Məhkəmə qərarları › İş №2-2(3-6)-1017/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-1017/2026

02.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-1017/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh MMC və maraqlı şəxs X2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qətnamədən şikayət, prosessual müddət) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh MMC və maraqlı şəxs X2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *- *(**)-****/**** nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. ** saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli *-(**)-****/**** saylı qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMCyə və maraqlı şəxs X2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, ipotekaya tutmanın yönəldilməsi, kreditin və ondan istifadəyə görə faizlərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış ## #### 2008-ci il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 90.000 manat əsas borcun, 62.430 manat faiz borcunun, 34.247,24 manat dəbbə pulu, cəmi 186.677,24 manat borca görə tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsinin təminatı kimi ## #### 2008-ci il tarixli ipotekaya qoyulmuş və X2 məxsus Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi ** saylı binanın 29-cu mənzilinin açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 90.000 manat əsas borcun, 62.430 manat faiz borcunun, 34.247,24 manat dəbbə pulu, cəmi 186.677,24 manatın İddiaçı ASC-yə ödənilməsi, iddianın 34.247,24 manat dəbbə pulu tutulması hissəsində rədd edilməsi qət edilmişdir.

2. Daha sonra cavabdeh apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa edilməsi ilə müraciət edərək, ** saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli *-(**)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edərək müddətin bərpası və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ** saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli 2-(81 )-****/**** saylı qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddiaçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC-yə və maraqlı şəxs X2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, ipotekaya tutmanın yönəldilməsi, kreditin və ondan istifadəyə görə faizlərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış ## #### 2008-ci il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 90.000 manat əsas borcun, 62.430 manat faiz borcunun, 34.247,24 manat dəbbə pulu, cəmi 186.677,24 manat borca görə tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsinin təminatı kimi ## #### 2008-ci il tarixli ipotekaya qoyulmuş və X2 məxsus Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi ** saylı binanın 29-cu mənzilinin açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 90.000 manat əsas borcun, 62.430 manat faiz borcunun, 34.247,24 manat dəbbə pulu, cəmi 186.677,24 manatın İddiaçı ASCyə ödənilməsi, iddianın 34.247,24 manat dəbbə pulu tutulması hissəsində rədd edilməsi qət edilmişdir.Mənə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, işə bizim iştirakımız olmadan baxılmışdır. Qətnamənin surəti bizə göndərilməmiş və ya təqdim edilməmişdir. Qətnamənin mövcudluğundan Sabunçu Icra Şöbəsinin icra məmuru vasitəsi ilə məlumat almşam. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2017ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. ##.##.2025-ci il tarixində cəza müddətim qurtardığı üçün cəzadan azad edilmişəm. Nə məhkum edilənədək, nə də azadlığa qovuşandan sonra mənim qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi barədə məlumatım olmamışdır. Icra məmuru tərəfindən axtarılmamış, icra qurumuna dəvət olunmamışam. Icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bilən kimi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qətnamənin surətini almışam. Tərəfimdən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəblərdən buraxılmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş ərizənin rədd edilməsi, ** saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli *-(**)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Daha sonra cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli *-*(**)-****/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ####### 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ##.##.2025-ci il tarixində cəza müddəti qurtardığı üçün cəzadan azad edilmişdir. Nə məhkum edilənədək, nə də azadlığa qovuşandan sonra onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi barədə məlumatı olmamışdır. Icra məmuru tərəfindən axtarılmamış, icra qurumuna dəvət olunmamışdır. Icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu bilən kimi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qətnamənin surətini almışdır. Tərəfindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəblərdən buraxılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

9. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

12. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

16. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

17. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

Məhkəmənin mövqeyi

19. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

20. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MIÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

22. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

23. Belə ki, cavabdeh apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzrlü səbəbi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin # ####### 2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini göstərsə də, həmin hökm * saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli *-*(**)-****/**** saylı qətnaməsindən 7 il sonra çıxmışdır. Belə olanda isə cavabdehin prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir.

24. Bununla yanaşı iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, * saylı Bakı yerli Iqtisad Məhkəməsinin ## ###### 2010-cu il tarixli, *-*(**)-****/**** saylı qətnaməsindən maraqlı şəxs X2 (cavabdehin həyat yoldaşı) tərəfindən dəfələrlə apellyasiya şikayəti verilmiş, eyni zamanda cavabdehin nümayəndəsi ipoteka predmeti olan mənzildə yaşamış və hərracın keçirilməsi barədə məlumatlı olmuşdur.

25. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

27. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar