Məhkəmə qərarları › İş №2-2(3-10)-11/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-11/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-11/2026 19.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4 (VÖEN: 5101512382), cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh4 (VÖEN: 5101512382), cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 804,12 manat məbləğində faiz bоrcu və 267,73 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5904,77 manat və ***R********** saylı krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 152,47 manat məbləğində faiz bоrcu və 52,95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1091,29 manat, yəni ümumilikdə cəmi 6996,06 (altı min doqquz yüz doxsan altı manat 06 qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89,97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı QSC ilə kredit alan cavabdeh4 və zamin Məmmədova Əliyyə Nəcəfəli qızı arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh4 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Borcalan cavabdeh4 Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında borcverən İddiaçı QSC ilə imzalanmış ##.##.2023-cü il tarixli ***R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq” razılaşma əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit götürmüşdür. Borcalan cavabdeh4 Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan cavabdeh4 götürdüyü krеdit bоrcundan 2667,08 manat ödəmiş və onun 4832,92 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 277 gün üçün hesablanmış faiz borcu 804,12 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 277 gün üçün hеsablanmış cərimə 267,73 manat təşkil edir. Bundan başqa, borcalan cavabdeh4 Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında borcverən İddiaçı QSC ilə imzalanmış ##.##.2024-cü il tarixli, ***R********** saylı “kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma” əsasında 13 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində kredit götürmüşdür. Borcalan cavabdeh4 Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan cavabdeh4 götürdüyü krеdit bоrcundan 614,13 manat ödəmiş və onun 885,87 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə onun 330 gün üçün hesablanmış faiz borcu 152,47 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 330 gün üçün hеsablanmış cərimə 52,95 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən Zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən Zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və Bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Iş materiallarına əlavə edilmiş AR DIN-in BPQMI-nin MAPS şöbəsi tərəfindən alınmış arayışla zamin Məmmədova Əliyyə Nəcəfəli qızının vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından zamin Məmmədova Əliyyə Nəcəfəli qızının adına ümumbirgə əsaslarla Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,900 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Zaminin vəfatından sonra əmlakı faktiki olaraq, övladları cavabdeh2, cavabdeh3 və cavabdeh1 istifadəsindədir. Həmçinin bildirilir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, zamin Məmmədova Əliyyə Nəcəfəli qızının ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” (yuxarıda qeyd olunanlardan əlavə iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). Iddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər və müqavilələr, ödəniş planı, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4 (VÖEN: 5101512382), cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 798,31 manat məbləğində faiz bоrcu və 241,64 manat məbləğində cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 78,89 manat məbləğində faiz bоrcu və 44,29 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 6881,92 manat məbləğdə pul vəsaiti və ödənilmiş 88,81 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. Iddia cavabdeh cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Tədqiq olunan sübutlar: İddiaçı QSC ilə cavabdeh4 və zamin Məmmədova Əliyyə Nəcəfəli qızı arasında ##.##.2023-cü il tarixdə bağlanmış ***L************ nömrəli Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin Məmmədova Əliyyə Nəcəfəli qızı kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə cavabdeh4 arasında ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh4 28 ay müddətinə, illik faiz dərəcəsi 26 % оlmaqla 7500 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdeh4 arasında ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2024-cü il tarixli ***R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh4 13 ay müddətinə, illik faiz dərəcəsi 26 % оlmaqla 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdeh4 İddiaçı QSC-yə ##.##.2023-cü il tarixli krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 804,12 manat məbləğində faiz bоrcu və 267,73 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5904,77 manat məbləğində bоrcu yaranmışdır. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdeh4 İddiaçı QSC-yə ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 152,47 manat məbləğində faiz bоrcu və 52,95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1091,29 manat məbləğində bоrcu yaranmışdır. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, cavabdeh4 **************** nömrəli bank hesabına bank tərəfindən ##.##.2023-cü il tarixdə 7500 manat məbləğində pul köçürülmüşdür. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, cavabdeh4 **************** nömrəli bank hesabına bank tərəfindən ##.##.2024-cü il tarixdə 1500 manat məbləğində pul köçürülmüşdür. İddiaçı QSC tərəfindən cavabdehlərə ##.##.2025-ci il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-*****/*-*****/**** nömrəli məktubdan görünür ki, Məmmədova Əliyyə Nəcəfəli qızının adına ümumibirgə əsaslarla Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,9000 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala rayon * saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarxli, *** nömrəli məlumatdan görünür ki, vəfat etmiş şəxs Məmmədova Əliyyə Nəcəfəli qızının vərəsəlik işi ilə bağlı notariat ofisinə müraciət daxil olmadığı və adına heç bir vərəsəlik əməliyyatının olmadığı bildirmişdir. Iş materiallarında olan Zaqatala Rayon Icra Hakimiyyəti Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-**/***/**** nömrəli arayışdan görünür ki, Zaqatala rayon Yuxarı Tala kəndində yaşamış, vəfat etmiş Məmmədova Əliyyə Nəcəfəli qızının vərəsələri qismində təssərüfatbaşı uçot kitabında cavabdeh2, cavabdeh3 və cavabdeh1 qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-*****/** nömrəli məlumatdan görünür ki, Məmmədova Əliyyə Nəcəfəli qızının adına və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh1 münasibətdə qismən təmin edilməli və cavabdeh cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 1500 və 7500 manat məbləği müxtəlif vaxtlarda cavabdeh4 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh4 münasibətdə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əsas borclu olan cavabdeh4 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Məmmədova X7 qarşısında zaminlik müqaviləsi ilə rəsmiləşdirilməklə öhdəliyi öz üzərinə götürmüşdür. Iş materiallarında olan sənədlərdən görünür ki, Məmmədova Əliyyə Nəcəfəli qızı ölmüş və onun vərəsələri qismində cavabdeh3 və cavabdeh1 iştirak edirlər. Hazırki tələbdə iddiaçı zaminlik öhdəliyinin ölmüş zaminin vərəsələrinin icra etməsini tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçı bu iddiasında haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar... Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı miras qoyanın kredit müqaviləsi üzrə zaminlik öhdəliyinin icrasını vərəsələrin hesabına təmin edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Bu səbəbdən iddia tələbi vərəsələr cavabdeh3 və cavabdeh1 münasibətdə əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə ##.##.2023-cü il tarixli müqavilə üzrə 798,31 manat faiz borcunun, ##.##.2024-cü il tarixli müqavilə üzrə isə 78,89 manat faiz borcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi xəbərdalıq məktubunda qeyd olunan faiz borcu məbləğində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə ##.##.2023-cü il tarilxi müqavilə üzrə 241,64 manat, ##.##.2024-cü il tarilxi müqavilə üzrə isə 44,29 manat məbləğində cərimə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qismində cəlb etdiyi və Elektron Məhkəmə Informasiyaları sisteminə cavabdeh kimi daxil etdiyi zaminin vərəsəsi hesab edilən cavabdeh2 (şəxsiyyət vəsiqəsi: AA4216646), hazırki mübahisəyə aidiyyəti olmayan başqa bir şəxsdir. Elektron Məhkəmə Informasiyaları Sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh2 anası X8r. Lakin hazırki mübahisədə vərəsə kimi iştirak edən cavabdehlər zamin Məmmədova Əliyyə Nəcəfəli qızının övladlarıdır. Göründüyü kimi cavabdeh2 zamin Məmmədova Əliyyə Nəcəfəli qızının övladı olmadığından hazırki mübahisədə cavabdeh kimi çıxış edə bilməz. Bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh2 münasibətdə rədd ediməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 4832.92 manat məbləğində krеdit bоrcu, 798,31 manat məbləğində faiz bоrcu və 241,64 manat məbləğində cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 885.87 manat məbləğində krеdit bоrcu, 78,89 manat məbləğində faiz bоrcu və 44,29 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 6881,92 manat məbləğdə pul vəsaiti və ödənilmiş 88,81 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməli və iddia cavabdeh cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 88,81 manat məbləğində pul cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 89,97 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 470.1, 472.1, 472.2, 462.1, 1306.1 və 1306.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada idiaçı İddiaçı QSC-nin xeyrinə ***R********** saylı kredit razılaşması üzrə 4832,92 manat məbləğində kredit borcu, 804,12 manat məbləğində faiz borcu və 267,73 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5904,77 manat, ***R********** saylı kredit razılaşması üzrə 885,87 manat məbləğində kredit borcu, 152,47 manat məbləğində faiz borcu və 52,95 manat məbləğində cərimə borcu, cəmi 1091,29 manat olmaqla, ümumilikdə cəmi 6996,06 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89,97 manat xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 798,31 manat məbləğində faiz bоrcu və 241,64 manat məbləğində cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 78,89 manat məbləğində faiz bоrcu və 44,29 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 6881,92 manat məbləğdə pul vəsaiti və ödənilmiş 88,81 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində iddia qismən təmin edilmişdir. Iş materialları ilə müəyyən etmək olar ki, iddiaçı İddiaçı QSC işin hallarına diqqət etmədən iddia irəli sürmüşdür və Şəki Kommersiya Məhkəməsi isə mülki işi ətraflı araşdırmadan öz mülahizəsinə uyğun formada ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnamə qəbul etmişdir. Əvvəla qeyd edir ki, cavabdeh cavabdeh1 mərhumə Məmmədova Əliyyə Nəcəfəli qızının alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satılmış əmlakının vərəsəsi deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, notarius tərəfindən verilmiş məktubda da cavabdeh1 vərəsə olmadığı müəyyən edilmişdir. Sözügedən 0,90 ha torpaq sahəsi isə ## ##### 2008-ci ildə mərhum Məmmədova Əliyyə Nəcəfəli qızı və digər cavabdehlər tərəfindən X6 adlı şəxsə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. X3 Məhkəməsi isə qətnamənin əsaslandırma hissəsində həmin torpaq sahəsinin cavabdehlərin istifadəsində olduğuna istinad etmişdir. Halbuki, həmin torpaq sahəsi satılan vaxtlarda cavabdeh1 azyaşlı olmuş, torpağın satılmasını isə azyaşlı olduğu üçün onun qanuni nümayəndələri, yəni valideynləri həyata keçirmişdir. Həmçinin iş materiallarında həmin torpaq sahəsindən cavabdehlərin istifadə etmələrini təsdiq edəcək hər hansı bir sənəd və ya mötəbər sübut mövcud deyildir. Buradan da görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və ədalətsizdir. Bütün bunlara baxmayaraq, Şəki Kommersiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli, 2-2(117)- 1124/2025 nömrəli qətnaməsi ilə iddia qismən, yəni cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 798,31 manat məbləğində faiz bоrcu və 241,64 manat məbləğində cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 78,89 manat məbləğində faiz bоrcu və 44,29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6881,92 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində təmin edilmişdir. Iş materiallarından görünür ki, Şəki Komersiya Məhkəməsi cavabdeh cavabdeh1 hüquqlarını kobud surətdə pozaraq, mərhum zamin Məmmədova Əliyyə Nəcəfəli qızının ümumbirgə əsaslarla Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,9000 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilər tərəfindən satılıb-satılmamasını araşdırmamışdır. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-****/**** nömrəli qətnaməsi qanunsuz, ədalətsiz və əsassızdır. Çünki, iş üzrə cavabdeh cavabdeh1 iddiaçı Bank qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1306-cı maddəsində göstərilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2018-ci il tarixli qərarında Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Lakin, hazırkı vəziyyətdə faktiki qəbul olunması nəzərdə tutan miras əmlak yoxdur. Məhkəmə isə ümumiyətlə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. Iş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və iş üzrə digər cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və iş üzrə digər cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və məhkəmə iclasında öz mövqeyini apellyasiya şikayətində yazılanlarla yanaşı, həm də zamin öldüyü halda həyatda olan kreditalanın kredit borcunun ölmüş zaminin vərəsələrinə keçməli olmaması ilə əsaslandırdı.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “borcun cavabdehlər cavabdeh3 və cavabdeh1 tutulmasına” aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı iddia tələbi təmin edilməməlidir. Iş materialları və məhkəmə araşdırması zamanı müəyyən olunan işin konkret halları ilə müəyyən olunur ki, kredit verən İddiaçı QSC ilə kredit alan cavabdeh4 və zamin Məmmədova Əliyyə Nəcəfəli qızı arasında bağlanmış ## ###### 2023-cü il tarixli ***L************ nömrəli “Uzunmüddətli kredit və təminat” müqaviləsinə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) cavabdeh4 (VÖEN: 5101512382) 120 (yüz iyirmi) ay müddətinə “sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” məqsədli təyinatı üzrə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin ## ###### 2023-cü il tarixli, ***L************ nömrəli “Uzunmüddətli kredit və təminat” müqaviləsi üzrə imzalanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli “Kredit sazişi-biznes krediti və girov barədə qarışıq” Razılaşma əsasında kredit verən İddiaçı QSC tərəfindən kreditalan cavabdeh4 28 ay müddətinə, yəni ## ###### 2025-ci il tarixinədək aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, həmin ## ###### 2023-cü il tarixli, ***L************ nömrəli “Uzunmüddətli kredit və təminat” müqaviləsi üzrə imzalanmış ##.##.2024-cü il tarixli, ***R********** nömrəli “Kredit sazişibiznes krediti və girov barədə qarışıq” Razılaşma əsasında kredit verən İddiaçı QSC tərəfindən kreditalan cavabdeh4 13 ay müddətinə, yəni ## ###### 2025-ci il tarixinədək aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin, yuxarıda qeyd olunan Kredit Razılaşmaları üzrə verilmiş kreditin qaytarılması müddəti başa çatmadığı dövrdə zamin Məmmədova Əliyyə Nəcəfəli qızı ölmüşdür. Bundan sonra isə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh3, cavabdeh2 və cavabdeh1 mərhum zamin Məmmədova Əliyyə Nəcəfəli qızının vərəsələri kimi müəyyən edib, iddiaçı qismində ## ###### 2025-ci ildə kredit alan - cavabdeh cavabdeh4 (VÖEN: 5101512382), ölmüş zaminin övladları – cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə həmin iddia tələbi qismən təmin edilərək, qət olunmuşdur ki, “Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 4832,92 manat məbləğində krеdit bоrcu, 798,31 manat məbləğində faiz bоrcu və 241,64 manat məbləğində cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 885,87 manat məbləğində krеdit bоrcu, 78,89 manat məbləğində faiz bоrcu və 44,29 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 6881,92 manat məbləğdə pul vəsaiti və ödənilmiş 88,81 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. Iddia cavabdeh cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin.” Həmin qətnamədən cavabdeh cavabdeh1 (mərhum zaminin qızı) apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qəbul edilərkən birinci instansiya məhkəməsi “borcun cavabdehlər cavabdeh3 və cavabdeh1 tutulmasına” aid hissəsində haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla apellyasiya icraatında yoxlanılan birinci instansiya məhkəməsinin məlum qətnaməsində iddiaçı tərəfindən tələb olunan borcun kreditalanla yanaşı, mərhum Zaminin övladlarından, yəni vərəsələrindən tutulması - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarı ilə əsaslandırılmış və bununla əlaqədar Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin “Məhkəmənin mövqeyi” adlanan hissəsində həmin Qərara istinad edilməklə qeyd olunmuşdur ki, “Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əsas borclu olan cavabdeh4 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Məmmədova X7 qarşısında zaminlik müqaviləsi ilə rəsmiləşdirilməklə öhdəliyi öz üzərinə götürmüşdür. Iş materiallarında olan sənədlərdən görünür ki, Məmmədova Əliyyə Nəcəfəli qızı ölmüş və onun vərəsələri qismində cavabdeh3 və cavabdeh1 iştirak edirlər. Hazırki tələbdə iddiaçı zaminlik öhdəliyinin ölmüş zaminin vərəsələrinin icra etməsini tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçı bu iddiasında haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar... Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Göründüyü kimi, həm iddiaçının iddia ərizəsində, həm də birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan Konstitusiya Məhkəməsinin məlum Qərarında ölmüş zaminin deyil, ölmüş borcalanın (kredit alanın) vərəsələrinin, eləcə də borcalan öldükdə, ölmüş borcalanın vərəsələri ilə zaminin kreditor qarşısında icra olunmamış kredit öhdəlikləri ilə əlaqədar hərəkət və məsuliyyətləri nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsi şikayət olunan qətnaməsində “ölmüş zaminin vərəsələrindən borcun tutulmasının” əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında nəzərdə tutulan tələbləri düzgün tətbiq etməməklə, səhv nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında “borclu”, “borclunun ölümü”, “vərəsə” kimi ifadələrdən istifadə edilmişdir ki, hüquq normasının qrammatik (yəni, qanunvericinin işlətdiyi sözə fikir verilməli və dilin qrammatik bölməsi və sözlərin məna uyğunluğu müqayisə edilməli) və məntiqi (yəni, maddənin anlamı, onun digər maddələr qarşısındakı vəziyyəti və s. təsbit edilməli) təfsir metodlarına əsasən müəyyən etmək mümkündür ki, həmin Qərarda “borclu” ifadəsi - borcalanı (kredit alanı), “borclunun ölümü” ifadəsi - borcalanın (kredit alanın) ölümünü, “vərəsə” ifadəsi isə borcalanın (kredit alanın) vərəsəsini nəzərdə tutur. Yəni, heç bir halda Konstitusiya Məhkəməsinin həmin Qərarında “ölmüş zamindən” və yaxud, “zamin öldüyü halda, ölmüş zaminin vərəsələrinin zaminlikdən yaranmış öhdəliklərindən” bəhs olunmur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından da yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, aşağıda təsvir olunan hallara görə kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqaviləsini imzalamış zamin öldükdə, kreditor Bankın həyatda olan kreditalanla yanaşı, borc öhdəliklərinin icrasını ölmüş zaminin vərəsələrindən tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından zaminlik müqaviləsi əsasında yaranan öhdəlik əsas öhdəlik olmamaqla, aksessor xarakteri daşıyır və əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin öhdəliyi əlavə öhdəlik mahiyyəti daşıyır. Eyni zamanda, zaminlik müqaviləsi mahiyyət etibarilə birtərəfli müqavilə olmaqla, həmin müqavlədə zaminin yalnız vəzifələri, kreditorun isə yalnız hüquqları mövcud olur. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi və kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Bu baxımdan, zaminin öhdəliyi - müqavilədən əmələ gələn öhdəlik olsa belə, əmlak xarakteri daşımır və zaminin şəxsiyyəti ilə bağlı olmaqla, şəxsi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, zaminin öhdəliyinin əmlak xarakterli deyil, şəxsi xarakterli olması – yuxarıda göstərilənlərdən əlavə, həm də zamin qismində müqavilə bağlayan şəxsin borcalanla müvafiq şəxsi münasibətlərinin olması və zaminin borcalan tərəfindən alınan kreditlə əlaqədar hər hansı bir əmlak marağının olmaması ilə də səciyyələnir. Odur ki, bütün bu hallara görə də, zaminlik üzrə yaranan həmin öhdəliyin icra edilməsi üçün zaminin şəxsi iştirakı zəruridir və zaminin şəxsi iştirakı olmadan zaminlik öhdəliyinin icrası mümkün deyildir. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, zamin durmuş şəxsin ölməsi - onun üzərinə götürdüyü öhdəliyin xitamına səbəb olur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsində nəzərdə tutulan “borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur” tələbi bu qənaətə gəlməyə əsas verir ki, icra edilməyən öhdəlik üzrə zamin öldükdə, borcalandan fərqli olaraq, həmin öhdəlik ölmüş zaminin vərəsələrinə keçməli deyil və ölən zaminə münasibətdə həmin öhdəliyə xitam verilir. Həzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1) və şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göründüyü kimi, məlum Qərarda ifadə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə - şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr - mirasın tərkibinə daxil deyildir və bu kimi şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Halbuki, borclunun, yəni borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminin öhdəlikləri - borcalanla kreditor arasında bağlanmış kredit müqaviləsi əsasında deyil, müvafiq kredit müqaviləsinin təminatı olaraq zaminlə kreditor arasında bağlanmış müqavilə əsasında yaranır ki, zamin üçün yaranan bu kimi öhdəliklər mahiyyəti etibarilə kredit müqaviləsi əsasında yaranan öhdəlikdən fərqlidir. Çünki, kredit müqaviləsi üzrə borcalan əldə etdiyi əmlaka (pula) münasibətdə borcalan olaraq müvafiq öhdəliklər daşıdığı halda, zamin borcalanla şəxsi münasibətləri zəminində bağlanan zaminlik müqaviləsi əsasında hər hansı bir əmlak əldə etmədən, yalnız verilmiş kreditin qaytarılması təminatıçısı vəzifəsinə uyğun öhdəlik daşıyır ki, zaminin bu öhdəliyinin borcalanla eyni qaydada əmlak xarakterli öhdəlik kimi qəbul edilməsi mümkün deyildir. Yuxarıda sadalanan maddi hüquq normalarının, o cümlədən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarındakı mövqeyinin sistemli təhlili isə belə qənaətə gəlməyə əsas verir ki, zamin durmuş şəxsin ölməsi nəticəsində onun kreditor qarşısında olan öhdəlikləri şəxsi xarakter daşıdığından, zaminin öhdəlikləri vərəsəlik qaydasında onun vərəsələrinə keçmir, həmin öhdəlik mirasın predmetinə daxil olmur və zaminin ölməsi zaminlik öhdəliyinin xitamına səbəb olur. Ona görə də, hazırkı işin konkret halları, apellyasiya şikayətinin dəlilləri və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla müəyyən edilir ki, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan cavabdeh4 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq zaminlik müqaviləsi əsasında zamin qismində öz üzərinə öhdəlik götürmüş mərhum zamin Məmmədova Əliyyə Nəcəfəli qızının vərəsələrinə qarşı verilmiş iddia tələbinin hüquqi əsası mövcud deyildir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “borcun cavabdehlər cavabdeh3 və cavabdeh1 tutulmasına” aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı iddia tələbi təmin olunmamalı və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “borcun cavabdehlər cavabdeh3 və cavabdeh1 tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı iddia tələbi təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz və qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar