Məhkəmə qərarları › İş №2-2(123)-5/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-5/2020

27.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-5/2020 27.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu iddiaçı təşkilat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “Aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarə rəisinin müavini X9 xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarə rəisinin müavini X9 iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********9030 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 mənzil 3 ünvanında yerləşən fiziki şəxs Cavabdeh (VöEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2019-cu il tarixli, VN seriyalı №000273 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2019cu il tarixli VN seriyalı No 000273 nömrəli protokol tərtib edilərək götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarə rəisinin müavini X9 iddia ərizəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4, 24.0.2-2 və 23.1.15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 26, 284-1, 284-3 və 284-6.1-ci maddələrinə istinad edərək, sonda Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2019- cu il tarixli, **********9030 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”ının surətindən görünür ki, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron dayışıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından çıxarılması faktlarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarəti kiçik vergi xidməti müşaviri X8, kiçik vergi xidməti müşaviri X6, kiçik vergi xidməti müşaviri X1 və 1-ci dərəcəli müfəttiş Hüseynov Röyal Taleh oğluna həvalə olunmuş və onlar tərəfindən markalanmalı (nişanlanmalı) olan malların götürülməsi barədə xx.xx.2019-cu il tarixli, VN seriyalı, 000273 nömrəli müvafiq protokol tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli, VN seriyalı, 000273 nömrəli “markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanmış) malların habelə dini məzmunlu mal və məmulatların siyahısının surətindən görünür ki, ünvan 1 mənzil 3 ünvanında yerləşən “Dübəndi” marketdə aşkar edilmiş aksiz markaları ilə markalanmalı olan markalanmamış mallar müşahidəçilər X3, X7 və satıcı X4 iştirakları ilə siyahıya alınmış, aşkar edilmiş aksiz markaları ilə markalanmamış və ya saxta markalarla markalanmış tütün məmulatlarının siyahısı tərtib edilərək həmin malların bazar qiyməti ilə ümumi alış dəyəri 160.7 manat müəyyən edilmişdir. Bundan başqa vergi əməkdaşları tərəfindən Cavabdeh fəaliyyət göstərdiyi obyektdən xx xxxxxx 2019-cu il tarixli protokolla götürülmüş markalanmamış mallar aşkar edilərək, akt tərtib olunmuş və məsul saxlanmaya götürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli, VN seriyalı, 000273 nömrəli aktın surətindən görünür ki, ünvan 1 mənzil 3 ünvanında yerləşən “Dübəndi” marketdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və ya xx.xx.2019-cu il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) mallar müvəqqəti olaraq saxlanılması üçün X5 təhvil verilmişdir. Elektron qaydada çıxarılmış AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuş və Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2019-cu il tarixli Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi barədə xəbərdarlıq məktubunun surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Nəsimi rayonu üzrə şöbəsinin baş dövlət vergi müfəttişi, birinci dərəcəli mefəttiş Hüseynov Röyal Taleh oğlu tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən Cavabdeh məxsus ünvan 1 mənzil 3 ünvanında yerləşən mağaza aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlanma ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılması aşkar edilərək, bu barədə xx.xx.2019-cu il tarixli, **********9235 nömrəli akt tərtib edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1356-VQD nömrəli Qanununa əsasən yuxarıda göstərilən qanun pozuntularına (pozuntusuna) Cavabdeh tərəfindən birinci dəfə yol verildiyinə görə barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması” haqqında xx.xx.2019-cu il tarixli **********3294 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında xx xxxxxx 2019-cu il tarixli, **********3294 nömrəli qərarının surətindən görünür ki, Vergi ödəyicisi Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.14-cü maddəsində göstərilən pozuntuya təqvim il ərzində ilk dəfə yol verildiyindən onun barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə qərar qəbul olunması və ona vergi qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilməsi qeyd edilmişdir. xx xxxxxx 2019-cu il tarixli vergi yoxlaması ilə bağlı olaraq Dübəndi marketdə əmək müqaviləsi üzrə satıcı işləyən X4 izahatının surətindən müəyyən olunur ki, operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış dəyəri beş manat olan, aksiz markası ilə markalanmamış tütün məmulatının alıcıya təqdim edilmişdir. Ordubad şəhər X16 Üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, hazırki iş üzrə məhkəmə bildirişi cavabdehin atası X2 çatdırılmışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, məhkəməyə göndərməmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayətdir, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin ona görə də hazırki işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 190.1-ci maddəsinə əsasən tütün məmulatları aksizli mallara aid edilir. 89.13.4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 53.7-ci maddəsinə əsasən vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərini yerinə yetirilməsindən azad etmir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin iddiaçı tərəfindən müvafiq sənədləşdirilmələrin aparılması zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin isin həllinə dair qətnamə çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt iş üzrə tərəflərin izahatları ilə də öz təsdiqini tapır və mübahisə doğurmur. Həmçinin cavabdeh Azərbaycan Respublikası MPM-in 285-5.2-ci maddəsinə müvafiq olaraq bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, məhkəməyə göndərməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “Aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” barədə iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1, 220, 222, 233, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 160,7 manat olan 49 qutu tütün məmulatları müsadirə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar