Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-2(3-1)-8/2026 26.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması, apellyasiya şikayətindən imtina və apellyasiya icraatına xitam verilməsi Hakimlər - X4 (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi nümayəndə1 və cavabdeh Seyidova (Allahverdiyeva) Pərvanə Təhməz qızının nümayəndəsi nümayəndə3 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi icraat qaydasında baxılmışdır. Işin halları
1. cavabdeh2 (borcalan) və “xxxx” ASC-nin Naxçıvan filialı (borcverən) arasında bağlanmış ## ###### 2013-cü il tarixli ** saylı kredit müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 2.2. Borcverən ticarət məqsədi ilə borcalana 15.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. 2.3. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. 4.2. Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. 5.4. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. 5.5. Kredit vəsaitindən istifadə müddəti ##.##.2016-cı il tarixində saat 18:00-da bitir. 6.1. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24%-lə hesablanır. 7.3. Borcalan borcverəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini hər ayın 1-dən gec olmayaraq bərabər hissələrlə bu müqaviləyə əlavə olunmuş qrafikə əsasən ödəməlidir. 7.4. Borcalan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəldilir. 9.3. Gecikdirilmiş borc yarandığı tarixdən borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır.
2. cavabdeh1 (ipoteka qoyan), cavabdeh2 (borcalan) və "xxxx” ASC Naxçıvan Filialı (ipoteka saxlayan) arasında bağlanmış ## ###### 2013-cü il tarixli ** saylı daşınmaz əmlak üzrə ipoteka müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 2.1. Ipoteka saxlayanla borcalan arasında bağlanmış ## ###### 2013- cü il tarixli ** №li kredit müqaviləsinə əsasən 15.000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 3.3. Ipoteka ilə yüklü edilmiş əmlak kompleksi ABB Naxçıvan Filialı tərəfindən bazar dəyəri - 31.000 manat, likvid dəyəri - 30.000 manat qiymətləndirilir. 4.1. Ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında bağlanmış ## ###### 2013-cü il tarixli ** №-li kredit müqaviləsinə əsasən verilən kreditin və kredit faizlərinin qaytarılmasından ibarətdir. 10.1. Ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan və borcalan yeirnə yetirmədikdə və lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. 15.2. Ipoteka saxlayanla borcalan arasında bağlanmış ## ###### 2013-cü il tarixli ** №li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, dəbbə pulunu, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanı ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı BOKT QSC (bundan sonra - iddiaçı) ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 ##.##.2013-cü il tarixli ** saylı kredit müqaviləsi üzrə əsas borc 8351,49 manat, faiz borcu üzrə 1993,23 manat olmaqla, cəmi 10.344,72 manat borcun iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi, ev 31-də yerləşən, ümumi sahəsi 89,96 m2, yaşayış sahəsi 63,87 m2 olan 2 otaqlı, **-** saylı mənzilə (bundan sonra - mənzil) yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına cavabdeh2 cəmi 10.344,72 manat kredit borcunun və ödənilmiş 121,03 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** saylı “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərmanının icrası ilə əlaqədar onun problemli aktivləri (borcları) üzrə tələb hüququ iddiaçıya keçmişdir.
5. Cavabdeh cavabdeh2 “xxxx” ASC-yə (bundan sonra - ABB) olan 8351,49 manat əsas, 1993,23 manat faiz, cəmi 10.344,72 manat problemli borcu üzrə tələb hüququ da ##.##.2018-ci il tarixli S-FK-NAX-** saylı təhvil-təslim aktı əsasında iddiaçıya ötürülmüşdür.
6. ABB ilə cavabdeh2 arasında bağlanmış ##.##.2013-cü il tarixli ** saylı kredit müqaviləsinə əsasən ABB tərəfindən cavabdeh2 ticarət məqsədi üçün 36 ay müddətinə illik 24 faizlə 15.000 manat kredit verilmişdir.
7. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh1 mülkiyyətində olan mənzil ipoteka qoyulmuş, bununla bağlı ABB-nin Naxçıvan filialı ilə ipoteka qoyan cavabdeh1 və cavabdeh2 arasında ##.##.2013-cü il tarixli ** saylı ipoteka müqaviləsi bağlanmış və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır.
8. Cavabdeh cavabdeh2 əsas və ona hesablanmış faiz borcunu müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Onun iddiaçıya əsas borcu 8351,49 manat, faiz borcu 1993,23 manat olmaqla, cəmi borcu 10.344,72 manat təşkil edir.
9. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmamışdır.
10. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 317.1, 385.1, 425.1, 448.1, 448.2 və 449.4-cü maddələrinə istinad etmişdir.
11. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2013-cü il tarixli ** saylı kredit müqaviləsi əsasında cavabdeh cavabdeh2 əsas borc üzrə 7213,82 manatın alınıb iddiaçıya ödənilməsi, 121,3 manat dövlət rüsumunun iddianın təmin olunmuş 69,73% hissəsinə mütənasib olaraq 84,39 manatının cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qalan 36,64 manat dövlət rüsumunun iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi, məhkəmənin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 41,84 manatının cavabdeh cavabdeh2, 18,16 manatının isə iddiaçıdan alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsində olan hesabına ödənilməsi, cavabdeh cavabdeh2 alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutmanın mülkiyyət hüququ cavabdeh cavabdeh1 məxsus mənzilə yönəldilməsi, ipoteka predmeti olan evin bazar dəyərinin 31.000 manat müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdeh cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması qət edilmişdir. (hakim Elşən Salmanov)
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2-14.2.1, 193.1, 193.2, 269.1, 269.2, 269.5, 271.2, 319.1, 324.1, 324.2, 372.1, 372.2, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 376, 377.1, 377.2, 385.1, 386.1, 389.1, 389.2, 390.1, 390.5, 399.3, 405.1, 425.1, 427.3, 442, 445.2- 445.2.1, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 107, 108.1-108.1.1, 108.2, 112.1- 112.1.1, 115.0-115.0.1, 119.1, 124.2, 218.1 və 220.4-cü, Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.6, 4.1, 10.1, 34.1-34.1.1, 39.3 və 39.3.3, 47.5 və 48.1.2-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il ## #### tarixli, "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ###### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
13. Cavabdehlər apellyasiya şikayətləri verərək ipoteka predmeti olan mənzilin cari bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunması, cavabdeh2 işin aparılmasını cavabdeh1 tapşırmağı faktının nəzərə alınaraq sonuncu tərəfindən Elektron Məhkəmə Informasiya Sistemindən (EMIS) ünvanladığı ərizənin hər iki cavabdeh üçün nəzərə alınması, iş üzrə iddia müddətinin tətbiq olunması, 2025-ci il ## ###### tarixli *-*-*(***)-***/**** saylı qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
Apellyasiya şikayətlərinin dəlilləri
Cavabdeh cavabdeh2 şikayəti üzrə;
14. ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnamə bütövlüklə qanunsuz və əsassızdır. Məhkəmə qətnamənin təsviri hissəsində iddiaçının qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyünü (müddətin ##.##.2020-ci ildə bitdiyini, iddianın isə yalnız ##.##.2025-ci ildə qaldırıldığını) özü də təsdiq etmişdir. Lakin digər cavabdeh cavabdeh1 EMIS vasitəsilə təqdim etdiyi yazılı iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə süni şəkildə yalnız ona aid etmiş, onun şəxsən yazılı ərizə vermədiyini əsas gətirərək iddia müddətini tətbiq etməmişdir.
15. Bu yanaşma Mülki Prosessual Məcəllənin 51-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Belə ki, həmin maddəyə əsasən, birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Qanunvericilik bu tapşırıq üçün xüsusi rəsmi forma tələb etmir. Birinci instansiya məhkəməsində baxış zamanı səhhətində yaranmış ağır problemlər (xəstəxanaya yerləşdirilməyi, hakim tərəfindən iclaslarda oturaq çıxış etməyinə icazə verilməsi və prosesin təxirə salınması təklifləri video-audio yazılarla təsdiq olunur) və hüquqi biliklərinin olmaması səbəbindən işin aparılmasını tamamilə birgə cavabdeh olan həyat yoldaşına tapşırmışdır. Bu baxımdan cavabdeh1 iddiaya bütövlüklə iddia müddətinin tətbiq edilməsi barədə təqdim etdiyi yazılı ərizə hər iki cavabdehin ortaq iradə ifadəsi kimi qəbul edilməli idi. Məhkəmənin hər iki cavabdehdən ayrıca yazılı ərizə tələb etməsi əsassızdır.
16. Iddiaçının ##.##.2018-ci il tarixli təhvil-təslim aktından bəri hüququnun pozulduğunu bildiyi halda, illərlə (7 il) səssiz qalması və müddətin bərpası üçün heç bir üzrlü səbəb və yazılı vəsatət təqdim etməməsi qarşısında iddianın təmin edilməsi onun konstitusion hüquqlarının pozulmasıdır.
17. 2016-cı ildə eyni mübahisə üzrə məhkəmə icraatı zamanı tərəfindən yazılı ödhəlik əsasında 7000 manat ödəniş edilmiş və bank rəsmiləri tərəfindən borcunun qalmadığı bildirilmişdir. Həmin tarixdən etibarən nə ABB, nə də iddiaçı tərəfindən ona heç bir borc xəbərdarlığı edilməmişdir. Iddiaçının uzunillik səssizliyindən sonra qəfil iddia qaldırması subyektiv hüquqların sui-istifadəsidir.
18. Məhkəmə qətnamədə iddia etmişdir ki, cavabdehlər ipoteka müqaviləsində qeyd olunan 31.000 manatlıq qiymətlə razılaşmışlar və bu qiyməti mübahisələndirməmişlər. Bu qənaət tamamilə yanlışdır, çünki bu barədə onlardan heç bir rəy soruşulmamışdır. Sözügedən qiymət 2013-cü ilin bazar şərtlərinə uyğundur. Aradan keçən 13 il ərzində daşınmaz əmlak bazarında qiymətlər kəskin dəyişdiyi halda, köhnə qiymətin "aktual dəyər" kimi qəbul edilməsi ailəsinin mülkiyyət hüququnun kobud pozulmasıdır. Əmlakın dəyərindən qat-qat aşağı qiymətə hərraca çıxarılması, borc çıxıldıqdan sonra onlara qalan cüzi vəsaitlə indiki bazar şərtlərində yaşayış sahəsi almağın qeyri-mümkünlüyü ailəsinin müflisləşməsinə və iki övladını tək böyüdən qızı Nərminin Seyidovanın maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olacaqdır.
19. Cavabdeh Pərvanə Seyidovanın apellyasiya şikayəti cavabdeh cavabdeh2 şikayəti ilə tamamilə eyni məzmunludur.
20. Cavabdehlər maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-III, 71ci maddəsinin İ-II hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarına, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 51.1, 51.2, 128.1, 130.1, 130.2 və 130.3-cü maddələrinə istinad etmişlər.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
22. Cavabdeh Pərvanə Seyidovanın nümayəndəsi nümayəndə3 Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərindən mərhum atası cavabdeh2 bütün hüquq varislərinin, eləcə də anası-cavabdeh Pərvanə Seyidovanın imtina etdiklərini bildirib, apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
23. Iddiaçının nümayəndəsi nümayəndə1 Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsində qət olunan, iddiaçının xeyrinə ödənilməli olan pul məbləğlərinin cavabdeh Pərvanə Seyidova (Allahverdiyeva) tərəfindən tamamilə ödənildiyini nəzərə alaraq, apellyasiya şikayətlərindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam vеrilməsini xahiş etdi.
24. Apellyasiya baxışı zamanı təqdim olunmuş; Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, AZ-II 677091 seriya nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur olur ki, cavabdeh2 ##.##.2026-cı ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2026-cı ilin mart ayının 17-si günündə ** nömrəli qeyd edilmişdir.
25. Həmin şöbənin # ##### 2026-cı il tarixli *-**-*/*-**-***/**** saylı məktubuna əlavə olunmuş arayışdan məlum olur ki, cavabdeh cavabdeh2 aşağıdakı birinci növbəli vərəsələri vardır: arvadı - X2 (##.##.1971), oğlu - Seyidov Mirpərvin Mirmurtuz oğlu (##.##.1989), qızı - nümayəndə3 (##.##.1990) və oğlu - X5 (##.##.1998).
26. Mərhum cavabdeh cavabdeh2 qeyd olunan hüquq varisləri, eləcə də cavabdeh Pərvanə Seyidovanın nümayəndəsi nümayəndə3 məhkəməyə ünvanlanmış 2026-cı il 20, 22 və 26 may tarixli ərizələrində göstərmişlər ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı BOKT QSC-nin xeyrinə cavabdeh2 7213,82 manat əsas borcun və 84,39 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Hazırda qətnamə üzrə həmin borc tərəflərindən tam şəkildə ödənilmişdir. Ona görə də apellyasiya şikayətlərindən imtina etməklə, apellyasiya icraatına xitam verilməsini xahiş edirlər.
27. ## ### 2026-cı il tarixli 2 və * saylı qəbzlərdən görünür ki, cavabdeh Seyidova (Allahverdiyeva) Pərvanə Təhməz qızı tərəfindən iddiaçının Naxçıvan filialına 7213,82 manat kredit ödənişi və 126,23 manat dövlət rüsumu ödənilmişdir.
28. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli məktubundan görünür ki, *-*(*-*)-*/**** saylı ## #### 2026-cı il tarixli qərardad üzrə ipoteka predmeti cavabdeh tərəfindən qiymətləndiriciyə təqdim olunmadığından məhkəmə-qiymətləndirmə ekspertizasının aparılması mümkün olmamışdır.
Tətbiq edilən hüquq
29. Mülki Prosessual Məcəllə; Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 58. Prosessual hüquq varisliyi 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları, mərhum cavabdeh cavabdeh2 hüquq varislərinin və cavabdeh Pərvanə Seyidovanın nümayəndəsinin apellyasiya şikayətləri üzrə icraata xitam verilməsi barədə ərizələri və təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
31. Apellyasiya şikayətinin verilməsi kimi bu şikayətdən imtina olunması da şikayəti vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Qanunla apellyasiya şikayətindən onu vermiş şəxsin imtina etməsi imkanının nəzərdə tutulması mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir və şikayətdən imtina hüququnun realizə edilməsi bu prinsipin təzahür formalarından biridir.
32. Apellyasiya şikayəti verən şəxsin ondan imtina etməsi haqqında ərizə yazılı formada verilir və həmin ərizədə şikayətdən imtinanın səbəblərinin əsaslandırılması tələb olunmur. Ərizədə apellyasiya şikayətini vermiş şəxsin ondan imtina barədə fikrinin qəti olaraq ifadə edilməsi bu ərizənin məzmununa dair kifayətedici tələb kimi qəbul olunur.
33. Mülki Prosessual Məcəllənin 369.3-cü maddəsinin məzmunundan görünür ki, apellyasiya icraatına xitam verilməsi üçün təkcə apellyasiya şikayətindən imtina olunması kifayət etmir, həm də məhkəmə tərəfindən şikayətdən imtinanın qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Göstərilən maddədə iddiaçının iddiadan imtinasının təsdiq edilməsinin qaydası və nəticəsi nəzərdə tutulur. Iddiadan imtinanın qəbul edilməməsinin əsasları isə Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddəyə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri, yəni iddiadan imtinanı qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır.
34. Apellyasiya şikayətindən imtina məhkəmə tərəfindən qəbul olunduqda apellyasiya icraatına apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə xitam verilir (Mülki- Prosessual Məcəllənin 369.4-cü maddəsi). Bu qayda onu nəzərdə tutur ki, şikayətdən imtinanın qəbul olunması yalnız şikayətdən imtina etmiş şəxsə münasibətdə hüquqi nəticələr doğurur.
35. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi nəticəsində apellyasiya icraatına xitam verilməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
36. Şərh olunanları nəzərə almaqla, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmədən, cavabdeh cavabdeh2 hüquq varislərinin və cavabdeh Pərvanə Seyidovanın nümayəndəsinin apellyasiya şikayətlərindən imtina ilə bağlı ərizələrini müzakirə edərək kollegiya bu nəticəyə gəlir ki, apellyasiya şikayətlərindən imtinanı qəbul etməmək üçün Mülki Prosessual Məcəllənin 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayətlərindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayətlərindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
37. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.6-ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin maddəyə əsasən apellyasiya şikayətləri verilərkən “xxxx” ASC Naxçıvan filialı vasitəsilə ##.##.2026-cı il tarixli, ***** nömrəli qəbzlə (əməliyyat ID: 1304707480, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 90,52 manat dövlət rüsumu cavabdeh cavabdeh2 hüquq varisləri X2, Seyidov Mirpərvin Mirmurtuz oğlu, nümayəndə3 və X5, “xxxx” ASC Naxçıvan filialı vasitəsilə ##.##.2026-cı il tarixli, **** nömrəli qəbzlə (əməliyyat ID: 1304719512, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 90,52 manat dövlət rüsumu cavabdeh X2 qaytarılmalıdır.
38. Hazırkı qərardaddan Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə müvafiq olaraq kassasiya şikayəti verilə biməz.
Nəticəvi hissə
39. Mülki Prosessual Məcəllənin 369, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Iddiaçı İddiaçı BOKT QSC-nin cavabdehlər cavabdeh2 və Seyidova (Allahverdiyeva) Pərvanə Təhməz qızına qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2025-ci il ## ###### tarixli qətnaməsindən mərhum cavabdeh cavabdeh2 hüquq varisləri və cavabdeh Pərvanə Seyidovanın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina qəbul еdilsin və apеllyasiya şikayətlərindən imtina еtmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam vеrilsin. “xxxx” ASC Naxçıvan filialı vasitəsilə ##.##.2026-cı il tarixli, ***** nömrəli qəbzlə (əməliyyat ID: 1304707480, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 90,52 (doxsan manat əlli iki qəpik) manat dövlət rüsumu cavabdeh cavabdeh2 hüquq varisləri X2, Seyidov Mirpərvin Mirmurtuz oğlu, nümayəndə3 və X5 qaytarılsın. “xxxx” ASC Naxçıvan filialı vasitəsilə ##.##.2026-cı il tarixli, **** nömrəli qəbzlə (əməliyyat ID: 1304719512, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 90,52 (doxsan manat əlli iki qəpik) manat dövlət rüsumu cavabdeh X2 qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.