Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-20/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri – Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, apellyasiya şikayəti vermiş cavabdeh Mustafayev İmran Mustafa oğlunun və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İsayev Tural Fərhad oğlunun iştirakı ilə, iddiaçı İddiaçı İbrahim oğlunun (VÖEN 5100611012) cavabdeh Mustafayev İmran Mustafa oğluna (VÖEN 5100179072) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İbrahim oğlu və cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN ETDİ:
1. İşin halları
1. İddiaçı İddiaçı İbrahim oğlu (VÖEN 5100611012) ## ###### 2024-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Mustafayev İmran Mustafa oğluna (VÖEN 5100179072) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri- yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 (yetmiş min səkkiz yüz) manat pulun və mənəvi zərərin əvəzi olan 2000 (iki min) manatın cavabdeh Mustafayev İmran Mustafa oğlundan tutularaq (alınaraq) ona verilməsi (ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi ** saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini cavabdeh Mustafayev İmran Mustafa oğlu uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə edir. 2018-ci ildən cavabdehin qeyd olunan mağaza binasından çıxarılması bağlı Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qətnamələrinə əsasən, mülkiyyətində olan daşınmaz əmlakın (qeyri-yaşayış binasının) cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi müəyyən edilmiş və onun həmin əmlakdan çıxarılması qət edilmişdir. Lakin, uzun müddətdir ki, cavabdeh qeyd olunan məhkəmə qətnamələrinin icrasına maneçilik törədir və onun həmin qeyri-yaşayış binasından gəlir əldə etməyinin qarşısını alır. Cavabdehə 2018-ci ildən bu yana dəfələrlə başqa şəxslər tərəfindən həmin binanı onlara icrayə verməyi ilə bağlı təkliflər gəlsə də, cavabdeh həmin əmlakdan çıxmadığı üçün binanı icarəyə verə bilməmişdir. Cavabdehl isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir. Təkrar- təkrar cavabdehin diqqətinə çatdırmışdır ki, Zaqatala şəhəri, İ.Şamil küçəsi, ** saylı mağaza binası onun xüsusi mülkiyyətidir və onlar həmin badan qanunsuz olaraq istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququnu kobud şəkildə pozur. Məlumat üçün bildirir ki, cavabdehin qanunsuz müdaxiləsi olmasa idi, o, qeyd olunan qeyriyaşayış binasını icarəyə verməklə 2018-ci il üçün 12000 manat, 2019-cu il üçün 10800 manat, 2020-ci il üçün 9600 manat, 2021-ci il üçün 10800 manat, 2022-ci il üçün 12000 manat, 2023-cü il üçün 13200 manat, 2024-cü ilin yanvar və fevral ayları üzrə isə 2400 manat, ümumilikdə 70800 manat gəlir əldə edə bilərdi. Lakin, cavabdehin qanunsuz müdaxiləsinə görə o, ümumilikdə 70800 manat gəlir əldə etməkdən məhrum olmuşdur və cavabdehin həmin əmlakı ona təhvil vermədiyi vaxt üçün də məhrum olmaqda davam edir. Cavabdehin qeyd olunan qanunusuz hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Artıq 7 ildir ki, nə öz əmlakından istifadə edə bilir, nə də cavabdehin qanunsuz istifadəsinin qarşısını ala bilir. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin qarşılığı 2000 manatdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Repsublikası Konstitusiyasının 12, 13, 29 və 60-cı maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 21.1, 21.2, 21.3, 152.1, 152.5, 157.2, 157.4, 157.8 və 1097.1-ci maddələri ilə əsaslandırılmışdır).
3. İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Mustafayev İmran Mustafa oğluna qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra cavabdeh Mustafayev İmran Mustafa oğlu ## #### 2024-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yazılı ərizə (Etiraz) təqdim edərək, tam əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı Etirazını onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh Mustafayev İmran Mustafa oğlu iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmasına dair qətnamə qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ####### 2022-ci il tarixdə icra vərəqəsi verilmiş və qərar icra edilməsi üçün Zaqatala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, o, həmin ünvanda ümumiyyətlə yaşamır. Zaqatala Rayon Məhkəməsinin 2(033)- ***/**** saylı qətnaməsi tam şəkildə icra olunmuş və Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
4. Bundan sonra isə, cavabdeh Mustafayev İmran Mustafa oğlu ## ##### 2024-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yenidən yazılı Etiraz təqdim edərək, əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı həmin Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı İbrahim oğlu bir dəfə maddi və mənəvi zərər tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. 2003-2008-ci və 2009-2020-ci illərdə guya onun təklifi ilə bazar qiymətinə uyğun məbləğlə, razılaşma qiymətlərini özündən uyduraraq məhkəməyə müraciət etmişdir. Həmin işlə bağlı bütün məhkəmələr öz qiymətini vermiş və onun iddiası rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinə müraciət edəndə isə yeni ekspert tapıb, yeni ekspertin qiymətləri ilə onu "yükləməyə” çalışır. Sözü gedən mağaza binasında Hacıömər heç vaxt olmayıb, bina harda və nə vəziyyətdə olduğunu heç vaxt bilməyib. Çünki, həmin əmlak Hacıömər tərəfindən alınmayıb, binanı Hacıömərin adına o, sənədləşdirmişdir. Buna səbəb isə Zaqatala Kooperativlər İttifaqının növbəti satılan binası onun özünün adına sənədləşdirilməliydi. Hər iki binanın Texniki posportunu o, öz vəsaiti ilə hazırlatmişdır. Sözü gedən binanın alınmasına vəsait də özü tərəfindən ödənilmişdi. Ödəniş qəbzlərin üzərindəki imzalar da onundur. Həmin imzalarla bağlı ekspertin rəyi mövcuddur. Növbəti alınası binanın ödənişini isə Hacıömərin əmisi oğlu Nazim ödəməliydi. Həmin bina yerləşən ərazi 40 sot, qiyməti onun aldığı binaların qiymətindən 5 min manat baha olduğundan, Nazim almaqdan imtina etmişdi. Buna görə də, o, Hacıömərin adına sənədləşdirilmiş binanın özünün adına sənədləşdirməkdən ötrü Nazimlə bir neçə dəfə söhbət etmişdir. Qarşı tərəf olaraq, Nazim "biznes dağılmasın” deyərək, ona iki dəfə baş etibarnamə verib, onu aldatmağa nail olmuşdu. Nazim ona demişdi ki, "sənin böyük oğlunun 18 yaşı bitəndə, sənin vəsaitinlə alınan mağaza binasını və birgə aldıqları Hamam binasının isə sənin payının 3/1 hissəsini sənin adına yox, oğlun Mustafanın adına sənədləşdirəcəkdir”. O, isə münasibətlərinin qorunması üçün Nazimə etiraz etməmişdir. 2018-ci ilin ########ın #-sində oğlunun 18 yaşı tamam olurdu. Həmin vaxt isə Nazimin vəd verdiyi əmlaklarının əvəzinə, "əmlaklarından çıxarılması” barədə qarşı tərəfin məhkəmə bildirişini almışdır. O, məhkəməyə veriləndə, ona verilən etibarnamənin möhləti bitməmişdi. Bu barədə, o, Nazimin anası ilə söhbət etmiş və Nazimin anası ona demişdi ki, "Nazim sənin payını sənə verəcək, sən Nazimə qarşı agressiv olma”.
5. Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi ## ##### 2024-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə "iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdeh Mustafayev İmran Mustafa oğlundan iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 (yetmiş min səkkiz yüz) manat pulun, iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasına aid ## ###### 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat pulun və mənəvi zərərin əvəzi olan 2000 (iki min) manat pulun tutularaq (alınaraq) iddiaçı İddiaçı İbrahim oğluna verilməsi (ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Mustafayev İmran Mustafa oğluna qarşı qaldırmış olduğu və Zaqatala Rayon Məhkəməsinin icraatında olan işin məhkəmə qərardadı əsasında ekspert tərəfindən keçirilmiş baxış əsnasında müəyyən edilmişdir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlu iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasını sökmüş və söküntüdən əldə olunmuş materiaları özü üçün istifadə etmişdir. Cavabdeh Mustafayev İmran Mustafa oğlu bu hərəkəti ilə də cavabdehə ümumilikdə 7500 (yeddi min beş yüz) manat maddi ziyan vurmuşdur. Odur ki, iddiaçı tərəfin hazırkı ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi iddianın həcminin artırılması ilə bağlıdır. Bundan sonra isə, iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi ## ###### 2025-ci ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbi üzrə ərizə təqdim edərək, həmin ərizədə göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh İmran Mustafayevə qarşı "maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin tələb hissəsində iddiaçı "əldən çıxmış fayda qismində dəymiş zərər” dedikdə, iddiaçı "cavabdehin qanunsuz müdaxiləsi olmasa, qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri” nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisə üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: Notarial qaydada verilmiş ## ###### 2006-cı il tarixli, ƏN-İ № ****** saylı Etibarnamə: Həmin Etibarnamədən görünür ki, etibar edən İddiaçı İbrahim oğlu ## ###### 2006-cı ildə beş il müddətinə, yəni ## ###### 2011-ci il tarixinədək etibar edilən Mustafayev İmran Mustafa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün (etibar edənin) bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona (etibar edənə) çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ve ictimai təşkilatlarda onun (etibar edənin) adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ və icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir; Notarial qaydada verilmiş ## ###### 2009-cu il tarixli, ƏN-İ № ****** saylı Etibarnamə: Həmin Etibarnamədən görünür ki, etibar edən İddiaçı İbrahim oğlu ## ###### 2009-cu ildə on il müddətinə, yəni ## ###### 2019-cu il tarixinədək etibar edilən Mustafayev İmran Mustafa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün (etibar edənin) bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlən müəyyən etməklə qanunla icazə verilmiş bulun əqdlərı, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (gırovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər uzrə haqq-hesab aparmağı, miras, qəbul etməyi və yaxud ondan imtina elməyi pulun şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona (etibar edənə) çatası əmlakı, pulu, əmanəti, qiymətli, kağızları, eləcə də sənədləri, almağı, bank orqanlarında olan hesablar uzərində sərəncam verməyi, poçt, teleqraf, qıymətli, və digər hər cür məktubları və baratları almağı, butun dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun (etibar edənin) adından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmışə venlmış butun hüquqlarla, o cümlədən işi sulh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlak və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona (etibar edənə) aid olan mulki işləri aparmağı, bu tapşırığın yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Həmin Çıxarışdan görünür ki, Zaqatala şəhərinin İ.Şamil küçəsində Bələdiyyə mülkiyyətində olan 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksi İddiaçı İbrahim oğlunun adına xüsusi mülkiyyət kimi ## ### 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (Daşınmaz əmlakın reyestr nömrəsi: 402012000100-12301; Qeydiyyat nömrəsi: 3619003667; Qeydiyyat tarixi: ##.##.2019);
6. Zaqatala Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi: Həmin Qətnamə ilə iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) cavabdeh Mustafayev İmran Mustafa oğlunun çıxarılması qət edilmişdir;
7. Zaqatala Rayon Məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinə göndərilmiş ## #### 2024-cü il tarixli *-***/**** nömrəli məktub: Həmin məktubda göstərilir ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi 07.09.2022- ci ildə qanuni qüvvəsini almış və ## ####### 2022-ci il tarixdə qətnamə üzrə icra sənədi icra edilməsi üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
8. Zaqatala rayon İcra və probasiya şöbəsinin ## ###### 2024-cü il tarixli qərarı və 16.02.2023- cü il tarixli Aktı: Həmin sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri- yaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən ##.##.2023-cü il tarixdə Akt tərtib edilmişdir.
9. Eyni zamanda, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəməyə mübahisə predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyləri, tərəflər arasında baş tutmuş çoxsaylı məhkəmə işləri üzrə qəbul edilmiş məhkəmə aktları və digər sənədlər təqdim olunmuşdur. -
2. Birinci instansiya məhkəməsində icraat
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim oğlunun (VÖEN 5100611012) cavabdeh Mustafayev İmran Mustafa oğluna (VÖEN 5100179072) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş və həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: “İddia qismən təmin edilsin. Cavabeh Mustafayev İmran Mustafa oğlundan maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər."
11. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilk öncə sübutların məcmusuna, işin hallarına hərtərəfli qiymət verərək qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisəyə münasibətdə qeyd edir ki, hazırki mübahisə özgənin əmlakını qanunsuz istifadə etməklə mülkiyyətçiyə həmin əmlakdan gəlir gəlməsinə maneə törədən hüquqa zidd əməldən irəli gəlir. İddiaçı cavabdeh tərəfindən ona məxsus əmlakdan qanunsuz istifadə edildiyinə görə həmin əmlakı icarəyə verə bilməməsi səbəbindən ona ziyan dəydiyini iddia edir və iddia tələbində də cavabdehdən əmlakının qanunsuz istifadəsində olduğu müddətdə icarəyə verə biləcəyini hesab edərək ondan icarə haqqının əvəzi kimi ona dəymiş ziyanı tələb edir. Bu istiqamətdə araşdırılma aparılan zaman iddiaçının əmlakının həqiqətən qanunsuz istifadə olunduğu cavabdehin məhkəmə iclaslarında verdiyi izahatla öz təsdiqini tapır.
12. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yaranan hazırki mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış binasından cavabdeh tərəfindən qanunsuz istifadə etdiyi müddətdə iddiaçı tərəfindən həmin daşınmaz əmlakdan gəlir götürə bilməməsi səbəbindən ona dəyən ziyanın cavabdehdən tələb edilməsi ilə bağlıdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2021 -ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdeh Mustafayev İmran Mustafa oğlunun iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində hazırkı iddiada mübahisə predmeti olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsin üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmiş və həmin qətnamə ##.##.2022-ci ildə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə iddiaçının əmlakının cavadeh tərəfindən qanunsuz istifadə edilməsi müəyyən edilmişdir. Göstərilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmir və yenidən sübut edilmir.
13. Zaqatala Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli icra sənədi üzrə Mustafayev İmran Mustafa oğlunun Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksində (mağazalı qeyri-yaşayış binası) yaşamadığı üçün icraata xitam verilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlu özü iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxmış olsa da, həmin ünvanda sahibkarlıq fəaliyyətilə davamlı olaraq məşğul olur, yəni təndir işlədir və oradan gəlir əldə edir. Həmçinin onun ailə üzvləri də göstərilən ünvanda yaşayır. Hazırki dövrdə də xəstə olması ilə əlaqədar ailə üzvləri ilə birlikdə Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən mağazadan yaşayış evi kimi istifadə edərək orada yaşayır. Bu faktı cavabdeh məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən cavabdeh Mustafayev İmran Mustafa oğluna ## ###### 2009-cu il tarixindən ## ###### 2019-cu il tarixinədək 10 il müddətinə verilən etibarnamədə iddiaçı İddiaçı İbrahim oğlu onun bütün əmlaklarını idarə etmək və onun üzərində sərəncam vermək kimi öz hüquqlarını cavabdeh Mustafayev İmran Mustafa oğluna etibar etmişdir. Bu yazılı əqdetibarnamə əsasında cavabdeh Mustafayev İmran Mustafa oğlu iddiaçıya məxsus əmlaklar, o cümlədən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə edərək gəlir götürmüşdür. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlunun iddiaçıya məxsus əmlakdan ## ###### 2009-cu il tarixindən ## ###### 2019-cu il tarixədək istifadə edərək gəlir əldə etməsinin qanuni əsası olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə nəticəsində cavabdehdən 2019-cu ilin ## ###### tarixədək olan müddətdə ona dəymiş maddi zərərinin əvəzini tələb etməkdə haqlı deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğvi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilən etibarnamən müddəti ## ###### 2019-cu il tarixdə bitmiş, lakin cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Həmçinin tərəflər arasında icarə müqavilə münasibətləri olmadığı da müəyyən edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ## ###### 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən, həmin tarixdən sonrakı müddət ərzində cavabdehin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmişdir.
15. Cavabdeh Mustafayev İmran Mustafa oğlunun ## ###### 2019-cu il tarixdən etibarən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan isifadəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyən edərkən Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MEB/**-****/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabata əsaslanır. Belə ki, hesabata əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hər ay 900 manat icarə haqqı olmaqla cəmi 3600 manat, 2020-ci il üçün hər ay 800 manat olmaqla cəmi 9600 manat, 2021-ci il üçün hər ay 900 manat olmaqla cəmi 10 800 manat, 2022-ci il üçün hər ay 1000 manat olmaqla cəmi 12 000 manat, 2023-cü il üçün hər ay 1100 manat olmaqla, cəmi 13 200 manat, 2024-cü ilin fevral ayınadək 2400 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Nəticə etibarilə, cavabeh Mustafayev İmran Mustafa oğlunun iddiaçıya məxsus Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan istifadəsi nəticəsində 2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində (3600+9600+10800+12000+13200+2400) cəmi 51600 manat məbləğində dəymiş ziyan cavabdeh Mustafayev İmran Mustafa oğlundan tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002ci il tarixli Qərarında qeyd edilir ki, "zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.” Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və cavabeh Mustafayev İmran Mustafa oğlundan maddi ziyanın əvəzi olaraq 51.600 manat pul tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməlidir.
17. Məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan "Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yeləşən "Ç” tikilisinin dəyəri olan 7000 manat məbləğində pulun cavabehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyriyaşayış sahəsində olmuş "Ç” tikilisinin cavabdeh tərəfindən söklüməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini təqdim etmişdir. Həmin rəy də mövcud olmayan tikili barədə verildiyindən sübut kimi əhəmiyyətini itirmiş hesab edilir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub- olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
19. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Məhkəmə eyni zamanda cavabdehdən 2000 manat mənəvi zərər tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli qərarının 2- ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab”, "həyəcan, acizlik və sarsıntı”, "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il # ###### tarixli, “Pelipenko Rusiyaya qarşı” iş üzrə 2014-cü il ## ###### tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Avropa Məhkəməsi "Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il ## ######## tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bu cür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin 2000 manat dəyərində olmasını sübuta yetirə bilməmişdir.
21. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlundan maddi ziyanın əvəzi olaraq 51.600 manat pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməlidir. Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən ödənilmiş dövlət rüsmumu iddiaçıya aid edilir.
22. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün MM-in 21.1, 21.2, 2İ.3, 135.4, 135.10, 152.5, 152.8, 157.5, 359.1, 362.1, 362.2, 363.1, 365.1, 365.1.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.1 və 1092.2ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar mətndə MPM-in) 14.2, 77.1, 78.1, 82.3, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
23. İddiaçı İddiaçı İbrahim oğlu "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, (apellyasiya şikayətini nümayəndə (vəkil) Vəkil imzalamışdır), Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2- 2(117)-9/2025 iş nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabeh Mustafayev İmran Mustafa oğlundan maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməsi qət edilmişdir. Lakin, iddiaçı tərəf hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin hazırda mübahisələnidirlən qətnaməsi iddianın təmin edilmədiyi hissədə aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır:
25. Şəki Kommersiya Məhkəməsinin, dəymiş ziyanın ## ###### 2019-cu il tarixdən hesablanması arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ## ###### 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən, həmin tarixdən sonrakı müddət ərzində cavabdehin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmişdir. Cavabdeh Mustafayev İmran Mustafa oğlunun ## ###### 2019-cu il tarixdən etibarən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan isifadəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.” Halbuki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında əmlak kompeksi ilə bağlı mübahisə 2018-ci ildən başlamışdır və cavabdeh Mustafayev İmran Mustafa oğlu həmin kompleksin öznə məxsus olduğunu iddia edərək, oradan çıxmamışdır. Cavabdeh bu halı məhkəmədə də etiraf etmiş və məhkəmə iclasında hazırda da qeyd olunan daşınmaz əmlakdan istifadə etdiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin dövrdə etibarnamə qüvvədə olmuş olsa belə, faktik olaraq tərəflər arasında həmin əmlakla bağlı mübahisə olduğundan cavabdeh Mustafayev İmran Mustafa oğlu həmin binanı tərk etməli idi. Çünki, məzmunundanda göründüyü kimi qeyd olunan etibarnamə həmin əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə üçün əsas yarada bilməzdi. Bunun əksi mülkiyyətçilərin Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulması deməkdir.
26. Şəki Kommersiya Məhkəməsinin, əmlak kompleksinə daxil olan "Ç” tikilisinin dəyəri ilə bağlı sübut təqdim edilməməsi arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan "Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yeləşən "Ç” tikilisinin dəyəri olan 7000 manat məbləğində pulun cavabehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olmuş "Ç” tikilisinin cavabdeh tərəfindən söklüməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini təqdim etmişdir. Həmin rəy də mövcud olmayan tikili barədə verildiyindən sübut kimi əhəmiyyətini itirmiş hesab edilir.” Apellyasiya instansiyasının diqqətinə çatdırılır ki, Şəki Apellyasiya Məhkəməsinin hazırki mövqeyinə əsasən, istənilən şəxs bir başqa şəxsin əmlakını sökməklə maddi məsuliyyətdən yaxa qurtara bilər. Bununla yanaşı, iş materiallarında olan mütəxəssis rəyləri binanın ("Ç” tikilisinin) texniki pasportda qeyd olunan tikinti materiallarına uyğun olaraq hesablanmışdır ki, bu da son nəticədə həmin rəylərin sökülmüş əmlakın dəyərini müəyyən etməyə əsas verən mötəbər sübutdlar olduğunu göstərir.
27. Şəki Kommersiya Məhkəməsinin "mənəvi zərərin 200 (iki) yüz manat məbləğində müəyyən edilməli olması” arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, ".Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bu cür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmasa da, işin hallarını müəyyən etmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin 2000 manat dəyərində olmasını sübuta yetirə bilməmişdir.” Hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də ədalətli qətnamə qəbul etməmişdir. Belə ki, iddiaçı İddiaçı İbrahim oğlunun 5 (beş) il və hazırda da cavabdehin qanunsuz hərəkətlərinə görə öz əmlakından istifadə edə bilməməsi ona vurulmuş mənəvi zərəri müəyyən edən amillərdir. Məhkəmə isə iddiaçı tərəfindən olduqca az miqdarda müəyyən etdiyi mənəvi zərərə görə kompensasiyanı 200 manat müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur (Bundan sonra apellyasiya şikayətində Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin və MM-in 21, 152.1, 152.5, 157.2, 157.4 və 1097.1-ci maddələrinin məzmunu qeyd olunmuşdur).
28. Beləliklə, Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.
29. Eləcə də, cavabdeh Mustafayev İmran Mustafa oğlu da "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2- *(***)-*/**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İbrahim oğlu cavabdeh Mustafayev İmran Mustafa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mustafayev İmran Mustafa oğlundan Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70.800 manat, Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyriyaşayış binasına aid ## ###### 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasporda "Ç” tikilisi kimi qeyd olunmuş, uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdeh Mustafayev İmran Mustafa oğlundan maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməsi qət edilmişdir. İddiaçı iddia tələbində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) onun qanunsuz hərəkətləri nəticəsində baş verməsi ilə bağlı əsaslandırmışdır. İşə baxan məhkəmə isə belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı əmlakından məhrum edilmiş və habelə hüququ pozulmasaydı, qeyriyaşayış sahəsini icarəyə verərək gəlir əldə edə bilərdi. Lakin iddiaçı iddia ərizəsində qeyd edərək bildirir ki, cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün iddiaçı binanı icarəyə verə bilmir. İddiaçının iddiasından da görünür ki, iddiaçının binanı icarəyə verə bilməməsi cavabdehin ailəsinin həmin əmlakdan çıxmamağı səbəbindəndir. Məhkəmənin diqqətinə onu çatdırır ki, iddiaçı İddiaçı İbrahim oğlu cavabdehin ailə üzvləri X8, Mustafayeva Sevinc İmran qızının, Mustafayev Mustafa İmran oğlunun, Mustafayev İkram İmran oğlunun və Mustafayev Amir İmran oğlunun "mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
31. Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehin ailə üzvləri tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş hal-hazırda məhkəmənin icraatındadır. İddiaçı İbrahim oğlunun cavabdehin ailə üzvləri X8 və digərlərinə qarşı məhkəmənin icraatında olan mülki iş baxılıb yekun qərar qəbul edildikdən sonra iddiaçının cavabdehin ailəsinə qarşı hazırki iddia tələbi ilə müraciətinə baxıla bilər. İddiaçının hazırki iddia tələbindən görünür ki, iddiaçıya məxsus əmlakdan cavabdehin ailə üzvləri çıxmadığı üçün binanı icarəyə verə bilmir. Ailə üzvlərinin hərəkətinə görə cavabdeh İmran Mustafayev hər hansı bir məsuliyyət və öhdəlik daşımır.
32. İddiaçının gəlirdən məhrum edilməsində İmran Mustafayevin təqsiri olmadığından iddianın İmran Mustafayevə qarşı qaldırılması və iddianın təmin edilməsi maddi hüquq normasının pozulmasıdır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunun yuxarıda qeyd olunan mövqeyi vicdanlılıq prinsipindən yanaşılır. O, məhkəmə iclaslarında vermiş olduğu izahatlarında bildirmişdir ki, həmin qeyri-yaşayış binası onun öz şəxsi vəsaiti hesabına alınmışdır. Qeyd edir ki, onların mübahisəsi ilə əlaqədar Zaqatala Rayon Məhkəməsinini icraatında *(***)- ***/**** saylı mülki iş olmuşdur.
33. Həmin iş üzrə məhkəmə prosesində mülki iş üzrə dindirilmiş İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, sözügedən əmlakın alınması ilə bağlı heç nədən məlumatı olmamışdır. Ancaq sənədlər hazır olduqdan sonar Notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanılaraq əmlak İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlakın Kooperativ Cəmiyyətindən alınmasında ümumiyyətlə özü iştirak etməmiş, bununla əlaqədar aparılan əməliyyatlardan məlumatı olmamışdır. Mülki iş üzrə dindirilmiş Nəzir Muradov, Gülgəz Səfərova və Fikrət Mustafayev mağaza binasının ona satıldığını və ümumiyyətlə sənədləşmədə İddiaçı görmədiklərini bildirmişlər. Mülki iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunur ki, ödəniş qəbzlərində və təhvil- təslim aktındakı imzalar ona məxsusdur. Bundan əlavə həmin bina ümumiyyətlə yararsız vəziyyətdə olmuş və onun tərəfindən əsaslı şəkildə təmir edilmişdir. Bununla bağlı çəkilmiş xərclər tələbinə dair Zaqatala Rayon Məhkəməsinin icraatında mülki iş vardır.
34. Mülki iş üzrə ekspertiza təyin olunmuş və işin icraatı dayandırılmışdır. Qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə ümumiyyətlə iddiaçının mülkiyyətində deyildir. Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyəti olmaqla istifadədir. Qeyri-yaşayış sahəsinin bütün kommunal xidmətləri onun adına olmaqla qeydiyyatdan keçmişdir. O, həmin qeyri-yaşayış sahəsindən çıxarılsa da, həmin bina onun vəsaiti hesabına alındığından və onun hesabına əsaslı şəkildə təmir edildiyindən, mülkiyyətçi ilə bərabər həmin binada onun da hüquqları vardır. Hal-hazırda həmin qeyri-yaşayış binasına çəkilmiş xərclər ilə bağlı iddia Zaqatala Rayon Məhkəməsinin icraatındadır və o, həmin halları məhkəmə iclasında bildirmişdir. Məhkəmənin isə qeyd olunan halları nəzərə almadan qətnamə qəbul etməsi - maddi hüquq normasının pozulmasıdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçının hərəkətləri hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi daşıyır. İddiaçı iddia ərizəsində bildirir ki, 2018-ci ildən o, iddiaçıya məxsus əmlakı zəbt etmiş və iddiaçının gəlir əldə etməsinə maneə törətmişdir. Yuxarıdada qeyd etdiyi kimi, onların arasında 2018-ci ildən məhkəmə mübahisələri gedir. O, qanunvericiliyin cavabdehə verdiyi hüquqlardan istifadə edərək həmin qeyri-yaşayış sahəsinin alqı-satqısını məhkəmə qaydasında mübahisələndimişdir. Mübahisələndirməyinə əsas ondan ibarət olmuşdur ki, yuxarıda da qeyd etdiyi kimi həmin əmlakların alınması və əmlakların əsaslı təmiri onun öz şəxsi vəsaiti hesabına olmuşdur. Bunu iddiaçının özü də məhkəmə iclasında etiraf etmişdir. İddiaçının hazırki hərəkətləri hüquqdan sui-istifadə olmaqla, əsassız gəlir əldə etməkdir. İddiaçı iddia tələbində qeyd edir ki, "cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün o, binanı icarəyə verə bilməmişdir”. İddiaçin iddia ərizəsində qeyd olunan məzmuna isə məhkəmə qiymət verməmişdir. İddiaçı özü də qeyd edir ki, "İmran Mustafayev həmin əmlakdan çıxmışdır”. Lakin onun ailə üzvləri həmin əmlakdan çıxmadığı üçün binanı icarəyə verə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məzmundan aydın olur ki, iddiaçın gəlir əldə etməsinə maneə tərədən cavabdeh yox, cavabdehin ailə üzvləridir. Bu halda iddia niyə İmran Mustafayevə qarşı qaldırılmışdır ? Burada iddiaya cavab verməli şəxs cavabdeh deyil, cavabdehin ailə üzvləridir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, "cavabdeh hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edir”. İddiaçının bu mövqeyinə münasibət olaraq bildirir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olunan ərazi ümumiyyətlə iddiaçının istifadəsində olan 0,074650 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir.
35. Belə olan təqdirdə iddiaçının qeyri-yaşayış sahəsindən gəlir əldə etməsinə maneə onun sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi tikili (çörək istehsal sexi) deyildir. Həmin tikilinin iddiaçıya məxsus tikililərə aidiyyatının olmaması və onun isifadəsində olan torpaq sahəsində yerləşməməsi mülki iş üzrə ekspertiza keçiriləcəyi tədirdə müəyyən etmək mümkün olacaqdır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Mülki iş üzrə Şəki Kommersiya məhkəməsi mühəndis-texniki və əmtəəşünaslıq ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilmişdir. Lakin, həmin qərardadla təyin edilmiş məhkəmə mühəndis- texniki və əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır. Həmin Ekspert vəsatətində qeyd olunur ki, tədqiq olunan ünvanda baxış zamanı qərardadda ekspert qarşısına qoyulmuş birinci sualda qeyd olunan "Ç” tikilisinin (altıaçığın) faktiki olaraq mövcud olmadığı (söküldüyü) müşahidə olunduğundan qeyd olunan "Ç” tikilisinin hazırki dəyərinin müəyyən edilməsi mümkün olmaması bildirilmişdir. Qərardadda ekspert qarşısına qoyulmuş ikinci sual üzrə isə məlumatda qeyd olunur ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi ərazi üzrə anoloji qeyriyaşayış sahələrinin kirayəsinə dair Mərkəzin baza məlumatlarında həmçinin, yerli internet saytlarında məlumat olmadığından, müqayisə metodunu tətbiq etməklə qiymətləndirmə aparılması mümkün olmamışdır.
36. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəy verə bilmədiyi suallara mütəxəsisin rəy verə bilməsi və məhkəmənin mütəxəssis rəyinə istinad edərək qətnamə qəbul etməsi işin obyektiv, hərtərəfli və tam aparılmaması qənaətinə gəlməyə əsas verir. Mütəxəssis rəyinə diqqətlə baxdıqda və rəyi tədqiq etdikdə müəyyən olunur ki, mütəxəssis yalnız Zaqatala rayonunda yerləşən torpaq sahələrinin və qeyriyaşayış sahələrinin satışı ilə bağlı elanlara istinad edərək rəy vermişdir. 32 vərəqdən ibarət mütəxəssis rəyi tap.az və əmlak.az saytlarından aşkar edilərək əldə olunmuş torpaq sahələrinin və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı elanlardan və sözügedən obyektin şəkillərinə istinad olunaraq verilmişdir. Mütəxəssis rəyində mübahisə predmeti olan qeyriyaşayış binasının icarəsinə və ətrafında yerləşən qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı bir dənə də olsun fakta istinad olunmur. Halbuki, ekspert rəy verərkən doğru qənaətə gəlmişdir ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi ərazi üzrə anoloji qeyri-yaşayış sahələrinin kirayəsinə dair Mərkəzin baza məlumatlarında həmçinin, yerli internet saytlarında məlumat olmadığından müqayisə metodu tətbiq etməklə qiymətləndirmə aparılması mümkün olmamışdır.
37. Bundan əlavə, o, elektron kabinetə iddiaçı ilə arasında 2021-ci ildə olan mülki iş ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələrini əlavə etmişdir. Həmin qətnamələrdə iddiaçı hazırki mübahisələndirilən pilləkənli mağaza binasının icarə haqqı 200 manat və çörək sexinin aylıq icarə haqqı 1000 manat olmaqla, ona icarəyə verdiyini qeyd edir. Lakin həmin iddia əsassız olduğundan təmin edilməmişdir. 2018-ci ildən hazırki mübahisələndirilən çörək bişirmə sexi fəaliyyətini ##.##.2024-cü ilədək dayandırmışdır. ##.##.2024-cü il tarixdə X12 tərəfindən qeydiyyata alınaraq çıxarış verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, çörək bişirmə sexinin iddiaçının istifadəsində olan torpaq sahəsinə və qeyri- yaşayış binasına hər hansısa bir bağlılığı olmamaqla, həmin torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Qeyd olunan tikilinin iddiaçıya hər hansısa bir aidiyyatının olmaması səbəbindən, iddiaçının gəlirdən məhrum edilməsi ilə bağlı məhkəmin mövqeyi tam əsassızdır.
38. Eyni zamanda, qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)- */**** saylı qətnaməsində qeyd olunan Pilləkənli mağaza və Çörəkxana hazırkı məhkəmə mübahisəsinin predmeti olan qeyri-yaşayış sahələridir. Beləliklə də, yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsassızdır və təmin olunmalı deyildir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
39. İddiaçı İddiaçı İbrahim oğlu "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə cavabdeh Mustafayev İmran Mustafa oğlunun apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdeh Mustafayev İmran Mustafa oğlunun Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
40. İş üzrə apellyasiya araşdırması zamanı cavabdeh Mustafayev İmran Mustafa oğlu "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, həmin ərizəsində göstərmişdir ki, cavabdeh İddiaçı İbrahim oğlu "mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi, ** saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə etməsini” iddia edərək, ona qarşı "maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ilk öncə iddiaçının mülkiyyətində olan əmlakın onun tərəfindən zəbt edilib-edilməməsi müəyyən edilməli, bundan sonra isə iddianın əsaslılığı yoxlanılmalı idi. Lakin, birinci instansiya məhkəməsi qeyd etdiyi halları nəzərə almamışdır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə aiddiyyatı qaydası da pozulmuşdur. Çünki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı idi. Bunun üçün də işin aidiyyatı üzrə ümumi məhkəməyə göndərilməsini xahiş edir.
4. İş üzrə birinci apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
41. Apellyasiya şikayətlərinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi Vəkil, apellyasiya şikayəti vermiş cavabdeh Mustafayev İmran Mustafa oğlu və onun nümayəndəsi İsayev Tural Fərhad oğlu gəlmişlər.
42. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(117)- */**** nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi və eyni zamanda, cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir
43. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş cavabdeh Mustafayev İmran Mustafa oğlu Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(117)- */**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsinin "iddianın təmin edilən” hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi, yəni ona qarşı yönəlmiş iddia tələbinin tam rədd olunması və eyni zamanda, iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
44. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş cavabdehin nümayəndəsi İsayev X5 Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh Mustafayev İmran Mustafa oğlunun verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(017)- */**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi və eyni zamanda, iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
45. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın təmin olunmaması, eləcə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur (hakimlər: Z.Sadıqov – sədrlik edən və məruzəçi, E.Hüseynov və Ə.Kərimov).
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilməmiş və iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq iddiaçının (mülkiyyətçinin) vermiş olduğu etibarnamə əsasında cavabdeh tərəfindən həmin əmlakdan istifadə olunmuşdur. Lakin tərəflər arasında məlum əmlakın istifadə və idarə olunması üzrə mövcud münasibətlər pozulduqdan sonra isə cavabdehin həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmış və həmin qətnamə icra olunmuşdur (2023-cü il ## ###### tarixli akta əsasən).
47. Məhkəmə kollegiyası işin konkret hallarını və aşağıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini digər hissələrdə təmin etməməkdə haqlı olsa da, iddia tələbini “maddi ziyan kimi icarə haqqı olaraq əldən çıxmış faydanın və mənəvi zərərin tutulması” hissəsində qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
48. İddia ərizəsində qeyd olunduğu kimi cavabdeh tərəfindən “qanunsuz zəbt” edilməmiş və iddiaçı tərəfindən geniş səlahiyyətlər verən etibarnamə əsasında həmin əmlak uzun müddət cavabdeh tərəfin istifadəsində və sahibliyində olmuşdur. Bu səlahiyyətlər çərçivəsində də cavabdeh tərəf həmin əmlak kompleksinin yararlı hissəsindən yaşayış yeri kimi istifadə etmiş, digər hissələrindən isə istifadə etməmiş, iddiaçı isə həmin illər ərzində buna heç bir etiraz bildirməmişdir. Eyni zamanda, iddia ərizəsində tələbin əsaslandırıldığı “cavabdeh isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir” xüsusatı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
49. İş materiallarında “təndir” (çörək bişirilib-satılan yer) kimi qeyd olunan qeyriyaşayış sahəsi isə, ümumiyyətlə, iddiaçının mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinə aid deyildir. Bununla belə, birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan mütəxəssis hesabatının və eləcə də iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin mübahisənin aid olduğu dövrdə yaşayış yeri kimi istifadə olunmuş və məhkəmə araşdırması zamanı konkret olaraq hər hansı bir sahibkarlıq fəaliyyəti üzrə istifadə oluna bilməsi təsdiq edilməyən tikililərlə əlaqədar ayrı-ayrı illər üzrə icarə haqqının müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir.
50. Həmçinin iddiaçı Zaqatala Rayon Məhkəməsinin 2021-ci il # ####### tarixli *(***)- ***/**** nömrəli qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş hazırkı iş üzrə cavabdehin “həmin qeyri-yaşayış sahəsindən çıxarılması” barədə iddia ərizəsini verərkən 2018-ci il də daxil olmaqla həmin iddia ərizəsini verdiyi dövrədək qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri - “əldən çıxmış fayda qismində dəymiş zərər” olaraq tələb etməmişdir. Halbuki iddiaçı hazırkı qeyd olunan tələbində haqlı olduğunu hesab etdiyi halda, 2018-ci ildən etibarən uzun müddət keçməsinə baxmayaraq daha əvvəl, yəni 2021-ci ildə əmlakdan çıxarılma barədə iddia verərkən də belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməməsi ağlabatan deyildir. Eyni zamanda, tərəflər arasında mövcud olmuş və uzun illər ərzində davam etmiş münasibətlər də hazırkı iddianın əsaslılığını şübhə altına alır.
51. Belə ki, tərəflər arasında mövcud olmuş mübahisə ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il ## ### tarixli 2(107)- **/**** nömrəli qətnaməsinin icrası hazırkı iş üzrə iddiaçı tərəfindən təmin olunmamışdır. Eləcə də eyni etibarnamə əsasında istifadəsinə verilmiş digər əmlakla əlaqədar hazırkı iş üzrə cavabdehin vermiş olduğu iddia tələbləri üzrə hazırkı iş üzrə iddiaçıdan müəyyən məbləğlərdə pulun alınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur ki, bu halların özü də hazırkı iş üzrə mübahisə predmeti olan əmlakdan iddiaçının razılığı ilə istifadə edilməsi və bu mübahisəyə səbəb halların da iddiaçının razılığı və hərəkətləri nəticəsində baş verməsi təsdiq edilir. Halbuki MM-in tələblərinə görə zərər - zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər (maddə 1097.5).
52. Bundan əlavə, yuxarıda təsvir olunan işin hallarına görə iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehi çıxarmaqda, cavabdehin həmin əmlakdan istifadəsini və faktiki sahibliyini qadağan etməkdə haqlı olsa da, tərəflər arasında uzun illər ərzində davam etmiş münasibətlərin məzmunu və xarakteri baxımından hazırkı iddia ərizəsində istinad etdiyi xüsusatlar və hallar əsasında ondan iddia tələbində qeyd olunan maddi və mənəvi zərəri tələb etməkdə haqlı deyildir. Hətta MM-də digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biri kimi təsbit olunmuşdur (maddə 560.3.4) və hüquqdan sui-istifadəyə yol verilmir (maddə 560.2).
53. Göründüyü kimi yuxarıda qeyd olunanlara və tərəflərin uzun illər ərzində davam edən münasibətlərin xarakterinə əsasən müəyyənləşdirilmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələblərinin əsaslılığı müəyyən edilməmiş və həmin iddia tələbləri kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübutlarla sübut olunmamışdır.
54. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən “iddianın təmin edilmədiyi” hissəsi üzrə həmin məhkəmə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə çıxartmışdır və həmin hissədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır.
55. Məhkəmə kollegiyası mövqeyini MM-in 14.2, 14.2.1, 14.2.6, 21, 152.5, 362.1, 362.2, 385.1, 386.1, 425.1, 425.2, 560.1, 560.2, 560.3.4, 675, 700.1, 777.1, 777.2, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1, 1097.5-ci, MPM-in 2.1, 2.2, 9, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 81, 82.3, 88, 217.2-217.5, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
56. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdi
Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
57. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci, MM-in 21, 152 və 1097-ci maddələri üzrə - birinci instansiya məhkəməsində 2024-cü il ## #### tarixli vəkil sorğusuna cavab olaraq təqdim edilmiş ** saylı Ərazi Vergilər İdarəsinin məktubunda da qeyd edilmişdir ki, qeyri yaşayış binasında (çörək bişirmə sexində) vergi ödəyicisi cavabdeh fəaliyyət göstərir və həmin obyekt vergi orqanında qeydiyyatdadır. Göründüyü kimi cavabdehin iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması və hal-hazırda da ailəsi ilə birlikdə həmin əmlakdan istifadə etməsi öz təsdiqini tapmasına baxmayaraq apellyasiya instansiyası bütün bu sübutları gözardı edərək öz mülahizələri əsasında hazırda mübahisələndirilən qətnaməni çıxartmışdır.
58. Əksi götürülsə belə, apellyasiya instansiyasının yanaşmasından belə başa düşülür ki, başqasına məxsus qeyri-yaşayış binasını zəbt edərək yaşayış sahəsi kimi istifadə edə bilərsən və buna görə heç bir maddi məsuliyyət daşımırsan. Yalnız həmin əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə ediləcəyi təqdirdə maddi məsuliyyətdən söhbət gedə bilər.
59. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianı daha əvvəl verilməməsi ilə bağlı qənaətinə münasibətdə iddiaçı qeyd etmişdir ki, məhkəmə öz arbitr funksiyasından kənara çıxaraq iş üzrə cavabdehin 2018-ci ildən bu yana qanusuz olaraq iddiaçının mülkiyyətində olan müəssisəni zəbt etməsini və mülkiyyətçiyə maddi ziyan vurmasını qanuni hərəkət kimi qiymətləndirmək üçün əlindən gələni etməyə çalışmışdır.
60. Halbuki iş materiallarından da göründüyü kimi tərəflər arasında əmlak kompleksi ilə bağlı mübahisə 2018-ci ildən başlamışdır və cavabdeh həmin kompleksin özünə məxsus olduğunu iddia edərək oradan çıxmamışdır. Cavabdeh bu halı məhkəmədə də etiraf etmiş və məhkəmə iclasında hazırda da qeyd olunan daşınmaz əmlakdan istifadə etdiyini bildirmişdir. Hal-hazırda da cavabdeh və ailə üzvləri məhkəmənin mövqeyinə arxalanaraq qanunsuz olaraq əmlakdan istifadə edir.
61. Bu isə onu deməyə əsas verir ki, həmin dövrdə etibarnamə qüvvədə olmuş olsa belə, faktiki olaraq tərəflər arasında həmin əmlakla bağlı mübahisə olduğundan cavabdeh həmin binanı tərk etməli idi. Yəni qeyd olunan etibarnamənin qüvvədə olması əsası ilə cavabdeh iddiaçının əmlakını zəbt edib həmin əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə edə bilməzdi. Bunun əksi mülkiyyətçilərin Azərbaycan Respublikasının Konstitusiyası, Avropa Konvensiyası və MM ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulması deməkdir.
62. Şəki Apellyasiya Məhkəməsinin yanaşmasından belə başa düşülür ki, əgər hər hansı bir şəxs digər bir şəxsə daşınmaz əmlaklarına sərəncam verilməsi ilə bağlı etibarnamə verərsə, bu zaman gələcək illər üzrə mülkiyyətində olan daşınmaz əmlaklardan uzun müddətə məhrum olmaq riski ilə üz-üzə qala bilər. Yəni istənilən şəxs hazırkı məhkəmə qətnaməsini özünə əsas seçməklə etibarnaməyə və yaxud əvvəllər aralarında olan işgüzar münasibətlərə əsasən başqa şəxsin əmlakını uzun müddət ələ keçirə bilər.
63. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında 2018-ci ildən iddiaçının cavabdehi əmlakdan çıxarması ilə bağlı mübahisənin olmasını, cavabdehə verilmiş etibarnamənin müddətinin 2019-cu il ## ###### tarixində bitməsini, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdehin iddiaçıya məxsus əmlakdan çıxmalı olmasını, cavabdehin iddiaçıya məxsus əmlakdan 2024-cü il ## ###### tarixində çıxmasını (halbuki hal-hazırda da cavabdeh və ailə üzvləri həmin əmlakdan istifadə edir) müəyyən etməsinə baxmayaraq yenə də cavabdehi müdafiə edərək iddianı təmin etməmişdir.
64. Apellyasiya instansiyası iddianın və apellyasiya şikayətinin əsas dəlillərindən biri olan “Ç” tikilisi ilə bağlı hissəyə, ümumiyyətlə, münasibət bildirməmiş, həmin dəlilin əsaslı olub-olmamasını araşdırmaq zərurəti görməmişdir. Həmin hissə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə (apellyasiya instansiyasının bu hissəyə münasibət bildirmədiyi üçün onun mövqeyinə istinad edilə bilmir) münasibətdə vurğulanmışdır ki, həmin qənaətə əsasən istənilən şəxs bir başqa şəxsin əmlakını sökməklə maddi məsuliyyətdən yaxa qurtara bilər. Bununla yanaşı, iş materiallarında olan mütəxəssis rəyləri binanın (“Ç” tikilisinin) texniki pasportda qeyd olunan tikinti materiallarına uyğun olaraq hesablanmışdır ki, bu da son nəticədə həmin rəylərin sökülmüş əmlakın dəyərini müəyyən etməyə əsas verən mötəbər sübutlar olduğunu göstərir. İş üzrə cavabdeh də həm birinci, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarında qeyd olunan binanı sökdüyünü etiraf etmişdir.
65. MM-in 359 və 362-ci maddələri üzrə - həm birinci, həm də apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, sanki iddiaçının cavabdehə verdiyi etibarnamə iddiaçıya məxsus əmlaka sahiblik və istifadə etməyə əsas verən sənəddir. Halbuki etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni qeyd olunan etibarnamənin qüvvədə olması əsası ilə cavabdeh iddiaçıya məxsus əmlakı zəbt edib həmin əmlakdan onun iradəsinə zidd olaraq istifadə edə bilməzdi. Şəki Apellyasiya Məhkəməsinin etibarnaməni daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnu həyata keçirməyə əsas verən müqavilə(icarə, kirayə və s.) kimi qiymətəndirməsi isə absurd olmaqla yanaşı qanunsuz və əsassızdır.
66. Göründüyü kimi apellyasiya məhkəməsi cavabdehin həmin etibarnamədən öz xeyrinə istifadə etməsini və bu hərəkətlərini etibarnamənin müddəti bitdikdən sonra da davam etdirməsini qanuni və əsaslı hesab etmişdir.
67. MM-in 23-cü maddəsi üzrə - yenə də işin mübahisəsiz halıdır ki, tərəflər arasında uzun çəkən məhkəmə mübahisələrinə baxmayaraq iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehi çıxara bilməmişdir. Cavabdehin ailə üzvlərinin də həmin əmlakdan çıxarılması ilə bağlı məhkəmə mübahisəsi davam edir. Cavabdeh bu halı həm birinci, həm də apellyasiya instansiyasında etiraf etmişdir. Lakin sonuncular maksimum dərəcədə prosessual hüquqlarından sui-istifadə edərək məhkəmə qəraralarından şikayətlər verməklə iddiaçıya ziyan vurmaqda davam edirlər. İddiaçı hal-hazırda da qeyri-iradi olaraq mənəvi əziyyət çəkir ki, mülkiyyətində olan əmlaklardan sərbəst surətdə istifadə edə bilmir.
68. MM-in 359.3, 781 və 782.1-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsinin işə baxan hakimlər tərkibi tərəfindən belə nəticəyə gəlinməklə etibarnamə, onun mahiyyəti, məzmunu, hüquqi təbiəti və yaratdığı hüquqi nəticələr barədə MM-in bir çox normalarının tələbləri və etibarnamə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarlarının formalaşdırdığı hüquqi yanaşmanı kobudcasına pozulmuşdur.
69. İlk növbədə qeyd olunmalıdır ki, 2006-cı il # ###### tarixində 5 il müddətinə və 2009-cu il ## ###### tarixində 10 ilədək, yəni 2019-cu il ## ###### tarixinədək verilmiş etibarnamələrdə hansı həcmdə səlahiyyətlərin verilməsinin nəzərdə tutulmasından asılı olmayaraq həmin etibarnamələr üzrə iddiaçı təmsil edilən, cavabdeh isə üçüncü şəxslər qarşısında onun təmsilçisidir. Təmsilçi cavabdeh təmsil edilən iddiaçının adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
70. Bundan başqa həmin etibarnamələr üzrə iddiaçı vəkalət verən,cavabdeh isə vəkalət alan sayıldığı üçün onlar arasında 2006-cı il # ###### tarixindən 2019-cu il ## ###### tarixinədək faktiki olaraq şifahi tapşırıq müqaviləsinin ünsürləri mövcud olmuşdur. Ona görə də vəkalət alan, yəni cavabdeh etibarnamələrin qüvvədə olduğu tarixədək qeyriyaşayış binasının tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə (iddiaçıya) verməyə borcludur.
71. Yəni iddiaçı etibarnamələri cavabdehə qeyri-yaşayış binasından havayı istifadə edərək oradan əldə etdiyi gəlirləri mənimsəmək niyyəti ilə verməmişdir və etibarnamələrdə cavabdehə belə səlahiyyətlərin verilməsi nəzərdə tutulmamışdır.
72. Məlum olduğu kimi iddiaçı qeyri-yaşayış binasını orada kommersiya fəaliyyətini həyata keçirib gəlir əldə etməsindən ötrü 2005-ci ildə alqı-satqı yolu ilə mülkiyyətinə almışdır. Həmin əmlak kompleksi kommersiya fəaliyyəti göstərilməsindən ötrü çox əlverişlidir və Zaqatala şəhərinin gediş-gəlişin intensiv olan ərazisində yerləşir.
73. Həm iddiaçı, həm də cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olduqları üçün aralarındakı qarşılıqlı inam və etimada əsaslanan şifahi razılaşma şərtlərinə uyğun olaraq yuxarıda adı çəkilən əmlak kompleksindəki ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə verib icarə haqlarını toplayıb ona verməsindən ötrü təmsil edilən iddiaçı təmsilçi cavabdehə onu təmsil etmək üçün geniş səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdi. 74.Lakin cavabdeh başqalarına böyük məbləğdə borclarının olduğunu, ailəsinin yaşaması üçün maddi ehtiyaca görə hələ ev tikə bilmədiyini iddiaçıya bildirib ondan bu əmlak kompleksindən özünün istifadə etməsinə razılıq verməsini israrla xahiş etmiş, iddiaçı isə humanist davranaraq cavabdehin bu xahişinə razılıq vermiş, icarə haqqı üzrə ilk vaxtlar yaranan borclarını hissə-hissə ödəməsinə cavabdehə imkan yaratmışdır. Təəssüf ki, cavabdeh qeyd edilən əmlak kompleksindən etibarnamələrdə göstərilən müddətdə öz xeyrinə istifadə etmiş, orada sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri qanunsuz olaraq mənimsəmişdir.
75. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində: “Bütün bu müddət ərzində də yuxarıda qeyd olunan beş məhkəmə qətnaməsi üzrə mübahisə predmeti olan ünvan 4-3 ünvanında yerləşən qeyri-yaşayış binası və qeyri-yaşayış sahəsi ilə əlaqədar bir çox hüquqi və digər hərəkətlər qanuni əsaslarla cavabdeh tərəfindən icra olunmuşdur”, - deyəndə nəyin nəzərdə tutulduğu aydın deyildir.
76. Qeyd olunmalıdır ki, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh ona verilən etibarnamələrin qüvvədə olduğu tarixədək qeyri-yaşayış binası üzərində heç bir hüquq əldə etmədiyi müəyyən edilmişdir.
77. Cavabdehə verilən etibarnamənin qüvvədə olma müddəti 2019-cu il ## ###### tarixində başa çatdığına görə bundan sonra da onun əmlak kompeksində qalması qanunsuzdur. Ona verilən etibarnamə əsasında iddiaçını üçüncü şəxslərlə münasibətdə təmsil etmək hüququ olan cavabdeh həmin etibarnamələr əsasında əmlak kompleksində heç bir hüquq, o cümlədən, oradan istifadə və sahiblik hüququ əldə etməmişdir. Bu fakt qanuni qüvvədə olan məhkəmə qərarları ilə dəfələrlə müəyyən edilmişdir. Bundan başqa “təndir” (çörək bişirilib-satılan yer) kimi qeyd olunan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan mübahisəli əmlak kompleksinə daxil (aid) olmaması barədə qətnamədə göstərilənlər də cavabdehin həqiqəti əks etdirməyən izahatından başqa, heç bir mötəbər dəlil və faktla təsdiq edilmir.
78. Bundan əlavə iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış əmlak kompleksinin təyinatının cavabdeh tərəfindən özbaşına dəyişdirilərək oradan yaşayış yeri kimi istifadə etməsi də qanunsuz fəaliyyətdir. Belə vəziyyətin özü də iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan qeyri-yaşayış əmlak kompleksindən təyinatı üzrə istifadə etməsinə yaradılmış qanunsuz maneə sayılmalıdır. Bu vəziyyətdə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı saymaq olmaz.
79. MPM-in 7.1, 8.1, 8.2, 82.3, 174.2, 218.1, 220.4, 392.1, 392.1.4 və 392.1.5-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi iddiaçıya münasibətdə ədalət mühakiməsini tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirməmiş, tərəflərə eyni cür yanaşmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, cavabdehə daim üstünlük yaratmış, ən nəhayət isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.
80. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazının dəlilləri, ümumiyyətlə, göstərilməmişdir. Halbuki 8 vərəqdən ibarət olan cavabdehin apellyasiya şikayətinə etirazda cavabdehin apellyasiya şikayətinin hər bir dəlili üzrə əsaslandırılmış hüquqi mövqe və onları təkzib edən hallar geniş və ətraflı şərh edilmişdir.
81. Müqayisə üçün bildirilmişdir ki, işə apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin mətni bütünlüklə, yarım səhifədən də az həcmdə natamam və əsaslandırılmamış ərizəsi olduğu kimi qətnaməyə köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə etirazın dəlillərini qətnamədə ona görə göstərməmişdir ki, onları təkzib etmək üçün hüquqi əsas tapa bilməmişdir.
82. Cavabdehin apellyasiya şikayətinə etirazda hazırkı kommersiya işi üzrə preyudisial əhəmiyyət kəsb edən qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlara da istinad edilmişdir.
83. ünvan 6 3 ünvanında yerləşən qeyri-yaşayış binası (hamam, yeməkxana, məişət, qazanxana binası) ilə hazırkı mübahisəli qeyri-yaşayış binası bir-birindən fərqli ünvanlarda yerləşir, eyni obyekt deyildir. Bunu yaxşı bilsə də, cavabdeh apellyasiya şikayətində o əmlaka dair çıxarılmış qətnaməyə də istinad edərək məhkəmə kollegiyasında çaşqınlıq yaratmaq fikrindən yenə əl çəkməmişdir.
84. Hazırkı kommersiya işi üzrə mübahisə predmetinin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən əmlak kompleksindən cavabdehin qanunsuz istifadə etdiyi müddətdə iddiaçı tərəfindən həmin daşınmaz əmlakdan gəlir götürə bilməməsi səbəbindən ona dəyən zərərin ödənilməsi tələbi təşkil etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq birinci instansiya məhkəməsində baxış predmeti olmayan ünvan 4-3 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı məhkəmə qərarlarına istinad etmiş və onları geniş şərh etmişdir.
85. Başa düşülmür ki, apellyasiya instansiyası qətnaməsində hazırkı iddianın predmetindən kənara çıxan beş qətnamədən üçünə nəyə görə və hansı hüquqi mövqeyini əsaslandırmaq üçün istinad etmişdir. Hazırkı mübahisə predmetindən kənara çıxan qətnamələr barədə məlumat ona görə verilmişdir ki, məhz həmin qətnamələrdə cavabdehin bəzi faktlar da vardır və onların geniş formada diqqətə çatdırılması cavabdehin hazırkı mübahisədə guya haqlı olması təəssüratı yarada bilər. Əks təqdirdə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaqdan ötrü Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən əmlak kompleksinə dair apellyasiya şikayətinə etirazda göstərilən məhkəmə qərarlarına da istinad etməli idi.
86. Həmin məhkəmə qərarları bunlardır: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarı və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2022-ci il # ### tarixli *-*(***)-***/**** nömrəli qərarı. Bunlardan başqa, nə apellyasiya məhkəməsinin qətnaməsində, nə də apellyasiya şikayətinə etirazda əksini tapmayan Zaqatala Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)- **/**** nömrəli qətnaməsinə və Zaqatala Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-**/**** nömrəli qərardadına da mütləq qaydada istinad edilməli idi. Çünki həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı olan qeyri-yaşayış sahəsinin ona qaytarılması, onunla həmin mağaza binası və köməkçi sahələri üzrə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və hazırkı iş üzrə iddiaçı ilə şərikli əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750 000 manat vəsaitin tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi bir hissədə rədd edilmiş, digər hissəsi üzrə isə Zaqatala Rayon Məhkəməsinin həmin tarixli qərardadı ilə xitam verilmişdir. Hər iki məhkəmə aktı qanuni qüvvəyə minmişdir.
87. Apellyasiya instansiyası məhkəməsinin tətbiq etməsini nəzərdə tutduğu MM-in maddələrinin məzmun və mənasından belə nəticəyə gəlmək olur ki, hazırkı kommersiya mübahisəsinə bu normaların müddəları tətbiq edilsəydi, o zaman iddiaçının tələbi tam həcmdə təmin olunmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi bunun əksinə heç bir mötəbər fakta və sübuta əsaslanmadan qanunsuz və ədalətsiz qətnamə çıxartmışdı
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
88. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin alınması və əsaslı təmiri cavabdehin şəxsi vəsaiti hesabına olmuşdur. Bunu iddiaçının özü də məhkəmə iclasında etiraf etmişdir. İddiaçının hazırkı hərəkətlər hüquqdan sui-istifadə olmaqla əsassız gəlir əldə etməkdir. Belə ki, qeyri-yaşayış binası cavabdeh tərəfindən qanunsuz zəbt edilməmiş və iddiaçı tərəfindən geniş səlahiyyətlər verən etibarnamələr əsasında həmin əmlak uzun müddət cavabdehin istifadəsində və sahibliyində olmuşdur. Bu səlahiyyətlər çərçivəsində də cavabdeh həmin qeyri-yaşayış sahəsinin yararlı hissəsindən yaşayış yeri kimi istifadə etmiş, digər hissələrindən isə istifadə etməmiş, iddiaçı tərəf isə həmin illər ərzində buna heç bir etiraz bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru nəticəyə gəlinmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də cavabdeh kassasiya şikayətinin təmin edilməyərək həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyasında icraat:
89. Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyası kassasiya şikayətinin maddi zərərin 2018-ci ildən hesablanması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi etibarnamənin müddəti 2019-cu il ## ###### tarixində bitmişdir. İşin hallarından və etibarnamənin də məzmunundan görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik xarakterli hüquq münasibətləri mövcud olmuşdur. Ona görə də hazırda yaranmış mübahisənin etibarnamələrin qüvvədə olduğu müddətlə bağlı hissəsinə münasibətdə MM-in tapşırıq müqaviləsi ilə bağlı olan normaları nəzərdən keçirilməlidir.
90. Belə ki, həmin hissədə tələbin maddi hüquqi əsasını MM-in 782.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
91. Hazırkı halda iddiaçı tələbində bildirir ki, cavabdeh 2018-ci ildən həmin əmlakdan çıxsa idi, iddiaçı həmin əmlakı icarəyə verərək oradan gəlir əldə edəcəkdi. Eyni zamanda kassasiya şikayətinin dəlillərində də qeyd etmişdir ki, verilən etibarnamə əsasında iddiaçını üçüncü şəxslərlə münasibətdə təmsil etmək hüququ olan cavabdeh həmin etibarnamələr əsasında əmlak kompleksində heç bir hüquq, o cümlədən, oradan istifadə və sahiblik hüququ əldə etməmişdir.
92. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, sonuncu etibarnamənin məzmununa görə iddiaçı cavabdehə yalnız üçüncü şəxslər qarşısında təmsil etmək deyil, həm də onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqları da etibar etmişdir. Ona görə də iddia tələbinin etibarnamə qüvvədə olan müddətə aid hissəsində iddiaçının cavabdehə verdiyi tapşırıqlar və onun iddiaçının əmlakını bu tapşırıqlar əsasında idarə etdiyi dövrdə hansı gəlirlərin əldə olunduğu, bu gəlirlərin hansı formada bölüşdürüldüyü və iddiaçıya bu gəlirlərin ödənilmədiyi, ümumiyyətlə, həmin dövrlərdə tərəflər arasında münasibətlərin hansı qaydada formalaşması və iddiaçının əmlakla bağlı cavabdehin idarəçiliyinə son qoymaq niyyəti 2018-ci ildə yaranmışdısa, hansı səbəbdən həmin vaxt etibarnaməni ləğv etməməsi kimi hallar araşdırılmalı olsa da, apellyasiya instansiyası məhkəməsi bu halları işdə mövcud olan digər sübutlarla əlaqəli surətdə aydınlaşdırmamışdır.
93. Məhkəmə kollegiyası iddianın sonuncu etibarnamənin qüvvədən düşdüyü dövrdən sonrakı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsində iddiaçının (Zaqatala Rayon Məhkəməsinin 2021-ci il # ####### tarixli *(***)-***/**** nömrəli qətnaməsinə istinadla) cavabdehin yaratdığı maneələr nəticəsində mülkiyyətindəki əmlakdan istifadə edə bilməməsi göstərilmişdir.
94. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi sonuncu etibarnamə 2019-cu il ## ###### tarixinə qədər qüvvədə olmuş və həmin etibarnamənin məzmunundan da görünür ki, cavabdehin mübahisəli əmlaka dair münasibəti hüquqi əsasa söykənsə də, bu tarixdən sonra cavabdehin həmin əmlaka bağlılığı ilə əlaqədar hər hansı hüquqi əsası iş materialları ilə təsdiq olunmur.
95. Cavabdeh tərəfindən Zaqatala Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin icra edilibedilməməsi, icra edildiyi halda isə icranın hansı tarixdə həyata keçirilməsi; “təndir” (çörək bişirilib satılan yer) kimi göstərilən qeyri-yaşayış sahəsinin mübahisəli ünvana aid olubolmaması.
96. Birinci məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarındakı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 2024-cü il ## ###### tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2021-ci il # ####### tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 m2 -lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən 2023-cü il ## ###### tarixində akt tərtib edilmişdir
97. 2024-cü il ## ###### tarixli məhkəmə iclas protokolunda (bax: iş materialları, II cild, səhifə 73) iddiaçının nümayəndəsinin “siz həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz” sualına cavab olaraq cavabdeh bildirmişdir ki, “bəli, mənim orada 2 ədəd balaca təndirim var. Onlar vasitəsilə çörək bişirib sataraq dolanışığımı təmin edirəm”. 2025-ci il ## ###### tarixli məhkəmə iclas protokolunda (bax iş materialları, II cild, səhifə 122) cavabdeh izahatında qeyd etmişdir: “aramızda olan əmlak mübahisələri üzrə məhkəmə qətnamələri çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən mən Zaqatala şəhəri, İ.Şamil küçəsi, ** saylı mağaza binasından çıxdım. Lakin mənim ailə üzvlərim həmin mağazadan yaşayış sahəsi kimi istifadə edərək orada yaşayırlar. Hal-hazırda mən də xəstə olduğum üçün ailə üzvləri ilə birlikdə həmin yerdə yaşayıram, bu barədə müvəqqəti icazə almışam. Həmin evdən çıxmaq istəmirəm...”.
98. Cavabdehin verdiyi izahatlar ilə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin verdiyi qərar arasında ziddiyyət mövcuddur və iş materiallarında bu ziddiyəti aradan qaldıran mötəbər bir sübut yoxdur.
99. Cavabdeh izahatında mübahisəli ünvanda çörək bişirib satmasını bildirsə də, sonrakı məhkəmə iclaslarında bunu inkar edərək həmin təndir yerinin mübahisəli ünvana aid olmamasını söyləmiş, lakin bunu təsdiqləyəcək əsaslı bir dəlil irəli sürməmişdir. Belə ziddiyyətin mövcud olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və təndirin həmin ünvana aid olmadığı qənaətinə gəlmiş, lakin bu nəticənin hansı sübutlara əsaslandığını qətnamədə göstərməmiş, sadəcə olaraq tərəflər arasındakı hazırkı işə heç bir aidiyyəti olmayan digər məhkəmə çəkişmələri ilə bağlı çıxarılan qətnamələrə istinad etmişdir.
100. Məhkəmə kollegiyası iddia tələbinin 2-ci hissəsi, yəni “Ç” tikilisi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tikilinin sökülməsi anı etibarnamənin qüvvədə olduğu dövrə təsadüf edirsə, yaranan hüquqi münasibətlərin qanuni əsasını MM-in 778.3-cü maddəsi, etibarnamənin qüvvədən düşməsindən sonrakı dövrdə baş verdiyi halda isə belə münasibətlərin qanuni əsasını MM-in 1097.1-ci maddəsi təşkil edir. Ona görə də bu hissəyə qiymət verərkən adı çəkilən normaların dispozisiya şərtləri yoxlanılmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi belə bir qiymətləndirmə aparmadan yekun nəticəyə gəlmişdir.
101. MM-in 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir (həmçinin bax: bu qərarın § 85).
102. Göründüyü kimi “Ç” tikilisi barədə doğru nəticəyə gəlmək üçün ilk növbədə onun hansı vaxtda, eləcə də cavabdeh tərəfindən sökülüb-sökülməməsi halları araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbinin bu tikili ilə bağlı olan hissəsinə qiymət verən zaman adı çəkilən normaların disposiziya şərtlərinə əməl etməmişdir.
103. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi, yəni mənəvi zərərlə bağlı bildirmidir ki, hazırkı işin materiallarına əsasən cavabdeh iddiaçıya məxsus əmlakdan 2019-cu il ## ###### tarixindən etibarən iddiaçının istifadəsinə maneəçilik yaratmışdır. Göründüyü kimi iddiaçının öz əmlakından istifadəsi cavabdehin maneələrinə görə mümkün olmamışdır.
104. Belə olan təqdirdə bu hal iddiaçının yalnız mülkiyyət hüququnun pozulması ilə kifayətlənmir, həm də onun psixoloji gərginlik, narahatlıq və hüquqi qeyri-müəyyənlik hissi yaşamasına səbəb ola bilər. Həmçinin belə hallar mülkiyyətdən qanunun yol verdiyi hədlərdə öz iradəsinə uyğun olaraq müstəqil surətdə istifadə etmək hüququna da ciddi müdaxilələr yaradır.
105. Baxılan işdə isə apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır
106. Mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq maddi tələblərin, o cümlədən mənəvi zərərin hansı səbəbdən təmin edilən və ya edilməyən olması ümumi mülahizələrlə deyil, MM-in yuxarıda göstərilən normalarının dispozisiya şərtlərinə uyğun əsaslandırılmalı, maddi zərərlə bağlı tələblərdəki məbləğlərin düzgün müəyyənləşdirilməsi üçün işdəki sübutlar tərəflərin iştirakı ilə tədqiq edilərək qiymətləndirilməli, zəruri olduqda mütəxəssisin yardımından istifadə olunmalı, xüsusi bilik tələb edən sualların cavablandırılması ehtiyacı yaranarsa, müvafiq ekspertizanın keçirilməsi tərəflərlə müzakirə edilməli, eyni qaydada cavabdehin iddiaya etirazlarının nədən ibarət olması dəqiqləşdirilməklə onların irəli sürülmüş tələblərin həllinə təsiri qiymətləndirilməli və işin əhəmiyyət kəsb edən digər halları üzrə araşdırma aparılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir
107. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir
108. Məhkəmə kollegiyası mövqeyini MM-in 152, 157, 362, 777, 782, 1097-ci və MPMin 14, 77, 88, 416-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
109. Apellyasiya şikayətlərinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi Vəkil, apellyasiya şikayəti vermiş cavabdeh Mustafayev İmran Mustafa oğlu və onun nümayəndəsi İsayev Tural Fərhad oğlu gəlmişlər.
110. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş iddiaçı İddiaçı İbrahim oğlunun nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(117)- */**** nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi və eyni zamanda, cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir
111. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş cavabdeh Mustafayev İmran Mustafa oğlu Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(117)- */**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsinin "iddianın təmin edilən” hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi, yəni ona qarşı yönəlmiş iddia tələbinin tam rədd olunması və eyni zamanda, iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
112. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş cavabdehin nümayəndəsi İsayev X5 Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh Mustafayev İmran Mustafa oğlunun verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2-2(017)- */**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi və eyni zamanda, iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
113. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
114. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
115. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra - Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2- *(*l*)-*/**** nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən apellyasiya şikayətində isə “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(*l*)-*/**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və eyni zamanda, MPM-in 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. Tətbiq edilən hüquq
MM-in normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biridir.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0. 1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0. 2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
116. Məhkəmə kollegiyası, iddiaçı İddiaçı İbrahim oğlunun və cavabdeh Mustafayev İmran Mustafa oğlunun apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki:
117. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir – yalnız 200 manat mənəvi zərərin ödənilməsi barədə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində. Cavabdehin 51.600 manat maddi zərərin ödənilməsi barədə qərarın ləğv edilməsinə dair tələbi isə əsassız olduğundan təmin edilməməlidir; birinci instansiya məhkəməsinin bu hissədəki qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
118. İddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir – “Ç” tikilisinin dəyərinin ödənilməsi barədə tələb əsaslı olduğundan, birinci instansiya məhkəməsinin bu tələbin rədd edilməsi barədə qərarı ləğv edilməli və 7000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının digər tələbləri (zərərin 2018-ci ildən hesablanması, mənəvi zərərin məbləğinin artırılması) əsassız olduğundan təmin edilməməlidir.
119. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı İddiaçı İbrahim oğlu notarial qaydada tərtib və təsdiq edilmiş ## ###### 2006-cı il tarixli ƏN-İ № ****** saylı Etibarnamə ilə 5 il müddətinə və ## ###### 2009-cu il tarixli ƏN-İ № ****** saylı Etibarnamə ilə isə 10 il müddətinə, yəni ## ###### 2019cu il tarixinədək "harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” hazırkı iş üzrə cavabdeh Mustafayev İmran Mustafa oğluna etibar etmişdir. Lakin, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mustafayev İmran Mustafa oğlu ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı İbrahim oğlu arasında 2018-ci ildən sonra yuxarıda qeyd olunan məlum Etibarnamələrlə nəzərdə tutulan Zaqatala şəhəri İ.Şamil küçəsi-20 ünvanındakı bələdiyyə mülkiyyətində olan 0,074650 ha torpaq sahəsi üzərində yerləşən və İddiaçı İbrahim oğlunun mülkiyyətində olan 499 kv.m-lik əmlak kompeksi (qeyri-yaşayış binası), eləcə də ünvan 4 3 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binası ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələri olmuş və bu mübahisələr üzrə aşağıda qeyd olunan məhkəmə qətnamələri qəbul edilmişdir:
120. Zaqatala Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə "Zaqatala RKC İdarə Heyətinin ## ######## 2003-cü il tarixli ** saylı qərarının, Azərittifaqın ## ######## 2003-cü il tarixli *** saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış ## ###### 2005ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi 360702048 olan, qeydiyyat tarixi ##.##.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi, iddiaçı Mustafayev İmran Mustafa oğlu ilə cavabdeh Zaqatala Rayon Kooperativlər Cəmiyyəti arasında Zaqatala şəhəri, İ.Şamil küçəsi, ** saylı ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” qət edilmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2021-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
121. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, cavabdeh Mustafayev İmran Mustafa oğlunun iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan ünvan 2 3 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Mustafayev İmran Mustafa oğlunun qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı İbrahim oğluna qarşı "pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, qarşılıqlı iddiaçı Mustafayev İmran Mustafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)- **/**** saylı qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 4 3 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dörd min altı yüz səksən səkkiz manat 50 qəpik) manat pul və 30 manat dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı İbrahim oğlundan tutularaq qarşılıqlı iddiaçı Mustafayev İmran Mustafa oğluna verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilkin iddiaçı İddiaçı İbrahim oğlundan 34688,5 manat pul və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Mustafayev İmran Mustafa oğluna verilməsinin və qarşılıqlı iddiaçı Mustafayev İmran Mustafa oğlunun ünvan 2 3 ünvanında yerləşən qeyri- yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli 2(102)- ****/**** nömrəli qərarından görünür ki, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2022-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
122. Zaqatala Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Mustafayev İmran Mustafa oğlunun cavabdeh İddiaçı İbrahim oğluna qarşı iddiası təmin edilərək, cavabdehdən iddia tələbində qeyd olunan 39 adda əşyanın naturada və ya dəyəri olan 26385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi "iddia ərizəsində qeyd edilən əşyalar qətnamə icra edilərkən naturada mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
123. Zaqatala Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksindən cavabdeh Mustafayev İmran Mustafa oğlunun çıxarılması qət edilmişdir.
124. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı İbrahim oğlunun "cavabdeh Mustafayev İmran Mustafa oğlundan mülkiyyətində olan ünvan 4-3 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162000 manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10000 manatın, ümumilikdə, 234000 manat pulun alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin Qətnamədən iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin olunmamış və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)- ****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
125. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı İddiaçı İbrahim oğlu notarial qaydada verilmiş ## ###### 2006-cı il tarixli ƏN-İ № ****** saylı Etibarnamə ilə 5 il müddətinə və ## ###### 2009-cu il tarixli ƏN-İ № ****** saylı Etibarnamə ilə isə 10 il müddətinə, yəni ## ###### 2019-cu il tarixinədək "harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” cavabdeh Mustafayev İmran Mustafa oğluna etibar etmişdir. Bütün bu müddət ərzində də yuxarıda qeyd olunan məhkəmə qətnamələri üzrə mübahisə predmeti olan ünvan 4-3 ünvanında yerləşən qeyri-yaşayış binası və Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksi ilə əlaqədar bir çox hüquqi və digər hərəkətlər qanuni əsaslarla cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən icra olunmuşdur. Yəni, hazırkı iş üzrə mübahisənin predmeti olan Zaqatala şəhərinin İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksi cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən zəbt edilməmiş və iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq, iddiaçının (mülkiyyətçinin) vermiş olduğu etibarnamə əsasında cavabdeh Mustafayev İmran Mustafa oğlu tərəfindən həmin əmlakdan istifadə olunmuşdur. Lakin, tərəflər arasında məlum əmlakın istifadə və idarə olunması üzrə mövcud münasibətlər pozulduqdan sonra isə cavabdeh Mustafayev İmran Mustafa oğlunun həmin əmlakdan çıxarılması barədə qəbul edilmiş və ## ######## 2022-ci ildə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin ## ####### 2021 -ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi əsasında ## ####### 2022-ci il tarixdə verilmiş icra sənədi icra məmuru tərəfindən tərtib edilmiş ## ###### 2023-cü il tarixli Akta əsasən icra olunmuş hesab edilərək, Zaqatala rayon İcra və probasiya şöbəsinin ## ###### 2024-cü il tarixli qərarına əsasən həmin icra işi üzrə icraata xitam verilmişdir.
126. İş materiallarından görünür ki, iddiaçı İddiaçı İbrahim oğlu məhkəməyə ## ###### 2024-cü ildə cavabdeh Mustafayev İmran Mustafa oğluna qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ## ##### 2024-cü ildə isə "iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdeh Mustafayev İmran Mustafa oğlundan "Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri- yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 manat pulun, iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasına aid ## ###### 2004cü il tarixli, 399 inventar nömrəli texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2000 manat pulun tutularaq (alınaraq) iddiaçı İddiaçı İbrahim oğluna verilməsi (ödənilməsi)” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bundan sonra iddiaçının nümayəndəsi ## ###### 2025-ci ildə məhkəməyə iddia tələbi üzrə ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsində iddiaçının “əldən çıxmış fayda qismində dəymiş zərər” dedikdə, "cavabdehin qanunsuz müdaxiləsi olmasa, məlum daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirin” nəzərdə tutulduğunu qeyd etmişdir.
127. İş materiallarında olan ##.##.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki passportdan görünür ki, “Ç” tikilisi pasportun tərtib edildiyi tarixdə iddianən predmeti olan daşınmaz əmlakın sərhədləri daxilində mövcud olmuşdur.
128. İş materiallarında olan ## #### 2026-cı il tarixli yerli baxış protokolundan görünür ki, “təndir” (çörək bişirilib satılan yer) kimi fəaliyyət göstərilən qeyri-yaşayış sahəsinin Zaqatala şəhəri, İ.Şamil küçəsi ünvanında yerləşən əmlak kompleksinin istifadəsində olan torpaq sahəsinin ərazisində (sərhədləri daxilində) yerləşdiyi müəyyən olundu. Belə ki, “təndir” (çörək bişirilib satılan yer) kimi fəaliyyət göstərilən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın giriş qapısından (darvazadan) içəri daxil olan kimi sol tərəfdə, texniki pasportda “A” tikilisi kimi əks olunan qeyri-yaşayış binasının yanında yerləşir. “Təndir” (çörək bişirilib satılan yer) kimi fəaliyyət göstərilən qeyri-yaşayış sahəsi əmlaka baxış keçirilən zaman fəaliyyətdə olmuşdur. Bununla yanaşı, baxış zamanı mübahisə predmeti olan Zaqatala şəhəri, İ.Şamil küçəsi ünvanında yerləşən əmlak kompleksinin tərkibinə daxil olan və müxtəlif vaxtlarda əmlaka dair tərib olunmuş texniki pasportlarda “Ç” tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının yerində mövcud olmadığı, lakin həmin tikintinin əvvəllər texniki pasportda əks olunan yerdə mövcud olması və söküldükdən sonra həmin tikinityə dair materialların orada götürüldüyü müəyyən edildi.
129. İş materiallarında olan ## ##### 2026-cı il tarixli mütəxəssis rəyindən və təqdim edilmiş orto-foto görüntülərindən aydın olur ki, “Ç” tikilisi 2006-cı ildə mövcud olmuşdur və iddianın predmeti olan daşınmaz əmlakın daxilində yerləşmişdir.
130. Yuxarda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 51.600 manat maddi zərərin ödənilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Kollegiya cavabdehin bu şikayətini əsassız hesab edir və birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 51.600 manat məbləğinin dəyişdirilmədən saxlanılmasını mümkün bilir.
131. Əvvəla, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İbrahim oğlu cavabdehə ## ###### 2009-cu il tarixində 10 il müddətinə, yəni ## ###### 2019-cu il tarixinədək etibarnamə vermişdir. Həmin etibarnamə qüvvədə olduğu müddətdə cavabdehin əmlakdan istifadə etməsi qanuni əsasa malik olmuşdur. Lakin, ## ###### 2019-cu il tarixdən etibarnamənin qüvvədən düşməsi ilə cavabdehin Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlakda qalması üçün heç bir hüquqi əsas qalmamışdır. Etibarnamə təmsilçilik institutudur və özlüyündə əmlakdan öz adına istifadə hüququ vermir. Etibarnamənin müddəti bitdikdən sonra cavabdehin həmin əmlakda istər yaşayış, istər sahibkarlıq, istərsə də hər hansı digər məqsədlə qalması qanunsuz hala çevrilmişdir.
132. Birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, ## ###### 2009-cu il tarixli etibarnamənin müddəti ## ###### 2019-cu il tarixində bitmişdir. Həmin tarixdən etibarnamə qüvvədən düşdüyü üçün cavabdehin iddiaçıya məxsus əmlakdan istifadə etməsi qanuni əsasını itirmişdir. Kollegiya bu qənaətlə razılaşır.
133. Zaqatala Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin iddiaçıya məxsus əmlak kompleksindən çıxarılması qərara alınmışdır. Bu qətnamə ilə müəyyən edilmiş fakt əsasında cavabdehin ən azı 2019-cu il ######un ##-dən etibarən (etibarnamənin qüvvədən düşdüyü tarix) əmlakda qalması üçün heç bir hüquqi əsasının olmadığı təsdiqlənir.
134. Cavabdehin özü məhkəmə iclasında verdiyi izahatında (## ###### 2025-ci il tarixli protokol, II cild, səhifə 122) mübahisəli ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir: “bəli, mənim orada 2 ədəd balaca təndirim var. Onlar vasitəsilə çörək bişirib sataraq dolanışığımı təmin edirəm”. Bu etiraf cavabdehin həmin əmlakdan faktiki istifadə etdiyini təsdiq edir.
135. Cavabdehin uzun illər əmlakda olması və iddiaçının bu müddətdə əmlakı icarəyə verə bilməməsi nəticəsində MM-in 21.2-ci maddəsində nəzərdə tutulmuş əldən çıxmış fayda şəklində zərər baş vermişdir.
136. Kollegiya birinci instansiya məhkəməsinin qərarını yoxlayarkən müəyyən etmişdir ki, həmin məhkəmə iddiaçının tələblərini və cavabdehin etirazlarını hərtərəfli təhlil etmiş, Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB/**-****/** nömrəli hesabatını əsas götürmüş, etibarnamənin müddətinin bitməsi və sonrakı qanunsuz istifadə dövrünü obyektiv şəkildə müəyyən etmişdir. Birinci instansiya məhkəməsi AİHM-in tələb etdiyi “adekvat və yetərli əsaslandırma” tələblərinə cavab vermişdir.
137. AİHM Maharramov v. Azerbaijan işi üzrə # ### 2019-cu il tarixli Qərarında (ədalətli kompensasiya mərhələsi) qeyd etmişdir ki, mülkiyyət hüququnun pozulması faktı müəyyən edildikdə, zərərin miqdarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyləri əsas götürülməlidir. Əgər tərəflər fərqli qiymətləndirmələr təqdim edirlərsə, məhkəmə hansı qiymətləndirmənin daha etibarlı olduğunu əsaslandırma və obyektivlik meyarlarına əsasən müəyyən etməlidir
138. Hazırkı işdə birinci instansiya məhkəməsi Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş rəsmi ekspert rəyinə əsaslanmışdır. Cavabdeh həmin rəyin etibarsız olduğunu sübut edə bilməmiş, öz növbəsində alternativ etibarlı ekspert rəyi təqdim etməmişdir. Belə olduqda, məhkəmə dövlət ekspert orqanının rəyini əsas götürməklə düzgün hərəkət etmişdir
139. Cavabdehin ən mühüm arqumentlərindən biri ondan ibarətdir ki, o, iddiaçının verdiyi etibarnamə əsasında əmlakda olmuşdur. Kollegiya bu arqumenti qəbul edir, lakin bu, cavabdehin xeyrinə nəticə yaratmır.
140. Etibarnamə qüvvədə olduğu müddətdə (2009-2019) cavabdehin əmlakdan istifadəsi hüquqi əsasa malik olmuşdur. Bu dövrə görə heç bir maddi zərərin ödənilməsi tələb edilmir — birinci instansiya məhkəməsi də bu dövr üçün zərər hesablamamışdır. Bu, cavabdehin xeyrinə olan aspektdir.
141. Etibarnamənin müddəti bitdikdən sonra (## ###### 2019-cu il tarixindən etibarən) cavabdehin əmlakda qalması üçün heç bir hüquqi əsas yoxdur. Bu məqam çox vacibdir: *Təmsilçilik hüququ (etibarnamə) heç vaxt əmlakdan öz adına və öz xeyrinə istifadə hüququ yaratmır. * AİHM-in Ahmadov v. Azerbaijan işi üzrə # #### 2023-cü il tarixli Qərarında etibarnamə əsasında hərəkət edən şəxsin səlahiyyətlərinin hüdudları ilə bağlı vacib bir prinsip ifadə edilmişdir: etibarnamə əsasında fəaliyyət göstərən şəxs təmsil edilən şəxsin adından hərəkət edir, öz adından yox. Etibarnamə, özlüyündə, cavabdehə əmlakdan şəxsi istifadə hüququ vermir. Etibarnamə ilə iddiaçı cavabdehə öz (iddiaçının) əmlakını idarə etməyi tapşırmışdır — bu, cavabdehin həmin əmlakda öz adına qalması demək deyil.
142. MM-in 362-369-cu maddələri etibarnaməni təmsilçilik institutu kimi tənzimləyir, əmlakdan istifadə hüququ verən müqavilə kimi yox. Hətta etibarnamə “əmlakı idarə etmək və ona sərəncam vermək” səlahiyyətini nəzərdə tutsa belə, bu, təmsilçinin (cavabdehin) öz adına və öz xeyrinə həmin əmlakda qalması, oradan yaşayış yeri kimi istifadə etməsi və ya sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri mənimsəməsi demək deyil. Tapşırıq müqaviləsi (MM 777-783) üzrə vəkalət alan bütün gəlirləri vəkalət verənə verməyə borcludur (MM 782.1).
143. Belə olduqda, cavabdehin iddiası — “etibarnamə olduğu üçün mənim əmlakda qalmağa hüququm var idi” — hüquqi cəhətdən əsassızdır. Etibarnamənin qüvvədə olduğu dövrdə də cavabdehin əmlakda qalması ancaq iddiaçının (vəkalət verənin) razılığı ilə mümkün idi. Bu razılıq isə etibarnamənin özündən deyil, tərəflər arasında olan şifahi (yaxud konkludent) razılaşmadan irəli gəlirdi. MM-in 560.3.4-cü maddəsinə görə, “digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi” hüquqdan sui-istifadə sayılır.
144. Bununla belə, kollegiya qeyd edir ki, AİHM-in Maharramov v. Azerbaijan işi üzrə # ### 2019-cu il tarixli Qərarında ifadə olunan prinsipə əsasən, hətta etibarnamənin qüvvədə olduğu dövrdə belə, əgər təmsilçi (cavabdeh) təmsil edilən şəxsin (iddiaçının) iradəsinə zidd hərəkət edirsə, onun hərəkətləri qanunsuz sayıla bilər. Hazırkı işdə isə iddiaçı etibarnamənin qüvvədə olduğu dövr ərzində (2009-2019) cavabdehin əmlakda qalmasına, oradan istifadə etməsinə və hətta gəlir əldə etməsinə heç bir etiraz bildirməmişdir.
145. Cavabdehin özü məhkəmə iclasında (## ###### 2025-ci il tarixli protokol, II cild, səhifə 122) “hal-hazırda mən də xəstə olduğum üçün ailə üzvləri ilə birlikdə həmin yerdə yaşayıram” demişdir. Bu, cavabdehin həmin əmlakdan faktiki istifadəsini təsdiq edir. İstifadə formasının (yaşayış yeri, sahibkarlıq və ya başqa məqsəd) fərqi yoxdur — qanuni əsas olmadan hər hansı istifadə qeyri-qanunidir.
146. MM-in 152.5-ci maddəsinə görə, mülkiyyətçi “əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər”. Bu, mülkiyyətçinin mütləq hüququnu təşkil edir. Cavabdehin istifadə formasının fərqi yoxdur — o, iddiaçının iradəsi olmadan əmlakda qalmaqla mülkiyyət hüququnu pozmuşdur.
147. Birinci instansiya məhkəməsi zərərin miqdarını müəyyən edərkən Mərkəzi Ekspertiza Bürosunun ## ###### 2025-ci il tarixli MEB/**-****/** nömrəli rəsmi ekspert rəyinə əsaslanmışdır. Həmin rəy dövlət ekspert orqanı tərəfindən hazırlanmış, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq müqayisəli yanaşma ilə tərtib edilmiş, hər bir il üzrə aylıq icarə haqqını konkret müəyyən etmiş və qonşu ərazilərdəki analoji obyektlərin bazar icarə qiymətlərinə əsaslanmışdır. Cavabdeh bu ekspert rəyinin etibarsız olduğunu sübut edə bilməmiş, öz növbəsində alternativ etibarlı qiymətləndirmə təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təcrübədə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi tərəflərdən birinin təqdim etdiyi qeyri-rəsmi qiymətləndirmələrə nisbətən üstünlük təşkil edən sübut sayılır.
148. Cavabdehin Zaqatala rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2024-cü il tarixli icraata xitam qərarına istinadı qəbul edilmir. Həmin qərar icra məmuru tərəfindən borclunun (cavabdehin) göstərilən ünvanda yaşamadığını bildirməsi əsasında verilmişdir. Lakin bu qərar cavabdehin əvvəlki dövrdə (2019-2023) orada olması faktını aradan qaldırmır. Üstəlik, cavabdehin özünün sonrakı izahatları göstərir ki, o, həmin ünvanı faktiki olaraq tərk etməmiş, xəstəliyi səbəbindən ailə üzvləri ilə birlikdə orada yaşamağa davam etmişdir. İcraata xitam verilməsi məhkəmə qətnaməsinin faktiki icra edildiyini təsdiq etmir.
149. Yuxarıda göstərilən bütün bu səbəblərdən kollegiya cavabdehin 51.600 manat maddi zərərin ödənilməsinin rədd edilməsi barədə apellyasiya şikayətini təmin etmir və birinci instansiya məhkəməsinin bu hissədəki qərarını qüvvədə saxlayır.
150. İddiaçı İddiaçı İbrahim oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin anbarın dəyərinin ödənilməməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının bu şikayətini əsaslı hesab edir və aşağıdakı səbəblərdən 7000 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlir.
151. Məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən və “Ç” tikilisi kimi qeyd edilmiş anbar binasının sökülməsi nəticəsində vurulmuş 7500 manat məbləğində ziyanın cavabdehdən tutulması tələbinə münasibətdə belə qənaətə gəlir:
152. İş materiallarında olan ##.##.2017-ci il tarixli texniki pasport sənədi, sözügedən dövrdə “Ç” tikilisinin mövcud olduğunu və mülkiyyətçinin balansında qeydiyyata alındığını təkzibedilməz şəkildə təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Mustafayev İmran Mustafa oğlu iddiaçıya məxsus əmlak kompleksindən uzun müddət qanunsuz istifadə etmiş və həmin əmlakın faktiki nəzarətçisi olmuşdur. 2017-ci il tarixli texniki pasportda öz əksini tapmış tikilinin hazırkı mərhələdə fiziki olaraq mövcud olmaması və sökülməsi faktı, məhz cavabdehin əmlaka nəzarət etdiyi və qanunsuz istifadədə saxladığı dövrə təsadüf edir. Həmçinin 2006-ci ilə aid orto-foto görüntüsü, həm də ##.##.2017-ci il tarixli texniki pasport “Ç” tikilisinin ən az 10 il müddətində cavabdehin istifadəsində olduğunu təsdiq edir. Bu da cavabdehin “Mən ümumiyyətlə “Ç” tikililisini görməmişəm” dəlilini birbaşa təkzib edir.
153. Məhkəmə hesab edir ki, əmlakın qanuni mülkiyyətçisi (iddiaçı) həmin tikilinin sökülməsi ilə bağlı heç bir göstəriş vermədiyi və tikilinin sökülməsi prosesində iştirak etmədiyi halda, cavabdehin idarəçiliyində olan obyektdə bu cür dəyişikliyin baş verməsi, tikilinin məhz cavabdeh tərəfindən sökülərək materiallarının mənimsənilməsini sübut edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydalarına əsasən, əmlakı qanunsuz istifadədə saxlayan və faktiki zəbt edən şəxs, əmlakın vəziyyətində baş verən mənfi dəyişikliklərə (tikilinin məhv edilməsinə) görə məsuliyyət daşıyır. Beləliklə, cavabdehin həmin ünvanda sahibkarlıq fəaliyyətini davam etdirməsi, əmlaka faktiki nəzarət etməsi və texniki pasportla təsdiqlənən tikilinin sökülməsi faktları məcmu halında cavabdehin mülkiyyətə zərər vurması kimi qiymətləndirilir. Bu səbəbdən, 2017-ci il tarixli texniki pasportla varlığı təsdiq olunan tikilinin dəyəri, cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi kimi iddia tələbinə uyğun olaraq ondan tutulmalıdır.
154. Hazırkı işdə tərəflər arasında notarial qaydada verilmiş ## ###### 2009-cu il tarixli etibarnamə əsasında MM-in 777.1-ci maddəsində nəzərdə tutulmuş tapşırıq müqaviləsi münasibətləri mövcud olmuşdur. Həmin maddəyə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan — cavabdeh) başqa şəxsin (vəkalət verənin — iddiaçının) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür.
155. MM-in 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
156. İş materiallarında iddiaçının (vəkalət verənin) cavabdehə (vəkalət alana) "Ç" tikilisinin sökülməsi ilə bağlı hər hansı göstəriş verdiyini və ya buna razılıq verdiyini təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh də öz növbəsində, tikilinin sökülməsinin zəruri olduğunu, işin hallarına görə vəkalət verəndən icazə ala bilmədiyini və vəkalət verənin bu barədə bilsəydi buna icazə verəcəyini ehtimal etmək üçün əsasların olduğunu sübut edə bilməmişdir.
157. Bununla yanaşı, MM-in 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. "Ç" tikilisinin sökülməsi nəticəsində əldə olunmuş tikinti materiaları da tapşırığın icrası nəticəsində əldə olunmuş sayılmalı və onların dəyəri vəkalət verənə (iddiaçıya) verilməli idi. Lakin, cavabdeh bu materiaları özü üçün istifadə etmişdir.
158. İş materiallarında olan mütəxəssis rəyinə əsasən, texniki pasportda göstərilən parametrlərə (uzunluğu 27 metr, eni 5,4 metr) malik anbar tikilisinin dəyəri 7000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bu dəyəri mübahisələndirən heç bir sübut təqdim etməmişdir.
159. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, MM-in 778.3-cü və 782.1-ci maddələrinin tələblərinə görə, cavabdeh vəkalət verənin göstərişlərindən kənara çıxaraq "Ç" tikilisini sökməklə və söküntüdən əldə olunmuş materiaları vəkalət verənə verməməklə iddiaçıya 7000 manat məbləğində zərər vurmuşdur və həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
160. Cavabdeh eyni zamanda 200 manat mənəvi zərərin ödənilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Kollegiya bu hissədə cavabdehin şikayətini əsaslı hesab edir və uyğun olaraq bununla bağlı iddia tələbini əsaslı hesab etmir, aşağıdakı səbəblərdən mənəvi zərərin ödənilməməsi qənaətinə gəlir.
161. MM-in 1096.1-ci maddəsinə əsasən, mənəvi zərərin ödənilməsi üçün birbaşa hüquqa zidd əməlin (deliktin) baş verməsi vacibdir. Avropa İnsan Hüquqları Məhkəməsinin sabit təcrübəsinə görə, mənəvi zərər kompensasiyası yalnız o zaman verilir ki, hüquqa zidd əməllə mənəvi iztirablar arasında birbaşa səbəb əlaqəsi mövcud olsun.
162. Hazırkı işdə cavabdehin əmlakda qalması 2009-2019-cu illərdə etibarnamə əsasında həyata keçirilmişdir — bu dövr tamamilə qanunidir. 2019-2022-ci illərdə isə tərəflər arasında məhkəmə mübahisəsi davam etmişdir. Cavabdehin məhkəməyə müraciət etməsi, apellyasiya şikayətləri verməsi — bunlar özü-özlüyündə delikt sayılmır. Bu, hər bir şəxsin konstitusiya hüququ olan məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsidir. Ali Məhkəmənin göstərişlərində də vurğulandığı kimi, hüquq müdafiəsi çərçivəsində edilən hərəkətlər delikt hesab edilə bilməz.
163. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun illər ərzində (2009-2019) cavabdehin əmlakda qalmasına, oradan istifadə etməsinə heç bir etiraz bildirməmişdir. Belə vəziyyətdə konkludent razılıq (sözsüz razılıq) mövcud olmuşdur. Mülkiyyətçi uzun müddət etiraz etmirsə, sonradan bu dövr üçün mənəvi zərər tələb etməsi ədalətli hesab edilmir.
164. Həmçinin, iddiaçı mənəvi zərərin 2000 manat olduğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi 200 manat mənəvi zərər məbləğini təyin edərkən də konkret əsaslandırma aparmamışdır. Ali Məhkəmənin göstərişlərində qeyd edildiyi kimi, mənəvi zərərin miqdarı özbaşına müəyyən edilə bilməz — o, sübutlara əsaslanmalıdır. Bu işdə mənəvi zərərin vurulduğuna dair kifayət qədər güclü, aydın və bir-biri ilə uyğun sübutlar mövcud deyildir.
165. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli, * nömrəli "Şəxslərin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında" Qərarının tələblərinə görə, yalnız şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzuna bilavasitə toxunan hüquqa zidd hərəkətlər nəticəsində müəyyən edilə bilər.
166. Hazırkı iş üzrə aparılmış araşdırma nəticəsində cavabdehin iddiaçıya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən konkret hər hansı hərəkəti müəyyən edilməmişdir. İşin mahiyyəti yalnız mülkiyyət hüququndan irəli gələn əmlak mübahisəsi ilə bağlıdır, bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli, * nömrəli Qərarının 1-ci bəndində göstərilən mənəvi zərərin əsaslandırılması üçün tələb olunan hüquqi meyarlara cavab vermir. Bu səbəbdən də, iddiaçının mənəvi zərər tələbi əsassız hesab edilir və təmin edilmir.
167. Yuxarıda göstərilən səbəblərdən kollegiya hesab edir ki, cavabdehin 200 manat mənəvi zərərin ödənilməsi barədə apellyasiya şikayətini təmin edilməli və birinci instansiya məhkəməsinin bu hissədəki qərarı ləğv edilməli və iddianın mənəvi zərərin ödənilməsi barədə hissəsi təmin edilməməlidir.
168. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli, * nömrəli "Şəxslərin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında" Qərarına əsasən, mənəvi zərərin ödənilməsi üçün əsas şərt şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunun ləkələnməsi faktının müəyyən edilməsidir.
169. Hazırkı iş üzrə aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən iddiaçının şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən hər hansı məlumatın yayılması və ya bu cür hərəkətin edilməsi faktı müəyyən edilməmişdir. Tərəflər arasındakı mübahisə sırf mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı olub, şərəf, ləyaqət və ya işgüzar nüfuzun müdafiəsi ilə əlaqəli deyildir.
170. Bundan əlavə, MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi ödənilməlidir. Lakin, iş materialları ilə cavabdehin hərəkətləri ilə iddiaçının iddia etdiyi mənəvi iztirablar arasında birbaşa səbəb əlaqəsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən çəkildiyi iddia olunan mənəvi iztirabların xarakteri, ağırlıq dərəcəsi barədə yetərli sübut təqdim edilməmişdir.
171. Beləliklə, MM-in 23-cü maddəsinin, 1097.1-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli, * nömrəli Qərarının müddəaları nəzərə alınaraq, mənəvi zərərin ödənilməsi barədə tələb əsassız hesab edilir.
172. Kollegiya işin düzgün həlli üçün zəruri hesab edərək, mübahisə predmeti olan Zaqatala şəhəri, İ.Şamil küçəsi 20 ünvanında yerləşən əmlak kompleksinə yerli baxış keçirmişdir. Həmçinin kollegiya ərazinin orto-foto görüntülərini (havadan çəkilmiş dəqiq ölçülü fotoşəkillər) əldə etmiş və bu görüntüləri iş materiallarına əlavə etmişdir. Orto-foto görüntülər obyektiv, dəqiq və düzəliş edilməmiş sübutlar olmaqla, məhkəməyə ərazinin faktiki vəziyyətini olduğu kimi görməyə imkan vermişdir. Bu sübutlar heç bir tərəfin subyektiv marağından asılı olmayaraq əldə edildiyi üçün xüsusi etibarlılıq daşıyır.
173. İddiaçı apellyasiya şikayətində həmçinin zərərin 2018-ci ildən hesablanmalı olduğunu və mənəvi zərərin məbləğinin artırılmalı olduğunu iddia etmişdir. Kollegiya bu arqumentləri əsassız hesab edir. Zərərin 2018-ci ildən hesablanması tələbi etibarnamənin qüvvədə olduğu dövrü əhatə etdiyi üçün qəbul edilə bilməz — etibarnamə qüvvədə olduğu müddətdə cavabdehin əmlakda qalması qanuni əsasa malik olmuşdur.
174. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi ərizədə işin aidiyyatı üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir. Kollegiya bu xahişi əsassız hesab edir. Mülki- Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxır. İş materiallarından görünür ki, həm iddiaçı (VÖEN 5100611012), həm də cavabdeh (VÖEN 5100179072) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi qeydiyyata alınmışdırlar. Mübahisə predmeti olan qeyri-yaşayış binası da sahibkarlıq fəaliyyəti üçün əldə edilmişdir. Buna görə də, işə kommersiya məhkəməsində baxılması aidiyyat qaydalarına tamamilə uyğundur.
175. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
176. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
177. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
178. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər..
179. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392 və 403-405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
İddiaçı İddiaçı İbrahim oğlunun və cavabdeh Mustafayev İmran Mustafa oğlunun apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi qismən yəni, 200 manat mənəvi zərərin ödənilməsi və Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş əmlakın dəyərinin tutulmaması hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş əmlakın dəyəri olan 7000 manat məbləğində pul cavabdeh Mustafayev İmran Mustafa oğlundan alınaraq iddiaçı İddiaçı İbrahim oğluna verilsin. İddia tələbi ləğv edilmiş qalan hissədə təmin edilməsin Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.