Məhkəmə qərarları › İş №2-2(3-10)-23/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-23/2026

14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-23/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə və cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Republikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: əmrin ləğv edilməsi, ziyan tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X9 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı İslam oğlunun cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə və cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Republikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)- **/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İslam oğlu və cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin ##.##.2019-cu il tarixli, **/M-*** saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun X8 Təsərrüfatı Mərkəzinin ərazisindən aqrobağ salmaq məqsədi ilə 50 ha torpaq sahəsinin icarəyə verilməsinə köməklik göstərilməsi barədə X7 Sərvətlər Nazirliyinə ünvanladığı müraciətə Meşələrin İnkişafı Departamentində yaradılmış müvafiq komissiya tərəfindən baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən ərazidə meyvə bağlarının salınması üçün görüləcək işlərin plan-layihəsi (biznes-plan) Nazirliyə təqdim edildikdən sonra ərizəçinin müraciətinə baxılacaqdır.

2. İş materiallarında olan “Biznes-plan”dan görünür ki, aqrobağın salınması ilə əlaqədar İddiaçı İslam oğlunun adına aidiyyəti üzrə təqdim edilməsi üçün ətraflı “biznes – plan” tərtib edilmişdir.

3. İş materiallarında olan Bərdə RMTM-nin ## #### 2019-cu il tarixli, *** saylı məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun ETSN-ə aqro-bağın salınması ilə əlaqədar müraciətinə Mərkəz tərəfindən baxılmışdır. Baxış zamanı məlum olmuşdur ki, göstərilən 50 ha ərazi Bük meşə sahəsinin **-** saylı kvartalına aid, meşə bitkiləri ilə örtülü olmayan açıq sahədir və orada gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmamışdır. Göstərilən 50 hektar sahənin uzunmüddətli icarəyə verilməsi məqsədəuyğundur.

4. İş materiallarında olan Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə ##.##.2019-cu il tarixli, ** saylı müqavilədən görünür ki, İddiaçı İslam oğlu ilə Bərdə RMTM arasında Bük meşəbəyliyinin 22 və 24-cü kvartalının aidiyyətı bölməsindən 50 hektar meşə bitkiləri ilə örtülü olmayan sahənin 15 il müddətinə icarəyə götürülməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 5.1 və 5.2-ci bəndlərində (Yekun müddəalar) mübahisələrin həll edilməsi qaydası təsbit olunmuşdur. Mübahisələr yarandıqda danışıqlar yolu ilə, mübahisə bu qaydada öz həllini tapmasa məhkəmə qaydasında həll edilməlidir.

5. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş ## #### 2021-ci il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı İslam oğlunun Bərdə şəhəri Bərdə rayon inzibati ərazisində yerləşən, Meşə fondu torpaqlarından 50 ha torpaq sahəsi üzərində 15 il müddətinə icarə hüququ (##.##.2019- ##.##.2034) daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. İddiaçı İslam oğlu ilə Ağdaş rayonu Ağzıbir Sudan İstifadə edənlər Birliyi arasında 2021-ci il ## ###### tarixli, ** saylı suvarma suyunun verilməsi üzrə müqavilə, 2021-ci il # ###### və 2022-ci il ## ###### tarixlərdə isə Azərbaycan Meliorasiya ASC-nin arasında suvarma suyunun verilməsi üzrə müqavilələr bağlanmışdır.

7. İş materiallarında olan ##.##.2020-ci il tarixli, ***** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin baş aqronomu Babaşov Tofiq Famil oğlu, X3 inzibati ərazisinin Bərdə şöbəsində meşə əkini mühəndisi Soltan İsmayılov, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, ** saylı dolayın 22 kv. meşə gözətçisi Zahir Mahmudov, qonşu meşə gözətçisi Sədulla Rüstəmov, Qonşu meşə gözətçisi Elşən Bayramov, bakı şəhər sakini İslam Məmiyevin iştirakı ilə meşəbəyi köməkçisi Asim Qarayevin məlumatı yerində araşdırıldı və araşdırma zamanı müəyyən edildi ki, Bük meşəsinin ** saylı dolayın 22 kv-da 2020-ci ilin yazında əkilmiş 2,0 ha akasiya əkinini islam Məmiyevin 150 baş xırda buynuzlu qoyun keçisi yemişdir. Araşdırma zamanı İslam Məmiyevin özü də araşdırmada iştirak etsə də aktı imzalamaqdan imtina etdi.

8. İş materiallarında olan ##.##.2021-ci il tarixli, ***** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndis Gürşad Əmirov, Oğlanbaba Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba Bük meşəbəyliyinin meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşə sahəsinin ** saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, Oğlanbaba Bük meşəbəyliyinin meşə gözətçisi Zahir Mahmudov, Bərdə rayonunun Şirvanlı kənd sakini icarəçi İddiaçı İslam oğlunun iştirakı ilə həmin aktı tərtib edirlər ondan ötrü ki, icarəçi İddiaçı icarəyə götürdüyü 50 ha sahəyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, icarəçi İddiaçı aqro bağ salmaq üçün götürdüyü sahədə kənd təsərrüfatı bitkiləri əkmişdir. 14.04.2-21-ci il tarixli, bildirişlə İddiaçı diqqətinə çatdırılmışdır ki, aqro bağ salmaq üçün icarəyə götürdüyü sahədə kənd təsərrüfatı bitkiləri əkmək olmaz.

9. İş materiallarında olan ##.##.2021-ci il tarixli, ****** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin baş aqronomu Babaşov Tofiq Famil oğlu, Bərdə RMTM-nin meşə uçotu və kadastr üzrə baş mühəndisi Mehdiyev Rəhim İbrahim oğlu, Bərdə meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi X18, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi Hacıyev Vüqar İsgəndər oğlu, Oğlanbaba meşəbəyliyinin meşəbəyi köməkçisi X4, Oğlanbaba meşəbəyliyinin meşə gözətçisi X19, meşə gözətçisi X28 iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayon Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə Bərdə RTMTnin direktorunun ## #### 2021-ci il tarixli, * saylı əmrinə əsasən İddiaçı İslam oğluna ##.##.2019-cu il tarixli, ** saylı müqavilə əsasında aqrobağ salınması üçün Oğlanbaba meşəbəyliyinin 22 və 24-cü kvartallarından verilmiş 50 hektar əraziyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, icarəyə götürülmüş ərazinin 20 hektarı qoz, 22 hektarında fındıq tingləri əkilmişdir. 8 hektar isə şumlanmış, əkilməmiş kimi qalmışdır. Əkilmiş fındıq tingləri tamamilə qurumuşdur. Qoz tingləri standarta uyğun deyil, aqrotexniki qaydalara riayət olunmur, cərgə aralarında 24 hektar bostan və 7 hektar yonca əkilmişdir. ##.##.2021-ci ildə Bərdə meşəbəylikləri üzrə meşə əkini mühəndisi İsmayılov Soltan, baş aqronom Babaşov Tofiq, Oğlanbaba meşəbəyliyinin meşəbəyisi Hacıyev Vuqar və meşəbəyi köməkçisi Qarayev Asim həmin ərazidə araşdırma apararkən İddiaçı və atası Məmiyev İslam əməkdaşları nalayiq söyüşlərlə təhqir edib onları ərazidən uzaqlaşdırmışlar. İdarənin meşə uçotu və kadastr üzrə baş mühəndisi Mehdiyev Rəhim İbrahim oğlunu tələb etmişlər. ##.##.2021-ci il tarixdə müəssisənin əməkdaşları yenə həmin əraziyə getmişlər. İddiaçı və atası Məmiyev İslam təkrarən əməkdaşları nalayiq söyüşlər və sözlərlə təhqir etmiş, kadastr üzrə baş mühəndisə hücum çəkmiş, əlindəki ağacla ona xəsarət yetirmək istəmişdir. Lakin əməkdaşlar mane olmuşlar. Kadastr üzrə baş mühəndis DİN-in 102 qaynar xəttinə və ETSNnin 168 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Müəssisənin Oğlanbaba meşəbəyliyində dövriyyədə olan meşə əkinlərinin suvarılmasına maneə yaradır. Meşə ərazisində İddiaçı ferma yaratmış və özünə məxsus 200 başa yaxın xırdabuynuzlu mal-qara saxlayır, ərazidə qeyri-qanuni xəndəkləmə işləri aparmışdır. İddiaçı və atası Məmiyev İslam 50 hektardan əlavə olaraq 24 hektar zəbt edərək öz məqsədləri üçün istifadə edir. Onların məqsədi icarəyə götürdükləri ərazidə aqro-bağ yetişdirmək yox, bostan, tərəvəz və yonca əkib becərməkdir. Bütün bunları nəzərə alaraq, İddiaçı İslam oğlu ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədə uyğundur. Akta müəssisənin əməkdaşlarının izahatları və fotoşəkillər əlavə olunur.

10. İş materiallarında olan Aqrar Xidmətlər Agentliyinin X44 ##.##.2021-ci il tarixli, analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (qoz və nar ağacları ilə bağlı).

11. İş materiallarında olan ##.##.2021-ci il tarixli, Ağdaş rayonu Ağzıbir Sudan İstifadə edənlər Birliyi ilə su istifadəçiləri arasında suvarma suyunun verilməsi üzrə ** saylı müqavilədən, ##.##.2021-ci il tarixli, ##.##.2022-ci il tarixli, Azərbaycan Meliorasiya və ASCnin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə müqavilələrdən görünür ki, Məmmədov Rəşad İslam oğlu ilə aidiyyətı su təsərrüfatı istismar təşkilatı ilə aqrobağın suvarılması üçün şərtlər müəyyən edilməklə, müqavilələr bağlanmış, hər müqavilə müqavilədə nəzərdə tutulan dövrü əhatə etmişdir.

12. İş materiallarında olan 2779160, 2741518, ******* saylı əkin bəyanlarından görünür ki, 0,5 ha sahədə 500 ədəd nar ağacı, 29,5 ha sahədə 4200 qoz ağacı, 20 ha sahədə 11232 ədəd fındıq ağacları ilə bağlı ##.##.2021-ci il tarixdə və ##.##.2021-ci il tarixdə əkin bəyanları verilmişdir (hesab tarixi ##.##.2022-ci il).

13. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2022-ci il tarixli, məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun fındıq bağına əkin subsidiyasının verilməsi barədə müraciətinə baxılmışdır. 2020-ci il ## ###### tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X45 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydaların 3.8, 2.2-ci bəndlərinə istinad edilərək, X46 2020-ci il # ###### tarixli, müvafiq qərarının 10-cu bəndinə əsasən Bərdə rayonu üzrə fındıq bitkisinin əkin əmsalı 0-a bərabər qəbul edildiyi üçün EKTİS vasitəsi ilə bəyan etdiyi 20 hektar fındıq bağına görə ona subsidiya hesablanmasının mümkün olmadığı bildirilmişdir.

14. İş materiallarında olan Aqrar Xidmətlər Agentliyinin X44 ##.##.2022-ci il tarixli, analiz nəticələrindən görünür ki, İddiaçı İslam oğlunun sifarişi əsasında torpaq nümunələri götürülmüş və analizi aparılmış, nəticələri qeyd olunmaqla müvafiq cədvəldə göstərilmişdir (fındıq ağacları ilə bağlı).

15. İş materiallarında olan Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin ##.##.2022-ci il tarixli, ***/k saylı əmrindən görünür ki, X8 X66 meşəbəylikləri üzrə baş mütəxəssisi X20 həvalə edilmiş həmin Mərkəzin direktoru vəzifəsinin icrası ## #### 2022-ci il tarixdən dayandırılmış, cavabdeh2 ## #### 2022-ci il tarixdən həmin Mərkəzin direktoru vəzifəsinə 6 ay müddətinə təyin edilmişdir.

16. İş materiallarında olan ##.##.2022-ci il tarixdə tərtib olunmuş (Bərdə RMTM-nin Qarxun meşəbəyliyində) aktda qeyd olunmuşdur ki, aktı tərtib edən şəxslər tərəfindən ETSNin ##.##.2022-ci il tarixli, ***/k saylı əmrinə əsasən Bərdə RMTM-də direktor dəyişikliyi ilə əlaqədar Mərkəzin ##.##.2022-ci il tarixli, ** saylı əmrinə əsasən Bərdə RMTM Qarxun meşəbəyliyində təhvil-qəbul işləri aparılmışdır. Təhvil-qəbul zamanı meşə fondunda meşələrin qorunub mühafizə olunması, dövriyyədə olan meşə əkinlərinin tinglərinin, bağların vəziyyəti, mal-qara otarılması və saxlanılması, qanunsuz kənd təsərrüfatı bitkilərinin əkilməsi və zəbt etmə halları araşdırılarkən aşağıdakılar müəyyən edilmişdir: Qarxun meşəbəyliyinin ümumi ərazisi 2422 hektar olmaqla 5 meşə dolayından və 15 meşə kvartallarından ibarətdir. Meşəbəyliyin meşə dolaylarının qorunub mühafizə olunması vəziyyəti Mərkəzin ##.##.2022-ci il tarixli, ** saylı əmrinə əsasən növbəti yaz təftişində məlum olacaqdır. Qarxun meşəbəyliyində dövriyyədə 234,4 ha meşə əkinləri mövcuddur. Meşə əkinlərinin vəziyyəti cədvəl şəklində aktda göstərilmişdir.

17. İş materiallarında olan X8 Təsərrüfatı Mərkəzinin ##.##.2022-ci il tarixli, *** saylı məktubundan görünür ki, direktor cavabdeh2 Ağdaş SSİ-nin rəisi Əhliman Hacıyevə müraciət edərək, Mərkəzin Bük meşəbəyliyinin ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

18. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ****** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin meşə əkinləri üzrə baş mühəndisi Şikar Məhərrəmov, mərkəzin meşə uçotu və kadastr üzrə baş mühəndisi Rəhim Mehtiyev, mərkəzin tinglik üzrə baş mütəxəssisi Füzuli Bağırov, mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi Müşviq Camalov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Bük meşəbəyliyinin ** saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, meşəbəyliyin ** saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin ** saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun göstərişinə əsasən Bük meşəbəyliyində Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna ##.##.2019-cu il tarixli, ** saylı müqavilə ilə 15 il müddətinə verilmiş 50 hektar aqrobağa baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, bütün ərazini alaq və qamışlıq basmış, sahənin içərisində heç bir ting görünmür, heç bir əl ilə xidmət aparılmamışdır. Ancaq sahənin çox alaqlı, heç bir mexaniki xidmət aparılmadığından sahənin içərisinə girmək mümkün olmadı, qıraqdan görünən hissələrində əkilmiş fındıq tingləri tam qurumuşdur. Lakin bir yerdən orada aqrobağ kimi əkilmiş bir neçə qoz tingləri görünürdü. Sahə çox alaqlı olduğundan həmin sahəni ölçmək olmadı. Həmin sahə təxminən 7-10 hektar olar. Qalan sahədə başqa meyvə tinglərinə rast gəlinmədi, bütün tinglər qurumuşdur. Ancaq buna baxmayaraq, aqrobağın ərazisində və aqrobağın sahəsindən kənarda müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi məlum oldu. 3 hektar yonca, 5 hektar arpa, 20 hektar bostan əkilmişdir (meşə gözətçilərinin izahatları əlavə olunur). Aqrobağa baxış zamanı icarəçi İddiaçı İslam oğlu özünün şifahi deməsinə görə işi olduğuna görə onlarla araşdırmadan heç bir səbəb olmadan imtina etmişdir. Ona görə də araşdırma, baxış onun iştirakı olmadan aparılmışdır. Ancaq o iştirak etməsə də, axıra kimi o sahədə olmuşdur. Bundan başqa, icarəsi ona verilmiş 50 hektar sahədən başqa 34 hektar meşə sahəsini zəbt etməsi və özünün 200 baş xırda buynuzlu mal-qarasını qanunsuz şəkildə meşə sahəsində saxlaması məlum oldu (meşə uçotu və kadastr üzrə baş mühəndisin izahatı əlavə olunur). İcarəçi müqavilə şərtlərinin pozulması, yerinə yetirilməsinə ciddi riayət etməməsi müəyyən olundu. Belə ki, yanğın əleyhinə heç bir tədbir görməmişdir, sahədə çox alaqlı olduğundan yanğın təhlükəsi yarandığı məlum oldu.

19. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ****** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin tinglik üzrə mütəxəssisi Füzuli Bağırov, mərkəzin dövlət uçotu və kadastrı üzrə baş mühəndisi Rahim Mehtiyev, mərkəzin yeni yaradılmış Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Oğlanbaba-Bük meşəbəyliyinin meşəbəyisi Vüqar Hacıyev, Oğlanbaba Bük meşəbəyliyinin sabiq meşəbəyi köməkçisi Asim Qarayev, Bük meşəbəyliyinin * saylı meşə dolayısının meşə gözətçisi Elşən Bayramov, Bük meşəbəyliyinin * saylı meşə dolayısının meşə gözətçisi Sədulla Rüstəmov, Bük meşəbəyliyinin * saylı meşə dolayısının meşə gözətçisi Zahir Mahmudov aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun ## ### 2022-ci il tarixli, ** saylı əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin ##.##.2022-ci il tarixli, ***/Ü saylı əmri ilə Oğlanbaba-Bük meşəbəyliyinin bazasında yeni yaradılmış Bük meşəbəyliyinin, həmin meşəbəyliyə yeni təyin olunmuş meşəbəyisi Ənvər Hümbətovla aşağıdakı qaydada təhvil verilmişdir: 1. Yeni yaradılmış Bük meşəbəyliyinin ümumi ərazisi 1062,3 hektar olmaqla 3 meşə dolayısından ibarətdir. * saylı meşə dolayısının sahəsi 264,7 hektar, * saylı meşə dolayısının sahəsi 312,9 hektar, * saylı meşə dolayısının sahəsi 484,7 hektardır. 2. Meşəbəyliyin bütün təbii sərhədləri yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova göstərildi. 3. Bük meşəbəyliyində 56,8 hektar meşə əkini mövcuddur. Bunlar aşağıdakı kimidir. 1) 2016-cı ilin yazı 1 hektar akasiya, 4 x 1 sxemində batıb, kv-22. 2) 2016-cı ilin payızı 4 hektar akasiya-iydə, 4 x 1 sxemində batıb, kv-22. 3) 2018-ci ilin payızı 7 hektar palıd-tut, 4 x 1 sxemində təzə bərpa edilib, kv-23. 4) 2018-ci ilin payızı 22 hektar nar, 5 x 4 sxemində, 16,5 h batıb, 5,5 ha bitişi 40 %, kv. 22. 5) 2018-ci ilin payızı 3 hektar nar, 5 x 4 sxemində, bitişi 40 %, kv-23. 6) 2019-cu ilin payızı 8 hektar akasiya-iydə, 4 x 1 sxemində, bitişi 40 %, kv-24, təzə bərpa edilib. 7) 2020-ci ilin payızı 4,8 hektar palıd-tut-akasiya, 4 x 1 sxemində, bitişi 40 %, kv-24. 8) 2022-ci ilin yazı 2 hektar palıd 3 x 1 sxemində, bitişi payız inventarizasiya zamanı qoyulacaq. Beləliklə, meşəbəyilikdə olan 56,8 hektar meşə əkinindən 20,3 hektarı salamat qalmış, 36,5 hektarı hal hazırda bərpa edilmiş, 15 hektarına və qalan 21,5 hektarında sabiq meşəbəyi köməkçisi Asim Qarayev bərpa edib təhvil verəcək (akta meşəbəyi köməkçisi A.Qarayevin ##.##.2022-ci il tarixli, izahatı əlavə olunur). 4. Meşəbəyliyin ərazisində olan bütün kənd təsərrüfatı bitkilərinin ölçülüb qeydiyyata alınması yeni təyin olunmuş meşəbəyi Ə.Hümbətova həvalə edildi. 5. Meşəbəyliyin ərazisində olan aqro-bağın təbii sərhədlərini göstərmək olmadı, bunun da səbəbi həmin ərazilərin mübahisəli olduğundan, çünki icarəçi əlavə yerlər zəbt etmişdir. Odur ki, təhvil-qəbul aktı tərtib etmişlər və meşəbəyi Ə.Hümbətovun öhdəsində olan keçmiş Qarxun meşəbəyliyi başqa meşəbəyliyə, yeni təyin olunacaq həmin sahəyə meşəbəyliyə təhvil verilənə kimi Ə.Hümbətovun öhdəsində qalmışdır.

20. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***** saylı aktda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini Məmiyev İslam Şirin oğlunun ##.##.2022-ci il tarixli, X7 Sərvətlər Nazirliyinin *** saylı qaynar xətt xidmətinə etdiyi İD14199 nömrəli müraciəti əsasında Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisində İddiaçı İslam oğluna məxsus 50 ha aqrobağ sahəsinə aktı tərtib edən şəxslər tərəfindən Bərdə RMTM-nin Bük meşəbəyliyinin meşə gözətçisi Zahir Mahmudovun və şikayətçi İslam Məmiyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı aqro-bağın ərazisində əsasən fındıq, nar və qoz cinsindən olan ağacların, bostan və tərəvəz bitkilərinin, yonca əkinlərinin olduğunu müəyyən etmişlər. Məlum olmuşdur ki, aqro-bağın suvarılması Kür çayından Ağdaş rayon Su-Meliorasiya İdarəsinin balansında olan su nasosları vasitəsi ilə suvarılır. Şikayətçi İslam Məmiyev onlara bildirmişdir ki, aqrobağın suvarılması ilə bağlı Ağdaş rayon Su Meliorasiya idarəsi ilə müqavilə bağlamışdır. İslam Məmiyev şikayətində qeyd etdikləri ilə bağlı izahat verərək onlara bildirmişdir ki, Bərdə RMTM-nin direktoru cavabdeh2 aqro-bağın suvarılması üçün hər hektara 400 manat ondan pul istəmişdir və bunu etməyəcəyi təqdirdə aqro-bağı ləğv etdirəcəyini bildirmişdir. Bundan başqa o, izahatında qeyd etmişdir ki, cavabdeh2 həmin meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrinin müəyyən adamlara hər hektarını 400 manata satmışdır. İslam Məmiyev izahatında onu da bildirmişdir ki, meşə ərazilərində hal-hazırda heç bir narkotik tərkibli bitkilərin əkininə rast gəlməmişdir və o, Su- Meliorasiya İdarəsinə yenidən müraciət etdikdən sonra onun oğlu İddiaçı məxsus aqro-bağa su verilmiş və o, hal-hazırda 4 gündür ki, aqro-bağda normal şəkildə suvarma işləri aparır. İslam Məmiyevin qaynar xəttə etdiyi şikayətində və onlara verdiyi izahatında Bərdə RMTMnin diretoru cavabdeh2 barəsində qeyd etdiyi məlumatlarla bağlı bildirdi ki, İddiaçı Bük meşəbəyliyində müqavilə ilə icarəyə götürdüyü 50 ha torpaq sahəsində aqro-bağ yaradılmalı və müqavilənin şərtlərinə uyğun olaraq yalnız ağac və kol bitkiləri əkilməli idi. Lakin İddiaçı həmin şərtləri pozaraq aqro-bağın ərazisində bostan, yonca və tərəvəz bitkiləri əkmişdir ki, bu da müqavilənin şərtlərinin pozulması deməkdir. Lakin buna baxmayaraq İddiaçı məxsus aqro-bağın suvarılmasının qarşısının alınmasına görə Bərdə RMTM-nin rəhbərliyi tərəfindən heç kəsə göstəriş verilməmişdir və əgər İddiaçı Su-Meliorasiya İdarəsi ilə müqaviləsi varsa, suvarmanı həmin idarədən tələb etsin. Bundan başqa, bildirmişdir ki, meşə ərazisində heç bir narkotik tərkibli bitki əkilməyib və heç kəsdən meşə ərazisində torpaq sahəsinin əkin üçün verilməsinə görə pul tələb edilməyib. Yuxarıda qeyd edilənlərlə bağlı həmin ərazidə tərəflərindən çəkilmiş fotoşəkillər, alınmış izahatlar və Bərdə RMTM-nin ##.##.2022-ci il tarixli, *** saylı məktubu akta əlavə edilmişdir.

21. İş materiallarında olan * saylı Regional X7 Sərvətlər İdarəsinin ##.##.2022-ci il tarixli, məktubunda qeyd olunmuşdur ki, Məmiyev İslam Şirin oğlunun ETSN-nin “Qaynar xətt” xidmətinə “oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqro-bağın olduğu, aqrobağa Bərdə RMTM-nin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər” ilə bağlı ##.##.2022-ci il tarixli, müraciəti həmin İdarənin əməkdaşları tərəfindən Məmiyev İslam Şirin oğlunun iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma müddətində Məmiyev İslam Şirin oğlu izahatında Bərdə RMTM-nin direktoru cavabdeh2 aqro-bağın hər hektarının suvarılmasına görə 400 manat pul istədiyini və bunu etməyəcəyi təqdirdə aqrobağı ləğv etdirəcəyini dediyini, cavabdeh2 tərəfindən meşə ərazisində bostan və yonca əkinləri üçün torpaq sahələrini müəyyən adamlara hər hektarına 400 manata satdığını, halhazırda meşə ərazisində heç bir narkotik tərkibli bitkilərin əkilməsi hallarına rast gəlmədiyini, Su Meliorasiya İdarəsinə müraciət etdikdən sonra aqrobağa su verildiyini və aqrobağın 4 gündür ki, normal suvarıldığını bildirmişdir. İdarənin əməkdaşları tərəfindən şikayətdə qeyd edilən Bərdə RMTM-nin Bük meşəbəyliyinin ** saylı dolayının 22 və 24-cü meşə kvartallarına keçirilmiş baxış zamanı müqavilə əsasında oğluna verilmiş aqrobağın ərazisində fındıq, nar kollarının, qoz cinsinə mənsub ağacların, bostan və tərəvəz bitkilərinin və yonca əkinlərinin olduğu müşahidə edilmişdir.

22. İş materiallarında olan Bərdə RMTM-nin ##.##.2022-ci il tarixli, ** saylı əmrindən görünür ki, Mərkəzin Bük meşəbəyliyində 50 hektar aqrobağ salınması üçün bağlanmış ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsinin 4.1.1, 4.1.2, 4.1.5, 4.1.7-ci bəndlərinin şərtləri pozulduğuna görə Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir.

23. İş materiallarında olan Bərdə RMTM-nin mühafizə mühəndisi əvəzi Camalov Müşfiq tərəfindən yazılmış ##.##.2022-ci il tarixli, məlumatda qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixdə RMTM-nin Bük meşəbəyliyində mövcud olan mədəni meşə əkinlərinin vəziyyətini bilmək, meşəbəylik ərazisində olan bostan-tərəvəz bitkilərinin hektarını ölçmək məqsədi ilə RMTM-nin mühafizə mühəndisi Gürşad Əmirov, Bük meşəbəyliyinin meşəbəyisi Ənvər Hümbətov, Bük meşəbəyliyində fəaliyyət göstərən meşə gözətçisi Elşən Bayramov, Sədulla Rüstəmov, Zahir Mahmudov, * saylı ərazi nəqliyyat idarəsinin ** AA *** dövlət qeydiyyat nişanlı “Niva” markalı maşının sürücüsü Vüqar Məmmədov yazdıqlarına şahiddirlər ki, Bük meşəbəyliyində məskunlaşmış İddiaçı, əmisi oğlu Məmiyev Dilafət, Rəşadın qohumu Aydın adlı şəxslər onların vəzifə səlahiyyətlərini yerinə yetirmələrinə maneə törətmişlər, onları təhqir etmişlər, şəxsi telefonları ilə çəkiliş aparmışlar. RMTM-nin rəhbəri barəsində şər-böhtan xarakterli sözlər danışmışlar. Onlara və RMTM-nin rəhbərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişlər. Yuxarıda adları çəkilən şəxslərə Gürşad Əmirov və o, dəfələrlə etdikləri əməllərə irad tutsalar da, onlara əhəmiyyət verməyib çirkin hərəkətlərindən, icazəsiz çəkiliş aparmalarından əl çəkməyiblər. RMTM-nin rəhbərliyindən xahiş etmişdir ki, bütün bu yazdıqları araşdırılsın, vəzifə səlahiyyətlərini həyata keçirməkdə olan onları təhqir edən bu şəxslərin barəsində ciddi tədbir görülsün.

24. İş materiallarında olan Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin ##.##.2022-ci il tarixli, */Kd-***-** saylı məktubundan görünür ki, İddiaçı İslam oğlunun və Məmiyev İslam Şirin oğlunun X7 Sərvətlər nazirinin ##.##.2022-ci il tarixdə Yevlax şəhərində səyyar qəbulu zamanı təqdim etdikləri Bərdə RMTM-nin əməkdaşları və direktoru tərəfindən təzyiqlərə məruz qalmaları və onlardan rüşvət tələb edilməsi və meşə fondu ərazilərinin vətəndaşlara qanunsuz satılması ilə bağlı şikayət ərizələrində göstərilənlər onların iştirakları ilə araşdırılmışdır. Araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində vətəndaşlar tərəfindən meşə fondu ərazilərinin zəbt edilərək kənd təsərrüfatı bitkilərinin əkildiyi faktı təsdiqini tapmışdır. Hazırda zəbt edilən ərazilərin dəqiqləşdirilməsi işlərinin aparılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Qanunsuz zəbt edilən meşə fondu əraziləri müəyyən edildikdən sonra təqsirkar şəxs (şəxslər) barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Bərdə RMTM-nin direktoru və vəzifəli şəxslərinin onlardan hədə-qorxu ilə rüşvət tələb etməsi ilə bağlı qaldırdıqları məsələnin araşdırılması Nazirliyin səlahiyyətləri daxilində deyildir. Aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur.

25. İş materiallarında olan X8 Təsərrüfatı Mərkəzinin ##.##.2022-ci il tarixli, məktubundan görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu Mərkəzin Bük meşəbəyliyində Meşə fondu torpaqlarında aqrobağ salmaq məqsədi ilə ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi ilə 50 ha torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozduğu üçün Mərkəz tərəfindən ##.##.2022-ci il tarixli, ** saylı əmrlə ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı icarə müqaviləsinin Meşələrin İnkişafı Xidmətinin qeydiyyatından çıxarılması xahiş olunmuşdur.

26. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin ##.##.2022-ci il tarixli, məktubundan görünür ki, Bərdə RMTM-nin ##.##.2022-ci il tarixli, **/**/d nömrəli məktubu, icarə müqaviləsinə Mərkəzin müvafiq əmri ilə birtərəfli qaydada xitam verildiyi və qeyd olunan məktubdakı müraciəti nəzərə alınaraq İddiaçı İslam oğlu ilə bağlanmış ##.##.2019cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi qeydiyyatdan çıxarılmışdır.

27. İş materiallarında olan X8 Təsərrüfatı Mərkəzinin ##.##.2022-ci il tarixli, məktubunda qeyd olunmuşdur ki, Mərkəzin Bük meşəbəyliyində meşə fondu torpaqlarında 50 ha sahədə aqrobağ salmaq məqsədi ilə İddiaçı İslam oğlu ilə ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı İslam oğlu tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, Mərkəzin ##.##.2022-ci il tarixli, ** saylı əmri ilə ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İcarə müqaviləsi ləğv edildiyi üçün İddiaçı İslam oğlundan həmin ərazini təcili boşaltması tələb olunmuşdur.

28. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ****** saylı aktda qeyd olunmuşdur ki, Bərdə RMTM-nin direktoru müavini (meşə mühafizəsi üzrə) nümayəndə3, mərkəzin meşələrin qorunması üzrə baş mühəndisi Gürşad Əmirov, mərkəzin kadastr üzrə baş mütəxəssisi Rəhim Mehtiyev, mərkəzin toxumçuluq üzrə baş mütəxəssisi Füzuli Bağırov, Bük meşəbəyliyinin 1 və * saylı meşə dolayısının meşə gözətçiləri Zahir Mahmudov, Sədulla Rüstəmov, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, mərkəzin direktorunun şifahi göstərişinə əsasən Bük meşəbəyliyinin 22-ci meşə kvartalında * saylı meşə dolayısında qəfildən yoxlama aparmışlar. Yoxlama zamanı Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu özünün 160 baş xırda buynuzlu qoyunquzusunu qanunsuz gətirib meşə sahəsində saxlayır və otarır və bunun nəticəsində meşəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli, ** saylı qərarına əsasən meşəyə ziyan dəymişdir. Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı xırda buynuzlu mal-qaranı saxlamaq üçün primitiv qaydada 1 ədəd yaşayış üçün qarğıdan dam, mal-qara üçün bir neçə tövlə tikmişdir. Meşədə qanunsuz mal-qara saxlaması və mal-qarasını meşə sahəsindən çıxarmaq barədə İddiaçı ##.##.2022-ci il tarixli, **/**/**-*** saylı bildiriş göndərilmişdir. İddiaçı öz mal-qarasını, yəni qoyun-quzusunu meşədə saxlamaqla və otarmaqla 5 hektar sahədə bütün təbii bərpanı, yeni yetməni məhv etmişdir. Ona bir daha özünün 160 xırda buynuzlu mal-qarasını meşə sahəsindən çıxarmaq barədə şifahi göstəriş verildi.

29. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2023cü il tarixli, 05/12146- ** saylı məktubunda qeyd olunmuşdur ki, Məmiyev İslam Şirin oğlunun oğlu İddiaçı bir qrup şəxs tərəfindən döyülərək ağır dərəcəli bədən xəsarətləri alması və bununla bağlı araşdırmanın Ağdaş RPŞ-də qeyri-obyektiv aparılması barədə müraciətlərinə Respublika Baş Prokurorluğunda baxılmışdır. Nəzərə çatdırılmışdır ki, İddiaçı döyülməsi faktı ilə bağlı Ağdaş RPŞ-də toplanmış material tələb olunaraq nəzarət qaydasında Ağdaş rayon prokurorluğunda öyrənilmiş və material üzrə ## ####### 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bir sıra göstərişlərin icrası məqsədi ilə ## ###### 2022-ci il tarixdə rayon prokuroru tərəfindən ləğv olunaraq material üzrə əlavə araşdırmaya qaytarılmışdır.

30. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin ##.##.2023-cü il tarixli, ** saylı məktubunda qeyd olunmuşdur ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ##.##.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X32 İdarəsinə, indiki X37 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru cavabdeh2 telefon zəngi və üz-üzə söhbəti zamanı X21nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara ##.##.2022-ci il tarixli, məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru cavabdeh2 ## #### 2022-ci il tarixli, əmrinə əsasən dayandırılmışdır.

31. İş materiallarında olan Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**/*-M-***-*/**** saylı məktubundan görünür ki, Məmiyev İslam Şirin oğlunun “X8 Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşə fondu torpaqlarının qanunsuz olaraq zəbt edilməsi, vətəndaşlara pul qarşılığında satılması və Mərkəzin rəhbərliyinin qanunsuz hərəkətləri” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı şikayət ərizəsi araşdırılmışdır. Şikayət ərizəsində göstərilənlər Məmiyev İslam Şirin oğlunun iştirakı ilə araşdırılmış, araşdırma zamanı Bərdə RMTM-nin xidməti ərazisində bir sıra nöqsanlar aşkar edilmişdir. Nöqsanlara yol vermiş məsul şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi, eləcə də meşə fondu ərazilərini qanunsuz zəbt edən təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər davam etdirilir. Qeyd edilmişdir ki, Məmiyev İslam Şirin oğlunun qaldırdığı məsələ ilə əlaqədar paralel olaraq aidiyyəti hüquq-mühafizə orqanında araşdırma aparılır.

32. İş materiallarında olan Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin ##.##.2023-cü il tarixli, ***/K saylı əmrindən görünür ki, Bərdə RMTM-nin direktoru vəzifəsinə müvəqqəti təyin edilmiş cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə əsasən ## ##### 2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan * saylı Regional X7 Sərvətlər İdarəsinin ##.##.2023-cü il tarixli, məktubunda qeyd olunmuşdur ki, Məmiyev İslam Şirin oğlunun ETSN-nin “Qaynar xətt” xidmətinə “oğlu İddiaçı adına Kür çayının sol tərəfində 50 ha aqrobağın olduğu, aqrobağa Bərdə RMTM-nin rəhbərliyi tərəfindən su verilməməsinə göstərişin verilməsi və digər məsələlər” məzmunlu ##.##.2023cü il və ##.##.2023-cü il tarixli, müraciətləri həmin İdarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. İdarənin əməkdaşları tərəfindən Bərdə RMTM-nin balansında olan AslanƏyricə və Bük meşəbəyliyində meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə 18-##.##.2022-ci il tarixlərdə Bərdə RMTM-nin əməkdaşlarının iştirakı ilə araşdırma aparılaraq qanun pozuntuları aşkar edilmiş meşə sahələrinə cavabdeh şəxslər barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədi ilə İdarə tərəfindən X67 Xidmətinə məktubla məlumat verilmişdir.

33. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin ##.##.2023-cü il tarixli, *-**/*- M***/*-*/**** saylı məktubundan görünür ki, Məmiyev İslam Şirin oğlunun və İddiaçı İslam oğlunun “Ağdaş və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlara qarşı qanunsuzluqlar edilməsi, həmçinin Bərdə RMTM-də baş vermiş qanunsuzluqlar” barədə Azərbaycan Respublikası Prezidentinə və digər dövlət orqanlarına ünvanladıqları şikayət ərizəsində göstərilənlər ETSN-in səlahiyyətləri çərçivəsində araşdırılmışdır. Bərdə RMTMnin Bük meşəbəyliyinin ərazisindən 50 ha torpaq sahəsi aqrobağ salınması məqsədi ilə 2019-cu ilin ## ####### tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi əsasında 15 il müddətinə İddiaçı İslam oğluna icarəyə verilmişdir. Onunla bağlanmış icarə müqaviləsi Mərkəzin ## #### 2022-ci il tarixli, ** nömrəli əmrinə əsasən ləğv edilmişdir. Bundan sonra sözügedən ərazidə qanunsuz olaraq torpaq şumlama işləri apardığı üçün Mərkəz tərəfindən ## ##### 2023-cü il tarixli, *-**-**-**/****/**** nömrəli məktubla Bərdə RPŞ-yə müraciət edilmişdir. Meşə fondu torpağından qanunsuz istifadə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılır. Məlumat üçün bildirmişlər ki, Bərdə RMTM-nin direktoru cavabdeh2la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

34. İş materiallarında olan X37 İdarəsinin ##.##.2023-cü il tarixli, *** saylı məktubunda qeyd edilmişdir ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ##.##.2019-cu ildə Bərdə RMTM-yə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədi ilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X32 İdarəsinə, indiki X37 İdarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə RMTM-nin direktoru cavabdeh2 telefon zəngi və üz-üzə söhbəti zamanı X21nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, bununla əlaqədar idarənin daxili əmrini onlara göndərəcək. Bununla əlaqədar olaraq onlara ##.##.2022-ci il tarixli, məktubuna əsasən qeyd olunan ərazidən nasos stansiyasının götürülməsi barədə məktub göndərmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər aqrobağa suyun verilməsi Bərdə RMTM-nin direktoru cavabdeh2 ## #### 2022-ci il tarixli, əmrinə əsasən dayandırılmışdır.

35. İş materiallarında olan X37 İdarəsinin ##.##.2023-cü il tarixli, ***-*** saylı məktubundan görünür ki, İdarə özünün ##.##.2023-cü il tarixli, *** saylı məktubunun məzmununa oxşar məlumatlar qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, ## #### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixə qədər Ağsu SSİ-nin heç bir işçisini və texnikası əraziyə buraxılmamışdır (Bərdə RMTM tərəfindən).

36. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi ##.##.2031-ci ilədək İddiaçı islam oğluna icarəyə verilmişdir. İddiaçı İslam oğlu tərəfindən təqdim edilmiş X45 İnformasiya Sistemindən çıxarılmış ##.##.2021-ci il tarixli, ******* saylı əkin bəyanından göründüyü kimi sözügedən torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı, ##.##.2021-ci il tarixli, ******* saylı əkin bəyanından göründüyü kimi 0.5 ha hissəsinə (500 ədəd) nar ağacı və ##.##.2021-ci il tarixli, ******* saylı əkin bəyanından göründüyü kimi 20 ha hissəsinə (11232 ədəd) fındıq ağacı əkmişdir. Sözügedən sahəyə tərəflərindən baxış keçirilmiş və sözügedən sahədə İddiaçı İslam oğlu tərəfindən əkilmiş və qulluq edilmiş ağacların 43.5 ha (23.5 ha hissədə əkilmiş qoz və 20 ha hissədə əkilmiş fındıq ağacları) hissəsinə əkilmiş ağacların qurumasına şahid olmuş və fotoşəkilləri çəkilmişdir. Bərdə rayonu Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsinin 43.5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsas torpaq sahəsinin suvarılmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru cavabdeh2 tərəfindən Azərbaycan Meliorasiya və X14 SSİnin rəisi Əhliman Hacıyevə ünvanlanmış məktubdan göründüyü kimi “X8 Təsərrüfatı Mərkəzi bildirir ki, Mərkəzin Bük meşəbəyliyinin ərazisində ehtiyac olmayan su dartan nasosun ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir”. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş SSİ tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ***-*** saylı arayışına əsasən “##.##.2019-cu ildə X8 Mərkəzinə məxsus Bük meşəbəyliyində aqrobağ məqsədilə uzun müddətli icarə əsasında torpaq sahəsi götürmüşdür. Həmin sahənin suvarılması keçmiş X32 idarəsinə, indiki X37 idarəsinə xidmət edən Ağzıbir SİB-lə bağlanmış müqavilə əsasında aparılırdı. Bərdə ** saylı X38 keçmiş direktoru cavabdeh2 dəfələrlə telefon zəngi və üz-üzə söhbəti zamanı X21nə İddiaçı İslam oğluna məxsus aqrobağı suvarmaq üçün Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və mənim icazəm olmadan əraziyə texnikanın və suyun verilməsi qadağan edirəm dediyini bildirdi. Onu da qeyd etdi ki, mən bununla əlaqədar idarənin daxili əmrini sizə və sizin baş idarəniz olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərəcəm. Bununla əlaqədar olaraq bizə ## #### 2022-ci il tarixli, məktubunda yalnız X21ndə İddiaçı İslam oğluna məxsus olan aqro-bağın suvarılmasının dayandırılmasını və ərazidən nasos stansiyanın götürülməsi barədə məktub və aqro-bağın ləğv olunması barədə idarənin ## #### 2021-ci il tarixli, ** №-li əmrini, ## ###### 2022-ci il tarixli, *****/**-*** saylı məktub göndərmişdir. ## #### 2022-ci il tarixindən ## ###### 2022-ci il tarixinə qədər aqrobağa suyun verilməsi Bərdə ** saylı X38 keçmiş direktoru cavabdeh2 ## #### 2022-ci il tarixli, əmrinə əsasən dayandırılmışdır”. Qeyd edir ki, Aqrar Xidmətlər Agentliyi Bərdə Regional İdarəsi tərəfindən həmin ərazidən götürülmüş ümumilikdə 18 ədəd torpaq nümunəsinin “analizinin” nəticələrindən göründüyü kimi həmin torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və əkinə tam yararlı, münbit torpaqdır.

37. İş materiallarında olan ##.##.2023-cü il tarixdə Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Bərdə DAİM-in Bitkiçilik sektorunun müdiri X47, Bərdə bitki mühafizə mərkəzinin aparıcı aqronomu Əhmədov Sahib İsa oğlu, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlunun iştirakı ilə aktı ona görə tərtib etmişlər ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 50 ha İddiaçı İslam oğlunun icarəyə götürdüyü aqrobağa tərəflərindən baxış keçirərkən həmin ərazidə olan 29,5 ha qoz, 20 ha fındıq, 0,50 ha nar ağaclarının əkilməsi müəyyən olunmuşdur. Lakin həmin ağacların 43,5 hektarı qurumuşdur. 23,5 ha hissəsi əkilmiş qoz, 20 ha hissəsində əkilmiş fındıq ağaclarının quruması müəyyən edilmişdir. Qurumanın hansı səbəbdən baş verməsini təyin edə bilməmişlər. Təsərrüfat sahibinin bildirdiyinə görə bağ 2019-cu ildə salınmış və 2022-ci ildə su çatışmazlığından qurumuşdur. Hadisənin baş verməsindən uzun müddət keçdiyi üçün bunun nə dərəcədə düzgün olduğunu təyin edə bilməmişlər. Ərazinin Dövlət Meşə Fonduna məxsus olduğunu nəzərə alaraq aidiyyatı üzrə müraciət etmək tövsiyə olunmuşdur

38. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, mütəxəssis rəyində qeyd olunmuşdur ki, ümumilikdə 50 ha aqro-bağda 28.532 ədəd ağac əkilmişdir. Ağacların adı və hektarı: fındıq - yağlı fındıq 20 ha; nar - Azərbaycan gülöyşəsi 0.50 ha; qoz – “Chandler” 29.5 ha. Cəmi məhv olan ağacların sayı 27.024 ədəddir. 50 ha aqrobağda, 20 hektarda əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemdə əkilmişdir. 0,50 hektarda 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar qurumayıb. 29,5 hektarda 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemdə əkilmişdir. 23,5 ha tam qurumuş, yalnız cərgələrdə təkəm-seyrək yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları sayılaraq 168 ədəd olduğu müəyyən edilmişdir. Yerdə qalan 6 ha sahədə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi, cəmi salamat qalmış qoz ağacı 1008 ədəddir. 23832 ədəd fındıq; 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur, cəmi birlikdə 27.024 ədəd ağac məhv olmuşdur. Müraciət üzrə aparılan yerli baxış və tədqiqat işlərinin nəticəsi: 1) Aqrobağda 2019-2020-ci illər (2 il) 2 ədəd su nasosları icarəyə götürülüb. 2) Aqro-bağın 1 hektarının suvarılması - 20 manat icarə pulu. 20 manat x 50 ha = 1000 manat x 14 dəfə suvarılıb (iki ildə) 1000 * 14 = 14.000 manat; 3) Dizel yanacaq iki ilə 32 ton işlənib. 32000 litr x 0.70 manat = 22.400 manat; 4) Şumlama iki dəfə (lazer malaya görə) 50 ha x 60 manat = 3000 manat x 2 dəfə = 6000 manat; 5) Lazer mala hektar 40 manat x 30 ha = 1200 manat x 30 gün = 36000 manat; 6) Keşkəl (ağac şırımı) 50 ha x 30 manat = 1500 manat; 7) Əsas arxların uzunluğu 4 km-dir. 4 ədəd əsas arx = 16 km. 16.000 metr x 4 manat metrəsi = 64.000 manat; 8) Gübrələr, dərmanlar, peyin 12500 x 3 il = 37.500 manat; 9) Qoz ağacları 20 manat x 4200 ədəd = 84.000 manat; 10) Qoz ağaclarının daşınması 1000 manat; 11) Qoz ağacını əkənlər 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 12) Fındıq 12.600 ağac + 11232 ağac = 23832 ədəd ağac x 5 manat = 119.160 manat; 13) Fındıq əkini birinci dəfə 12.600 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10800 + 200 əlavə xərc = 11.000 manat; 14) Fındıq əkini ikinci dəfə 11232 ədəd 25 manat x 18 nəfər = 360 manat x 30 gün = 10.800 manat; 15) Fındıq ağaclarının daşınması 1400 manat; 16) Gözətçi (oxrana) 450 manat x 48 ay = 21.600 manat; 17) Daimi suçular 25 manat x 2 nəfər = 50 manat gündəlik 50 manat x 30 gün = 1500 manat x 27 ay = 40.500 manat; 18) Ağacların aralarına meyxod 50 ha x 50 manat = 2500 manat x 2 fəsil = 5000 manat x 3 il = 15.000 manat; 19) İllik icarə pulları 1300 manat x 4 dəfə (4 il) = 5200 manat; 20) Ağzıbir S.İ.B 1900 + 1792 + 1792 = 5448 manat (4 il); 21) Nar ağacı 500 ədəd x 3 manat = 1500 manat; 22) İşçilərin daşınması (maşınla) 30 manat x 90 gün = 2700 manat; Görülən işlərə çəkilən xərclər cəmi: 511.508 manat (indiyə kimi).

39. İş materiallarında olan – “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının X7 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamanti ilə İddiaçı İslam oğlu arasında olan icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Bük Meşəbəyliyi adlanan ərazidə yerləşən 50 ha torpaq sahəsi ##.##.2031-ci il tarixə qədər Bərdə rayonunun Şirvanlı kənd sakini İddiaçı İslam oğluna icarəyə verilib. İddiaçı İslam oğlu tərəfindən təqdim edilən X45 İnformasiya sistemindən çıxarılmış ##.##.2021-ci il tarixli, ******* saylı əkin bəyanından göründüyü kimi qeyd olunan torpaq sahəsinin 29.5 ha hissəsinə (4200 ədəd) qoz ağacı (Chandler), ##.##.2021ci il tarixli, ******* saylı əkin bəyanında əksini tapan 0.5 ha hissəsində 500 ədəd nar (Azərbaycan Gülöyşəsi), ##.##.2021-ci il tarixli, 3495830-saylı əkin bəyanında qeyd olunan 20 ha hissəsinə 11232 ədəd fındıq ağacları (yağlı fındıq) əkilib. Ümumilikdə 50 ha aqrobağda 28.532 ədəd ağac əkilmişdir. Bərdə ** saylı X38 sabiq direktoru cavabdeh2 heç-bir əsas olmadan aqro-bağın sahibi İddiaçı Kür çayı üzərində quraşdırılmış dizel nasos aqreqatının oradan götürülməsini və onun icazəsi olmadan əraziyə texnikanın və suyun verilməsini qadağan etdiyini bildirib. ##.##.2022-ci il tarixdə X21 adlanan ərazidə yalnız İddiaçı İslam oğluna məxsus Bağ təsərrüfatına məxsus ərazidə suvarılmanın dayandırılması və ərazidən nasosun götürülməsi barədə məktubu, habelə aqro-bağın ləğv olunması barədə idarənin ##.##.2021-ci il tarixli, ** saylı əmrini ##.##.2022-ci il tarixli, *****/**-*** saylı məktubunu icarədara göndərib. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər aqro-bağa suyun verilməsi barədə ** saylı X38 keçmiş direktoru cavabdeh2 ##.##.2022-cil tarixli, əmrinə müvafiq olaraq dayandırılıb. Qeyd olunan müddət ərzində X37 İdarəsinin heç bir işçisi və texnikası əraziyə buraxılmayıb. Nəticədə, aqro-bağın əhəmiyyətli hissəsi zərər görüb, 50 ha torpaq sahəsinin 43.5 ha hissəsində əkilən qoz və fındıq ağacları suvarma sisteminin olmaması səbəbindən, qoz və fındıq ağacları tamamilə quruyub. Bərdə ** saylı X38 keçmiş direktoru cavabdeh2 adından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə Ağdaş S.S.İ-nin rəisi Əhliman Hacıyevə ünvanlanan məktubda da X21 ərazisindən texnikaların yığışdırılmasını və su dartan nasosun götürülməsini xahiş etdiyi aydın görünür. Hansı ki, tərəflər arasında bununla bağlı müqavilə mövcud olub və suvarma X32 idarəsinə, indiki X37 həvalə edilib. Bu qərar verilən zaman ərazinin əkinə yararlı və münbit torpaqda olması nəzərə alınmayıb. Bu işdə qanunvericilik tələblərinin kobud surətdə pozulması olmaqla yanaşı, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna ciddi ziyan dəyməsi ilə nəticələnib. Beləliklə, 50 ha Aqro-bağda 20 ha ərazidə əkilmiş 23.832 ədəd fındıq ağacları tam qurumuşdur, fındıq ağacları 8 x 8 sxemində əkilmişdir. 0.50 ha ərazidə 500 ədəd nar ağacı 5 x 5 sxemdə əkilmişdir. Nar ağacları qurumayıb. 29.5 ha ərazidə 4200 ədəd qoz əkilmişdir. Qoz ağacları 10 x 10 sxemində əkilmişdir. 29.5 ha qoz ağaclarının, 23.5 ha hissəsi tam qurumuş, yalnız cərgələrdə bəzi yerlərdə ağaclar salamat qalmışdır. Qalan qoz ağacları 168 ədəd olduğu müəyyən edilmişdir. Qalan 6 ha ərazidə 840 ədəd qoz ağacı olduğu müəyyən edildi. Cəmi salamat qalmış qoz ağacları 1008 ədəddir. 23832 ədəd fındıq, 3192 ədəd qoz ağacları quruyub məhv olmuşdur. Cəmi birlikdə 27024 ədəd ağac məhv olmuşdur. Torpaq analizlərindən və ağaclardan götürülmüş nümunələrdən də görünür ki, ağaclarda və torpaqlarda heç bir xəstəlik mövcud deyil. Ağacların quruma səbəbi susuzluqdan olmuşdur. Yəni ağaclar vaxtlı-vaxtında suvarılmadığından qurumuşdur. Həmən ərazidə 6,0 ha qoz və 0,5 ha nar ağacları suvarıldığına görə qurumayıb.

40. İş materiallarında olan ##.##.2023-cü il tarixli, aktda qeyd olunmuşdur ki, KTN MÇETİ-nin meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri X5, KTN meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi X33, Bərdə bitki mühafizə mərkəzinin aparıcı aqronomu Əhmədov Sahib İsa oğlu, Bərdə DAİM-in bitkiçilik sektorunun müdiri X47, aqrobağın sahibi İddiaçı İslam oğlu həmin aktı ona görə tərtib etmişlər ki, onlar həqiqətən ##.##.2023-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən İddiaçı İslam oğluna məxsus 50 ha bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 50 ha bağın 29,5 hektarında qoz, 20 hektarında fındıq və 0,5 hektarında nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43,5 hektarı quruyaraq məhv olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş SSİ-nin ## ######## 2023-cü il tarixli, ***-*** nömrəli məktubuna əsasən məlum olmuşdur ki, # #### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək aqrobağa suvarma suyu verilməmişdir. “xxxx” şirkətinin verdiyi ## ####### 2023-cü il tarixli, rəyə istinadən məlum olmuşdur ki, bitkilərdə və torpaqda xəstəlik əlamətləri aşkar edilməmişdir. “xxxx” MMC-nin ## ######## 2023-cü il tarixli, mütəxəssis rəyinə istinadən Bərdə rayonu Bük meşəbəyliyi adlanan ərazidə yerləşən 50 hektar bağ sahəsinin 43,5 ha hissəsinə əkilmiş qoz və fındıq ağaclarının qurumasına əsas suvarılmaması olmuşdur. Yekun nəticə olaraq 20 hektar fındıq (23.832 ədəd) və 23,5 ha qoz (3192 ədəd) bağının qurumasına səbəb suvarılmaması olmuşdur, 6,5 hektar ərazidəki ağaclar isə suvarıldığı üçün qurumamışdır.

41. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X6 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri X47 tərəfindən verilmiş, ##.##.2023-cü il tarixli, məktubla məhkəməyə göndərilmiş rəydən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)****/**** saylı məktubuna əsasən, Bərdə rayonu Bük Meşəçiliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin böyük məsləhətçisi - X33, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin müdiri - X5, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aparıcı aqronomu - Əhmədov Sahib İsa oğlu və onun iştirakı ilə ##.##.2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində olan 29.5 ha qoz, 20 ha fındıq, 0.5 ha nar ağacları əkilmişdir. Həmin bağ sahəsinin 43.5 ha quruyaraq məhv olmuşdur. Həmin ağacların qurumuş vəziyyətdə bağ sahəsində qalıqları qalmışdır. Qurumuş ağacları baxış zamanı ilkin olaraq su çatışmamazlığından quruması qənaətinə gəlinir. Baxış zamanı akt tərtib olunmuş və rəyə əlavə edilmişdir. Həmçinin Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin X37 İdarəsinin ##.##.2023cü il tarixli, ***-*** nömrəli məktubunda qeyd olunan 01.06.20.22-ci il tarixdən ##.##.2022-ci il tarixinədək bağa suvarma suyu verilməmişdir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq yekun nəticə olaraq rəyə gəlinir ki, İddiaçı İslam oğlunun icarəsində olan 50 ha bağ sahəsində 23 ha qoz (3192 ədəd), 20 ha fındıq (23832 ədəd) ağaclarının qurumasına səbəb suvarılmaması olmuşdur. Bağ sahəsinin 6.5 ha səhəsində suvarılma aparıldığı üçün cəmi qalan qoz 1008 ədəd və nar ağacları qurumamışdır.

42. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2023-cü il tarixli, məktubunda qeyd olunmuşdur ki, İddiaçı İslam oğlunun bağ sahəsində ağacların quruma səbəbinin müəyyən olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı müraciətə Nazirlikdə baxılmışdır. Bildirilmişdir ki, 2023-cü il ## ###### tarixində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, X6 İnkişafı Mərkəzinin əməkdaşları və İddiaçı İslam oğlunun iştirakı ilə müraciət birgə yerində araşdırılmış, 20 hektar fındıq və 23,5 hektar qoz bağının suvarma aparılmaması səbəbindən quruması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı akt tərtib edilmiş, aktın surəti İddiaçı İslam oğluna təqdim olunmuşdur.

43. İş materiallarında olan ##.##.2024-cü il tarixli, aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bioloji ekspertizalar şöbəsinin aparıcı eksperti Pərvanə Rüstəmova iddiaçı İddiaçı İslam oğlu, ETSNin MİX-in ** saylı RMTM-nin baş mütəxəssis hüquqşünası X11, cavabdeh2 iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirərək tədqiqat aparmışdır.

44. İş materisallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli, və ##.##.2022-ci il tarixli, müqavilələrdən görünür ki, Ağdaş rayonu Ağzıbir SİB istehlakçı İddiaçı İslam oğluna məxsus 50 ha torpaq sahəsində yerləşən aqro-bağı müqavilələrin bağlandığı vaxtdan 2021-ci və 2022-ci illərdə ildə 5 dəfə, 2023-cü ildə isə 4 dəfə suvarma suyu ilə təmin edilməsini öhdəsinə götürmüşdür.

45. İş materiallarında olan X37 İdarəsinin ##.##.2024-cü il tarixli, ***-*** saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğluna məxsus, Bərdə ** saylı RMT-nin X21ndə salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021-ci ildə 26.100 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur.

46. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-16-16/2-7/204- */***** saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı ## ###### 2024-cü il tarixdə Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 50 ha bağ sahəsində əkilmiş cəmi 4200 ədəd qoz və 23832 ədəd fındıq kollarına aşağıdakı – ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); - malalama (1 dəfə); - şumlama (1 dəfə); əkilmə prosesindən sonra şumlama (1 dəfə); ağac və kolların arasında meyxod; - ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün) kimi aqrotexniki işlər; - bağ sahəsində ana arxların hündürlüyü – 1 metr 60 sm, eni – 2 metr 50 sm, köməkçi arxların hündürlüyü – 50 sm, eni – 70 sm-dir. Həmin sahədə 4 ədəd əsas arx mövcuddur. Hər bir əsas arxın uzunluğu 4 km, ümumi cəmi uzunluğu 16 km-dir; - bağın yerləşdiyi relyef, iqlim şəraitini, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən selləmə suvarma bir ildə 7 dəfə olmaqla; - ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyri-üzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat verməklə inkişafı mümkündür. Respublikada yerləşən ağac satışı bazarlarında, yerli internet saytlarında olan məlumatlardan və eləcə də, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 3192 ədəd qoz tingi (Chandler) – 39.900 (3192 ədəd x 12,50 manat); - 23832 ədəd fındıq ağacları – 23.832 (23832 ədəd x 1 manat). Beləliklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ağac tinglərinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 63.732 manat müəyyən edilir. Qeyd: ağac satışı bazarlarında mövcud olan tələb və təklifdən, inkişaf səviyyəsindən və digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilən qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. İnternet çıxarışları əlavə edilmişdir (2 vərəq). Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.

47. İş materiallarında olan “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli, ** saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz ağacı və 23832 ədəd fındıq tinglərinin inkişafı üçün aşağıdakı aqrotexniki qulluq növləri olunmalıdır: - şumlama (lazer malaya görə); - ağac və kolların əkilməsindən öncə lazer mala (1 dəfə); - ağac və kolların arasından alaq otlarının təmizlənməsi və torpağın yumşaldılması; - ağac şırımlarının açılması (selləmə suvarmanın yerinə yetirilməsi üçün); - suvarma (bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafı nəzərə alınmaqla selləmə suvarma 1 ildə 7 dəfə olmaqla); ağac və kolların inkişafına əsasən böyümə tinglərin basdırılma dövründən başlayaraq hər bir hektara 7 ton peyin (üzvi gübrə), qeyri-üzvi gübrələrdən 150-200 kq karbamid, 200-250 kq ammonium nitrat, əkinin məhsuldar olması üçün və s. vasitələr. Qeyd: Yuxarıda qeyd edilən tədqiqatlar təqdim edilmiş ağac və tinglərin inkişafı, birinci il inkişafından sonra budaqlanma, bağın yerləşdiyi relyef, iqlim şəraiti, torpağın fiziki quruluşu, bitkilərin inkişafına əsasən müvafiq ölçmələr və müasir metodiki qaydalardan istifadə edilməklə tərtib edildi (aqrotexniki tədqiqat üzrə). 1. Aparılmış tədqiqatlar nəticəsində Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz və 23832 ədəd fındıq ağaclarının alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc 516.623,88 manat müəyyən edilir. O cümlədən: a) “Chandler” sortuna malik 2 yaşlı qoz ağacları – 3192 x 20,37 manat ((21,4 + 21,19 + 18,53) : 3) = 65.021 manat; b) Fındıq –23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə - 2.300 (2.000-2.600) manat; d) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 303.499,88 manat (indiyə kimi). 2. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən meşə fonduna məxsus İddiaçı İslam oğlunun icarəsinə verilmiş 50,0 ha bağ sahəsində əkilmiş 4200 ədəd “Chandler” sortuna malik qoz və 23832 ədəd fındıq tinglərinin alınması, gətirilməsi və aqrotexniki qulluğa görə çəkilmiş xərc, həmçinin ölkə ərazisindən alınmış 500 ədəd nar ağacının alınması və əkilib-becərilməsinə görə çəkilən xərc (aqrotexniki qulluq xərcləri) – 542.056,50 manat müəyyən edilir. O cümlədən: a) “Chandler” sortuna malik 2 yaşlı qoz ağacları – 4200 x 20,37 manat ((21,4 + 21,19 +18,53) : 3) = 85.554 manat; b) Fındıq – 23832 x 5 manat ((4,78 + 5,04 + 7,80) : 3) = 119.160 manat; c) Hər iki bitkinin gətirilməsi isə – 2400 (2000-2600) manat; d) Nar ağacı – 500 ədəd x 3 manat = 1.500 manat; e) Cəmi aqrotexniki qulluq xərclərinin cəmi 333.442,50 manat (indiyə kimi). 3. Bərdə rayonu Bük meşəbəyliyi ərazisində yerləşən 49,5 ha bağ sahəsində əkilmiş 3192 ədəd “Chandler” sortuna malik qoz ağacları və 23832 ədəd yağlı fındıq ağaclarından gələcəkdə, yəni 2024-cü ildən 2030-cu ilə kimi 7 il müddətində orta hesabla təxmini olaraq əldə oluna biləcək fayda cəmi 1.491.179,20 manat müəyyən edilir. c) “Chandler” sortuna malik qoz ağaclarına görə gəlir – 891.419,20 manat; d) Fındıq ağaclarına görə gəlir 599.760 manat (əmtəəşünaslıq tədqiqatı üzrə).

48. *** saylı arayışından görünür ki, Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam İş materiallarında olan X37 İdarəsinin ##.##.2024-cü il tarixli, 142- oğluna məxsus, Bərdə ** saylı RMT-nin X21ndə salınmış 50 hektar aqrobağı əraziyə xidmət edən Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində quraşdırılmış US-180 SNP500/10 markalı dizel yanacağı ilə işləyən aqreqata 2021ci ildə 26,1 ton, 2022-ci ildə 23.080 ton dizel yanacağı istifadə olunmuşdur.

49. İş materiallarında olan tarixi qeyd olunmamış, Bərdə rayonu Şirvanlı kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, bitkiçilik sektorunun müdiri X47, bitki mühafizəsinin aparıcı aqronomu Əhmədov Sahib İsa oğlu, aqrobağın sahibi İddiaçı İslam oğlu, ** saylı RMT-nin əməkdaşları ilə aktı ona görə tərtib etmişlər ki, İddiaçı İslam oğluna məxsus Bərdə rayonu Bük meşəbəyliyi ərazisində 50 ha meyvə bağına baxış keçirərkən onlara məlum olan 29,5 ha qoz “Chandler” 4200 ədəd, yağlı fındıq 20 ha (11232 ədəd), 0,5 ha nar (500 ədəd) Azərbaycan gülöyşəsi 2019-cu ildə qoz ağacları 10 x 10 sxemində, fındıq 8 x 8 sxemində, nar 5 x 5 sxemində əkilmişdir, torpaqdan götürülmüş analizlərin cavabına görə torpaq sahəsində hər hansı bir xəstəlik mövcud deyil və meyvə ağaclarının əkilməsi üçün tam yararlıdır. Lakin baxış zamanı onlara məlum olan 50 ha aqrobağın 43,5 ha hissəsində əkilmiş qoz və fındıq ağaclarının qurumasına şahid olmuşlar. Qurumaya əsas səbəb 43,5 ha vaxtında suvarılmaması olmuşdur. 6,5 ha qalan meyvə ağacları suvarıldığına görə qurumamışdır.

50. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı həm icarə müqaviləsi üzrə icarə haqqını, həmçinin suvarma suyuna görə ödənişləri aidiyyəti hesablar üzrə mütəmadi olaraq ödəmişdir.

II. Birinci instansiya məhkəməsində icraat.

51. İddiaçı İddiaçı İslam oğlu (bundan sonra – “iddiaçı”) cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzi, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzi və həmin Mərkəzin keçmiş direktoru cavabdeh2 ona vurduğları zərərə-ziyana görə 558.000 manat pul vəsaiti, 448 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 558.848 manatın müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamenti ##.##.2019-cu il tarixli, ** qeydiyyat nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” ** nömrəli ##.##.2019-cu il tarixli, Bərdə rayon ərazisində Bük Meşəbəyliyindən 22-24-cü kvartalının 20-ci bölməsindən 12 ha; 6-cı bölməsindən 33,60 ha; 12-ci bölməsindən 4,40 ha boş torpaq sahəsi aqro-bağ salınması üçün uzun müddətə ona icarəyə verilmişdir. Bu aqro-bağ sahəsinə ##.##.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Cavabdehlər tərəfindən ona dəfələrlə, külli miqdarda ziyan vurularaq Bərdə RMTM-nin keçmiş direktoru cavabdeh2 və Bərdə RMTM-nin digər əməkdaşları cinayət əlaqəsinə girib əlbir olaraq 50 ha aqrobağını əvvəl ağacların bir hissəsini doğratdırıb, sonradan susuzluqdan yandırtdırıb məhv etməyə dəfələrlə cəhd etmişlər və yandırmışlar. 30 hektardan artıq aqro-bağı susuzluqdan yandırılaraq məhv edilmişdir. Aqro-bağa və aqrobağın ərazisinə heç bir texnika buraxılmırdı. Hətta işçiləri belə aqro-bağın sahəsindən çıxardırdılar. Belə ki, 20.000 manat cavabdehlərə rüşvət vermədikləri üçün müqavilənin bütün şərtlərini pozmuşlar. Aqrobağına 558.000 manat dəyərində ziyan-zərər vurmuşlar. Belə ki, cavabdeh Bərdə RMTMnin keçmiş direktoru cavabdeh2 20.000 manat pulu hədəqorxu ilə tələb edib öz cinayətkar ünsürlərini üstünə salsalar da, onlardan 20.000 manat pulu ala bilmədiklərindən hiddətlənib, onların xəbəri olmadan, onlara heç bir məlumat verilmədən ##.##.2021-ci il tarixdə ** saylı əmr verib guya icarə müqaviləsini ləğv etmişlər. Müqavilənin 4.1.1-ci bəndinin şərtinə əsasən icarəçi tərəfindən Azərbaycan Respublikası Meşə qanunvericiliyinin tələbləri pozulduqda icarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə (4.1.2), icarəçi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə (4.1.5), Dövlətin müdafiəsini və təhlükəsizliyini, meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunması və bərpasının, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, habelə şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurəti yarandığı hallarda (4.1.7) – guya müqavilənin bu şərtləri onlar tərəfindən pozulduğuna görə cavabdeh2 əmr verib müqaviləni ləğv etmişdir. Əslində cavabdeh2 onlardan 20.000 manat rüşvət istəmişdir. Onlar 20.000 manat rüşvət vermədiklərindən cavabdeh2 müqaviləni ləğv etmişdir. Müqavilənin heç bir şərtləri pozulmadan, onlar cavabdeh2 və sonuncunun əlaltılarına 20.000 manat rüşvət vermədiklərindən müqavilənin şərtləri guya pozulmuşdur və onlara 558.000 manat ziyan vurmuşlar. Hətta cavabdeh2 onu da unudur ki, onlar müqavilə bağlayarkən Bərdə RMTMnin müqaviləsini Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidməti təsdiq edib. Müqavilənin şərtlərində 5-ci Yekun müddəalarda bildirilir: 5.1. Bu muqavilə şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar və müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə mövcud qanunvericiliyin tələbləri əsas götürülür. 5.2. Bu müqavilə üzrə öhdəliklərin icrası zamanı yaranan mübahisələr qarşılıqlı razılaşma yolu ilə tərəflər arasında öz həllini tapmasa, məhkəmə qaydasında həll edilir. Hətta bütün bunlara görə Bərdə RMTM-nin keçmiş direktoru cavabdeh2 vəzifə səlahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ##.##.2022-ci ildə onlara məxsus su nasosunun Azərərbaycan Meliorasiya və X14 SSİ-nin rəisi Əhliman Hacıyevə onların aqro-bağdan su nasosunu götürülməsinə göstəriş vermişdir və müqavilə üzrə pulunu verib aldıqları suyun nasosunu götürtdürüb aqro-bağı susuzluqdan yandırtdıraraq məhv etmiş və onlara külli miqdarda ağır ziyan-zərər vurmuşdur. cavabdeh2 verdiyi və təsdiq etdiyi rəsmi sənədləri də onun cinayət əməlləri törətməsini təsdiq edir. ##.##.2022-ci il tarixli, **/**/***** saylı məktubu ilə onların icarə müqaviləsini ləğv etməsinə dair məlumatları Azərbaycan Meliorasiya Ağdaş SSİ-nin rəisi cənab X22 Rayon Məhkəməsinin sorğusu əsasında ** saylı ##.##.2023-cü il tarixli, məktubundan onlara məlum olmuşdur ki, cavabdeh2 Ağdaş SSİ-nin rəisinə əmr və məktubları verərək onların xəbəri olmadan bütün bu ağır cinayət əməllərini törətmişdir. Cavabdehlərin barəsində onların şikayət ərizəsi üzrə külli miqdarda Dövlət əmlaklarını mənimsəmələri, hədə-qorxu ilə onlardan külli miqdarda pul tələb etmələri, vəzifə saxtakarlığı, rəsmi sənədlərdə saxtakarlıq və s. və i. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onların ərizəsi əsasında cavabdeh2 barəsində ********* saylı cinayət işi açılıb, istintaqı davam edir.

53. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbindəki cavabdeh, X8 Təsərrüfat Mərkəzinin keçmiş direktoru cavabdeh2 cümləsi, cavabdeh cavabdeh2 kimi qəbul edilməsi, X8 Təsərrüfatı Mərkəzinin adı dəyişdirildiyindən, indiki adı ilə ** saylı X8 Təsərrüfatı Mərkəzi kimi qəbul edilməsi, cavabdeh cavabdeh2 2022-ci il # #### tarixli, ** saylı əmrinin ləğv edilməsini xahiş etmişdir.

54. Həmçinin ərizədə qeyd olunmuşdur ki, məhv edilən 50 hektar aqrobağda görülən işlər və çəkilən xərclər aşağıdakılardır: 1) Aqrobağda 2019-2020-ci illər (2 il) su nasosları icarəyə götürülüb, 1 ədəd altay su nasosu, 1 ədəd SNP su nasosları, aqrobağın hektarının suvarılmasına 20 azn icarə pulunu nasos sahibi alırdı. 20 azn*50 ha=1.000 azn, 14 dəfə suvarılıb, 1.000*14=14.OOO azn. Yanacaq 32.ton (iki ilə) 32.000*0.70 azn=22.400 azn dizel; 2) Şumlama iki dəfə (lazer malaya görə) 50 ha*60 azn=3.000 azn*2 dəfə=6.000 azn; 3) Lazer mala 1 saatı 40 azn*30ha=1.200 azn*30 gün=36.000 azn; 4) Keşkəl (ağac şırımı) 50 ha*30 azn=1.500 azn; 5) Ana arxlar 4 km*4 ana arx=16 km ana arx*4 azn metrəsi=64.000 azn; 6) Gübrələr, dərmanlar, peyin 12.500*3il=37.500 azn; 7) Qoz ağacları 20 azn*4.200 ədəd=84.000azn; 8) Qoz ağaclarının yol pulu 1.OOO azn; 9) Qoz ağacı əkənlər 25 azn*18 nəfər=360 azn*30 gün=10.800 azn; 10) Fındıq 12.600 ağac+11.232 ağac=23.832 ədəd ağac*5 azn=119.160 azn; 11) Fındıq əkini birinci dəfə 12.600 ədəd 25 azn*18 nəfər=360 azn*30 gün=10.800+200 əlavə xərc=11.000 azn; 12) Fındıq əkini ikinci dəfə 11.232 ədəd 25 azn* 18 nəfər=360 azn*30 gün=10.800; 13) Fındıq yol pulu 1.400 azn; 14) Gözətçi 450 azn*48 ay=21.600 azn; 15) daimi suçular 25 azn*2 nəfər=50 azn gündəlik 50 azn *30 gün=1.500 azn *27 ay=40.500; 16) Ağacların aralarına meyxod 50ha*50azn=2500azn*2 fəsil=5000azn* 3 il=15.000 azn; 17) İllik icarə pulları 1300azn*4dəfə (4 il)=5.200 azn; 18) Ağzıbir S.İ.B 1.900+1.792+1.792=5.448 azn (4 il); 19) Nar ağacı 500 ədəd*3 azn=1.500 azn; 20) İşçilərin daşınması (avtomobil ilə) 30 azn*90 gün=2.700 azn; 21) görülən işlər, çəkilən xərclər: 511.508 azn (indiyə kimi); 22) Gələcəkdə meyvələrdən əldə edəcəyimiz faydalar 46.492 azn cəmi: 558.000 azn.

55. İddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 3.192 ədəd Chandler qoz ağaclarından əldə edəcəyi 891.419 manat 20 qəpik fayda, 23.832 ədəd yağlı fındıq ağaclarından 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya xərci 400 manat və ödənilmiş 1.393 manat 90 qəpik dövlət rüsumunun cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzindən, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən və cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması və 2022-ci il # #### tarixli, ** nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

56. Cavabdeh Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmət iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə X8 Təsərrüfatı Mərkəzi arasında 2019-cu il ## ####### tarixli, icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əsasən, icarəçi ağac və kol bitkiləri əkməli, aqrotexniki qaydalara riayət etməli və ərazini qanunvericiliyə uyğun istifadə etməli idi. Lakin Mərkəzin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı müqavilənin şərtlərini kobud şəkildə pozaraq sahədə sistemsiz formada meyvə tingləri əkmiş, tinglərə qulluq göstərmədiyi üçün onlar qurumuş, ərazidə bostan və yem bitkiləri becərmişdir. Bu hallar barədə dəfələrlə aktlar tərtib olunmuş və xəbərdarlıqlar edilmiş, lakin pozuntular davam etmişdir. Həmçinin, icarəçi ərazidə qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş və inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 20-ci maddəsinə əsasən və müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndlərinin pozulması nəticəsində 2022-ci il # #### tarixində müqaviləyə xitam verilmişdir. Bundan sonra da iddiaçı ərazidən qanunsuz istifadəni davam etdirmişdir. İddiaçının suyun verilməməsi ilə bağlı irəli sürdüyü əsaslar da əsassızdır. Müqaviləyə əsasən, əkinlərin suvarılması icarəçinin vəzifəsi olub. Su təminatı ilə bağlı müqavilə iddiaçı və Ağzıbir SİB arasında bağlanmış və öhdəliklərin yerinə yetirilməməsi həmin qurumların məsuliyyətidir. cavabdeh3 və onun direktoru cavabdeh2 tərəfindən X37 İdarəsinə yalnız ehtiyac olmayan nasosun ərazidən götürülməsi ilə bağlı müraciət edilmiş, suyun kəsilməsi barədə heç bir göstəriş verilməmişdir. Əksinə, cavabdeh2 təqdim etdiyi məlumatlara əsasən, iddiaçı 2022-ci ildə özbaşına nasosun borularını sökərək suyun istiqamətini dəyişmiş və meşə əkinlərinə ziyan vurmuşdur. Meşələrin İnkişafı Xidməti və cavabdeh3 tərəfindən hüquq pozuntusuna yol verilməmiş, müqavilənin ləğvi tam qanuni və əsaslı olmuşdur. Əksinə, müqavilə öhdəliklərini pozan və meşə fonduna ziyan vuran tərəf iddiaçı olmuşdur.

57. Cavabdeh cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının meşəbərpa məqsədilə icarəyə götürdüyü 50 ha torpaq sahəsində meşə quruluşu layihəsi və əkin planı təqdim olunmadan fəaliyyət göstərilmiş, ərazidə qanunsuz olaraq bostan, yonca və digər kənd təsərrüfatı bitkiləri əkilmiş, heyvan saxlanılmış, bu səbəbdən dəfələrlə akt və xəbərdarlıq tərtib edilmişdir. İddiaçının 891.419 manat (qoz), 599.760 manat (fındıq), 516.623 manat (xərclər) olmaqla ümumilikdə 2 milyona yaxın məbləğdə zərər tələbi əsassızdır, çünki salınan aqrobağ qanunsuz olmuş və meşə fondunun məqsədli istifadəsinə uyğun gəlməmişdir. Qeyd olunan ərazidə su təminatının dayandırılmasına dair göstəriş verilməmiş, əksinə, su təminatı Sudan İstifadə Birliyi ilə bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir və bu sahədə cavabdehin heç bir öhdəliyi olmamışdır. İcarə müqaviləsinə 2022-ci il # #### tarixli, ** saylı əmrlə Meşə Məcəlləsinə və aktlarla təsbit olunmuş pozuntulara əsasən qanuni qaydada xitam verilmişdir. İddiaçının zərər iddiaları inzibati icraata aid olub, aidiyyəti üzrə inzibati məhkəmədə mübahisələndirilməli idi. Barəsindəki korrupsiya şikayətlərinə dair cinayət işi üzrə isə cavabdeh2 təqsiri müəyyən olunmamış, təqibə xitam verilmişdir. Bu baxımdan, onun məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Aqrobağda tinglərin olmaması, aqrotexniki qaydalara əməl edilməməsi və ərazinin səliqəsiz vəziyyətdə olması səbəbilə Nazirliyə rəsmi məktubla müraciət edərək müqaviləyə xitam verilməsini təklif etmişdir. Müqaviləyə 1.11 və 1.12-ci bəndlərə əsasən xitam verilmiş, bunu səlahiyyətləri daxilində həyata keçirmiş, digər rayonlarda da bu əsaslarla müqavilələr ləğv edilmişdir. Nasosların götürülməsi barədə yazdığı məktubların yalnız qanunsuz nasoslara aid olmuşdur, müqaviləli nasoslara toxunulmadığını vurğulamış, suyun kəsilməsi məsələsində Suvarma Sistemləri İdarəsinin məsuliyyət daşımışdır. Aqrobağ əvvəlki dövrlərdə də düzgün idarə olunmamış, qeyriqanuni əkinlər mövcud olmuş, su çatışmazlığının deyil, lazımi qulluq göstərilməməsi nəticəsində ağaclar qurumuşdur. Ağacların vəziyyəti barədə mütəxəssis rəyi qərəzlidir, çünki faktiki olaraq 3 illik ağacların hündürlüyü yarım metrdən çox olmamışdır. O, heç kimə əraziyə girməməsi barədə göstəriş verməmiş, yazdığı məktublar qanunsuz əkin və nasoslarla bağlı olmuş, bununla bağlı qərarları işçilərin təqdim etdiyi aktlara əsasən vermişdir.

58. Cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X11 məhkəmədə bildirmişdir ki, iddiaçının aqrobağ adlandırdığı ərazidə faktiki heç bir əkin və aqrotexniki qulluq işləri aparılmamış, sahə səliqəsiz vəziyyətdə olmuşdur. Müqaviləyə xitam verilməsi ilə bağlı ##.##.2022-ci il tarixli, əmrin sənəd üzərində 2021-ci il kimi göstərilməsi texniki səhv nəticəsində baş vermişdir. Müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndləri pozulduğuna görə ləğv edilmiş, bu pozuntulara bostan bitkiləri əkilməsi, icarə haqqının vaxtında ödənilməməsi, ərazinin alaqlardan təmizlənməməsi, su təminatı və təhlükəsizlik tədbirlərinin görülməməsi aid edilmişdir. ** saylı Mərkəz müstəqil hüquqi şəxs deyil və bağlanmış müqavilələr yalnız Meşələrin İnkişafı Xidmətinin razılığı əsasında təsdiqlənir. Müqavilə ** saylı Mərkəz tərəfindən hazırlanmış, lakin Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiqlənmişdir. Xidmətin rəhbəri Xalqverdi Hüseynov, müavini isə Cabbar Qəribov olmuşdur. Müqavilələrin bağlanması prosesi Xidmətin razılığı olmadan mümkün deyildir. Tərəflər arasında mübahisə yaranan dövrdə cavabdeh2 rəhbərliyi zamanı aktlar tərtib olunmuş, o cümlədən ##.##.2022-ci il tarixli, aktda mal-qaranın meşə sahəsində otarılması və əraziyə ziyan vurulması qeyd edilmişdir. Lakin digər aktlarda (məsələn, ##.##.2022-ci il tarixli) ərazi batıq kimi göstərilməmişdir. Əraziyə dair batıqlıq hesablama səhvindən qaynaqlandığı üçün Hümbətov Ənvər sonradan işə bərpa olunmuşdur. Meşə fonduna vurulan ziyanla bağlı məsuliyyət əsasən cavabdeh2 üzərinə düşür və cavabdeh2 fəaliyyətində rəhbərliyin ciddi qüsurları olmuşdur. cavabdeh2 idarəçilik dövründə digər sahibkarlarla bu cür problem yaşanmamışdır. Meşələrin İnkişafı Xidməti və ** saylı Mərkəz sahibkarlara hər zaman dəstək göstərmiş, bu məqsədlə də meşə fondu torpaqları icarəyə verilmişdir. Lakin bu mübahisə üzrə məsuliyyət cavabdeh2 və Suvarma Sistemləri İdarəsinə məxsusdur.

59. Cavabdeh Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 bildirmişdir ki, işə aid akt Nazirliyin sənədidir və onun saxta olması ilə bağlı hər hansı rəy və ya qərar olmadan bu sənədə şübhə ilə yanaşmaq olmaz. Müqavilənin şərtləri, xüsusilə 4.1.1 və 4.1.2-ci bəndləri pozulmuşdur. Buna baxmayaraq, müqavilə prosedura uyğun ləğv edilməyib, bildiriş göndərilməyib. Aqrobağ plan üzrə salınmayıb, qulluq və kadr təminatı kifayət etməyib. Quruma səbəb suyun yoxluğu deyil, baxımsızlıq olmuşdur. Bu müqavilə aqrobağ üçün yox, meşə bərpa tədbirləri üçün nəzərdə tutulub. Müqavilə nümunəsi *** saylı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub və aqrobağdan gəlir götürülməsi hüquqi əsasdan kənardır. İddiaçının təqdim etdiyi biznes plan Xidmət tərəfindən razılaşdırılmayıb, yalnız möhürlənmişdir. Qeyd olunan işçi sayı (7 nəfər) isə 50 ha sahəyə baxım üçün yetərli deyil. Əvvəllər tərtib olunan aktların saxta olduğu barədə sonradan şahidlər tərəfindən yeni izahatlar verilib. Həmin izahatlar sistemə daxil edilmişdir və onların təzyiq altında qol çəkdikləri bəyan edilmişdir. Xidmət bu mübahisədə məsuliyyət daşımır. Müqavilənin bağlanması, suyun verilməsi və nasos məsələləri Suvarma Sistemləri İdarəsinin səlahiyyətindədir. Əgər əraziyə daxil olmağa icazə verilməyibsə, hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Müqavilə ləğv olunub, biznes plan yoxdur və Xidmət iddiaçının su təminatına görə məsuliyyət daşımır.

60. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X17 izahatında göstərmişdir ki, meşə ərazisində kənd təsrrüfatı bitkiləri əkilməməlidir.

61. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X1 izahatında göstərmişdir ki, onlar tərəfindən İddiaçı aqrobağındakı nasosun götürülməsi, suvarılmanın dayandırılması üçün rəsmi göstəriş olmamışdır. Bu məsələ ilə bağlı onların qurumu tərəfindən cavabdeh2 heç bir göstəriş verilməmişdir. Bu hallarla bağlı cavabdeh2 qarşı intizam tədbiri tətbiq olunmuşdur. ** saylı X8 Təsərrüfatı Mərkəzi cavabdeh qismindən çıxardılmalıdır. Bu halı yenidən araşdırılacaq, əgər qarşı tərəf müqavilənin tələblərini pozubsa, onlarla müqavilə bağlanmayacaq, əgər pozmayıbsa, müqavilələri bərpa olunacaqdır.

62. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 558.848 manat zərərin ödənilməsi barədə qaldırılan iddia tələbi üzrə Nazirlik nə icarə müqaviləsinin tərəfi olmuş, nə də onun bağlanması və ya ləğvində iştirak etmişdir. Bu səbəbdən Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibəti mövcud deyil. Meşə fondu torpaqlarının icarəyə verilməsi və bu torpaqlardan istifadə qaydaları yalnız X7 Sərvətlər Nazirliyi və onun struktur bölmələrinin səlahiyyətlərinə aiddir. Mülki Məcəlləyə əsasən, müqavilə hüquqları və öhdəlikləri yalnız müqavilə tərəfləri üçün məcburidir. Belə olan halda, zərər olduğu iddia edilən halda belə, Maliyyə Nazirliyinin bu iddia üzrə hər hansı öhdəliyi yarana bilməz. Nazirliyin fəaliyyəti qanunla müəyyən edilmiş sahələrlə məhdudlaşır və dövlət büdcəsinə qarşı yönəlmiş bu cür tələblər hüquqi əsasdan məhrumdur. Bu səbəbdən iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilmiş hissəsi əsassız hesab olunmalı və təmin edilməməlidir.

63. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, İddiaçılə aralarında heç bir problem olmayıb, onun Sudan İstifadəedənlər Birliyi ilə rəsmi müqaviləsi mövcud olub və Bük meşəbəyiliyinə su verilməsi həyata keçirilib. Suvarma İdarəsi ilə tərəflər arasındakı münaqişə yalnız cavabdeh2 müdaxiləsi nəticəsində yaranıb. Belə ki, Həsənov aqrobağın ləğv olunmasını əsas gətirərək su motorlarının götürülməsi və suyun verilməməsini tələb etmişdir. Bu barədə Həsənovun məktubu əsasında ##.##.2022- ##.##.2022-ci il tarixlərində aqrobağa su verilməsi dayandırılmış, sonradan bərpa olunmuşdur. Nasoslar fiziki olaraq yerində qalsa da, yanacaq çatdırılmaması səbəbilə işləməyib. cavabdeh2 sözügedən müdaxiləsinin hüquqi əsası olmadığını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da təsdiqləyib. İddiaçının aqrobağının sənədləri İdarəyə təqdim olunub və həmin sənədlərdə bağın ləğv edildiyi qeyd olunmuşdur. İdarə tərəflər arasında yaranmış mübahisədə bitərəf olub, yalnız müqavilə və sifariş əsasında su təminatını həyata keçirib. 2021-2022-ci illər üzrə su təchizatı qrafikinə görə, hər ay orta hesabla 120 litr dizel ilə 23-30 gün ərzində su verilmiş, bu dövrdə ümumilikdə onlarla gün aqrobağa su təmin olunmuşdur. Qurumun nəzdində fəaliyyət göstərən Sudan İstifadə Birlikləri vasitəsilə istifadəçilərlə su müqavilələri imzalanmış, hər 1000 kubmetr suya görə 50 qəpik haqq ödənilmişdir. İdarənin tərəflə heç bir münaqişəsi olmayıb, bütün su təminatı müqavilə əsasında və qanunvericiliyə uyğun həyata keçirilib.

64. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi nümayəndə2 yazılı izahatında bildirmişdir ki, cavabdehlər Meşələrin İnkişafı Xidmətinin rəisi nümayəndə4 və ** saylı Bərdə RMTM-nin keçmiş direktoru cavabdeh2 məhkəməyə saxta aktlar təqdim etməklə prosesə bilərəkdən yanlış yön verməyə çalışmış, qanunsuz vəsatətlər verməklə süründürməçiliyə səbəb olmuşlar. cavabdeh2 2022-ci ilin may ayından etibarən davam edən təzyiq və görüşləri zamanı aqrobağa su verilməsi və yolların açılması üçün 20.000 manat tələb etdiyi, əks halda texnika və işçilərin sahəyə buraxılmayacağını bildirdiyi qeyd olunmuşdur. Bu məqsədlə cavabdeh2 rəsmi məktublar və əmrlərlə aqrobağın ləğv edildiyini, nasosların ərazidən çıxarılmasını tələb etmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilən müraciət əsasında əraziyə baxış keçirilmiş, faktlar təsdiq olunmuş və cavabdeh2 barəsində CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bununla belə, Meşələrin İnkişafı Xidmətinin rəisi nümayəndə4 həmin halları nəzərə almadan cavabdeh2 və digər şəxsləri müdafiə edən etiraz təqdim etmişdir. Cinayət xarakterli bu əməllər birgə törədilib və məsuliyyət başqalarının üzərinə atılmamalıdır. Bu səbəbdən, cavabdeh2 və digər cavabdehlərin hərəkətlərinə hüquqi qiymət verilməli və qanuni tədbirlər görülməlidir.

65. İddiaçı İddiaçı İslam oğlu birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2019-cu ildən icarəsinə verilmiş 50 ha sahədə aqrobağ salmış, qoz, fındıq və nar ağacları əkmiş, bu məqsədlə torpağın hazırlanması, lazer mala, arxların çəkilməsi, suvarma avadanlıqları, ağac tinglərinin alınması və onlara qulluq üçün ümumilikdə 511.508 manat xərc çəkmişdir. Bundan əlavə, aqrobağın məhsulundan 46.442 manat həcmində gəlir əldə edəcəyini hesablamışdır. Lakin cavabdeh cavabdeh2 göstərişi ilə nasoslar ərazidən çıxarılmış, sahəyə texnika və su buraxılmamış, nəticədə bağ məhv olmuşdur. İddiaçı müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra etmiş, icarə haqqını ödəmiş, lakin müqavilə xəbərdarlıq edilmədən və səlahiyyətsiz şəxs tərəfindən ləğv olunmuş, eyni zamanda ondan 20.000 manat rüşvət tələb edilmiş və bu səbəbdən aqrobağ qəsdən məhv edilmişdir. Tərtib edilmiş aktların bir çoxu saxta olmuş, bunu təsdiqləyən şahid ifadələri və videomateriallar təqdim edilmişdir.

66. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Məmiyev İslam Şirin oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə, qəbul eləcə də, məhkəmə iclasında aşkar edilmiş hallarla bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.

67. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh cavabdeh3 nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul eməyərək iddianın cavabdeh3 münasibətdə təmin edilməməsini xahiş etmişdir.

68. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia ərizəsinə münasibətdə verdikləri etirazı müdafiə etdiyini bildirmiş, iddianın Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə münasibətdə təmin edilməməsini xahiş etmişdir. **. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməmiş, iddianın ona münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

70. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməmiş, iddianın onun nümayəndəsi olduğu şəxsə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

71. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X17 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, meşə ərazisində kənd təsrrüfatı bitkiləri əkilməməlidir.

72. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X1 iddianı qəbul etməmiş və ** saylı X8 Təsərrüfatı Mərkəzinin cavabdeh qismində işdən çıxardılmasını xahiş etmişdir

73. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli, e-*-*(***)**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X8 X57 meşəbəyliyinin iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru cavabdeh2 2022-ci il # #### tarixli, ** saylı əmrin ləğv edilməsi, 400 manat mediasiya xərci cavabdeh X8 Təsərrüfatı Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi, 150 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – R.Məmmədov).

74. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə X7 Sərvətlər Nazirliyinin aidiyyatı təşkilatı arasında 50 ha meşə fondu torpağının aqrobağ salınması məqsədilə uzunmüddətli icarəsinə dair müqavilə, həmçinin suvarma təminatı ilə bağlı Suvarma Sistemləri İdarəsinin nəzdindəki Ağzıbir Sudan İstifadəedənlər Birliyi ilə bağlanmış müqavilələr mübahisə doğurmayan hallardır.

75. Məhkəmə qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğvi yalnız əhəmiyyətli pozuntu hallarında mümkündür və müqavilədə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilməlidir. İş materiallarında icarəçiyə əvvəlcədən hər hansı yazılı xəbərdarlığın edildiyi sübuta yetirilməmişdir. Müqavilə şərtlərində mübahisələrin qarşılıqlı razılaşma və ya məhkəmə yolu ilə həll edilməsi nəzərdə tutulduğundan, icarə münasibətinə birtərəfli xitam verilməsi qanuna uyğun sayılmamışdır. Buna görə də, icarə müqaviləsinin ləğvinə dair 2022-ci il # #### tarixli, ** nömrəli əmr qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Digər tərəfdən, mülki hüquq pozuntusunun mövcudluğu üçün zərərin hüquqa zidd, təqsirli hərəkət nəticəsində birbaşa baş verməsi zəruridir. Mütəxəssis rəyi əsasında ağacların susuzluqdan quruduğu müəyyən edilsə də, suvarma xidmətlərinin göstərilməsi üzrə məsuliyyət birbaşa müqavilə tərəfi olan Ağzıbir Sudan İstifadəedənlər Birliyinin üzərinə düşürdü. Bu birlik öz öhdəliklərini yerinə yetirməmiş, yaranmış maneələrlə bağlı heç bir hüquqi tədbirə əl atmamışdır. Bu səbəbdən, cavabdehlərin məsuliyyəti təsdiq edilməmiş və zərərin onlardan tutulması ilə bağlı tələb əsassız sayılmışdır.

76. Məhkəmə vurğulamışdır ki, iddiaçı zərər iddiası ilə birbaşa müqavilə tərəfinə – yəni su idarəsinə müraciət etməli, oradan nəticə alınmadıqda aidiyyatı məhkəməyə müraciət edə bilər. Sonrakı mərhələdə su idarəsi də, əgər iddia təmin edilərsə, öhdəliklərin icrasını mümkünsüz edən digər tərəfə qarşı iddia irəli sürmək hüququna malikdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, icarə müqaviləsinin ləğvinə dair əmr ləğv edilməli, lakin zərərin cavabdehlərdən tutulmasına dair tələb təmin edilməməlidir.

77. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 423.1, 423.2, 706, 713, 719.1 və 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

78. İddiaçı İddiaçı İslam oğlu və cavabdeh ** saylı X8 X50 Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

III. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

79. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

80. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən idddiaçı İddiaçı İslam oğlu və cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayətləri verilmişdir.

IV. Kassasiya instansiyası məhkəməsində icraat

81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının # #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddiaçı İddiaçı İslam oğlunun kassasiya şikayəti qismən, cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin kassasiya şikayəti tam təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı İslam oğlu Gəncə Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə edilmiş etirazı təmin olunaraq iddiaçı İddiaçı İslam oğlunun cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzinə, Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və cavabdeh2 qarşı (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və pul tələbi”nə dair iddiası ilə bağlı kommersiya işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

V. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

a) apellyasiya şikayətlərinin dəlilləri

83. İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, Gəncə Kommersiya məhkəməsində işə baxılarkən süründürməçiliklərə yol verilmiş, onların əsas hüquq və azadlıqları pozulmuşdur. Onların hazırkı cavadehlərə qarşı iddia tələbini və hakim Rəşad Məmmədovun təşəbbüsü ilə tanıtdırdığı əlavə cavabdeh X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətini məhkəmədə cavabdeh göstərsələr də, lakin işə bir müddət baxdıqdan sonra təkrar X7 Sərvətlər Nazirliyini məhkəmənin təşəbbüsü ilə cavabdeh qoyulmasını onlardan tələb etsə də, onlar X7 Sərvətlər Nazirliyini cavabdeh qoymaqdan imtina edib məhkəməyə irad bildirmişlər. Bütün bunlar açıq məhkəmə iclaslarında Gəncə Kommersiya Məhkəməsinin hakiminin təşəbbüsü ilə olmasına baxmayaraq hansısa maraqdan məhkəmə özünün təşəbbüsü ilə bu iş üzrə cavabdeh tanıyıb və təyin etdiyi cavabdehləri, məhkəmə ##.##.2024ci il tarixli, qətnaməsində təyin etdiyi və ya etdirdiyi cavabdehləri, cavabdeh qismində tanımadı. Maraqlıdır görəsən bu iş üzrə məhkəmənin maddi marağı nə idi ki, öz təşəbbüsü ilə cavabdeh təyin etdiyi Meşələrin İnkişafı Xidmətini və digərlərini hansı maraqdan cavabdeh qismində tanımadı, tanımamasının səbəbini öz qətnaməsində açıqlamır. Məhkəmə müqavilənin şərtlərinin cavabdeh cavabdeh2 və digər cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində qanunsuz pozulmasına hansısa maraqlardan qiymət verməmişdir. Cavabdehlərin ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə yazdıqları etiraz qəsdən, bilərəkdən məhkəmənin göstərişi ilə məhkəmə baxışına keçdikdən bir neçə gün sonra verilmişdir. Belə ki, MPM-in 154.1. maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və əriziyəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu qanunun pozulması ilə verilən etirazlar MPM-in 9.1; 9.3 maddələrinin də müddəalarını pozublar. MPM 9.1; 9.3-cü maddələrinin pozulması ilə çıxarılan məhkəmə qətnaməsi qanunsuz və əsassız hesab edilir və yuxarı instansiya məhkəmələri tərəfindən çəkişmə prinsipləri pozulduğundan dərhal ləğv edilir. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, qətnaməsinin 15-ci səhifəsinin birinci abzasının ortasında hakim qeyd edir: X37 İdarəsi sularını kəsib, nasoslarını götürmüşdür. Bu iki qurumun tabeçilik əlaqələri var. Həmin cümlə məhkəmənin maraqlarına xidmət etdiyindən məhkəmə bu cür cümlələri onun adından qətnaməsində yazaraq öz maddi-maraqlarını gizlətməyə çalışıb. Əslində su nasosu götürülməyib, yollar cavabdeh2 tərəfindən kəsdirilərək meşəyə və Aqro-bağ ərazisinə heç bir texnika və əli ketmanlı və digər işçilər belə rekert cavabdeh2 tərəfindən Aqro-bağa buraxılmayıblar. Məhkəmə bunları qeyd etməklə ifadələrini özünə məxsus təhrif edir. Birinci instansiya məhkəməsi qətnamənin 29-cu səhifəsinin vərəqin axıra yaxın 34-36 sətirlərində yazıb: Onlar 2-3 gün ərzində şəxsi nasosları vasitəsilə Aqro-bağı suvarmışlar. Bu hadisə Avqust ayının 11-dən sonra oldu. Bütün sahə avqust ayından sonra sulanmışdır. 23 ha ərazidə qoz ağacları quruyub, 6.5 hektarda qurumayıb. Ona görə ki, onlar həmin ərazini iyun ayının axırı iyul ayının əvvəllərində də şəxsi nasosları ilə qaçaq yolu vasitəsilə 4-gün ərzində sulamışlar. Göründüyü kimi cavabdeh2 və mütəşəkkil cinayətkar dəstəsi onların öz nasosları ilə Aqro-bağı suvarmağa da cavabdeh2 və onun dəstəsi imkan verməyib. Belə ki, ## ###### 2023-cü il tarixli, məhkəmə iclas protokolunun 2-ci səh.1-ci abzasında bildirdi ki, Aqro-bağa qısa müddət ərzində nasos qoyulmuş suvarılmışdır və həmin su dartan nasosları da cavabdeh2 dəstəsi götüzdürüb. Lakin məhkəmə bütün bu faktları görməzdən gəlir qətnaməsində qiymətləndirmir. Meşə Məcəlləsinin 51-ci maddəsinə əsasən Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir. Lakin hakim maddi maraqlarından Meşə Məcəlləsinin 51-ci maddəsinin tələblərini pozaraq onların qanunla qorunan hüquq və əsas azadlıqlarını pozmuşdur. Məhkəmə ##.##.2024-cü il tarixli, qətnaməsinin əlavə 15-ci səhifəsindən 32-ci səhifəsinin yarısına qədər onların ifadələrində istinad etdikləri şahid ifadələri məhkəmənin maraqları ilə uzlaşmır və ya ziddiyyət kəsb edir. Qətnamənin 32-ci vərəqinin 1-ci abzasında cavabdeh 13-saylı X38 Mərkəzinin nümayəndəsi X11 da izahatına hüquqi qiymət verməyib. Belə ki, qətnamənin 32-ci səhifəsinin son sətirlərində yazıb: Bir Meşəbəyliyin 170 ha yonca sahəsi müdriyyətin cavabdeh2 dolanışığı üçündür. Hətta qətnamənin 33-cü səhifəsində X11 izahatının sonuna yaxın bildirir ki, bu iş üzrə bütün məsuliyyət cavabdeh2 aiddir. Məhkəmə düzəliş edərək həmin cümlənin əvvəlinə heç-bir təqsiri olmayan su idarəsinidə salır. Birinci instansiya məhkəməsi qətnaməsində Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 izahatının 34-cü səhifə qeyd edərək bildirir: Məhkəmədə izahat verən şəxslərin Meşələrin İnkişafı Xidmətində nümayəndə4 göstərişi ilə məhkəmədə izahat verən meşəbəyi Əhmədov Ruslan izahatını dəyişdirib, dəyişdirməyəcəyi halda nümayəndə4 əmr verib işdən çıxaracağını bildirib. nümayəndə1 isə 13-saylı X8 Təsərrüfatı Mərkəzində məhkəmədə izahat verən meşəbəyi və meşə gözətçilərinin nümayəndə4 əmr verib işdən qovacağını bildirib meşə gözətçiləri: Mahmudov Zahirdən, Bayramov Elşəndən, Rüstəmov Sədullahdan və meşəbəyi və həmin müddətdə xəstə olan X34 hədə-qorxu ilə izahat alaraq sistemə vurur, məhkəmə isə bütün bunlara göz yumur. Məhkəmədə izahatında 80-90 nəfərin güllələnməli olduğunu bildirir. 80-90 nəfəri güllələdən cavabdehin nümayəndəsi özünə məxsus izahatlar verib. Birinci intansiya məhkəməsi qətnamədə cavabdeh cavabdeh2 adından cavabdeh2 verdikləri sualları cavabdeh2 adından cavablandıraraq qeyd edir (yəni cavabdeh2 məhkəmə prosesində 3-4 saxta Akt əlində sallayaraq, həmin saxta Aktlardan çıxışlar edirdi). cavabdeh2 izahatının 35-ci vərəqinin son abzaslara yaxın qeyd edir: İddiaçı başqa Yevlax, Tərtər rayonlarında olan bir neçə nəfərin də müqaviləsi ləğv olunmuşdur. Lakin bu barədə cavabdeh2 ləğv etdiyi Yevlax, Tərtər rayonlarındakı olan bir neçə nəfərin də müqaviləsi ləğv olunmuşdur. Yəni cavabdeh2 həmin müqavilələri ləğv edibsə məhkəmə həmin sənədləri iş materiallarına nə üçün əlavə etməyib. Bu barədə məhkəmə iclas zalında 13-saylı Bərdə RMTM-nin nümayəndəsi onalrın sualına cavab olaraq bildirdi ki, cavabdeh2 işlədiyi müddətdə heçbir Yevlax, Tərtər rayon sənədlərini, müqavilələrini ləğv etməyib. Bu barədə 13-saylı Bərdə RMTM-də heç bir sənəd yoxdur. Məhkəmə qətnaməsinin 36-cı səhifəsində yazılıb: X37 İdarəsinin İddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə əmrin surətini qarşı tərəfi məlumatlandırmaq üçün göndərmişdir. Onun heç kimə traktorun saxlanılması barədə göstərişi olmamışdır. Aqro-bağın şərtləri pozulmuşdur. Həmin ərazidə 3 ha yonca, 20 ha qarpız, 8 ha taxıl əkilmişdir. Əmrin surətini Ağdaş SSİ-nə nə üçün və ya nə məqsədlə göndərmişdir və ya Ağdaş SSİ onların və Aqro-bağda çalışanların və heç kəsin vəkili olmayıb. Məhkəmə bütün bu saxtakarlıqlara qiymət vermir və güya Aqrobağda 3 ha yonca, 20 ha qarpız, 8 ha taxıl əkilib. Maraqlıdır bunları kimlər görüb və işdə keçən materialların harasına əlavə edildiyini, əraziyə baxış keçirən şəxslərdən yoncanı, taxılı, qarpızı kimlər görüb. Həmin qətnamənin 36-cı səhifənin 18-ci sətirində cavabdeh2 izahatında bildirir ki, o, sadəcə suvarma idarəsinə məktubla müraciət etmişdir ki, meşə ərazisində olan artıq lazımsız nasoslar götürülsün. Məhkəmə prosesində müəyyən olundu ki, Ağdaş SSİ-nin X21 ərazisində aqro-bağa xidmət edən nasosdan başqa heç-bir əlavə qanunsuz su nasosu yoxdur. Su idarəsinin nasoslarının qiyməti 160.000 (yüz altmış min) manat civarındadır. Su nasosları ilə bağlı verdiyi sualları cavabdeh2 cavablandırmaqdan imtina edib şou yaradırdı. Məhkəmə bütün bunları görməzdən gələrək cavabdeh2 əməllərinə qətnaməsində qiymət verməyib. Məhkəmə eləcə də müstəqil tələb irəli sürməyən Ağdaş rayon SSİ-nin nümayəndəsi nümayəndə2 məhkəmədə verdiyi izahatları təhrif etmiş, onun göstərdiyi faktlara heç bir hüquqi qiymət verməmiş və hüquqi qiymət verməməsinin səbəblərini və nə üçün Nofəl Məmmdəovun cümlələrini təhrif etməsini qətnamədə açıqlamır. Məhkəmə bununla da kobud qanun pozuntularına yol verərək öz şəxsi maraqlarından ##.##.2024-cü il tarixli, qətnaməsində bütün bu faktlara qiymət verməyərək qanunları düzgün tövsif etməmiş, əqdlər, müqavilələr haqqında qanunları nəzərə almadan özünü qanun hesab edərək qanunsuz, əsassız və saxta qətnamə qəbul etmişdir. Belə ki, əqd və ya müqavilə ləğv edildikdə onlardan yaranan hüquqi nəticələr dərhal ləğv edilir. cavabdeh2 tərəfindən ##.##.2022-ci il tarixli, müqavilə ləğv edilərkən müqavilədən yaranan hüquqi nəticələr dərhal ləğv edilmişdir. Yəni bütün müqavilələr ##.##.2022-ci il tarixdə ** saylı əmrlə cavabdeh2 tərəfindən ləğv edilən müqaviləyə əsasən bağlandığından və həmin müqavilə ləğv edildiyindən digər müqavilələr də ləğv edilmiş hesab edilir və heç bir hüquqi qüvvəsi olmur. Hətta cavabdeh2 Ağdaş SSİ-nin Ağzıbir SİB-in də müqavilələrinin ləğv edildiyini bildirib, ##.##.2022-ci iltarixli, ** nömrəli əmrin və digər məktublarının surətlərini Ağdaş SSi-nə göndərib. Məhkəmə bütün bunları görməzdən gələrək qanunsuz və əsasız olaraq iddianı qəbul etməkdən imtina edərək maddi və prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Onun qoz və fındıq ağaclarının alınmasına çəkdiyi xərc də şahid ifadələri ilə təsdiq olunsa da, məhkəmə həmin halları da nəzərə almamışdır. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-**/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və cavabdehlərdən Meşələrin İnkişafı Xidməti 13-saylı X8 təsərrüfatı Mərkəzi, cavabdeh2 qarşı müştərək qaydada dəymiş ziyan 3192 ədəd chandler qoz ağaclarından əldə edəcəkləri fayda kimi 891.419.20 manat, 23832 ədəd yağlı fındıq ağaclarından 599,760.00 manat; aqrotexniki və çəkilən xərclər 516,623.00 manat və Gəncə Apellyasiya Məhkəməsinə ödədiyi 700 manat dövlət rüsumları olmaqla müştərək qaydada cavabdehlərdən onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

84. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki halı ondan ibarətdir ki, İddiaçıla X8 Təsərrüfatı Mərkəzi arasında (hazırda ** saylı RMTM) ## ####### 2019-ci il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarındakı 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin icarəçi müqavilənin bağlandığı tarixdən hazırkı dövrədək müqavilənin şərtlərini pozacaq, inzibati və cinayət məsuliyyəti yaradan əməllər törətmişdir, icarədar tərəfindən müqavilənin 1.15-ci maddəsinin (icarəçi tərəfindən bu Müqavilənin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;) tələblərini icra etməyə imkan verməyərək dəfələrlə icarəçinin əraziyə daxil olmasına maneələr törətmişdir. İddiaçı icarəyə verilmiş əraziyə polis vasitəsilə baxış keçirilən zamanı məlum olmuşdur ki, həmin ərazidə əkilən tinglərin bir hissəsi qurumuş, bir hissəsinə aqrotexniki qulluq həyata keçirilməmiş, habelə cərgə aralarında qanunsuz olaraq yonca, arpa və bostan bitkiləri əkilmişdir. Qeyd olunanlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Bundan başqa İddiaçı müqavilə şərtlərinə əməl olunması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı xəbərdarlıqlar olunsa da, o, məhəl qoymamış və müqavilənin şərtlərini pozmağa davam etmişdir. O, müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş, bununla bağlı ** saylı RMTM-nin əməkdaşları tərəfindən onunla bağlı akt və inzibati xəta haqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq # #### 2022-ci il tarixdə Mərkəzin ** nömrəli əmri ilə onunla bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndləri pozduğuna görə xitam verilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək əmrin ləğvi hissəsində iddianı təmin etmiş, pul tələbi ilə bağlı hissədə isə iddia rədd edilmişdir. Məmiyev İslam Şirin oğlu və oğlu İddiaçı İslam oğlu son illərdə qanunsuz olaraq Bük meşəbəyliyində məskunlaşaraq, özlərinə məxsus çoxlu sayda iri və xırda buynuzlu mal-qara saxlayırlar. Bu isə onlarla bağlanılmış icarə müqaviləsinin şərtlərinə təmamilə ziddir. Göründüyü kimi bu kimi sistematik qanun pozuntularına yol vermiş iddiaçı bu hərəkətlərin davam etməsi halında onunla bağlanmış müqaviləyə xitam verilməsinin nəticəsini görmüş, onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirlərinə məhəl qoymamış qanun pozuntusuna səbəb olan şəraiti aradan qaldırmamışdır. Mərkəz tərəfindən tətbiq edilən sözügedən tədbirlər İddiaçı hərəkətlərinə qarşı xəbərdarlıq xarakteri daşımışdır. Beləliklə, Meşə Məcəlləsinin 20-ci maddəsi kontekstində məsələyə nəzər yetirdiyimiz zaman, müqavilənin məcburi xitamı üçün İddiaçı hərəkətlərinin kifayət olduğunu görürük. Gəncə Kommersiya Məhkəməsi sözügedən torpaq sahəsinin dövlət meşə fonduna aid olmasını nəzərə almadan, onu xüsusi mülkiyyət torpaqlarından fərqləndirmədən, bu sahəni tənzimləyən Meşə Məcəlləsinin müddəalarını tətbiq etmədən, yalnız müqaviləyə istinad etməklə ** saylı RMTM-nin əmrinin əsassız olması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- *-*(***)-**/**** nömrəli qətnaməsinin X8 X57 meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru cavabdeh2 ## #### 2022-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri

85. Müstəqil tələb irəli sürməyən Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi nümayəndə2 cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzinin verdiyi apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, 13-saylı Bərdə RMTM-nin sabiq direktoru cavabdeh2 2022-ci ilin mart ayı vəzifəyə yeni təyin olunduqdan bir ay və ya ay yarım sonra, yəni 2022-ci ilin may ayından Aqrobağın yiyələrindən 20.000 manat pul tələb etməyə başlamışdır. Aqro-bağın yiyələri cavabdeh2 tələb etdikləri pulları verməyib aidiyyətı üzrə X7 Sərvətlər naziri Muxtar Babayevə və digər hüquq mühafizə orqanlarına məlumat verib şikayət etdiklərindən cavabdeh2 qəzəblənib Aqro-bağın suyunu kəsdirib icarə müqaviləsini ləğv edib, ərazinin təcili boşaltmaqalrı haqqında məktub göndərib onalrın işçiləri və Aqrobağın yiyələrini və Aqro-bağın işçilərini Aqro-texniki qulluğa gələn traktor-texnikalarını da ərazidən çıxarıb əraziyə buraxmadılar. cavabdeh2 və 13-saylı Bərdə RMTM-nin işçiləri onları əraziyə buraxmadıqda dəfələrlə cavabdeh2la telefonla əlaqə saxlayıb və qəbulunda olsalar da və meşə ərazisində yerləşən Aqro-bağa buraxılmaqlarını xahiş etsələr də, cavabdeh2 onları qəbul etməmək üçün saatlarlarla bilə-bilə kabinetinin qabağında gözlədirdi. İddiaçı Aqro-bağına su verməli olduqlaırını bildirsələr də cavabdeh2 dediklərindən əl çəkmirdi. cavabdeh2 Aqro-bağın sahibləri 20.000 manat pulu verməsə Aqrobağı susuzluqdan qurudub məhv edib şumlayacağını bildirirdi. Daha sonra cavabdeh2 ondan əl çəkmədiyimizi görüb onlara Aqro-bağı ləğv etdiyini bildirirdi. Bununla əlaqədar olaraq bizə Aqro-bağın ləğvi haqqında ##.##.2022-ci il tarixli, ** nömrəli əmr göndərib bildirdi ki, Aqro- bağın icarə müqaviləsini X7 Sərvətlər Nazirliyinin göstərişinə əsasən ləğv etmişdir. Daha həmin torpaq sahəsi onlara məxsusdur. Ondan Aqro-bağa xidmət göstərən su nasosunun ərazidən götürülməsini tələb edirdi. Bildirirdi ki, Aqro-bağın yəni 50 hektar torpağın icarə müqaviləsi ləğv olunduğuna görə su idarəsinin müqaviləsi etibarsızdır. Onlar cavabdeh2 rəsmi sənəd tələb etdikdə məktubları onlara göndərəcəyini bildirdi. Bununla əlaqədar idarəyə dörd ədəd məktub və əmr göndərmişdir. cavabdeh2 onlara su nasosunun Bük Meşəbəyliyindən götürülməsi haqqında ## #### 2022-ci il *** nömrəli məktubu həm X37 İdarəsinə, həm də Azərbaycan Meliorasiya Su Təsərrüfatı Cəmiyyəti ASC yə göndərib ki, Aqro-bağ ləğv olunduğu üçün X21 ehtiyac olmayan su dartan nasosu ərazidən götürsünlər və icarə müqaviləsi ləğv edildiyi üçün ərazini təcili boşaltmaqlarını rəsmi məktublarla tələb edirdi. X51 ərazisində yerləşən aqro-bağa, Aqro-bağın yiyəsi iddiaçı İddiaçı və onun işçiləri ilə birgə əraziyə girməyə çalışsalar da cavabdeh2 işçiləri onları əraziyəə buraxmırdılar. Nə aqro bağın yiyəsini nə Aqro-bağda işləyən suçuları, fəhlələri, traktor texnikaları, nə də ki, X37 İdarəsinin maşın mexanizmləri əraziyə buraxılmayıb, Aqrobağın icarə müqaviləsini ləğv etdiklərini bildirirdilər. Lakin birinci instansiya məhkəməsi bütün bunları bilə-bilə icarə müqaviləsinin 5.1 bəndini və qanunları kobud şəkildə pozaraq cavabdehlərin ##.##.2019-cu il tarixli, müqavilə üzrə götürdükləri öhdəlikləri və müqaviləni pozub sahibkar İddiaçı İslam oğlunun Aqro-bağına vurduqları ziyanı-zərəri qərəzli olaraq onların üstünə atmağa çalışıb. Ona görə də hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.

86. Cavabdeh X7 Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək qeyd etmişdir ki, İddiaçıla X8 Təsərrüfatı Mərkəzi arasında (hazırda ** saylı RMTM) ## ####### 2019-ci il tarixli, ** qeydiyyat nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı Bük meşəbəyliyinin 22-ci və 24-cü kvartallarındakı 50 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürür. Belə ki, müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən icarəçi meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək şərtlərinə riayət etməlidir. Lakin icarəçi müqavilənin bağlandığı tarixdən hazıradək müqavilənin şərtlərini pozaraq, inzibati və cinayət məsuliyyəti yaradan əməllər törətmişdir, bundan əlavə sistematik olaraq Mərkəzin əməkdaşlarını təhqir edərək nalayiq ifadələr işlətmiş, icarədar tərəfindən müqavilənin 1.15-ci maddəsinin (icarəçi tərəfindən bu Müqavilənin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;) tələblərini icra etməyə imkan verməyərək dəfələrlə əraziyə daxil olunmasına maneələr törətmişdir. Qeyd olunanlara baxmayaraq icarəyə verilən ərazinin yoxlanılması zamanı məlum olmuşdur ki, həmin ərazidə əkilən tinglərin bir hissəsi qurumuş, bir hissəsinə aqrotexniki qulluq həyata keçirilməmiş, habelə cərgə aralarında qanunsuz yerə yonca, arpa və bostan bitkiləri əkilmişdir. Bunlarla bağlı Mərkəzin əməkdaşları tərəfindən dəfələrlə aktlar tərtib edilmişdir və İddiaçı bununla bağlı xəbərdarlıqlar olunsa da, o məhəl qoymamış və müqavilənin şərtlərini pozmağa davam etmişdir. Bundan əlavə Məmiyev müxtəlif vaxtlarda meşə fondu ərazisində qanunsuz malqara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş, bununla bağlı Mərkəz tərəfindən akt və inzibati xəta haqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər, Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilir. Odur ki, nəticə olaraq # #### 2022-ci il tarixdə Mərkəzin ** nömrəli əmri ilə İddiaçılə bağlanmış icarə müqaviləsinə müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7ci bəndlərini pozduğuna görə xitam verilmişdir. Lakin Məmiyev qanunsuz əməllərini davam etdirərək, həmin ərazini bu günə qədər də qanunsuz istifadə edir və orada malqara otarır. İddiaçı İslam oğlu ilə ** saylı RMTM arasında bağlanmış məlum müqavilənin şərtinə əsasən təqdim etdiyi “əkin layihəsi”ndə, ona icarəyə verilmiş 50 ha meşə fondu ərazisində müxtəlif növ ağaclar əkərək, onlara cəmi 7 (yeddi) nəfər işçi vasitəsilə aqrotexniki qulluq göstərəcəyini qeyd etmişdir. Lakin qeyd olunanlar fiziki cəhətdən mümkünsüzdür və məhz bu səbəbdən də ona məxsus ağaclar məhv olmuşdur.

b) Tərəflərin izahatları:

87. İddiaçı İddiaçı İslam oğlu məhkəmə kollegiyasının iclasına gəlmiş, iclasda özü və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsi nümayəndəsinin Şəki Apellyasiya Məhkəməsinin bütün tərkibinə vermiş olduqları etirazların müzakirəsi zamanı məhkəmə kollegiyasının ünvanına nalayiq və şərböhtan xarakterli ifadələr işlədərək nümayişkarcasına iclas zalını tərk edərək getmişdir.

88. İşə baxılmanın vaxtı və barədə lazımi qaydada xəbərdar edilmiş prosesin digər iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

89. Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Islam oğlu vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək, cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsində və özü tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlərə uyğun şəkildə izahat verərək qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

90. Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Islam oğlunun nümayəndəsi nümayəndə5 iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

91. Kollegiyanın əvvəlki iclsında iştirak edən cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsində vermiş olduğu izahatına uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

92. Kollegiyanın əvvəlki iclasında istirak edən cavabdeh Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarxidə təmsil etdiyi cavabdeh orqan tərəfindən verilmiş etirazın məhkəmə çıxışı kimi qəbul olunmasını xahiş etmişdir.

93. Kollegiyanın əvvəlki iclasında iştirak edən X37 İdarəsinin nümayəndəsi nümayəndə2 izahat vermiş, lakin apellyasiya şikayətlərinə münasibət bildirməmişdir.

VI. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

94. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

95. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

96. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

97. İş üzrə iddiaçı tərəfin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvinə yönəlsə də, şikayətdə qətnamənin dəymiş ziyan tələbinə aid hissəsini, cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzi isə apellyasiya şikayətində qətnamənin tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru cavabdeh2 ## #### 2022-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi hissəsində mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə (tam) yoxlanılacaqdır.

VII. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

98. Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi - 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

99. Maddə 21. Zərərin əvəzinin ödənilməsi -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

100. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

101. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

102. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

103. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli, qərarı

Azərbaycan Respublikasının Meşə Məcəlləsi

105. Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

106. Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.

107. Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

108. Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir. Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1998-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”:

109. Bənd 10. İcarəçi rəsmi ərizə əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna Azərbaycan Respublikasının X7 Sərvətlər Nazirliyi tərəfindən xitam verilir.

110. Bənd 11. Azərbaycan Respublikasının X7 Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda; icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda. eşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi xəbər verilir.

111. Bənd 12. İcarə müqaviləsinin formasını Azərbaycan Respublikasının X7 Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir.

112. Bənd 13. Bu Qayda ilə nəzərdə tutulmamış hallarda meşə fondu torpaqlarının icarəyə verilməsinə dair mülki və torpaq qaverinunciliklərinin normaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

113. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

114. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

115. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

116. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

117. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

118. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

119. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

120. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

121. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

122. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırMaddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

123. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

124. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar - 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

125. Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

126. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

VIII. Apellyasiya məhkəməsinin mövqeyi

127. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı İslam oğlu və cavabdeh ** saylı X8 Təsərrüfatı tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin edilməlidir.

128. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

129. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

130. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin preambulasında müəyyən edilmişdir ki, bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

131. İddiaçı tələbini belə əsaslandırır ki, Bərdə RMTM-nin sabiq direktorunun qanunsuz göstərişinə əsasən Ağdaş rayon Suvarma Sistemləri İdarəsi aqrobağa suvarma suyunun verilməsini dayandırmış, su nasosu ərazidən götürülmüş, su nasosu yanacaqla təmin edilməmiş, işçilər əraziyə buraxılmamış, nəticədə aqrobağda əkilmiş qoz və fındıq ağacları qurumuş və ona külli miqdarda ziyan dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş ziyan su idarəsindən deyil, məhz cavabdehlərdən tutulmalıdır. İddiaçı eləcə də, qeyd edir ki, onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi qanunsuz və əsassız olmuşdur.

132. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, icarəyə verən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada ləğv edilməsinədək qanunla müəyyən edilmiş pozuntular (torpaq sahəsinin istifadəsiz qalması, təyinatı üzrə istifadə edilməməsi, icarə haqqının ödənilməməsi və s) barədə icarəçiyə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Bundan başqa, müqavilə şərtlərində (Yekun müddəalar, 5-ci bənd, aidiyyatı yarımbəndləri) aydın şəkildə qeyd olunmuşdur ki, mübahisə yaranarsa tərəflər arasında qarşılıqlı razılaşma əsasında, bu mümkün olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Göründüyü kimi, müqavilə şərtləri X38 Mərkəzi tərəfindən pozulmuş, icarə müqaviləsinin ləğv edilməsi qaydasına riayət edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmaqla, icarə müqaviləsinin birtərəfli qaydada pozulmasına yönəlmiş ##.##.2022-ci il tarixli, ** nömrəli əmr əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir.

133. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsində müəyyən edilmişdir ki, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

134. Həmin Məcəllənin 17-ci maddəsində meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı qaydalar, 20-21-ci maddələrində isə meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları və qaydaları müəyyən edilmişdir

135. Meşə Məcəlləsinin 20 və 21-ci maddələri meşə fondu sahələrindən istifadə hüququnun ləğv edilməsinin (xitam verilməsinin) Azərbaycan Respublikası Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.

136. Meşə Məcəlləsinin 20-ci maddəsinə əsasən, meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda, meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda, meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi həyata keçirilir.

137. Meşə Məcəlləsinin meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydalarından bəhs edən 21-ci maddəsində göstərilmişdir ki, meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin ləğvi nəticəsində xitam verilir. Həmin maddədə daha sonra göstərilmişdir ki, meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

138. Meşə Məcəlləsinin 55-ci maddəsinə əsasən meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişikliklər nəzərə alınmaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir.

139. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”nın 11ci bəndində göstərilmişdir ki, icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda və icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda Azərbaycan Respublikasının X7 Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna məcburi xitam verə bilər.

140. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan iddia tələbi üzrə Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı ümumi normaları olan 421.2, 423.1-ci maddələrini və torpaq icarəsi müqaviləsi ilə bağlı xüsusi normalar olan 706, 713, 719.1-ci maddələrini tətbiq etmişdir.

141. Halbuki, Mülki Məcəllənin 2.3-cü maddəsində təsbit edilmişdir ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

142. Məhkəmə isə Mülki Məcəllənin qeyd olunan normasının tələblərini nəzərə almamış və hazırkı mübahisə üzrə Meşə Məcəlləsinin və “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nı tətbiq etməmiş, bununla da maddi hüquq normalarının pozulmasına yol vermişdir.

143. Tərəflər arasında bağlanmış Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə ##.##.2019-cu il tarixli, ** saylı müqavilənin preamblusında həmin müqavilənin Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ####### tarixli, Qərarı ilə təsdiq olunmuş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na uyğun bağlandığı qeyd edilmişdir.

144. Sözügedən müqavilənin 4.1.1-ci bəndində də icarəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda müqaviləyə xitam verilməsi şərti göstərilmişdir.

145. ##.##.2019-cu il tarixli, ** saylı müqavilənin rekvizitlərinə nəzər saldıqda onun iddiaçı ilə cavabdeh X8 Təsərrüfatı Mərkəzi arasında bağlandığı və həmin müqavilənin ##.##.2019-cu il tarixdə Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentində ** nömrə ilə qeydə alındığı məlum olur.

146. Göründüyü kimi, müqavilənin tərəfi kimi X8 Təsərrüfatı Mərkəzi çıxış edir və müqavilə həmin Mərkəzin direktoru tərəfindən imzalanaraq Mərkəzin möhürü ilə təsdiq edilmişdir. X8 Təsərrüfatı Mərkəzi isə X7 Sərvətlər Nazirliyinin strukturuna daxil olan Nazirliyin vermis olduğu səlahiyyətlər çərşivəsində onun müqavilələr, o cümlədən icarə müqavilələri bağlamaq onların şərtlərini müəyyənləşdirmək və müqavilələrə xitam vermək hüquqları vardır.

147. Məhz bu baxımdan kollegiya qeyd edir ki, cavabdeh X8 Təsərrüfatı Mərkəzi müqavilənin tərəfi kimi (icarəyə verən) müqavilənin digər tərəfi olan İddiaçı İslam oğlunun (icarəçinin) müqavilənin şərtlərini və meşə qanunvericiliyini pozduğuna görə müqaviləyə xitam vermək səlahiyyətində olmuşdur.

148. İddiaçının müqavilə şərtlərini və meşə qanunvericiliyinin tələblərini pozması isə iş materialları ilə öz təsdiqini tapır.

149. Belə ki iş materiallarına əlavə olunmuş ##.##.2020-ci il tarixli, ***** saylı, ##.##.2021-ci il tarixli, ***** saylı, ##.##.2021-ci il tarixli, ****** saylı, ##.##.2022-ci il tarixli, ****** saylı, ##.##.2022-ci il tarixli, ***** saylı aktlardan, Bərdə RMTM-nin mühafizə mühəndisi əvəzi Müşfiq Camalovun ##.##.2022-ci il tarixli, məlumatından iddiaçının icarə götürdüyü torpaq sahəsində müqavilə şərtlərinə zidd olaraq xırda buynuzlu heyvan otarıldığı, bostan bitkiləri, arpa, yonca əkildiyi, torpaq sahəsinin bir hissəsinin baxımsizliq üzündən alaq və qamışlıq basdığı, həmin ərazidə primitiv çoban evi və tövlə və mal damlarının inşa olunduğu müəyyən edilmişdir.

150. Kollegiya iddiaçının həmin aktların cavabdeh cavabdeh2 tərəfindən saxtalaşdırılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əvvala həmin aktların bir neçəsi (##.##.2020-ci il tarixli, ***** saylı, ##.##.2021-ci il tarixli, ***** saylı, ##.##.2021-ci il tarixli, ****** saylı) sonuncunun Bərdə RMTM-yə direktor təyin edilməsindən (## #### 2022-cil) əvvəl tərtib edilmişdir. İkincisi, sözügedən aktlar ciddi hesabt sənədidir. Eyni zamanda iddiaçı tərəfin şikayəti əsasında Prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində həmin aktların etibarlığı öz təsdiqini tapmışdır (iş materiallarına əlavə olunmuş “cinayət işinin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2024-cü il tarixli, qərar).

151. Müəyyən edilmişdir ki, iddiaçının icarəyə götürdüyü torpaq sahəsi üzrə “Biznes planı” Azərbaycan Respublikası X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiq olunmamışdır. Buna görə də iddiaçının səlahiyyətli aidiyyəti orqan tərəfindən təsdiqlənməmiş “Biznes planı” üzrə fəaliyyəti də düzgün olmamışdır.

152. Göründüyü kimi, İddiaçı dövlətin müstəsna mülkiyyətində olan meşə fondu torpaq sahəsinin icarəyə verilmə məqsədinə və torpaq sahəsinin məqsədli təyinatına uyğun istifadə etməmiş, həmin torpaq sahəsində müəyyən növ ağaclarla yanaşı, öz şəxsi və kommersiya maraqlarına uyğun olaraq müxtəlif kənd təsərrüfatı və bostan bitkiləri, yonca əkmiş, malheyvan bəsləmişdir. Nəticədə bütün bunlar tərəflər arasında bağlanmış icarə müqaviləsinə birtərəfli qaydada məcburi xitam verilməsinə səbəb olmuşdur.

153. Göstərilənlərə əsasən, ** saylı Bərdə RMTM-nin direktorunun tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair ##.##.2022-ci il tarixli, ** saylı əmri qanuni olmuşdur.

154. Həmin əmr verilərkən formal olaraq prosedur qaydalara riayət edilməməsi (tərəfin vaxtında məlumatlandırlmaması) həmin qanuni əmrin ləğv edilməsinə səbəb hal kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbləri əmrin ləğv olunması hissəsində əsassız olduğundan birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə sözügedən torpaq sahəsinin dövlət meşə fonduna aid olmasını nəzərə almadan, onu xüsusi mülkiyyət torpaqlarından fərqləndirmədən, bu sahəni tənzimləyən Meşə Məcəlləsinin müddəalarını tətbiq etmədən, yalnız müqaviləyə istinad etməklə əsassız olaraq ** saylı RMTM-nin əmrinin qanunsuz olması qənaətinə gəlmişdir.

155. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar həmçinin, ondan ibarətdir ki, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir.

156. Birinci instansiya məhkəməsi iddianın vurulmuş ziyan tələbinə dair hissəsi ilə bağlı göstərmişdir ki, “…mütəxəssis rəyindən məlum olduğu kimi, aqrobağda olan ağaclar susuzluqdan qurumuşdur, aqrobağı suvarma suyu ilə təmin etməli tərəf isə müqavilə tərəfi olan Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nəzdində fəaliyyət göstərən Ağzıbir Sudan İstifadəedənlər Birliyidir.

157. Su idarəsi (birlik) müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Müqavilə şərtlərinin yerinə yetirilməsinə kənar müdaxilə mövcud olduğu halda, bununla bağlı pretenziya qaydasında maneə yaradan tərəfə, mübahisə həll olunmadığı təqdirdə maneələrin aradan qaldırılması və s. əsaslı tələblərlə, o cümlədən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməli idi.

158. Lakin işin faktiki hallarından göründüyü kimi, aqrobağa suyun verilməsi öhdəliyini üzərinə götürmüş su idarəsi (birlik) həmin öhdəliklərini icra etməmiş, buna maneə yaradan tərəfə münasibətdə zəruri qanuni addımlar atmamış, nəticədə iddiaçının saldığı aqrobağa zərər dəymişdir.

159. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin cavabdehlərdən tutulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

160. İddiaçı bu tələblə müqavilə münasibətlərində olduğu su idarəsinə müraciət edə, müraciəti təmin olunmayacağı təqdirdə aidiyyatı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Su idarəsi də iddiaçının iddiası təmin olunacağı təqdirdə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad etməklə, suvarma suyunun verilməsinə maneə yaradan, digər sözlə ifadə etdikdə müqavilə üzrə öhdəliklərinin icrasını mümkünsüz edən tərəfə qarşı aidiyyatı iddia tələbləri irəli sürə bilər”.

161. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsassız sayaraq aşağıdakıları qeyd edir.

162. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

163. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

164. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

165. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.

166. İş materiallarından görünür ki, cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixdə Ağdaş rayon Suvarma Sistemləri idarəsinətorpaq sahəsinin suvarılması üçün istifadə olunan nasosun götürülməsi barədə məktub yazır, bununla kifayətlənməyərək həmin idarənin rəhbərliyi ilə suyun verilməsinin dayandırılması ilə bağlı telefon söhbətləri aparır, bununla da suvarma işlərinin aparılmasına maneçilik törədir.

167. cavabdeh2 bu hərəkətləri tərəflər arasında bağlanmış icarə müqaviləsi münasibətlərindən kənar fəaliyyət kimi qiymətlədirilməlidir.

168. Beləliklə də Bərdə RMTM-nin sabiq direktoru cavabdeh2 icarə müqaviləsinin ləğv edilməsi barədə əmrin imzalanmasına qədər iddaçı İddiaçı İslam oğlunun icarəsində olan torpaq sahəsində suvarılma işlərinin aparılması üçün onunla X37 İdarəsi arasında müqavilə olmasına baxmayaraq həmin torpaq sahəsinin suvarılmasına maneçilik törətdiyi təsdiq olunur. 1**. Göründüyü kimi, cavabdeh cavabdeh2 iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır.

170. cavabdeh2 X37 İdarəsinə su nasosunun götürülməsinə köməklik göstərilməsi barədə məktub göndərməklə həm səlahiyyət həddini aşmış, həm də suyun verilməsinə maneçilik törətmiş, bununla da suvarılmanın lazımi qaydada aparılmaması nəticəsində İddiaçı ziyan dəymişdir.

171. Kollegiya qeyd edir ki, icarəçi tərəfindən icarə müqaviləsi şərtlərini və meçə qanunvericiliyinin tələblərini pozulması icarəyə verənə müqaviləyə xitam verilmədən icarəçiyə müəyyən maneçiliklər törətməsi (bitki və ağacların suvarılamasına qadağa qoyulması və s) yolverilməzdir və müəyyən məsuliyyət yaradan haldır.

172. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh2 tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsindən xeyli əvvəl bitki və ağacların suvarılmasına maneçilik törətmişdir.

173. Lakin, kollegiya onu da qeyd edir ki, cavabdeh cavabdeh2 iddiaçıya vurmuş olduğu maddi ziyanın məbləği, ölçüsü və həcmi iddia ərizəsində göstərilərlərdən dəfələrlə aşağı olmuşdur.

174. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2022-ci il tarixli, məktubunda qeyd olunmuşdur ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”nın 3.8, 2.2-ci bəndlərinə istinad edilərək, X46 2020-ci il # ###### tarixli, müvafiq qərarının 10-cu bəndinə əsasən Bərdə rayonu üzrə fındıq bitkisinin əkin əmsalı 0-a bərabər qəbul edildiyi üçün X45 İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə bəyan etdiyi 20 ha fındıq bağına görə ona subsidiya hesablanmasının mümkün olmadığı bildirilmişdir.

175. Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi də Bərdə rayonu ərazisində fındıq bitkisinin əkin əmsalının 0-a bərabər qəbul etməsinə baxmayaraq iddiaçı icarə götürdüyü torpaq sahəsində 20 ha fındıq bitkisi əkdiyini və vaxtlı-vaxtında suvarılmadığına görə həmin bitkilərin quruyaraq məhv olduğunu bəyan edir.

176. Halbuki, suvarılma və bütün aqrotexniki xidmətlərin aparılmasına rəğmən mübahisə predmeti olan torpaq sahəsində fındıq bitkilərinin bitişi (böyüməsi) istisna olunur. Yəni təbii və iqlim şəraiti, həm də torpağın strukturuna görə həmin ərazidə əkilmiş fındıq bitkilərinin bitişi və bar vermə vəziyyətinə gətirilməsi mümkün deyildir.

177. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində dindirirlmiş Kənd Təsərrüfatı Nazirliyinin X6 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri X47 fndıq ağaclarının düzgün əkilməsi, onlara aqro-texniki qulluq edilməsi nəticəsində 5 il sonra bar verməsi barədə dedikləri həqiqəti əks etdirmir.

178. İş materiallarından görünür ki, cavabdeh cavabdeh2 vəzifəyə təyin edildiyindən (##.##.2022) təxminən 3 ay (##.##.2022) sonra torpaq sahəsinin suvarılması üçün istifadə olunan nasosun götürülməsi barədə məktub yazır, dörd ay sonra ##.##.2022-ci il tarixdə icarə müqaviləsinin ləğv edilməsinə dair əmr verir.

179. Suvarma sistemləri idarəsi isə ##.##.2022-##.##.2022-ci il tarixlərində suyun verilməsinin dayandırıldığını bildirir.

180. Deməli, cavabdeh2 vəzifəyə təyin olunduqdan təxminən üç ay ərzində ərazinin suvarılmasında heç bir problem olmur.

181. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***** saylı aktdan məlum olur ki, 4 gündür ki, aqro bağda normal suvarma işləri aparılır. Bu fakt X7 Sərvətlər Nazirliyinin ##.##.2022-ci il tarixli, məktubunda da öz əksini tapır.

182. Deməli, suvarma ##.##.2022-də dayandırılır, 10 gün sonra, yəni ##.##.2022-də bərpa olunur, 4 gün sonra yenidən dayandırılır.

183. Kənar müdaxilə nəticəsində suyun verilməsində çətinlik yarandığı halda iddiaçı və Suvarma sistemləri idarəsinin bu barədə hüquq-mühafizə orqanlarına, məhkəməyə və ya digər aiddiyyət orqanlara müraciəti iş materialları ilə müəyyən edilmir.

184. Baxılan işdə vurulmuş ziyanla bağlı bir neçə mütəxəsis, bir ekspert rəyi vardır. Həmin rəylərdə vurulmuş ziyannın məbləğləri birindən kəskin fərqlənir.

185. Kollegiya iş materiallarına əlavə edilmiş mütəxəssis rəylərinə tənqidi yanaşaraq ilk əvvəl onu qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, icarəyə verilmiş torpaq sahəsində əkilmiş ağac və bitkilərin yalnız vaxtında suvarılmaması nəticəsində məhv olmasına dair mütəxəssis rəylərində göstərilən fikirlər kökündən yanlış olmaqla həqiqəti əks etdirmir.

186. Əkilmiş bitkilərin qurumasının vaxtında suvarmanın aparılmaması ilə yanaşı düzgün aqrotexniki xidmətin olmaması, işçi qüvvəsinin azlığı səbəblərindən olması işin təkzib edilməz hallarıdır.

187. Birinci instansiya məhkəməsində dindirilmiş əmtəəşünaslıq üzrə mütəxəssis İbadov Fərid Müslüm oğlu göstərmişdir ki, verdiyi rəyə əsasən ağacların alınması gətirilməsi və qulluq edilməsi üzrə 516.623 manat xərc çəkilib. 4200 ədəd qoz ağacından 7 il ərzində 891.419 manat gəlir, fındıq ağaclarından isə 599.760 manat fayda əldə ediləcəkdi. İstehlak mallarının istehlak xüsusiyyətinin, cinsinin, çeşid eyniliyinin, keyfiyyətinin, ölçüsünün, əmtəənin hansı ölkədə istehsal edilməsinin, qiymətinin, saxlanma müddətinin, daşınmasının, satışının müəyyən edilməsinin, miqdarının, qablaşdırılmasının və ticarətin təşkil edilməsinin müəyyən olunması məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat predmetinə aiddir. Xərclərə dair təqdim edilmiş sənədlərə əsasən internet resurslarından, baza məlumatlarından, bu işlə məşğul olan şirkətlərdən alınmış məlumatlara əsasən qiymətləndirmə aparılıb. Qiymətlər öyrənilib ortaq bir qiymət çıxarılıb. Qiymətləndirmə müqayisə metodu əsasında aparılır. Şirkətdaxili baza məlumatlarından da qiymətlər çıxarılıb. Ağacların olub-olmaması onun araşdırdığı predmetlərə daxil deyil, o, dəymiş ziyanı müəyyən edir. Onlara təqdim edilmiş məlumatlar əsasında əraziyə qulluq üçün nə qədər xərc çəkilə biləcəyini müəyyən etmişlər. Əraziyə baxmamışlar. Çandler tipli qoz ağacının qiymətini 20 manat müəyyən etmişdir. Mustafa Yamanın verdiyi izahata görə qeyd etmişdir. İnternet resurslarından da maraqlanmışdır, türk saytlarından da araşdırıb ortaq qiymət çıxarmışdır. Daşınma xərcini də Mustafa Yamanın izahatından götürmüşdür. Əldən çıxmış faydanı hesablayarkən müəyyən etmişlər ki, 2024-cü ildən qoz ağacları bar verməyə başlamalı idi. 3192 ədəd qoz ağacından orta hesabla hər ağacdan 10 kiloqram məhsul götürülə bilərdi. O da 7 il müddətinə 891.419 manat fayda əldə edə bilərdi. Qozun kilosunu ortalama 4 manatdan hesablamışdır. Fındıq ağacının məhsuldarlığı 7-15 kiloqram arasında dəyişə bilir. Aqrotexniki sahədə təhsili yoxdur. Özünün fındıq bağı olduğu üçün fındıq ağacının nə qədər bar verə biləcəyini bilir. Müvafiq sualları vermişdir, o da məhsuldarlığın 6 kiloqramdan başlayaraq qalxacağını demiş, bu səbəbdən qulluğu ortalama nəzərə almışdır. Ona görə də, 10 kiloqram nəzərdə tutmuşlar. Məhv olma ehtimalı yoxdur. Ağaclar böyüməyə doğru gedir.

188. Kollegiya mütəxəssis İbadov Fərid Müslüm oğlunun izahatına və vermis olduğu rəyə də tənqidi yanaşaraq qeyd edir ki, o, ümumiyyətlə ərazidə olmadığını etiraf edir, rəyi Mustafa Yamanın ifadəsinə görə verdiyini göstərir. Halbuki, iş materiallarında Mustafa Yamanın qoz və fındıq ağaclarının alınması və daşınması barədə göstərdiklərinin təsdiq edən sübutlar yoxdur. Belə ki, qoz və fındıq ağaclarının Azərbaycan Respublikası gömrüyündə rəsmiləşdirilməsi (invoys sənədləri, müqavilələr, gömrük bəyənnamələri, həmin ağacların sertifikatı, qiyməti), daşınması (qaimə-fakturalar, yük nəqliyyat sənədləri) qida təhlükəsizliyinin sağlamlıq aktı təqdim edilmədən verilmiş rəy mötəbər sayıla bilməz və həmin rəyin müdafiə edilməsi də yolverilməzdir. Hazırkı mübahisə üçün heç bir əhəmiyyəti də yoxdur. Özünün fındıq ağacının nə qədər bar verə biləcəyini bildiyini iddia edən mütəxəssis İbadov Fərid Müslüm oğlu nədənsə təbiəti və iqlim şəraitinə görə Bərdə rayonu ərazisində fındıq ağaclarının yetişdirilməsinin mümkünsüzlüyünü nəzərdən qaçırmışdır.

189. Eyni zamanda iddiaçı İddiaçı də kollegiyanın iclasında qoz ağaclarını Türkiyədən aldığını, “pulumu verib, bazardan ağacımı aldığımı”, həmin ağacların gətirilməsi, əkilməsi və sair bağlı sübutları məhkəməyə təqdim etdiyini bildirsə də, həmin sübutların iş materiallarında olmadığı müəyyən edilmişdir. Bu isə öz növbəsində alınmış və əkilmiş ağacların (tinglərin) sayı, keyfiyyəti, standartlara uyğunluğu (sortu, növü), bitiş və barvermə faizi barədə əsaslı suallar doğurur.

190. Məhkəmə Ekspertiza Mərkəzində ekspert vəzifəsində işləyən Ekspert “Zoom” proqram təminatı (tətbiqi) vasitəsi ilə qoşulduğu birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmeti çox genişdir. Qoz və fındıq ağaclarının alınması, gətirilməsi, aqrotexniki qulluğa görə çəkilən xərclərin müəyyən olunması ilə bağlı qoyulan sualla bağlı deyə bilər ki, ağaclar hardan alınır, hansı ölkədən gətirilir, necə gətiriləcək, necə icazə alınacaq onların predmetə aid deyil. Onlar ölkə ərazisində satışı olan tinglərin qiymətləndirilməsini apara bilirlər. “Tap.az” İnternet saytında olan qiymətlər, mağazalarda olan satış qiymətləri müəyyən olunur, onlar əsasında ortaq qiymətlər çıxarılır. Rəydə də “Tap.az” saytında yerləşdirilən qiyməti yerləşdirmişlər. Amma ağaclar haradan alınıb, haradan gətirilirsə, onlar onu müəyyən edə bilmirlər. Onlar xaricdən alınıb gətirilən mallarla bağlı çəkilən xərcləri müəyyən edə bilmirlər. Aqrotexniki qulluğa görə çəkilən xərclər də aqronomun predmetidir. Onların tədqiqat sahələrinin predmetinə aid deyil. İş materiallarında qozun adı Chandler yazılıb. O da internet resurslarından araşdırıb 5 illik ağacın deyil, tinglərin qiymətini müəyyən edib rəy vermişdir. Ağaclar onsuz başqa yerdə əkiləndə budanır, ilkin vəziyyətdə satılır. Qeyd olunan məsələ onların predmeti deyil. Mühasibat ekspertizasının predmetidir. Onun işi ağac tinglərinin qiymətini müəyyən etməkdir. 25-40 manat qeyd edilməyib. 6.5 manata sertifikatsız, 12.5 manata da sertifikatı olanların qiyməti qoyulmuşdu. O da iddiaçı tərəfin Türkiyədən gətirdiyi üçün sertifikatı olanın qiymətini götürmüşdür. O 3 ədəd saytla danışmışdır. Onu ona görə yazmışdır ki, gedib əraziyə baxmamışdır ki, neçə ağac var, ağac hansı sortdur. O, iş materiallarında olan ağac saylarına və adına görə araşdırıb qiymət vermişdir. 7 manata fındıq satıldığını indi tərəfdən eşidir. Həmin qiymətə fındıq görməmişdir. O, qiymətləri tam obyektiv yazmışdır. Onun danışıqları qeyd edilir. O deməmişdir ki, alınması, daşınması xərclərini aqronom müəyyən edir. O, demişdir ki, aqrotexniki qulluqla bağlı məsələlər aqronomun sahəsidir. Həmin sahə üzrə ekspert qiymətləndirə bilər. O, öz yazdığını bilə bilər. Aqronom nə qədər qiymət qoyub, onun haqqında nəsə deyə bilməz. Tələb və təklif əsasında formalaşan qiymətlər əsasında ortaq qiymət çıxartmışdır. Satış yerlərində olan qiymətlərin ortasında bir qiymət vermişdir. Bunun üçün dövlət reysterində olan heç bir metodika yoxdur ki, ondan istifadə etsinlər. İddiaçı tərəf qanunda qeyd edilən hüquqlarını tələb edə bilər. İddiaçı tərəfin hansı rəydən danışdığı deyə bilməz. Burada ağaclar ting kimi yazılıb, onlar da ona uyğun qiymətləndirmə aparmışlar. Məhkəmə ekspertiza mərkəzinin təlimatında da qeyd edilir ki, ekspert rəy verərkən öz zəruri biliyinə və ya mütəxəssis arayışına görə rəy verir. Bu iş mürəkkəb işdir. Ağacların haradan alınıb gətirilməsi onun xidməti predmetinə aid deyil. Əmtəəşünasın mütəxəssis rəyinə əsaslanıb rəy verib-verməməsinə görə onu mühakimə etmək olmaz. Başqa bir əmtəəşünas arayışı mötəbər sənəd hesab edib, onun əsasında rəy verə də bilər, verməyə də bilər. Əgər mütəxəssis arayışı mötəbər sənəddirsə, məhkəmə onu sübut kimi qiymətləndirə bilər. O da nəyisə müəyyən edəndə mütəxəssis rəyinə əsaslanır. Ora tək gübrənin qiyməti deyil, hər ağaca gübrəni vermək üçün texnikadanmı, yoxsa əl əməyindənmi istifadə olunub o yazılmalı idi. Hər şey yazılmalıdır ki, onlar əsasında qiymətləndirmə aparsın. Şumlanmaya nə qədər, malalamağa nə qədər xərc çəkilir, hamısı bir-bir yazılmalı idi. Ola bilər ki, mütəxəssis gedib yerində baxıb standart qiymət yaza bilər ki, 10 min manat xərc tələb olunur. Amma sonra ondan ətraflı məlumat istəyəndə göstərməlidir ki, hara, nə qədər xərclənib. Həmin ixtisas üzrə mütəxəssis hər birini ayrıca qiymətləndirməli idi. O, təkcə gübrəni qiymətləndirsə idi, deyəcəkdilər ki, dərmanlamanı, şumlamanı, malalamanı niyə hesablamamışdır. O, sualları təkrar-təkrar cavablandırmalı deyil. Aqrotexniki qulluqla bağlı xərcləri həmin sahənin mütəxəssisi müəyyən edir. Əmtəəşünasın predmetinə aid deyil. Qiymətləndirməni necə apardığını əvvəlcədən də cavablandırmışdır. Dizel yanacağının qiyməti ilə bağlı sual qoyulsa idi ki, hansı tarixdə bu qədər yanacaq qiymətləndirilsin, onda qiymətləndirmə aparardı. İş materiallarında olan bütün yazılanların hamısınını o cavablandırmalı deyil. Sualların əksəriyyəti mahiyyəti üzrə deyil. O, iddiaçını başa düşür, amma bu, əmtəəşünasın işi deyil. Fındığın kolu 10 qəpikdən başlayır. Fındıq 10 qəpikdən başlayır. O, hansı qiymətləri müəyyən etmişdirsə, onu da qeyd etmişdir. Sortu nəzərə almamışdır qiymətləndirmə aparanda. Orta keyfiyyətli fındıq ağacı üzrə qiymətləndirmə aparmışdır. Bunu cavablandırmaq onun predmetində deyil. Bəlkə başqa ekspert başqa qiymətləndirmə aparar, amma o, müəyyən etdiklərinə uyğun qiymətləndirmə aparmışdır. İddiaçı tərəf saytla bağlı dələduzluq olub-olmaması barədə aidiyyatı orqanlara müraciət edib məlumat verə bilər. Əgər ağac alınıb əkilməyibsə bilə bilməzlər ki, həmin adam dələduzdur, ya yox. Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarının rəylə əlaqəsi yoxdur. Qoz və fındıq ağacının bitişi barədə verilən sual mahiyyəti üzrə deyil. Ağac satışı məntəqələrində standart qiymətləndirmə yoxdur ki, deyələr neçə faiz bitir. 90 faiz də ola bilər, 95 faiz də ola bilər. Ağaclar dibçəkdə satılır, fındıqlar dibçəksiz olur. İddiaçının nümayəndəsinin dediklərinin, yəni o qiymətə Chandler ağacı olmaması, 1 manata onun dediyi fındıqdan nə qədər desə ala bilər kimi ifadələrin məhkəməyə aidiyyatı yoxdur.

191. Göstərilənlərə əsasən, kollegiya vurulmuş ziyanla bağlı iş materiallarında olan mütəxəssis rəyləri ilə razılaşmır, həmin rəylər işin müəyyən edilmiş hallarına uyğun olmadığından və rəylərdə göstərilənlərin birtərəfli məlumatlara istinadən yazıldığından onları mötəbər sübut kimi nəzərə almır (Mütəxəssis rəylərinin hamısı iddiaçının vəsatəti, sifarişi və müraciəti əsasında hazırlanmışdır).

192. Kollegiya hazırkı iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-*/***-*/***** saylı ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün həmin rəylə razılaşır.

193. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

194. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

195. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

196. X52rşı işi üzrə” ## ###### 2010-cu il tarixli, qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

197. İddiaçının apellyasiya şikayətinin dəlillərindən birisi əlavə cavabdeh qismində X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətini hakimin təşəbbüsü ilə göstərməsi barədədir. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə müraciət etdikdən sonra iddia ərizəsinə dəqiqləşdirmələr vermiş, son nəticədə iddia ərizəsi ilə tələb etdiyi məbləğin həm də X7 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutulmasını xahiş etmişdir. Cavabdehlərin dairəsini müəyyən etməkdə isə iddiaçı sərbəstdir

198. İddiaçı apellyasiya şikayətinin dəlillərində daha sonra göstərilir ki, işdə iştirak edən şəxslər iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını bildirməli olduğu halda, cavabdehlər iddiaya etirazını daha gec müddətdə verdiyi halda həmin etirazların məhkəmə tərəfindən qəbul olunması məhkəmə çəkişməsi prinsipinin pozulmasıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında baxılarkən ləğv edilməlidir.

199. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı iddia tələbləri ilə bağlı bir neçə dəfə dəqiqləşdirmə vermiş, işə baxan məhkəmə də həmin dəqiqləşdirmələri icraata qəbul etmişdir. İddiaçı sonuncu dəqiqləşdirməni ##.##.2024cü il tarixdə, ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən (##.##.2023-cü il) təxminən bir il sonra vermişdir. Həmin dəqiqləşdirmə əvvəlki iddia tələblərindən əhəmiyyətli dərəcədə fərqli olmuşdur. Çəkişmə prinsipinə əsasən əgər iddiaçı iddia tələblərinin həcmini artırırsa, buna qarşı etirazın verilməsi labüddür.

200. Eyni zamanda qeyd edilməlidir ki, proses tərəfinin şikayətə qarşı etirazını yazılı və ya şifahi qaydada bildirmək hüququ vardır və əks tərəf də etiraza münasibətini bildirmək hüququna malikdir. İşdən də göründüyü kimi iddiaçı cavabdeh tərəfin iddia ərizəsi ilə bağlı verdiyi etirazlarla tanış olaraq həmin etirazlara münasibətini bildirmişdir.

201. Digər tərəfdən işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində idddiaya etrazlarda göstərilən dəlillərlə eyni məzmunlu izahat vermişlər. Ona görə də kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır.

202. Kollegiya cavabdeh cavabdeh2 ** saylı X8 X78 Rəad İslam oğluna qarşı vurulmuş ziyan və zəbt olunmuş ərazidən çıxarılma tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırdıqlarını və həmin işin icraatının hazırkı mübahisə ilə bağlı dayandırılması barədə bəyanı ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, iddiaçı X8 Təsərrüfatı Mərkəzinin cavabdeh İddiaçı İslam oğluna qarşı “meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbi”nə dair ilk, cavabdeh İddiaçı İslam oğlunun X8 Təsərrüfatı Mərkəzininə qarşı “pul və ziyan tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin # ### 2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadında görünür ki, ilk iddia üzrə iddiaçı X8 Təsərrüfatı Mərkəzinin cavabdeh İddiaçı İslam oğluna qarşı “meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbi”nə dair ilk iddia ərizəsi, cavabdeh İddiaçı İslam oğlunun X8 Təsərrüfatı Mərkəzinə və cavabdeh2 qarşı “pul və ziyan tələbi”nə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İlk və qarşılıqlı iddia ərizələrinin geri qaytarılmasına səbəb tərəflərin məhkəməyə müraciətdən əvvəl ilkin mediasiya sessyasında iştirak etməmələri olmuşdur.

203. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

204. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli, qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər

205. İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsini birgə məsuliyyətlilər kimi eyni vaxtda digər cavabdehlərlə yanaşı, həm ** saylı X8 Təsərrüfatı Mərkəzinə, həm də həmin Mərkəzin sabiq direktoru cavabdeh2 qarşı irəli sürmüşdür.

206. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçı İddiaçı İslam oğlu və cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin olunmalı, cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzi və cavabdeh2 63.732 manat, 281.20 manat dövlət rüsumu və 100 manat mediasiya xərci müştərək qaydada tutularaq iddiaçı İddiaçı İslam oğluna ödənilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddiaçı İddiaçı İslam oğlu və cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin edilsin. Cavabdehlər ** saylı X8 Təsərrüfatı Mərkəzi və cavabdeh2 63.732 manat, 281.20 manat dövlət rüsumu və 100 manat mediasiya xərci müştərək qaydada tutularaq iddiaçı İddiaçı İslam oğluna ödənilsin. 150 manat ekspertiza xərcinin 75 manatı cavabdeh ** saylı X8 Təsərrüfatı Mərkəzindən, 75 manatı isə cavabdeh cavabdeh2 Yelnmar oğlundan tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar