Məhkəmə qərarları › İş №2-2(3-10)-39/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-39/2026

16.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad İş № 2-2(3-10)-39/2026 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri - Sadiqov Zülfüqar Əhmәd oğlu (sәdrlik edәn vә mәruzәçi), Hüseynov Elçin Şirin oğlu vә X1 ibarәt tәrkibdә, mәhkәmә iclas katibi X2 qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilә, iddiaçı İddiaçı (VÖEN 3000505292) cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair kommersiya işi üzrә Şәki Kommersiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) şifahi icraat qaydasında açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası M ÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı (VÖEN 3000505292) ## ######## 2025-ci ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbinә dair iddia әrizәsi ilә Şәki Kommersiya Mәhkәmәsinә müraciәt edәrәk, ona әsassız yazılmış 2452,18 manat mәblәğindә borcun hesabından silinmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmiş vә iddia әrizәsindә hәmin tәlәbini “Cavabdeh ASC-nin Sabunçu rayon Enerji Tәchizatı vә Satış Idarәsi tәrәfindәn ona ## ######## 2025-ci il tarixli xәbәrdarlıq mәktubu göndәrilәrәk, 2452,18 manat borcunun olduğu bildirilmiş vә ödәmәdiyi halda enerji tәchizatının ## ######## 2025-ci il tarixindәn xәbәrdarlıq edilmәdәn dayandırlacağının bildirilmәsi” ilә әsaslandırmışdır. Hәmin iddia әrizәsinә dair kommersiya işi üzrә birinci instansiya mәhkәmәsindә aparılan icraat zamanı qәbul edilmiş Şәki Kommersiya Mәhkәmәsinin (hakim Elnarә Hüseynova) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” barәdә iddia tәlәbi tәmin edilәrәk, cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn iddiaçı İddiaçı 09020********** nömrәli abonent koduna hesablanmış 2452,18 manat mәblәğindә borcun silinmәsi vә iddiaçı tәrәfindәn iş üzrә ödәnilmiş 45 manat dövlәt rüsumunun cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtindәn tutulub iddiaçı İddiaçı ödәnilmәsi qәt edilmişdir. Cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Şәki Kommersiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti vermişdir. Apellyasiya şikayәtinә baxılması ilә әlaqәdar kommersiya işi üzrә ## ##### 2026cı il tarixinә tәyin edilmiş mәhkәmә iclasına iddiaçı İddiaçı gәlmiş olsa da, mәhkәmә iclasının vaxtı vә yeri barәdә müvafiq qaydada xәbәrdar edilmәsinә baxmayaraq, apellyasiya şikayәti vermiş cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә kollegiyası, mәhkәmә iclasına gәlmiş proses iştirakçısının mövqeyini vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinin tәlәblәrini nәzәrә alaraq, iş üzrә apellyasiya şikayәti vermiş cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinin nümayәndәsinin iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinә әsasәn, işә baxılmanın vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş işdә iştirak edәn şәxslәrin gәlmәmәsi işә baxılmasına mane olmur. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 372.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun barәsindә açıq vә ya dolayısı ilә mübahisә edilәn hissәsi üzrә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilәrәk, Şәki Kommersiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsi lәğv edilmәli vә iddiaçı İddiaçı (VÖEN 3000505292) cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair kommersiya işi әrazi aidiyyәti üzrә baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, iş materialları vә iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәdlәrlә müәyyәn olunur ki, enerjitәchizatı müәssisәsi Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn hüquqi şәxs yaratmadan fәrdi sahibkarlıq fәaliyyәti ilә mәşğul olan iddiaçı İddiaçı (VÖEN 3000505292) mәxsus Bakı şәhәri Sabunçu rayonu Sabunçu qәsәbәsinin Bünyatov küçәsindә yerlәşәn qeyriyaşayış sahәsi, yәni mağaza (abonent kodu: 09020**********) elektrik enerjisi ilә tәchiz edilәrәk, hәmin obyektin elektrik tәchizatı üzrә hesabatı müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitәsi ilә aparılır. ## ###### 2025-ci ildә iddiaçı İddiaçı mәxsus Bakı şәhәri Sabunçu rayonu Sabunçu qәsәbәsinin Bünyatov küçәsindә yerlәşәn sahibkarlıq obyektinin (abonent kodu: 09020**********) elektrik tәchizatı ilә әlaqәdar quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilmiş vә hәmin baxışla әlaqәdar ##.##.2025-ci il tarixli, ****** nömrәli Akt tәrtib olunaraq, hәmin Aktda “Baxış keçirilәn zaman mәlum oldu ki, obyektә sayğac sxemindәn kәnar xәtt daxil olur” qeydi aparılmışdır. Tәrtib olunmuş ##.##.2025-ci il tarixli, ****** nömrәli Akta әsasәn Cavabdeh ASC tәrәfindәn itirilmiş enerjinin bәrpası mәqsәdilә 2475 manat mәblәğindә itirilmiş enerji hesabatı aparılaraq, hәmin mәblәğ abonent İddiaçı (abonent kodu: 09020**********) abunә hesabına daxil edilmişdir. Bu hesabatla razılaşmayan iddiaçı İddiaçı isә cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbinә dair hazırkı iddia әrizәsi ilә Şәki Kommersiya Mәhkәmәsinә müraciәt edәrәk, ona әsassız yazılmış 2452,18 manat mәblәğindә borcun hesabından silinmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmiş vә Şәki Kommersiya Mәhkәmәsi tәrәfindәn dә hәmin iddia әrizәsinә mahiyyәti üzrә baxılaraq, iddia tәlәbinin tәmin olunması barәdә ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrәli qәtnamә qәbul edilmişdir. Göründüyü kimi, hüquqi ünvanı Bakı şәhәrinin Nәsimi rayonu әrazisindә yerlәşәn cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı verilmiş iddia әrizәsindә “silinmәsi tәlәb olunan borcun” Bakı şәhәri Sabunçu rayonu Sabunçu qәsәbәsinin Bünyatov küçәsindә yerlәşәn iddiaçı İddiaçı mәxsus qeyri-yaşayış sahәsinә, yәni mağazaya (abonent kodu: 09020**********) itirilmiş enerjinin bәrpası mәqsәdilә hesablanmış borc olması, hüquqi şәxs yaratmadan fәrdi sahibkarlıq fәaliyyәti ilә mәşğul olan abonent İddiaçı (VÖEN 3000505292) rәsmi qeydiyyat ünvanı ünvan 1 olsa da, mәlum mübahisәnin onun adına 09020********** nömrәli abunә kodu verilmәklә elektrik enerjisi ilә tәchiz edilmiş Bakı şәhәrinin Sabunçu rayonu әrazisindә yerlәşәn qeyri-yaşayış sahәsindә, yәni mağazada elektrik enerjisindәn istifadә ilә әlaqәdar yaranmış mübahisә olması vә hazırkı mübahisә hüquqi şәxs yaratmadan fәrdi sahibkarlıq fәaliyyәti ilә mәşğul olan iddiaçı İddiaçı sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan kommersiya mübahisәsi olduğuna görә, hәmin mübahisәyә mülki mәhkәmә icraatı qaydasında kommersiya mәhkәmәsindә baxılmalı olması - işin mübahisәsiz halları kimi qәbul edilmәlidir. Bununla yanaşı, yuxarıda qeyd olunanlarla vә aşağıda göstәrilәn hallarla müәyyәn olunur ki, hazırkı iddianın yönәldiyi cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinin hüquqi ünvanı vә hazırkı mübahisәnin aid olduğu elektriklә tәchiz olunmuş sahibkarlıq obyekti Bakı şәhәri әrazisindә yerlәşdiyindәn vә eyni zamanda, hazırkı mübahisәnin iddiaçının şәxsi istehlakı üçün istifadә etdiyi elektrik enerjisi ilә әlaqәdar deyil, onun sahibkarlıq fәaliyyәti ilә әlaqәdar mağazanın elektrik tәchizatı üzrә istifadә olunan elektrik enerjisi ilә bağlı yaranan mübahisә olduğundan - iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” barәdә hazırkı kommersiya mübahisәsinә Şәki Kommersiya Mәhkәmәsindә deyil, Bakı Kommersiya Mәhkәmәsindә mahiyyәti üzrә baxılmalı vә hәll edilmәli idi. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 35.1-ci maddәsinә әsasәn, qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Hәmin Mәcәllәnin 35.2-ci maddәsinә әsasәn, hüquqi şәxsә qarşı iddia hüquqi şәxsin ünvanının olduğu yerә görә verilir. Yәni, Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә görә hüquqi şәxsә qarşı iddia hüquqi şәxsin ünvanının olduğu yerә görә müvafiq mәhkәmәyә verilmәli olmasına baxmayaraq, iddiaçı hazırkı iddia әrizәsi ilә özünün rәsmi qeydiyyata olduğu ünvan üzrә yerlәşәn mәhkәmәyә müraciәt etmişdir. Iddia әrizәsinin mәzmunundan görünür ki, iddiaçı hazırkı iddia әrizәsinin Şәki Kommersiya Mәhkәmәsinә verilmәli olmasını - özünün Şәki rayonunda yaşaması vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 36.9-cu maddәsinin “istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilməsi” tәlәbi ilә әsaslandırmışdır. Ilk növbәdә, bununla әlaqәdar mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, iddiaçının istinad etdiyi Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin “iddiaçının seçmәsinә görә aidiyyәti müәyyәn edәn” 36.9-cu maddәsinin “... yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yer ...” ifadәsi hazırkı mübahisә üzrә verilmiş iddianın Şәki Kommersiya Mәhkәmәsindә baxılmalı olmasını istisna edir. Çünki, yuxarıda qeyd olunanlardan görünür ki, tәrәflәr arasında elektrik tәchizatı üzrә yaranan münasibәtlәrin icra edildiyi yer Bakı şәhәrinin Sabunçu rayonunun Sabunçu qәsәbәsi әrazisindә yerlәşir vә hәmin әrazi Şәki Kommersiya Mәhkәmәsinin yurisdiksiyasına aid olan әrazi vahidlәrinin heç birinә aid deyildir. Bu halda isә, hazırkı iddia üzrә kommersiya mübahisәsinin Şәki Kommersiya Mәhkәmәsindә baxılmalı olmasının müәyyәn edilmәsi üçün hәmin maddәnin “istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşadığı yerə görə ... verilә bilmәsi” tәlәbinin tәsiri altına düşüb-düşmәmәsi müәyyәn edilmәlidir. Ona görә dә, Mülki-Prosessual Mәcәllәnin 36.9-cu maddәsindә nәzәrdә tutulan “istehlakçının hüququnun müdafiәsi” ifadәsinin fiziki şәxslәrin sahibkarlıq fәaliyyәti üzrә yaranan mübahisәlәrinә aid olub-olmaması araşdırılmalı vә bunun üçün dә hüquqi baxımdan “istehlakçı” ifadәsinin anlayışının müәyyәn edildiyi “Istehlakçıların hüquqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununa müraciәt olunmalıdır. “Istehlakçıların hüquqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsindә tәsbit olunmuşdur ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş vә xidmәtlәrdәn istifadә edәn, onları alan, sifariş verәn, yaxud almaq vә ya sifariş vermәk niyyәti olan şәxsdir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 13-cü maddәsinә әsasәn, sahibkarlıq fәaliyyәti isә şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların istehsalından vә (və ya) satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fərdi sahibkarlar tərəfindən gəlir) götürülmәsi olan fәaliyyәtdir. Göründüyü kimi, qanunvericilikdә “istehlakçı”ya - “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş vә xidmәtlәrdәn istifadә edәn, onları alan, sifariş verәn, yaxud almaq vә ya sifariş vermәk niyyәti olan şәxs kimi anlayış verilmişdir. Sahibkarlıq fәaliyyәti isә şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların istehsalından vә (və ya) satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fərdi sahibkarlar tərəfindən gəlir) götürülmәsi olan fәaliyyәtdir. Demәli, hazırkı iddia әrizәsindә silinmәsi tәlәb olunan borcun - iddiaçının sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi qeyri-yaşayış sahәsinin, yәni mağazanın elektrik tәchizatı ilә әlaqәdar hesablanmış borc olduğundan, bu mübahisә Mülki-Prosessual Mәcәllәnin 36.9-cu maddәsindә nәzәrdә tutulan “istehlakçının hüququnun müdafiәsi” mübahisәsi kimi qәbul edilib, baxıla bilmәzdi. Çünki, Mülki-Prosessual Mәcәllәnin 36.9-cu maddәsindә nәzәrdә tutulan müxtәlif mәhkәmәni seçmәk hüququ verәn seçim imkanı - bütün növ iddialara deyil, yalnız “istehlakçının hüququnun müdafiəsi haqqında” iddialara şamil edilmişdir. Ona görә dә, hәmin növ iddialar üzrә ilk növbәdә iddiaçı – “Istehlakçıların hüquqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәri baxımından “istehlakçı olaraq hüququnun müdafiəsi ilә әlaqәdar” iddia vermәlidir. Həmçinin, hüquq normasının qrammatik (yəni, qanunvericinin işlətdiyi sözə fikir verilməli və dilin qrammatik bölməsi və sözlərin məna uyğunluğu müqayisə edilməli) vә mәntiqi (yəni, maddənin anlamı, onun digər maddələr qarşısındakı vəziyyəti və s. təsbit edilməli) tәfsir metodlarına әsasәn müәyyәn etmәk mümkündür ki, Qanunvericilik Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 36.9-cu maddәsindә “istehlakçının hüququnun müdafiәsi” dedikdә, hәr hansı bir istifadәçini vә yaxud istehlakçını, o cümlәdәn dә sahibkarlıq fәaliyyәti ilә әlaqәdar elektrik enerjisindәn istifadә edәn fiziki şәxsi deyil, “Istehlakçıların hüquqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsindә nәzәrdә tutulan şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş vә xidmәtlәrdәn istifadә edәn, onları alan, sifariş verәn, yaxud almaq vә ya sifariş vermәk niyyәti olan istehlakçının hüququnun müdafiәsi nәzәrdә tutulur. Bundan әlavә, işin hallarına görә vә eyni zamanda, iddia әrizәsinin mәzmunundan görünür ki, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә tәqdim olunan hazırkı iddia әrizәsinin “Dövlәt rüsumunun ödәnilmәsi haqqında mәlumat” qrafasında "Bu ödәniş rüsumdan azaddir: istehlakçıların hüquqlarının pozulması ilә әlaqәdar verdiklәri iddialar üzrә - iddiaçılar" vә eyni zamanda, hәmin iddia әrizәsinin mәzmununda isә "Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanununun 9.1.5-ci maddәsinә әsasәn “istehlakçıların hüquqlarının pozulması ilә әlaqәdar verdiklәri iddialar üzrә iddiaçılar dövlәt rüsumu ödәmәkdәn azad olunurlar” qeyd olunmasına baxmayaraq, iddiaçı tәrәfindәn hazırkı iddia әrizәsinin Şәki Kommersiya Mәhkәmәsinә verilmәsi üçün 45 manat mәblәğindә dövlәt rüsumunun ödәnilmәsi barәdә hәmin mәhkәmәyә müvafiq mәdaxil qәbzi tәqdim olunmuş vә Şәki Kommersiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindә dә “iddiaçı tәrәfindәn iş üzrә ödәnilmiş 45 manat dövlәt rüsumunun cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtindәn tutulub iddiaçı İddiaçı ödәnilmәsi qәt edilmişdir”. Demәli, bu halın özü dә birinci instansiya mәhkәmәsi tәrәfindәn iddiaçının hazırkı iddiasının “istehlakçıların hüquqlarının pozulması ilә әlaqәdar” verilmiş iddia olmaması kimi qiymәtlәndirilmәsinә dәlalәt edir. Çünki, “"Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun 9.1.5-ci maddәsinә әsasәn istehlakçıların hüquqlarının pozulması ilә әlaqәdar verdiklәri iddialar üzrә iddiaçılar dövlәt rüsumu ödәmәkdәn azad olunmuşlar. Yәni, birinci instansiya mәhkәmәsi hazırkı iddia üzrә dövlәt rüsumunun ödәnilmәsinә münasibәtdә iddiaçını “istehlakçı” hesab etmәsә dә, işin baxılması ilә әlaqәdar әrazi aidiyyәti üzrә mәhkәmәnin seçilmәsindә onu “istehlakçı” kimi qәbul etmişdir. Belәliklә dә, tәsvir olunanlar belә nәticәyә gәlmәyә әsas verir ki, hazırkı işdә iddiaçı İddiaçı (VÖEN 3000505292) şәxsi tәlәbatını ödәmәk mәqsәdi ilә deyil, sahibkarlıq fәaliyyәti üçün zәruri olan elektrik enerjisindәn istifadә ilә әlaqәdar yaranmış mübahisә ilә bağlı mәhkәmәyә müraciәt etdiyindәn, o, “istehlakçı” statusuna malik iddiaçı kimi qiymәtlәndirilә bilmәz. Ona görә dә, hazırkı iş üzrә iddia әrizәsi iddiaçının seçiminә görә deyil, Mülki-Prosessual Mәcәllәnin 35.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinin hüquqi ünvanının olduğu yerә görә verilmәli idi. Odur ki, qeyd olunanlarla müәyyәn edilir ki, cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinin hüquqi ünvanı vә elәcә dә, tәrәflәr arasında elektrik tәchizatı üzrә yaranan münasibәtlәrin icra edildiyi ünvan Bakı şәhәri әrazisindә olmasına vә hәmin ünvanların yerlәşdiyi әrazi, yәni Bakı şәhәrinin әrazisi - Bakı Kommersiya Mәhkәmәsinin yurisdiksiyasına aid olan әrazi olmasına baxmayaraq, iddiaçı İddiaçı ## ######## 2025-ci ildә hazırkı iddia әrizәsi ilә Şәki Kommersiya Mәhkәmәsinә müraciәt edәrkәn, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin işlәrin mәhkәmәlәrdә baxılmasının “әrazi aidiyyәti” qaydalarına dair tәlәblәrini pozmuşdur. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 40.1-ci maddәsinә әsasәn, әrazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. Azәrbaycan Respublikası Konstitusiyasının 62-ci maddәsindә göstәrilir ki, hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә, mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müəyyən edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müәyyәn olunur ki, iddiaçı İddiaçı (VÖEN 3000505292) cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair kommersiya işinә әrazi aidiyyәti qaydaları pozulmaqla Şәki Kommersiya Mәhkәmәsindә baxılmış vә iş üzrә şikayәt olunan mәlum ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1357/2025 nömrәli mәhkәmә qәtnamәsi qәbul olunmuşdur. Halbuki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә görә mәhkәmә - mübahisәnin әrazi aidiyyәti ilә әlaqәdar mәsәlәlәri әrizәnin mәhkәmәnin icraatına qәbul edilmәsi zamanı yoxlamalıdır (maddә 45.1) vә iş hәmin mәhkәmәdә baxıldığı zaman onun aidiyyәt qaydalarının pozulması ilә icraata qәbul edildiyi aşkar olarsa, mәhkәmә - işi başqa mәhkәmәdә baxılmağa vermәlidir (maddә 44.2.2). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 45.2-ci maddәsinә әsasәn, mәhkәmә mübahisәnin әrazi aidiyyәti ilә bağlı bu Mәcәllәnin 21-ci fәslinin qaydalarına uyğun olaraq qәrardad çıxarır. Hәmin qәrardaddan işdә iştirak edәn şәxslәr tәrәfindәn qәrardadın alındığı (verildiyi) andan 10 gün әrzindә şikayәt verilә bilәr. Hәmin Mәcәllәnin 45.3-cü maddәsinә әsasәn, işin bir mәhkәmәdәn başqa mәhkәmәyә verilmәsi hәmin qәrardaddan şikayәt verilmә müddәti başa çatdıqdan sonra icra edilir. Hәmin Mәcәllәnin 45.4-cü maddәsinә әsasәn, bir mәhkәmәdәn digәrinә göndәrilәn iş, onun göndәrildiyi mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilmәlidir. Mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәrә yol verilmir. Mәhkәmәlәr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş bir mәhkәmәdәn başqasına verilir. Belәliklә dә, iddiaçı İddiaçı (VÖEN 3000505292) cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbi barәdә iddia әrizәsinә Şәki Kommersiya Mәhkәmәsindә әrazi qaydaları pozulmaqla baxılaraq, birinci instansiya mәhkәmәsi tәrәfindәn әrazi qaydaları pozulmaqla ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrәli qәtnamә qәbul edildiyindәn, aşağıda istinad olunan qanunvericilik normalarına әsasәn hәmin qәtnamә lәğv edilmәli vә kommersiya işi әrazi aidiyyәti qaydalarına uyğun olaraq baxılması üçün müvafiq birinci instansiya mәhkәmәsinә, yәni Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 384.0.4-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi işә mәhkәmә vә ya әrazi aidiyyәti qaydalarının pozulması ilә baxıldığını müәyyәn etdikdә, qәtnamәni lәğv edib, işi aidiyyәti üzrә birinci instansiya mәhkәmәsinә göndәrә bilәr. Hәmin Mәcәllәnin 385.1 vә 385.1.1-ci maddәlәrinә әsasәn, maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi - mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 387.2 vә 387.2.9-cu maddәlәrinә әsasәn, işә әrazi vә ya mәhkәmә aidiyyәti qaydalarının pozulması ilә baxılmışdırsa - şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilmәlidir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 402.2-ci maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında (maddə 402.2.1), kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә (maddə 402.2.3), iş üzrә icraata xitam verilmәsi barәdә (maddə 402.2.4) vә bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında (maddə 402.2.5) - qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 263, 264, 372, 382, 384-390, 402 vә 405-406-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. Şәki Kommersiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1357/2025 nömrәli qәtnamәsi lәğv edilsin. Iddiaçı İddiaçı (VÖEN 3000505292) cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “borcun silinmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair kommersiya işi әrazi aidiyyәti üzrә baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan, rәsmi qaydada verildikdәn (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddәtindә Şәki Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vә vәkil vasitәsi ilә kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar