Məhkəmə qərarları › İş №2-2(123)-74/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-74/2025

23.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-74/2025 23.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi İddiaçı xx.xx.2024-cü il tarixdə Kəngərli rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 11802 manat pulun, həmçinin məhkəmə xərcləri ilə əlaqədar 126 manat pulun, ümumilikdə cəm olaraq 11928 manat pulun tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(111)-308/2024 saylı qərardadla işi icraata qəbul etmiş, xx.xx.2024-cü il tarixli, 2(111)-308/2024 saylı qərardadla işi aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-74/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş icraata götürülmüşdür. İdiaçı İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq həmin ərizədə tərəfindən Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya məhkəməsinə müraciət olunduğunu, hazırda həmin 2-2(123)-74/2025 saylı mülki işə Məhkəmənin icraatında baxıldığını, həmin iddianın məhkəmədə baxılmasında artıq hər hansı bir zərurət görmədiyini, buna görə də iddanın baxılmamış saxlanılmasını istədiyini, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmədən tərəfindən Cavabdeh qarşı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdirş. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında göndərdiyi ərizəni müdafiə etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizənin baxılmamış saxlanlmasına heç bir etirazının olmadığını bildirmişdir. Qeyd olunanlarla yanaşı xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, ərizədə “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edildiyindən və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə əsasən isə iddia ərizəsinin geri qaytarılmasına hazırlıq mərhələsində yol verildiyi və cavabdehin bu xüsusatda etirazı olmadığını nəzərə alınaraq məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini əsas götürərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bununla da məhkəmə iş üzrə Cavabdeh “İddia ərizəsinin baxılmadan geri qaytarılması barədə” ərizəyə razılığını və İddiaçı qeyd olunan ərizəsini nəzərə almaqla hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı iddia ərizəsinin baxılmamış saxlanılması zamanı qanunvericiliklə müəyyən edilmiş məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələlərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində ödənilir. Hazırkı iş üzrə iddianın qiymətinin11802 manat məbləğində olduğunu nəzərə aldıqda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun məbləğinin 125.41 manat məbləğində olduğu məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: 2.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 2.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Beləliklə, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına, əməliyyat İD ********* nömrəli, 27413 qəbz nömrəli, terminal nömrəsi K0133012, xx.xx.2024-cü il tarixdə ödənilmiş 125.41 manat məbləğində dövlət rüsumu ödədiyindən Məhkəmə həmin dövlət rüsumunun iddiaçıya geri qaytarılması qənətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 267, 268-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına, əməliyyat İD ********* nömrəli, 27413 qəbz nömrəli, terminal nömrəsi K0133012, xx.xx.2024-cü il tarixdə ödənilmiş 125.41 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarına əsasən İddiaçı geri qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar