Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-36/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. ##.##.2023-cü il tarixdə İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 250.000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. cavabdeh1 müqavilə üzrə öhdəliklərin təminatı üçün zaminliklə bağlı üzərinə öhdəlik götürmüş və həmin qarışıq müqaviləni imzalamışdır.
2. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixdə ***M************ nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur.
3. Həmin müqavilənin 2.5-ci bəndində göstərilmişdir ki, ipoteka predmetinin dəyərii-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 48.000 (qırx səkkiz min) manat təşkil edir.
4. ##.##.2023-cü il tarixdə bağlanmış ***R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdeh2 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 30 000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə olaraq İddiaçı QSC ilə cavabdeh2 arasında ##.##.2024-cü il tarixdə ***R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır.
5. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdehlər kredit razılaşması ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən ödənilməmiş əsas, faiz və cərimə borcları qalmışdır. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında ##.##.2023-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır.
6. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (406011000038-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli) göründüyü kimi cavabdeh2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 19 mənzil 3 olan 61.4 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2023-cü il tarixdən başlayaraq ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
7. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ######## 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilin bazar qiyməti 75.000 manat, likvid dəyəri 67.500 manat təşkil edir.
I. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərdən iddiaçının хеyrinə ***R********** nömrəli krеdit razılaşması üzrə 22568.45 manat məbləğində krеdit bоrcu, 3231.11 manat məbləğində faiz bоrcu və 862.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26661.58 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169.99 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin cavabdeh2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 26661.58 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169.99 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
9. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ***R********** nömrəli krеdit razılaşması üzrə 22568.45 manat əsas bоrc, 3231.11 manat faiz bоrcu və 862.02 manat cərimə borcu olmaqla, cəmi 26661.58 manat pul, 169.99 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, borcun tutulması cavabdeh cavabdeh2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri (ilkin satış) 67500 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin “xxxx” ASC Nərimanov filialında olan bank hesabına ödənilməsi, aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi krеdit razılaşması üzrə 22568.45 manat krеdit bоrcu, 3231.11 manat faiz bоrcu və 862.02 manat cərimə borcunun tutulması hissəsində tam təmin edilməlidir.
12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 67.500 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3, 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1, 116.2, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikаyəti vermişdir.
15. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit və təminat müqaviləsi, ipoteka müqaviləsi, kredit razılaşması, saziş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Qeyd edir ki, məhkəmə tərəfindən mühasıbatlıq ekspertizası keçirilsə də, işin halları dəqiq olaraq araşdırılmamışdır. Belə ki, məhkəmədə bildirmişdir ki, 4300 manat və 2200 manat məbləğləri onun tərəfindən ödənilsə də, bank tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlarda həmin məbləğlər nəzərə alınmamışdır. Qeyd edir ki, 2024-cü ilin axırlarında İddiaçı QSC-nin Lökbatan filialına yaxınlaşaraq həmin filialın müdiri Anar adlı şəxslə görüşmüşlər. O isə bildirmişdir ki, 4300 manat ödəniş edək və işi məhkəməyə göndərilməsini dayandırsınlar. Belə olub həmin məbləği bankın Anar adlı müdirinə təqdim etdilər və həmin məbləğin ödənildiyini onlara (cavabdehlərə) bildirmişdir. Bir müddət sonra bankın Lökbatan filialına yenidən yaxınlaşanda isə Anar adlı şəxsin müvəqqəti müdir vəzifəsinə təyin edildiyini və hazırda başqa filiala getdiyini, yerinə isə Xəyyam adlı şəxsin müdir təyin edildiyini bildirdilər. Bu zaman Xəyyam adlı müdir bizdən 2200 manat ödəniş etmələrini tələb etmişdir. Onlar da həmin məbləği də taparaq ödənişi etmişlər. Lakin həmin 2200 manat məbləğdə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda öz əksini tapmamışdır. ##.##.2026-cı il tarixdə Bankın Lökbatan filialına yaxınlaşaraq 2024-cü il və 2025-ci illərdə banka 4300 manat və 2200 manat ödənişlər edildikdən sonra ərizələr yazdığıqıları, həmin ərizələrdə ödənişlərin məbləğinin göründüyünü və həmin ərizələrin surətlərinin onlara verilməsini tələb etmişdir. Lakin bankın əməkdaşları Xəyyam adlı müdirin də belə pozuntulara yol verdiyinə görə işdən azad edildiyini bildirmişlər. Lakin ərizələrin surətləri onlara heç bir əsas olmadan təqdim edilməmişdir. Göründüyü kimi bankın əməkdaşlarının qanunsuz əməllərinə görə ödədikləri ümumilikdə 7000 manat məbləğ mənimsənilmişdir. Məhkəmə isə qeyd etdiyi xüsusatları araşdırmamış, Anar və Xəyyam adlı bank müdirilərini şahid qismində dindirməmişdir. Ümumiyyətlə məhkəmə iclaslarında bankın nümayəndəsi iştirak etməmişdir. Bundan başqa qeyd edir ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən işə baxılan zaman Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilin likvid dəyərinin (ilkin satış) 67 500 manat məbləğində müəyyən edilməsi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı yenidən məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsə də, həmin halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticədə mülkiyyətində olan mənzilin çox aşağı qiymətə qiymətləndirilməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bununla bağlı özü mənzilin qiymətləndirilməsi üçün “FİM GROUP CONSULTİNG” MMC-nə müraciət etmişdir. “FİM GROUP CONSULTİNG” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, FİM-F-##/##/2026 nömrəli Qiymətləndirmə hesabatında göstərilmişdir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində ** nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən * nömrəli mənzilin bazar dəyəri: 137,000.0 (bir yüz otuz yeddi min) manat; likvid dəyəri: 123,000.0 (bir yüz iyirmi üç min) manat təşkil edir. Göründüyü kimi “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ######## 2025-ci il tarixli mütəxəssis rəyi ilə FİM GROUP CONSULTİNG” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, FİM-F- ##/##/2026 nömrəli rəydə kifayət qədər fərqlər mövcuddur və bu hallar məhkəmə tərəfindən araşdırılmalıdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin “əsas, faiz və cərimə borcları” hissəsində və “ona məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilin likvid dəyərinin (ilkin satış) 67 500 manat məbləğində müəyyən edilməsi” hissəslərində ləğv edilməsi, təkrar məhkəmə mühasıbatlıq və əmlakın qiymətləndirilməsi ekspertizalarının keçirilməklə həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini əsas, faiz və cərimə borcları və ipoteka predmeti olan mənzilin likvid dəyərinin (ilkin satış) 67500 manat məbləğində müəyyən edilməsi hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 269. Girov və ipoteka hüququ anlayışı - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...). - 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (...).
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
29. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;
30. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...); - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (...).
31. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: (...); - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. Müəyyən edilmişdir ki, borclu cavabdeh2 və zamin cavabdeh1 tərəflərlər arasında ##.##.2023-cü il tarixli ***L************ saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 250.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 iddiaçı bankla bağladığı bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sajişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq 1,8333 % dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. İddiaçı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onların krеdit razılaşması üzrə əsas, faiz və hesablanmış cərimə bоrcu qalmışdır.
46. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
47. Apellyasiya şikayətinin əsas dəlilləri hazırkı kommersiya mübahisəsi üzrə təkrar məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizalarının keçirilməsi barədədir.
48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırması zamanı əldə edilmiş “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, CVN/S **-***/** saylı mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən ** nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, * nömrəli mənzilin likvid dəyəri 67.500 manat təşkil edir.
49. Bundan başqa birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*- *(***)-***/**** saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyində qeyd edilmişdir ki; - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları ##.##.2023-cü il tarixli ***L************ saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 İddiaçı QSC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ## #### 2025-ci il tarixə - məhkəməyə müraciət edilən tarixə:
- əsas borc üzrə ------------------------------ 22 568.45 manat, - faiz borcu üzrə ------------------------------ 3 814.93 manat.
- Qeyd edilir ki, ##.##.2023-cü il tarixli ***R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdeh2 cərimə borcu hesablanmadı.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, CVN/S **-***/** saylı mütəxəssis rəyi, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyinin aydın, tam olmamasına və əsassızlığına dair heç bir şübhə yoxdur.
52. Təkrar məhkəmə ekspertizasının təyin edilməsinə dair MPM-in 102-ci maddəsində göstərilmiş əsaslar hazırkı işdə mövcud olmamışdır.
53. Eyni zamanda, cavabdeh təkrar məhkəmə-mühasibatlıq və təkrar qiymətləndirmə ekspertizalarının keçirilməsi barədə vəsatətini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq gətirməmişdir.
54. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, kredit borcu üzrə 4300 manat və 2200 manat məbləğləri onun tərəfindən ödənilsə də, bank tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlarda həmin məbləğlər nəzərə alınmamışdır. Onu diqqətə çatdırır ki, 2024-cü ilin axırlarında İddiaçı QSC-nin Lökbatan filialına yaxınlaşaraq həmin filialın müdiri Anar adlı şəxsə, 4300 manat, 2025-ci ildə isə həmin filiala müdir təyin olunan Xəyyam adlı şəxsə 2200 manat ödəniş etsə də bu məbləğlər təqdim edilmiş hesabdan çıxarışlarda və iş üzrə verilmiş ekspert rəyində öz əksini tapmamışdır.
55. Kollegiyanın iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, həmin məbləğlərin ödənişi barədə bankdan heç bir qəbz almamış, “müdir” olduğu həmin şəxslərə ödədiyi məbləğləri onun borcundan silinəcəyinə inanmışdır.
56. Cavabdeh bəyan etdiyi məbləğlərin ödənilməsinə dair işə baxan məhkəmələrə sübut təqdim etmədiyindən (edə bilmədiyindən) kollegiya cavabdehin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, bank hesabından çıxarışlarda öz əksini tapmayan məbləğlər ekspert tərəfindən nəzərə alına bilməzdi.
57. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (Mülki Məcəllə, 462.1, 462.3-cü maddələr)
58. Birinci instansiya məhkəməsinin kredit razılaşmasiüzrə tutduğu cərimənin həcmi (862.02 manat) təmin olunan əsas borcun (22568.45 manat) 3,8%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tələflərin əmlak mənafelərinə uyğun hesab edilməlidir.
59. Apellyasiya şikayətinin əsas dəlillərindən biri əmlakın ilkin satışı üçün likvid dəyərinin müəyyən edilməsi ilə bağlıdır.
60. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti 67.500 manat məbləğində müəyyən edilmişdir (bazar qiyməti 75.000 manat).
61. Cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsində qiymətləndirmə ilə razı olmadığını və alternativ qiymətləndirici rəyi təqdim edə biləcəyini bildirsə də , bununla bağlı hər hansısa rəyi iş baxan birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
62. Cavabdeh apellyasiya şikayəti ilə birlikdə “FİM GROUP CONSULTİNG” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, FİM-F-##/##/2026 nömrəli Qiymətləndirmə hesabatı təqdim etmişdir.
63. Həmin hesabatda göstərilmişdir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 0.2491 ha torpaq sahəsində ** nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən * nömrəli mənzilin bazar dəyəri 137,000.0 (bir yüz otuz yeddi min) manat, likvid dəyəri 123,000.0 (bir yüz iyirmi üç min) manat təşkil edir.
64. Mülki prosessual qanunvericiliyinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (MPM, maddə 78.1).
65. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ## ###### 2026-ci ildə qəbul edilməsinə baxmayaraq, cavabdehin təqdim etdiyi rəyin verilmə tarixi ##.##.2026-cı ildir.
66. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis (qiymətləndirmə) rəyinin tarixi ## ######## 2025-ci ildir. Yəni ## ######## 2025-ci il tarixli rəy cavabdeh tərəfindən təqdim edilmiş rəydən 5 ay əvvəl verilmişdir.
67. Eyni zamanda qiymətləndirici şirkət “xxxx” MMC tərəfindən verilmiş rəyə nəzər salarkən müəyyən edilir ki, həmin rəyin verilməsində tətbiq edilən qiymətləndirmə standartları kimi X4 Standartları (IVS), X3 (IVA) və Beynəlxalq Təlimatlar (GN) habelə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə metodik materiallar əsas götürülmüşdür. Daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması prosesində Milli və X5 əsasən xərc, gəlir və müqayisəli satışlar metodlarından, uyğun satışların müqayisəsi yanaşması, gəlir yanaşması və xərc yanaşması kimi üç əsas qiymətləndirmə yanaşmalarından istifadə edilmişdir.
68. Digər tərəfdən cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına nəzər salarkən görünür ki, həmin rəydə ipoteka predmeti olan mənzil 4 otaqlı kimi göstərilmişdir, halbuki daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən həmin mənzil 3 otaqdan ibarətdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində də həmin mənzil hüquq müəyyənedici sənədlərində olduğu kimi 3 otqaqlı kimi göstərilmişdir.
69. Göstərilənlər “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin daha əsaslı, mötəbər və baxılan işin hallarına uyğun olmasına dəlalət edir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
71. Birinci instansiya məhkəməsi tərəfindən alınmış ipoteka predmetinin likvid dəyəri ilə razılaşmayan cavabdeh cavabdeh2 ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetlərinin ilkin satış dəyərinin nə üçün 48.000 manat həddində müəyyən edilməsinin inandırıcı, məntiqi və ağlabatan izahını verə bilmədi.
72. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə və məhkəməmühasibatlıq ekspertizasının ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
74. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianının qismən təmin edilməsi qənaətinə gəlsə də qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” göstərmişdir, halbuki sonra həmin hissədə “iddia qalan hissədə rədd edilsin” göstərmişdir.
75. Kollegiya bunu mexaniki səhv kimi nəzərə alaraq bildirir ki, hazırkı iş üzrə “qətnamədən çıxarışda” (qətnamə elan edilən gün) iddianın qismən təmin edildiyi göstərilmişdir.
76. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
77. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
78. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
79. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
81. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov