Məhkəmə qərarları › İş №2-2(3-10)-122/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-122/2026

26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-122/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Iddiaçı İddiaçı iddiasına görə cavabdeh Cavabdeh ona 40000 ABŞ dolları pul qaytarmalıdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 40000 ABŞ dolları, vəkil xərcləri üçün ödənilmiş 2000 manat məbləğində pulun və ödənilmiş 300 manat manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, illərdir tanıdığı cavabdeh Cavabdeh ondan tender üzrə işlərdən subpodradçı kimi onun qardaşının şirkətinə iş verəcəyi, o və qardaşının pul qazanacaqlarını vəd edərək ondan 40.000 ABŞ dolları məbləğində pul istəmiş, o da ona inanaraq 2023-cü ilin yanvar ayında 40.000 (qırx min) ABŞ dolları pulu ona verdi. Lakin bundan sonra cavabdeh nə pulu qaytarmış, nə də təklif etdiyi işi onlara verməmişdir. Cavabdeh tərəfindən ona vermiş olduğu pulun qaytarılmasında bəhanələr gətirmiş, borcun qaytarılmasından yayınmışdır. Bununla bağlı cavabdehlə aralarında çoxsaylı telefon zəngləri və votsap yazışmaları olmuş, cavabdeh hər dəfə pulu ona qaytaracağını demiş, lakin bu günə qədər tərəfindən cavabdehə verilmiş 40.000 ABŞ dolları pul ona geri qaytarılmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələblərini müdafiə edir. Bundan öncəki məhkəmə iclasında cavabdeh tərəf onlarla danışıb, iddia tələblərinin yarısının, yəni 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pulun iddia tələbi üzrə qərar qəbul edilənədək ödəniləcəyi barədə vəd versə də, lakin cavabdeh tərəfindən bu vədə əməl edilməmişdir. Odur ki, ## #### 2026-cı il tarixinə saat 11:15-ə təyin edilmiş baxış iclasını üzrlü səbəbdən iştirakı olmadan keçirilməsini və iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsində 40000 ABŞ dolları yazılıb, lakin onun borcu 20000 ABŞ dolları təşkil edir. İddiaçı işlə bağlı “xxxx” MMC-yə müraciət etdi. Həmin müddətdə onun şəriki Anar Əhəmdovun şirkəti “xxxx” MMC ilə genpodrat kimi müqavilə bağlamışdı. “xxxx” MMC 15 rayonun işini Anar Əhmədova vermişdi. Anar Əhmədova bildirdi ki, belə bir tanışı var iş istəyir. Anar Əhmədov ona demişdi ki, rəsmi qaydada işləmək istəyən olsa subpodrad kimi verə bilər. O da İddiaçı belə bir işin olduğunu və işin öhdəsindən gələ biləcəklərsə, mütəxəssisləri varsa və işin prisinpləri onlara uyğundursa işləyə biləcəklərini bildirdi. Onlar da araşdırb Qəbələ və Göyçay rayonlarında mütəxəssislərinin olduğunu və işləyə biləcəklərini bildirdi. Subpodrat müqaviləsinin şərtlərindən biri o idi ki, materialı genpodrat verirdi. Həmçinin genpodratın tələblərindən biri o idi ki, müəyyən şirkətlərə 30000 və ya 35000 manat dəyərində depozit qoyurdular. Çünki bunlar işə başlayanda hardasa bunlara ən aşağı birinci periodda forma ikiyə qədər 300000 və ya 400000 manatlıq material verilməli idi ki, bunlar hansısa bir hissənin işini tamamlayıb təhvil versinlər. İddiaçı 20000 ABŞ dolları depozit qoya biləcəklərini bildirdirdi. Birlikdə 34000 manat depozit qoydular və subpodrat müqaviləsi imzalandı. Onlarla birlikdə respublika üzrə 38 şirkət “xxxx” MMC-nin sifarişi əsasında fəliyyət göstərirdi. Elə oldu ki, digər şirkətlərdə korrupsiya ilə bağlı problem yarandı. Rabitə Nazirliyi Respublika üzrə “xxxx” MMC-nin birbaşa sifarişci qismində bütün fəaliyyətini dayandırdı. Rabitə Nazirliyi öz tərkibində 4 əlavə holding yaratdı. Respublikanın fiber obtik xətlərinin çəkilməsi sifarişçi qismində həmin holdinglərə verildi. Dövlət tərəfindən “xxxx” MMC üçün ayrılmış bütün vəsaitlər də həmin holdinglərə verildi. Digər genpodrat şirkətlərdə belə bir problemlər aşkar oldunduğuna görə həmin şirkətlər göndərildi korrupsiya idarəsinə araşdırılmağa. NK sənayə şirkətinə isə 10 rayon verilmişdi. NK sənayə şirkətinin isə müqaviləsini dondurdu. Yalnız ona Bərdədə hansısa işlərini tamamlamaq üçün müddət verildi. Bərdənin 123 kəndinin 10 kəndində iş gedirsə yalnız həmin 10 kənddə işini tamamlamağa icazə verildi. Azinvest 10 rayonun işini qəbul etdi. Lakin 10 rayon üçün verilmiş işlərin dəyərini bu günə qədər də Azinvest ödəməyib. Həmin NK sənayə şirkəti İddiaçı götürdüyü depozitləri və digər şirkətdən götürdüyü depoziti Bərdə rayonunda yerləşdirdiyinə görə bunların problemi yarandı və o pulları qaytara bilmədi. Sonradan həmin şirkətin rəhəbri digər prosesslə bağlı həbs olundu. İddiaçı pulu ona vermişdi. O da pulu depozitə qoymağa verdi. Yəni o həmin pulu özünün şəxsi işləri üçün istifadə etməyib. Onun 9 şirkəti var. İddiaçı bildirdi ki, şirkətlərindən hansısa biri fəliyyətinə başlayan kimi o vəsaiti İddiaçı ödəyəcəyəkdir.Iddia tələbini qismən qəbul edir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 20000 ABŞ dolları borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 192 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdeh Cavabdeh 20000 ABŞ dolları borc pul vermişdir. Bu hal cavabdeh Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və iddiaçı tərəfindən təqdim edilən 1 ədəd “yaddaş kartında” olan iddiaçı və cavabdeh arasına “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesajlaşma formasında olan səs yazıların ilə öz təsdiqini tapmışdır. Iddiaçı tərəfindən təqdim edilən və məhkəmə tərəfindən maddi sübut kimi qiymətləndirilən səs yazılarında cavabdehin iddiaçıya 20000 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapdığından iddia tələbi 20000 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, vəkil xərcləri ödənilmiş 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X6 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş səs yazıları və yazışmaları cavabdehin mənafeyinə uyğun olaraq qərəzli münasibət bildirmişdir. Eləcə də, yalnız cavabdehin şifahi izahatlarını əsas götürmüşdür. Iş materiallarında məhkəməyə təqdim edilmiş sübutlarda və səs yazılarında 20000 ABŞ dolları məbləğində borcun təsdiq edildiyini müəyyən etmiş, lakin eynizamanda tərəflər arasına olan yazışmalardan və səs yazılarından da müəyyən olur ki, cavabdehin iddiaçıya 40000 ABŞ dolları məbləğində borcu vardır və cavabdeh həmin səs yazılarında həmin borcu etiraf etmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Digər pozuntu isə məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı vəkil xərcləri ilə bağlı ödənilmiş 2000 manat məbləğin ödənildiyini təsdiq edəcək sübutları (müqavilə, qəbz və.s) məhkəməyə təqdim etməmişdir. Lakin qeyd etdiyi kimi iddiaçı Mingəçevir şəhər məhkəməsinə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin iddiaçının Kredo vəkil bürosuna, vəkil xərcləri ilə bağlı ödənilmiş 2000 manat məbləğin ödənildiyini təsdiq edəcək qəbz təqdim etmişdir. Məhkəmə isə həmin sənədləri nəzərə almamış, iş materiallarını və faktiki halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında heç bir müqavilə bağlanmamışdır. Ümumiyyətlə heç bir işdə görülməmişdir. Əvvəllərdə cavabdeh onlara heç bir iş verməmişdir. Qeyd edilən pul borc kimi deyil cavabdehin onlara iş verəcəyi vədinə görə verilmişdir. Pul nağd formada cavabdehə verilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərfələrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə pul tələbi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 40000 ABŞ dolları, vəkil xərcləri üçün ödənilmiş 2000 manat məbləğində pulun və ödənilmiş 300 manat manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsininiş iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin tam təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Odur ki, mübahisələndirilməsindən asılı olamayaraq maddi hüquq normasının düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edən zaman əsaslandırması ondan ibarət olmuşdur ki, “....iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdeh Cavabdeh 20000 ABŞ dolları borc pul vermişdir. Bu hal cavabdeh Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və iddiaçı tərəfindən təqdim edilən 1 ədəd “yaddaş kartında” olan iddiaçı və cavabdeh arasına “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesajlaşma formasında olan səs yazıların ilə öz təsdiqini tapmışdır. Iddiaçı tərəfindən təqdim edilən və məhkəmə tərəfindən maddi sübut kimi qiymətləndirilən səs yazılarında cavabdehin iddiaçıya 20000 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapdığından iddia tələbi 20000 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibəti borc münasibəti kimi qiymətləndirsə də, həm iş üzrə tərəflərin izahatından həmçinin işdə olan digər sənədlərdən tərəflər arasında heç bir borc münasibətinin olmadığı müəyyən edilir. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, illərdir tanıdığı cavabdeh Cavabdeh ondan tender üzrə işlərdən subpodradçı kimi onun qardaşının şirkətinə iş verəcəyini vəd edərək ondan 40.000 ABŞ dolları məbləğində pul istəmiş, o da ona inanaraq 2023-cü ilin yanvar ayında 40.000 (qırx min) ABŞ dolları pulu ona vermişdir. Eyni zamanda cavabdeh tərəfdə birinci instansiya məhkəməsində izahat verən zaman iddiaçıya subpodrad üzrə iş vermək üçün 20000 ABŞ dolları aldığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında nə şifahi nədəki qanunla müəyyən edilən qaydada borc müqaviləsi bağlanmamışdır. Əksinə həm iddia ərizəsində həm də izahatında iddiaçı tərəf cavabdehə pulu şirkətə iş veriləcəyi vədi ilə verdiyini bildirmiş, cavabdeh tərəf də öz növbəsində həmin məqamı qisməndə olsa təsdiq etmişdir. Sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilmişdir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Kollegiya bildirir ki, bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yəni, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrum edilən şəxsin mülkiyyət hüququnu qorumaqdır. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi pulun iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Həmin şərt özündə onu ehtiva edir ki, pul (əmlak) qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (borc, bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Beləliklə yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası qeyd edir ki, hər üç hal eyni zamanda mövcud olmuşdur. Belə ki, cavabdehin müqavilə bağlayacağı vədilə iddiaçıdan 20000 ABŞ dolları pul alması tərəflərin izahatları və iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh müəyyən pul vəsaiti əldə etmiş, həmin vəsaiti məhz iddiaçının hesabına əldə etmiş və əldə etmənin heç bir əsası (müqavilə və s.) olmamışdır. Məhkəmə təkibi daha sonra bildirir ki, əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan (və ya sonralar aradan qalxmış əsasa söykənirsə) başqasının hesabına əmlak (pul və s.) əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak (pul və s.) itkisinə məruz qalmış şəxs sayılır. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ isə ancaq o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun. Hazırki işdən də görünür ki, iddiaçı İddiaçı beləbir itkiyə məruz qalmışdır. Odur ki, iddia tələbi 20000 ABŞ dollarına aid hissədə əsaslı olmuşdur. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin cavabdehə verilmiş pulun 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək ilkin olaraq qeyd edir ki, cavabdehə 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları verilməsini iddiaçı tərəf bildirdiyi halda, həmin halın əksini sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf cavabdehə 40000 ABŞ dolları pul verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materialları ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ancaq 20000 ABŞ dolları pul verməsi öz təsdiqini tapmışdır. Belə ki, həm birinci instansiya məhkəməsində verdiyi izahatında həm də iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında cavabdeh Cavabdeh iddiaçıdan ancaq 20000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Belə olan halda borcun 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları olması qənaətinə gəlmək olmur. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir və yuxarıda qeyd edildiyi kimi, 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcun daha çox olması ilə bağlı iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin həm birinci instansiya məhkəməsində həmdə səs yazılarında borcun yarısını, yəni 20000 ABŞ dollarını ödəyəcəyini vəd etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, apellyator şikayətində cavabdeh tərəfin həm birinci instansiya məhkəməsində həmdə səs yazılarında borcun yarısını, yəni 20000 ABŞ dollarını qaytaracağını vəd etdiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Cavabdeh iddiaçıya 20000 ABŞ dolları borcu olduğunu etiraf etmişdir (iş v. 71). Bundan başqa, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq iddia ərizəsində göstərilən məbləğin bir hissəsini ödəmək üçün ona vaxt verilməsini istəmişdir (iş v. 85). Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş səs yazlarında (siyahı üzrə 12-ci səs yazısı və 15-ci (sonuncu) səs yazısı) cavabdeh Cavabdeh “....o pulu verəcəm 20000 verəcəm....” və “....vallahi dedim verəcəm, 20000 verəcəm, maksimum birinci günə”. Göründüyü kimi, həm birinci instansiya məhkəməsində veridiyi izahatında, həmd də səs yazılarında cavabdeh Cavabdeh iddiaçıdan aldığı pulun 20000 ABŞ dolları olduğunu bildirmişdir. Bundan başqa, iddiaçı tərəfin dediyi kimi cavabdeh Cavabdeh “borcun yarısını, yəni 20000 ABŞ dollarını ödəyəcəyini” vəd etməmiş, sadəcə məbləğ ifadə etmədən bir hissəsini ödəyəcəyini bildirmişdir. Kollegiya xüsusilə vacib bir məqamıda qeyd edir ki, cavabdeh Cavabdeh səs yazılarında hər dəfə 20000 ABŞ dollarını qaytaracağını bildirsə də, iddiaçı bir dəfədə olsa ona etiraz edərək borcun 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları olduğunu birdirməmişdir. Göründüyü kimi, iddiaçı tərəf bir dəfə də olsa cavabdehə ödəniləcək məbləğin 20000 ABŞ dolları deyil, 40000 ABŞ dolları olması ilə bağlı irad bildirməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsində iddiaçı cavabdehə qarşı iddia etdiyi halları sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası səsyazılarının qəbuledilənlik məsələsinədə münasibət bildirərək qeyd edir ki, həmin səsyazıları birinci instansiya məhkəməsində təqdim edilmiş və həqiqətin və işin faktiki hallarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçı gələcəkdə öz hüquqlarının pozulduğunu sübut etmək və onların bərpasını təmin etmək məqsədilə səsyazısı aparmışdır. Bundan başqa, səsyazısının qeydə alındığı şəraitdə tərəflərin aralarında olan mübahisədən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks olunmamışdır. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, cavabdeh tərəfdə buna etiraz etməmiş, hətta məhkəmə iclasında həmin məqamları təsdiq etmişdir. Nəhayət kollegiya nəzərə alır ki, tərəfin təqdim etdiyi səsyazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin etməyin yeganə vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125ci maddəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Odur ki, həqiqətin müəyyən edilməsini prinsipinin tələbləri baxımından baxılan iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş səsyazısını qəbuledilən hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş məbləğ ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, iş üzrə qəbul edilmiş qətnaməyə görə, birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi yardıma görə ödənilmiş məbləğin tutulması hissəsində təmin etməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “...Azərbaycan Respublikası Vəkillər X6 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən “KREDO” Vəkil Bürosunun hesabına 2000 manat ödəniş edilmişdir. Kollegiya daha sonra qeyd edir ki, nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin məhkəmə tərəfindən müəyyən edilən məbləği ağlabatan olmalıdır. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məbləği müəyyən edilməlidir. Bir iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin (vəkilin) iştirak etdiyi məhkəmə iclaslarının sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. amillər nəzərə alına bilər. Kollegiya nümayəndəyə (vəkilə) göstərdiyi hüquqi yardıma görə ödənilən xərclərin ağlabatan məbləğini müəyyən edən zaman bütün amilləri nəzərə almalı, həddindən artıq çox və ya az məbləği müəyyən etməməlidir. Bundan başqa, vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübasəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Həmçinin, kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə ödənilmiş məbləği cavabdehdən tutmamaqda haqlı olmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilərək cavabdehdən hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq etmədiyindən qətnamə tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumunun 192 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 20000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə üzrə manatla), hüquqi yardımla bağlı ödənilmiş 2000 manat və ödənilmiş dövlət rüsumunun 192 manatı tutularaq tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar