Məhkəmə qərarları › İş №2-2(123)-6/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-6/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-6/2020 23.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı kredit borcunun, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə ‘İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının idarə heyəti sədrinin müavini Cahangir Kərimov xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən cəmi 652.511,09 ABŞ dolları (əsas borc 652 511,09 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən olundu ki, iddia ərizəsinin forma və məzmununa dair tələbə riayət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin (poçt göndərişinin verilməsi barədə xəbərnamə) cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Ona görə də İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “Cavabdeh" kiçik müəssisəsinə qarşı kredit borcunun, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2 5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 150.0 və 150.0.4-cü maddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1 və 152 1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin Yasamal filialına ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “Cavabdeh" kiçik müəssisəsinə qarşı kredit borcunun, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “xxxx” ASC-nin Yasamal filialına xx xxxxxx 2019-cu il tarixdə ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına geri qaytarılsın. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar