Məhkəmə qərarları › İş №2-2(123)-9/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-9/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-9/2020 23.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi departamentinin direktoru Elnur Nəsibov xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 962150,77 (doqquz yüz altmış iki min yüz əlli manat yetmiş yeddi qəpik) manat əsas borc və 254242,32 (iki yüz əlli dörd min iki yüz qırx iki manat otuz iki qəpik) manat faiz borcu olmaqla cəmi 1216393,09 (bir milyon iki yüz on altı min üç yüz doxsan üç manat doqquz qəpik) manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1nə tam mülkiyyət hüququ üzrə məxsus olan Naxçıvan şəhəri, C.Məmməquluzadə küçəsində yerləşən 1.6182 ha torpaq sahəsində yerləşən, 2549.7 kv.m ümumi, 1880.2 kv.m əsas, 669.5.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (ofis binası və penoplast lövhələr istehsalı sexi) və Cavabdeh2nə tam mülkiyyət hüququ üzrə məxsus olan Naxçıvan MR, Naxçıvan şəhəri, Azərbaycan küçəsi 13-də yerləşən 1.9307 ha torpaq sahəsində yerləşən, 4442.2 kv.m ümumi, 2104.4 kv.m əsas, 2337.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın (müəssisənin) ilkin satış qiymətinin müəyyən edilməsi, göstərilən əmlakların (müəssisənin) açıq hərracda satılması və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən olundu ki, iddia ərizəsinin forma və məzmununa dair tələbə riayət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ərizəyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd (poçt göndərişinin verilməsinə dair xəbərnamə) əlavə olunmamışdır. Ona görə də X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 150.0 və 150.0.4-cümaddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “Kapital Bank”ın Mərkəzi filialına ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. «Kapital Bank» Аçıq Səhmdar Cəmiyyətinin Mərkəzi filialına xx xxxxxx 2019-cu il tarixdə ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar