Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-103/2026 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2448/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan obyektdən İddiaçı MMC-nə məxsus iki ədəd (model İCE-TB04-B0101Z4, kompressor BİTZER S6F30.2 Y(Ç.K) markalı və model İCE-SM02-F0028Z4, kompressor Frascold-Q 7 28.1Y markalı) soyuducu avadanlıqların və ərizəyə əlavə edilmiş siyahıda qeyd olunan əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh mülkiyyətində olan obyektdən İddiaçı MMCnə məxsus əmlakın: “ət şoklama kamerası 40 dərəcə \motorxana və kompressorV’ 33000 (otuz üç min) manat, “soyuducu kamerası 18 dərəcə \motorxana və kompressorV’ 35000 (otuz beş min) manat, “farş çəkən ARİ makina’’ 19040 (on doqquz min qırx) manat, “stelaj nerj (metal stol)” 3 ədəd biri 800 manat olmaqla cəmi 2400 (iki min dörd yüz) manat, “stelaj nerj sadə” 2 ədəd biri 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat, “doğrayıcı masa nerj” 2 ədəd biri 500 manat olmaqla cəmi 1000 (bir min) manat, “çəki masası nerj” 2 ədəd biri 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat, “mətbəx mebeli” 700 (yeddi yüz) manat, “mətbəx üçün masa” 80 (səksən) manat, “mətbəx üçün stul 8 ədəd” cəmi 48 (qırx səkkiz) manat, “elektrik samovarı” 65 (altmış beş) manat, “elektron tərəzi 300 kq” 75 (yetmiş beş) manat, “elektron tərəzi 150 kq” 65 (altmış beş) manat, “yük daşıma üçün araba” 255 (iki yüz əlli beş) manat, “kondisioner” 2 ədəd biri 300 manat olmaqla cəmi 600 (altı yüz) manat, “elektrik radiatoru” 90 (doxsan) manat, “elektrik qızdırıcı” 63 (altmış üç) manat, “mətbəx üçün stolüstü elektrik plitə” 50 (əlli) manat, “divan” 250 (iki yüz əlli) manat, “ofis mebeli dəsti” 648 (altı yüz qırx səkkiz) manat, cəmi dəyəri 94 229 (doxsan dörd min iki yüz iyirmi doqquz) manat olmaqla 26 adda avadanlıq və əşyaların, həmçinin 6 ay ərzində cavabdehin qanunazidd fəaliyyəti nəticəsində əldən çıxmış fayda olaraq hər ay 3000 (üç min) manatdan cəmi 18000 (on səkkiz min) manat məbləğində dəymiş ziyanın, eləcədə iddiaçı tərəfindən təmir-tikinti işlərinə sərf olunmuş 24 000 (iyirmi dörd min) manat məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 426,23 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2448/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" MMC-yə məxsus ət şoklama kamerası 40 dərəcə motorxana/kompresessorun (dəyəri: 33000 manat), soyuducu kamera 18 dərəcə motorxana/kompresessorun (dəyəri: 34000 manat) Cavabdeh Feyruz oğlundan alınaraq, avadanlıqlar olmadıqda isə onların müəyyən edilmiş dəyəri tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 291 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul vəsaitinin 100 manat hissəsinin iddiaçıdan, 200 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin bank hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2-2(3-6)- 103/2026 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2448/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2448/2025 saylı qətnaməsindən iş üzrə İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.6-cı maddələrinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2448/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2-2(3-6)-103/2026 saylı qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 2(3-6)-103/2026 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(3-6)-103/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-103/2026
19.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver