Məhkəmə qərarları › İş №2-2(3-10)-72/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-72/2026

20.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-72/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pulun tutulması tələbinə kommersiya mübahisəsi üzrə (Açar sözlər: “pulun tutulması” tələbi, rədd) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə1, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ibadulla qızının iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində üzüm bağlarının salınması, yüksək keyfiyyətli üzüm məhsulunun yetişdirilməsi və hazır məhsulun daxili xarici bazarlarda reallaşdırılaraq mənfəət əldə edilməsi məqsədi ilə cavabdeh2 (“Investor”) ilə İddiaçı (“Sifarişçi”) arasında 2017-ci il ## #### tarixli * nömrəli Birgə əməkdaşlığa dair müqavilə bağlanmışdır.

2. Müqaviləyə əsasən investor layihə üçün öz mülkiyyətində olan və Qax rayonu, Zəyəm kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsini ayırmağı və görüləcək bütün işlərin xərcini ödəməyi, sifarişçi isə üzüm bağlarının salınmasını; tinglərə lazımi xidmətlərin göstərilməsini; bağların qorunmasını və xəstəliklərdən mühafizəsini; hazır məhsulların reallaşdırılmasını; iş və xidmətlərin icraçıları seçilərkən keyfiyyət və qənaət prinsiplərinə riayət etməyi; görülmüş işləri qanunvericiliyə uyğun formada aparmağı və lazımi qaydada sənədləşdirməyi; vergilər və digər qanuni ödənişlərin, o cümlədən digər hüquqi və fiziki şəxslərə qarşı yaranmış bütün ödənişlərin vaxtında ödənilməsini təmin etməyi; işlərin vəziyyəti barədə investora doğru məlumat verməyi; əldə olunan mənfəətin 50 faizini investora ödəməyi öhdəsinə götürmüşdür.

3. Qax rayonu Lələli kəndi ərazisində (müqavilədə ərazi kimi “Zəyəm kəndi” qeyd olunmuşdur) cavabdeh2 məxsus torpaq sahəsinin 5 hektar sahəsində üzüm bağları salınmış və 2024-cü il ## ### tarixdə cavabdeh2 (satıcı) və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (alıcı) arasında bağlanmış AN-İ № ******* nömrəli, AN-İ № ******* nömrəli və AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında satıcı ona məxsus Qax rayonu Lələli kəndi ərazisində yerləşən ümumi sahəsi müvafiq olaraq 0,9294 ha, 32,817 ha və 3,4417 ha olan torpaq sahələrini alıcıya satmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 240.000 manat məbləğində pulun və əldən çıxmış faydanın əvəzi olaraq 108.000 manat məbləğində pulun, cəmi 348.000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun alınaraq iddiaçıya ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilənin şərtini pozaraq torpağı və onun üzərindəki üzüm bağını özgəninkiləşdirərək başqa şəxsə satmışdır. O, müqavilə imzalandığı tarixdən müqavilənin şərti pozulanadək müqavilənin şərtinə əməl etmiş və müqavilədə göstərildiyi kimi cavabdehlərin onun gördüyü işlərlə bağlı heç bir yazılı iradı və təklifləri olmamışdır. Həmin üzüm bağından artıq bu ildən etibarən tam mənfəətə keçəcəkdilər. Cavabdehlər müqavilənin tələbini pozduqlarına görə mənfəət götürə bilməmişlər. Həmin üzüm bağı bu ildən etibarən azı 70 il məhsul verəcəkdi. Müqavilə bağlandıqdan sonra 2017-ci ilin iyul ayında Fransa Respublikasından “xxxx” şirkətinin təsisçisi və rəhbəri Tyerri Gontardı Azərbaycan Respublikasına dəvət etmiş, bundan sonra analizlərin nəticəsinə uyğun olaraq üzüm tingləri üçün calağaltı növləri seçmiş və 2018-ci ilin yazında əkinini həyata keçirmişdir. Göründüyü kimi, müqaviləyə uyğun olaraq o, öz üzərinə düşən işləri layiqincə icra etmiş və 6 il mütəmadi olaraq həmin üzüm bağına əvəzi ödənilmədən qulluq etmişdir. Beləliklə, əgər müqavilənin şərti pozulmasaydı, bu ildən etibarən onlar 5 ha üzüm bağından 80-90 ton civarında məhsul götürəcəkdilər. Bu da 80.000 manat məbləğində pul edəcəkdi. Müqavilədə göstərildiyi kimi həmin məbləğin 50%-i ona çatacaqdı. Nəticədə il ərzində 40.000 manat mənfəət onun olmalı idi. Cavabdehlərin etdiyi pozuntuya görə o həmin gəlirdən məhrum olmuş və əlavə olaraq torpaq sahəsinə mütəmadi olaraq 6 il əvəzi ödənilmədən xidmət etmişdir. Bu gün ölkənin irəlidə gələn kənd təsərrüfatı bağçılığı ilə məşğul olan şirkətləri ortalama hər ay aqronomlarına 1500 manat əmək haqqı verir. Cavabdehlərin etdiyi pozuntuya görə o həmin gəlirdən məhrum olmuş və əlavə olaraq həmin torpaq sahəsinə mütəmadi olaraq 6 il əvəzi ödənilmədən xidmət etmişdir. Həmin xidməti başqa yerdə və başqa şəxsə göstərsəydi, bu məbləğ 6 il üçün ən azı 108.000 manat təşkil edəcəkdi. Əlavə olaraq qeyd olunan bağın əkilməsinə görə fiziki qüvvə və vaxt məhdudiyyəti yarandığı üçün özünə şəxsi yeni bağ əkini etməmişdir. Cavabdehlər bağı satdıqdan sonra o, yeni üzüm bağı əkdiyi halda belə həmin bağdan məhsul götürməyi üçün 6 il müddət tələb olunur. Bu da o deməkdir ki, növbəti 6 il müddətinə ortalama illik 40.000 manat mənfəət götürəcəkdi. Bundan irəli gələn səbəbdən 240.000 manat mənfəətdən məhrum olmuşdur. Ümumilikdə, cavabdehlərin üzüm bağını satmaları nəticəsində ona vurulmuş zərər 348.000 manat olmuşdur.

6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi (hakim – M.Hüseynov) ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 maddi ziyanın əvəzi olaraq 18625 manat pul və əldən çıxmış faydanın əvəzi olaraq 10800 manat məbləğində pul olmaqla, cəmi 29425 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 53,95 manat hissəsinin alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 50 manat pulun 25 manat hissəsinin iddiaçıdan, 25 manat hissəsinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, aparılmış mütəxəsiss tədqiqatının dəyəri olan 600 manat pulun 300 manat hissəsinin iddiaçıdan, 300 manat hissəsinin cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin “xxxx” ASC Nərimanov filialında olan bank hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2, 21, 385.1, 386.1, 389.1, 390.1, 422, 752.1, 753.1, 755, 759.1 və 760.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 117.1, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan cavabdeh2 (investor) və İddiaçı (sifarişçi) arasında bağlanmış ## #### 2017-ci il tarixli ** nömrəli birgə əməkdaşlığa dair müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu müqavilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində üzüm bağlarının salınması, yüksək keyfiyyətli üzüm məhsulunun yetişdirilməsi və hazır məhsulun daxili xarici bazarlarda reallaşdırılaraq mənfəət əldə edilməsi məqsədini daşıyır. - 2.1-ci bəndinə əsasən, “investor” layihə üçün öz mülkiyyətində olan və Qax rayonu, Zəyəm kəndi ərazisində yerləşən 6.0 ha torpaq sahəsini ayırmağı və görüləcək bütün işlərin xərcini ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən, “investorun” işlərin gedişi barədə məlumat almaq; görülmüş işlərin vəziyyətini yoxlamaq, bunun üçün lazım gələrsə, mütəxəssis cəlb etmək; maliyyə və digər sənədlərlə tanış olmaq hüquqları vardır. - 2.3-cü bəndinə əsasən, “sifarişçi” üzüm bağlarının salınmasını; tinglərə lazımi xidmətlərin göstərilməsini; bağların qorunmasını və xəstəliklərdən mühafizəsini; hazır məhsulların reallaşdırılmasını; iş və xidmətlərin icraçıları seçilərkən keyfiyyət və qənaət prinsiplərinə riayət etməyi; görülmüş işləri qanunvericiliyə uyğun formada aparmağı və lazımi qaydada sənədləşdirməyi; vergilər və digər qanuni ödənişlərin, o cümlədən digər hüquqi və fiziki şəxslərə qarşı yaranmış bütün ödənişlərin vaxtında ödənilməsini təmin etməyi; işlərin vəziyyəti barədə “investor”a doğru məlumat verməyi; əldə olunan mənfəətin 50 faizini “investor”a ödəməyi öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən, tərəflər müqavilə üzrə götürdüyü öhdəliklərə görə cavabdehlik daşıyırlar və bu öhdəlikləri icra etmədiklərinə, və yaxud, lazımi qaydada icra etmədiklərinə görə qarşı tərəfə vurulan zərəri qanunvericiliklə nəzərdə tutulmuş qaydada tam ödəməyə borcludurlar. - 2.5-ci bəndinə əsasən, tərəflərdən biri hər hansı səbəbdən (ölüm, itkin düşmüş elan edilmə, fəaliyyət qabiliyyətinin itirilməsi və s.) sıradan çıxdıqda müqaviləyə xitam verilmir, tərəfin hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq onun vərəsələrinə keçir. - 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan sonra qüvvəyə minir və üzüm bağları məhsul verdiyi müddətdə qüvvədədir.

9. Qətnamədən narazı qalan iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişlər.

10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (sədrlik edən – Z.Sadiqov, hakimlər Ə.Kərimov və E.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilmiş, iddiaçı tərəfindən mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, həmçinin qətnamənin məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi hissəsində dəyişdirilərək, iddiaçıdan iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan cəmi 600 manat məbləğində pul vəsaiti isə tutularaq “xxxx” MMC-nin hesabına ödənilmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni dəymiş zərərin əvəzi olaraq 240.000 manat məbləğində pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir. Onun tələbinə münasibətdə çox az bir məbləğ təmin edilmişdir. Çünki yuxarıda qeyd etdiyi məhkəmə tərəfindən MM-nin 385.1, 425.1-ci maddələri, MPM-nin 88-ci və 135.1-ci maddəsinin tələbləri pozulmuşdur. 14.Qeyd edir ki, mülki iş üzrə məhkəmə qərar qəbul edərkən həmin üzüm bağının mövcud vəziyyətini nəzərə almışdır. Bundan başqa zərər nəzərə alınarkən 2018-2024-cü illər nəzərə alınmışdır. Halbuki, həmin illər ərzində ancaq bağa qoyulan vəsaiti investora geri qaytarılması prosesi baş vermişdir. Əlavə olaraq bildirir ki, məhkəmə yekun qərara gələrkən mütəxəssis rəyində göstərilən halları obyektiv nəzərə almamışdır. Belə ki, rəydə göstərilmişdir ki, bağ nəzarətsizdir, kol-kosla əhatələnmişdir, bağ zəif inkişaf etmişdir. Buna cavab olaraq bildirir ki, cavabdeh cavabdeh1 və cavabdeh2 onunla aralarında olan müqaviləni pozaraq həmin bağı 2024-cü ilin may ayında başqa şəxsə satmışdır. Buradan görünür ki, həmin bağ bir ildən çox qulluqsuz qalmışdır və onun nəzarətində olmamışdır. Məhkəmə obyektiv araşdırma aparsa idi qeyd etdiyi hallar nəzərə alınacaqdı. 15.Qeyd edir ki, o, müqavilə imzalandığı tarixdən müqavilənin şərti pozulanadək müqavilənin şərtinə əməl etmişdir və müqavilədə göstərildiyi kimi cavabdehlər onun gördüyü işlərlə bağlı heç bir yazılı iradı və təklifləri olmamışdır. Bundan əlavə qeyd edir ki, həmin üzüm bağından artıq 2024-cü ildən etibarən tam mənfəətə keçəcəkdilər. Cavabdehlər aralarında bağlanmış müqavilənin tələbini pozduqlarına görə mənfəət götürə bilməmişlər. Qeyd edir ki, həmin üzüm bağı bu ildən etibarən azı 70 (yetmiş) il məhsul verəcəkdi. Onların aralarında müqavilə bağlandıqdan sonra 2017-ci ilin iyul ayında Fransa Respublikasından “xxxx” şirkətinin təsisçisi və rəhbəri Tyerri Gontardı Azərbaycan Respublikasına dəvət etmişdir. Məqsədi həmin torpaq sahəsindən torpaq analizlərini götürmək və ora uyğun calağaltılara malik üzüm tingləri əkmək olub. Bundan sonra Tyerri Gontard onun dəvətini qəbul edərək Azərbaycana gəlmişdir və həmin torpaq sahəsinə baxış keçirərək müəyyən dərinliklərdən və yerbəyerdən torpaq nümunələri götürülərək analiz üçün Fransaya aparılmışdır. Analizlərin nəticəsinə uyğun olaraq üzüm tingləri üçün calağaltı növləri seçmişdir və 2018-ci ilin yazında əkinini həyata keçirmişdir. Göründüyü kimi müqaviləyə uyğun olaraq o, öz üzərinə düşən işləri layiqincə icra etmişdir və 6 il mütəmadi olaraq həmin üzüm bağına əvəzi ödənilmədən qulluq etmişdir. Buna baxmayaraq qarşı tərəf bağı özgəninkiləşdirərək aralarında bağlanan müqavilənin şərtlərini və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə isə cavabdehlərin mülahizəsini əsas tutaraq qətnamə qəbul etmişdir.

16. Bundan başqa bildirir ki, məhkəmə digər cavabdeh cavabdeh1 münasibətdə iddianı təmin etməmişdir. Bildirir ki, cavabdeh cavabdeh1 ilə cavabdeh2 rəsmi nikahdadır. Onun danışıqları cavabdeh1lə olmuşdur və bütün görülən işlər onunla razılaşdırılmışdır. Ancaq digər cavabdeh cavabdeh2yla müqavilə imzalanmışdır göründüyü kimi cavabdeh cavabdeh1 dolayı yolla məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Ancaq məhkəmə bunu bilərəkdən nəzərə almamışdır. Beləliklə onun tələb etdiyi məbləğ tam əsaslıdır. Ona dəymiş zərəri tam hesabladıqdan sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh cavabdeh1 cavabdeh kimi nəzərə alınmaması və ona dəymiş zərərin ədalətli hesablanmaması onun hüququnu pozmuşdur. Məhkəmə ümumiyyətlə bu hissəyə ədalətli yanaşmamışdır.

17. Bundan başqa bildirir ki, məhkəmə iclasına tərəfindən gətirdiyi şahidlər dindirilməmişdir. Əgər şahidlər dindirilsə idi onun cavabdeh1 ilə birlikdə işləməyi, onunla üzüm bağında mütəmadi görüşləri, həmin bağa tərəfindən gətirilən avadanlıqlar və bağ üçün bütün görülən işlərin və bağa göstərilən qulluğun onun rəhbərliyi altında oduğu öz əksini tapacaqdır. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərdiyi halları nəzərə almamışdır. 18.Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 19.Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. 20.Məhkəmə qətnaməsi haqqında Plenum qərarında qeyd olunur. Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir. 21.Həmin Plenum qərarının 2-ci bəndinin 4-cü hissəsində qeyd olunur ki, Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 22.Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. 23.MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və düzgün tətbiq edilməmiş hesab olunur ki, birinci instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 24.MPM-nin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Odur ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını, apellyasiya şikayətinin tam təmin olunaraq ona dəymiş 348000 (üç yüz qırx səkkiz min) manat zərərin cavabdehlər cavabdeh1 və cavabdeh2 tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdeh cavabdeh2 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan səbəblərdən, Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir:

27. İ. Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“.... Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilə baxımından müəyyən edilən hal odur ki, iddiaçı, cavabdeh cavabdeh2 ilə aralarında birgə əməkdaşlığa dair müqavilə bağlayaraq qeyd edilən cavabdehə məxsus Qax rayonu Lələli kəndində yerləşən 5 hektar torpaq sahəsində üzüm bağlı salınmalı, üzüm bağının salınması üçün bütün xərcləri cavabdeh tərəf çəkməli, iddiaçı isə bu işdə təcrübəsi olan mütəxəssis olaraq bu işlərin aparılmasına öz biliyi, təcrübəsi və intellektual fəaliyyəti ilə rəhbərlik etməli, üzüm bağlı uzun illər fəaliyyət göstərməli, əldə edilən məhsuldan əldə edilən mənfəət tərəflər arasında pay olaraq 50% olmaqla bölünməli idi.”

28. Halbuki, qeyd olunan müqaviləyə əsasən, Qax rayonu Zəyəm kəndində yerləşən 6,0 hektar torpaq sahəsində üzüm bağlı salınmalı idi. Lakin,Şəki Kommersiya Məhkəməsi işin qeyd olunan halına ümumiyyətlə münasibət bildirməmişdir.

29. II. Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“.... Bundan əlavə cavabdeh tərəfin digər arqumenti, qeyd edilən müqavilənin cavabdeh2lə bağlansa da, sonuncu cavabdehin həmin müqavilənin icrası ilə bağlı hər hansı bir addım atılmadığı müəyyən edilir. Məhkəmə də müəyyən edir ki,müvafiq torpaq sahəsi cavabdeh cavabdeh2 adına hüquqi qeydiyyata alındığından hazırkı müqavilə onun adından bağlanmış, işləri isəonun həyat yoldaşı cavabdeh1 icra etmişdir.

30. Məhkəmə bildirir ki, qeyd edilən müqavilənin məzmununda öhdəlikləri tərəflər bilavasitə özləri və ya onların tapşırıqları ilə başqa şəxlər tərəfindən icra edilməsi mümkündür. Hazırkı vəziyyətdə də qeyd edilən müqavilənin həm iddiaçı tərəfindən həm də cavabdeh cavabdeh2 tərəfindən (verdiyi etibarnamə, alınmış bitki mühafizə vasitələri, avadanlıqlar və.s sənədlər) icra edilməsi təsdiq edilir. Müqavilənin cavabdeh2 tərəfindən özünə məxsus evdə olmaqla da, bilavasitə üzüm bağına gəlmədən də icra edilməsi (müəyyən vəsaiti ödəmək və .s) mümkündür. Ona görə də cavabdehin bu arqumenti əsassızdır.

31. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli birgə əməkdaşlıq haqqında müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilməmişdir. Lakin,qeyd edilən müqavilənin bağlanma əsası olan müvafiq üzüm bağının yerləşdiyi torpaq sahəsi, hazırkı müqavilənin tərəfi olan cavabdeh cavabdeh2 tərəfindən ##.##.2024-cü il tarixdə başqa şəxslərə satılmış, bundan sonra iddiaçı tərəfindən qeyd edilən müqavilə əsasında məhkəmədə iddia qaldırmaq üçün prosedurlara başlanılmışdır.”

32. Halbuki, iddiaçı İddiaçı məhkəməyə verdiyi izahatında müqavilənin faktiki olaraq cavabdeh1 ilə bağlandığını, torpaq sahəsi cavabdeh2 mülkiyyətində olduğu üçün sadəcə formal olaraq sonuncu ilə müqavilə bağladığını bildirmişdir. Bununla belə işə baxan Şəki Kommersiya Məhkəməsi iddiaçı İddiaçı həmin etirafına öz qətnaməsində yer verməmişdir.

33. III.Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“... Işin mübahisələndirlən hissəsi ümumiyyətlə bütün iddia tələbi ilə bağlıdır. Beləki, cavabdehin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarındaiddiaçının qeyd edilən üzüm bağının salınmasında iştirakını təkzib etməsədə, müvafiq həcmdə üzüm əldə edilməməsi səbəbindən müqavilənin cavabdehlər tərəfindən icra olunmadığına əsaslanmış və bu səbəbdən həmin torpaq sahəsinin satıldığı bildirilmişdir.

34. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdehlər üzüm bağının salınmasında iddiaçının hər hansı bir formada iştirakını istisna edən hər hansı bir dəlil və ya tutarlı arqument irəli sürməmiş və sübut təqdim etməmişlər. Lakin iddiaçı tərəfindən təqdim edilən “cavabdeh2 (investor) və İddiaçı(sifarişçi) arasında bağlanmış ## #### 2017-ci il tarixli ** nömrəli birgə əməkdaşlığa dair müqavilə, illər üzrə çəkilən xərcləri və əldə edilən məhsulları özündə əks etdirən dəftər, cavabdeh2 tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixinədək verilmiş ##.##.2022ci il tarixli AR-II№ ****** nömrəli etibarnamə ilə, müvafiq olaraq iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 tərəfindən “xxxx” QSC-dən bitki mühafizə vasitələrinin alınmasını özündə əks etdirən ##.##.2022-ci il tarixli 2 ədəd təhvil təslim aktı, “xxxx”ASC ilə iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli CPMI *****-** nömrəli “Podratçıya məxsus olan qurğu və avadanlıqlarının sığortası”iləbağlı sığorta şəhadətnaməsi, cavabdeh2 tərəfindən 2022,2023, 2024-cü illər üzrə fermer kartı ilə alınmış toxum, gübrəvə pestisidləri özündə əks etdirən ##.##.2024-cü il tarixli ** nömrəli arayışlar” iddiaçının qeyd edilən üzüm bağının salınmasında tərəflərin arasında bağlanmış müqavilə tələbləri çərçivəsində iştirakını dolayı yolla təsdiq etmişdir.”

35. Halbuki, məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi 02.2025-ci il tarixli *-**/*-***/**** nömrəli məktuba qoşma kimi AR Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-X6 Təcrübə Stansiyasının müdiri X1 tərəfindən hazırlanmış mütəxəssis rəyində qeyd edilir ki:

36. “1. Qax rayonu, Lələli kəndi ərazisində cavabdeh2 məxsus torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. (Müqavilədə 6 hektar qeyd edilsə də, təmiz bağ 5 hektardır. Həmin bağ salınarkən aqrotexniki əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Üzüm bağına çəkilən xərclər yerindən, əkilən tinglərdən, suvarma və gübrələmə sistemindən və əkinin qida sahəsindən asılı olaraq hektara çəkilən xərc inventarlar, materiallar və əmək haqqının ödənilməsindən, ümumiyyətlə təchizatdan asılı olaraq 22000-26000 manat ola bilər.

37. 2. Üzüm bağından surətli forma verməklə 2-3 ildən sonra qismən, yəni 20%, 3-4-cü il 60-80%, 5-ci ildən tam məhsul götürmək olar. Bağa baxış keçirilən zaman və şifahi sorğu əsasında 5 hektarda əkilən üzüm bağında, ümumilikdə 15-17 ton məhsul götürülmüşdür ki, bu da həmin sortlara məhsuldarlıqdan 2 dəfədən də azdır. Ehtimal olunur ki, məhsuldarlığın aşağı olması zəruri xərclər çıxıldıqdan sonra illər üzrə mənfəət götürmək qənaətbəxş deyildir. Buna səbəb aqrotexniki qulluqlar aparılmamış, suvarma sistemi qənaətbəxş işləməmiş, 5 ha bağda seyrəklik əmələ gəlmiş, hal-hazırda sahədəki tənəklərin 25-30%-i qurumuş, sahədə nəzərə çarpacaq seyrəklik var və digər mövcud tənəklərin isə 5-10%-i qurumaya meyilli vəziyyətdə olmaqla xəstəlik və zərərvericilərlə aparılmamış, tənəklərdə, zoğlarda quruma əlamətləri vardı. Üzüm bağı tam alaqlı və kolkosun içindədir. Tənəklərin inkişaf vəziyyəti yaşına uyğun deyil, zəifdir.

38. 3. Birinci sualın davamı olaraq bildirir ki, 2024-cü ildən məhsuldarlığın tam artırılması istiqamətində aqrotexniki tədbirlər kompleksi həyata keçirilərsə, cərgə və bitki aralarında becərmələr, sorta məxsus yük normaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kökdən və yarpaqdan gübrələmə sistemləri aparılarsa, seyrəklik aradan qaldırılarsa, 2-3 ilə bağdan keyfiyyətli məhsul götürmək olar. Bağabaxış keçirərkən müəyyən ediblər ki, cari ildən məhsuldarlığın qismən illər üzrə artımına nail olmaq üçün mütləq kompleks aqrotexniki tədbirlər həyata keçirilməlidir.

39. 4. Bildirir ki, müqavilə şərtlərindən asılı olaraq salınmış üzüm bağının tam aqrotexniki qaydada becərilməsi nəzərdə tutulmuşdursa, bu iş müvəffəqiyyətlə başa çatdırılmamış, becərilmələr başlı-başına buraxılmış, bu da məhsuldarlığın hər 3 sort üzrə ilbəil azalmasınaiqtisadi səmərəliliyin olmamasına və nəticədə bağlarda tənəklərin qurulmasına səbəb olmuşdur. Həmin üzüm bağından tənəklər əkildiyi ildən 5 il sonra, yəni 2023-cü ildə tam məhsul verərək iqtisadi gəlirli ola bilərdi. Göründüyü kimi, həmin sahədə aqrotexniki qulluq işləri düzgün təşkil edilmədiyindən, əksinə məhsuldarlıq həddən artıq zəif olmuşdur.

40. Üzüm bağlarının salınması, bağlara qulluq edilməsi, bağın becərilmə şəraiti, alınan əkin materialının, istifadə olunan dəmir beton dirəklərinin formalarından və əkin sxemindən asılı olaraq bağın salınmasına çəkilən xərc artıb azala bilər.”

41. Həmçinin yenə də məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi xxxx MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli CVN/M 49- ***/** nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki:

42. -1-ci sual üzrə: Qax rayonu, Lələli kəndi ərazisində cavabdeh2 məxsus 5 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Ərazidə müxtəlif torpaq sahəsinə baxış keçirilmişdir. Ərazidə müxtəlif sortlardan üzüm bağının salındığı müəyyən edilmişdir. Bağın aqrotexniki qaydalara uyğun salındığı müşahidə edilir. Belə ki, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmişdir. Bağın 2018-ci ildə salınması ehtimal edilir, tinglərin yaşı 7 illikdir. Bağın salınmasına çəkilən xərclər ümumi olaraq 49 000 manat təşkiledir. -2-ci sual üzrə: Birinci sualın davamı olaraq 2018-ci ildə salınmış üzüm bağından 2020ci il üzrə 20-30%, digər illər üzrə artan templə davam edərək 2024-cü ildə tam məhsul götürmək ehtimalı ola bilərdi. 1 il üzrə orta xərc 4048.8 manat, yuvarlaq şəkildə 4050 manat təşkil edir. Bağın mövcud vəziyyətindən və ötən illərin məhsuldarlığına dair araşdırmalardan, təhlillərdən müəyyən edilir ki, 2020-2024-cü illər arasında əldə edilmiş mənfəət ümumilikdə 37250 manat təşkil edir. -3-cü sual üzrə: Qeyd edilən üzüm bağından 2024- cü ildən başlayaraq məhsuldarlığın tam formada əldə edilməsi aqrotexniki qulluqdan asılı olaraq dəyişə bilər. - 4-cü sual üzrə: Birinci sualın cavabdında qeyd edildiyi kimi qeyd edilən bağ aqrotexniki qaydalara uyğun olaraq salınmışdır. Əkin sxemi düzgün seçilmiş, damlamasuvarmasistemi ilə təchizedilmişdir. Bununla belə aqrotexniki qulluq işlərinə tam riayət edilməmiş, gözlənilən nəticə əldə olunmamışdır. Iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün qiymətləndirilir.

43. Təcrübəsindən, iş yerindən (dövlət və ya özəl sektor), ixtisas sahəsindən və regiondan asılı olaraq aqronomun, sahə mütəxəssisinin orta aylıq əmək haqqı araşdırılaraq təhlil edilmişdir. 2018-2020-ci illər üçün Dövlət Statistika Komitəsi məlumatlarına görə, aqronomların orta aylıq maaşı 900-1600 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün 1250 manat / 1ay x 24ay =30000 manat təşkiledir.

44. Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“....Məhkəmə müəyyən edir ki, qeydedilən üzüm bağı cavabdeh cavabdeh2 maddi vəsaitivə iddiaçının müvafiq təcrübi biliyi ilə iştirakı nəticəsində salınmışdır. Nəzərə alsaq ki, tərəflər arasında üzüm bağının idarə olunması ilə bağlı yaranmış müqavilə münasibətləri təxminən 2024-cü ilin aprel ayından sonra icra edilməmişdir, bu mənada mütəxəssis tərəfindən baxış keçirilən tarixə, yəni 2025-ci ilin yanvar–fevral ayların qeyd edilən bağın aqrotexniki vəziyyətinin pis vəziyyətdə olması, həmin bağa ziyanvericilərin sirayət etməsi, kol-kos basması və baxımsız görünməsi mümkündür. Bu müqavilə öhdəliyinin pozuntusunun iddiaçı tərəfindən edilməsi işdə olan sübutlar tədqiqi nəticəsində mümkün görünmür. Çünki qeyd edilən torpaq sahəsi mülkiyyətçi olan cavabdeh tərəfindən başqa şəxslərə satılmışdır.” Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi xüsusi bilik tələb edən yuxarıda qeyd olunan arqumenti ilə bağlı olaraq öz mülahizəsinə əsasən qiymətləndirmə ilə bağlı olaraq öz mülahizəsinə əsasən qiymətləndirmə aparmış və bu halı iddiaçının xeyrinə təfsir etmişdir.

45. Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“...54. Məhkəmə iddiaçının izahatı, onun təqdim etdiyi dəftər, həmçinin mütəxəssis rəyi əsasında qeyd edilən üzüm bağı ilə bağlı aparılmış təhlillərin nəticəsində 2020-2024-cü illər arasında əldə edilmiş mənfəətin ümumilikdə 37250 manat olması müəyyən edilir. Qeyd edilən mənfəətin əldə edilməsi zamanı mövsümi (dərmanlama və digər aqrotexniki xərclər) bütün çəkilən xərclər, həmçinin üzüm bağının salınması üçün çəkilən 49000 manat məbləğində xərcin illər üzrə bölünməklə (hər ilə 700 manat xərc çıxılır) azaldıldığını müəyyən etmişdir. T ərəflər arasında bağlanmış müqavilədə çəkilmiş xərclərin tam ödənilməsindən sonrakı mənfəətin bölüşdürlüməsi nəzərdə tutulmadığından məhkəmənin qənaəti belədir ki, ilk andan əldə edilən mənfəətin bölüşdürülməsi qanuni və ədalətli hesab edilməlidir.”

46. Halbuki, iddiaçı İddiaçı məhkəməyə verdiyi izahat zamanı məhkəmənin təkrar-təkrar ona ünvanladığı mənfəətin bölüşdürülməsi ilə bağlı suallarına cavab olaraq, bildirmişdir ki, çəkilmiş xərclərin tam ödənilməsindən sonra mənfəət onlar arasında bölüşdürüləcəkdi.

47. Azərbaycan dilinin orfoqrafiya lüğətində də mənfəət deyildikdə, gəlirin xərci çıxdıqdan sonra qalan artıq hissəsi, pul gəliri; qazanc başa düşülür. Mənfəət - bir şirkətin və ya fərdi şəxsin fəaliyyəti nəticəsində əldə etdiyi gəlirin, həmin fəaliyyət üçün çəkilən xərcləri çıxdıqdan sonra qalan artıq hissəsidir. Başqa sözlə desək, mənfəət, gəlirlə xərclər arasındakımüsbət fərqdir.

48. Həmçinin tərəflər arasında bağlandığı iddia olunan (faktiki olaraq etibarsız əqd) ##.##.2017-ci il tarixli bigə əmkdaşlıq haqqında müqaviləsinin 2.3-cü bəndində qeyd olunur ki, “...əldə olunan mənfəətin 50 faizini “investor”a ödəməyi öhdəsinə götürür.” Digər bir tərəfdən iddiaçı ümumiyyətlə iddia ərizəsində keçmiş illər üzrə mənfəətin bölüşdürülməsini məhkəmədən xahiş etmir. Iddia ərizəsində də qeyd edir ki, bu ildən yəni, 2024-cü ildən etibarən gələcəkdə qazanc əldə edəcəkdilər və bundan özünə düşən payı götürəcəkdi. Iddiaçı yalnız əldən çıxmış faydanı və əmək haqqını cavabdehlərdən tələb edir.

49. Bütün bunlara baxmayaraq, məhkəmə iddiaçının tələbindən kənara çıxaraq, iddiaçıya 2020-2024-cü illər arasında əldə edilmiş mənfəətin bölünməsi barədə qətnamə qəbul etmişdir.

50. Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki,“... 56. Beləliklə məhkəmə qeyd edilən işin faktiki hallarını vəqanunvericilik normalarını əsas tutaraq iddiaçının real zərərinin məbləğini müətəxəssis rəyinə əsasən hesablanmış mənfəətin 50%, yəni (37250/2=18625 manat) 18625 manat olması ilə razılaşır. Bundan əlavə, tərəflər arasında hazırkı müqavilənin uzunmüddətli müqavilə olaraq bağlanmasını, iddiaçının qeydedilən üzüm bağından əldə ediləcək mənfəətin uzun illər davam üzüm bağından əldə ediləcək mənfəətin uzun illər davam etməsi ehtimalını nəzərə aıb, lakin bu hal cavabdeh cavabdeh2 tərəfindən torpaq sahəsinin satılması və iddiaçıdan asılı olmayan digər səbəblərdən mümkün olmadığı qənaətinə gələn məhkəmə hesab edir ki, iddiaçı qeydedilən hallarbaşverməsəydi adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur.

51. Məhkəmə qeyd edir ki, iddiaçı haqqı çatanlardan məhrum olduğuna görə 2018- 2024-cü illər üzrə hesablama aparmışdır. Eyni zamanda, bu üzüm bağına sərf etdiyi əməyi başqa sahəyə sərf etsəydi müvafiq gəlir əldə edə bilərdi. Bu baxımdan o gözlədiyi qazancdan məhrum olmuşdur. Məhkəmə iddiaçının tələbinin əsaslarını, hazırkı vaxta kimi dəymiş real zərəri müəyyən etmişdir. Eyni zamanda, müqavilənin uzunmüddətli olmasını, həmçinin həmin sahədən götürüləcək məhsulun uzun müddətli olacağı ehtimalının daha real olmasına əsaslanaraq məhkəmənin qənaəti odur ki, iddiaçının haqqı çatanlardan məhrum olması təsdiq edilir. Lakin iddiaçı bu halı tam əsaslandıra bilməmiş, üzərinə düşən sübutetmə vəzifəsini tam icra edə bilməmişdir.

52. Iddiaçının əldən çıxmış fayda olaraq tələb etdiyi məbləğə münasibətdə müvafiq sübutlar əsasında mütəxəssis rəyində təcrübəsindən, iş yerindən (dövlət vəya özəl sektor), ixtisas sahəsindən və regiondan asılı olaraq aqronomun, sahə mütəxəssisinin orta aylıq əmək haqqı araşdırılaraq təhlil edilmişdir. 2018-2020-ci illər üçün Dövlət Statistika Komitəsi məlumatlarına görə, aqronomların orta aylıqmaaşı 900-1600 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün 1250 manat / 1 ay x 24 ay = 30 000 manat təşkil edir. Məhkəmə tərəfindən iddiaçıdan müvafiq aqronom ixtisası üzrə müvafiq peşə bilikləri ilə bağlı sənədləri tələb edilmiş, iddiaçı bu sənədlərin olmadığını bildirmişdir. Lakin tərəflərin müqavilə münasibətləri üzrə müvafiq öhdəliklər daşıdığını əsas götürərək, həmçinin iddiaçının sübutetmə vəzifəsinin icrasınin həddini nəzərə alaraq, məhkəmə bir il üçün iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını, aylıq ən aşağı qiymət (çünki müvafiq sahə mütəxəssis olması ilə bağlı sənəd təqdim etməmişdir) 900 manatla (900X12=10800manat) hesablayaraq iddiaçının əldən çıxmış gəliri olaraq 10800 manat qiymətləndirilməsini əsaslı, qanuni və ədalətli hesab edir.

53. Məhkəmə qeyd edir ki, iş üzrə müqavilə tərəfi cavabdeh2 olduğundan və öhdəliklərin icra edilməməsi nəticəsində də həmin şəxsin müqavilə məsuliyyəti mövcuddur. Bu səbəbdən iddiaçının xeyrinə tutulan məbləğ yalnız cavabdeh2 tutulmalıdır.”

54. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiqinə lazımişərait yaratmayaraq, o cümlədən, işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək hazırda mübahisləndirilən qətnaməni qəbul etmişdir.

55. Hansı ki, AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində (sübutların qiymətləndirilməsi) qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82, 88, 97, 217 və 218.3-cü maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.

60. Odur ki, Azərbaycan Respublikası Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-2-2(117)-38/2025 iş nömrəli qətnaməsinin qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

62. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

63. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

64. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

65. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-2-2(117)-38/2025 iş nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

66. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ibadulla qızı verilən suallara cavab olaraq bildirdi ki, həmin bağı cavabdeh1 almışlar. Həmin bağ onun adına alınıb ancaq bağın idarəçiliyinə onun həyat yoldaşı nəzarət edir. Həmin bağda üzüm və fındıq olub. Bağ baxımsız vəziyyətdə idi. Həmin bağın hələ də əziyyətini çəkirlər. Həmin bağı alarkən orada olan üzüm tingləri yararsız vəziyyətdə idi. Onlar yenidən həmin bağa üzüm tingləri basdırırlar. Bununla bağlı özləri Beyləqan rayonundan mütəxəssis gətirmişlər. Bağı alandan sonra onlar tərəfindən müraciət olunmasına baxmayaraq İddiaçı bağa baxmağa davam etməyib. Həyat yoldaşı tərəfindən İddiaçı bağın vəziyyəti barədə müraciət edilib. Onların dəvət etdikləri mütəxəssislər bildirdilər ki, həmin bağa iqlimə uyğun olmayan üzüm tingləri əkilib. Bağı alandan sonra həmin bağa sırf özləri baxmışlar. Bağı alan zaman bildirildi ki, məhsul əldə etmək olacaq. Lakin onlar hələ də həmin bağa xərc çəkirlər və gəlir əldə edə bilməmişlər.

67. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, o, həmin bağı 2024-cü ilin may ayında cavabdeh1 almış və həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ibadulla qızının adına rəsmiləşdirilmişdir. Həmin bağda üzüm, gilas və fındıq ağacları olub. Üzüm bağından məhsul götürə bilməmişdir. Bu il həmin bağa üzümlər üçün mütəxəssis dəvət etmişdir. Mütəxəssis həmin üzümlərə baxış keçirtdi və bildirdi ki, həmin üzümlər iqlimə uyğun deyil və onlar qərara gəldilər ki, həmin üzüm tinglərini yeni üzüm tingləri ilə əvəz etsinlər.

68. Şahid X2 verilən suallara cavab olaraq bildirdi ki, İddiaçı ilə bağa baxış keçirilən zaman tanış olmuşdur. Bağı internet səhifəsindən görüb almış və qeyd edilmişdir ki, həmin bağda 10000 ting üzüm var. Bağı alan zaman bağ baxımsız vəziyyətdə idi. İddiaçı təklif etmişdir ki, bağa baxsın, bağa baxmağdan imtina etmiş, sadəcə müəyyən tövsiyyələr vermişdir. Lakin müsbət nəticə əldə edə bilmədilər. İddiaçı ona sonradan kömək etməmişdir. Bağ 2024-cü ildə alınan zaman bağın vəziyyəti baxımsız idi. Üzümlərin içərisindən yabanı 200 ədəd ağac kəsmişdir. Beyləqan rayonundan gələn mütəxəssislər bildirdilər ki, tinglərin budanılması səhv aparılıb və başladılar üzüm tinglərini cavanlaşdırmağa. Bağda əkilən üzüm tinglərindən gəlir əldə etmək mümkün deyil. Aldığı torpaq sahəsi 37 hadır. Orada başqa ağaclar da var. Gilas ağaclarına da düzgün qulluq edilməyib, zəifdir. Qoz ağacları əmələ gəlmədiyi üçün ləğv etmişdir. Fındıq ağacları yaxşıdır.

Tətbiq edilən hüquq

69. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

70. Insan Hüquqlarının və X7 X9: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

73. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

76. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

77. Işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni dəymiş zərərin əvəzi olaraq 240.000 manat məbləğində pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli, 2-2(102)-882/2025 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

79. Iddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq 108.000 manat məbləğində pulun tutulmasına aid hissəsi ilə bağlı kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

80. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etməmiş və bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşmış və təkrarlanmasına zərurət görməmişdir.

81. Bununla yanaşı, kollegiya hesab etmişdir ki, iddia tələbinin dəymiş zərərin əvəzi olaraq 240.000 manat məbləğində pulun tutulmasına aid hissədə apellyasiya məhkəməsi düzgün hüquqi qiymətləndirmə aparmamışdır.

82. Belə ki, məhkəmələrin müəyyən etdiyi hallara görə, tərəflər arasında 2017-ci il ## #### tarixli birgə əməkdaşlığa dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh2 üzüm bağının salınması üçün torpaq sahəsini və maliyyə vəsaitlərini təmin etməyi, iddiaçı isə üzüm bağının salınması, ona aqrotexniki qulluq göstərilməsi, məhsulun realizasiyası və təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı işləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən əldə olunacaq mənfəətin tərəflər arasında bərabər bölüşdürülməsi razılaşdırılmışdır. Müqavilənin icrası çərçivəsində cavabdeh2 məxsus torpaq sahəsində üzüm bağı salınmış, lakin sonradan sonuncu tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsə satılmışdır.

83. Kollegiya qeyd etmişdir ki, müqavilədən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını həmin müqaviləyə aid münasibətləri tənzimləyən MM-in və yaxud digər normativ hüquqi aktdakı xüsusi normalar və ya MM-in 443-cü maddəsi təşkil edir.

84. Tərəflər arasında bağlanmış müqavilə MM-in 390.1-ci maddəsində qeyd edildiyi kimi MM-də nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilədir. Ona görə də, iddia tələblərinin qanuni əsasını xüsusi normalar deyil, MM-in 443-cü maddəsi təşkil edə bilər.

85. Həmin maddənin tələblərinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1).

86. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndində isə müəyyən edilmişdir ki, tərəflər müqavilə üzrə götürdüyü öhdəliklərə görə cavabdehlik daşıyırlar və bu öhdəlikləri icra etmədiklərinə və yaxud lazımi qaydada icra etmədiklərinə görə qarşı tərəfə vurulan zərəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam ödəməyə borcludurlar

87. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyi pozmağa görə məsuliyyət müəyyən edilmişdir. Bu baxımdan hazırki mübahisə üzrə MM-in 443.1-ci maddəsinin tətbiqini istisna edən hal mövcud deyildir və iddiaçı tərəfindən irəli sürülmüş 240.000 manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını həmin maddə təşkil edir.

88. Zərərin ümumi anlayışını müəyyən edən MM-in 21-ci maddəsi və öhdəliyin pozulması nəticəsində vurulmuş zəzərin əvəzinin ödənilməsi məsələlərini tənzimləyən MMin 443-cü maddəsinin dispozisiya şərtlərinə görə zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması.

89. Bu baxımdan kollegiya qeyd etmişdir ki, hazırki mübahisəni həlli baxımından ilk öncə iddiaçının özü tərəfindən tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icra edib-etməməsi, sonradan cavabdehin hərəkətlərinin (torpaq sahəsinin özgəninkilləşdirilməsi) müqavilənin icrasına maneçilik törədib-törətməməsi və bundan asılı olaraq yuxarıda qeyd olunan 4 şərtin mövcud olub-olmaması barədə hüquqi dəyərləndirmə aparılmalıdır.

90. Apellyasiya instansiyası məhkəməsi isə bu şəkildə hüquqi dəyərləndirmə aparmamış və mübahisənin həlli baxımından əhəmiyyət daşımayan müqavilə şərtlərinə (iddiaçının ilk növbədə “bağdan mənfəət əldə etməli” və bundan sonra “əldə olunan mənfəətin 50 faizini” əks tərəfə ödəməli idi) istinad edərək iddianın rədd edilməsi nəticəsinə gəlmişdir

91. Apellyasiya instansiyasının istinad etdiyi dəlillərlə bağlı kollegiya qeyd etmişdir ki, müqavilənin icrası zamanı tərəflərdən hansı birinin mənfəət əldə edib digər tərəfə ödəməsinin əhəmiyyəti yoxdur. Çünki müqavilənin predmetini torpaq sahəsində birgə fəaliyyət göstərərək mənfəətin əldə edilməsi və bərabər şəkildə bölünməsi təşkil etmişdir. Ona görə də, müqavilənin bir tərəfi öz öhdəliklərini pozaraq həmin məqsədə çatmağa maneçilik törətmişdirsə, əks tərəf müqavilə öhdəliklərinin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

92. Eyni zamanda kollegiya nəzərə almışdır ki, birinci instansiya məhkəməsi tərəfindən zərərin miqdarının müəyyən edilməsi ilə bağlı kifayət qədər araşdırma aparılmış və müvafiq rəylər alınmışdır. Iddiaçının istinad etdiyi dəlillər və tələb olunan zərərin məbləği də (növbəti 6 il müddətinə əldə oluna biləcək gəlirin onun payına düşən hissəsi) aydın şəkildə əsaslandırılmışdır. Yəni iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun olaraq hüquqi dəyərləndirmənin aparılması və işdə olan sübutların qiymətləndirilməsi nəticəsində mübahisənin həllinə maneçilik törədən hallar mövcud deyildir.

93. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəymiş zərərin əvəzi olaraq 240.000 manat məbləğində pulun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

94. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

95. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

96. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi “dəymiş zərərin əvəzi olaraq 240.000 manat məbləğində pulun tutulması barədə tələblərin rədd edilməsi” hissəsində ləğv edildiyindən və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarıldığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

97. Məhkəmə kollegiyası, iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni “cavabdeh cavabdeh2 maddi ziyanın əvəzi olaraq 18625 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 53,95 manat hissəsi alınaraq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə də təmin olunmamalıdır.

98. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

99. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn "da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

100. Birinci instansiyası məhkəməsinin müəyyən etdiyi hallara görə, tərəflər arasında 2017-ci il ## #### tarixli birgə əməkdaşlığa dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh2 üzüm bağının salınması üçün torpaq sahəsini və maliyyə vəsaitlərini təmin etməyi, iddiaçı isə üzüm bağının salınması, ona aqrotexniki qulluq göstərilməsi, məhsulun realizasiyası və təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı işləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən əldə olunacaq mənfəətin tərəflər arasında bərabər bölüşdürülməsi razılaşdırılmışdır. Müqavilənin icrası çərçivəsində cavabdeh2 məxsus torpaq sahəsində üzüm bağı salınmış, lakin sonradan sonuncu tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsə satılmışdır.

101. Iddiaçı bildirir ki, o, üzərinə götürdüyü öhdəlikləri icra etmiş, cavabdeh isə tərəflər arasında bağlanmış müqavilə münasibətlərinin faktiki olaraq davam etməsinə maneə yaratmışdır. Cavabdeh öz öhdəliyini pozaraq torpaq sahəsini satması nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuş və ona 240.000 manat məbləğində zərər dəymişdir.

102. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.

103. Zərərin ümumi anlayışını müəyyən edən MM-in 21-ci maddəsi və öhdəliyin pozulması nəticəsində vurulmuş zəzərin əvəzinin ödənilməsi məsələlərini tənzimləyən MM-in 443-cü maddəsinin dispozisiya şərtlərinə görə zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması.

104. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki mübahisəni həlli baxımından ilk öncə iddiaçının özü tərəfindən tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icra edib-etməməsi, sonradan cavabdehin hərəkətlərinin (torpaq sahəsinin özgəninkilləşdirilməsi) müqavilənin icrasına maneçilik törədib-törətməməsi və bundan asılı olaraq yuxarıda qeyd olunan 4 şərtin mövcud olub-olmaması barədə hüquqi dəyərləndirmə aparılmalıdır.

105. Iş materialından görünür ki, tərəflər arasında 2017-ci il ## #### tarixli birgə əməkdaşlığa dair müqaviləyə əsasən iddiaçı üzüm bağının salınması, ona aqrotexniki qulluq göstərilməsi, məhsulun realizasiyası və təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı işləri həyata keçirməyi öhdəsinə götürmüşdür.

106. Məhkəmə kollegiyasının təşəbbüsü ilə iş üzrə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ibadulla qızı izahatında torpaq sahələrini cavabdehdən alan zaman üzüm bağının baxımsız və yararsız vəziyyətdə olduğunu bildirmişdir. 107 Həmin faktı şahid X2 da məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında təsdiq etmişdir.

108. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Şəki Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixli *-**/*-***/**** nömrəli məktuba qoşma kimi AR Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-X6 Təcrübə Stansiyasının müdiri X1 tərəfindən hazırlanmış mütəxəssis rəyindən görünür ki, - 1. Qax rayonu, Lələli kəndi ərazisində cavabdeh2 məxsus torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. (Müqavilədə 6 hektar qeyd edilsə də, təmiz bağ 5 hektardır). Həmin bağ salınarkən aqrotexniki əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Üzüm bağına çəkilən xərclər yerindən, əkilən tinglərdən, suvarma və gübrələmə sistemindən və əkinin qida sahəsindən asılı olaraq hektara çəkilən xərc inventarlar, materiallar və əmək haqqının ödənilməsindən, ümumiyyətlə təchizatdan asılı olaraq 22 000-26 000 manat ola bilər. - 2. Üzüm bağından surətli forma verməklə 2-3 ildən sonra qismən, yəni 20%, 3-4-cü il 60- 80%, 5-ci ildən tam məhsul götürmək olar. Bağa baxış keçirilən zaman və şifahi sorğu əsasında 5 hektarda əkilən üzüm bağında, ümumilikdə 15-17 ton məhsul götürülmüşdür ki, bu da həmin sortlara məhsuldarlıqdan 2 dəfədən də azdır. Ehtimal olunur ki, məhsuldarlığın aşağı olması zəruri xərclər çıxıldıqdan sonra illər üzrə mənfəət götürmək qənaətbəxş deyildir. Buna səbəb aqrotexniki qulluqlar aparılmamış, suvarma sistemi qənaətbəxş işləməmiş, 5 ha bağda seyrəklik əmələ gəlmiş, hal-hazırda sahədəki tənəklərin 25-30%-i qurumuş, sahədə nəzərəçarpacaq seyrəklik var və digər mövcud tənəklərin isə 5-10%-i qurumaya meyilli vəziyyətdə olmaqla xəstəlik və zərərvericilərlə sirayətlənmiş və zəif inkişaf etmişdir. Xəstəlik və zərərvericilərə qarşı tam mübarizə aparılmamış, tənəklərdə, zoğlarda quruma əlamətləri vardı. Üzüm bağı tam alaqlı və kolkosun içindədir. Tənəklərin inkişaf vəziyyəti yaşına uyğun deyil, zəifdir. - 3. Birinci sualın davamı olaraq bildirir ki, 2024-cü ildən məhsuldarlığın tam artırılması istiqamətində aqrotexniki tədbirlər kompleksi həyata keçirilərsə, cərgə və bitki aralarında becərmələr, sorta məxsus yük normaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kökdən və yarpaqdan gübrələmə sistemləri aparılarsa, seyrəklik aradan qaldırılarsa, 2-3 ilə bağdan keyfiyyətli məhsul götürmək olar. Bağa baxış keçirərkən müəyyən ediblər ki, cari ildən məhsuldarlığın qismən illər üzrə artımına nail olmaq üçün mütləq kompleks aqrotexniki tədbirlər həyata keçirilməlidir. - 4. Bildirir ki, müqavilə şərtlərindən asılı olaraq salınmış üzüm bağının tam aqrotexniki qaydada becərilməsi nəzərdə tutulmuşdursa, bu iş müvəffəqiyyətlə başa çatdırılmamış, becərilmələr başlı-başına buraxılmış, bu da məhsuldarlığın hər 3 sort üzrə ilbəil azalmasına iqtisadi səmərəliliyin olmamasına və nəticədə bağlarda tənəklərin qurulmasına səbəb olmuşdur. Həmin üzüm bağından tənəklər əkildiyi ildən 5 il sonra, yəni 2023-cü ildə tam məhsul verərək iqtisadi gəlirli ola bilərdi. Göründüyü kimi, həmin sahədə aqrotexniki qulluq işləri düzgün təşkil edilmədiyindən, əksinə məhsuldarlıq həddən artıq zəif olmuşdur. - 2018-2024-cü illər ərzində əməyin qiymətləndirilməsi tərəflər arasında müqavilənin şərtindən asılı olaraq müxtəlif formada ola bilər. - Qeyd: Üzüm bağlarının salınması, bağlara qulluq edilməsi, bağın becərilmə şəraiti, alınan əkin materialının, istifadə olunan dəmir beton dirəklərinin formalarından və əkin sxemindən asılı olaraq bağın salınmasına çəkilən xərc artıb azala bilər.

109. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli */***-*/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat Institutunun mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə Qax rayonu Lələli kəndi ərazisindəki torpaq sahəsinin 5 hektarında müxtəlif sortlardan üzüm bağı salınmışdır. Həmin bağ salınarkən aqrotexniki qaydalara əməl olunmuş, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmiş, 2018-ci ildə salınan bağ artıq 7 illikdir. Bağa baxış zamanı 5 hektar ərazidə əkilən üzüm bağında ümumilikdə 15-17 ton məhsul götürüldüyü ehtimal olunur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən, müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən məhsulların və xidmətlərin qiymətləri müəyyən edilmir.

109. Işdə olan “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli CVN/M **- ***/** nömrəli mütəxəssis rəyindən görünür ki, - 1-ci sual üzrə: Qax rayonu, Lələli kəndi ərazisində cavabdeh2 məxsus 5 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Ərazidə müxtəlif sortlardan üzüm bağının salındığı müəyyən edilmişdir. Bağın aqrotexniki qaydalara uyğun salındığı müşahidə edilir. Belə ki, əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmişdir. Bağın 2018-ci ildə salınması ehtimal edilir, tinglərin yaşı 7 illikdir. Bağın salınmasına çəkilən xərclər ümumi olaraq 49 000 manat təşkil edir. - 2-ci sual üzrə: Birinci sualın davamı olaraq 2018-ci ildə salınmış üzüm bağından 2020ci il üzrə 20-30%, digər illər üzrə artan templə davam edərək 2024-cü ildə tam məhsul götürmək ehtimalı ola bilərdi. 1 il üzrə orta xərc 4048.8 manat, yuvarlaq şəkildə 4050 manat təşkil edir. Bağın mövcud vəziyyətindən və ötən illərin məhsuldarlığına dair araşdırmalardan, təhlillərdən müəyyən edilir ki, 2020-2024-cü illər arasında əldə edilmiş mənfəət ümumilikdə 37250 manat təşkil edir. - 3-cü sual üzrə: Qeyd edilən üzüm bağından 2024-cü ildən başlayaraq məhsuldarlığın tam formada əldə edilməsi aqrotexniki qulluqdan asılı olaraq dəyişə bilər. - 4-cü sual üzrə: Birinci sualın cavabdında qeyd edildiyi kimi qeyd edilən bağ aqrotexniki qaydalara uyğun olaraq salınmışdır. Əkin sxemi düzgün seçilmiş, damlama suvarma sistemi ilə təchiz edilmişdir. Bununla belə aqrotexniki qulluq işlərinə tam riayət edilməmiş, gözlənilən nəticə əldə olunmamışdır. Iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün qiymətləndirilir. Təcrübəsindən, iş yerindən (dövlət və ya özəl sektor), ixtisas sahəsindən və regiondan asılı olaraq aqronomun, sahə mütəxəssisinin orta aylıq əmək haqqı araşdırılaraq təhlil edilmişdir. 2018-2020-ci illər üçün Dövlət Statistika Komitəsi məlumatlarına görə, aqronomların orta aylıq maaşı 900-1600 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının aqrotexniki qaydalara uyğun bağın salınmasında xidmətləri 2018-2020-ci il müddətləri üçün 1250 manat / 1 ay x 24 ay = 30 000 manat təşkil edir.

110. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir.

111. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri lazımınca icra etməmiş (aqrotexniki qulluqlar lazımi qaydada aparılmamış, suvarma sistemi qənaətbəxş işləməmiş, məhsuldarlıq həddən artıq zəif olmuş) və müqavilədə nəzərdə tutulmuş öhdəlikləri pozmuşdur.

112. Bundan başqa, cavabdehin hərəkətlərinin (torpaq sahəsinin özgəninkilləşdirilməsi) müqavilənin icrasına maneçilik törədib-törətməməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, satılmış torpaq sahəsinin yeni mülkiyyətçisi iddiaçıya müraciət edərək, üzüm bağının yetişdirilməsi üçün ona aqrotexniki qulluq göstərilməsinin davam etdirilməsini xahiş etmiş, lakin iddiaçı müəyyən tövsiyyələr verərək, bundan imtina etmişdir.

113. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

114. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

115. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

116. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X7 X9 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

117. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

118. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, iddiaçı tərəfindən mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılmalı, həmçinin iddiaçıdan iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan cəmi 600 manat məbləğində pul vəsaitinin isə tutularaq “xxxx” MMCnin hesabına ödənilməlidir.

119. Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

120. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Iddiaçı İddiaçı (VÖEN: **********) apellyasiya şikayəti təmin edilməsin və Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli e-2-2(117)- **/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş “cavabdeh cavabdeh2 maddi ziyanın əvəzi olaraq 18625 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 53,95 manat hissəsi alınaraq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissələrdə rədd edilsin. Iddiaçı İddiaçı (VÖEN: **********) iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis tədqiqatının dəyəri olan cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar