Məhkəmə qərarları › İş №2-2(3-10)-70/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-70/2026

26.05.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-70/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – ekspertiza xərcinin tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 Sirac oğlunun, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “cavabdehdən əsas borcun, dövlət rüsumunun və hüquqi xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *-*(***)-****/**** saylı əlavə qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “cavabdehdən 136105,60 manat məbləğində borcun tutulması, təhqiqat mərhələsində təmsilçilik üçün vəkillə bağladığı 500 manat müqavilə üzrə ödənişin, məhkəməyə iddia ərizəsinin hazırlanması və məhkəmədə təmsil üçün bağladığı 500 manat vəkillik müqaviləsi üzrə ödənişin və ödənilmiş 431 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin təmin edilməsini xahiş etmişdir.

I. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 136 105.6 manat borc, 500 manat hüquqi yardıma görə ödənilmiş pul və 426.11 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

3. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş və müvafiq rəy verilmiş, lakin ekspertiza tədqiqatının dəyərinin tərəflərdən tutulması ilə bağlı məsələ qətnamədə öz həllini tapmamışdır.

4. Buna görə də Şəki Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq işdə iştirak edən şəxsləri xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxartmaq qərarına gəlmişdir.

5. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsinin mümkün hesab etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı əlavə qətnaməsi ilə cavabdeh Cavabdeh aparılmış tədqiqatın dəyəri olan 200 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.

7. Əlavə qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikаyəti vermişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə xərclərinin, o cümlədən ekspertiza xərclərinin kimin üzərinə düşəcəyi məsələsi həmin qətnaməyə dair apellyasiya şikayətinin apellyasiya instansiyasında baxılmasının nəticəsindən asılıdır. Əsas qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi halında, ekspertiza xərclərinin ödənilməsi ilə bağlı qərar da yenidən nəzərdən keçirilməli olacaqdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı əlavə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 Sirac oğlu tərəfindən yazılı etiraz verilmişdir. Həmin etirazda qeyd edilmişdir ki, İş materiallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 136.105,60 manat əsas borc, 500 manat hüquqi yardım xərci və 426,11 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edildikdən sonra onun icrası məqsədilə icra sənədi verilmiş, Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmışdır. Eyni zamanda cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin həmin ərizə məhkəmə tərəfindən təmin edilməmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, cavabdeh sonradan artıq qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ayrıca ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində də ##.##.2026-cı il tarixli qətnamənin mövcudluğunu və icra mərhələsinə keçdiyini etiraf etmişdir. Beləliklə, iş üzrə qəbul edilmiş əsas qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdehin əsas qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müddətin bərpasından imtina edilmiş, nəticədə qətnamə hüquqi qüvvə əldə etmiş və icra mərhələsinə keçmişdir. Bu hal cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə qəbul edilə bilər. Hazırkı halda da məhz belə olmuşdur. Ekspertiza xərci ilə bağlı məsələ əsas qətnamədə həll edilmədiyindən məhkəmə qanunun birbaşa göstərişinə uyğun olaraq əlavə qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində istinad etdiyi MPM-in 119.1-ci maddəsi də məhkəmənin mövqeyini təsdiq edir. Həmin norma məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflər arasında bölüşdürülməsini nəzərdə tutur. Hazırkı işdə iddia təmin edilmiş, cavabdehdən əsas borc, hüquqi yardım haqqı və dövlət rüsumu tutulmuşdur. Buna görə də ekspertiza xərcinin də iddianı uduzmuş tərəf olan cavabdehin üzərinə qoyulması tam qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində əsas qətnamədən şikayət verildiyinə istinad etməsi də əsassızdır. Belə ki, MPM-in 229.2-ci maddəsində açıq şəkildə göstərilmişdir ki, əlavə qətnamənin çıxarılması qətnamənin qanuni qüvvəyə minməsini təxirə salmır. Digər tərəfdən, hazırda əsas qətnamə artıq qanuni qüvvəyə minmişdir və onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı hüquqi perspektiv mövcud deyildir. Cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən ehtimal xarakterli mülahizələr hüquqi əhəmiyyət daşımır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində əlavə qətnamənin qanunsuz olmasını təsdiq edən hər hansı maddi və ya prosessual hüquq pozuntusuna istinad etməmiş, yalnız ehtimal olunan gələcək nəticələr barədə mülahizələr irəli sürmüşdür. Halbuki apellyasiya instansiyası məhkəməsinin vəzifəsi qanuni və əsaslı məhkəmə aktını ehtimallara deyil, konkret hüquq pozuntularına əsasən qiymətləndirməkdir. Belə pozuntular isə mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 Sirac oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin əlavə qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin əlavə qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: (...). - 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. (...).

19. Maddə 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər.

20. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

27. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 136 105.6 manat borc, 500 manat hüquqi yardıma görə ödənilmiş pul və 426.11 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

29. Cavabdeh Cavabdeh qeyd edilən qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

30. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı (hakim M.Hüseynov) ilə, cavabdeh Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir.

31. Həmin qərardaddan cavabdehin Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

32. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı) ilə, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

33. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qərardadı ilə, cavabdeh Cavabdeh şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

34. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi qanuni qüvvəsini almışdır.

35. Əlavə qətnamədən verilmiş apellyasiyaşikayətinin əsas dəlili X2 ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə xərclərinin, o cümlədən ekspertiza xərclərinin kimin üzərinə düşəcəyi məsələsi həmin qətnaməyə dair apellyasiya şikayətinin apellyasiya instansiyasında baxılmasının nəticəsindən asılı olması barədədir.

36. İş materiallarından da göründüyü kimi, X2 ##.##.2026-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

37. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*- *(***)-****/**** saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-iqtisad ekspertizası üzrə ##.##.2026-cı il tarixli, **/**** nömrəli rəyin ekspert xərclərinə dair bildirişi hissəsindən görünür ki, həmin ekspert rəyinin verilməsi üçün aparılmış təqdiqatın dəyəri 200 manat təşkil etmiş, həmin qeyd olunan bildiriş ekspert tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

38. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-iqtiad ekspertizası təyin edilmiş və müvafiq rəy verilmiş, lakin ekspertiza tədqiqatının dəyərinin tərəflərdən tutulması ilə bağlı məsələ öz həllini tapmamışdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq ekspert xərci üzrə əlavə qətnamə qəbul edərək ekspert rəyi verilməsi üçün aparılmış təqdiqatın dəyəri olan 200 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlsini qət etmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə əlavə qətnamə çıxartmaqla məhkəmə xərcləri haqqında məsələni qanunauyğun şəkildə düzgün həll etmişdir.

42. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə əlavə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə əlavə qətnaməsi qanuni və əsaslı, həmin əlavə qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

43. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Qətnamənin mübahisələndirilən hissəsi on min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı əlavə qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar