Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-3/2020 04.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X11 məhkəmə iclas katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyə n etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2019-cu il tarixə “12” oktyabr 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsi üzrə 5909.22 (beş min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat əsas borcun, 1981.02 (bir min doqquz yüz səksən bir manat iki qəpik) manat gecikdirilmiş əsas borcun, 223.80 (iki yüz iyirmi üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcunun, 65.67 (altmış beş manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faiz məbləğlərinin, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 10 (on) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 17000 (on yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH ******* seriyalı, **********31-05101-093005 reyestr saylı, X3 məxsus Naxçıvan MR, Şərur rayonu, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 51 saylı, 6 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 170.71 kv.m ümumi, 111.35 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 8 saylı mənzilə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Şərur rayon filialı və Cavabdeh arasında bağlanmış “12” oktyabr 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsinə əsasən sahibkarlıq məqsədilə bank tərəfindən cavabdehə 11000 (on bir min) manat məbləğində, illik 15% dərəcəsilə 24 ay müddətinə biznes krediti verilmiş, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH ******* seriyalı, **********31-05101- 093005 reyestr saylı, X3 məxsus Naxçıvan MR, Şərur rayonu, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 51 saylı, 6 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 170.71 kv.m ümumi, 111.35 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 8 saylı mənzilin yüklü edilməsini nəzərdə tutan “12” oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi Şərur rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş və xx xxxxxxx 2018-ci il tarixli, MA ******* saylı çıxarışla mənzilin “xxxx” ASC-nin xeyrinə yüklülüyü qeydiyyata alınmışdır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə onun adına kredit reyestrində xx.xx.2019-cu il tarixə 196 gecikmə günü qeydə alınmışdır. Borcun qaytarılması ilə bağlı Cavabdeh dəfələrlə xəbərdarlıq məktubları ünvanlanmış, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş ipoteka qoyana – X2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərilmiş, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilmiş və bildiriş dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən müqavilənin şərtləri borcalan tərəfindən pozulduqda və ya lazımınca yerinə yetirilmədikdə, kreditin əsas məbləği və faiz borclarının ödənilməsi gecikdirildikdə bank öhdəliyin icrasını vaxtından əvvəl tələb edə bilər. Kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən kreditin bütün məbləğinin, əsas borcun, kreditdən istifadəyə görə hesablanmış faizlərin, cərimələrin, borcların yığılması ilə əlaqədar digər xərcləri (məhkəmə, qiymətləndirmə, hərrac və.s) ödəmək borcalanın vəzifəsidir. Kredit müqaviləsinin 15.2-ci bəndinə əsasən müəyyənləşdirilmişdir ki, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacaqdır. İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti bankın borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar bankın digər xərcləri müəyyən müddətə qaytarılmadıqda öhdəliyin ipoteka qoyulmuş əmlak hesabına icrasından ibarətdir. İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixə “12” oktyabr 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsi üzrə 5909.22 (beş min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat əsas borcu, 1981.02 (bir min doqquz yüz səksən bir manat iki qəpik) manat gecikdirilmiş əsas borcu, 223.80 (iki yüz iyirmi üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcu, 65.67 (altmış beş manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat icra edilməmiş kredit borcu öhdəliyi vardır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci, 385.1-ci, 443.1-ci, 445.2.1-ci, 448.1-ci, 448.2ci və 449.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respuiblikası Qanununun 34.1.1-ci və 59.3-cü maddələrinə istinad etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 2(087)-67/2019 saylı qərardadı ilə X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılması, ona məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmuşdur. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq işə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X2iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı tam qəbul edərək (etiraf edərək) “xxxx”dan dəfələrlə kredit götürdüyünü, hər dəfə də həmin borcları vaxtlı-vaxtında, hətta vaxtından tez ödədiyini, axırıncı krediti götürəndən sonra işlərinin yolunda getmədiyini, onun krediti götürdüyünü, qudasınında öz evini ipotekaya qoyduğunu və onların həmin pulu oğluna verdiklərini, oğlunun həmin ərəfədə polis şöbəsində zabit işlədiyini, həmin vaxtlar maaşının da yüksək olduğunu, ona görə də kredit borcunu ödəyə bildiklərini, sonra oğlunun öz ərizəsi əsasında işdən çıxdığını, ondan sonra vəziyyətlərinin biraz pisləşdiyini, həmin vaxtlar onun işlədiyi obyektin ətrafında tikinti işləri getdiyi üçün yolların kəsildiyini, günü-gündən ziyana getdiyini gördüyünü, bugünkü gün bəzi borclulardan təqribən qırx min manat alacağı olduğunu, işdən çıxan oğlunun da İstanbul şəhərində işlədiyini, həm də onlara borcu olan 4-5 ailəyə borcları qaytarmaları üçün nəzarət etdiyini, gəlininində xəstə olduğunu, müalicə aldığını, onun da müalicəsinə müəyyən qədər pul lazım olduğunu, evini ipoteka qoyan qudası Əİiquliyev Allahverdi ilə də dünən danışdığını və kredit borcunu ödəyə bilmələri üçün imkan dairəsində müəyyən vaxt verilməsini fikirləşdiklərini, onun da bu yaxınlarda işlərinin düzələcəyini, maaşının artacağını, may ayından hər ay müəyyən məbləğlər ödəyib, kredit borcunu bağlaya biləcəklərini, həmçinin İğdır vilayətində meyvə bağlarının sahibi olan şəxslərlə də münasibətləri olduğunu, həmin meyvələri onlara göndərdiklərini, onlarında yaz aylarında burda topdan qiymətinə satdıqlarını, bu satışlardan da qazanacaqları gəlirləri hesabına krediti bağlaya biləcəklərini bildirərək ifadəsini bitirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cümaddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə tərəflərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, “xxxx” ASC-nin Şərur rayon filialının müdiri X14 ilə Cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsi bağlanmışdır və həmin müqavilənin predmetini bankın borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə illik 15% dərəcəsi ilə 24 ay müddətinə 11000 (on bir min) manat məbləğində kreditin verilməsini, borcalanın isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, BK1210/07 saylı kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh əsas borcunun məbləği 11000 (on bir min) manat, hesablanmış faizlərlə ümumi məbləği isə 12800.50 (on iki min səkkiz yüz manat əlli qəpik) manatdır. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən məlum olur ki, xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan (X4) mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Şərur şəhəri, Heydər Əliyev prospekti 50A/8 ünvanında yerləşən, ümumi sahəsi 170.71 kv.m, yaşayış sahəsi 111.35 kv.m, yardımçı sahəsi 59.36 kv.m olan 4 otaqlı mənzili) ipoteka saxlayanın (“xxxx” ASC-nin Şərur rayon filialı adından X8) xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş həmin əmlakın “xxxx” ASC-nin xeyrinə yüklülüyünün qeydiyyata alınması iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2018-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxx 2011-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şərur rayonu, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 51 saylı, 6 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 170.71 kv.m ümumi, 111.35 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 8 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 15/1 saylı reyestr kitabının 131 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində doğulmuşdur. Naxçıvan Muxtar Respublikasının ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli, **********450500 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2004-cü il tarixdən Şərur Rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur və son 12 aylıq dövriyyəsi 46500 (qırx altı min beş yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Bankı tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyasının təsdiq olunmuş surətindən məlum olur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2008-ci il tarixində, 252 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 06 saylı ödəniş tapşırığından məlum olur ki, “xxxx” ASC 30 manat məbləğində dövlət rüsumunu Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bank hesabına ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməməsi nəticədə onun adına kredit reyestrində xx.xx.2019-cu il tarixə 196 gecikmə gününün qeydə alınması dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan kredit müqaviləsinin 1-ci bəndinə əsasən bank borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə illik 15% dərəcəsi ilə 24 ay müddətinə 11000 (on bir min) manat məbləğində kreditin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 154 saylı arayışdan məlum olur ki, Cavabdeh iddiaçı “xxxx” ASC-ə olan kredit borcunun məbləği əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu toplanmaqla cəmi öhdəliyi 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsinin təsdiq olunmuş surətinin 8.2-ci bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, həmçinin öhdəliyi icra etməməsi nəticəsində banka dəymiş zərəri və digər zəruri xərcləri ödəmək borcalanın vəzifəsidir. İddiaçı tərəfindən cavabdehin vaxtı keçmiş kredit borcunun yaranması, həmçinin cavabdehdən borcun, ona hesablanmış faizin və cərimələrin ödənilməsinin tələb edilməsi barədə cavabdehin məlumatlandırılması iş materiallarında olan xx xxx 2018-ci il tarixli, 164/001 saylı və xx xxxx 2019-cu il tarixli, 215/001 saylı xəbərdarlıq məktublarının təsdiq olunmuş surətlərindən məlum olur. Həmin xəbərdarlıq məktublarının cavabdehə çatdığını təsdiq edən xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli poçt sənədləri də iş materiallarında öz əksini tapır. İddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin surətinin çatdırılması barədə xx xxxxxx 2019cu il tarixli poçt sənədi də iş materiallarında öz əksini tapır. İddiaçının iddia ərizəsində qeyd etdiyi borcun qaytarılması ilə bağlı Cavabdeh dəfələrlə xəbərdarlıq məktubları ünvanlanması, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirilməsi,xx.xx.2019-cu il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin ipoteka qoyana – X2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərilməsi, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilməsi və bildirişin dövlət qeydiyyatına alınması dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, ipoteka qoyana – X3 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 02/612 saylı “ipoteka predmetinə tutma yönəldilməsi barədə” bildirişin təsdiq olunmuş surəti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması” haqqında xx xxxxxxxx 2019-cu il tarixli, 02/610 saylı ərizənin surəti iş materiallarında mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Belə ki, iş materiallarında mövcud olan ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin elektron bildirişinin surəti “xxxx” ASC tərəfindən göndərilmiş bildirişin qeydiyyata alındığının təsdiqidir. İş materiallarında olan ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Beləliklə, mövcud mübahisədə iddiaçı “xxxx” ASC-nin Cavabdeh borcun tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi əsaslıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin təsdiq olunmuş surətlərindən məlum olur ki, X18 (X5 adından), X9 və X1 şəhəri, Heydər Əliyev prospekti ev 50A, mənzil 8 ünvanında yerləşən X3 məxsus olan yaşayış mənzilini “xxxx” ASC Şərur rayonu Filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduqlarını və ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götükdüklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi barədə iddiası təmin edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə sübut olunur ki, Cavabdeh iddiaçı “xxxx” ASC-ə olan kredit borcunun məbləği əsas borc üzrə 5909.22 (beş min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat, gecikdirilmiş əsas borc üzrə 1981.02 (bir min doqquz yüz səksən bir manat iki qəpik) manat, gecikdirilmiş faiz borcu üzrə 223.80 (iki yüz iyirmi üç manat səksən qəpik) manat, faiz borcu üzrə 65.67 (altmış beş manat altmış yeddi qəpik) manat toplanmaqla cəmi 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat təşkil edir. Beləliklə məhkəmə işin araşdırılan hallarına hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixə xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsi üzrə 5909.22 (beş min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat əsas borc, 1981.02 (bir min doqquz yüz səksən bir manat iki qəpik) manat gecikdirilmiş əsas borc, 223.80 (iki yüz iyirmi üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcu, 65.67 (altmış beş manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faiz məbləğləri, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 10 (on) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları tutularaq bankın xeyrinə ödənilməli, ödənilmədiyi təqdirdə tutma tərəflərin qarşılıqlı razılığı əsasında 17000 (on yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH ******* seriyalı, **********31-05101-093005 reyestr saylı, X3 məxsus Naxçıvan MR, Şərur şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 51 saylı, 6 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 170.71 kv.m ümumi, 111.35 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 8 saylı mənzilə yönəldilməli, bu əmlak açıq hərracda satılmalı, satış pulundan əldə edilən vəsait hesabına kredit borcu ödənilməli, mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslər mənzildən çıxarılmalı, mənzil boşaldılaraq yararlı vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək, xx xxxxxxx 2018-ci il tarixli, 1210/07BK saylı kredit müqaviləsi üzrə 5909.22 (beş min doqquz yüz doqquz manat iyirmi iki qəpik) manat əsas borc, 1981.02 (bir min doqquz yüz səksən bir manat iki qəpik) manat gecikdirilmiş əsas borc, 223.80 (iki yüz iyirmi üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcu, 65.67 (altmış beş manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8179.71 (səkkiz min yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faiz məbləğləri, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 10 (on) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları tutularaq bankın xeyrinə ödənilsin, ödənilmədiyi təqdirdə tutma tərəflərin qarşılıqlı razılığı əsasında 17000 (on yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH ******* seriyalı, **********31-05101-093005 reyestr saylı, X3 məxsus Naxçıvan MR, Şərur şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 51 saylı, 6 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 170.71 kv.m ümumi, 111.35 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 8 saylı mənzilə yönəldilsin, bu əmlak açıq hərracda satılsın, satış pulundan əldə edilən vəsait hesabına kredit borcu ödənilsin, mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslər mənzildən çıxarılsın, mənzil boşaldılaraq yararlı vəziyyətdə iddiaçıya təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №2-2(123)-3/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-3/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver