx.2006-cı il tarixdə öz hüquqi ünvanını Naxçıvan şəhərinə dəyişdiyi üçün vergi uçotu Naxçıvan şəhər Vergilər İdarəsinə dəyişdirildiyi, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyətinin bağlı olduğu və hazırda fəaliyyəti aktiv olduğuna münasibətdə “xxxx” MMC-nin fəaliiyətindəki, aravermələrin vergi orqanında qeydiyyata alınsa da həqiqətdə olmadığını verilmiş izahatlardan nəzərə alaraq iddiaçının hüquqlarından vicdanla istifadə etmədiyi və vicdanlı tərəf olmadığı qənaətinə vardırır. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Cavabdeh2 X50 verdiyi öhdəlikdə 1-ci nin İqtisadi İnkişaf Nazirliyindən kredit aldıqdan sonra satın almağı öhdəsinə götürdüyü sənədə qiymət verərkən sənədin aşağı hissəsində tarix pozuntusunun olmasını, yazılının əslinin və ya təsdiq edilmiş surətinin verilməməsini və hər bir vətəndaşın azad iradəsinin olduğunu, qanunvericiliklə qadağan olunmadığı təqdirdə istədiyi vətəndaşla aralarında istədiyi müqaviləni və istədiyi öhdəliyi üzərinə götürmək hüququ oluğunu və bu öhdəlik barədə Cavabdeh2 izahatındada bildirməsinin ikisi arasında olan münasibətlərə təsirindən başqa bir sübut xarakteri daşımadığı və bu iş üzrə mötəbərliliyi olmamaqdadır. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş üzərində SONY CD-R BABEK HORTUM yazıları olan X10 xx.xx.2017 -ci il tarixli və xx.xx.2017-ci il tarixli video görüntülərində su borularının olduğu üç tərəfi təqribən 2 metr hündürlüyündə dəmir barmaqlıqlarla əhatəli və üst hissəsi isə göy rəngli örtüklə örtülmüş, qalan yuxarı hissəsi isə örtülü olmayan bir anbarda aparılmış bu sübut kimi təqdim edilmiş videogörüntüyə qiymət verərkən görüntünün harda çəkilməsi barədə məlumatlar olmadığından, iddiaçının səsizcə kimsəylə danışıq aparmadan tək-tənha görüntüləri çəkdiyindən, arada bir görünən bir nəfərdən belə hər hansı bir sorğu-sual, araşdırma və ya dəqiqləşdirmə aparmadan, hansı yerdə çəkilişin aparılmasına dair yəni giriş qapısının, binaya girişin və ya əlavə tikililərin sübut xarakteri olaraq çəkilməsi görüntüləri olmadan və həmin yerin kimə məxsus olduğu bilinməyərək aparıldığından məhkəmə təqdim olunmuş görüntüləri mötəbərlilik baxımından əsaslı saymayaraq iddiaçının iddia etdiklərinin sübutu kimi qəbul edilməz olduğu qənaətindədir. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-851/2019 saylı qətnaməsi ilə iddiaçı X40 ilə cavabdeh İddiaçı arasında olan nikahın pozulduğu və üç övladlarının X29 yanında saxlanılması qeyd edilmiş bu sübutu qiymətləndirərkən, iddiaçının bu sübutu ona vurulmuş maddi və mənəvi zərərin sübutu olaraq təqdim etməsini əlaqəli saymayaraq aralarında olan nikahın uzun illər davam edən Əli Obanın ailəsinə ailə münasibətləri ilə davranmaması, X33 dəfələrlə fiziki və mənəvi şiddətə məruz qoyması, onu söyüb təhqir etməsi, ona xəyanət etməsi, dəfələrlə Əli Obaya xəbərdarlıq etməsinə baxmayaraq Əli Obanın səhvlərini davam etdirdiyini, həmin pis hərəkətlərdən əl çəkmədiyini, bu olanlardan sonra onunla birgə yaşamağın imkansız olduğu səbəbindən aralarında olan nikahları pozulmuş və bu səbəbdən Əli Obanın ailəsinin dağlmasını bu iş üzrə cavabdehlərlə əlaqəli olmadığı qənaətindədir. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş xx.xx.2020-ci il tarixli X2 adlı şəxsdən 4500 mant dəyərində 20 mm və 25 mm su boruları aldığı qeyd edilmişdir. X5 təqdim edilmiş sübutda əl yazısı ilə yazdıqları məhkəmədə verdiyi izahatı ilə tam eynilik daşıdığı görünməkdədir. Məhkəmə iddiaçının əvvəlcədən hazırladığı blankda isə qeyd edilənlər iddiaçının əvvəllər də qeyd etdiyi kimi məsələyə münasibətini bildirməsi kimi qiymətləndirilməkdədir. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasında Sahibkarlıq adlı jurnalın iki vərəqindən ikincisində “xxxx” Sənaye-X26 Müəssisəsinin fəaliyyət göstərdiyinin digər tərəflərin inkarı olmadığından sübuta da ehtiyacı olmadığı anlaşılmaqdadır. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş dörd vərəqədən ibarət sübut növü kimi təqdim edilmiş ingilis dilində olan müqaviləyə münasibət bildirərkən tərəfə, təqdim edilmiş sübutun Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsini təqdim edilməsini təklif etsədə iddiaçı bu təklifi yerinə yetirməmiş bu baxımdan da Məhkəmə həmin sübut kimi təqdim edilmiş vərəqələri qanunvericiliyə uyğun olaraq qiymətləndirməməkdədir. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş dörd vərəqədən ibarət istifadə olunmuş plastik tullantıların yenidən emalı müəssisəsinin İddiaçı tərəfindən imzalanmış və “xxxx” MMC-nin möhrü ilə möhürləndiyi biznes plana qiymət verərkən qanunvericiliyə uyğun olaraq biznes planın sahibkar tərəfindən deyil də İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilərək verildiyini nəzərə alaraq təqdim edilmiş bu sübutun iş üzrə əhəmiyyət kəsb etmədiyi halda təqdim edilməsini nəzərə alaraq iddiaçı tərəfindən prosessual normalardan vicdanla istifadə etmədiyi qənaətinə vardırır. Məhkəmə iş materiallarına xx.xx.2020-ci il tarixdə əlavə edilmiş vurulmuş ziyanın qaytarılması barədə aktdan aydın olur ki, xx.xx.2017-ci il tarixdə 3 nəfər fəhlə ilə Əli Obaya aid 323 ədəd, 32 mm ölçüdə olan şlankları 11:20-dən 14-30-dək öz anbarına aparmış və bu iş üzrə fəhlələrə 60 manat əmək haqqı ödədiyinə münasibət bildirərkən iddiaçının ona aid malları götürməsinə dair sübutun özü tərəfindən verilməsini onun səmimiliyi kimi qiymətləndirməkdədir. Məhkəmə İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları tələbinə və ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları tələbinə münasibətini bildirərkən işin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və sonda həmin mülkün sahibi olmuş Cavabdeh1 ilə aralarında Babək rayonunun Qoşadizə kəndində yerləşən xxxx MMC-nin boş anbarının iddiaçının istifadəsinə verilməsinə dair kirayə (icarə) müqaviləsi bağlanmamış və bu barədə heç bir razılaşma yazılı şəkildə olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının tələbini əsaslandırdığı sübutların tələblə səbəbli əlaqəsinin olmadığı, iddiaçının iddia etdiyi məbləğin iddia edilən malların məbləği ilə belə uzlaşmadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı 1000 top şlankın olduğunu iddia edərək oradan 323 top şlankının aparmağına dair sübutu özü təqdim edərək yerdə 677 top qaldığını güman edərsək və açıq riyazi hesablama yolu ilə cəminin, topu 85 manatdan 57.545 manat etdiyini və 12 ton xammalı isə tonu 260 manatdan 3.120 manat etdiyi nəzərə alarasaq cəminin 60.665 manat etdiyi, lakin iddiaçının 91.600 ABŞ dollarının 155.720 manat etdiyini nəzəri hesablasaq aradakı fərqin 95055 manat etdiyi açıq aydın görünməkdədir. Bu isə iddiaçının güman edilən iddia tələbini kor-təbii olaraq sübutlara və həqiqətə əsaslanmadan verdiyinin bariz nümunəsidir. İddiaçının etiraf etdiyi “xxxx” MMC-yə 6500 manat borcunun olması və xammaların 4500 manata satılaraq “xxxx” MMC-nin mühasibi Müzəffər kişiyə verilməsi isə iddiaçının özünün etirafı və digər sübutlarla təsdiqini tapmışdır. Əsas olan isə iddia edilən 1000 top şlank barədə təqdim etdiyi sübutların yaxından-uzaqdan belə əlaqəli olmamasıdır. Məhkəmə ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları tələbinə münasibətini bildirərkən iddiaçıya məxsus fabrikin olmaması və cavabdehlərin iddiaçıya məxsus fabrik və malların işlədilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim etməməsidir. Əlavə olaraq iddiaçı X21 ərizədə mallarının götürüldüyünü, fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsini qeyd etsə də, öz iddasının əsası kimi istinad etdiyi halları təsdiq edəcək, həmin hallarla birbaşa səbəbliəlaqənin olmasına dəlalət edən hər hansı əsaslı sübut növünü məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehlərin heç biri ilə heç bir zaman, heç bir şərtlərlə müqavilə bağlamadığından cavabdehlərin iddiaçı qarşısında heç bir öhdəlikləri yaranmamışdır. Məhkəmə iddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbinə münasibət bildirərkən iddiaçı ailəsinin dağılmasının cavabdehlər tərəfindən ona vurulan maddi zərər üzündən baş verməsini qabartmağa çalışsada yuxarıda sadalanan qətnamədə verilən izahatlara diqqət yetirərkən Əli Obanın ailəsinə uzun illər davam edən ailə münasibətləri ilə davranmaması, X33 dəfələrlə fiziki və mənəvi şiddətə məruz qoyması, onu söyüb təhqir etməsi, ona xəyanət etməsi, dəfələrlə Əli Obaya xəbərdarlıq etməsinə baxmayaraq Əli Obanın səhvlərini davam etdirdiyini, həmin pis hərəkətlərdən əl çəkmədiyini, bu olanlardan sonra onunla birgə yaşamağın imkansız olduğu səbəbindən aralarında olan nikahları pozulmuş və bu səbəbdən Əli Obanın ailəsinin dağlmasını bu iş üzrə cavabdehlərlə əlaqəli olmadığı qənaətindədir. Yuxarıdada qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və X32 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəaralarında və qanunların yuxarıda sadalanan normalarında müəyyən olunmuş hallar mövcud deyil və eyni zamanda iddiaçı da onun hansı mənəvi sarsıntılar keçirdiyini, hansı mənəvi iztirablara məruz qaldığını və bunların hansı şəraitdə baş verməsinin real olaraq nədən ibarət olmasını izah edə bilməmiş və ona vurulmuş maddi və mənəvi zərərə dair səbəbli və əlaqəli, mötəbər və qənaətedici sübutlar təqdim etməmişdir. Azrəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə İddiaçı iddiasının dəlillərini iş materiallarına və məhkəmədə toplanmış sübutlarla tam, hərtərəfli, obyektiv və əhatəli şəkildə yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri əsassız olduğundan, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216.1, 217, 219 və 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbləri əsassız olduğundan rədd edilsin. İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallarına görə 91.600 ABŞ dolları, ondan fabrik və mallarının icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 ABŞ dolları tələbi barədə iddiası rədd edilsin. İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi tramvalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 ABŞ dolları maddi və mənəvi təzminat tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onu rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar